2021 – 2022 – ci tədris ilində Tədris istehsalat təcrübəsinin II həftəsinə dair refereat I



Yüklə 23,2 Kb.
səhifə3/8
tarix02.03.2022
ölçüsü23,2 Kb.
#84270
1   2   3   4   5   6   7   8
2. REFERAT

b) Etnotoponimlər

Tayfa, qəbilə adları əsasında yaranmış toponimlər onomastik sistemdə etnotoponim adlanır.

Azərbaycan toponimik sisteminin ən mürəkkəb və qaranlıq sahəsi etnotoponimlərdir.

İndiki Ermənistan ərazisindəki türk mənşəli yer adlarının əksəriyyətini etnotoponimlər təşkil edir. Həmin etnotoponimlərdə əks olunmuş tayfa və nəsil adlarını nəzərdən keçirdikdə aydın olur ki, eyni adlar Azərbaycan ərazisində də vardır.

BAYANDUR - Axuryan rayonu. Oğuzların Bayandur tayfasının adındandır

QAZANÇI - Qukasyan r-nu. Tədqiqatçılara görə türk mənşəli kazançı tayfasının adındandır.

QAFAN - Qafan r-nun mərkəzidir. Qapan oykonimindən təhrifdir. Qapan isə peçeneklərin bir tayfasının adıdır.

QAZAX - Nairi r-nu. Azərbaycanın Qazax zonasında yaşamış qazaxların adındandır.

METS AYRUM - Tumanyan r-nu. Hibrid etnotoponimdir. Erməni dilindəki mets - kiçik və Ayrum etnonimindən ibarətdir. Ayrum Azərbaycan tayfalarından birinin adı olmuşdur.

OXÇOQLU - Amasiya r-nu. . Əslində Oxçi adlı tayfanın adından və oğlu (övladı mənasında) sözündən düzədmişdir.

POKR AYRUM - Tumanyan r-nu. Erməni dilindəki pokr - böyük və Ayrum etnonimindən əmələ gəlmişdir. Ayrum tayfasının məskunlaşdığı kəndlərdən biridir.

TƏKNƏLİ - Qukasyan r-nu. Qocaların məlumatına görə keçmişdə Təknəli Otaqçı adlı bir kiçik tayfa olub. Bu kənd də həmin tayfanın məskunlaşması nəticəsində düzəlmişdir.URUT - Sisyan r-nu. Urut XIII əsrdə yaşamış tarixçi Rəşidəddinin yazmasına görə monqolların içərisində bir tayfanın adı olmuşdur.

Görünür, Zaqafqaziya monqollar tərəfindən tutulduqdan sonra bu tayfa burada məskunlaşmışdır.



UZUNLAR - Tumanyan r-nu. Uzunlar əslində türkmənşəli tayfalardan birinin adıdır.


Yüklə 23,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə