2014-cü il iyunun 15-də yerli özünüidarəetmə seçkiləri keçirilir!



Yüklə 35,54 Kb.
Pdf görüntüsü
tarix21.02.2018
ölçüsü35,54 Kb.
#27391


2014-cü il iyunun 15-də yerli özünüidarəetmə 

seçkiləri keçirilir!

Siz Sakrebulo üzvlərini seçirsiniz və ilk dəfə  

qamqebelini/meri seçirsiniz

დემოკრატიული მმართველობა 

საქართველოში (G3) პროგრამა

Seçiminizi edin!!!




2

Yerli özünüidarəetmə sizə ən yaxın olan hakimiyyətdir və o, yalnız sizin 

qarşınızda cavabdehlik daşıyır.

Növbəti 4 il ərzində, siz və sizin tərəfinizdən seçilmiş insanlar, birgə şəkildə 

mövcud mühiti daha da yaxşılaşdırmalısınız –məhz yerli hakimiyyət sizin 

kəndin və ya şəhərin problemlərini və ehtiyaclarını mərkəzi hakimiyyətdən 

daha yaxşı bilir. 

Yerli problemləri həll etmək məqsədilə, yerli hakimiyyət yerli büdcəni 

müəyyənləşdirməli və onu sizin ehtiyaclarınıza uyğun xərcləməlidir. 

Sakrebulolar və yerli qamqebelilər (merlər) təmin etməlidirlər:

Ərazinin və yolların abadlığı;



Küçələrin, parkların, meydanların və digər ictimai yerlərin təmizlənməsi, 

məişət tullantılarının toplanması və daşınıb aparılması;  

Ərazinin yaşıllaşdırılması, küçələrin işıqlandırılması; 



Su ilə təchizat, suvarma sisteminin inkişaf etdirilməsi; 

Uşaq bağçalarının fəaliyyət göstərməsi; 



Əhaliyə nəqliyyat xidmətinin göstərilməsi ; 

Xarici ticarət və bazarların nizamlanması;



Tikintiyə icazənin verilməsi;

Ev heyvanlarının saxlanılması qaydalarının müəyyən edilməsi; 



Məhdud imkanlara malik şəxslər üçün, uşaqlar və ahıllar üçün müvafiq 

infrastrukturun yaradılması; 

Evsiz-eşiksizlərin sığınacaqla təmin edilməsi;



Qəbiristanlıqların təşkili və nəzarətdə saxlanılması ;




3

Həmçinin özünüidarəetmə orqanı aşağıdakı sahələr üzrə silsilə tədbirlər 

təşkil edə bilər: işlə təmin olunmanın, kənd təsərrüfatı və kənd-təsərrüfat 

kooperasiyasının dəstəklənməsi, turizm və idmanın inkişaf etdirilməsi, sosial 

yardım proqramlarının yaradılması, yerli səviyyədə gənclər siyasətinin 

formalaşdırılması və s. 

Özünüidarəetmənin yeni qanunu “Yerli Özünüidarəetmə Məcəlləsi ” bir sıra 

yenilikləri nəzərdə tutur:

Özünüidarəedən şəhərlərinin sayı 5-dən 12-dək yüksəldi ki (Axalsixe, 



Ambrolauri, Qori, Zuqdidi, Telavi, Msxeta, Ozurgeti), bununla da şəhər və 

kənd zonaları bir-birindən ayrıldı; 

Regionlarda dövlət qəyyumları/qubernatorları yanında məsləhət şuraları 



yaradılır, bura Sakrebulonun sədrləri, onların müavinləri və merlər/

qamqebelilər daxil olacaqlar. Şuralar qəyyumlar/qubernatorlarla birgə 

regionlarda görüləsi sosial və iqtisadi xarakterli proqramları müzakirə 

edəcək və planlaşdıracaqlar; 

Dövlət qəyyumunun/qubernatorun əvəzinə bələdiyyələr üzərində hüquqi 



nəzarəti Baş nazir həyata keçirir. 

Qeyd edilmiş yeniliklər islahatların hələ başlanğıcıdır. Yaxın dövrdə 

özünüidarəetmə sisteminin gücləndirilməsi məqsədilə əlavə tədbirlərin 

keçirilməsi də planlaşdırılır: 

Yeni bələdiyyələrin yaradılması prosesi 2017-ci ilə qədər davam etməlidir 



və ümumi sosial, iqtisadi və yaxud coğrafi xarakteristikaya malik ərazilərdə 

hal-hazırda mövcud olandan daha kiçik ölçülü özünüidarəetmə orqanları 

yaradılmalıdır;

İctimai qruplar (kəndlərdə, icmalarda, şəhərlərdə) Gürcüstan hökuməti 



qarşısında, müvafiq əsaslandırma ilə yeni özünüidarəetmə orqanının 

yaradılması məsələsini qaldırmaq hüququnu aldılar;

2014-cü il ərzində Gürcüstan Parlamenti ictimai iştirakçılığın əlavə 



formaları haqqında qanun qəbul etməlidir ki, buna əsasən də qəsəbələrdə 

ictimai şuralar yaradılmalıdır, harada ki, sakinlər mövcud yerli məsələlərini 

müzakirə edəcəklər;



4

2014-cü il sentyabrın 1-ə qədər, Gürcüstan hökuməti gəlir vergisinin 



dissosiasiyası haqqında qanun layihəsini Parlamentə təqdim etməlidir ki, 

buna əsasən də özünüidarəetmə orqanlarının şəxsi gəlirləri artacaq; 

2016-cı il yanvarın 1-ə qədər Gürcüstan hökuməti yerli əhəmiyyətə malik 



təbii resursların, o cümlədən su və torpaq resurslarının ayrılması haqqında 

qanun layihəsini hazırlamalı və Parlamentə təqdim etməlidir;

2016-cı il yanvarın 1-ə qədər Gürcüstan hökuməti onun əlində mövcud 



mülkiyyətin siyahıyaalınmasını həyata keçirməli və mülkiyyəti 

özünüidarəetmə orqanlarına təhvil verməlidir;

2014-cü il ərzində Gürcüstan hökuməti qulluqçuların davamlı təhsil sistemi 



strategiyasını təşkil etməlidir.

İslahatın uğurlu olması üçün Gürcüstan vətəndaşlarının  

iştirakı həlledicidir.

Özünüidarəetmənin və müvafiq olaraq, bizim ölkənin növbəti inkişafı 

bizim fəaliyyətimizdən çox asılıdır.


5

Gürcüstan qanunvericiliyində (“Yerli Özünüidarəetmə Məcəlləsi”) silsilə 

yeniliklər də var ki, bu da öz növbəsində vətəndaş hüquqlarını artırır:

Yerli hakimiyyətin icraedici qolunun rəhbəri (şəhərlərdə merlər, vahidlərdə 



-qamqebelilər) birbaşa, bilavasitə əhali tərəfindən seçiləcək. seçicilərin 

50%-i seçki baryerini təşkil edir.

Siyasi partiyaların gücləndirilməsi məqsədilə seçki baryeri 4%-dək 



azaldıldı, bu kiçik, müxalif partiyalara qələbə və Sakrebuloya daxil olmaq 

şansı verir.

Sakrebuloya üzvlük barəsində namizədliyin irəli sürülməsi hüququ 



artıq yalnız partiyalara deyil, həmçinin təşəbbüs qruplarına da verilir. 

Bunun nəticəsində, vətəndaşlar elə şəxslərin namizədliyini irəli sürə 

bilərlər, hansılar ki, heç bir partiyaya aid deyillər, lakin cəmiyyətdə etibar 

sahibidirlər. 

Əgər seçilmiş mer/qamqebeli ictimaiyyətin ümidlərini doğrultmasa, 



seçicilərin 20%-nin və ya Sakrebulo üzvlərinin 50%-nin xahişi ilə, 

Sakrebulonun 2/3-si onu vəzifəsindən azad edə bilərlər.

Qeyd edilənlərdən əlavə, əvvəllər olduğu kimi, indi də özünüidarəetmədə 

qeydiyyatda olan vətəndaşların 1%-nin, istəkləri olduğu təqdirdə, 

özünüidarəetmə orqanlarına xüsusi məsələləri həll etmək məqsədilə 

petisiya vasitəsilə müraciət etmək hüquqları var. Vətəndaşların 

həmçinin özünüidarəetmə orqanının fəaliyyəti haqqında tam məlumat 

almaq, Sakrebulonun iclaslarında iştirak etmək, özünüidarəetmə orqanı 

nümayəndələri ilə görüşmək və öz fikirlərini və təkliflərini bildirmək 

hüquqları var. Bələdiyyə qamqebeli/meri və Sakrebulo üzvü heç olmasa 

ildə bir dəfə vətəndaşlar qarşısında fəaliyyətləri barəsində hesabat 

verməlidirlər.




6

Özünüidarəetmənin reallığa çevrilməsi üçün hər birimizin seçki 

prosesində fəal iştirakı və öz şəhərinin, kəndinin gələcəyini  

həll etməsi lazımdır. 

Seçkilərdə iştirak etmək üçün 2014-cü il iyun ayının 15-də saat 08:00-dan 

20:00-dək seçki məntəqəsinə gəlməlisiniz.

Şəxsiyyət vəsiqəniz və ya Gürcüstan vətəndaşı pasportunuz mütləq 

üzərinizdə olsun.

Seçki məntəqəsində necə davranmalıyıq

1-ci addım.

 

Seçki məntəqəsinə daxil olarkən komissiya 



üzvünə şəxsiyyət vəsiqənizi və ya paspotunuzu təqdim 

etməlisiniz.  



2-ci addım.

 Sonra siz markirovkanın yoxlanılması 

prosedurundan keçəcəksiniz. Komissiya üzvü ultrabənövşəyi 

fənərlə markirovkanın olub-olmamasını yoxlayacaq.

3-ci addım.

 

Komissiya üzvü sizə hansı qeydiyyat masasına 



yaxınlaşmağınızı göstərəcək. Siz qeydiyyat masasına 

yaxınlaşacaqsınız və qeydiyyatçıya şəxsiyyət vəsiqənizi və 

ya pasportunuzu təqdim edəcəksiniz.

4-cü addım.

 

Qeydiyyatçı sizin adınızın siyahıda olması 



faktını yoxlayacaq və təsdiqlədiyi təqdirdə markirovkanı 

həyata keçirəcək. Əgər markirovka prosedurundan 

imtina etsəniz, sizin səsvermədə iştirak etmək hüququnuz 

olmayacaq.




7

5-ci addım. 

 Siyahıda imza atmaqla bülleteni aldığınızı 

təsdiqləyəcəksiniz. Qeydiyyatçı bülletenləri sizə bülletenin 

arxasını imzaladıqdan və müvafiq möhürlə yoxladıqdan 

sonra təqdim etməlidir.

Sizə üç növ seçki bülleteni veriləcək: proporsional seçki bülleteni ilə 

istədiyiniz partiyaya səs verirsiniz; bir majoritar seçki bülleteni ilə 

istədiyiniz namizədə şəxsə səs verirsiniz, ikinci majoritar seçki bülleteni ilə 

başçını seçirsiz. 

6-ci addım. 

 Gizli səsvermə kabinəsinə yalnız daxil olursuz 

(bülleteni doldurarkən kabinədə başqa şəxsin olması 

qadağandır) və bülleteni doldurursuz. Sizin istədiyiniz 

Sakrebulo üzvlüyünə və başçılığa namizədlərin və partiyanın 

sıra nömrəsini dairə almalısınız. 

Əgər siz seçki bülletenini müstəqil şəkildə doldura bilmirsinizsə, seçki 

komissiyası üzvü, namizəd, seçki subyekti nümayəndəsi və nəzarətçidən başqa 



gizli səsvermə kabinəsində sizə kömək etmək məqsədilə istənilən şəxsi dəvət 

edə bilərsiniz.

 

6-ci addım. 

7-ci addım. 

  Siz bülletenləri elə qatlamalısınız ki, kimə 

səs verdiyiniz görünməsin. Gizli səsvermə kabinəsindən 

çıxırsınız və qatlanmış bülletenlərlə seçki qutusundan ayrı 

dayanmış masaya yaxınlaşırsız, buradan xüsusi zərfi götürüb, 

bülletenləri ora yerləşdirirsiniz. 



Seçki komissiyası üzvünün doldurulmuş seçki bülletenini açmaq və ya 

başqa şəkildə səsvermənin gizliliyini pozmaq hüququ yoxdur.

Əgər sizin seçki bülleteniniz və ya xüsusi zərfiniz korlandısa, bu barədə 

komissiya sədrinə xəbər verməlisiniz, onun tapşırığı ilə qeydiyyatçı 

korlanmış bülletenin əvəzinə yenisini verməyə borcludur.


8

8-ci addım. 

 

Seçki qutusunun yanına gedirsiniz. Komissiya 



üzvü əlinizdə yalnız bir zərf tutduğunuzdan əmin olduqdan 

sonra seçki qutusunun kəsiyini açır və siz zərfi seçki 

qutusuna atırsınız.

9-cu addım. 

 

Zərfi seçki qutusuna atdıqdan sonra, siz dərhal 



seçki məntəqəsini tərk edirsiniz.

© “Vətəndaş Mədəniyyətinin Beynəlxalq Mərkəzi”

32 294 02 96 

office@iccc.org.ge

www.archevnebi.ge

www.facebook.com/ivote.ge

Yadınızda saxlayın

Əgər səhhətinizdə mövcud problemlərə görə seçki

 

məntəqəsinə gələ bilmirsinizsə, siz seçkilərdə daşınan qutu



 

vasitəsilə iştirak edə bilərsiniz və bu barədə məntəqə seçki

 

komissiyasına yazılı surətdə və ya telefon vasitəsilə səsvermə



 

günündən heç olmasa 2 gün (13 iyuna qədər) əvvəl müraciət

 

etməlisiniz.  Bu təqdirdə sizin öz evinizdə səs vermək



 

imkanınız olacaqdır





Yüklə 35,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə