20 oktyabr “Ümumdünya statistika günü”



Yüklə 14,46 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü14,46 Kb.
#43244

background image
20 oktyabr “Ümumdünya statistika günü”

 

 

Nəsimi rayonunda qeyd edildi

 

 

      15  oktyabr  2015-



ci  ildə  Nəsimi

  Rayon  Statistika 

şöbəsinin

 

təşəbbüsü  ilə 



rayonda  20 

oktyabr  Ümumdünya  Statistika  Gününə  həsr  edilmiş  tədbir  keçirilmişdir. 

Tədbirdə  Rayon  İcra  Hakimiyyəti  aparatının,  idarə,  müəssisə  və  təşkilatların 

nümayəndələri,  rəsmi  statistika  məlumatlarının  istifadəçiləri  və  kütləvi  informasiya 

vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Nəsimi 



Rayon Statistika 

şöbəsinin

 

rəisi  Şahverdi  Şahverdiyev



 

çıxış  edərək 

bildirmişdir 

ki, 


Birləşmiş 

Millətlər 

Assambleyası 

2010-


cu  il  oktyabr  ayının 

20-ni 


Ümumdünya  Statistika  Günü  elan 

edilib  və  onun  “Rəsmi  statistikanın  bir 

çox  nailiyyətlərinin  bayram  edilməsi” 

mövzusu  üzrə  keçirilməsi  qərara  alınıb

Qəbul  olunmuş  qətnamədə  deyilir  ki, 



Ümumdünya  Statistika  Günü  oktyabrın 

20-


də beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010

-

cu ildə keçirilib. Bu gün 



bütün dünya ölkələrində, BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Azərbaycan 

statistikləri  üçün  bu

 

günün  əhəmiyyətli  olması  həm  də  ondan  ibarətdir  ki,  2015



-

ci  ildə 

azərbaycanda statistikanın təşkilindən 169 il keçir və rəsmi statistikanın 95 yaşı tamam 

olur. 


Sonra  rəis  müavini  Lütvəli  Zeynalov

 

statistikanın  tarixi,  bu



 

günü  və  gələcək 

inkişaf  perspektivləri,  sosial

-

iqtisadi  siyasətin  formalaşdırılmasında  rolu  ilə  bağlı 



məlumatların  ictimaiyyətə  dolğun  şəkildə  çatdırılmasına

 

dair  geniş  məlumat  vermişdir.



 

Həmçinin online real

-

vaxt rejimində hesabat göstəricilərinin ötürülməsi, 



cari  ilin yanvar-

sentyabr  ay

larında şöbənin bu və digər 

 

fəaliyyətinə dair tədbir iştirakçılarına məlumat



 

verilmiş,  onları  maraqlandıran  suallar 

ətrafında müzakirələr aparılmışdır.

 

Sonra  "Respublika



”  qəzetinin 

müxbiri


Rauf  İlyasoğlu 

 

statistikanın 



əhəmiyyəti 

və 


statistikanın 

cəmiyyətdə  rolu  haqqında  çıxış 

etmişlər.

 


background image


Sonda 

Nəsimi


 

Rayon  İcra  Hakimiyyətinin  nümayəndəsi

  - 

Ekologiya  məsələləri 



üzrə  aparıcı  məsləhətçi  Kamal  Rüstəmov  çıxış  edərək,  statistikanın  bu  gün  əhalinin 

həyat səviyyəsinin yüksəldilməsi üçün vacib qərarların qəbul edilməsinin zəruriliyindən 

danışmış  və  20  oktyabr  Ümumdünya  Statistika  Günü  münasibəti ilə  statistika işçilərini 

təbrik etmişdir.



 

 

 



Yüklə 14,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə