2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

47

PRİVATE BANKİNG 

Azərbaycan bazarında ilk private banking 

xidmətini təmin edən PAŞA Private Banking 

bölməsi müştərilərimizin  həm maliyyə, həm də 

qeyri-maliyyə ehtiyaclarını təmin etmək üçün 

hazırlanmış məhsul və xidmətləri təklif edir. 

Bütün müştəri seqmentləri üçün əhatəli 

maliyyə xidmətlərini göstərmək amalına uyğun 

olaraq PAŞA Private Banking bölməsi aşağıdakıları 

hədəfləyir: 

•         Azərbaycanda və ölkə hüdudlarından kənarda 

müştəri yönümlü maliyyə və qeyri-maliyyə xid-

mətlərini göstərmək;

•         Mövcud xidmətlərin ən yüksək keyfiyyət 

standartları ilə təklifini təmin etmək;

•         Uzunmüddətli, qarşılıqlı fayda verən müştəri 

münasibətlərini qurmaq;

•         Müştərilər üçün uzunmüddətli maliyyə 

sabitliyini təmin etmək;

•         Private banking  xidmətlərini müştərinin 

həyatının ayrılmaz hissəsinə çevirmək;

•         Müştərilərə şəxsi sərvətlərinin artmasında 

və qorunmasında, həmçinin bu sərvətin gələcək 

nəsillərə ötürülməsinin idarə edilməsində yardım 

etmək;


•         Effektiv, müştəri yönümlü seçim yollarını 

tapmaq;


•         Özəl kapitalı idarəetmə sahəsində Azərbay-

canın aparıcı bankı olmaq.

Müxtəlif müştəri seqmentlərinin gözlənti 

və ehtiyaclarını tam anlayaraq PAŞA Bank bazar- 

da aparıcı maliyyə məhsullarını və özəl xidmət 

portfelini qurmuşdur. Bank güclü müştəri xidməti 

yanaşmasını rəhbər tutaraq geniş çeşidli ənənəvi 

bank xidmət və məhsullarını təklif edir. Bu xidmət 

və məhsullara aşağıdakılar daxildir:

•         Hər bir müştəri üçün şəxsi bankir;

•         Portfelin idarə edilməsi;

•         Kredit və debit kartları;

•         Bank əmanət qutuları;

Müxtəlif müştəri seqmentlərinin gözlənti və ehtiyaclarını tam 

anlayaraq PAŞA Bank bazarda aparıcı maliyyə məhsullarını və 

özəl xidmət portfelini qurmuşdur. 



48

•         Yerli şirkətlərin qiymətli kağızları;

•         Əlvan metallar üzrə beynəlxalq bank hesabı;

•         Əmanət xidmətləri;

•         Mobil bankçılıq;

•         İnternet bankçılıq;

•         Kredit xətti;

•         Pul təminatlı kreditlər;

•         İpoteka məhsulları;

•         Maliyyə məsləhət xidmətləri;

•         Qeyri maliyyə xidmətləri, o cümlədən

daşınmaz əmlak, səhiyyə və təhsillə əlaqədar 

xidmətlər;

•         Qlobal konsyerj (müşayiət) xidmətləri.

Yerli bazarda nisbətən mühafizəkar investisiya 

alətlərinin olmasına baxmayaraq qloballaşma 

Azərbaycanın beynəlxalq kapital bazarlarına daha 

sürətli inteqrasiyasını labüd edir. Beləliklə, PAŞA Bank 

“açıq arxitektura” strategiyasını mənimsəmişdir. Bu 

yanaşma çərçivəsində Bank müştərilərinin qlobal 

sərvətin idarə edilməsi ehtiyaclarını təmin etmək 

üçün beynəlxalq səviyyədə müyəssər xidmətləri təmin 

etmək məqsədilə daxili potensialını və beynəlxalq 

tərəfdaşlıq şəbəkəsini inkişaf etdirir. Onşor investisiya 

imkanları ilə yanaşı, PAŞA Bank həmçinin xarici aktiv-

lərin idarə edilməsi xidmətlərini də təmin edir.

Qeyri-maliyyə xidmətləri

Çeşidli və keyfiyyətli xidmət təminatçıları ilə 

PRİVATE BANKİNG

tərəfdaşlığı sayəsində PAŞA Private Banking bölməsi 

müştərilərinin təhsil, səhiyyə xidmətləri və daşınmaz 

əmlak üzrə ehtiyaclarını təmin etmək üçün bir sıra 

qeyri-maliyyə xidmətləri də təmin edir.  

PAŞA Private banking bölməsi dəyərli 

müştərilərin xoş vaxt keçirmək, yeni münasibətlər 

qurmaq və yenilikləri mənimsəmək üçün imkan 

yaradan tədbirlərin müntəzəm qaydada təşkil 

edilməsinə böyük əhəmiyyət verir. 2016-cı ilin iyun 

ayında PAŞA Bank dayanıqlı İsveçrə irsinə əsaslanan 

dünyanın aparıcı özəl bankı olan Julius Baer ilə 

tərəfdaşlıqda dünyaya insanlar, planet və artım 

perspektivindən nəzər yetirməyi hədəfləyən eksklüziv 

“Növbəti nəsil dialoqu” adlı silsilə biznes tədbirlərinə 

ev sahibliyi etmişdir. Silsilə tədbirlərdə diqqət geniş 

mənada iqtisadiyyatda və cəmiyyətdə struktur 

dəyişiklikləri və fundamentlər tarazsızlıq üzərinə 

yönəlmişdir. PAŞA Bankın ekspert spikerləri inkişaf 

etməkdə olan bazarlar, bu bazarların artan orta sinfi 

və investisiyalara olan marağı aspektlərinə baxışlarını 

hədəf auditoriya ilə bölüşmüşdür.   

2016-cı ilin sonunda PAŞA Bank cari və 

potensial Private banking müştərilərini Azərbaycanda 

Amerikanın Ticarət Palatasının “Black & White 

Ball” adlı möhtəşəm əyləncə proqramı ilə fərqlənən 

yaddaşlardan silinməz ziyafət gecəsində salamladı. 



49

BEYNƏLXALQ NÜFUZ

Kredit reytinqləri

2016-ci ildə bir çox makroiqtisadi 

çağırışların müşahidə olunmasına baxmayaraq 

PAŞA Bank beynəlxalq agentliklər tərəfindən 

təsdiq edilən krediti ödəmə qabiliyyətini qoruya 

bilmişdir.

2016-cı ilin sentyabr ayında Fitch Ratings 

PAŞA Bankın uzunmüddətli xarici valyuta üzrə 

emitentin defolt reytinqini (IDR) ‘BB-’ dərəcə-

sində, qısa müddətli İDR-i isə ‘B’ dərəcəsində 

neqativ perspektiv ilə təsdiq etmişdir.

2016-ci ilin dekabr ayında beynəlxalq 

reytinq agentliyi Standard & Poor’s PAŞA Bankın 

uzun müddətli emitentin defolt reytinqini (İBDR) 

‘ВВ-’ səviyyəsində, qısa müddətli İBDR da “B” 

səviyyəsində təkrar təsdiq etmişdir. Bu reytinqlər 

100% yerli kapitalla işləyən Azərbaycan özəl 

bankları arasında ən yüksək reytinq dərəcəsidir.

Mükafatlar, tədbirlər və sponsorluq

Ölkənin aparıcı maliyyə təsisatı qismində 

PAŞA Bank qlobal maliyyə dairələrinin ən 

çox tanınmış bəzi üzvlərinin diqqətini cəlb 

etməkdədir. 2016-ci ildə bank, fəaliyyətinin üstün 

olmasının beynəlxalq miqyasda tanınması kimi 

bir sıra mötəbər mükafatlar almışdır:

•        Global Finance jurnalı PAŞA Bankı 

“Azərbaycanın ən yaxşı bankı” adı ilə təltif 

etmişdir;

•        World Finance PAŞA Bankı “Azərbaycanın 

ən yaxşı bankı”, “Azərbaycanın ən yaxşı 

kommersiya bankı” və “Azərbaycanın ən yaxşı 

özəl bankı” adları ilə təltif etmişdir.

PAŞA Bank beynəlxalq miqyasda nüfuzunu 

və tanınmasını artıran mühüm yerli və 

beynəlxalq tədbirlərin sponsorluğuna da davam 

etmişdir. 2016-cı ildə bu tədbirlərə aşağıdakılar 

daxil idi:

•         Azərbaycandakı Amerika Ticarət 

palatası tərəfindən təşkil edilmiş “Enerji, bərpa 

olunan enerji növləri və dayanıqlıq” konfransı, 

sponsorluq və panel müzakirələrində iştirak, 

Azərbaycan, 22 aprel, 2016-cı il;

•         AYİB-in İllik toplantısı, panel 

müzakirələrində iştirak, London, BK, 10-11 may, 

2016-cı il;

•         Avropa Birliyi -Azərbaycan biznes 

forumunda iştirak, Bakı, Azərbaycan– 18 May, 

2016-cı il;

•         Moody’s illik kredit riski konfransı, panel 

müzakirələrində iştirak, Bakı, Azərbaycan –

24 may, 2016-cı il;

•         Xəzər Neft və Qaz Beynəlxalq Sərgi və 

Konfrans, sponsorluq, Bakı, Azərbaycan – 1 iyun, 

2016-cı il;

•         Bakıda ilk dəfə keçirilən Formula 1 yarışı, 

sponsorluq, Bakı, Azərbaycan – 17-19 iyun, 

2016-cı il;

•         SİBOS 2016 beynəlxalq sərgidə iştirak

Cenevrə, İsveçrə – 26-29 sentyabr, 2016-cı il;

•         Azərbaycan Mikro-maliyyə assosiasiyası 

tərəfindən təşkil edilmiş Mikro-maliyyələşdirmə 

konfransına sponsorluq və panel 

müzakirələrində iştirak, Bakı, Azərbaycan – 

6-7 oktyabr, 2016-cı il;

•         BVF-nin İllik toplantısında iştirak, 

Vaşinqton – 7-9 oktyabr, 2016-cı il;

•         Azərbaycandakı Amerika Ticarət palatası 

tərəfindən təşkil edilmiş ABŞ-Azərbaycan biznes 

forumuna sponsorluq və panel müzakirələrində 

iştirak, Bakı, Azərbaycan – 1 dekabr, 2016-cı il.



Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olaraq PAŞA Bank 

qlobal maliyyə icmasının nüfuzlu üzvlərinin diqqətini cəlb

etməyə davam edir. 


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə