2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   2   3   4   5   6   7   8   9   ...   16

21

Kəmalə Nuriyeva

Müşahidə Şurasının üzvü

Kəmalə Nuriyeva 1998-ci ildə Qərb Uni-

versitetinin Bank İşi fakültəsini bakalavr pilləsi 

üzrə bitirib, 2002-ci ildə Azərbaycan Dövlət 

İqtisad Universitetinin maliyyə üzrə magistr 

dərəcəsini alıb. O, peşəkar karyerasına 1996-

cı ildə “Poçtbank” ASC-də İT üzrə mütəxəssis 

vəzifəsində başlayıb və yeddi il ərzində Kred-

it şöbəsinin rəhbəri vəzifəsinədək yüksəlib. 

2003-cü ildə o, Azərbaycanın bölgələrində 

kənd təsərrüfatının inkişafı məqsədilə TACIS 

proqramı çərçivəsində yaradılmış Kənd Təsər-

rüfatına İnvestisiyalar Fondunda fəaliyyətə 

başlamış, kredit mütəxəssisi kimi müştərilərin 

cəlb edilməsi, kreditlərin verilməsi və idarə 

edilməsinə cavabdeh olmuşdur. Həmin il 

Kəmalə Nuriyeva “Unibank” Kommersiya Bankı 

ASC-dən xəzinədarlığa nəzarət vəzifəsinə işə 

dəvət edilmişdir, valyuta və bazar risklərini 

idarəetmə üzrə məsuliyyət daşımışdır. 2004-

2005-ci illərdə o, McDermott Caspian Con-

tractors Inc. şirkətində “Mərkəzi Azəridə Dəniz 

Platformalarının Hazırlanması və Quraşdırıl-

ması” layihəsi üzrə xərclərə nəzarətedən əmək-

daş kimi işləmişdir. 2005-ci ildə “Bank of Baku” 

ASC-də iş fəaliyyətinə başlamışdır və 2007-ci 

ilədək Baş mühasibin müavini vəzifəsində 

işləyərək mühasibat uçotu və idarəetmə üzrə 

hesabatlılıq məsələlərinə cavabdeh olmuşdur. 

Kəmalə Nuriyeva “PAŞA Bank” ASC-də kary-

erasına 2007-ci ildə daxili auditor vəzifəsində 

başlamışdır, 2010-cu ildə isə Riskləri İdarəetmə 

Departamentinin direktoru təyin edilmişdir. 

2011-ci ildə o, qrup üzrə daxili auditor qismində 

“PAŞA Holdinq” MMC-yə keçmiş və “PAŞA Bank” 

ASC-nin Audit komitəsinin sədri vəzifəsinə 

təyin edilmişdir. 2013-cü ildə “PAŞA Holdinq” 

MMC-nin Riskləri İdarəetmə Departamentinin 

direktoru təyin edilmişdir, 2013-cü il 11 iyun 

tarixindən “PAŞA Bank” ASC-nin Müşahidə 

Şurasının üzvüdür.

Nəriman Sərdarlı

Müşahidə Şurasının üzvü

Nəriman Sərdarlı 2004-cü ildə Nyu York 

Şəhər Universitetininin biznes, idarəetmə və 

maliyyə üzrə bakalavr pilləsini bitirib. Həmin il o, 

Azərbaycanda Deloitte şirkətində audit üzrə kiçik 

əməkdaş kimi peşəkar karyerasına başlamışdır. 

2005-ci ildə PwC şirkətinin Bakı ofisində auditor 

vəzifəsində fəaliyyətə başlamışdır. 2007-ci ildə 

Nəriman Sərdarlı yeni təsis edilmiş “PAŞA Bank” 

ASC-nin Maliyyəni İdarəetmə Departamentində 

İİS (idarəetmə informasiya sistemi) sahəsində 

daxili və xarici maliyyə hesabatlarına cavabdeh 

mütəxəssis kimi fəaliyyətə başlamışdır. 2009-cu 

ildə o, “PAŞA Holdinq” MMC-nin İnvestisiyalar 

və Layihələr Departamentində holdinqin PE/VC 

xüsusi təyinatlı maliyyələşmə şirkətinin işləməsinə 

cavabdeh investisiya meneceri kimi fəaliyyətə 

başlamışdır. 2009-cu ilin mart ayında o, “PAŞA 

Bank” ASC-nin Audit Komitəsinin rəhbəri, 2010-cu 

ildə isə “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının 

üzvü təyin edilmişdir. Nəriman Sərdarlı 2012-ci 

ildə Northwestern Universiteti nəzdində Kellogg 

İdarəetmə Məktəbi ilə mübadilə proqramında 

iştirak edərək IE Biznes Məktəbinin biznesin idarə 

edilməsi sahəsində magistr dərəcəsinə yiyələn-

mək üçün dövlət proqramının təqaüdçüsü adını 

almışdır. 2015-ci il 1 fevral tarixində o, “PAŞA Hold-

inq” MMC-nin İnvestisiyalar və Layihələr Departa-

mentinin direktoru vəzifəsinə təyin edilmişdir.

Taleh Kazımov

Baş iraçı direktor və İdarə Heyətinin sədri

Taleh Kazımov 2007-ci ildə “PAŞA Bank” 

ASC-də risklər üzrə menecer kimi fəaliyyətə 

başlayıb. 2011-ci ildə o, “PAŞA Bank” ASC-nin in-

vestisiyalar üzrə baş direktoru və İdarə Heyətinin 

üzvü təyin edilib, sonra isə baş icraçı direktor 

vəzifəsinə yüksəlib. Cənab Kazımov maliyyə sek-

torunda peşəkar karyerasına 2004-cü ildə “Bank 

Standard” ASC-nin Xəzinədarlıq Departamentinin 

mütəxəssisi kimi başlayıb, Korporativ Kreditlər 

Departamentinin direktor müavini vəzifəsinə 

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı



22

yüksəlməzdən əvvəl hesabdarlığı və büdcəni 

idarəetmə və planlaşdırma bölməsinin rəhbəri 

olub. 2006-cı ildə o, Ernst & Young şirkətində au-

ditor, 2007-ci ildə “Fin-Eko Analitik-İnformasiya 

Agentliyi” ASC-nin direktoru vəzifəsində çalışıb. 

Cənab Kazımov ali təhsilini 2000-2004-cü illərdə 

Azərbaycan Texniki Universitetinin Avtomatika 

və Hesablama Texnikası (hazırda Avtomatika 

və Kompyuter Texnikası) fakültəsində alıb. O, 

həmçinin Azərbaycan Dövlət Neft Akademi-

yasında işgüzar inzibatçılıq ixtisası üzrə magistr 

dərəcəsini və ABŞ-nin Georgia State Universi-

ty-nin maliyyə təmayüllü biznes dərəcəsini alıb. 

Əlavə olaraq cənab Kazımov London Biznes 

Məktəbinin və Harvard Biznes Məktəbinin 

məzunudur.

Emil Hacıyev

Baş icraçı direktor, baş əməliyyat inzibatçısı 

(15 dekabr tarixinə əsasən işdən azad edilib)

Emil Hacıyev 2007-ci ildə “PAŞA Bank” 

ASC-də baş əməliyyat inzibatçısı kimi fəaliyyətə 

başlayıb. Bundan əvvəl o, Azərbaycan Respub-

likasının Milli Bankında (hazırda Mərkəzi Bank) 

Əməliyyatlar İdarəsinin iqtisadçısı, Valyutanın 

Tənzimlənməsi və Valyutaya Nəzarət Departa-

mentinin iqtisadçısı, sonra baş iqtisadçısı, Hes-

ablaşmalar Departamentində SWIFT qrupunun 

rəhbəri kimi müxəlif vəzifələr tutub. Mərkəzi 

Bankda struktur dəyişmələri nəticəsində o

Ödəniş Sistemləri və Hesablaşmalar Departa-

mentinin baş iqtisadçısı vəzifəsinə təyin edilm-

işdir. Ali təhsilini 1990-1995-ci illərdə Məşədi 

Əzizbəyov adına Azərbaycan Neft və Kimya 

İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft 

və Sənaye Universitetinin) İstehsalat Pros-

eslərinin Avtomatlaşdırılması fakültəsində alıb. 

1993-cü ildə o, Beynəlxalq İnstitusional İnkişaf 

Assosiasiyası nəzdində Bakı Sosial İdarəetmə 

və Politologiya İnstitutunun (hazırda Azərbay-

can Respublikasının Prezidenti yanında Dövlət 

İdarəçilik Akademiyası) Beynəlxalq Biznes Mək-

təbini fərqlənmə ilə bitirib. 2000-2002-ci illərdə 

o, Azərbaycan Dövlət İqtisad Universitetinin 

Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb və 

iqtisadiyyat ixisası üzrə diplom alıb.

Şirin Əliyeva

İdarə Heyətinin üzvü, baş hüquq inzibatçısı

Şirin Əliyeva 2011-ci ildə “PAŞA Bank” ASC-də 

Hüquq Departamentinin direktoru kimi fəali-

yyətə başlayıb və 2015-ci ildə baş hüquq inzibatçısı 

vəzifəsinə yüksəlib. Bundan əvvəl o, neft-qaz 

sahəsində fəaliyyət göstərən bir şirkətdə müxtəlif 

vəzifələr tutub, nəhayət, 2005-2007-ci illərdə “No-

bel Oil” MMC-də hüquq məsləhətçisi kimi çalışıb. 

2007-2011-ci illərdə xanım Əliyeva qızıl mədən 

sənayesində fəaliyyət göstərən Azerbaijan Inter-

national Mineral Resources Operating Company 

(AIMROC) şirkətinin Hüquq Xidmətinin rəhbəri 

olub. Şirin Əliyeva 2004-cü ildə Bakı Dövlət Uni-

versitetinin Hüquq fakültəsini bitirib. Əlavə olaraq 

o, London Biznes Məktəbi daxil olmaqla bir sira 

aparıcı biznes məktəblərində rəhbər işçilər üçün 

təhsil proqramlarının, o cümlədən Harvard Biznes 

Məktəbinin HPLP (yüksək potensialı olanlar üçün 

liderlik) proqramının məzunudur.

Aydın Atakişiyev

İdarə Heyətinin üzvü, baş stategiya inzi-

batçısı 

Aydın Atakişiyev 2013-cü ildə “PAŞA Bank” 

ASC-də Strateji Marketinq Departamentinin di-

rektoru kimi fəaliyyətə başlayıb və 2015-ci ildə baş 

strategiya inzibatçısı vəzifəsinə yüksəlib. Cənab 

Atakişiyev 2002-ci ildə Bakı Dövlət Universitetinin 

riyazi iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini 

bitirib. Sonra o, 2006-cı ildə Mərkəzi Avropa Uni-

versitetinin (Budapeşt, Macarıstan) iqtisadi elmlər 

üzrə magistr dərəcəsini, 2013-cü ildə Rotterdam 

İdarəetmə Məktəbinin (Niderland Krallığı) işgüzar 

inzibatçılıq üzrə magistr dərəcəsini alıb. Əlavə 

olaraq o, 2012-ci ildə Çikaqo Universiteti nəzdində 

Booth Biznes Məktəbində beynəlxalq biznes 

mübadiləsi proqramının təqaüdçüsü olub. Cənab 

Atakişiyev peşəkar fəaliyyətinə 2002-ci ildə idman 

RƏHBƏRLİYİN TƏRKİBİ



Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə