2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   2   3   4   5   6   7   8   9   ...   21

21

təyin edilib. 2008-2013-cü illərdə Vadim Şneyer 

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri 

olub.


Kəmalə Nuriyeva

Müşahidə Şurasının üzvü

Kəmalə Nuriyeva 1998-ci ildə Qərb 

Universitetinin Bank İşi fakültəsini bakalavr pilləsi 

üzrə bitirib, 2002-ci ildə Azərbaycan Dövlət 

İqtisad Universitetinin maliyyə üzrə magistr 

dərəcəsini alıb. O, peşəkar karyerasına 1996-

cı ildə “Poçtbank” ASC-də İT üzrə mütəxəssis 

vəzifəsində başlayıb və yeddi il ərzində Kredit 

şöbəsinin rəhbəri vəzifəsinədək yüksəlib. 2003-

cü ildə o, Azərbaycanın bölgələrində kənd 

təsərrüfatının inkişafı məqsədilə TACIS proqramı 

çərçivəsində yaradılmış Kənd Təsərrüfatına 

İnvestisiyalar Fondunda fəaliyyətə başlamış, 

kredit mütəxəssisi kimi müştərilərin cəlb edilməsi, 

kreditlərin verilməsi və idarə edilməsinə cavabdeh 

olmuşdur. Həmin il Kəmalə Nuriyeva “Unibank” 

Kommersiya Bankı ASC-dən xəzinədarlığa nəzarət 

vəzifəsinə işə dəvət edilmişdir, valyuta və bazar 

risklərini idarəetmə üzrə məsuliyyət daşımışdır. 

2004-2005-ci illərdə o, McDermott Caspian 

Contractors Inc. şirkətində “Mərkəzi Azəridə Dəniz 

Platformalarının Hazırlanması və Quraşdırılması” 

layihəsi üzrə xərclərə nəzarətedən əməkdaş kimi 

işləmişdir. 2005-ci ildə “Bank of Baku” ASC-də 

iş fəaliyyətinə başlamışdır və 2007-ci ilədək 

Baş mühasibin müavini vəzifəsində işləyərək 

mühasibat uçotu və idarəetmə üzrə hesabatlılıq 

məsələlərinə cavabdeh olmuşdur. Kəmalə 

Nuriyeva PAŞA Bankda karyerasına 2007-ci ildə 

daxili auditor vəzifəsində başlamışdır, 2010-cu ildə 

isə Riskləri İdarəetmə Departamentinin direktoru 

təyin edilmişdir. 2011-ci ildə o, qrup üzrə daxili 

auditor qismində “PAŞA Holdinq” MMC-yə keçmiş 

və PAŞA Bankın Audit komitəsinin sədri vəzifəsinə 

təyin edilmişdir. 2013-cü ildə “PAŞA Holdinq” MMC-

nin Riskləri İdarəetmə Departamentinin direktoru 

təyin edilmişdir, 2013-cü il 11 iyun tarixindən PAŞA 

Bankın Müşahidə Şurasının üzvüdür.

Nəriman Sərdarlı

Müşahidə Şurasının üzvü

Nəriman Sərdarlı 2004-cü ildə Nyu York 

Şəhər Universitetinin biznes, idarəetmə və 

maliyyə üzrə bakalavr pilləsini bitirib. Həmin il o, 

Azərbaycanda Deloitte şirkətində audit üzrə kiçik 

əməkdaş kimi peşəkar karyerasına başlamışdır. 

2005-ci ildə PwC şirkətinin Bakı ofisində auditor 

vəzifəsində fəaliyyətə başlamışdır. 2007-ci 

ildə Nəriman Sərdarlı yeni təsis edilmiş PAŞA 

Bankın Maliyyəni İdarəetmə Departamentində 

İİS (idarəetmə informasiya sistemi) sahəsində 

daxili və xarici maliyyə hesabatlarına cavabdeh 

mütəxəssis kimi fəaliyyətə başlamışdır. 2009-cu 

ildə o, “PAŞA Holdinq” MMC-nin İnvestisiyalar 

və Layihələr Departamentində holdinqin PE/

VC xüsusi təyinatlı maliyyələşmə şirkətinin 

işləməsinə cavabdeh investisiya meneceri kimi 

fəaliyyətə başlamışdır. 2009-cu ilin mart ayında o, 

PAŞA Bankın Audit Komitəsinin rəhbəri, 2010-cu 

ildə isə PAŞA Bankın Müşahidə Şurasının üzvü 

təyin edilmişdir. Nəriman Sərdarlı 2012-ci ildə 

Northwestern Universiteti nəzdində Kellogg 

İdarəetmə Məktəbi ilə mübadilə proqramında 

iştirak edərək IE Biznes Məktəbinin biznesin 

idarə edilməsi sahəsində magistr dərəcəsinə 

yiyələnmək üçün dövlət proqramının təqaüdçüsü 

adını almışdır. 2015-ci il 1 fevral tarixində o, “PAŞA 

Holdinq” MMC-nin İnvestisiyalar və Layihələr 

Departamentinin direktoru vəzifəsinə təyin 

edilmişdir.

İdarə Heyəti

Taleh Kazımov

Baş icraçı direktor və İdarə Heyətinin sədri

Taleh Kazımov 2007-ci ildə PAŞA Bankda 

risklər üzrə menecer kimi fəaliyyətə başlayıb. 

2011-ci ildə o, PAŞA Bankın investisiyalar üzrə baş 

direktoru və İdarə Heyətinin üzvü təyin edilib, 

sonra isə baş icraçı direktor vəzifəsinə yüksəlib. 

Cənab Kazımov maliyyə sektorunda peşəkar 

karyerasına 2004-cü ildə “Bank Standard” ASC-

nin Xəzinədarlıq Departamentinin mütəxəssisi 

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 



22

kimi başlayıb, Korporativ Kreditlər Departamen-

tinin direktor müavini vəzifəsinə yüksəlməzdən 

əvvəl büdcəni idarəetmə və planlaşdırma 

bölməsinin rəhbəri olub. 2006-cı ildə o, Ernst & 

Young şirkətində auditor, 2007-ci ildə “Fin-Eko 

Analitik-İnformasiya Agentliyi” ASC-nin direktoru 

vəzifəsində çalışıb. Cənab Kazımov ali təhsilini 

2000-2004-cü illərdə Azərbaycan Texniki Uni-

versitetinin Avtomatika və Hesablama Texnikası 

(hazırda Avtomatika və Kompüter Texnikası) 

fakültəsində alıb. O, həmçinin Azərbaycan Dövlət 

Neft Akademiyasında biznesin idarə edilməsi     

ixtisası üzrə magistr dərəcəsini və ABŞ-nin Geor-

gia State University-nin maliyyə təmayüllü biznes 

dərəcəsini alıb. Əlavə olaraq cənab Kazımov 

London Biznes Məktəbinin və Harvard Biznes 

Məktəbinin məzunudur.

Cavid Quliyev

İdarə Heyəti Sədrinin müavini 

C. Quliyev öz əmək fəaliyyətini 1996-cı 

ildə, “British Bank of the Middle East” bankında 

(HSBC bankının törəmə bankı) Müştəri Xidməti 

Departamentinin Direktoru vəzifəsində başlayıb,  

1999-cu ildə o, öz fəaliyyətini həmin bankın  

Maliyyə Nəzarəti Departamentinin Direktoru 

kimi davam etdirib. 2003-cü ildə C. Quliyev 

Unibankın İdarə Heyətinin müşaviri, 2004-cü 

ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci 

müavini vəzifəsinə təyin edilib. 2005-2012-ci illər 

arasındakı dövrdə o, Bank Standardın İdarə Heyəti 

sədrinin birinci müavini olub. 

2012-ci ildə C. Quliyev “Capital Resources 

Advisors” şirkətinin Azərbaycan filialının maliyyə 

məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin 

edilib. 2014-cü ildə o, PAŞA Holdinq şirkətində baş 

müşavir vəzifəsinə təyinat alıb. 

C. Quliyev PAŞA Bankda öz əmək fəaliyyəti-

ni 2015-ci ildə, Bankın İdarə Heyəti Sədrinin biz-

nesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 

22 fevral 2016-cı ildə C. Quliyev PAŞA Bankın 

İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin 

edilib. Cənab Quliyev Azərbaycan Dillər Univer-

sitetinin məzmunudur. O, həmçinin Azərbaycan 

Dövlət  İqtisad Universitetinin Maliyyə və kredit 

fakültəsini bitirib, 1999-cu ildə isə HSBC Banklar 

Qrupunun İdarəçilər Ali məktəbini bitirib. 

Şirin Əliyeva

İdarə Heyətinin üzvü, Baş Hüquq İnzibatçısı 

Şirin Əliyeva 2011-ci ildə PAŞA Banka 

qoşularaq Hüquq Departamentinin Direktoru 

vəzifəsini tutmuşdur. 2015-ci ildə isə o, Baş Hüquq 

İnzibatçısı vəzifəsinə təyin olunub. Daha öncə 

Ş. Əliyeva neft-qaz sahəsində fəaliyyət göstərən 

şirkətdə müxtəlif vəzifələrdə, 2005-2007-ci illərdə 

“Nobel Oil Limited” şirkətində hüquq məsləhətçisi 

vəzifəsində çalışmışdır. 2007-2011-ci illərdə 

Ş. Əliyeva karyerasını qızıl mədəni sahəsində 

davam etdirərək “Azerbaijan International Mineral 

Resources Operating Company (AIMROC)” 

şirkətinin Hüquq xidmətinin rəhbəri olmuşdur. 

Şirin Əliyeva 2004-cü ildə Bakı Dövlət Univer-

sitetinin hüquq fakültəsini bitirmişdir. Ş. Əliyeva 

bir sira biznes məktəblərində idarəetmə üzrə 

təhsil proqramlarını, o cümlədən London Biznes 

Məktəbində və Harvard Biznes Məktəbinin HPLP 

proqramını keçmişdir.

Aydın Atakişiyev

İdarə Heyətinin üzvü, Baş Strategiya 

İnzibatçısı 

Aydın Atakişiyev 2002-ci ildə Bakı Dövlət 

Universitetinin tətbiqi riyaziyyat və kibernetika 

fakültəsindən iqtisadi kibernetika ixtisası üzrə 

bakalavr dərəcəsini almış, 2006-cı ildə isə 

Macarıstanın Budapeşt şəhərində yerləşən 

Mərkəzi Avropa Universitetindən iqtisadiyyat 

üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2013-cü 

ildə Niderlandın Rotterdam şəhərində yerləşən 

Erazmus Universitetindən biznesin idarə olunması 

üzrə magistr dərəcəsini almış, 2012-ci ildə isə ABŞ-

da Çikaqo Universitetinin ali biznes məktəbində 

beynəlxalq mübadilə proqramında iştirak etmişdir. 

A.Atakişiyev peşə fəaliyyətinə 2002-ci ildə 

idman tədbirlərinin təşkilatçısı kimi başlamışdır. 

RƏHBƏRLİYİN TƏRKİBİ



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə