2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

32

tənzimlənən üzən valyuta məzənnəsi rejimi 

çərçivəsində tədiyyə balansı ilə müəyyən edilmişdir. 

Hesabat dövründə manat ABŞ dollarına nisbətən 

12% ucuzlaşmışdır.

2016-cı ildə Mərkəzi bank inflyasiyanın, 

valyuta ilə bağlı spekulasiyaların qarşısını almaq  və 

yerli valyutada əmanətlərinin həcminin artırılması 

məqsədilə milli valyutaya etimadı gücləndirmək 

faiz dərəcəsi dəhlizinin parametrlərinə əhəmiyyətli 

düzəlişlər etmişdir. Beləliklə, təkrar maliyyələşdirmə 

göstəricisi öncəki ildəki 3%-dən 15%-ə qaldırılmışdır. 

Bank seqmenti 

2

016-cı ildə Azərbaycanda bank aktivlərinin 



öncəki il ilə müqayisədə 9.9%, 34.9 milyard 

manatdan 31.4 milyard manat səviyyəsinədək 

azalması ilə müşayiət olunan iqtisadi tənəzzül 

fonunda ölkə iqtisadiyyatı zəif meyllər nümayiş 

etməyə davam etmişdir. Azalma meyli il ərzində 

doqquz bankın lisenziyasının ləğv edilməsi, digər 

bankların isə kredit portfelini əhəmiyyətli dərəcədə 

restrukturizasiya etməyə məcbur qalması faktı 

ilə bir az da ağırlaşmışdır. Nəticədə Azərbaycan 

bank sisteminin məcmu kredit portfeli 2016-cı ildə 

22 %,  21.2 milyard manatdan 16.4 milyard manata 

azalmışdır. Qeyri işlək kreditlər 1,314.6 milyon 

manatdan 1,472.6 milyon manata qalxmışdır; ilin 

sonuna qeyri işlək kreditlər məcmu kreditlərin    

9%-ni təşkil edir. Öncəki il ilə müqayisədə 

korporativ kredit portfeli 20.5%, 12.7 milyard 

manatdan 10.1 milyard manatadək azalmışdır. 

Eyni zamanda, keçən il ilə müqayisədə fərdi kredit 

portfeli 25.4%, 8.47 milyard manatdan 6.32 milyard 

manatadək azalmışdır. 

İl ərzində depozitlər 5.8%, 23.46 milyard 

manatdan 22.09 milyard manatadək azalmışdır. 

Ev təsərrüfatları depozitlərinin 21%, 9.5 milyard 

manatdan 7.4 milyard manatadək azalması 

korporativ depozitlərin 19%, 7.6  milyard 

manatdan 9.1 milyard manatadək artması ilə 

qismən kompensasiya olunmuşdur. Maliyyə 

təşkilatlarından cəlb edilmiş depozitlər təxminən 

5.5 milyard manat təşkil etmişdir.

QLOBAL MAKROİQTİSADİ MƏNZƏRƏ VƏ AZƏRBAYCAN İQTİSADİYYATI

Valyuta məzənnəsi və orta xam neft qiyməti 

120_


60_

0_

-60_



_2.0

_1.0


_0

_-1.0


% ilə dəyişiklik, il 

ilə müqayisədə 

Manat/ABŞ dolları 

Orta xam neftin spot qiyməti

Manat/ABŞ dolları 

Yanvar


2015

İyul


2015

Yanvar


2016

İyul


2016

Yanvar


2017

Qeyd: Valyuta məzənnəsində artım ucuzlaşma barədə xəbər verir.

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı; Haver analitikaları (13 mart 2017-ci ildə istifadə edilmişdir).



33

Manat/ABŞ dolları 

2017-ci il üzrə Proqnozlar 

Beynəlxalq Valyuta Fondunun proqnozlarına 

görə 2017-ci ildə inkişaf etməkdə olan bazar 

iqtisadiyyatlarının canlanması və inkişaf etmiş 

bazarlarda müşahidə olunan irəliləyişlər sayəsində 

qlobal artım bərpa olunacaq. Beləliklə, BVF inkişaf 

etməkdə olan ölkələr üçün 4.6% ÜDM artımı, inkişaf 

etmiş ölkələr üçün isə 1.8% artım proqnozlaşdırır. 

Əmtəə bazarlarında əks meyllər müşahidə 

oluna bilər, bu isə inkişaf etməkdə olan bazarlarda 

və Azərbaycanda iqtisadi inkişaf göstəricilərinin 

artmasına yardım etməlidir.  

Fitch-in proqnozlarına görə Azərbaycan 

iqtisadiyyatı 0.2 % temp ilə müsbət artım meyllərinə 

qayıdış edəcək. Eyni zamanda, Azərbaycan 

hökumətinin proqnozlarına əsasən 2017-ci ildə milli 

iqtisadiyyat 1% artacaq. Qeyri-neft ÜDM-nin 2.5 % 

artacağı gözlənilir. 

Maliyyə və real sektorlar üzrə təklif edilmiş 

əhatəli islahatların iqtisadi mənzərəni daha da 

yaxşılaşdıracağı gözlənilir.

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 



34


35

PASHA Bank. Annual Report.2014

2016-CI İLDƏ FƏALİYYƏT




36

ƏSAS BANK SEQMENTLƏRİ 

Müştəri meneceri layihəsi

İl ərzində PAŞA Bank mənfəətli bazar 

seqmentlərini müəyyən etməklə, müştərilər 

üzrə mənfəətliyin təhlilini həyata keçirməklə 

və Bankın biznes proseslər infrastrukturunu 

təkmilləşdirməklə Bankın fəaliyyət göstəricilərini 

və effektivliyini möhkəmləndirmək üçün Müştəri 

meneceri layihəsini həyata keçirmişdir. Çox 

komponentli layihənin üstünlükləri sırasına 12 

aylıq dövr ərzində proqnozlaşdırılan 5 milyon 

manatdan çox həcmdə mənfəətin əldə edilməsi 

daxildir, bu isə layihə qiymətindən təxminən 2.5 

dəfə çoxdur. 

Bu təşəbbüs növbəti illərdə ən yüksək 

xalis mənfəətin əldə edilməsini vəd edən 

bazar seqmentlərinə doğru yönəlmiş Bank 

üçün strateji artım prioritetlərini  müəyyən 

etmişdir. Bununla yanaşı, hər bir müştərinin 

mənfəətliyinin sistematik təhlili şəffaflığın 

artırılması ilə nəticələnmişdir  və korrektiv 

addımların müəyyən edilməsinə yardım 

etmişdir. Bunun nəticəsində isə PAŞA Bankın 

itkilərin qarşısını almaq potensialı daha da 

təkmilləşdirilmişdir. 

Müştəri Meneceri layihəsi növbəti 

iki-üç il ərzində effektiv biznes prosesləri 

infrastrukturunun qurulmasını da əhatə edir. 

Ən əlverişli biznes proseslərin qurulması 

biznes proseslər infrastrukturunun təkmilləş-

dirilməsində PAŞA Bankı dəstəkləyəcək. Bu 

səylər özündə analitik alətlərin/çarpazlaşan satış 

vasitələrinin və effektiv təşkilati və əhatə etmə 

modelinin qurulmasını ehtiva edir. 

Miqyası artırıla bilən Müştəri menecer-

lərinin bacarıqlarının inkişaf etdirilməsi layihəsi 

müştəri  xidmətlərini yaxşılaşdıracaq və növbəti 

illər ərzində dayanıqlı və effektiv artıma nail 

olmağa imkan verəcək.

Təchizatçının maliyyələşdirilməsi 

PAŞA Bankı öz rəqiblərindən fərqləndirən 

cəhət ondan ibarətdir ki, Bank müştərilər ilə 

sıx əməkdaşlıq etməklə yanaşı, həm də onların 

biznesinin inkişaf etdirilməsi imkanlarını 

genişləndirir. Bu məqsədlə Bank 2015-ci ildə yeni 

Təchizatçının maliyyələşdirilməsi proqramına 

start vermişdir. Təchizatçının maliyyələşdirilməsi 

son istifadəçilərə fokuslanan (son müştəri) 

alternativ kreditləşmə məhsullarından biridir. 

Bank dəyərli korporativ müştərilərini onların 

müştərilərini maliyyələşdirərək dəstəkləyir və 

bununla da müştəri bazasının biznes imkanlarını 

gücləndirir. 

2016-cı ildə PAŞA Bank informasiya 

texnologiyaları və dövlət sektoru ilə bağlı çeşidli 

təşəbbüslər üzrə tərəfdaşlıqlar, həmçinin yerli və 

beynəlxalq şirkətlər ilə əməkdaşlıqlar qurur. 

Internet Bankçılıq 

2016-cı il PAŞA Bankda əməliyyat yönümlü 

bank məhsullarının aktiv rəqəmsallaşdırılması 

ili olmuşdur. Bank internet bankçılıq vasitəsilə 

icra olunan əməliyyatlar həcmini 47%-dən 

60%-ə qaldırmağa müvəffəq olmuşdur. 

İnternet bank məhsullarına digərləri ilə yanaşı 

akvayrinq məhsulu ilə bağlı əməliyyatlara 

nəzarət, bəyannamələrin təkmilləşdirilməsi 

kimi əlavə funksionallar əlavə edilmişdir. 2016-

cı ildə Bank istifadəçilərin rəqəmsal bank 

xidmətlərini mənimsəməsini gücləndirmiş və 

onların gözləntilərini doğrultmuşdur və nəticədə 

internet bank kanallarından istifadə göstəriciləri 

əhəmiyyətli dərəcədə artmışdır.



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə