2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   13   14   15   16   17   18   19   20   21

74

PASHA Bank. Annual Report.2014


75

PASHA Bank. Annual Report.2014

DAYANIQLI İNKİŞAFA DAİR 

HESABATIN XÜLASƏSİ 



76

DAYANIQLI İNKİŞAFA DAİR 

HESABATIN XÜLASƏSİ 

PAŞA Bank ən əlverişli dayanıqlı fəaliyyətə 

dair səriştələri əməliyyatlarının hər bir aspektinə 

inteqrasiya etməyə sadiqdir. Bu günədək PAŞA 

Bank tərəfindən bankın 2011-2015-ci illər ərzində 

dayanıqlı fəaliyyətini əhatə edən və növbəti 

strateji dövrdə dayanıqlı inkişafa dair məqsədləri 

müəyyən edən dayanıqlı inkişafa dair iki hesabat 

hazırlanmışdır. 

Çağırışlarla dolu makro-iqtisadi mühitin 

olmasına baxmayaraq PAŞA Bank strateji 

qərarlarını və işgüzar fəaliyyətlərini əsas dəyərləri 

üzərində əsaslandırmağa davam edir: dürüstlük, 

gəlirlilik, əməkdaşlıq, sahibkarlıq və keyfiyyət.

Dayanıqlı fəaliyyətə və rəhbər tutduğumuz 

dəyərlərə sadiqliyimizi nümayiş etdirmək üçün 

2016-cı ildə dayanıqlı fəaliyyət və nailiyyətlər 

ilə bağlı əsas aspektlərin qısa xülasəsi aşağıda 

təqdim olunur.

Bizim müştərilərimiz 

Təsis edildiyi gündən PAŞA Bank müxtəlif 

sektorları təmsil edən kiçik və orta sahibkarlıq 

müəssisələrini dəstəkləməyə sadiq qalmışdır. 

İxtisaslı KOS filialı ölkədə fəaliyyət göstərən 

kiçik və orta sahibkarlıq müəssisələrinə bank 

xidmətlərini təmin edir. 

İldən ildə PAŞA Bank daha geniş çeşidli 

müştəriləri banka cəlb etməklə müştəri 

bazasını artırmağa müvəffəq olmuşdur. 2016-

cı ildə PAŞA Bank qeyri-stabil iqtisadi iqlimdə 

istiqamətləndirmək üçün korporativ və 

kommersiya seqmentindən olan müştərilərinə 

daha çox məşvərətçi xidmətləri təmin etmək 

məqsədilə maliyyə məsləhətləri fəaliyyətlərini 

genişləndirmişdir. Bu biznes xətti genişləndiyindən 

biz KOS müştərilərinin korporativ müştərilərlə 

əməkdaşlığını dəstəkləmək üçün onlar üçün 

təchizat zənciri bankçılığını yaratdıq. Bu növ 

münasibətlər KOS müştərilərinə öz dövriyyələrini 

artırmaq və işgüzar fəaliyyətlərini genişləndirmək 

imkanı verir. Bazar çağırışlarına məruz qalmış zəif 

fəaliyyət nümayiş etdirən bizneslər üçün PAŞA 

Bankın məşvərətçi və maliyyə xidmətləri onlara 

digər fəaliyyət sahələri üzrə şaxələnməyə yardım 

etmişdir və daha sonrakı dövrdə bu təşəbbüslər 

özünü doğrultdu. Bundan başqa, PAŞA Bankın 

nağdsız əməliyyatlara keçidi – POS terminallar, 

e-ticarət, platformalar, hesablardan transferlər – 

əhəmiyyətli dərəcədə artmışdır. Bütün bu səylər 

PAŞA Bankın Azərbaycanın KOS sektorunu necə 

dəstəklədiyini nümayiş etdirir. 

Bugünkü gündə müəssisənin uğurlu 

fəaliyyəti üçün müştəri xidmətləri strateji 

əhəmiyyət kəsb edən prioritet sahədir. Ən 

yüksək səviyyəli müştəri məmnunluğunu 

təmin etmək üçün PAŞA Bank davamlı olaraq 

xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa çalışır. 

Çağırış mərkəzi maksimal effektivliklə çalışır 

ki, müştərilər hər hansı müraciətləri ilə bağlı 

yardım ala bilsinlər. Eyni zamanda Təşkilati 

inkişaf və keyfiyyətin təminatı funksiyası Bankda 

xidmət səviyyəsini artırmaq üçün müştəri 

məmnunluğunu monitorinq etmək məqsədilə 

daha mütərəqqi sistemin yaradılması kimi bir sıra 

yeni təşəbbüslər üzərində çalışmışdır. Müştərilərin 

tam məmnunluğunu təmin etmək və ehtiyac 

yarandıqda müvafiq uyğunlaşmaları həyata 

keçirmək üçün PAŞA Bank müntəzəm qaydada 

müştəri məmnunluğuna dair sorğular həyata 

keçirir. 

PAŞA Bank faktorinq, kəmiyyət 

aspektinin qiymətləndirilməsi yanaşması və 

ticarətin maliyyələşdirilməsi kimi sahələrdə 

KOS-ların xidmətlər ilə təminatını daha da 

yaxşılaşdırmaq üçün ixtisaslı xidmət və məhsulları 

yaratmışdır. Misal üçün, kəmiyyət aspektinin 

qiymətləndirilməsi modelinin məqsədi kredit 

müraciətlərinin müvafiq təhlilini və daha sonra 

təsdiqini/rədd edilməsini və ya standartlaşdırılmış 

təhlilini aparmaqla qərar qəbul etmə prosesini 

yaxşı- laşdırmaq və sürətləndirməkdən ibarətdir. 



77

Beləliklə, KOS-lar ehtiyacı olduqları kredit 

vəsaitlərini daha sürətlə almış olur.

2016-cı ildə PAŞA Bank öz tarixində ticarətin 

maliyyələşdirilməsi sahəsində əsas məhsul 

olan zəmanət məktubunu ən yüksək sayda 

təmin etmişdir. 2016-cı ildə Bank 123 zəmanət 

məktubu təmin etmişdir ki, bu da öncəki illə 

müqayisədə 19 ədəd çoxdur. Bundan başqa, 

bankın marketinq səyləri daha fəal müştərilərin 

olması ilə nəticələnmişdir. 2016-cı ildə 1,663 KOS 

müştərilərindən 1,643 fəal müştəri olmuşdur. 

Hesabat ilində PAŞA Bank faktorinq 

əməliyyatları üzrə 1000-dən çox hesab fakturanı 

icra etmişdir.

Bu müsbət nəticələr PAŞA Bankın dəyişkən 

vaxt və şəraitdə müştərilərinə daha yaxşı xidmət 

göstərmək və ehtiyaclarını təmin etmək üçün 

xidmətlər miqyasını nə qədər genişləndirdiyini 

nümayiş etdirir.  

Bizim insanlarımız 

PAŞA Bankın insan resurslarının idarə 

edilməsi siyasəti 2010-cu ildə milli əmək 

tələblərinə müvafiq olaraq hazırlanmış və qəbul 

edilmişdir. İR idarə edilməsi siyasətinin məqsədi 

işçi heyətin peşəkar inkişafına yardım edəcək əsas 

bacarıqlar vasitəsilə onları səlahiyyətləndirməkdir. 

İşçi heyətin inkişaf etdirilməsi bankın əsas 

təməllərindən biridir. İş fəaliyyətlərinin davamlı 

olaraq təkmilləşdirilməsi və işçi heyət üçün 

müntəzəm təlim sessiyaları Bank xidmətlərinin 

keyfiyyətinin lazımi səviyyədə saxlanılması 

və Bankın əmək bazarı tələblərinə sürətlə 

uyğunlaşması üçün böyük əhəmiyyət kəsb edir.

İnsan Resursları departamenti Bankın İR 

idarə edilməsi siyasətini ən əlverişli beynəlx-

alq təcrübələrə istinad edərək qiymətləndirir 

və Bankın işçi heyəti ilə bağlı fəaliyyətlərini 

əlaqələndirir. 

2016-cı ildə PAŞA Bank təlim və inkişafa 

dair daxili qaydaları, sağlamlıq, təhlükəsizlik 

və ətraf mühitə dair daxili təlimatları və daxili 

peşəkar sertifikatlaşdırma təlimatlarını qəbul 

etməklə insan resurslarının idarə edilməsi ilə 

bağlı prosedura və proseslərini daha da inkişaf 

etdirmişdir. 

2016-cı ilin sonuna PAŞA Bankın işçi qüv-

vəsinin sayı il ərzində 100 nəfəri yeni işə cəlb 

etməklə 475 nəfər təşkil etmişdir. 

İnsanlarımızı inkişaf etdiririk 

İşçi heyətimiz və onların fəaliyyəti 

xidmətlərimizin keyfiyyətinə birbaşa təsir edir. 

İnsan kapitalına investisiyalar Bankın dayanıqlı 

gələcəyinin təmin edilməsinə olan sadiqliyimizin 

əsas təkanverici aspektidir. Növbəti nəsil 

liderlərə investisiyaların edilməsi rəqabətli 

üstünlüyümüzü saxlamaq və uzun müddətli 

perspektivdə artıma nail olmaq üçün həyati 

əhəmiyyət kəsb edir. İşçilərimiz həm daxili, 

həm də xarici  səviyyədə müxtəlif  mövzular, 

o cümlədən maliyyə və mühasibatlıq, müştəri 

xidmətləri və layihənin idarə edilməsi üzrə 

intensiv təlim proqramlarında iştirak edir. 

2016-cı ildə PAŞA Bank tərəfindən 

ümumilikdə 134 təlim sessiyası keçirilmişdir, 

bunlardan 32-si 131 iştirakçının bir araya 

gətirildiyi daxili təlimlər olmuşdur. Bundan 

başqa il ərzində 927 iştirakçı üçün 58 daxili təlim 

sessiyası keçiril- mişdir. On altı işçi xarici xidmət 

təminatçıları tərəfindən təmin edilmiş 11 fərdi 

təlim sessiyalarından bəhrələnmişdir. Həmçinin 

PAŞA Bankın 33 əməkdaşı  orta səviyyəli 

menecerlərin potensialının gücləndirilməsi 

səylərinin bir hissəsi olaraq  fərdi kouçinq 

sessiyalarında iştirak etmişdir. PAŞA Bank 

xüsusi olaraq layihələndirilmiş “Elit bankir” 

təlim proqramı çərçivəsində satış heyətinin 

potensialını genişləndirməyi davam etmişdir. 



PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


78

DAYANIQLI İNKİŞAFA DAİR HESABATIN XÜLASƏ




79

İşçilərimizin fəal cəlb edilməsi

PAŞA Bank hər bir üzvün eyni dəyər və 

baxışı paylaşdığı yüksək effektivliyə malik 

komandanı qurmaq üçün yorulmadan çalışır. 

2016-cı ildə Bank İşçilərin cəlb edilməsi sorğusunu 

həyata keçirmişdir və sorğu nəticələri PAŞA Bank 

əməkdaşlarının bank brendinə yüksək sadiqliyini  

və bankın gələcəyə baxışına və dəyələrinə şərik 

çıxdıqlarını açıqlamışdır. Həm üfüqi, həm də 

şaquli səviyyələrdə daxili kommunikasiyaların 

daha da gücləndirilməsi və orta səviyyəli 

menecerlərin səlahiyyətləndirilməsi kimi bir sıra 

təkmilləşdirilməli sahələr də müəyyən edilmişdir. 

Sorğu nəticələrinə əsasən Bank işçilərin fəallığını 

gücləndirmək üçün üç mərhələli proqramı 

hazırlamışdır. 

Bu proqramın birinci mərhələsində orta 

səviyyəli menecerlər onların tabeçiliyində olan 

işçilər və rəhbərlər ilə dialoq və qarşılıqlı əlaqəni 

gücləndirmək üçün liderlik və kommunikasiya 

qurmaq bacarıqlarının gücləndirlməsinə dair 

təlimlərdən bəhrələnmişdirlər. Paris-Sorbonne 

Universiteti Abu Dabi tərəfindən xüsusi olaraq 

PAŞA Bank menecerləri üçün hazırlanmış 

Bankçılıqda liderlik adlı təlim proqramı Kouçing 

və əks əlaqə, Mentorluq, İş fəaliyyətinin idarə 

edilməsi və Motivasiya kimi geniş çeşidli 

mövzuları əhatə etmişdir. 

PAŞA Bank ənənəvi Sədr ilə səhər yeməkləri 

layihəsini davam etdirir, bu səhər yeməklərində 

Sədr kiçik işçi heyətlə görüşərək ideya və fikir 

mübadiləsi aparır. 2016-cı ildə Bakıda və Bankın 

regional ofislərində otuz dörd səhər yeməyi 

keçirilmişdir. Bu tədbirlər zamanı kiçik işçi heyət 

tərəfindən biznes proseslərin optimallaşdırılması 

və təkmilləşdirilməsinə dair 32 təklif Bankın 

müxtəlif funksiyaları tərəfindən nəzərə 

alınmışdır və uğurla icra edilmişdir. 

Həm üfüqi, həm də şaquli kommunikasiyanı 

təkmilləşdirmək üçün təşkilat daxilində 

məlumatları yüksək rəhbərlikdən, C səviyyəli 

işçilərə və menecerlərə və front ofis işçilərinə 

çatdırmaqla menecerlər və onların birbaşa 

rəhbərləri arasında münasibətləri yaxşılaşdırmaq 

məqsədilə kaskad əsaslı kommunikasiya prosesi 

hazırlanmışdır.

Proses həmçinin təşkilati struktur 

çərçivəsində məlumatların aşağıdan yuxarıya 

doğru göndərilməsinə yardım edərək önəmli 

məlumatların açıqlanmasını təmin edən və 

işçilərə iş yerlərində dinlənilmək imkanı verən 

dinamik iki tərəfli məlumat axınını yaradır.

Kaskad prinsip əsaslı kommunikasiya 

təşəbbüslərinin bir hissəsi olaraq biz PAŞA 

Bankın idarə heyətinin hər bir üzvü üçün 

plan hazırladıq. Bu plan özündə Village Halls, 

komanda ruhunun gücləndirilməsi tədbirləri, 

təkbətək rəsmi sessiyalar və tabeçilikdə olan 

əsas şəxslər və funksiya rəhbərləri ilə qeyri-rəsmi 

toplantıları ehtiva edir. 

Bu təşəbbüs ilə bağlı İdarə heyəti 

üzvlərini və C səviyyəli işçiləri daha da yaxşı 

səlahiyyətləndirmək üçün Tərtibatçı platformasına 

dair beynəlxalq təlim şəbəkəsi hazırlanmışdır. 

Bundan başqa yüksək rəhbərliyin dayanıqlı 

davranışlar ilə bağlı dəyişikliklər üzərində daha 

da fokuslanmasına yardım etmək üçün təlim 

proqramı həyata keçirilmişdir. 

PAŞA Bankın Rotary Club 

İcmanın inkişaf etdirilməsinə investisiya- 

ların yatırılması PAŞA Bankın fəaliyyətlərinin 

əhəmiyyətli hissəsini təşkil edir. Bu gün yerli 

səviyyədə edilmiş investisiyalar ümumilikdə 

cəmiyyət üçün böyük fayda verəcək və  uzun 

müddətli inkişaf imkanlarını təşviq edəcək. 

2013-cü ildə PAŞA Bank EMEA Finance 

tərəfindən yerli icmaları fəal dəstəklədiyinə görə 

“Avropada ən yaxşı korporativ sosial məsuliyyət 

proqramı” mükafatı ilə təltif edilmişdir. 



PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


80

PAŞA Bankın ümumi korporativ sosial 

cavabdehlik məqsədlərinə Azərbaycan 

iqtisadiyyatını inkişaf etmək üçün sahibkarlığın 

səlahiyyətləndirilməsi də daxildir. Həmçinin 

bank inanır ki, təhsil Azərbaycanın daha da 

inkişaf etdirilməsinə töhfə vermək üçün xüsusi 

əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən PAŞA 

Bank gənclərin təhsilinin dəstəklənməsinə, 

Azərbaycan gəncləri arasında maliyyə 

savadlılığının yaxşılaşdırılmasına və biznes 

icmasının təhsilləndirilməsinə  böyük resurslar 

ayırır. 

PAŞA Bank Azərbaycan gənclərini 

hədəfləyən bir sıra layihələri həyata keçirir 

və Azərbaycanda kiçik və orta sahibkarlığın 

potensialının gücləndirilməsinə və maliyyə 

təhsilinə töhfə verir. Bu təşəbbüslər sırasına 

Thomson Foundation ilə əməkdaşlıqda 

hazırlanmış biznes jurnalistikası layihəsi 

və Junior Achievement Azerbaijan ilə 

tərəfdaşlıqda Gənc sahibkarların biznes 

forumunun dəstəklənməsi təşəbbüsü daxildir. 

İstedadlı gənclərin PAŞA Bankda çalışmasını 

həvəsləndirmək üçün layihələndirilmiş “Mən 

Paşa Bank təqaüdçüsüyəm” adlı proqram 

PAŞA Bank tərəfindən Azərbaycan gənclərini 

dəstəkləmək üçün müəyyən edilmiş digər 

uğurlu bir layihədir. 

Ölkənin biznes liderlərinin maliyyə 

savadlılığının və korporativ idarəçilik biliklərinin 

daha da yaxşılaşdırılmasına yardım etmək 

üçün PAŞA Bank tərəfdaşları ilə əməkdaşlıqda 

bir sıra tədbir və seminarları, o cümlədən 

Böhran zamanında satış, Moody’s İllik kredit 

riski konfransı, Enerji, bərpa olunan enerji və 

dayanıqlıq üzrə konfrans, Sürətlə dəyişən biznes 

daha çox qazanır, Azərbaycan mikro maliyyə 

assosiasıyasının və ABŞ-Azərbaycan biznes 

forumunun illik konfransı kimi tədbirləri birgə 

təşkil etmişdir. Dövlət və özəl sektor şirkətlərini, 

eləcə də beynəlxalq maliyyə təşkilatlarını təmsil 

edən təxminən 1000 nümayəndə bu tədbirlərdə 

iştirak etmişdir. Bank hesab edir ki, bu 

seminarlar, konfranslar, forumlar və gələcəkdə 

də təşkil edəcəyi oxşar tədbirlər biznes icmasının 

bacarıqlarının və “nou-xau”-larının inkişaf 

etdirilməsinə və Azərbaycanın korporativ 

idarəçilik standartlarının artırılmasına  müsbət 

təsir edəcək. 

İnanırıq ki, davamlı inkişaf yalnız 

müştərilərimiz ilə keyfiyyətli, uzun müddətli 

münasibətləri qurmaq, məhsul və xidmətlərimizi 

davamlı olaraq təkmilləşdirmək, biznes 

proseslərimizin effektivliyini artırmaq və daha 

geniş icmaya investisiya yatırmaq yolu ilə 

mümkündür. Dayanıqlı inkişafa dair növbəti 

iki ildən bir hazırlanan hesabat dərc olunacağı 

dövrədək biz dayanıqlı fəaliyyətimizi və idarə 

etmə sistemlərimizi inkişaf etdirməyi davam 

etdirərək  dayanıqlığa dair məqsədlərimizin 

hədəfli qalmasını təmin etmək üçün onları daha 

da təkmilləşdirməyi planlaşdırırıq. 

Bu Hesabatda PAŞA Bank tərəfindən 

rəqabət qabiliyyətli üstünlükləri qoruyub 

saxlamaq üçün həyata keçirilən dayanıqlılıq ilə 

bağlı fəaliyyətlərin təfərrüatları açıqlanır. Qlobal 

hesabatlılıq təşəbbüsünün G4 əsas qeydinin 

təlimatlarına müvafiq olaraq bu hesabat 

PAŞA Bankın Azərbaycanda 2016-ci il üzrə 

fəaliyyətlərini əhatə edir.

PAŞA Bankın Dayanıqlı fəaliyyətinə dair 

hesabatın miqyasını müəyyən edərkən PAŞA 

Bankın yüksək rəhbərliyinin təlimatları və Bankın 

səhmdarlarının tövsiyələri nəzərə alınmışdır. 

Hesabatın məzmununu müəyyən etmək üçün 

mahiyyətinin təhlili həyata keçirilmişdir (aşağıda 

təqdim olunur).

DAYANIQLI İNKİŞAFA DAİR HESABATIN XÜLASƏ



81

PAŞA Bankın Dayanıqlı inkişafa dair hesabatının mahiyyətinin təhlili

•   Enerji

•   Emissiyalar

•   Məşğulluq

•   Müxtəliflik və Bərabər imkanlar 

•    Nəqliyyat

•    Qeyri-ayrı-seçkilik 

•    Məhsul cavabdehliyi

•    Qadın və kişi üçün bərabər 

mükafatlandırma

•    Yerli icmalar

•    İqtisadi fəaliyyət

•    Dolayısı iqtisadi fəaliyyət

•    Məhsul və xidmətlər

•    Təlim və təhsil

•    Anti-korrupsiya

•    Komplayans

•    Məhsul portfeli

•    Audit

•    Fəal mülkiyyətçilik

•    İnvestisiya

Aşağı

Maraqlı tərəflərin prioritetləri



PAŞA Bankın fəaliyyətinə təsiri 

                   Aşağı

  

 

                     Orta 



  

 

                   Y



uxarı

Orta 


Yuxarı

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


82

PAŞA Bankın dayanıqlı fəaliyyətə dair strategiyası 



PAŞA Bank ənənəvi korporativ sosial cavabdehlik (KSS) 

yanaşmasından korporativ maraqlı tərəflərin cəlb edilməsi 

(KMC) modelinə keçidi təmin etməklə dayanıqlı inkişafa nail 

olmaq hədəfinə sadiq olaraq qalır. 

Korporativ maraqlı tərəflərin cəlb 

edilməsi (KMC) aspekti

Biz sahıbkarlıq fəaliyyətini 

səlahiyyətləndiririk 

Biz insan kapitalını 

səlahiyyətləndiririk 

Biz potensialı və təkmil idarəçilik 

prinsiplərini səlahiyyətləndiririk 

Dayanıqlılıq yanaşması 

Bizim üçün 

Müştərilərdir 

Bizim üçün 

insanlardır 

Bizim üçün 

nüfuzdur 

DAYANIQLI İNKİŞAFA DAİR HESABATIN XÜLASƏSİ 



83

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


PAŞA Bank 

 

Yusif Məmmədəliyev küç., 13



Bakı, AZ1005, Azərbaycan 

T: *9123 

T: (+994 12) 496 50 00 

T: (+994 12) 496 51 00 

F: (+994 12) 496 50 10 

E: office@pashabank.az



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə