2002-ъи илин биринъи йарысынын йекунлары цзря пул сийасятинин йериня йетирилмяси вязиййяти щаггында



Yüklə 279,98 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü279,98 Kb.
#69089


2008-cı ilin I yarımilinin yekunları üzrə pul siyasətinin 

yerinə yetirilməsi vəziyyəti haqqında 

 

 



    1. Makroiqtisadi durum və qlobal iqtisadi proseslər  

Makroiqtisadi vəziyyət. Azərbaycan iqtisadiyyatı son illərdə nümayiş 

etdirdiyi yüksək dinamikliyini 2008-ci ilin ötən dövrü ərzində də saxlamış, bu artım 

həm neft, həm də qeyri-neft sektorlarında müşahidə edilmişdir.

 

2008-ci ilin ilk 



yarımilinin yekunu üzrə ölkədə iqtisadi artım 16.5%,

 

o cümlədən neft sektorunda 



17.4%, qeyri-neft sektorunda isə 15.6% təşkil etmişdir. Yüksək artım qlobal 

iqtisadiyyata sürətli inteqrasiya,

 

masştablı modernizasiya və bazar münasibətlərinin 



institutlaşması fonunda baş verir.  

Dövr ərzində sənaye məhsulunun 13.8%, kənd təsərrüfatı məhsulunun 10.7%, 

əsas kapitala investisiya qoyuluşunun 31.6%, nəqliyyatda yük daşınmasının 13.2%, 

poçt və rabitə xidmətlərinin 37.3%, əmtəə dövriyyəsinin 14.9%, əhaliyə göstərilən 

pullu xidmətlərin 29.5% artımına nail olunmuşdur.    

Bazar iqtisadiyyatlı ölkə statusu ücün vacib şərt olan özəl sektorun 

iqtisadiyyatdakı rolu da artmaqdadır. Dövr ərzində ÜDM-in 80%-dən coxu, o 

cümlədən sənaye məhsulunun 81.7%-i, kənd təsərrufatı  məhsulunun demək olar ki, 

hamısı qeyri-dövlət bölməsinin payına düşmüşdür.

      


2008-ci ilin yanvar-iyun ayları  ərzində inflyasiya ötən ilin müvafiq dövrünə 

nəzərən 20.2% təşkil etmişdir. Yanvar-iyun aylarında ötən ilin yanvar-iyun ayına 

nəzərən  ərzaq məhsulları 28%, qeyri-ərzaq məhsulları 10.6%, xidmətlər isə 11.2% 

bahalaşmışdır.  

Son illər Azərbaycanın  xarici ticarət balansında müşayiət olunan müsbət 

meyllər davam etməkdədir. Dünya bazarında neftin qiymətinin rekord səviyyəyə 

çatması, eyni zamanda qeyri-neft sektorunun dinamik inkişafı ölkənin xarici 

balansının daha da yaxşılaşmasına zəmin yaratmışdır. Xarici ticarət dövriyyəsi 2008-

ci ilin yanvar-may aylarında 17331.7 mln.$ təşkil etmişdir ki, bunun da 14869.3 mln. 

$-ı ixracın, 2462.4 mln. $-ı isə idxalın payına düşür.  




 

Əhalinin sosial vəziyyətinin də yaxşılaşması bu il də davam etməkdədir. Belə 

ki, orta aylıq  əmək haqqı 250.4 manata çatmış  və onun artım tempi 23.8% təşkil 

etmişdir.  

 

Dünya maliyyə və əmtəə bazarlarında baş verən meyllər.

 

Aparıcı ölkələrin 



iqtisadiyyatında baş verən proseslər onların maliyyə bazarlarının indikatorlarında öz 

əksini tapmışdır.  

Altı ay ərzində ABŞ dollarının məzənnəsi dünyanın aparıcı valyutalarına 

nəzərən əsasən azalmaq istiqamətində dəyişmişdir. Belə ki, 2008-ci ilin II yarımilinin 

yekunu üzrə ABŞ dollarının məzənnəsi avroya nəzərən 6.7%, Rus rubluna nəzərən 

4.2%,  İsveçrə frankına nəzərən 10%, İngilis funt sterlinginə  nəzərən 1.1%, Yapon 

yeninə nəzərən 2.5% dəyərdən düşmüşdür.  

Qeyd edək ki, dövr ərzində Federal Ehtiyat Sistemi uçot dərəcəsini 4 dəfə 

dəyişərək 4.25%-dən 2%-ə endirmiş, Avropa Mərkəzi Bankı isə 1 dəfə dəyişərək 4%-

dən 4.25%-ə qaldırmışdır.   

 

Yarımillik  ərzində  əsas fond indekslərinin səviyyəsi azalmışdır. Belə ki, Nyu 



York Fond Birjasında hərraca çıxarılan 30 ən iri sənaye şirkətinin orta qiymətini əks 

etdirən Dou Cons indeksi 11.5%, ABŞ-ın 100 ən iri yüksək texnoloji şirkətinin 

səhmlərinin qiymətləri əsasında hesablanmış Nasdaq indeksi 7.4%, Avropanın 100 ən 

iri şirkətinin səhmlərinin qiymətləri əsasında hesablanmış FTSE eurotop 100 indeksi 

19.1%, Almaniya Fond Birjasında hərraca çıxarılan 100 ən iri şirkətin səhmlərinin 

orta qiyməti-DAX indeksi 17.8%, Tokio Fond Birjasında hərraca çıxarılan 225 ən iri 

şirkətin səhmlərinin qiymətləri  əsasında hesablanmış Nikkey indeksi isə 5.8% 

zəifləmişdir. 



 

2008-ci ilin 6 ayında dünya bazarında Brent markalı neftin orta qiyməti 109.9 

ABŞ dolları təşkil etmişdir. Bu da ilin əvvəli ilə müqayisədə (94.9$) 15.7% çoxdur.  

 

Dövr  ərzində dünya bazarlarında  qızılın qiymətinin artması davam etmişdir. 



Belə ki, beynəlxalq bazarda qızılın unsiyasının qiyməti ilin əvvəlində 862 ABŞ 

dolları olduğu  halda, iyun ayının sonuna 7.4% (və ya 64 ABŞ dolları) artaraq 926 

ABŞ dolları səviyyəsinə yüksəlmişdir.  

 

 

2




2. Pul siyasəti 

Pul siyasətinin hədəflərinə nail olunması vəziyyəti. Yüksək iqtisadi artım ilə 

əlaqədar pula tələbin sürətlə genişlənməsi şəraitində 2008-ci il ərzində Milli Bankın 

pul siyasəti  qarşısında məzənnə sabitliyinin qorunması, iqtisadiyyatın pula olan 

tələbatının ödənilməsi, habelə bank-maliyyə sistemində sabitliyin qorunması kimi 

vəzifələr qoyulmuşdur.   

Son dövrlər dünyanın aparıcı valyutalarının məzənnələrinin kəskin tərəddüdləri 

bir çox ölkələrdə, o cümlədən Azərbaycanda məzənnə siyasəti amilinin əhəmiyyətini 

daha da artırmışdır. Belə ki, dünyanın aparıcı valyutalarının məzənnələrində 

müşahidə  edilən əhəmiyyətli tərəddüdlər ölkədə inflyasiya idxalına şərait yaratmaqla 

bərabər iqtisadi subyektləri müəyyən dərəcədə məzənnə riskinə həssas edir. Bundan 

başqa, Azərbaycanda milli valyutanın məzənnəsinin ABŞ dollarına nəzərən 

formalaşması bu valyutanın dünyanın digər aparıcı valyutalarına qarşı kifayət qədər 

dəyişkən olması  şəraitində Milli Bankın  əsas operativ hədəfi olan nominal effektiv 

məzənnə üzrə hədəfə nail olunması, son nəticədə isə milli iqtisadiyyatın beynəlxalq 

rəqabət qabiliyyətinin qorunması kimi vəzifələrin yerinə yetirilməsini 

mürəkkəbləşdirir. Qeyd olunanları nəzərə alaraq Milli Bankın İdarə Heyəti “2008-ci 

il üçün pul siyasətinin  əsas istiqamətləri barədə  Bəyanat”ına uyğun olaraq 11 mart 

2008-ci il tarixindən manatın dəyərinin valyuta səbətinə  nəzərən sabit saxlanılması 

konsepsiyasının reallaşdırılmasına başlamaq haqqında qərar qəbul etmişdir. Hal-

hazırda, səbətdə ABŞ dollarının payı 70%, avronun payı isə 30% təşkil edir. 

Məzənnə siyasətinin tətbiqinin yeni mexanizminə keçid Milli Bankın nominal 

effektiv məzənnəyə  təsir imkanlarını artırmışdır. Ticarət partnyoru olan ölkələrin 

valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi 

çəkiləri nəzərə alınmaqla həndəsi ortasını  əks etdirən manatın nominal effektiv 

məzənnəsi 2008-ci ilin iyununda 2007-ci ilin dekabrına nəzərən ümumi ticarət 

dövriyyəsi üzrə 0.9%, ixrac çəkili isə 2.6% ucuzlaşmış, idxal çəkili isə 1.1%, 

bahalaşmışdır. 

 

3




Ölkənin qeyri-neft sektoru üzrə  rəqabət qabiliyyətini qiymətləndirmək üçün 

nominal və real məzənnə indekslərinin neft sektoru çıxılmaqla ticarət dövriyyəsi, 

idxal və ixrac göstəricilərindən istifadə edilir. Hesablamalar göstərir ki, 2008-ci ilin 

yanvar-iyun ayları  ərzində 2007-ci ilin dekabrına nəzərən qeyri-neft sektoru üzrə 

nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 0.7%, idxal üzrə 0.6%, ixrac 

çəkili 1.1% bahalaşmışdır.   

 Ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli real 

məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi ortasını 

əks etdirən manatın real effektiv məzənnəsi isə (neft sektoru daxil olmaqla) 2008-ci 

ilin yanvar-iyun aylarında ötən ilin dekabrına nəzərən ümumi ticarət dövriyyəsi üzrə 

8.4%, idxal çəkili 9.5%,  ixrac çəkili  isə  7.1% bahalaşmışdır.  

Qeyri-neft sektoru üzrə real effektiv məzənnə 2008-ci ilin yanvar-iyun 

aylarında ötən ilin dekabrına nəzərən ümumi ticarət dövriyyəsi üzrə 8.3%, idxal çəkili 

8.5%, ixrac çəkili isə 7.3% möhkəmlənmişdir.  

Effektiv məzənnə indeksləri ölkənin rəqabət qabiliyyətini uzunmüddətli dövrdə 

qiymətləndirmək üçün daha məqsədəuyğundur. Bu baxımdan effektiv məzənnə 

indekslərinin 2000-ci ilin dekabrından etibarən olan dinamikasına nəzər yetirmək 

məqsədəuyğun olardı.   

2008-ci ilin yanvar-iyun aylarında 2000-ci ilin dekabrına nəzərən manatın neft 

sektoru da daxil olmaqla ümumi ticarət çəkili nominal effektiv məzənnəsi aşağı 

düşmüşdür. 

Belə ki, dövr ərzində nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 

15.4%, idxal çəkili 6.9%, ixrac çəkili 21.3% ucuzlaşmışdır. 

Qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə isə bu dövrdə ümumi ticarət 

dövriyyəsi və idxal üzrə ucuzlaşdığı halda, ixrac çəkili möhkəmlənmişdir.  

2000-ci ilin dekabrına nəzərən qeyri-neft sektoru üzrə nominal effektiv 

məzənnə ümumi ticarət dövriyyəsi üzrə 2.2%, idxal çəkili 4% azalmış, ixrac çəkili isə 

7.8% artmışdır. 

 

4



 2008-ci ilin yanvar-iyun aylarında 2000-ci ilin dekabrına nəzərən real effektiv 

məzənnə neft sektoru da daxil olmaqla ümumi ticarət dövriyyəsi üzrə 3%, ixrac üzrə 

2%, idxal üzrə isə 3.4% bahalaşmışdır. 

 Qeyri-neft  sektoru  üzrə  də real effektiv məzənnənin aşağı düşməsi baş 

vermişdir. Belə ki, neft sektoru istisna olmaqla 2000-ci ilin dekabrına nəzərən real 

effektiv məzənnənin aşağı düşməsi tempi ümumi ticarət dövriyyəsi üzrə 3.5%, idxal 

üzrə 0.9%, ixrac üzrə isə 16.5% təşkil etmişdir.   

Uzunmüddətli dövrdə qeyri-neft sektoru üzrə real effektiv məzənnənin 

azalması onunla əlaqədardır ki, bu dövrdə ticarət partnyoru olan ölkələrdə inflyasiya 

tempi Azərbaycandakı inflyasiyanı üstələmişdir.  

Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi 2008-cı ilin I 

yarımilinin sonuna ilin əvvəli ilə müqayisədə (4015,3 mln. ABŞ dolları) 30% və ya 

1207 mln. ABŞ dolları artaraq 5223 mln.ABŞ dollarına çatmışdır.   

 2008-ci ilin I yarımilinin sonuna manatla geniş  pul kütləsi (M2) ötən ilin 

müvafiq dövrünə nəzərən 79.8% artaraq 4933.2  mln.manat təşkil etmişdir.  

Yüksək makroiqtisadi dinamika və bank sisteminin sıçrayışlı inkişafı maliyyə 



sabitliyinin diqqət mərkəzində saxlanmasını daha da aktuallaşdırmışdır. Milli Bankın 

valyuta sabitliyinə yönəldilmiş pul və  məzənnə siyasəti ölkədə maliyyə sabitliyinin 

qorunmasına yardım etmişdir. Maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə 

Milli Bank eyni zamanda bankların sağlamlaşdırılması  və  rəqabət qabiliyyətinin 

artırılması üçün onların ardıcıl kapitallaşması, maliyyə  və inzibati idarəetmə 

sistemlərinin təkmilləşdirilməsi istiqamətində məqsədli tədbirlər həyata keçirmişdir.  

Nəticədə, ötən dövr ərzində iqtisadiyyatda artan pul kütləsi ev təsərrüfatları və 

korporativ sektorun yığımlarına çevrilmiş, bu yığımlar qeyri-neft sektorunda 

investisiyalara sürətlə transformasiya olunmuşdur. Bank aktivlərinin keyfiyyəti 

yüksəlmiş, bankların sağlamlığı daha da güclənmiş, onlar risklərinə adekvat 

səviyyədə kapitala, müştərilərin tələblərini vaxtında və tam həcmdə yerinə yetirmək 

qabiliyyətinə malik olmuşdur.    

 

5



Pul siyasətinin alətləri. Milli Bank nəzərdə tutduğu hədəflərə nail olmaq üçün 

açıq bazar əməliyyatları, faiz dərəcələri, habelə  məcburi ehtiyat normaları kimi 

alətlərdən istifadə etmişdir. 

Pul kütləsinin inflyasyon potensiala malik hissəsini sterilizasiya etmək üçün 

Milli Bank özünün qısamüddətli notlarından istifadəni 2008-ci ilin ötən dövrü ərzində 

də davam etdirmişdir. Cari ilin yanvar-iyun ayları  ərzində notların  yerləşdirilməsi  

üzrə  Milli  Bank  tərəfindən  25 auksion  keçirilmişdir. Emissiyanın  ümumi  həcmi  

1345 mln. AZN, yerləşdirilmiş  notların  həcmi  isə   949,4 mln. AZN (emissiya   

həcminin   70,6%-i) təşkil  etmişdir.

 

Cari  ilin  I yarımilliyi  ərzində Milli Bankın 



qısamüddətli notları üzrə orta ölçülmüş  gəlirlilik azalaraq dövrün əvvəlində 

keçirilmiş ilk auksiondakı 10,89%-dən sonuncu auksionda 9,45%-dək enmisdir. 

Notlar üzrə təkrar bazarın həcmi 169,8 mln. AZN təşkil etmişdir ki, bu da 2007-ci ilin 

muvafiq dövrü ilə müqayisədə  2 dəfə  çoxdur.

   

Bankların  likvid  vəsaitlərə  ehtiyacını, onların  müştərilər  qarşısında  



öhdəliklərinin   vaxtında   icrasını      təmin  etmək   məqsədilə   dövr  ərzində  

aparılmış  REPO əməliyyatlarının  həcmi  2282,1 mln. AZN təşkil etmişdir. 2008-ci 

ilin yanvar-iyun ayları  ərzində 1 əks-REPO (1 günlük) əməliyyatı  keçirilmişdir. 

Keçirilən  əməliyyatın həcmi 10 mln. AZN təşkil etmişdir.  Əks-REPO  üzrə    orta  

faiz  dərəcəsi  19% təşkil  etmişdir. 

Milli Bank bankların xarici öhdəliklərinin yüksək templə artaraq valyuta 

bazarında və kredit ekspansiyasında əlavə gərginlik yaratmaq təhlükəsini qabaqcadan 

neytrallaşdırmaq məqsədilə bu öhdəliklərin məcburi ehtiyata cəlb edilməsinə dair 

qərar qəbul etmişdir. Bu tədbir mühüm sterilizasiya effekti verməklə yanaşı, 

bankların xaricdən cəlb etdiyi vəsaitlərin maya dəyərinin daxili resursların maya 

dəyərinə yaxınlaşmasına xidmət edir. Eyni zamanda manatla və xarici valyutada 

depozitlər üzrə məcburi ehtiyat norması da 12%-ə artırılmışdır. 

 Eyni zamanda Milli Bank iqtisadiyyatın müəyyən hərarətlənməsini nəzərə 

alaraq pul siyasətini bir qədər sərtləşdirmək məqsədilə faiz dəhlizinin əsas göstəricisi 

olan  uçot dərəcəsini yarım il ərzində 2 dəfə  dəyişərək 15% səviyyəsinə 

yüksəltmişdir.  

 

6



3. Maliyyə bazarları 

Kredit qoyuluşları.

 

2008-ci ilin II rübünün sonuna kredit qoyuluşlarının 



həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 78.3% artaraq 6166.5 mln. AZN   

təşkil etmişdir.  Yeni verilmiş kreditlərin həcmi 2008-cı ilin yanvar-iyun aylarında 

5482.5  mln. AZN təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründə olduğundan 

1.9 dəfə çoxdur. Son bir ildə yeni verilmiş kreditlərin məbləği kredit borcları üzrə 

ödənişlərin məbləğini üstələmişdir. Bunun nəticəsidir ki, kredit qoyuluşlarının xalis 

artımı 2708 mln. AZN təşkil etmiş  və beləliklə kredit qoyuluşlarının qalığı 

01.07.2008 tarixinə 6166 mln. AZN-ə yüksəlmişdir.  

Kredit qoyuluşunun ÜDM-də xüsusi çəkisi (qeyri-neft sektorunun ÜDM-i 

üzrə) 7 faiz bəndi artmışdır.                                                                                                              

   2008-ci ilin ilk yarımilliyi ərzində cəmi kredit qoyuluşunun 97.7%-ni banklar 

tərəfindən verilən kreditlər, 2.3%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri 

təşkil etmişdir. Son bir ildə banklar tərəfindən kredit qoyuluşları 79%, qeyri-bank 

kredit təşkilatlarının kreditləri isə 46.2% artmışdır. Ölkədə  həyata keçirilən geniş 

iqtisadi layihələrlə əlaqədar olaraq banklar tərəfindən kreditlərin 97.7%-i real sektora, 

2.7%-i isə maliyyə sektoruna yönəldilmişdir.  

Son illər həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi özəl sektorun 

iqtisadiyyatda rolunun artması kredit qoyuluşlarının strukturunda da özəl sektorun 

payının yüksəlməsi ilə müşaiyət olunmaqdadır. Belə ki, özəl sektora kreditlərin 

məbləği son bir ildə 94% artaraq 01.07.2008-ci il tarixinə 5641 mln. AZN təşkil 

etmiş və kredit qoyuluşlarında onun xüsusi çəkisi 91.5%-ə yüksəlmişdir.  

Qeyri-maliyyə müəssisələri olan hüquqi şəxslərə kredit qoyuluşları ötən ilin 

müvafiq dövrünə  nəzərən 75.8% artmış  və onun cəmi kredit qoyuluşunda xüsusi 

çəkisi 63.2% təşkil etmişdir. Son bir il ərzində sənaye və istehsala yönələn kreditlərin 

məbləği 55.3% artaraq 365mln. AZN, ticarət və xidmətə verilən kreditlərin məbləği 

86.4% artaraq 1501.3 mln. AZN, kənd təsərrüfatı  və emala yönələn kreditlərin 

məbləği 58.8% artaraq 242.5 mln. AZN, nəqliyyat və rabitə sektorlarına verilən 

kreditlərin məbləği isə 35.4% artaraq 360 mln. AZN təşkil etmişdir.  

 

7




Fiziki  şəxslərə verilən kreditlərin məbləği 91.1% artaraq 2171.3  mln.AZN 

təşkil etmişdir ki, bunun da 3.2%-i plastik kartlarla əməliyyatlar üzrə kreditlərin 

payına düşür. Cəmi kredit qoyuluşlarında fiziki şəxslərə verilən kreditlərin xüsusi 

çəkisi 35.8%-ə çatmışdır.  

Manatın sərbəst dönərli valyutalara nəzərən məzənnəsinin möhkəmlənməsi, 

eləcə  də denominasiya nəticəsində milli valyutaya inamın daha da artması kredit 

qoyuluşlarının valyuta strukturuna da təsir göstərməkdədir. 2008-cı ilin iyun ayında 

ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə kredit qoyuluşları 76.3% 

artdığı halda, manatla kredit qoyuluşları 80.1% artmışdır.

 

Nəticədə milli valyuta ilə 



kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 0.5 faiz bəndi 

artmışdır. Rübün sonuna kredit qoyuluşlarında xarici valyuta ilə verilən kreditlərin 

xüsusi çəkisi 46.8% təşkil etmişdir. Qısamüddətli kreditlərin 31.7%-i, uzunmüddətli 

kreditlərin isə 53.3%-i xarici valyutada verilmişdir.   

Milli valyutada kreditlərin 96.9%-ni banklar tərəfindən verilmiş kreditlər, 

qalanını isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edir. Xarici valyuta ilə 

verilən kreditlərin 98.6%-i bankların, 1.4%-i isə qeyri-bank kredit təşkilatlarının 

payına düşür.  



 

Depozit bazarı.  Əmanət və depozitlər 79.5% artaraq keçən ilin iyunındakı 

2436.3 mln AZN-dən  4372.5 mln AZN-a çatmışdır.

 

 Belə ki, iyun ayının yekunu 



üzrə manatla tələb olunanadək əmanət və depozitlər ötən ilin iyunına nəzərən 62.4%, 

müddətli  əmanət və depozitlər isə 80.7% artmışdır. Nəticədə, manatla cəmi  əmanət 

və depozitlərin strukturunda müddətli əmanət və depozitlərin xüsusi çəkisi ötən ilin 

iyun ayındakı 44.2%-ə qarşı cari ilin iyun ayında 46.9%-ə  yüksəlmişdir.  

Manatla fiziki şəxslərin  əmanətləri manatla hüquqi şəxslərin depozitlərinə 

nisbətən daha yüksək templə artmışdır. Hüquqi şəxslərin (dövlət və özəl) 

depozitlərinin manatla cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ötən ilin iyunındakı 

63%-dən  cari ilin iyun ayının sonuna 51.6%-ə düşmüşdür.  

Fiziki şəxslərin manatla uzunmüddətli əmanətlərinin artımı il ərzində 2.6 dəfə 

təşkil etmişdir. Qeyd edək ki, qeyri-rezident fiziki şəxslər tərəfindən də manatla 

əmanət qoyuluşları yüksək templə artmaqdadır. Belə ki, 2008-ci ilin iyun ayı ərzində 

 

8




ötən ilin iyunu ilə müqayisədə qeyri-rezident fiziki şəxslərin manatla qısamüddətli 

əmanətləri 2 dəfə, həm də uzunmüddətli əmanətləri 4.9 dəfə artmışdır. 

01.07.2008 tarixinə ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə 

əmanət və depozitlərin artım tempi 84.3%, milli valyuta ilə  əmanət və depozitlərin 

artım tempi isə 70.5% olmuşdur. Cəlb olunan əmanətlərin 48.8%-i milli valyuta ilə, 

51.2%-i isə xarici valyutada olmuşdur. 

Fiziki  şəxslərin manatla əmanətlərinin artım tempi xarici valyuta ilə 

əmanətlərinin artım tempini üstələmişdir.

 

Belə ki, son bir ildə  əhalinin manatla 



əmanətləri 2.2 dəfə, xarici valyutada əmanətləri 27.4% artmışdır.  

Fiziki  şəxslərin  əmanətlərinin strukturunda xarici valyutada olan əmanətlərin 

xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 63%-ə qarşı 01.07.2008 tarixinə 49.3% 

təşkil etmişdir.  



Banklararası pul bazarı.

 

Cari ilin I yarımilliyi  ərzində Mütəşəkkil 

Banklararası Kredit Bazarında  əqdlər manat, ABS dolları  və avroda bağlanmışdır. 

Manatla bağlanmış əqdlərin ümumi həcmi 85,7 mln. AZN təşkil etmişdir. Bağlanmış  

əqdlər  üzrə  orta  illik  faiz  dərəcəsi  14,51%  təşkil  etmişdir. Dövr  ərzində  ABŞ 

dolları  ilə  bağlanmış  əqdlərin  ümumi  həcmi  42,3 mln. ABŞ dolları  və  orta  illik  

faiz  dərəcəsi  14,9% təşkil etmişdir. Hesabat dövrü ərzində avro ilə bağlanmış 3 

əqdin həcmi 1,5 mln. avro, orta illik faiz dərəcəsi isə 13,3% təşkil etmişdir. Verilmiş  

kreditlərin  müddəti  1-360 gün  diapozonunda  olmuşdur. 

 

2008-ci il I yarımilliyi  ərzində dövlətin qiymətli kağızları ilə “bank-bank” 



sxemi  üzrə  banklararası  REPO  əməliyyatlarının  ümumi  həcmi  291,6 mln. manat  

təşkil  etmişdir. Banklararası    REPO    əməliyyatları    üzrə  orta ölçülmüş  gəlirlilik 

5,98% təşkil etmişdir. Aparılmış  əməliyyatların  müddəti  1-10 gun  diapozonunda  

olmuşdur. 



Dövlət  qısamüdətli  istiqrazlar  bazarı.

 

2008-ci  ilin  I  yarımilliyi  ərzində 

Maliyyə Nazirliyi tərəfindən Dövlət qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə 33 

hərrac keçirilmişdir. Elan olunmuş buraxılışların həcmi 177 mln. AZN, yerləşdirilmiş  

DQİ-lərin  həcmi  isə  101,5 mln. AZN təşkil etmişdir. Orta ölçülmüş  gəlirlilik ilk 

 

9




hərracda 10,99% təskil etdiyi  halda, son  hərracda  10,19%  səviyyəsinə  enmişdir. 

DQİ-lər  üzrə  təkrar  bazarın  həcmi  16 mln. AZN  təşkil  etmişdir.

 

Beləliklə, 2008-ci ilin ötən dövrü ərzində yüksək iqtisadi artım və ölkənin 

sosial-iqtisadi inkişafında neft gəlirlərindən aktiv istifadə şəraitində Milli Bank 

makroiqtisadi sabitliyin dəstəklənməsinə  və maliyyə sabitliyinin qorunmasına 

yönəldilmiş pul siyasətini davam etdirmişdir.   

 

 

10



Yüklə 279,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə