2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   2   3   4   5   6   7   8   9   ...   21

13

Başlıca maliyyə göstəriciləri 

Xalis mənfəət (milyon AZN)

5,0


4,0

3,0


2,0

1,0


0,0

2,3


3,3

2015


2016

Ümumi aktivlər (milyard AZN)

Əməliyyat göstəriciləri 

414


475

39.8


39.5

İşçi heyət üzvlərinin sayı

Qadın işçilərin nisbi sayı (%)

2015


2016

10

30



Filial və bölmələrin sayı

Bankomatların sayı

2015

2016


7

35

100



80

60

40



20

0,0


2015

2016


14.4

69.3


PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


14

PAŞA Bankda müştərilər bir nömrəli 

prioritet olaraq müəyyən edilmişdir. 

Bunu nəzərə alaraq biz rəqəmsal 

transformasiya dövründə də yüksək 

müştəri məmnunluğuna nail olmaq 

üçün gələcək rəqəmsal məhsul 

və xidmətlərin hazırlanmasında 

müştərilərimizin rahatlığına, məhsul 

və xidmətlərdən istifadənin asan 

olmasına xüsusi diqqətin yetirilməsini 

təmin edəcəyik. 




15

PASHA Bank. Annual Report.2014

RƏHBƏRLİK




16

Hörmətli Həmkarlar, Müştərilər və 

Səhmdarlar,

2016-cı ildə ABŞ-ın Federal ehtiyatlar sistemi 

tərəfindən kəmiyyət aspektinin yumşaldılmasının 

aradan qaldırılması və dünya əmtəə bazarlarının 

çalxalanması fonunda qlobal iqtisadiyyat 2.3% 

genişlənərək böhrandan sonrakı dövrdə nümayiş 

etdirdiyi 3% göstərici ilə müqayisədə daha aşağı 

artıma nail olmuşdur. İl ərzində inkişaf etməkdə 

olan bazarların iqtisadi artım göstəricisi inkişaf 

etmiş bazarları geridə qoymuşdur. 2016-cı ildə 

inkişaf etməkdə olan ölkələrdə ÜDM artımı 

3.4 %-də qeydə alınmışdır, bu isə 1.6% artım 

nümayiş etdirmiş inkişaf etmiş iqtisadiyyatlarla 

müqayisədə daha sürətli artım deməkdir. 

2016-cı ildə Azərbaycanda zəif xam neft 

qiymətləri və büdcə gəlirlərinin azalmasının 

şərtləndirdiyi daha zəif istehlakçı tələbatı fonunda 

ÜDM 3.8% faiz azalmışdır. Qeyri-neft ÜDM-si isə 

əsasən tikinti işlərinin zəifləməsi səbəbindən 5.4% 

azalma nümayiş etdirmişdir. 

Keçən il ilə müqayisədə bank aktivlərinin 

9.9% azalması ilə müşayiət olunan iqtisadi 

zəifləmə fonunda ölkənin iqtisadi göstəriciləri 

azalmağa davam etmişdir. 2015-2016-cı 

illərdə 11 bankın fəaliyyət lisenziyalarının ləğv 

edilməsi, digər bankların isə kredit portfellərini 

əhəmiyyətli dərəcədə restrukturizasiya etmək 

məcburiyyətində qalması faktı vəziyyəti bir 

az da ağırlaşdırmışdır. Nəticədə Azərbaycanın 

bank sisteminin məcmu kredit portfeli 2016-cı 

ildə 22 % azalmışdır. İlin sonuna vaxtı keçmiş 

kreditlər məcmu kreditlərin 9%-ni təşkil etmişdir. 

Korporativ kredit portfeli öncəki il ilə müqayisədə 

21.4% azalmışdır. Eyni zamanda fərdi kredit 

portfeli 28.5% azalmışdır.

Hesabat dövründə depozitlər nisbəti 2.3% 

azalmışdır. Ev təsərrüfatları depozitlərinin 14% 

azalması korporativ kreditlərin 6.8 milyard 

manatdan 9.1 milyard manatadək (34%) artması 

ilə qismən kompensasiya edilmişdir. Maliyyə 

təşkilatlarından depozitlər təxminən 3 milyard 

manat təşkil etmişdir. 

Çağırışlarla dolu mühitin olmasına 

baxmayaraq, 2016-cı ildə PAŞA Bank dayanıqlı 

inkişaf nümayiş etdirmişdir. Müştərilərimizin 

maksimum bəhrələnməsini təmin etməyi 

və kredit risklərimizin idarə edilməsini 

təkmilləşdirməyi strateji prioritetlər qismində 

müəyyən etməyimiz sayəsində biz dəyişkən 

bazar şəraitində müsbət göstəricilər nümayiş 

etdirməyə müvəffəq olmuşuq. 

Yerli bank seqmenti portfelinin həcminin 

və gəlirliliyinin azalması ilə üzləşdiyi halda, PAŞA 

Bankın məcmu aktivləri 43% artmışdır, əməli 

mənfəəti 60% sıçrayış nümayiş etdirmişdir. 

Hesabat dövründə Bankın korporativ kredit 

bazarındakı payı 8% artmışdır. Bunun nəticəsində 

Bankın xalis mənfəəti təxminən dörd dəfə artaraq 

69.3 milyon manat təşkil etmişdir. Bununla yanaşı 

və bazarda baş verən proseslərin əksinə müştəri 

depozitlərimizin həcmi 2015-ci il üzrə 1,374 milyard 

manatdan 2016-cı ildə 2,350 milyard manatadək 

artmış, beləliklə keçən il ilə müqayisədə 71% artım 

nümayiş etdirmişdir.

PAŞA Bank  iri korporativ, kommersiya və 

KOS seqmentləri üzrə korporativ müştərilərinə 

yüksək keyfiyyətli xidmətlərin göstərilməsi 

hədəfinə sadiq qalır. Bizim yerli bazar mövqeyimiz 

korporativ müştərilərimizə dayanıqlı dəstəyin 

göstərilməsi üzərində cəmləşmişdir. Biz güclü 

müştəri münasibətlərinin idarə edilməsinə 

yönəlmiş əhəmiyyətli addımlar atırıq və 

çağırışlarla doğru zamanda müştərilərin spesifik 

ehtiyaclarını təmin etmək üçün fərdi məhsullar 

hazırlayırıq. PAŞA Bank iri və kommersiya 

müştərilərinə B2B xidmətlərini təmin etməklə 

rəqabətli mövqeyini daha da möhkəmlətmiş 

oldu. Təkmilləşmə müştərilərin ERP (Enterprise 

MÜŞAHİDƏ ŞURASI SƏDRİNDƏN VƏ 

İDARƏ HEYƏTİNİN SƏDRİNDƏN ÖN SÖZ




17

Resource Planning and Reporting) sistemlərinin 

Bankın müvafiq sistemi ilə inteqrasiya olunmasına 

imkan verdi, bu isə müştəri əməliyyatlarının 

icra edilməsi sürətinin əhəmiyyətli dərəcədə 

yaxşılaşdırılması ilə nəticələndi. 

2016-cı ildə PAŞA Bank öz strateji məqsəd- 

lərinə aparan yolda müəyyən edilmiş əsas 

mərhələləri uğurla keçməyə müvəffəq oldu. 

Hesabat dövründə özündə innovativ 

texnologiyaları ehtiva edən və gələcək inkişaf 

strategiyamızı dəstəkləyən yeni bank sisteminə 

uğurla miqrasiya etməyə müvəffəq olduq. Bu 

təkmil sistem PAŞA Banka əməliyyat xərclərini 

azaltmağa və yeni məhsulları bazara çıxarmaq 

üçün tələb olunan vaxtı azaltmağa imkan verəcək. 

PAŞA Bank həmçinin yeni iş tərzini 

aşılamaq üçün Biznes proseslərinin idarə edilməsi 

yanaşmasını təqdim etmişdir. Qənaətcil təşkilat 

fəlsəfəsi (lean organization philosophy) əsasında 

biznes proseslərin idarə edilməsi Bankın davamlı 

proseslərin təkmilləşirilməsi təşəbbüsləri  üçün 

təməli qoyur. Bu səylərin məqsədi iş proseslərinin 

daha effektiv, daha məhsuldar və dəyişkən mühitə 

daha asanlıqla adaptasiya olunan olmasını təmin 

etməkdir. 

İl ərzində biz yeni mobil bank əlavəsini 

hazırladıq və təqdim etdik. Bu innovasiya fərdi 

bankçılıq seqmentindən olan müştərilərin 

rəqəmsal xidmətlər ilə əhatə edilməsinin 

artırılmasına xidmət etdi.  

İnsan kapitalının ən dəyərli aktiv olduğunu 

anlayan PAŞA Bank işçi heyətin fəaliyyətinin idarə 

edilməsi və həvəsləndirilməsi sistemini Bankın 

yeni strateji hədəflərinə və təşkilati strukturuna 

uyğunlaşdırmışdır. Yeni sistem strateji hədəflərin 

təşkilat daxilində bütün səviyyələrdə effektiv əks 

olunmasını təmin edir. 

Həmçinin Bank yüksək fəaliyyətinin üstün 

olmasının tanınması kimi bir sıra mötəbər 

mükafatlar almışdır. 2016-cı ildə PAŞA Bank 

World Finance tərəfindən “Azərbaycanın ən 

yaxşı bank qrupu” və “Azərbaycanın ən yaxşı 

kommersiya bankı” və Global Finance tərəfindən 

“Azərbaycanın ən yaxşı bankı” mükafatlarına layiq 

görülmüşdür. Biz bu nüfuzlu mükafatlara layiq 

görülməyimizdən qürur duyuruq. 

Bundan başqa, PAŞA Bank sosial 

cavabdehlik təşəbbüsləri vasitəsilə Azərbaycan 

cəmiyyətinin daha da inkişaf etdirilməsinə 

yönəlmiş səylərini davam etdirməkdədir. Belə ki, 

gənclər arasında sahibkarlığın dəstəklənməsinə 

xidmət edən seminarların keçirilməsi, yox 

olma təhlükəsinə məruz qalan nadir sənət 

növlərinin qorunub saxlanılmasına töhfə verən 

təlimlərin keçirilməsi, ehtiyacı olan tələbələr 

üçün təqaüdlərin ayrılması və ölkədə keyfiyyətli 

biznes jurnalistikasının təşviq edilməsi kimi çeşidli 

təşəbbüslər vasitəsilə PAŞA Bank ölkədə bir sıra 

əsas sahələrdə fərq yaratmaq üçün səy göstərir. 

2017-ci il Bankın hazırkı strateji dövrünün 

yekun ilidir. Növbəti ildə Bank əsas layihə və 

təşəbbüsləri yerinə yetirməklə strateji məqsədlərə 

nail olmağı hədəfləməyi planlaşdırır. PAŞA 

Bank kredit portfeli və əməliyyat biznesləri 

üzrə hədəflərini artırmaqla korporativ və 

riteyl biznes fəaliyyətləri üçün yeni üfüqləri 

hədəfləmişdir. 2017-ci ildə PAŞA Bank biznes 

fəaliyyətini genişləndirməyi, rəqabətli mövqeyini 

möhkəmləndirməyi və rəqəmsal təşəbbüsləri 

həyata keçirməyi hədəfləyən 2018-2020-ci 

illər üzrə yeni strateji planın hazırlanmasına 

başlayacaq.

Rəqəmsal texnologiyalar gündəlik 

həyatımızın hər bir aspektinin ayrılmaz hissəsinə 

çevrilmişdir. Bu, biznes fəaliyyətlərinə, xüsusilə də 



PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə