2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   2   3   4   5   6   7   8   9   ...   16

18

modelindən maraqlı tərəflərin daha fəal cəlb 

edilməsi modelinəkeçid strategiyamıza uyğun 

olaraq dayanıqlılığa yönəlmiş fəaliyyətə daha 

çox diqqət yetirməyə başladıq. Bu yanaşmaya, 

cəmiyyətin uzunmüddətli dayanıqlı inkişafı 

naminə seçdiyimiz yola səhmdarlarımızn və 

payçılarımızn da qoşulmasını təmin edən 

layihələrin ərsəyə gətirilməsi və seminarların 

təşkil edilməsi daxildir. Bu qəbildən olan 

çoxsaylı təşəbbüslərimiz arasında ən vacibi 

Müəssisələrin Dayanıqlı İnkişafı Proqramıdır 

(MDİP). Proqram, təsisçisi gənc nəsil olan 

müəssisələr qurmaqla, gənc qadınlara və 

kişilərə sahibkarlıq və işgüzar fəaliyyət 

mövzularında təlim keçməklə KOS-ların 

inkişafına rəvac vermək məqsədini daşıyır. 2015-

ci ilin sonunda 120 perspektivli  sahibkar MDİP 

üzrə təlimlənnmişdir və bununla da innovativ 

müəssisələri ilə ölkəyə daha parlaq gələcəyi vəd 

etmişdir. 

2016-cı ilə doğru…

Aparıcı beynəlxalq təşkilatların 

proqnozlarına əsasən, Azərbaycanın 2016-cı 

ildə müsbət iqtisadi artım açıqlaması gözlənilir. 

Dünya Bankı, iqtisadiyyatı şaxələndirən, 

resurs bölgüsünü təkmilləşdirən və korporativ 

idarəçiliyi gücləndirən institusional struktur 

islahatlar, həmçinin qeyri-neft sektoruna 

qoyuluşu davam edən investisiya hesabına 

ölkə iqtisadiyyatının bərpasını bəyan edir. 

Azərbaycan hökuməti, işgüzar mühitin 

yaxşılaşdırılması istiqamətində tədbirlər 

həyata keçirməklə və müxtəlif səylər vasitəsilə 

sahibkarlığa rəvac verməklə iqtisadiyyatı 

şaxələndirmək üçün təkliflərin hazırlanmasına 

artıq başlayıb. İnanırıq ki, hökumətin yeni 

islahatlar siyasəti iqtisadi sabitliyin bərpasına 

yardım edəcək və dayanıqlı, uzunmüddətli 

iqtisadi artıma yol açacaq. Bununla belə, 2016-

cı ildə ölkə banklarının çağırışlarla üzləşməyə 

davam edəcəklərini gözləyirik.

“PAŞA Bank” ASC üzərimizə gələn dövrdə 

təşkilati səmərəliliyin artırılması və əsas 

bacarıqların möhkəmləndirilməsi strategiyasına 

əməl etməyi planlaşdırır. Bu sahələr üzrə 

nəzərdə tutulmuş bir neçə vacib layihənin yekun 

mərhələsi 2016-cı ildə başlayacaq. Ölkənin 

iqtisadiyyatın şaxələndirilməsi strategiyasına 

uyğun olaraq yerli qeyri-neft sektorunu diqqət 

mərkəzimizdə saxlamağa davam edəcəyik.

İşçilərimizin, müştərilərimizin və işgüzar 

tərəfdaşlarımızın cari dəstəyi və sədaqəti 

sayəsində “PAŞA Bank” ASC-nin 2016-cı ildə 

yeni hədəflərə çatacağına qətiyyətlə inanırıq. 

Bu uğurun arxalandığı möhkəm bünövrənin 

qurulmasında bizə yardım etmiş bütöv PAŞA 

Bank ailəsinə, həmçinin üzümüzə gələn 

illərdə nail olacağımız uğurlarla bizi müşaiyət 

edən müştərilərimizə və payçılarımıza dərin 

minətdarlığımızı bildirmək istəyirik.

Hörmətlə,

Mir Camal Paşayev

Müşahidə Şurasının sədri

Taleh Kazımov

İdarə Heyətinin sədri

MÜŞAHIDƏ ŞURASI SƏDRİNDƏN VƏ İDARƏ HEYƏTİNİN SƏDRİNDƏN ÖN SÖZ



19

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


20

RƏHBƏRL


İ

Y

İ



N TƏRK

İ

B



İ

“PAŞA Bank” ASC-nin rəhbərliyi

Mir Camal Paşayev

Müşahidə Şurasının sədri

Mir Camal Paşayev 1993-cü ildə Moskva 

Dövlət Universitetinin Fizika fakültəsini bitirib, 

1996-ci ildə texniki elmlər üzrə magistr dərəcəsi 

almaq məqsədilə Kaliforniya Universitetinə daxil 

olub və bundan sonra, 1998-ci ildə Vaşinqtondakı 

“Amerika Universiteti”-nin biznesin idarə edilmə-

si üzrə magistr dərəcəsini alıb. 1999-cu ildə 

Azərbaycan Respublikasının Mərkəzi Bankının 

məsləhətçisi vəzifəsini icra etmək üçün Bakıya 

gəlməzdən əvvəl 1998-ci ildə “Mobil Korpo-

reyşn” şirkətinin Dallas və Vaşinqton ofislərində 

biznes layihələrinin məsləhətçisi vəzifəsində 

işləyib. 2000-ci ildə o, Avropa Yenidənqurma və 

İnkişaf Bankında (AYİB) maliyyə analitiki kimi 

işə başlayıb, tezliklə infrastruktur layihələri üzrə 

bankir vəzifəsinə yüksəlib. 2005-ci ildən 2008-ci 

ilədək infrastruktur, telekommunikasiya və mal-

iyyə xidmətləri sahəsində irimiqyaslı investisiya 

layihələri üzrə konsaltinq fəaliyyəti ilə məşğul 

olub. Mir Camal Paşayev 2006-cı ildən “PAŞA 

Holdinq” MMC-də icraçı direktor vəzifəsində 

çalışır. O həmçinin “PAŞA Sığorta” ASC-nin Müşa-

hidə Şurasının sədridir.

Fərid Axundov

Müşahidə Şurasının sədri

Fərid Axundov 1992-ci ildə Azərbaycan 

Xalq Təsərrüfatı İnstitutunu (hazırda Azər-

baycan Dövlət İqtisad Universitetini) bitirib, 

Nottingham Trent Universitetinin idarəetmə 

kurslarının məzunudur. 1994-cü ildə o, Birləşmiş 

Krallıq hökumətinin təsis, Xarici İşlər və Britaniya 

Birliyi Məsələləri Nazirliyinin təltif etdiyi nüfuzlu 

Chevening təqaüdünü qazanan ilk Azərbaycan 

vətəndaşlarından biri olmuşdur və 1995-ci ildə 

Salford Universitetinin (Mançester, Birləşmiş 

Krallıq) MBA dərəcəsini almışdır.

Cənab Axundov əmək fəaliyyətinə 1991-

ci ildə metal zavodunda iqtisadçı vəzifəsindən 

başlamışdır. Bir il sonra o, xarici iqtisadi əlaqələr 

üzrə baş iqtisadçı kimi Azərbaycan Respublikası 

İqtisadiyyat və Planlaşdırma Dövlət Komitəsinə işə 

qəbul edilmişdir. 1996-cı ildən 2003-cü ilədək Fərid 

Axundov HSBC-nin törəmə qurumu British Bank of 

the Middle East bankında bir sıra rəhbər vəzifələr 

tutmuş, maliyyə nəzarəti meneceri vəzifəsindən 

Müştəri Xidmətləri, sonra Korporativ Bankçılıq 

Departamentinin rəhbəri, nəhayət, HSBC Azər-

baycanın baş icraçı direktor müavini vəzifəsinədək 

yüksəlmişdir. 2003-cü ildə Fərid Axundov İdarə 

Heyəti sədri qismində “Most-Bank Azərbaycan” KB-

də fəaliyyətə başlamış, “Mostbank Azərbaycan”-nın 

restrukturizasiyası və rebrendiqi nəticəsində o zam-

an ölkənin ən böyük kommersiya banklarından biri 

olan “Bank Standard” ASC-nin yaradılması prosesinə 

nəzarət etmişdir. 2007-ci ildə Fərid Axundov “PAŞA 

Bank” ASC-də İdarə Heyətinin Sədri qismində fəal-

iyyətə başlamış, 2015-ci il 1 iyul tarixində Müşahidə 

Şurasının üzvü vəzifəsinə təyin edilmişdir.

Vadim Şneyer

Müşahidə Şurasının üzvü

Vadim Şneyer 1991-ci ildə Bakı Dövlət Uni-

versitetinin Hüquq fakültəsini hüquq elmləri üzrə 

fərqlənmə diplomu ilə bitirib. 1991-1997-ci illərdə 

müxtəlif yerli və xarici şirkətdə, o cümlədən, Bakı 

Banklararası Valyuta Birjasında və Far East Lev-

ingston Shipbuilding gəmiqayırma şirkətində 

hüquqşünas işləyib.

1997-2001-ci illərdə o, Dr. Entezari & Associ-

ates hüquq şirkətinin Bakı ofisində idarəedici part-

nyor kimi fəaliyyət göstərib. 2001-ci ildə Michael 

Wilson & Partners hüquq şirkətinin Almatı ofisinə 

işə qəbul edilib və 2005-ci ilədək orada işləyib. 

2005-ci ildə “B M” hüquq şirkətinin Bakı ofisinə işə 

qəbul edilib və 2007-ci ilədək orada işləyib. Vadim 

Şneyder 2007-ci ildən “PAŞA Holding” MMC-nin 

Hüquq Departamentinin direktoru vəzifəsində 

işləyir, 2011-ci ildə “PAŞA Holding” MMC-nin direktor 

müavini vəzifəsinə təyin edilib. 2008-2013-cü illərdə 

Vadim Şneyer “Kapital Bank” ASC-nin Müşahidə 

Şurasının sədri olub.




Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə