2017-Cİ İLİn döVLƏt büDCƏSİ İLƏ bağli alternativ hesabat



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.09.2018
ölçüsü1,56 Mb.
#68295
  1   2   3   4   5   6   7   8


2017-Cİ İLİN DÖVLƏT

BÜDCƏSİ İLƏ BAĞLI

ALTERNATİV HESABAT


Fevral 2017

Bu Alternative Hesabat Azad İqtisadiyyata 

Yardım İctimai Birliyinin ekspertləri 

tərəfindən hazırlanıb.



2017-Cİ İLİN DÖVLƏT 

BÜDCƏSİ İLƏ BAĞLI  

ALTERNATİV HESABAT


Bu alternativ hesabatda 2017-ci il üzrə  Azərbaycan  dövlət  büdcəsindəki  əsas 

dəyişiklik,  meyillər  həmçinin  büdcə  qanununun  hazırlanması,  müzakirə  və  təsk-

diqi prosesi təhlil olunur. Alternativ hesabat zamanı 2017-ci il dövlət büdcəsi haA

-

qqında qanun və qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilmiş sənədlər 



toplusu (Büdcə Zərfi), Hesablama Palatasının qanun layihəsinə rəyi, başqa rəsmi 

məlumatlardan  və  onların  əsasında  aparılmış  müstəqil  hesablamalardan  istifadə 

edilib.



3

İçindəkilər

İcmal  ................................................................................................... 5



1.

   Giriş  .............................................................................................. 9

2.

   2017-ci il üçün iqtisadi gözləntilər  ................................................11

3.

   Büdcə gəlirlərinin formalaşmasında əsas meyillər  .......................14



4.

   Büdcə xərcləmələrində gözlənilən əsas meyillər  ..........................23

5. 

  Büdcə kəsiri  və onun maliyyələşdirilməsi mənbələri  ...................26



6. 

  Büdcə vasitəsilə dövlət borclarına xidmət  ....................................27



7.

   2017-ci ilin dövlət büdcəsinin tərtibi və 

 

parlament müzakirələri  ................................................................28



8. 

  Nəticə və tövsiyələr  ......................................................................30





5

İcmal

“Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanununa əsasən 

2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16255.0 mln. manat proqnozlaşdırılıb ki, bu da 

2016-cı ilin faktiki büdcə gəlirləri ilə müqayisədə 7.1% azdır. Dövlət büdcəsinin xər-

cləri isə 16 900 mln. manat səviyyəsində müəyyən edilib ki, bu ötən ilin təsdiqlənən 

göstəricisi ilə müqayisədə 8.6% azdır. 2017-ci il üzrə büdcə xərclərinin ÜDM-də 

xüsusi çəkisi 27.4% səviyyəsində gözlənilir, halbuki əvvəlki il üzrə göstərici 31% idi.

2017-ci ilin dövlət büdcəsinin formalaşması neftin qiymətinin aşağı olduğu dövrə 

təsadüf edib. Büdcə layihəsinin işlənməsinin ən aktiv fazası yanvar-iyul aylarını əhatə 

edir. 2016-cı ilin ilk yarısında neftin orta qiyməti 45 dollardan aşağı olub. Bu səbəb-

dən hökumət 2017-ci ilin büdcə parametrlərini müəyyən edərkən növbəti il üzrə orta 

illik qiyməti 40 dollar götürüb.

Dünya Bankı da qlobal iqtisadiyyatla bağlı yeni açıqladığı proqnozlarında1 2017-ci 

ildə Azərbaycanda ÜDM-nin real artımının 1.2% təşkil edəcəyini gözləyir. Lakin 

dünya ölkələrinin müxtəlif dövrlərdə üzləşdiyi iqtisadi böhranlardan əldə olunan 

təcrübələr göstərir ki, məcmu tələbin məhdudlaşdırıldığı şəraitdə, qısa müddətdə iqti-

sadi böhranın dayandırılması və iqtisadi artımın əldə edilməsi kifayət qədər çətin olur. 

Böhranlar dövründə tələbi və dolayısı ilə iqtisadi artımı stimullaşdıran əsas mən-

bələrdən biri də büdcə xərcləmələridir. Nəzərə almaq lazımdır ki, 2017-ci ildə büdcə 

xərcləri əvvəlki ilə nisbətən 10%-ə yaxın, o cümlədən büdcə investisiyaları 16.5% 

azalma ilə proqnozlaşdırılıb.

Azərbaycanda dövlət büdcəsinin 2014-cü ildən başlanan kiçilməsi meyli davam edir 

ki, bu da məhz neft gəlirlərinin azalması ilə bağlıdır. 2017-ci ilin dövlət büdcəsinin ən 

diqqətçəkən cəhəti büdcə gəlirlərinin əvvəlki illərlə müqayisədə azalması meylinin 

davam etməsidir. Əvvəl qeyd olunduğu kimi, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 

16255.0 mln. manat məbləğində proqnozlaşdırılıb və əvvəlki illə müqayisədə büdcə 

gəlirlərinin 1246.2 mln. manat yaxud 7.1% az olması gözlənilir. Bu isə o deməkdir ki, 

2014-cü ildən başlayaraq artıq dördüncü ildir ki, dövlət büdcəsi gəlirlərinin səviyyəsi 

ildən-ilə  aşağı  düşməkdə  davam  edir.  2017-ci  ildə  dövlət  büdcəsi  gəlirlərinin 

proqnozlaşdırılan səviyyəsi həm də son 6 ilin ən aşağı göstəricisidir.

1

 

 http://www.worldbank.org/en/publication/global-economic-prospects 




6

ABŞ dolları ifadəsində dövlət büdcəsi gəlirlərinin azalma səviyyəsi daha kəskin hiss 

olunur. 2017-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması zamanı istifadə olunan 

1 ABŞ dolları = 1.75 manat məzənnəsini2 əsas götürsək, onda büdcə gəlirlərinin 

məbləği təqribən 9290 mln. ABŞ dollarına bərabər ola bilər ki, bu da 2013-cü ilin 

büdcə gəlirlərinin dollar ifadəsində olan məbləğindən 2,6 dəfə az olmaqla, ölkəmizin 

dövlət büdcəsi gəlirlərinin dollar ifadəsində son 10 ilin ən aşağı göstəricisidir3.

2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə 6100.0 mln. manat köçürülməsi nəzərdə 

tutulur ki, bu da 2016-cı ildə olan transfert məbləğindən 1515.0 mln, 2015-ci ilin 

müvafiq məbləindən isə 2030.0 mln. manat azdır. Bu həm də 2011-ci ildən bu yana 

qeydə alınan ən aşağı göstəricidir. 

Hökumət ARDNF-dən dövlət büdcəsinə transfertin məbləğinin azaldılması siyasətini 

növbəti illərdə də davam etdirəcəyini bəyan edib (2020-ci ildə transfer məbləğinin 

4.0 mlrd. manat olması nəzərdə tutulur). Bununla yanaşı “2017-ci il dövlət büdcəsi 

haqqında” qanununun tətbiqi barədə prezidentin 27 dekabr 2016-cı il tarixli fərmanın-

da Nazirlər Kabinetinə tapşırılıb ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı 

həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni 

fiskal qaydalara dair təkliflərini altı ay müddətində hazırlayıb təqdim etsin.

Neftin qiymətində müşahidə olunan kəskin azalmalara proporsional olaraq 2015-cü 

il dövlət büdcəsi xərclərinin artımla proqnozlaşdırılan son ili oldu və sonrakı iki ildə 

büdcənin məxaric hissəsi xeyli ixtisar edildi. Göründüyü kimi, 2017-ci ilin proqno-

zlaşdırılan xərcləri də 2016-cı ilin büdcə xərcləri ilə müqayisədə 842.4 mln. manat 

azdır. Son 10 il ərzində büdcə xərclərinin ən yüksək məbləği 2013-cü ildə qeydə 

alınıb, 2014-2015-ci illərdə xərclərin artırılması proqnozlaşdırılsa da icra prosesində 

bu baş verməyib. ABŞ dolları ekvivalentində isə 2017-ci ilin büdcə xərclərində neft 

gəlirlərinin kəskin artdığı 2008-ci ildən bu yana ən aşağı göstərici olacaq. Eyni za-

manda son 10 ildə xərclərin ən yüksək olduğu 2013-cü illə müqayisədə 2017-ci ildə 

xərclər 2.5 dəfə azalmış olacaq.

Sosial xərclər əhəmiyyətli dərəcədə azalma ilə proqnozlaşdırılıb. 2016-cı ilin büdcə 

qanununda dövlət büdcəsinin 3 əsas sosial funksiyasının maliyyələşdirilməsi üçün 

ümumilikdə 5358.7 mln. manat və ya ümumi büdcə məxaricinin 32.9%-i səviyyəsində 

vəsait müəyyən edilmişdi. Bura təhsil, səhiyyə və sosial müdafiə istqimətləri daxildir. 

2

 

http://apa.az/maliyye_xeberleri/vergiler-nazirliyi-gelen-il-ucun-hesablamalarinda-dollarin-



mezennesini-1-75-manatdan-goturub.html 

3

 



Dövlət büdcəsi gəlirlərinin dollar ifadəsində hesablanması üçün Mərkəzi Bankın qeyd olunan dövr 

üzrə rəsmi məzənnəsi əsas götürülüb.




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə