2017-Cİ İLİn döVLƏt büDCƏSİ İLƏ bağli alternativ hesabat



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.09.2018
ölçüsü1,56 Mb.
#68295
1   2   3   4   5   6   7   8

13

tədiyə balansında tarazlığın təmin edilməsi hökumətin dövlət sektorunun xarici borc 

ödənişləri və strateji enerji layihələri üzrə öhdəliklərin  maliyyələşdirilməsi üçün 

irihəcmli valyuta vəsaitlərinə malik olmasından asılıdır. Bankın təklifinə görə, xarici 

valyutada bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi vasitəsilə valyuta bazarın-

da gərginlik yaradan amillərin neytrallaşdırılması vacibdir və bu tədbirlər manatın 

məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmaqla makroiqtisadi risklərin 

(inflyasiya, maliyyə sabitliyi və s.) minimallaşdırılmasına imkan  verəcək. Artıq bu 

təklif nəzərə alınıb və Neft Fondunun vəsaitləri hesabına Mərkəzi Banka 7.5 mlrd. 

manat (hazırkı məzənnə ilə 4.2 mlrd. dollara yaxın) dəstək verilməsi ilə bağlı qərar 

qəbul edilib. Gözləntiyə görə, bu vəsaitin təxminən 3 mlrd. dolları Neft Fondunun 

xaricdəki aktivlərinin ölkəyə gətirilməsi hesabına baş verəcək. Deməli, hətta neftin 

orta illik qiymətinin 2016-cı il səviyyəsində qalacağı tədqirdə ölkənin strateji valyuta 

ehtiyatlarından istifadə edilməsi tədiyyə balansında tarazlığın təmin edilməsinə töhfə 

verə bilər. Şübhəsiz ki, orta və uzunmüddətli dövrdə bu addım ölkənin strateji valyuta 

ehtiyatlarının sürətlə itirlməsinə yol açacaq və bu addım yalnız il ərzində makroiq-

tisadi sabitliyin qorunmasına dəstək verəcək taktiki tədbir kimi nəzərdən keçirilir.  

Hökumətin 2017-ci il üzrə büdcə-vergi siyasətinin əsas pioritetləri kimi bəyan edilən 

2 yeni hədəf də diqqəti cəlb edir: 

Makroiqtisadi  sabitliyin  qorunması  məqsədilə  büdcə  qaydasının  tətbiq 

edilməsi. Bu qayda əsasında neft qiymətinin dəyişməsi şəraitində xammal 

gəlirlərindən istifadə həcminin, həmçinin büdcə xərclərini müəyyənləşdirən 

pul proqramının parametrlərinə uyğun həddə tənzimlənməsi nəzərdə tutulur. 

“2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Azərbaycan 

prezidentinin 27 dekabr 2016-cı il tarixli fərmanında Nazirlər Kabinetinə 

tapşırılıb ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tən-

zimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal 

qaydalara dair təkliflərini altı ay müddətində hazırlayıb təqdim etsin; 



Ölkə iqtisadiyyatının bir çox sahələrində dövlət maliyyəsinin iştirakının 

mərhələli  şəkildə  məhdudlaşdırılması.  Böyük  neft  pulları  mərhələsində 

geniş maliyyə imkanı “sıxışdırma effekti” yaratdı və dövlət investisiyaları 

sərmayə qoyuluşlarında dominantlıq qazandı. İctiami maliyyənin məhdud-

luğu şəraitində isə hökumət özəl investisiyaların cəlb edilməsi istiqamətin-

də fəallığın artırılmasını büdcə siyasətinin yeni prioritetlərindən biri kimi 

müəyyə edib.




14

3. Büdcə gəlirlərinin 

formalaşmasında əsas 

meyillər

Qanuna əsasən, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 6100.0 mln. manatı  Dövlət 

Neft Fondunun (ARDNF) transferti, 4137.0 mln.manatı əlavə dəyər vergisi (ƏDV), 

2179.0 mln. manatı hüquqi şəxslərin mənfəət vergisi, 1168.0 mln. manatı fiziki şəx-

slərin gəlir vergisi, 608.0 mln. manatı aksiz vergisi, 454.0 mln. manatı gömrük rüsum-

ları, 344.0 mln. manatı sadələşdirilmiş vergi, 178.0 mln. manatı hüquqi şəxslərin əm-

lak vergisi, 89.0 mln. manatı yol vergisi, 90.0 mln. manatı isə vergi qanunvericiliyinin 

pozulması ilə bağlı cərimə və sanksiyalardan daxilolmalar  hesabına formalaşacaq.

Diaqram 1-dən göründüyü kimi, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 83.6%-i 4 

mənbə -  ARDNF-nin transferi (37.5%), ƏDV (25.5%), hüquqi şəxslərin mənfəət 

vergisi (13.4%) və fiziki şəxslərin gəlir vergisi (7.2%) hesabına təmin olunuacaq.  

Eyni zamanda, ARDNF-nin transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 

79.7%-i 4 verginin – ƏDV (40.7%), 

hüquqi  şəxslərin  mənfəət  vergisi 

(21.5%), fiziki şəxslərin gəlir vergi-

si (11.5%) və aksiz vergisi (6.0%) - 

payına düşür.

Hökumətin  gözləntilərinə  əsasən

2017-ci ilin dövlət büdcəsi gəlirləri-

nin 7855.0 mln. manatı (48.3%) neft 

sektorundan,  8400.0  mln.  manatı 

(51.7%) isə qeyri-neft sektorundan 

daxilolmalar hesabına formalaşacaq. 

2016-cı  ilin  proqnozu  ilə  müqa-

yisədə  2017-ci  ilin  proqnozunda 

neft  sektorundan  dövlət  büdcəsinə 

daxilolmaların  1370.0  mln.  manat 

(yaxud 14.9%) az olması, qeyri-neft 

 

9

 



 

Diaqram 1-dən göründüyü kimi, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 83.6%-i 4 mənbə  -  

ARDNF-nin transferi (37.5%), ƏDV (25.5%), hüquqi şəxslərin mənfəət vergisi (13.4%) və fiziki 

şəxslərin gəlir vergisi (7.2%) hesabna təmin olunuacaq.  Eyni zamanda, ARDNF-nin transferti 

nəzərə alnmadan dövlət büdcəsinin gəlirlərinin 79.7%-i 4 verginin – ƏDV (40.7%), hüquqi 

şəxslərin mənfəət vergisi (21.5%), fiziki şəxslərin gəlir vergisi (11.5%) və aksiz vergisi (6.0%) - 

payna düşür. 

Hökumətin gözləntilərinə  əsasən, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manat 

(48.3%) neft sektorundan, 8400.0 mln. manat (51.7%) isə qeyri-neft sektorundan daxilolmalar 

hesabna formalaşacaq.  

2016-c ilin proqnozu ilə müqayisədə 2017-ci ilin proqnozunda neft sektorundan dövlət 

büdcəsinə daxilolmalarn 1370.0 mln. manat (yaxud 14.9%) az olmas, qeyri-neft sektorundan 

daxilolmalarn isə 803.0 mln. manat (yaxud 10.6%) çox olmas gözlənilir.  

Hökumətin məlumatna  əsasən, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7510.0 mln. manat 

Vergilər Nazirliyinin, 2200.0 mln. manat Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarn, 

6100.0 mln. manat Dövlət Neft Fondunun transfertinin, qalan 445.0 mln. manat isə digər 

mənbələrdən daxilolmalarn payna düşür.  

Diaqram 2. 2017-ci il dövlət büdcəsi gəlirlərinin qurumlar  üzrə strukturu 



Diaqram 1. 2017-ci il dövlət büdcəsi gəlirlərinin 

mənbələr üzrə tərkibi


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə