2017-Cİ İLİn döVLƏt büDCƏSİ İLƏ bağli alternativ hesabat



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.09.2018
ölçüsü1,56 Mb.
#68295
1   2   3   4   5   6   7   8

17

Kabinetinə tapşırılıb ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin 

tənzimlənməsi  və  maliyyə  dayanıqlılığın  gücləndirilməsi  məqsədilə  yeni  fiskal 

qaydalara dair təkliflərini altı ay müddətində hazırlayıb təqdim etsin. Eyni zamanda 

“Azərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə  Strateji  Yol 

Xəritəsi”ndə

10

  də ARDNF-ylə dövlət büdcəsi arasında münasibətlərin tənzimlənməsi 



üçün fiskal qaydanın işlənilməsi və tətbiqi nəzərdə tutulub.  

iv)

 2017-ci ilin dövlət büdcəsi gəlirlərində neft-qaz sektorundan vergi ödənişləri 

formasında (SOCAR-ın vergiləri və HPBS üzrə xarici podratçı şirkətlərin mənfəət 

vergisi) birbaşa daxilolmaların məbləğinin 1755.0 mln. manat olması proqnozlaşdırılıb 

ki,  bu  da  2016-cı  illə  müqayisədə  145.0  mln.  manat  çoxdur.  Bu  artım  2017-ci 

ilin dövlət büdcəsi proqnozlarının neftin dünya bazar qiymətinin 1 barel üçün 40 

ABŞ  doları

11

  əsasında  hesablanması  ilə  bağlıdır.  2017-ci  ildə  HPBS  üzrə  xarici 



podratçı şirkətlərin dövlət büdcəsinə 475.0 mln. manat məbləğində mənfəət vergisi 

ödəyəcəkləri gözlənilir ki, bu da 2016-cı ilə olan proqnozdan  105.0 mln. manat çox 

olsa da, 2013-cü illə müqayisədə 3 dəfə, 2014-cü illə müqayisədə isə 2.3 dəfə azdır.

v)

 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorundan daxilolmalar 

əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin 

yarıdan çoxu yenə də neft sektorunun payına düşür. Maliyyə Nazirliyi dövlət büdcəsi-

nin gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun rolunu “süni” şəkildə artır-

mağa meylli görünür. Əvvəl də qeyd olunduğu kimi, Maliyyə Nazirliyinin məlumatı-

na əsasən

12

 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manatı yaxud 48.3 



%-i neft sektorundan daxilolmalar hesabına formalaşacaq. Lakin, araşdırmalarımız 

göstərir ki, bu göstəricilər dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sekto-

runun real rolunu tam əks etdirmir. Maliyyə Nazirliyi HPBS-lər üzrə xarici və yer-

li subpodratçı şirkətlərin mənfəət vergisini, HPBS-lər üzrə podratçı və subpodratçı 

təşkilatlarda, habelə SOCAR-da muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən tutulan 

gəlir vergisini neft sektorundan daxilolmalara aid etmir. Halbuki bu mənbələr neft 

sektorunun dövlət büdcəsinə birbaşa töhfəsini əks etdirir. 

Hökumətin proqnozlarında 2017-ci ildə HPBS-lər üzrə xarici subpodratçı şirkətlərin 

dövlət büdcəsinə 274.9 mln. manat məbləğində mənfəət vergisi ödəyəcəkləri, habelə 

HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən 

10

  

http://www.e-qanun.az/framework/34254



11

  

2016-cı ilin dövlət büdcəsi neftin 1 barelinin 25 dollar qiyməti ilə hazırlanmışdı



12

 

2017-ci il dövlət büdcəsi layihəsi ilə bağlı Maliyyə Nazirliyinin İzahatı. Azərbaycan Respublikasının 



2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilən sənədlər 

toplusu. 




18

gəlirlərdən tutulan gəlir vergisinin 

310.9 mln. manat olacağı bildirilir

13



Əgər bu vəsaitlər də nəzərə alınarsa, 

onda 2017-ci ildə dövlət büdcəsinə 

neft  sektorundan  daxilolmaların 

məbləği 8440.8 mln. manat olar ki, 

bu da büdcə gəlirlərinin 51.9 %-ini 

təşkil edir. Bununla belə, bu, son 12 

ilin ən aşağı göstəricisidir.

Diaqaramdan  da  göründüyü  kimi, 

dövlət  büdcəsi  gəlirlərində  neft 

sektorunun  payı  göstəricisinin  ən 

yüksək  səviyyəsi  74.4%  olmaqla 

2011-ci ildə qeydə alınıb. 



vi)

 Araşdırmalar göstərir ki, 2017-

ci  il  dövlət  büdcəsinin  qeyri-neft 

sektorundan  daxilolmalar  üzrə 

proqnozu  reallığa  uyğun  deyil  və 

qarışıqdır. Bunu bir neçə aspektdən 

izah etmək olar. 

Hökumətin izahatında

14

 olan məlumatları əsas götürsək, 2017-ci ildə qeyri-



neft sektorundan daxilolmaların 2016-cı ilin proqnozu ilə müqayisədə 803.0 

mln. manat yaxud 10.6% artması proqnozlaşdırılır ki, bunun da 390.0 mln. 

manatı (artımın 48.6%-i) Dövlət Gömrük Komitəsinin (DGK), 355.0 mln. 

manatı (artımın 44.2%-i) isə Vergilər Nazirliyinin hesabına baş verəcəyi 

gözlənilir. Göründüyü kimi, artımın təqribən yarısının idxal vergiləri və 

gömrük rüsumlarının hesabına baş verməsi proqnozlaşdırılır: 2017-ci ildə 

əvvəlki ilin proqnozu ilə müqayisədə ölkəyə malların idxalına görə tutulan 

ƏDV-dən daxilolmaların 339.0 mln. manat, gömrük rüsumlarının  66.0 mln. 

manat artması, ölkəyə idxal olunan mallara görə hesablanan aksiz vergisinin 

isə 150 mln. manat azalması gözlənilir. Deməli, hökumət tərəfindən idxalın 

13

 

 Dövlət büdcəsi gəlirlərinin təsnifatı. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında 



qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilən sənədlər toplusu. 

14

 



2017-ci il üzrə dövlət büdcəsi haqqında Qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim olunan 

sənədlər toplusu (büdcə zərfi).  I cild



Diaqram 4. Neft bumu başlayandan bu vaxta 

kimi dövlət büdcəsində neft sektorlarının payının 

dəyişməsi


19

məhdudlaşdırılması  siyasətinin  həyata  keçirildiyi  indiki  şəraitdə  xarici 

ticarət hesabına büdcə daxilolmalarının artmasını daha çox dollar-manat 

məzənnəsində olan dəyişikliklərə

15

 hesablandığını söyləmək olar. Vergilər 



Nazirliyi üzrə qeyri-neft sektorundan daxilolmaların isə 2017-ci ildə əvvəlki 

illə müqayisədə 355.0 mln. manat artımı nəzərdə tutulub ki, bunun da 300.0 

mln. manatı dövlət büdcəsinə yalnız son anda – büdcə layihəsi artıq Milli 

Məclisin müzakirələrində olanda - əlavə edilib.



2017-ci  ildə  DGK  üzrə  büdcə  daxilolmalarının  məbləğinin  2200.0  mln. 

manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozundan 390.0 mln. 

manat yaxud 21.5% çoxdur. Halbuki, 2016-cı il dövlət büdcəsinin icrası ilə 

bağlı Maliyyə Nazirliyinin verdiyi operativ məlumatlara əsasən, 2016-cı ildə 

DGK-nın xətti ilə dövlət büdcəsinə 2291.6 mln. manat vəsait təmin edilib 

ki, bu da həmin il üçün proqnozda nəzərdə tutulduğundan 26.6% çox olub

16



Göründüyü kimi, 2016-cı ildə DGK-nın xətti ilə dövlət büdcəsinə faktiki 

daxil olan vəsaitin məbləği 2017-ci il üçün proqnozlaşdırılan məbləğdən 

91.6 mln. manat çoxdur. Əgər nəzərə alsaq ki, hökumətin iqtisadi-sosial 

inkişaf proqnozlarına görə 2017-ci ildə ölkəyə idxalın azalması gözlənilmir, 

habelə idxal mallarına hər-hansı əlavə vergi güzəştləri də tətbiq edilməyib, 

əksinə bəzi ixrac məhsullarına ixrac vergiləri tətbiq olunacaq, onda 2017-

ci ildə DGK xətti ilə büdcəyə daxilolmaların azalması real deyil. 2017-ci 

ilin büdcəsində DGK-nin xətti ilə toplanan aksizlərin məbləğinin 15 mln. 

manat azalması proqnozlaşdırılır, qurumun digər mənbələri üzrə vəsaitinin 

isə artması gözlənilir. Deməli, 2017-ci ilin büdcə proqnozunda problemlər 

açıq-aşkar görünür. 

vii)

  2017-ci  il  dövlət  büdcəsinin  gəlirlərinin  formalaşmasında  Vergilər  Nazirliyi 

daha böyük paya – 46.2%-ə - malik olcaq, lakin, bununla belə, vergi gəlirləri üzrə 

proqnozlarda və vergi gəlirlərinin strukturunda narahatlıq yaradan məqamlar hələ 

qalmaq          dadır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7510.0 mln. manatı Vergilər 

Nazirliyinin xətti ilə formalaşmalıdır. Müqayisə üçün qeyd edək ki, bu göstəricinin 

səviyyəsi 2013-cü ildə 34.2%, 2015-ci ildə 49.7% təşkil edib. Yəni ARDNF-dən 

dövlət büdcəsinə edilən transfertin məbləği azaldıqca büdcənin formalaşmasındakı 

Vergilər Nazirliyinin rolu artmaqda davam edir. 

15

 



2017-ci ilin dövlət büdcəsi orta illik məzənnənin 1 dollar = 1.75 manat olması hesabı ilə işlənilib. 

2016-cı ildə isə orta illik məzənnə 1 dollar = 1.60 manat olub.  

16

  

http://maliyye.gov.az/node/2010 




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə