2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

- 20 -
 
 
qarıncığının  ön  hissəsinin  kənarları  boyunca  bəzən  qırmızı  zolaqlar  keçir.  Dişi  fərdlərin  bədən 
uzunluğu 6,5-10,5 mm, erkəklərinki isə 3-4,3 mm-dir.  
 
Hörümçəklər  qaymaqçiçəyinin,  kərəvəzkimilərin  ağ  və  sarı  çiçəklərinə  üstünlük  verirlər. 
Tutucu  torlar  qurmurlar.  Çiçəklərdə  gizlənərək  qurbanını  gözləyirlər.  Müxtəlif  arıkimilər  onların 
qidasını  təşkil  edirlər.  Hörümçək  hücum  zamanı  xeliserlərini  həşəratın  boynuna  keçirir,  zəhərini 
ifraz edir və qurbanının həll olmuş daxili möhtəviyyatını sorur. Bir saat müddətində hörümçək 4 arı 
məhv edə bilir.  
 
Arıları  çiçəklərdə  həmçinin  Thomisius  cinsinə  mənsub  olan  hörümçək  növləri  də  ovlayır. 
Onlar  da  tutucu  tor  hörmür  və  özündən  2  dəfə  böyük  olan  arılara  hücum  edirlər.  Hörümçəklər 
pətəklərin uçuş deşiyindən daxilə soxulmaq istədikdə isə arılar onları fəal sürətdə məhv edirlər.  
 
Bal  arıları çox hallarda tor hörən müxtəlif növ hörümçəklərin qurbanı olurlar. Pətəklər sıx 
yerləşdirildikdə hörümçəklər onlar arasında tor hörür və belə hallarda tutucu torlara düşən arıların 
sayı xeyli artıq olur.  
Son  illərdə  Avropa  ölkələrinin  ərazisində  Argiope  bruennichi  hörümçək  növü  geniş 
yayılmışdır. Bu hörümçəyin baş-döşü enli və yastı, başa doğru tündləşən açıq qəhvəyidir. Bədənin 
yanları  boyunca  yuxarı  hissəsi  ağ  tükcüklərlə  örtülü  olan  2  enli  tünd  rəngli  zolaq  keçir.  Diri 
hörümçəkdə  bu  zolaqlar  gümüşü  rəngi  xatırladır.  Qarıncıq  uzun  olub  sonu  itilənmişdir.  Ətraflar 
qəhvəyidir, qara halqalı və qara nöqtəlidir. Dişinin bədən uzunluğu 11-15,5 mm, erkəyinki isə 5,5 
mm-dir [5].  
    
Hörümçəyin  fərdləri  yüksək  ot  örtüyünə  malik,  günəşli  açıq  yerlərdə  məskunlaşır.  Tutucu 
tor yer səthindən 30 sm hündürlükdə şaquli olaraq hörülür. Torun diametri 30 sm və daha artıq ola 
bilər. Azərbaycanda iyul –avqust aylarında çoxalır. Geniş yayılmış hörümçək növlərindən biridir.  
   
Tor  hörən  hörümçəklərin  qurbanlarının  10,5%-ni  zarqanadlılar  təşkil  edir.  Müəyyən 
edilmişdir ki, Azərbaycanda 34 hörümçək növü arılara hücum edir. Tədqiqat zamanı tərəfimizdən 
Araneus diadematus-un torlarında bir gün ərzində 8-dək arı sayılmışdır, hörümçəyin başqa bir növü 
isə  7  saat  ərzində  7  arı  məhv  etmişdir.  Bununla  belə,  hörümçəklər  çox  müxtəlif  zərərverici 
həşəratların fəal düşmənləridir. Orta Avropada meşənin bir hektarında hörümçəklərin yay mövsümü 
müddətində  məhv  etdikləri  200  kq  həşəratın  40-50%-i  meşə  zərərvericilərinin  payına  düşmüşdür. 
Lanqstrotun  fikrincə,  şan  anbarlarında  hörümçəklərdən    mum  güvəsinə  qarşı  bioloji  mübarizədə 
istifadə  etmək  olar.  Əsas  mübarizə  tədbirləri  arıxanalarda  tutucu  torların  məhv  edilməsindən 
ibarətdir. Hörümçəklərin baramalarını toplayıb uzağa daşımaq lazımdır. Tor hörməyən hörümçək-
lərə qarşı mübarizə üsulları hələlik hazırlanmamışdır. 
 
Asilidae - Ktır milçəkləri. İri və ya orta ölçülü yırtıcı milçəklər olub, yaxşı inkişaf etmiş faset 
gözləri, ənsə və alın tərəfdən basılmış baş kapsulası və 3 buğumlu bığcıqları ilə fərqlənirlər. Ağız 
aparatı deşici-əmici tiplidir. Tüpürcəyi buğumayaqlılar üçün zəhərə və qurbanının içalatını həll edə 
bilən maddələrə malikdir. Milçəklər qurbanını uçuş zamanı arxadan ayaqları ilə tutur, iflic edir və 
həll  olmuş  möhtəviyyatını  sorurlar.  Bəzəkli  ktır,  şerşenəbənzər  ktır,  kürən  lafriya,  qozbel  lafriya, 
odlu  lafriya  və  başqaları  arıların  düşməni  hesab  edilirlər  [1].  Ktır  milçəklərinin  bəzi  növləri  bir 
sutkada 140-dək arını məhv etmək qabiliyyətinə malikdir. 
 
 Formicidae  -  Qarışqalar.    Qanadsız  həşəratlar  olub  (cütləşmə  dövründə  dişilərin  və  o 
cümlədən  erkəklərin qanadları  olur, lakin  sonuncular çox  yaşamır),  qarıncıq  bir və  ya 2 buğumlu 
saplaqlıdır.  Demək  olar  ki,  bütün  arıxanalarda  arı  pətəklərində  qarışqaların  varlığı  qeyd 
olunmuşdur.  Daha  çox  bağ  qarışqası  və  ya  qara  qarışqa,  kürən  meşə  qarışqası,  tünd  qonur  meşə 
qarışqası  və  digər  növlərə  rast  gəlinir  [1].  Bəzi  hallarda  pətəyə  hücum  etmiş  qarışqalar  ailədəki 
bütün  bal  ehtiyatını,  sutkada  bir  kq-dək  bal  çıxartmaqla,  talan  edə  bilirlər.  Onlar  zəif  ailələrdə 
arıların  yumurtalarını  aparır,  sürfələrini  yeyirlər.  Bəzən  zəif  düşmüş  arıya  tarlada  hücum  edir, 
pətəyin  isti  yerlərində  məskunlaşır,  ailələrə  müxtəlif  xəstəliklərin  (Amerika  və  Avropa  çürümə 
xəstəlikləri) törədicilərini gətirə bilirlər. Bununla belə, onların fəaliyyətini müsbət qiymətləndirmək 
lazımdır,  beləki,  onlar  xeyli  zərərli  buğumayaqlı  fərdlərini  məhv  edir,  arı  yeşiklərini  arı 
cəmdəklərindən təmizləyirlər.  
     
Qarışqaların  arı  ailələrinə  hücumunun  qarşısını  almaq  məqsədi  ilə  arıxananı  qarışqa 
yuvalarından  təmiz  ərazilərdə  yerləşdirmək  lazımdır.  Mövcud  qarışqa  yuvalarını  səliqə  ilə  yığıb 


- 21 -
 
 
arıxanadan 100-150 m aralı məsafəyə köçürmək olar. Arıxanada pomidor bitkisinin əkilməsi adətən 
qarışqaları  hürküdür.  Pişik  nanəsi,  adi  xrizantema,  qoz  ağacının  təzə  yarpaqları,  metil  və  etil 
spirtləri,  bor  turşusu,  sarı  kükürd  tozu  və  xörək  duzu  da  onlara  qarşı  repellent  xüsusiyyətlərə 
malikdir.  Qarışqaların  pətəklərə  hücumunun  qarşısını  almaq  üçün  onları  xüsusi  dayaqlar  üzərinə 
yerləşdirmək,  dayaqlarına  isə  avtol,  neft,  solidol  və  başqa  mineral  yağlar  sürtmək  lazımdır. 
Qarışqalar pətəklərə hücum etdikdə isə onlar diqqətlə təmizlənməlidir.   
Merops  -  Arıqapanlar.  Bu  köçəri  quşlar  muxtar  respublikaya  əsasən  aprel  ayının  ikinci 
ongünlüyündə  gələn qızılı  və  yaşılı  arıqapan növləridir. Arıxanalarda daha çox qızılı arıqapanlara 
rast gəlinir. Gözəl, parlaq lələkli quşdur. Bədən yaşılımtıl-mavi, boynu qızılı-sarı, kürəyi boz-qəh-
vəyi,  quyruğu  isə  göyümtül-yaşıldır.  Alt  qarın  hissəsi  isə  yaşılımtıl  rənglidir.  Bədən  uzunluğu  26 
sm-dir.  Çayların, göllərin sahillərində, yarğanlarda yuvalayır. Yuvanı sərt yamaclarda 1-2 m uzun-
luğunda, sonu genişlənmiş lağım qazaraq qurur. Dişi arıqapan burada  may-iyun aylarında 8-dək ağ 
rəngli  yumurta  qoyur.  Balalar  iyun  və  iyul  aylarında  çıxır.  Arıqapanlar  hətta  gündüzlər  belə  iri 
dəstələrlə uçuşurlar. Arıxanaya hücum edərək arıları uçuş vaxtı tutub ovlayırlar. Bir arıqapan fərdi-
nin  çinədanını  yardıqda  60-90  ədəd  arı  ölüsünün  çıxdığının  şahidi  olmuşuq.  Çox  fərdli  arıqapan 
dəstələri arı ailələrini xeyli zəiflədə bilirlər.  
Onların  arıxanalara  hücumunun  qarşısını  almaq  üçün  müəyyən  yerlərdə  qorxuluqlar 
qoyulmalı  və  onları  arıxanalardan  uzaqlaşdırmaq  məqsədilə  güclü  səs  çıxaran  xüsusi  vasitələrdən 
istifadə edilməlidir.  
ƏDƏBİYYAT 
 
1.
 
Bayramov  A.B.,  Məhərrəmov  M.M.,  Məmmədov  İ.B.  və  başqaları,  Naxçıvan  Muxtar 
Respublikasının onurğasızlar faunasının taksonomik spektri, Naxçıvan, Əcəmi, 2014, 320 s. 
2.
 
Məhərrəmov  M.M.,  Bayramov  A.B.  Şərur  və  Sədərək  rayonlarında  yayılmış  hörümçəklərin 
(Arachnıda,  Aranea)  fauna  biomüxtəlifliyinin  tədqiqi  /  Müasir  kimya  və  biologiyanın  aktual 
problemləri (Beynəlxalq elmi-konfrans, 12-13 may), Gəncə, 2016, s.22-27. 
3.
 
Məhərrəmov S.H., Tahirov Ə.S., Əsədov E.S. Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri. 
Naxçıvan, Əcəmi, 2015, 255 s. 
4.
 
Archer  M.E.
 
Taxonomy,  distribution  and  nesting  biology  of  Vespa  orientalis  L.  (Hym., 
Vespidae). Entomologist's Monthly Magazine, 1998, v.134, p.45–51. 
5.
 
Kim K.W., Kim K. and Choe J.C. Functional values of stabilimenta in a wasp spider, Argiope 
bruennichi, support for the prey-attraction hypothesis // Behavioral Ecology and Sociobiology, 
2012, v. 66, pp. 1569–1576 
6.
 
http://www.biologie.uni-egensburg.de/Zoologie/Strohm/beewolfbiology/index.html 
7.
 
http://research.amnh.org/iz/spiders/catalog_15.0/index.html  (The  World  Spider  Catalog, 
Version 15 by Norman I. Platnick). 
 
ABSTRACT 
Mahir Maharramov 
Akif Bayramov 
 
ENEMIES OF HONEY BEES IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
AND
 AND MEASURES TO COMBAT WITH THEM
 
 
 
The  article  contains  reports  on  bioecological  features  of  some  species  of  invertebrates  and 
vertebrates  that  harm  honey  bees  in  the  autonomous  republic,  as  well  as  measures  to  effectively 
combat them. It is established that the Philanthus triangulum of the family of the Craobonidae of 
Hymenoptera, a number of species belonging to the subfamilies Eumeninae, Masarinae, Polistinae 
and  Vespinae  of  the  family  Vespidae,
  e
specially  Vespa  orientalis  and  most  species  of  the  family 
Formicidae  cause  serious  damage  to  honey  bees.  The  article  also  discussed  considerations  of  the 
dangers to beekeeping of mantises, dragonflies, earwigs, spiders, dwarf flies and green bee-eater. 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə