2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

28

Neft qitymətlərinin sürətlə aşağı 

düşməsi xarici valyuta mədaxilinin 

həcmində əhəmiyyətli azalmaya, belə-

liklə milli valyutanın təsirlərə məruz 

qalmasına səbəb oldu. Bu hal ölkə iq-

tisadiyyatının bir çox sahəsində2015-ci 

ildə olduqca qəliz bazar şəraitinin yar-

anması ilə nəticələndi.



29

PASHA Bank. Annual Report.2014

QLOBAL MAKROİQTİSADİ MƏN-

ZƏRƏ VƏ AZƏRBAYCAN İQTİ-

SADİYYATI




30

3.4%-dən 3.1%-dək dəyişdi, avrozona üzrə artım 

göstəricisini isə 1.5% səviyyəsində hesabladı. Eyni 

zamanda inkişaf edən ölkələrin 2009-cu ildən ən 

aşağı sürətlə, 4% böyümələri gözlənilir.

2015-ci ildə xüsusilə Çin daxil olmaqla 

formalaşan iqtisadi sistemlərdə artım 

dərəcəsinin yavaşımasına müvafiq olaraq solğun 

qlobal iqtisadi tələb davam etmişdir. Bundan 

başqa, dünya miqyasında izafi neft həcmi neft 

qiymətinin kəskin aşağı düşməsi ilə nəticələndi. İl 

ərzində neft qiyməti 40% civarında aşağı düşdü 

və dekabr ayında Brent sortunun bir barreli 

36 ABŞ dollarınadək azalaraq 11 ilin ən aşağı 

səviyyəsini müəyyən etdi. Əmtəə qiymətlərinin 

çökməsi əmtəə ixracatçısı ölkələrində artım 

dərəcəsinə mane oldu.

Azərbaycan iqtisadiyyatı

Neft qiymətinin dünya miqyasında qəfildən 

aşağı düşməsi hesabat ili ərzində Azərbaycan 

iqtisadiyyatının səngiməsinə səbəb oldu. 2014-

cü ilin 2.8% artımı ilə müqayisədə 2015-ci ildə 

Azərbaycan iqtisadiyyatı cəmi 1.1%, 54.4 milyard 

manat həcminədək böyümüşdür. Çökən neft 

qiymətləri ixrac gəlirlərinin xeyli aşağı olması 

və milli valyutanın kəskin ucuzlaşması ilə 

nəticələndi. 2015-ci ilin sonuna olan vəziyyətə 

əsasən Azərbaycan manatı ilin əvvəli ilə 

müqayisədə dəyərinin 98%-i itirmişdir. Bu amillər 

ev/ailə təsərrüfatlarının istehlakına və dövlət 

investisiya qoyuluşuna həmçinin mənfi təsir 

göstərdi.

Ölkə iqtisadiyyatının qeyri-neft sektoru 

1.1%, neft-qaz sektoru isə 0.6% artdı. Neft-qaz 

sektorunda xam neft hasilatı 0.7% azalarkən, 

qaz hasilatı 5.5% yüksəlmişdir. Beləliklə, il 

ərzində qeyri-neft sektorunun (cari qiymətlərlə) 

ümumdaxili məhsula nisbəti 63.5%-dək artmışdır.

Tikinti sahəsində sərt azalmanın dağ-

QLOBAL MAKROİQTİSADİ MƏNZƏRƏ VƏ 

AZƏRBAYCAN İQTİSADİYYATI

Qlobal makroiqtisadi mənzərə

2015-ci il dünya ölkələrinin məyusedici 

iqtisadi göstəriciləri ilə yadda qaldı. Ardıcıl 

olaraq beşinci ildir ki, formalaşan bazarlarda 

artım dərəcəsi aşağı düşür, inkişaf etmiş iqtisadi 

sistemlərdə isə mülayim təpmə davam edir. 

Beynəlxalq Valyuta Fodunun (BVF) sonuncu 

hesabatına əsasən, qlobal makroiqtisadi 

mənzərəyə hazırda üç keçid dövrü təsir edir:

•        Çində işgüzar fəallığın tədricən 

səngiməsi və investisiya qoyuluşu, istehsalat 

sahələrindən istehlak və xidmətlərə doğru yeni 

tarazlıq müstəvisində qərarlaşması;

•        Enerji resursları və digər əmtəələr 

üzrə daha aşağı qitmət mühiti;

•        ABŞ iqtisadiyyatının möhkəm 

bərpası əsnasında ölkənin pul siyasətinin 

Avropa, xüsusilə Yaponiya kimi bir neçə inkişaf 

etmiş iqtisadi sistesmlərin mərkəzi banklarının 

genişlənən (qeyri-ənənəvi) pul siyasətinə davam 

etməsinə baxmayaraq tədricən sərtləşməsi.

2013-cü ilin may ayında Federal Ehtiyatlar 

Sistemi (Fed) daha sərt pul siyasətinin icrasına 

keçəcəyindən xəbər verməyə başladı və istiqraz 

alışı proqramının 2013-cü ilin dekabr ayında 

daralmasına müraciət etdi. İki ildən sonra, 

2015-ci ilin dekabr ayında Fed faiz dərəcələrini 

0-0.25% intervalından 0.25-0.5% intervalınadək 

artırdı. Nəticədə ABŞ dolları digər sərbəst 

valyutalara qarşı möhkəmləndi, iqtisadiyyatı 

formalaşan ölkələr isə kəskin qaydada aşağı 

düşmüş əmtəə qiymətləri ilə yanaşı ciddi kapital 

axını ilə üzləşdi.

ABŞ, Avropa və Yaponiya kimi inkişaf 

etmiş iqtisadi sistemlər iqtisadiyyatın mülayim 

bərpası dövrünə keçərkən Çin iqtisadiyyatının 

artım göstəriciləri səngidi, Braziliya, Rusiya və 

əmtəə istehsal edən digər ölkələrdə isə dərin 

tənəzzül başladı. Bu hadisələr əsnasında BVF 

2015-ci il üzrə qlobal (iqtisadi artım) proqnozunu 



31

mədən və istehsalat sahələrindəki irəliləyişi 

üstələməsi nəticəsində 2014-cü ilin 0.5% artımı 

ilə müqayisədə 2015-ci ildə sənaye sektoru 1.9% 

daraldı. Dövlət investisiyası həcminin kiçilməsi 

və daşınmaz əmlaka olan tələbin daha da 

aşağı düşməsi tikintidə 2014-cü ildə 9.1% artımı 

2015-ci ildə 13.4% tənəzzüllə əvəzlədi. İstehlak 

xərclərinin və digər xidmətlərin daralması 

səbəbindən xidmət sahəsində artım 2014-cü ilin 

7.4% göstəricisi ilə müqayisədə 4.5%-dək səngidi. 

Kənd təsərrüfatında sərfiyyatla bağlı tətbiq 

edilən dövlət imtiyazları 2014-cü ilin mənfi 2.4% 

göstəricisini növbəti il ən yüksək, 6.6%-lik artıma 

səəb oldu.

Tələbə gəldikdə milli valyutanın dəyərdən 

düşməsi və sonrakı aylarda kreditləşmənin bir 

qədər sərtləşməsi səbəbindən dövlət və özəl 

İqtisadi göstəricilər* (%) 

ÜDM artımı

İnflyasiya dərəcəsi

Cari hesab qalığı (ÜDM-lə müqayisədə 

nisbi çəkisi)

2015


1.1

4.0


0.4

2016P


2017P

-1.0


12.0

-0.6


1.0

5.2


1.5

*Mənbə: 2016-cı il üzrə Asiyanın İnkişaf Perspektivi



PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə