2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   2   3   4   5   6   7   8   9   ...   16

13

Başlıca maliyyə göstəriciləri 

2014

2015


1,3

10,0


8,0

6,0


4,0

2,0


0,0

-2,0


-4,0

-2,8


14,4

2,3


Xalis mənfəət (milyon AZN)

Ümumi aktivlər (milyard AZN)

12,0 

14,0 


16,0 

Əməliyyat göstəriciləri 

321

414


40.2

39.8


İşçi heyət üzvlərinin sayı

Qadın işçilərin nisbi sayı (%)

2014

2015


10

26

Filial və bölmələrin sayı



Bankomatların sayı

2014


2015

10

30



PAŞA Bank 2015-ci ilin İllik Hesabatı

*Göstəricilər yalnız “Paşa Bank” ASC-i əks etdirir.




14

2015-сi ildə “PAŞA Bank” 2,3 milyard 

manat həcmində, bank sektorunun 

6.1% nisbətində toplam aktivlərə 

malik idi.



15

PASHA Bank. Annual Report.2014

RƏHBƏRLİK




16

Əziz həmkarlar, müştərilər və payçılar,

2015-ci ildə qlobal miqyasda, 

Azərbaycanda və “PAŞA Bank” ASC-də 

fəaliyyətimizə aid baş vermis hadisələr aşağıda 

xülasə edilir.

2015-ci il ərzində ümumdünya miqyasında 

iqtisadi fəaliyyət sönük idi.

Qlobal dəyişkənliklərin artması və iqtisadi 

artımın səngiməsi səbəbindən bəzi inkişaf etmiş 

ölkələrin iqtisadi mənzərəsi pisləşdi. Inkişaf 

edən ölkələrdə, xüsusilə Çində iqtisadiyyatın 

yavaşıması, əmtəə qiymətlərinin aşağı olduğu 

bir mühitin davam etməsi, Federal Ehtiyatlar 

Sisteminin (Fed) banklara borcvermə faiz 

dərəcəsini qəfildən artırması qlobal gündəmin 

önündə gələn məsələlər idi. Neft və digər əmtəə 

qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində 

formalaşan iqtisadi sistemlərdə risklər yüksək 

səviyyədə qaldı. Bu hadisələr həm inkişaf etmiş, 

həm inkişaf etməkdə olan ölkələrdə maliyyə 

şəraitini sərtləşdirdi, kredit risklərini artırdı, 

riskə açıqlıq səviyyəsini aşağı saldı.

Neft qiymətlərinin aşağı düşməsi 

səbəbindən Azərbaycan iqtisadiyyatı mənfi 

təsirlərə məruz qaldı.

Neft hasil edən ölkələrin hər birində 

olduğu kimi 2015-ci ildə neft qiymətlərinin 

kəskin aşağı düşməsi Azərbaycan 

iqtisadiyyatında da çətinliklər yaratdı. Neft 

qiymətinin çökməsi və milli valyutanın 

ucuzlaşması özəl sektorun alıcılıq qabiliyyətinin 

və büdcə xərclərinin daralması ilə nəticələndi. 

Ölkə hüdudlarından kənarda yaranmış 

problemlər böyüdükcə Azərbaycan üçün özünü 

firavan yurd kimi bərqərar etmək getdikə 

çətinləşdi. Beləliklə, manatın şiddətli dərəcədə 

devalvasiyası qaçılmaz oldu. Məsələnin müsbət 

tərəfinə gəldikdə, milli valyutanın kəskin 

ucuzlaşması büdcə kəsirini tarazlamağa, 

bununla da ölkənin xarici valyuta ehtiyatlarını 

qorumağa imkan yaratdı. Digər tərəfdən isə 

pul axınları sistemində, xüsusilə bank sahəsində 

çətinliklər yarandı. Nəticədə 2015-ci ildə ölkə 

iqtisadiyyatı cəmi 1.1% faiz artdı.

Maliyyə sabitliyi qarşısındakı risklərin 

artması və qlobal tələbin zəifləməsi özəl sektora 

verilən kreditlərin həcmini mədudlaşdıraraq 

bankların balans göstəricilərini daha da 

pisləşdirdi. Azərbaycan bankları milli valyutanın 

təxminən 98%-lik devalvasiyaya uğraması 

nətiəsində ciddi çağırışlarla üzləşdilər. 2015-ci 

ilin əvvəlində bank aktivlərinin 35%-nin xarici 

valyutada ifadə edilməsi nəzərə alındıqda, 

milli valyutanın dəyərdən düşdüyü bir şəraitdə 

ölkənin bank sektorunda nominal göstəricilər 

baxımından artım müşahidə edildi. Həmin il 

kredit portfelinin 17.1% artaraq 21.7 milyard manat 

təşkil etməsi bank sektoru üzrə xalis aktivlərin 

nominal baxımdan 38.6% böyüməsinə səbəb 

oldu. Lakin real göstəricilər baxımından manatın 

devalvasiyası nəticəsində yaranan fərq xaric 

edildikdə əvvəlki illə müqayisədə aktivlərin artımı 

mənfi rəqəmlə ifadə edildi, kredit portfeli isə 

9.7% daraldı.

İqtisadi səngimənin törətdyi təzyiqlər 

nəticəsində bəzi banklar işçi heyəti ixtisara 

salmaqla və filial şəbəkəsinin fəaliyyətini 

təkmilləşdirməklə əməliyyat xərclərini 

azaltmağa başladılar. Əlavə olaraq, Azərbaycan 

Respublikasının Mərkəzi Bankı nizamnamə 

kapitalının minimum məbləği tələbinə cavab 

verməyən, borc təəhhüdlərini yerinə yetirmək 

qabiliyyətində olmayan və cari əməliyyatlarını 

sağlam və düşünülmüş qaydada icra edə 

bilməyən altı bankın lisenziyasını il ərzində geri 

çağırdı.

“PAŞA Bank” ASC ilin yekunları üzrə uğurlu 

maliyyə nəticələrinə imza atdı.

İqtisadi mühitdəki dalğalanmaya və mənfi 

nəticə verən qeosiyasi vəziyyətə baxmayaraq 

“PAŞA Bank” ASC 2015-ci ilin maliyyə hədəflərinə 

MÜŞAH

İ

ŞURASI SƏDR



İ

NDƏN VƏ 


İDARƏ HEYƏT

İ

N



İ

N SƏDR


İ

NDƏN ÖN SÖZ




17

nail oldu. İl ərzində “PAŞA Bank” ASC aktivlər 

üzrə bazar payını 0.5% artıraraq 2.3 milyard 

manata çatdırdı ki, bu da bazarın 6.1%-i təşkil 

etdi. Bankın kredit portfeli 33% artaraq 722 

milyon manat təşkil etdi. Eyni zamanda kredit 

portfelinin keyfiyyətinin pisləşməsi müşahidə 

olunmamışdır, qeyri-işlək kreditlərin xüsusi çəkisi 

2014-cü ilin dekabr ayı ilə müqayisədə 6.1%-dən 

5%-dək aşağı salındı. İllik əsasda 101% artımın 

baş verdiyi əmanət bazasında da müsbət nəticə 

qeyd edilmişdir. 2015-ci ilin sonunda “PAŞA Bank” 

cəlb etdiyi əmanətlərin cəmini özəl kommersiya 

bankları arasında ən yüksək həcmdə, 1.3 milyard 

manat səviyyəsində göstərdi. Bank onun il 

ərzində böyüməsinə dəstək vermis likvidlik 

əmsalını 53% səviyyəsinə saxlamağa müvəffəq 

oldu.


“PAŞA Bank” ASC əməli effektivliyini 

də yüksəltdi. 2015-ci ilin dekabr ayında bank 

xərclərinin gəlirlərə nisbəti bazar üzrə ən yüksək 

göstərici olan 31% təşkil etdi. İlin yekunlarına 

əsasən möhkəm kapital mövqeyini qoruyan, 

kapital üzrə çatarlılıq (adekvatlıq) əmsalını 17%-

ə çatdıran “PAŞA Bank” ASC 3 milyon manat 

həcmində mənfəət bildirdi. 

Yerli bankların 2015-ci ildə qarşılaşdığı 

çağırışlara baxmayaraq “PAŞA Bank” ASC 

müştərilərinə dünya səviyyəli bank xidmətlərini 

göstərməklə dayanıqlı inkişafı nəzərdə tutan 

baxışına sadiq qalmışdır. Bankın üçillik plan 

dövrünün ilk ilinin 2015-ci ilə təsadüf etməsi 

səbəbindən yeni, önləyici strateji plan uğurla 

işlənmişdir. “PAŞA Bank” ASC-nin üzərimizə gələn 

il üzrə strateji prioritetləri plandakı məqsədlərə 

cavab vermək üçün yaradılmış xüsusi layihələrdə 

və təşəbbüslərdə acıqlanmışdır.

2015-ci ildə Fitch Ratings beynəlxalq reytinq 

agentliyi “PAŞA Bank” ASC-nin reytinqini ‘B+’-

dən ‘BB-’-dək artırmışdır. Bu, regionun hazırda 

üzləşdiyi makroiqtisadi çağırışlara baxmayaraq 

“PAŞA Bank” ASC-nin real sektor üçün mötəbər 

maliyyə təsisatı və etibarlı tərəfdaş olmasına 

dəlalət edən ciddi işarədir.

“PAŞA Bank” ASC işçi heyətinin əldə 

etdiyi nəticələrdən məmnunolduğunu artıq 

qürurla bəyan edə bilər. Hesabat ilinin əvvəlində 

qoyulmuş hədəflərin təxminən hər birinə 

nail olmuşuq, strateji əhəmiyyət kəsb edən 

layihələrdə və təşəbbüslərdə müəyyən edilmiş 

əsas zirvələrə çatmışıq. 2015-ci ildə “PAŞA 

Bank” ASC ayrı-ayrı struktur vahidləri arasında 

daha dəqiq vəzifə/məsuliyyət bölgüsünə imkan 

yaradan yeni təşkilat strukturunu tətbiq etdi 

və müştərilərə daha yaxşı yönəlmiş xidmət 

şəbəkəsini işə saldı. İl ərzində “PAŞA Bank” 

ASC insan resursları və maliyyə bölmələrini 

resursların daha səmərəli bölgüsünə və daha 

rəvan, daha təkmil təşkilatlanmaya yol açan 

tərzdə möhkəmləndirdi. Əlavə olaraq bank 

fəaliyyətdə ardıcıllığı idarəetmə sistemini tətbiq 

etdi, plan və büdcə proseslərini daha səlis şəklə 

saldı.

“PAŞA Bank” ASC strateji mövqeyini 



regional ticarət və investisiya axınlarından 

bəhrələnmək istiqamətində müəyyən edib. 

Yaxın keçmişdə bank beynəlxalq bazarlarda 

iştirakını bərqərar etmək üçün bir neçə mühüm 

addım atıb. Türkiyənin TAIB Bank təsisatında 

nəzarətedici səhm payını almaqla, PASHA Bank 

Georgia qurumunu təsis etməklə bank sürətlə 

böyüyən bölgədəki mövqeyini möhkəmləndirdi. 

Fəaliyyət coğrafiyasının genişlənməsi ilə bağlı 

bu kimi səylər Azərbaycana həmçinin daha 

çox birbaşa xarici investisiya cəlb etmək üçün 

müvafiq vəsaiti hazırlıqlı vəziyyətə gətirir.

Sosial məsuliyyət işimizin özəyidir.

2015-ci ildə bank fəaliyyətini həyata 

keçirməklə yanaşı “PAŞA Bank” ASC ölkənin 

firavanlığına və dayanıqlı inkişafına töhfə 

vermək məqsədilə sosial məsuliyyət səylərinə 

davam etdi. Klassik korporativ sosial məsuliyyət 



PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə