2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   2   3   4   5   6   7   8   9   ...   16

23

tədbirlərini idarəetmə sahəsində başlayıb, 2006-

cı ildə kredit mütəxəssisi kimi maliyyə xidmətləri 

sahəsində çalışmağa başlayıb. 2007-2011-ci illərdə 

maliyyə analitiki və layihə meneceri kimi “PAŞA 

Holdinq” MMC-də işləyib.

Xəyalə Nağıyeva

İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı

Xəyalə Nağıyeva 2015-ci ildə “PAŞA Bank” 

ASC-də Kredit Risklərinin Qiymətləndirilməsi De-

partamentinin direktoru kimi fəaliyyətə başlayıb 

və qısa müddətdən sonra İdarə Heyətinin üzvü 

və baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilib. 

Bundan əvvəl o, 2009-cu ildən “PAŞA Holdinq” 

MMC-də investisiyalar üzrə menecer vəzifəsində 

işləyib və 2010-cu ildən “PAŞA Bank” ASC-nin Audit 

Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Xanım 

Nağıyeva peşəkar karyerasına 2003-cü ildə mal-

iyyə xidmətləri sahəsində, Deloitte CIS şirkətində 

auditor kimi başlayıb. Nəticədə o, Deloitte CIS 

şirkətinin maliyyə məsləhət xidmətləri bölməsində 

baş auditor vəzifəsinə yüksəlib, Almatıya (Qazax-

stan) təyinat alıb və burada bir sıra yerli və region-

al layihələri idarə edib. O, 2004-cü ildə Azərbaycan 

Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə 

bitirib, universitet təhsilinin bir hissəsini Slippery 

Rock Universitetində (Pensilvaniya, ABŞ) davam 

etdirib. Xanım Nağıyeva həmçinin Harvard Biznes 

Məktəbinin, London Biznes Məktəbinin, Ashridge 

Biznes Məktəbinin (Birləşmiş Krallıq) və IE Biznes 

Məktəbinin (İspaniya) məzunudur.

Şahin Məmmədov

“PAŞA Bank Georgia”-nın Direktorlar    

Şurasının sədri, baş icraçı direktor 

Şahin Məmmədov 2002-ci ildə Azərbaycan 

Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və 

Audit fakültəsinin bakalavr pilləsini bitirib, 2004-

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı



24

cü ildə həmin təhsil ocağının magistr dərəcəsini 

alıb və 2010-cu ildə iqtisadiyyat üzrə fəlsəfə 

doktoru elmi dərəcəsini qazanıb. O, 2003-cü 

ildə “Koçbank Azərbaycan” MMC-də işə başlayıb, 

əvvəlcə mühasib, sonra baş mühasibin müavini 

vəzifələrini tutub. 2005-ci ildə Deloitte & Touche 

şirkətində audit üzrə kiçik əməkdaş vəzifəsinə işə 

düzəlib, sonra audit üzrə menecer vəzifəsinədək 

yüksəlib. 2014-cü ildən ACCA-nin (İxtisaslaşmış 

Sertifikatlı Mühasiblər Assosiasiyasının) üzvüdür. 

Şahin Məmmədov 2009-cu ildə “PAŞA Bank” 

ASC-nin Maliyyəni İdarəetmə Departamen-

tinin direktoru, 2011-ci ildə İdarə Heyətinin üzvü 

təyin edilmişdir. O, biznesin inkişafı üzrə direk-

tor vəzifəsini icra etmək məqsədilə 2013-cü ildə 

“PAŞA Bank Georgia”-a keçmişdir. 2014-cü ilin 

iyul ayından “PAŞA Bank Georgia”-nın baş icraçı 

direktorudur. 

Qoqa Caparidze

“PAŞA Bank Georgia”-nın Direktorlar 

Şurasının sədri, baş kommersiya direktoru 

Qoqa Caparidze 2014-cü ilin yanvar ayında 

“PAŞA Bank Georgia”-da kommersiya müdiri kimi 

fəaliyyətə başlayıb və 2015-ci ilin aprel ayından 

Direktorlar Şurasının üzvüdür. Cənab Capar-

idze bank işi sahəsində karyerasına 2003-cü ildə 

“Bank of Georgia”-nın investisiya törəmə bankı 

olan “BG Capital”-da partnyor kimi başlamışdır. 

2005-ci ildə o, “Bank of Georgia”-da peşəkar 

fəaliyyətinə səhmdar kapital məsələləri üzrə 

aparıcı bankir qismində davam etmişdir. Daha 

sonra o, 2006-cı ildən 2011-ci ilədək Tifslis-

də və Londonda Avropa Yenidənqurma və 

İnkişaf Bankının (AYİB) özəl səhmdar kapitalın 

maliyyələşməsi üzrə baş bankir kimi xidmət 

göstərişdir. Bunda sonra o, “Bank Republic So-

ciété Générale Group”-da korporativ bankçılıq 

bölməsinin rəhbəri olmuşdur. Qoqa Caparidze 

1996-cı ildə Tiflis Dövlət Universitetini bitirib. 

2002-ci ildə o, Hofstra Universiteti Zarb Biznes 

Məktəbinin magistr dərəcəsini alıb.

H. Cenk Eynehan

“PASHA Yatırım Bankası A.Ş.”-nin Direktorlar 

Şurasının üzvü, baş müdir

H. Cenk Eynehan Erasmus Universitetinin 

(Niderland Krallığı) iqtisadiyyat üzrə subbakalvr 

(təməl ali təhsil) dərəcəsini, Monroe Kolecinin 

(Nyu-York, ABŞ) idarəetmə üzrə bakalavr 

dərəcəsini və Koç Universitetinin rəhbər işçilər 

üçün işgüzar inzibatçılıq üzrə magistr dərəcəsini 

alıb. 1994-2013-cü illər ərzində o, Türkiyədə 

və xarici ölkələrdə banklarda və digər maliyyə 

təsisatlarında orta səviyyədən rəhbərliyə qədər 

müxtəlif vəzifələrdə çalışıb. 2013-cü il 2 avqust tar-

ixində “PASHA Yatırım Bankası A.Ş.”-də fəaliyyətə 

başlayıb. Bank işi və işgüzar inzibatçılıq sahəsində 

21 illik təcrübəsi var.

Ali İhsan Tokkuzun

“PASHA Yatırım Bankası A.Ş.”-nin baş direk-

tor müavini

Ali İhsan Tokkuzun 2013-cü ilin iyun ayın-

da “PASHA Yatırım Bankası A.Ş.”-də baş direktor 

müavini vəzifəsində fəaliyyətə başlayıb. Bundan 

əvvəl o, “İstanbul Denizçilik Gemi İnşa Sanayi 

ve Ticaret A.Ş.”-da İcraiyyə Komitəsinin üzvü və 

maliyyə koordinatoru vəzifəsində işləyib. Cənab 

Tokkuzun peşəkar karyerasına “Esbank T.A.Ş.”-nin 

Auditorlar Şurasında başlamış, sonra Vyanadakı 

“Esbank AG”-a keçərək 2000-ci ilədək müxtəlif 

vəzifələrdə (o cümlədən, Audit Komitəsinin sədr 

müavini vəzifəsində) çalışmışdır. 2000-2002-ci 

illərdə o, “Kentbank A.Ş.”-də maliyyə təsisatları 

və beynəlxalq marketinq qrupunun meneceri 

işləmişdir. Daha sonra o, 2010-cu ilədək Vyanadakı 

“DenizBank AG”-də baş direktor müavini olmuş, 

2010-cu ildən “SK Danube AG”-nin baş direktor 

vəzifəsini icra etmişdir. Cənab Tokkuzun Gazi Uni-

versiteti İdarəetmə fakültəsinin bakalavr pilləsini 

bitirib, İstanbul Texniki Universitetinin rəhbər 

işçilər üçün işgüzar inzibatçılıq üzrə magistr 

dərəcəsini alıb.

RƏHBƏRLİYİN TƏRKİBİ



Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə