Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
25
Aqlütinativ dillərin bəzi
xüsusiyyətlərini Azərbaycan
dilinə mənsub aşağıdakı sözlərdə nəzərdən keçirmək
olar: məsələn, “yazıçıların”, “aparılmış”, “zərərsizləş-
dirmək” sözlərində kök asanlıqla müəyyənləşdirilir və
buna qoşulan şəkilçilərin hər birinin funksiyası konkret
şəkildə aşkar edilir: 1)
yaz (kök)
-ı (isim düzəldən şə-
kilçi),
-çı (isim düzəldən şəkilçi),
-lar (cəm şəkilçisi),
-m
(yiyəlik hal şəkilçisi).
2)
apar (kök)
-ıl (məchul növ şəkilçisi),
-mış (nəqli keçmiş
zaman şəkilçisi).
3)
zərər (kök)
-siz (sifət düzəldən şəkilçi),
-ləş (fel düzəl-
dən şəkilçi),
-dir (təsirli fel yaradan şəkilçi),
-mək (məs-
dər şəkilçisi).
Göründüyü kimi, sanki kök və şəkilçilər süni olaraq
bir-birinə yapışdırılmışdır, onları asanlıqla ayırmaq olur.
2. Aqlütinativ dillərdə müəyyən qrammatik məna bu
və ya başqa sözdə hansı şəkilçi vasitəsilə ifadə olunursa,
digər sözlərdə də həmin şəkilçi ilə ifadə edilir. Lakin başqa
dillərdə məsələ belə deyildir.
Bunu Azərbaycan dilində
(aqlütinativ dil) və rus dilində (flektiv dil) cəmlik anlayı-
şını ifadə etmək üçün işlənən şəkilçilərə nəzər yetirdikdə
aydın görmək olur.
Dostları ilə paylaş: