2017-Cİ İLİn döVLƏt büDCƏSİ İLƏ bağli alternativ hesabat



Yüklə 218,88 Kb.

səhifə7/8
tarix14.09.2018
ölçüsü218,88 Kb.
1   2   3   4   5   6   7   8

20

Vergilər Nazirliyinin xətti ilə büdcəyə cəlb ediləcək ümumi vəsaitin 40.2%-i 

dolayısı  vergilərin  (33.3%-i  ƏDV-nin  və  6.9%-i  aksizlərin),  49.0%-i  gəlir 

vergilərinin (29.0%-i mənfəət vergisi, 15.6%-i fiziki şəxslərin gəlir vergisi 

və 4.4%-i sadələşdirilmiş verginin), 5.6%-i mülkiyyətdən vergilərin, qalan 

5.1%-i  isə  digər  gəlirlərin  payına  düşür.  Bununla  belə  2017-ci  il  dövlət 

büdcəsinin vergi gəlirləri ilə bağlı aşağıdakı məqamlar diqqəti cəlb edir: 

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə cəlb ediləcək vəsaitin artım 

proqnozu  real  görünmür:  2016-cı  ilin  proqnozu  ilə  müqayisədə  2017-ci 

ildə Vergilər  Nazirliyinin  dövlət  büdcəsinə  töhfəsinin  500.0  mln.  manat 

yaxud  6.6%  artması  proqnozlaşdırılır.  2016-cı  ildə Vergilər  Nazirliyinin 

proqnoza 100.1% əməl etməsinə və 7015.2 mln. manat vəsait toplamasına 

baxmayaraq,  bu,  2015-ci  ildə  nazirliyin  topladığı  vəsaitdən  103.0  mln. 

manat azdır. Eyni zamanda nazirlik 2015-ci ildə 2014-cü ildə olduğundan 

cəmi 4.6 mln. manat çox vəsait toplaya bilmişdi. Baxmayaraq ki, 2015-

ci ilin sonunda manatın ikinci devalvasiyası və 2016-cı ildə manatın ABŞ 

dollarına nisbətən məzənnəsinin 12%-ədək aşağı düşməsi ilə əlaqədar olaraq 

ölkə bazarlarında məhsulların qiymətlərində xeyli artım müşahidə olunub 

(inflayasiyanın rəsmi elan olunan səviyyəsi 12.4% olub). Bundan əlavə ötən 

il dövlət büdcəsinin proqnozları neftin 1 barelinin qiymətinin 25 ABŞ dol-

ları olması əsasında işlənilməsinə rəğmən il ərzində Azərbaycan neftinin 

dünya bazarında orta illik satış qiyməti  40 dollara yaxın olub, Vergilər 

Nazirliyinin xətti ilə dövlət büdcəsinə cəlb edilən vəsaitin məbləği 2015-ci 

ildə olduğundan 103.0 mln. manat yaxud 1.4% az olub. Belə bir vəziyyətdə 

2017-ci ildə nazirliyin xətti ilə büdcəyə cəlb ediləcək vəsaitin 500.0 mln. 

manat artacağı real görünmür. Hətta Vergi Məcəlləsində edilən və bu ilin 

yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərin də bunu təmin edə biləcəyi 

şübhə doğurur. Təsadüfi deyil ki, elə hökumət də bu 500.0 mln. manatlıq 

artımın 300.0 mln. manatını büdcə layihəsi Milli Məclisin müzakirələrində 

olarkən əlavə edib.



Nazirliyin xətti ilə toplanan vəsaitin proqnozlaşdırılan artımının əsasən 3 

vergi növünün – ƏDV, mənfəət  və fiziki şəxslərin gəlir vergisi - hesabına baş 

verəcəyi gözlənilir ki, bu da ölkədə davam edən iqtisadi böhran şəraitində 

real görünmür. 2016-cı ilin proqnozları ilə müqayisədə 2017-ci ildə Vergilər 

Nazirliyi  dövlət  büdcəsinə  hüquqi  şəxslərin  mənfəət  vergisi  üzrə  264.4 

mln. manat, ƏDV üzrə 155.0 mln, fiziki şəxslərin gəlir vergisi üzrə 88.0 



21

mln, sadələşdirilmiş vergi üzrə 44.0 mln, hüquqi şəxslərin əmlak vergisi 

üzrə 3.8 mln, yol vergisi üzrə 2.0 mln, mədən vergisi üzrə 0.8 mln. manat, 

ümumilikdə isə 558.0 mln. manat əlavə vəsait cəlb edəcəyi proqnozlaşdırılır. 

2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə toplanan aksizlərin məbləğinin 

14.0 mln, sair daxilolmaların isə 44.0 mln. manat azalması gözlənilir. Hüquqi 

şəxslərin torpaq vergisi və dövlət rüsumları üzrə proqnozlar elə 2016-cı il 

səviyyəsində saxlanılıb. Beləliklə, artımın əsas ağırlığı mənfəət vergisinin, 

ƏDV-nin və fiziki şəxslərin gəlir vergisinin üzərinə düşür. Ölkədə davam 

edən iqtisadi böhran üzündən son 2 ildə bir çox müəssisələrin fəaliyyətini 

dayandırması və iş yerlərinin bağlanması baş verməkdədir. Belə bir durumda 

hətta  vergi  inzibatçılığının  artırılması  və  vergi  hesablanması  bazasının 

təkmilləşdirilməsi hesabına fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin 

mənfəət vergisi üzrə belə ciddi artımlara nail olunması ağlabatan deyil. 



Sadələşdirilmiş vergi üzrə  büdcə daxilolmalarının artımı bu vergi üzrə ver-

gitutma bazasının genişləndirilməsi ilə bağlıdır. 2017-ci ildə sadələşdirilmiş 

vergi üzrə büdcəyə daxilolmalar 344.0 mln. manat proqnozlaşdırılır ki, bu 

da 2016-cı ilin proqnozundan 44.0 mln. manat yaxud 14.7%, 2015-ci ildə 

qeydə alınan faktiki məbləğdən 176.0 mln. manat və ya 2 dəfə çox demək-

dir. Bu tədiyə növü üzrə daxilolmaların belə sürətli artımı 2017-ci ilin yan-

varın 1-dən Vergi Məcəlləsində edilən dəyişikliklər əsasında bu vergiyə cəlb 

edilən vergi ödəyicilərinin siyahısının genişləndirilməsi və bir sıra fəaliyyət 

növləri üzrə aylıq sabit vergi məbləğinin tətbiqi ilə izah olunur; 



Aksiz  vergisi  üzrə  daxilolmaların  azalması  hökumətin  qəbul  etdiyi  son 

qərarlar baxımından ziddiyyətli görünür. Vergi Məcəlləsində edilən dəyişik-

liklərə əsasən aksiz vergisinə cəlb olunan mallaırn siyahısının genişləndir-

ilməsinə və bəzi mallar üzrə aksiz dərəcələrinin artırılmasına, habelə spirtli 

içkilərin və tütün məhsullarının satışı qaydalarında həyata keçirilən dəy-

işikliklərə  (dəyişikliklər  bu  məhsulların  satışında  olan  gizli  dövriyyənin 

aradan  qaldırılmasına  və  leqallaşdırılmasına  yönəlikdir)  baxmayaraq, 

2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə aksiz daxilolmalarının 

14 mln. manat (habelə DGK-nın xətti ilə olan aksizlərin isə 15 mln. manat) 

azalması proqnozlaşdırılır. Amma nədənsə hökumət bu azalmanın dəqiq 

izahını verməyib;



Hüquqi şəxslərin torpaq vergisi üzrə büdcəyə daxilolmaların məbləğinin 

dəyişməməsi  hökumətin  müvafiq  siyasəti  ilə  ziddiyyət  təşkil  edir.  Belə 

ki,  büdcə-vergi  siyasətinin  əsas  istiqamətlərində  “dövlət  torpaqlarının 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə