2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   2   3   4   5   6   7   8   9   ...   21

18

bank sahəsinə də şamil edilir. Rəqəmsal bankçılığa 

keçid nəinki qaçılmazdır, hətta qlobal miqyasda 

artıq həyata keçiriməkdədir. Azərbaycanın aparıcı 

korporativ banklarından biri olaraq PAŞA Bank 

hal-hazırda çox-şaxəli rəqəmsal strategiyası 

üzərində çalışır. Hal-hazırda strategiyanın 

detallarını müzakirə etmək üçün çox tez olsa da, 

müştərilərimizlə əməkdaşlıq etmək tərzimizin 

əhatəli transformasiyasını nəzərdə tutduğumuzu 

deyə bilərik. 

Yerli bazarda olan bəzi bank müştəriləri 

üçün bu innovasiyalar və dəyişikliklər ilk 

baxışda komfort zonasından çıxış kimi 

qiymətləndirilə bilər. Baxmayaraq ki, rəqəmsal 

transformasiya müştərilərin növbələrdə və 

kağız əsaslı proseduraların yerinə yetirilməsində 

üzləşdikləri vaxt itkisinin qarşısını alacaq, yeni 

texnologiyalara uyğunlaşmaq üçün müəyyən 

vaxt tələb oluna bilər. 

PAŞA Bank üçün müştərilər bir nömrəli 

prioritetdir. Bunu nəzərə alaraq biz rəqəmsal 

transformasiya dövründə də yüksək müştəri 

məmnunluğuna nail olmaq üçün gələcək 

rəqəmsal məhsul və xidmətlərin hazırlanmasında 

müştərilərimizin rahatlığına, məhsul və 

xidmətlərdən istifadənin asan olmasına xüsusi 

diqqətin yetirilməsini təmin edəcəyik. 

İnnovativ və müştəri yönümlü yanaşması 

sayəsində PAŞA Bank təsis edildiyi gündən 

Azərbaycanın maliyyə sahəsində hər zaman 

liderlik mövqeyinə malik olmuşdur. Çağırışlarla 

dolu bir zamanda biz anlayırıq ki, müştərilərin 

güclü tərəfdaşa ehtiyacı var. Biz həmişə 

müştərilərimizi dəstəkləyirik, onlar çağırışlarla 

üzləşdikdə və ya genişlənmək və ya inkişaf etmək 

istədikdə yanlarında olmuşuq. Onların müsbət 

rəyi və ilin sonuna nümayiş etdirdiyimiz müsbət 

göstəricilər bizim doğru yolda olmağımıza işarə 

edir.


Fürsətdən istifadə edərək biz, 

sadiq müştərilərimizə, işinə can yandıran 

əməkdaşlarımıza, çox dəyərli səhmdarlarımıza  

və digər maraqlı tərəflərə davamlı dəstəklərinə 

və PAŞA Bankın uğuruna verdikləri töhfələrə görə 

minnətdarlığımızı bildirmək istərdik və gələcəkdə 

birgə səylərlə daha da yüksək nailiyyətlər əldə 

edəcəyimizə ümid edirik. 

Hörmətlə, 

Mir Camal Paşayev

Müşahidə Şurasının sədri

Taleh Kazımov

İdarə Heyətinin sədri

MÜŞAHİDƏ ŞURASI SƏDRİNDƏN VƏ İDARƏ HEYƏTİNİN SƏDRİNDƏN ÖN SÖZ




19

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


20

RƏHBƏRLİYİN TƏRKİBİ 

“PAŞA Bank” ASC-nin rəhbərliyi

Müşahidə Şurası

Mir Camal Paşayev

Müşahidə Şurasının sədri

Mir Camal Paşayev 1993-cü ildə Moskva 

Dövlət Universitetinin Fizika fakültəsini bitirib, 

1996-ci ildə texniki elmlər üzrə magistr dərəcəsi 

almaq məqsədilə Kaliforniya Universitetinə daxil 

olub və bundan sonra, 1998-ci ildə Vaşinqtonda-

kı “Amerika Universiteti”-nin biznesin idarə 

edilməsi üzrə magistr dərəcəsini alıb. 1999-cu ildə 

Azərbaycan Respublikasının Mərkəzi Bankının 

məsləhətçisi vəzifəsini icra etmək üçün Bakıya 

gəlməzdən əvvəl 1998-ci ildə “Mobil Korporeyşn” 

şirkətinin Dallas və Vaşinqton ofislərində biznes 

layihələrinin məsləhətçisi vəzifəsində işləyib. 

2000-ci ildə o, Avropa Yenidənqurma və İnkişaf 

Bankında (AYİB) maliyyə analitiki kimi işə başlayıb, 

tezliklə infrastruktur layihələri üzrə bankir vəzi- 

fəsinə yüksəlib. 2005-ci ildən 2008-ci ilədək 

infrastruktur, telekommunikasiya və maliyyə xid-

mətləri sahəsində irimiqyaslı investisiya layihələri 

üzrə konsaltinq fəaliyyəti ilə məşğul olub.

Mir Camal Paşayev 2006-cı ildən “PAŞA 

Holdinq” MMC-də icraçı direktor vəzifəsində 

çalışır. O həmçinin “PAŞA Sığorta” ASC-nin Müşa-

hidə Şurasının sədridir.

Fərid Axundov

Müşahidə Şurasının üzvü

Fərid Axundov 1992-ci ildə Azərbaycan 

Xalq Təsərrüfatı İnstitutunu (hazırda Azər-

baycan Dövlət İqtisad Universitetini) bitirib, 

Nottingham Trent Universitetinin idarəetmə 

kurslarının məzunudur. 1994-cü ildə o, Birləşmiş 

Krallıq hökumətinin təsis, Xarici İşlər və Britaniya 

Birliyi Məsələləri Nazirliyinin təltif etdiyi nüfuzlu 

Chevening təqaüdünü qazanan ilk Azərbaycan 

vətəndaşlarından biri olmuşdur və 1995-ci ildə 

Salford Universitetinin (Mançester, Birləşmiş 

Krallıq) MBA dərəcəsini almışdır.

Cənab Axundov əmək fəaliyyətinə 1991-ci 

ildə metal zavodunda iqtisadçı vəzifəsindən 

başlamışdır. Bir il sonra o, xarici iqtisadi əlaqələr 

üzrə baş iqtisadçı kimi Azərbaycan Respublikası 

İqtisadiyyat və Planlaşdırma Dövlət Komitəsinə 

işə qəbul edilmişdir. 1996-cı ildən 2003-cü ilədək 

Fərid Axundov HSBC-nin törəmə qurumu British 

Bank of the Middle East bankında bir sıra rəh-

bər vəzifələr tutmuş, maliyyə nəzarəti meneceri 

vəzifəsindən Müştəri Xidmətləri, sonra Korpora-

tiv Bankçılıq Departamentinin rəhbəri, nəhayət, 

HSBC Azərbaycanın baş icraçı direktor müavini 

vəzifəsinədək yüksəlmişdir. 2003-cü ildə Fərid 

Axundov İdarə Heyəti sədri qismində “Most-

Bank Azərbaycan” KB-də fəaliyyətə başlamış, 

“Mostbank Azərbaycan”-nın restrukturizasiyası 

və rebrendinqi nəticəsində o zaman ölkənin 

ən böyük kommersiya banklarından biri olan 

“Bank Standard” ASC-nin yaradılması prosesinə 

nəzarət etmişdir. 2007-ci ildə Fərid Axundov PAŞA 

Bankda İdarə Heyətinin Sədri qismində fəaliyyətə 

başlamış, 2015-ci il 1 iyul tarixində Müşahidə 

Şurasının üzvü vəzifəsinə təyin edilmişdir.

Vadim Şneyer

Müşahidə Şurasının üzvü

Vadim Şneyer 1991-ci ildə Bakı Dövlət Uni-

versitetinin Hüquq fakültəsini hüquq elmləri üzrə 

fərqlənmə diplomu ilə bitirib. 1991-1997-ci illərdə 

müxtəlif yerli və xarici şirkətdə, o cümlədən, 

Bakı Banklararası Valyuta Birjasında və Far East 

Levingston Shipbuilding gəmiqayırma şirkətində 

hüquqşünas işləyib.

1997-2001-ci illərdə o, Dr. Entezari & Asso-

ciates hüquq şirkətinin Bakı ofisində idarəedici 

partnyor kimi fəaliyyət göstərib. 2001-ci ildə     

Michael Wilson & Partners hüquq şirkətinin       

Almatı ofisinə işə qəbul edilib və 2005-ci ilədək 

orada işləyib. 2005-ci ildə “BM” hüquq şirkətinin 

Bakı ofisinə işə qəbul edilib və 2007-ci ilədək 

orada işləyib. Vadim Şneyder 2007-ci ildən “PAŞA 

Holding” MMC-nin Hüquq Departamentinin 

direktoru vəzifəsində işləyir, 2011-ci ildə “PAŞA 

Holding” MMC-nin direktor müavini vəzifəsinə 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə