20 yanvar 1990 Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması



Yüklə 80,56 Kb.
tarix08.03.2018
ölçüsü80,56 Kb.
#30846


1990


12 yanvar 1990 – Ermənilərin Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə hücumu ilə əlaqədar olaraq AXC-nin Milli Müdafiə Şurası yaratması 19 yanvar 1990 - Naxçıvan MSSR-in Ali Soveti Muxtar Respublikanın SSR- nin tərkibindən çıxması haqqında qərar qəbul etdi 20 yanvar 1990 - Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması.
19 may 1990 - Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi.


1991

5 fevral 1991- Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqinda qərar qəbul edilməsi. AXC dövründəki üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq olunması

8 avqust 1991 – Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri) rayonunun boşaldılması
30 avqust 1991 - Respublika Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat qəbul edilməsi.
3 sentyabr 1991 - H.Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsi
14 sentyabr 1991 - Azərbaycan Kommunist Partiyasının buraxılması haqqında qərar qəbul edilməsi.
9 oktyabr 1991 - Respublika Ali Sovetinin Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında qanun qəbul etməsi.
18 oktyabr 1991 - "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul edilməsi.(İcra hakimiyyəti başçısı, Dövlət katibiDövlət müşavirələri vəzifələrinin təsis olunması, Prezident idarəsi yaradılması )


9 noyabr 1991 - Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə tərəfindən tanınması.
20 noyabr 1991 - Qarakənd faciəsi 26 noyabr 1991 - DQMV-nin statusunun ləğvi. Respublika Ali Sovetinin 50 deputatından ibarət Milli Şura yaranması 8 dekabr 1991MDB –nin yaranması
9 dekabr 1991 - Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olunması. 25 dekabr 1991 - Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Azərbaycan Respublikası qanununun qəbul edilməsi.
29 dekabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına münasibətlə bağlı referendum keçirilməsi və Respublika əhalisinin mütləq əksəriyyətinin Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxması. 1991-ci il - Azərbaycanın Beynəkxalq Olimpiya Komitəsinə üzv qəbul olunması


1992
25-26 fevral 1992- Xocalı Soyqırımı.
2 mart 1992 - Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması. Mart 1992ATƏM-in Minsk qrupunun yaradılması
8 may 1992Şuşanın işğalı 15 may 1992Daşkənd müqaviləsi
18 may 1992 - Laçının işğalı May 1992Dövlət himninin təsdiq edilməsi 28 may 1992Sədərək-DilucuÜmid” körpüsünün açılması 7 iyun 1992 - Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Əbülfəz Elçibəyin prezident seçilməsi.


10 iyul 1992 -Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə qoşularaq Helsinki Yekun aktını imzalaması, ATƏM-in üzvü olması.
15 avqust 1992 - Azərbaycanın milli valyutasının-MANAT -ın dövriyyəyə buraxılması.


Oktyabr 1992 - ABŞ konqresinin “Azadlığı müdafiə Aktı”na ədalətsiz 907-ci düzəliş etməsi və Azərbaycanın ABŞ-ın maliyyə yardımından məhrum edilməsi.
16 oktyabr 1992 - Respublikanın 91 nəfər tanınmış ictimai-siyasi xadiminin H.Əliyevə müraciət edərək təkidlə ölkə rəhbərliyinə dəvət etməsi. 21 noyabr 1992YAP-ın yaranması 1992 –ci il - 1992-1993-cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunması


1993

3 aprel 1993 - Kəlbəcərin işğalı
4 iyun 1993 - Gəncədə S.Hüseynovun başçılığı ilə hərbi müxalifətin qiyam qaldırması.
15 iyun 1993 - H.Əliyevin Azərbaycan RespublikasınınAli Sovetinin sədri seçilməsi. Sonradan həmin günün “Qurtuluş günü” kimi qeyd edilməsi.
23 iyul 1993Ağdamın işğalı 18 avqust 1993 - Cəbrayılın işğalı.
21-23 avqust 1993 - Cənub bölgəsində Ə.Hümbətovun başçılıq etdiyi qiyamın yatırılması.
23 avqust 1993Füzulinin işğalı 31 avqust 1993 Qubadlının işğalı
24 sentyabr 1993 - Azərbaycan Respublikasının MDB-yə daxil olması.
3 oktyabr 1993 - H.Əliyevin Respublika Prezidenti seçilməsi.
30 oktyabr 1993 - Zəngilanın işğalı 1 noyabr 1993Dövlət Müdafiə Şurası yaradılması. 1993-cü ilTÜRKSOY –un yaradılması 1993-cü il – Respublikada ali məktəblərdə ikipilləli təhsilə - bakalavr və magistr pilləli təhsil sisteminə keçilməsi


1994

1994-cü ilin əvvəlləri – Füzuli rayonunun Horadiz qəsəbəsinin geri alınması 1994-cü ilin əvvəlləri – MANAT – ın yeganə ödəniş vasitəsi elan olunması Aprel 1994 Xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman verilməsi 12 may 1994 – Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanması May 1994 – Azərbaycanın NATO-nun Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması İyul 1994 Əhalinin sosial müdafiəsi” haqqında qanun qəbul edilməsi
20 sentyabr 1994 - “Əsrin müqaviləsi” – nin bağlanması.
4 Oktyabr 1994 - Dövlət çevrilişinə növbəti cəhdin iflasa uğraması. Dekabr 1994 – ATƏT –in Budapeşt sammiti 1994-cü il – Azərbaycanın Avropa Futbol Birliyinə (UEFA) üzv qəbul olunması


1995

Fevral 1995Valyuta bazarı haqqında fərman verilməsi
Mart 1995 - Dövlət çevrilişinə cəhdin iflasa uğraması. Mart 1995 - Dövlət aqrar islahatı komissiyası yaradılması. 12 noyabr 1995 – Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması 12 noyabr 1995 – Azərbaycan Respublikasının ilk demokratik parlament seçkilərinin keçirilməsi
24 noyabr 1995 - Azərbaycan Respublikasının Milli Məclisinin öz işinə başlaması. 1995 –ci ilAzərbaycan Gənclər Təşkilatı Milli Şurası və Respublika Uşaq Təşkilatının yaradılması


1996
Fevral 1996 – Prezident yanında Xüsusi İslahatlar Komissiyası –nın yaradılması
16 iyul 1996Torpaq islahatı haqqında” qanun verilməsi İyul 1996Aqrar kredit kassası yaradılması Avqust 1996Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər” haqqında fərman verilməsi Oktyabr 1996Sudan pullu istifadə” haqqında fərman verilməsi Payız 1996 – Azərbaycanın YUNESKO ilə əməkdaşlıq haqqında memerondum imzalaması 2-3 dekabr 1996 - ATƏT-in Lissabonda keçirilmiş zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında təşkilatın 53 üzvü adından bəyanət qəbul edilməsi. 1996-cı il “Yarasa” bədii filminin “Avropanın ən yaxşı tam metrajlı bədii filmi” adına layiq görülməsi


1997
20 aprel 1997 - “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqında prezident fərmanının verilməsi. 1997-ci ilin yazı – Azərbaycanın Avropa Mədəniyyət Konvensiyasına qoşulması


Sentyabr 1997GUAM –ın yaradılması ( 1.İqtisadi artımı sürətləndirmək ; 2. Xalqların rifahını yaxşılaşdırmaq; 3. Faydalı ticarət münasibətlərini dərinləşdirmək məqsədi ilə yaradılmışdı. ) 25 oktyabr 1997 - Azərbaycan neftinin Şimal marşrutu- Bakı-Novorossiysk neft kəməri ilə nəql edilməsinə başlanması.
12 noyabr 1997 - ARDNŞ-lə xarici neft şirkətləri arasında bağlanmış “Əsrin müqaviləsi”əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi Noyabr 1997Mədəniyyət haqqında” qanun verilməsi Noyabr 1997Azərbaycan yazıçılarının X qurultayının keçirilməsi
18 dekabr 1997 - Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalanması. 1997-ci il – İ.Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi 1997-ci ilH.Əliyev məktəbləri –nin təşkil olunması 1997-ci ilABŞ-a ilk rəsmi səfər edilməsi (H.Əliyev tərəfindən)


1998
Fevral 1998 - “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında fərman imzalanması. Ölüm hökmünün ləğv edilməsi.
26 mart 1998 - Azərbaycan Respublikası prezidentinin Azərbaycanlıların soyqırımı haqqında fərman imzalaması. Bu fərmanla martın 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi.
Aprel 1998 – M.F.Axundov adına Respublika kitabxanasının Milli Kitabxana statusu alması 6 avqust 1998 – Senzuranın ləğv edilməsi 8 sentyabr 1998 - Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi. “Avropa- Qafqaz-Asiya” dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsinin imzalanması.


11 oktyabr 1998 - Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, H.Əliyevin ikinci dəfə prezident seçilməsi. 1998-ci il Konstitusiya Məhkəməsinin yaradılması 1998-ci il Yaponiyaya ilk səfərin təşkil edilməsi 1998-ci il – Şəhidlər Xiyabanında 21 metr hündürlüyündə əbədi məşəlabidə açılması

1999

Aprel 1999 - Bakı-Supsa neft kəmərinin işə salınması.
Noyabr 1999 - ATƏT-in İstanbul sammiti. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalari arasında saziş imzalanması.
12 dekabr 1999 - Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirilməsi.




2000
13 iyun 2000 - "AR-da təhsil sisteminin təkmilləşdirilməsi haqqına"fərman verilməsi.
7 sentyabr - H.Əliyevin BMT-nin 1000 illik sammitində çıxışı
5 noyabr 2000 - Respublika Milli Məclisinə yeni seçkilərin keçirilməsi. 5 noyabr 2000 – AR-nın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsi haqqında qərar verilməsi Payız 2000 – Bakıda ilk Olimpiya-İdman Kompleksinin istifadəyə verilməsi 2000-ci il – “Dədə-Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi. 2000-ci il – “Qurtuluş” müasir qazma qurğusunun işə düşməsi 2000-ci ilHakimlərin xüsusi imtahandan keçməsi təcrübəsinin tətbiq olunması


2001 17 yanvar 2001 - Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvü olması haqqında 2000-ci il 9 noyabr qərarının qəbul edilməsi 25 yanvar 2001 - Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvünə çevrilməsi. Yanvar 2001 - Azərbaycan Respublikası ilə Rusiya arasında Xəzərin hüquqi statusuna dair sənədin qəbul edilməsi 12 mart 2001Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə azərbaycan qazının tranziti,nəqli və satışı haqqında Türkiyə ilə sazişin bağlanması

20 mart 2001Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümü haqqında Prezident fərmanının verilməsi 9 avqust 2001 - Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günüelan edilməsi.
24 avqust 2001 – Türkiyə Cümhuriyyəti Hərbi Hava Qüvvələrinin seçmə bölüyünün “Türk ulduzları” eskadrilyasının Bakı səmasında nümunəvi uçuşlarının keçirilməsi. 1 sentyabr 2001 – İlk özəl orta ümumtəhsil məktəbi-Müasir Təhsil Kompleksinin fəaliyyətə başlaması 24 sentyabr 2001 - Avropa Şurasının payız sessiyasında, AR-nın işğaldan azad olunmaq üçün hər vasitəyə əl atmasına haqq verən sənədin qəbulu 29 sentyabr 2001 - Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə azərbaycan qazının tranziti,nəqli və satışı haqqında Gürcüstan ilə sazişin bağlanması. 9-10 noyabr 2001Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi Noyabr 2001 - Azərbaycan Respublikası ilə Qazaxıstan arasında Xəzərin hüquqi statusuna dair sənədin qəbul edilməsi 28 dekabr 2001“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya qanununun qəbul edilməsi 2001-ci il - Azərbaycan Respublikasının Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü olması


2002

30 mart 2002ABŞ-ın Azərbaycana silah satışı üzrə qoyduğu qadağanı ləğv etməsi 23 aprel 2002 – Xəzəryanı ölkələrin dövlət başçılarının, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Aşqabad zirvə toplantısının keçirilməsi 30 aprel 2002Trabzon zirvə görüşündə “Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan, Gürcüstan və Türkiyə arasında sazişin imzalanması. İyun 2002Prezident təqaüdünün verilməyə başlanması 2 iyul 2002 – Elmira Süleymanovanın ilk Ombudsman seçilməsi 5 iyul 2002Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması 6 avqust 2002Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması 24 avqust 2002 – İlk dəfə olaraq AR-nın Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirilməsi 27 avqust 2002Sahibkarlar Şurasının yaradılması 27 avqust 2002 – Prezidentin fərmanı ilə 2002-2005 –ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi 18 sentyabr 2002 – Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin təməlinin qoyulması Noyabr 2002 – Praqa sammitində ölkəmizin NATO Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul olunması 2002-ci il – Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi haqqında razılığın əldə olunması

2003

Yanvar 2003 – İ.Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi 17 fevral 2003“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”-nın təsdiq edilməsi 23 may 2003Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməlinin qoyulması 7 iyul 2003 – Bakı metropoliteninin H.Aslanov stansiyasında qatarların hərəkətinin başlanması 24 iyul 2003Lider yarımdalma üzən qazma qurğusunun istifadəyə verilməsi 4 avqust 2003 – İ.Əliyevin Baş Nazir seçilməsi. 15 oktyabr 2003 – İ.Əliyevin Prezident seçilməsi ( Bu seçkilər yeni Seçki Məcəlləsi ilə keçirilmişdi) 12 dekabr 2003 – H.Əliyevin vəfat etməsi 2003-cü il – Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına daxil edilməsi. 2003-cü ilŞirvanAğgöl Milli Parklarının yaradılması
2004

12 yanvar 2004 - İ.Əliyevin AR-nın milli Ensiklopediyasının nəşri haqqındaAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar verməsi 11 fevral 2004 - AR regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı nın qəbul edilməsi

İyul 2004 - İ.Əliyevin Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsinə dair sərəncam verməsi 21 avqust 2004 - İ.Əliyevin Bilik gününün təsis edilməsi və təhsil müəssisələrinin iş rejiminin tənzimlənməsi haqqındaAR-da ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı haqqında fərmanlar imzalaması 2004-cü il - İ.Əliyevin Özbəkistan, Türkiyə, RumıniyaUkraynaya rəsmi səfəri

2005

Fevral 2005 - “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsindən ilkin neftin hasilatına başlanması Fevral 2005 - Rusiyada Azərbaycan ilinin açılışı olması Aprel 2005 - Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında Qanun qəbul edilməsi 10 may 2005 - H.Əliyevin heykəlinin açılması

25 may 2005 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsində ilkin neft doldurulması mərasiminin keçirilməsi İyun 2005 - İ.Əliyevin AR-nın Avropa inteqrasiyası üzrə Dövlət Komissiyası yaradılması haqqında sərəncam verməsi 13 oktyabr 2005 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstan hissəsində ilkin neft doldurulması mərasiminin keçirilməsi 2005-ci il - İ.Əliyevin İrana, Polşaya, Xorvatiyaya, PakistanaBolqarıstana rəsmi səfəri

2006

Fevral 2006 - İ.Əliyevin Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı haqqında sərəncam verməsi 16 mart 2006 - Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi 24 mart 2006 - İ.Əliyevin Ağdam, Bərdə, Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı haqqında sərəncam verməsi Mart 2006 - İ.Əliyevin Yaponiyaya rəsmi səfəri Aprel 2006 - İ.Əliyevin ABŞ -a ilk rəsmi səfəri
2007

May 2007 - Bakıda İstiqlal abidəsinin ucaldılması
2008

Sentyabr 2008 - Bakı metropoliteninin Nəsimi stansiyasının işə düşməsi

15 oktyabr 2008 - İ.Əliyevin AR-ın prezidenti seçilməsi
2009

4 may 2009 - İ.Əliyevin AR-da 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “AR-da 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı nın təsdiq edilməsi haqqında sərəncamı 18 mart 2009 - AR-nın Konstitusiyasına dəyişikliklər edilməsinə dair II dəfə referendum keçirilməsi 18-24 mart 2009 - Bakıda Muğam aləmi Beynəlxalq musiqi festivalının keçirilməsi

Yüklə 80,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə