2021 – 2022 – ci tədris ilində Tədris istehsalat təcrübəsinin II həftəsinə dair refereat I



Yüklə 23,2 Kb.
səhifə2/8
tarix02.03.2022
ölçüsü23,2 Kb.
#84270
1   2   3   4   5   6   7   8
2. REFERAT

a)Antrotoponimlər

Azərbaycan toponimləri sisteminin müəyyən sahəsini şəxs adı, familiya, ləqəb, titul əsasında meydana çıxmış yer adları təşkil edir. Belə adlar dilçilikdə antropotoponim adlanır.

Ermənistandakı türk mənşəli toponimlərin bir qrupunu şəxs adlarından düzəlmiş adlar təşkil edir. Bunlar nəsil adlarından düzəlmişdir. Belə oykonimlərə aşağıdakıları misal çəkə bilərik:


ÇOBANMAZ - Araqats r-nu. Bu kəndin əsl adı qocaların verdiyi məlumata görə Çoban-Kərəkməz olub, sonra təhrif olunaraq Çobanmaz şəklinə düşmüşdür.

HACIBAQ - Qafan r-nu. Hacı (şəxs adı) və baq sözlərindən düzəlmişdir

ŞAHNAZAR - Kalinin r-nu. Şahnazar kəndin əsasını qoymuş şəxs adıdır.

AĞ HƏMZƏLİ - Masis r-nu. Kənddən toplanılan məlumata görə Ağqışlaq adlı yerdə Həmzəli kəndi salındığına görə Ağ Həmzəli (qışlaq sözü düşmüşdür) adlanmışdır.

BABAKİŞİ - Razdan r-nu. Babakişi şəxs adından əmələ gəlmişdir.

ARIQVƏLİ POKR - Artik r-nu. Arıqvəli şəxs adından və pokr - kiçik sözündəndir.

İMİRXAN - Artik r-nu. Əslində bu kəndin adı Əmirxandır. Şəxs adıdır.

MURADTƏPƏ - Nairi r-nu. Murad şəxs adından və təpə sözündən düzəlmişdir.

MOLLA BAYAZİD - Oktemberyan r-nu. Molla Bayazid kəndin əsasını qoymuş şəxs adıdır.

OVANDƏRƏ - Stepanavan r-nu. Ovan ermənilərdə şəxs adıdır. Oykonim də Ovan və Azərbaycan dilindəki dərə sözündəndir.


Yüklə 23,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə