2(104)-2332/2016 Surət



Yüklə 132,59 Kb.

tarix26.09.2017
ölçüsü132,59 Kb.


2(104)-2332/2016                                                                                                   Surət                                                

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

Q Ə T N A M Ə 

 

26 oktyabr  2016-cı il                                                                                 Gəncə şəhəri                                                                               

 

Эянъя Апеллйасийа Мящкямясинин Мцлки Коллеэийасы 

Hаким  Mehtiyev  Fikrət  Ədilşah  oğlunun  sədrliyi  və  məruzəsi  ilə,  hakimlər 

Rüstəmov Əsədulla İbadulla oğlu вя Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət 

tərkibdə,  

Məhkəmə iclasının katibi Musayev Röyal İman oğlunun katibliyi

Ərizəçi  Yusifov  Sabir  Eyyub  oğlunun,  barəsində  icraat  aparılan  Yusifova 

Sevinc Sabir qızının, onun vəkili Vəliyeva Tünzalə Gülmalı qızının iştirakları ilə, 

Gəncə  şəhər  Кяпяз  Rayon  Məhkəməsinin  05  fevral  2016-cı  il  tarixli,  2(043)-

1046/2016  saylı  qətnaməsindən  barəsində  icraat  aparılan  Yusifova  Sevinc  Sabir  qızı 

tərəfindən verilmiş apellyasiya шикайятinə ясасян ишя açıq мящкямя иъласында бахараг, 

 

MÜƏYYƏN ETDİ: 

 

Ərizəçi  Yusifov  Sabir  Eyyub  oğlu  maraqlı  şəxs  Qazax  Rayonlararası  Ruhi 



Xəstəxasına  qarşı  şəxsin  psixiatriya  stasionarına qeyri-könüllü yerləşdirilməsi    tələbinə 

dair  ərizəsi  ilə  məhkəməyə  müraciət  edərək,  qızı  Yusifova  Sevinc  Sabir  qızını  müalicə 

olunması  üçün  Qazax  Rayonlararası  Ruhi  Xəstəxasına  yerləşdirilməsi  barədə  qətnamə 

çıxarılmasını xahiş etmişdir.     

Gəncə  şəhər  Кяпяз  Rayon  Məhkəməsinin  05  fevral  2016-cı  il  tarixli,  2(043)-

1046/2016  saylı  qətnaməsi  ilə  (hakim  A.H.Hüseynzadə)  ərizə  təmin  edilmiş,  24  феврал 

1977-ci  il  təvəllüdlü  Yusifova  Sevinc  Sabir  qızı  müayinə  və  müalicə  olunması  üçün 

Qazax  Rayonlararası  Ruhi  Xəstəxanasına  yerləşdirilməsi,  qətnamənin  dərhal  icra 

edilməsi qət edilmişdir. 

Barəsində  icraat  aparılan  Yusifova  Sevinc  Sabir  qızı  həmin  qətnamədən 

apellyasiya  şikayəti  verərək,    apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  o  2  ay 

müddətində  əsassız  olaraq  Qazax  rayonlararası  Ruhi  Xəstəxanada  yerləşdirilməsinə 

nail  olmuşlar.  Halbuki,  onda  hər  hansı  bir  psixi  xəstəlik  olmamışdır.  Həmçinin  atası  və 

anası  Gəncə  Ruhi  Əsəb  Dispanserinin  həkimi  ilə  əlbir  olaraq,  şizofreniya  diaqnozu  ilə 

dispanserdə  qanunsuz  olaraq  qeydiyyata  aldırıb,  polis  vasitəsi  ilə  məcburi  olaraq 

xəstəxanaya  aparılıb  yerləşdirilmiş,  daha  sonra  uzunmüddətli  orada  saxlanmağa  nail 

olmaq  üçün  məhkəmyə  müraciət  etmişlər.  Bundan  əlavə  o  vəkili  ilə  əlaqə  yaradılması 

üçün  ona  şərait  xəstəxana  tərəfindən  yaradılmamışdır.  Ona  görə  də,  Gəncə  şəhər  Кяряз 

Rayon  Məhkəməsinin  05  fevral  2016-cı  il  tarixli,  2(043)-1046/2016  saylı  qətnaməsinin 

ləğv edilərək, ərizənin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişдиr.  




 

2

Məhkəmə  kollegiyasının  iclasınда  iştirak  edən  barəsində  icraat  aparılan  Yusifova 



Sevinc  Sabir  qızı  və  onun  vəkili  Vəliyeva  Tünzalə  Gülmalı  qızı  apellyasiya  şikayətini 

müdafiə  edərək,  şikayətin  məzmununa  uyğun  izahat  verib,  Gəncə  şəhər  Кяпяз  Rayon 

Məhkəməsinin  05  fevral  2016-cı  il  tarixli,  2(043)-1046/2016  saylı  qətnaməsinin  ləğv 

edilərək ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 

Məhkəmə kollegiyasının iclasınда iştirak edən ərizəçi Yusifov Sabir Eyyub oğlu 

apellyasiya  şikayətinə  etiraz  edərək,  göstərмишdiр  ki,  qızının  vəziyyəti  son  iki  ildə 

daha  da  kəskinləşmiş,  evdə  çoxsaylı  münaqişələri  olmuşdur.  O,  özünə  qapanmış  və 

onlara  qarşı  aqressiv  və  məntiqsiz  hərəkətlər  etmişdir.  Bir  qədər  imkansızlıqdan,  bir 

qədər də qızının xəstə olmasını daxilən qəbul edə bilməmələri səbəbindən onun müalicəsi 

ilə  məşğul  ola  bilməmişlər.  Lakin,  onun  sayıqlamaları,  qeyri-adi  hərəkətləri,  ona  və  ailə 

üzvlərinə  xəsarət  yetirmək  cəhdləri  qarşısında  məcbur  qalıb  onu  xəstəxanaya 

yerləşdirməyə  qərar  vermişlər.  Hazırda  qızının  müalicə  olunmasını  və  sağalmasını 

istəyir.  Birinci  instansiya  məhkəməsinin  bu  iş  üzrə  gəldiyi  nəticə  tam  qanuni  olmuşdur. 

Ona görə də, şikayətin təmin edilməməsini və Gəncə şəhər Кяпяз Rayon Məhkəməsinin 

05  fevral  2016-cı  il  tarixli,  2(043)-1046/2016  saylı  qətnaməsinin  dəyişdirilmədən 

saxlanılmasını xahiş etmişdir. 

İş üzrə  maraqlı  şəxs  Qazax Rayonlararası Ruhi Xəstəxasına мящкямя иъласынын 

йери  вя  вахты  барядя  лазыми  гайдада  мялумат  верилмясиня  вя  имзалайараг  мящкямя 

билдиришини алмаларына  бахмайараг nümayəndəsi мящкямя иъласына  эялмямиш və faksla 

ərizə  вя  Yusifova  Sevinc  Sabir  qızı  барясиндя  ряй,  хястялик  сянядлдяринин  сурятини  

göndərərək,  işin  həcminin  çoxluğunu  nəzərə  alaraq  işə  Qazax  rayonlararası  ruhi 

xəstəxananın  nümayəndəsinin  iştirakı  olmadan  baxılmasını  xahiş  etmişdir.  Məhkəmə 

kollegiyası Azərbaycan Respublikasıнын Mцлки Pросессуал Mяъяллясинin (бундан сонра-

Azərbaycan  Respublikasıнын  МПМ-ин)  376.2-ci  maddəsinə  əsasən  hazırki  vəziyyətdə 

maraqlı  şəxsin  nümayəndəsinin  iştirakı  olmadan  işə  baxılmasını  mümkün  hesab 

etmişdir. 

Məhkəmə  kollegiyası  иш  materiallarını,  işdə  iştirak  edən  şəxsləriн  изащатларыны, 

apellyasiya  şikayətлярinin  dəlillərini  hərtərəfli,  tam,  obyektiv  və  qərəzsiz  araşdыraraq  və 

toplanmış  sübutlara  məcmu  halında  hüquqi  qiymət  verərək  hesab  edir  ki,  apellyasiya 

şikayəti təmin edilməməli, Gəncə şəhər Кяпяз Rayon Məhkəməsinin 05 fevral 2016-cı il 

tarixli, 2(043)-1046/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 

Azərbaycan  Respublikasıнын  МПМ-ин  372.6-cı  maddəsinə  əsasən,  apellyasiya 

instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun 

düzünə  və  ya  dolayısı  ilə  mübahisələndirilən  hissəsində,  şikayət  qərarın  ləğv  edilməsinə 

yönəldikdə  və  ya  apellyasiya  şikayətində  və  ona  etirazlarda  ifadə  olunmuş  dəlillərə 

əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 

Azərbaycan  Respublikasıнын  МПМ-ин  372.7-ci  maddəsinə  əsasən,  apellyasiya 

instansiyası  məhkəməsi  şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və 

prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 

Belə  ki,  ишдя  олан  doğum  haqqında  şəhadətnamənin  surətindən  görünür  ki,  24 

феврал  1977-ci  il  tarixdə  doğulmuş  Yusifova  Sevinc  Sabir  qızının  atası  Yusifov  Sabir 

Eyyub oğlu, anası Əliyeva Lətafət Hümbət qızıdır. 

Ишдя олан Gəncə Ruhi Əsəb Dispanserinin 28 yanvar 2016-ci il tarixli, 101/16 saylı 

məktubundan  görünür  ki,  1977-ci  il  təvəllüdlü,  Gəncə  şəhəri,  Ş.İ.Xətai  pr.  116,  ev  12 

ünvanında  yaşayan  Yusifova  Sevinc  Sabir  qızı  28  йанвар  2016-cı  il  tarixdə 

dispanserdə  «Şizofreniya  kəskin  psixotik  vəziyyətdə»  diaqnozu  ilə  qeydiyyata 




 

3

götürülmüş,  müalicəsi  ambulator  şəraitdə  mümkün  olmağı  üçün  Qazax  Rayonlararası 



Ruhi Əsəb Xəstəxanasına müalicə və müayinəyə göndərilmişdir.  

Ишдя  олан  Gəncə  Ruhi  Əsəb  Dispanserinin  göndərişinin  surətindən  görünür  ki, 

1977-ci il təvəllüdlü, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 116, ev 12 ünvanında yaşayan Yusifova 

Sevinc  Sabir  qızı  Gəncə  Ruhi  xəstəxanasına  müalicə  üçün  gönдərilib.  Anamnestik 

məlumatları:  2-3  il  olarki,  xəstədir.  Müalicə  olunmayıb,  səbəbsiz  dava-dalaş  salır.  Pis 

söyüşlər  söyür.  Ruhi  vəziyyəti:  Huşu  aydındır.  Kontakta  daxil  olma  çox  aqressivdir. 

Ətrafdakılara  hücum  çəkir,  kimisə  öldürmək  istəyir.  Xəstəliyinə  görə  tənqidi  münasibəti 

yoxdur. Diaqnoz: şizofreniya kəskin psixotik vəziyyətdə. 

Ишдя олан ambulator  xəstənin tibbi kartasından görünür ki, Yusifova Sevinc Sabir 

qızının valideynlərinin və bacılarının deməsinə görə o, öz-özünə danışır, səbəbsiz dava-

dalaş salır, əlinə bıçaq alıb, evdəkilərin üstünə gedir, qonşularla mübahisə edir. Çağırış 

üzrə  həkim  psixiatr  G.Mehdixanova  xəstənin  yaşadığı  evə  getmiş  ailə  üzvlərinin  sözləri 

öz  təsdiqini  tapmışdır.  Həkim  xəstənin  psixi  vəziyyətini  gördükdən  sonra,  onun 

ətrafdakılara xəsarət yetirəcəyindən ehtiyat edərək, onun xəstəxanada müalicə olunması 

üçün  tədbirlər  görməyə  başlamış,  xəstənin  xəstəxanada  müayinə  və  müalicəsi  üçün 

göndəriş verilmişdir. 

Ишдя  олан  Qazax  Rayonlararası  Ruhi  Xəstəxasının  həkim  komissiyası  tərəfindən 

verilmiş rəydən  görünür ki, 01 феврал 2015-ci il tarixdə  xəstə həkim psixiatrlar tərəfindən 

müayinə  olunarkən  suallara  acıqlı  cavab  vermiş,  ailə  üzvlərinə,  xüsusən  də  bacılarına 

qarşı  münasibət  sayıqlamaları  söyləmiş,  onları  özünə  düşmən  hesab  etmiş  və  bu  heyfi 

onlarda  qoymayacağını  söyləmişdir.  Xəstə  30  йанвар  2016-cı  il  tarixdə  ailə  üzvləri 

tərəfindən  və  polis  işçisinin  köməyi  ilə  Gəncə  Ruhi  Əsəb  Dispanserinin  göndərişi 

əsasında  saat  16:25-də  qeyri  könüllü  olaraq  Qazax  Rayonlararası  Ruhi  Xəstəxasına 

qəbul  olunmuş  və  xəstənin  müalicəsi  üçün  məhkəmə  qərarının  olması  qohumlarına 

bildirilmişdir.  Xəstəyə  şizofreniya  paranoid  forma  kəskin  psixotik  vəziyyət  diaqnozu 

qoyulmuşdur.  

Məhkəmə  kollegiyasına  maraqlı  şəxs  Qazax  Rayonlararası  Ruhi  Xəstəxası 

tərəfindən  göndərilmiş  4136  saylı,  26  октйабр  2016-cı  il  tarixli  məktuba  əlavə  edilmiş 

sənədlərdən  görünür,  xəstə  Yusifova  Sevinc  Sabir  qızına  şizofreniya  paranoid  forma 

kəskin  psixotik  vəziyyət  diaqnozu  qoyulmuşdur.  Eyni  zamanda  Yusifova  Sevinc  Sabir 

qızı xəstəxanada olduğu müddətdə müayinə və müalicələr keçirilmişdir. 

Psixiatriya  yardımı  haqqında  Azərbaycan  Respublikası  Qanunun  11.1-ci 

maddəsinə əsasən psixi pozuntunun xarakteri müayinə və müalicənin yalnız psixiatriya 

stasionarında  həyata  keçirilməsini  tələb  edərsə,  psixiatriya  stasionarında  qeyri-könüllü 

müalicə aşağıdakı əsaslar olduqda təyin edilir:

 

 



11.1.1.  psixi  pozuntusu  olan  şəxsin  bilavasitə  özü  və  (və  ya)  ətrafdakılar  üçün 

təhlükəli olması; 

11.1.2. şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil 

təmin etmək qabiliyyətinin olmaması; 

11.1.3. ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun 

sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi. 

Həmin  qanunun  22.1-ci  maddəsinə  əsasən  psixiatriya  stasionarına  yerləşdirmək 

üçün  əsas  şəxsdə  psixi  pozuntunun  olması  və  stasionar  şəraitində  müayinə  və  müalicə 

aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü 

hospitallaşdırma  zamanı  isə  məhkəmənin  qətnaməsidir.  Psixi  pozuntusu  olan  şəxsin 

psixiatriya  stasionarına  yerləşdirilməsinə  yalnız  ambulator  müalicənin  məqsədəuyğun 



 

4

olmadığı  və  təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsi  üçün  stasionardankənar 



yardımın səmərəsiz olduğu hallarda icazə verilir. 

Həmin  qanunun  29.1-ci  maddəsinə  əsasən  psixi  vəziyyətinin  yaxşılaşması  və  ya 

tam  sağalması  nəticəsində  stasionar  müalicəsinə  ehtiyacı  olmadıqda,  habelə 

stasionarda  qalmasına  əsas  verən  müayinə  başa  çatdıqda,  pasiyent  özünün,  yaxud 

valideyninin və ya qanuni nümayəndəsinin ərizəsinə və (və ya) həkim-psixiatrın qərarına 

əsasən psixiatriya stasionarından çıxarılır. 

Həmin  qanunun  29.2-c  maddəsinə  əsasən  Psixiatriya  stasionarına  qeyri-könüllü 

yerləşdirilmiş şəxs həkim-psixiatr komissiyasının rəyi və ya hospitallaşdırma müddətinin 

uzadılmasından  imtina  edilməsi  barədə  məhkəmə  qətnaməsi  əsasında  psixiatriya 

stasionarından çıxarılır. 

Azərbaycan Respublikasıнын МПМ-ин 335.1-ci maddəsinə əsasən şəxsin psixiatriya 

stasionarına qeyri-könüllü yerləşdirilməsi  barədə  ərizə  ailə  üzvləri,  qəyyum  və  ya 

himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və 

ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. 

Azərbaycan  Respublikasıнын  МПМ-ин  338.1-ci  maddəsinə  əsasən  işə  mahiyyəti 

üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul 

edir.  

Azərbaycan  Respublikasıнын  МПМ-ин  338.2-ci  maddəsinə  əsasən  ərizənin  təmin 



edilməsi  barədə  qətnamə  şəxsin  psixiatriya  stasionarına qeyri-könüllü yerləşdirilməsi  və 

sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır. 

Birinci  instansiya  məhkəməsi  və  məhkəmə  kollegiyasının  tərəfindən  işin  faktiki 

halları  əsasında    müəyyən  edilmişdir  ki,  barəsində  məcburi  hospitallaşdırma  aparılan 

Yusifova Sevinc Sabir qızına ilkin olaraq psixiatr həkim tərəfindən «şizofreniya paranoid 

kəskin  psixotik»  vəziyyət  diaqnozu  qoyulmuş  və  göndərişlə  qeyri-könüllü  olaraq  Qazax 

Rayonlararası  Ruhi  Xəstəxanaya  yerləşdirilməsi  üçün  göndəriş  verilmişdir.  Qazax 

Rayonlararası  Ruhi  Xəstəxanasının  həkim-psixiatr  komissiyasının  rəyi  ilə  onun 

diaqnozu təsdiqlənməklə, qeyri-könüllü olaraq stosionar şəraitdə müalicə olunması üçün 

müvafiq  rəy  verilmiş,  Yusifova  Sevinc  Sabir  qızının  özü  və  ətrafdakılar  üçün  təhlükəli 

olması  müəyyən  edilmişdir.  Hazırda  Sevinc  Yusifovanın  psixiatriya  stasionarından 

çıxarılması üçün müəyyən edilmiş əsaslar yoxdur. 

Kollegiya  barəsində  icraat  aparılan  Yusifova  Sevinc  Sabir  qızının  apellyasiya 

şikayətinin  dəlillərini  araşdıraraq  əsassız  hesab  edir  və  həmin  dəlillər  iş  materialları  ilə 

tam təkzib edilir. 

Azərbaycan  Respublikasıнын  MPM-in  385.2-ci  maddəsinə  görə,  birinci  instansiya 

məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün 

olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  

Мящкямя  kollegiyası  hesab  edir  ki,  биринъи  instansiya  məhkəməsi  qətnamə  qəbul 

edərkən  iş  üzrə  maddi  və  prosessual  hüquq  normalarının  pozulmasına  yol  verməmiş, 

işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə 

qanuni  və  tam  əsaslı  qətnamə  qəbul  etmişdir.  Buna  görə  də  апеллйасийа  şikayətinin 

dəlilləri биринъи instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi 

üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə şəhər 

Кяпяз  Rayon  Məhkəməsinin  05  fevral  2016-cı  il  tarixli,  2(043)-1046/2016  saylı 

qətnaməsi  dəyişdirilmədən saxlanılmalıdır. 

Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын  

МПМ-ин 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, 

 



 

5

Г Я Т    Е Т Д И: 



 

Apellyasiya şikayəti təmin edilməsin. 

Gəncə  şəhər  Кяпяз  Rayon  Məhkəməsinin  05  fevral  2016-cı  il  tarixli,  2(043)-

1046/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. 

Bu  qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay 

müddətində  Azərbaycan Respublikası  Ali  Məhkəməsinin  Mülki kollegiyasına kassasiya 

şikayəti verilə bilər.  

Bu  qətnamədən  şikayət  verilməzsə  qəbul  edildiyi  gündən  2  ay  keçdikdən  sonra 

qanuni qüvvəyə minir. 

 

 

Sədrlik edən:                                     

 

imza                                     

Hakimlər:                                        

 

imzalar                                                                                                                         

Düzdür: 

Hakim                                                         

Fikrət Mehtiyev 

   

 

 

 

 

 

          26.10.2016-cı il 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

6

 



 

 

                                       GƏNCƏ  АPЕLLYАSİYА  MƏHKƏMƏSİ 

    Gəncə şəhəri Аtаtürk pr.252,Tel: (022) 266-25-42, Faks: (022) 256-28-58, İndеks: АZ 2001 

 

№ 2(104)-2332/2016 



             

                             «27»  oktyabr 2016-cı il 

 

 

 



 

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri  

cənab Vəli Abdullayevə 

 

 



 

Эянъя  Апеллйасийа  Мящкямясинин  2(104)-2332/2016  nömrəli  26  oktyabr  2016-cı  ил 

тарихли qətnaməsinin surəti мялумат цчцн Сизя эюндярилир. 

 

 



  

Гошма: qətnamənin surəti “05” вярягdə 



 

 

 

 

 

Hakim                                                                                Fikrət Mehtiyev

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

7

 



 

 

                                       GƏNCƏ  АPЕLLYАSİYА  MƏHKƏMƏSİ 

    Gəncə şəhəri Аtаtürk pr.252,Tel: (022) 266-25-42, Faks: (022) 256-28-58, İndеks: АZ 2001 

 

№ 2(104)-2332/2016 



             

                             «27»  oktyabr 2016-cı il 

 

 

 



 

                       Gəncə şəh., Ş.İ.Xətai prospekti, ev 116, mənzil 12 

                 

Yusifov Sabir Eyyub 

oğluna 

                                 



Surəti:           Qazax Rayonlararası Ruhi Xəstəxanasına

 

                 Qazax şəhəri 



 

Surəti:           Gəncə şəh., Nəriman Nərimanov 3/3, mənzil 10 

                 

Yusifova Sevinc Sabir

 

 

 



 

Эянъя  Апеллйасийа  Мящкямясинин  2(104)-2332/2016  nömrəli  26  oktyabr  2016-cı  ил 

тарихли qətnaməsinin surəti мялумат цчцн Сизя эюндярилир. 

 

 



  

Гошма: qətnamənin surəti “05” вярягdə 



 

 

 

 

 

Hakim                                                                                Fikrət Mehtiyev

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

8

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



    Surət 

 

 



İş № 2(043)-1046/2016 

  

  



AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN 

Q Ə T N A M Ə 

05 fevral 2016-cı il                                                                                                  Gəncə 

şəhəri 

   Azərbaycan Respublikası  

     Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi    

 

Hakim  Hüseynzadə  Afiq  Hüseyn  oğlunun  sədrliyi,  məhkəmə  iclasının  katibi 



Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə,  

           Ərizəçi  Yusifov  Sabir  Eyyub  oğlunun  maraqlı  şəxs  Qazax  Rayonlararası  Ruhi 

Xəstəxasına  qarşı  «şəxsin  psixiatriya  stasionarına qeyri-könüllü yerləşdirilməsi»  barədə 

ərizəsi üzrə mülki işə baxaraq



M Ü Ə Y Y Ə N    E T D İ: 

 

Ərizəçi  Yusifov  Sabir  Eyyub  oğlu  maraqlı  şəxs  Qazax  Rayonlararası  Ruhi 



Xəstəxasına  qarşı  «şəxsin  psixiatriya  stasionarına qeyri-könüllü yerləşdirilməsi»    tələbinə 

dair  ərizəsi  ilə  məhkəməyə  müraciət  edərək,  qızı  Yusifova  Sevinc  Sabir  qızını  müalicə 




 

9

olunması  üçün  Qazax  Rayonlararası  Ruhi  Xəstəxasına  yerləşdirilməsi  barədə  qətnamə 



çıxarılmasını xahiş etmişdir.                          

  Ərizəçi  ərizəsini  onunla  əsaslandırmışdır  ki,  24.02.1977-ci  il  təvəllüdlü  qızı 

Yusifova Sevinc Sabir qızı uzun müddətdir ki, ruhi xəstə olmuş, onu Gəncə şəhəri Ruhi-

Əsəb  Dispanserinin  həkimi  Gövhər  Mehdixanova  müayinə  etmiş  və  qızı  “şizofreniya-

kəskin psixotik” diaqnozu ilə qeydiyyata alınmış, 30.01.2016-cı il tarixdə polis idarəsinin 

əməkdaşı  ilə  Qazax  rayonundakı  xəstəxanaya  yerləşdirilmişdir.  Buna  görə  də  qızı 

Yusifova  Sevinc  Sabir  qızının   müalicə  olunması  üçün  psixiatriya  stasionarına,  yəni 

Qazax  Rayonlararası  Ruhi  Xəstəxanaya  yerləşdirilməsi  barədə  qətnamə  çıxarılmasını 

xahiş etmişdir.  

Qazax Rayonlararası Ruhi Xəstəxasında keçirilmiş məhkəmə iclasında iştirak edən 

ərizəçi  ərizəsində  göstərilənlərə  uyğun  izahat  verib,  əlavə  olaraq  göstərdi  ki,  qızının 

vəziyyəti son iki ildə daha da kəskinləşmiş, evdə çoxsaylı münaqişələri olmuşdur. O, özünə 

qapanmış  və  onlara  qarşı  aqressiv  və  məntiqsiz  hərəkətlər  etmişdir.  Bir  qədər 

imkansızlıqdan,  bir  qədər  də  qızının  xəstə  olmasını  daxilən  qəbul  edə  bilməmələri 

səbəbindən onun müalicəsi ilə məşğul ola  bilməmişlər. Lakin, onun sayıqlamaları, qeyri-

adi hərəkətləri, ona və ailə üzvlərinə xəsarət yetirmək cəhdləri qarşısında məcbur qalıb onu 

xəstəxanaya yerləşdirməyə qərar vermişlər. Buna görə də, qızının müalicə olunması üçün 

ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. 

Məhkəmə iclasında iştirakı təmin edilmiş barəsində icraat aparılan Yusifova Sevinc 

Sabir qızı izahat verərək bildirdi ki, o, xəstə deyil və onun müalicəyə ehtiyacı yoxdur. Ailə 

üzvləri ona qarşı çıxır onunla pis rəftar edirlər. O, yuxarı yerə məktub yazmışdır ki, onlar 

onu  qoruyur.  Hesab  edir  ki,  yuxarı  yerin  kim  olduğunu  hamı  bilir.  Ailə  üzvləri  ilə 

münasibətlərinin pisləşməsinə səbəb isə evlərinə çoxlu tanımadığı adamlar gəlməsidir. O, 

evdəkilərdən  gələnlərin  kim  olduğunu  soruşsa  da,  ona  qohumları  olmasını  bildirmişlər. 

Lakin, o evə gələnləri tanımadığından onlardan şəxsiyyət vəsiqəsi tələb etmiş, lakin onlar 

şəxsiyyət  vəsiqəsini  verməmişlər.  Hesab  edir  ki,  əslində  onun  ailə  üzvləri  psixi  cəhətdən 

xəstədir.  

     Qazax  Rayonlararası  Ruhi  Xəstəxasında  keçirilmiş  məhkəmə  iclasında  maraqlı 

şəxs Qazax Rayonlararası Ruhi Xəstəxasının nümayəndəsi Muradova Şəfəq Heydər qızı 

izahat  verərək  bildirdi  ki,  xəstəxanaya  daxil  olmuş  Yusifova  Sevinc  Sabir  qızı 

01.02.2015-ci  il  tarixdə  psixiatr  həkimlər  tərəfindən  müayinə  olunmuş,  ona  qoyulmuş 

“şizofreniya  paranoid  kəskin  psixotik”  vəziyyət  diaqnozu  təsdiqlənmişdir.  Xəstə  könüllü 

olaraq müalicə almaqdan imtina etmişdir. Lakin, hesab edir ki, onun ambulator müalicəsi 

məqsədəuyğun deyil. Digər tərəfdən xəstə ailə üzvlərinə qarşı aqressiv olmaqla, vəziyyəti 

özü və ətrafdakılar üçün təhlükəlidir.  Buna görə də hesab edir ki, Yusifova Sevinc Sabir 

qızı müalicə alınması üçün psixiatriya stasionarına yerləşdirilməlidir.  

           Qazax  Rayonlararası  Ruhi  Xəstəxasında  keçirilmiş  məhkəmə  iclasında  iştirak 

etmiş Yusifova Sevinc Sabir qızının vəkili Xəlilov Hikmət Əjdər oğlu çıxış edərək, bildirdi 

ki,  həkimlərin  mövqeyinə  hörmətlə  yanaşır.  Bununla  belə  hesab  edir  ki,  müdafiə  etdiyi 

şəxsin  istəyinə  uyğun  olaraq  onun  ambulator  şəraitdə  müalicə  alması  daha 

məqsədəmüvafiq olardı.  

 

İş  materiallarına  əlavə  olunmuş  doğum  haqqında  şəhadətnamənin  surətindən 



görünür ki, 24.02.1977-ci il tarixdə doğulmuş Yusifova Sevinc Sabir qızının atası Yusifov 

Sabir Eyyub oğlu, anası Əliyeva Lətafət Hümbət qızıdır. 

         İş materiallarına əlavə olunmuş Gəncə Ruhi Əsəb Dispanserinin 28 yanvar 2016-ci 

il  tarixli,  101/16  saylı  məktubundan  görünür  ki,  1977-ci  il  təvəllüdlü,  Gəncə  şəhəri, 

Ş.İ.Xətai pr. 116, ev 12 ünvanında yaşayan Yusifova Sevinc Sabir qızı 28.01.2016-cı il 



 

10

tarixdə  dispanserdə  “Şizofreniya  kəskin  psixotik  vəziyyətdə”  diaqnozu  ilə  qeydiyyata 



götürülmüş,  müalicəsi  ambulator  şəraitdə  mümkün  olmağı  üçün  Qazax  Rayonlararası 

Ruhi Əsəb Xəstəxanasına müalicə və müayinəyə göndərilmişdir.  

İş  materiallarına  əlavə  olunmuş  Gəncə  Ruhi  Əsəb  Dispanserinin  göndərişinin 

surətindən  görünür  ki,  1977-ci  il  təvəllüdlü,  Gəncə  şəhəri,  Ş.İ.Xətai  pr.  116,  ev  12 

ünvanında yaşayan Yusifova Sevinc Sabir qızı Gəncə Ruhi xəstəxanasına müalicə üçün 

gönsərilib.  Anamnestik  məlumatları:  2-3  il  olarki,  xəstədir.  Müalicə  olunmayıb,  səbəbsiz 

dava-dalaş salır. Pis söyüşlər söyür. Ruhi  vəziyyəti: Huşu aydındır. Kontakta daxil olma 

çox  aqressivdir.  Ətrafdakılara  hücum  çəkir,  kimisə  öldürmək  istəyir.  Xəstəliyinə  görə 

tənqidi münasibəti yoxdur. Diaqnoz: şizofreniya kəskin psixotik vəziyyətdə. 

         İş  materiallarına  əlavə  olunmuş  ambulator  xəstənin  tibbi  kartasından  görünür  ki, 

Yusifova  Sevinc  Sabir  qızının  valideynlərinin  və  bacılarının  deməsinə  görə  o,  öz-özünə 

danışır,  səbəbsiz  dava-dalaş  salır,  əlinə  bıçaq  alıb,  evdəkilərin  üstünə  gedir,  qonşularla 

mübahisə edir. Çağırış üzrə həkim psixiatr G.Mehdixanova xəstənin yaşadığı evə getmiş 

ailə  üzvlərinin  sözləri  öz  təsdiqini  tapmışdır.  Həkim  xəstənin  psixi  vəziyyətini  gördükdən 

sonra,  onun  ətrafdakılara  xəsarət  yetirəcəyindən  ehtiyat  edərək,  onun  xəstəxanada 

müalicə  olunması  üçün  tədbirlər  görməyə  başlamış,  xəstənin  xəstəxanada  müayinə  və 

müalicəsi üçün göndəriş verilmişdir. 

İş  materiallarına  əlavə  edilmiş  Qazax  Rayonlararası  Ruhi  Xəstəxasının  həkim 

komissiyası  tərəfindən  verilmiş  rəydən  görünür  ki,  01.02.2015-ci  il  tarixdə  xəstə  həkim 

psixiatrlar  tərəfindən  müayinə  olunarkən  suallara  acıqlı  cavab  vermiş,  ailə  üzvlərinə, 

xüsusən  də  bacılarına  qarşı  münasibət  sayıqlamaları  söyləmiş,  onları  özünə  düşmən 

hesab  etmiş  və  bu  heyfi  onlarda  qoymayacağını  söyləmişdir.  Xəstə  30.01.2016-cı  il 

tarixdə ailə üzvləri tərəfindən və polis işçisinin köməyi ilə Gəncə Ruhi Əsəb Dispanserinin 

göndərişi  əsasında  saat  16:25-də  qeyri  könüllü  olaraq  Qazax  Rayonlararası  Ruhi 

Xəstəxasına  qəbul  olunmuş  və  xəstənin  müalicəsi  üçün  məhkəmə  qərarının  olması 

qohumlarına  bildirilmişdir.  Xəstəyə  şizofreniya  paranoid  forma  kəskin  psixotik  vəziyyət 

diaqnozu qoyulmuşdur.  

Psixiatriya  yardımı  haqqında  Azərbaycan  Respublikası  Qanunun  11.1-ci 

maddəsinə  əsasən  psixi  pozuntunun  xarakteri  müayinə  və  müalicənin  yalnız  psixiatriya 

stasionarında  həyata  keçirilməsini  tələb  edərsə,  psixiatriya  stasionarında  qeyri-könüllü 

müalicə aşağıdakı əsaslar olduqda təyin edilir:

 

 



11.1.1.  psixi  pozuntusu  olan  şəxsin  bilavasitə  özü  və  (və  ya)  ətrafdakılar  üçün 

təhlükəli olması; 

11.1.2. şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil 

təmin etmək qabiliyyətinin olmaması; 

11.1.3. ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun 

sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi. 

Həmin  qanunun  22.1-ci  maddəsinə  əsasən  psixiatriya  stasionarına  yerləşdirmək 

üçün  əsas  şəxsdə  psixi  pozuntunun  olması  və  stasionar  şəraitində  müayinə  və  müalicə 

aparılması  haqqında  həkim-psixiatrın  (həkim-psixiatr  komissiyasının)  rəyi,  qeyri-könüllü 

hospitallaşdırma  zamanı  isə  məhkəmənin  qətnaməsidir.  Psixi  pozuntusu  olan  şəxsin 

psixiatriya  stasionarına  yerləşdirilməsinə  yalnız  ambulator  müalicənin  məqsədəuyğun 

olmadığı  və  təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsi  üçün  stasionardankənar 

yardımın səmərəsiz olduğu hallarda icazə verilir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  335.1-ci  maddəsinə 

əsasən  şəxsin  psixiatriya  stasionarına qeyri-könüllü yerləşdirilməsi  barədə  ərizə  ailə 



 

11

üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin 



yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. 

Həmin  Məcəllənin  338.1-ci  maddəsinə  əsasən  işə  mahiyyəti  üzrə  baxan  hakim 

ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.  

Həmin  Məcəllənin  338.2-ci  maddəsinə  əsasən  ərizənin  təmin  edilməsi  barədə 

qətnamə  şəxsin  psixiatriya  stasionarına qeyri-könüllü yerləşdirilməsi  və  sonradan, 

qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır. 

Məhkəmə  araşdırması  zamanı  müəyyən  edilmişdir  ki,  barəsində  məcburi 

hospitallaşdırma  aparılan  Yusifova  Sevinc  Sabir  qızına  ilkin  olaraq  psixiatr  həkim 

tərəfindən  “şizofreniya  paranoid  kəskin  psixotik”  vəziyyət  diaqnozu  qoyulmuş  və 

göndərişlə  qeyri-könüllü  olaraq  Qazax  Rayonlararası  Ruhi  Xəstəxanaya  yerləşdirilməsi 

üçün  göndəriş  verilmişdir.  Qazax  Rayonlararası  Ruhi  Xəstəxanasının  həkim-psixiatr 

komissiyasının  rəyi  ilə  onun  diaqnozu  təsdiqlənməklə,  qeyri-könüllü  olaraq  stosionar 

şəraitdə  müalicə  olunması  üçün  müvafiq  rəy  verilmiş,  Yusifova  Sevinc  Sabir  qızının  özü 

və ətrafdakılar üçün təhlükəli olması müəyyən edilmişdir. 

Beləliklə,  məhkəmə  işdə  iştirak  edən  şəxslərin  izahatını  dinləyib,  iş  materiallarını 

araşdıraraq hesab edir ki, əriz təmin edilməli, 24.02.1977-ci il təvəllüdlü Yusifova Sevinc 

Sabir qızı müayinə və müalicə olunması üçün Qazax Rayonlararası Ruhi Xəstəxanasına 

yerləşdirilməli, qətnamə dərhal icraya yönəldilməlidir. 

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 

335-338-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə 

 

Q Ə T    E T D İ 

Ərizə təmin edilsin. 

24.02.1977-ci il təvəllüdlü Yusifova Sevinc Sabir qızı müayinə və müalicə olunması 

üçün Qazax Rayonlararası Ruhi Xəstəxanasına yerləşdirilsin.  

Qətnamə dərhal icra edilsin. 

Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz 

Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə 

bilər. 


 

              Sədrlik edən 

 

    “imza”          

    Afiq Hüseynzadə 

                                                         “düzdür” 

                       Hakim 

 

 

 

 

    Afiq Hüseynzadə 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN  RESPUBLİKASI 

GƏNCƏ  ŞƏHƏRİ KƏPƏZ  RAYON MƏHKƏMƏSİ 

_____________________________________________________________________

_____ 


 

12

 Gəncə şəhəri Vəli Xuluflu küçəsi 11                                                      Tel: (022) 265-02-

51 

 

№ 2(043)-1046/2016                                                                          05 fevral 2016-cı il 



  

 

 



                                                                 Qazax Rayonlararası Ruhi 

Xəstəxanasına 

  

Yusifov Sabir Eyyub oğluna 



Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 116, 

 mənzil 12  

 

                      Yusifova Sevinc Sabir qızının vəkili 



Xəlilov Hikmət Əjdər oğluna  

Gəncə şəhəri Hüquq Məsləhətxanası 

 

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1046/2016 saylı, 05 fevral 



2016-cı il tarixli qətnaməsinin surəti sizə göndərilir. 

 

 



Qoşma: qətnamənin surəti 

 

 



 

 

Hakim                                                         

  Afiq Hüseynzadə 

 

 

 



 

 

 



 

 

      



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

13

 



 

AZƏRBAYCAN  RESPUBLİKASI 

GƏNCƏ  ŞƏHƏRİ KƏPƏZ  RAYON MƏHKƏMƏSİ 

_____________________________________________________________________

_____ 

 Gəncə şəhəri Vəli Xuluflu küçəsi 11                                                      Tel: (022) 265-02-

51 


 

№ 2(043)-1046/2016                                                                          05 fevral 2016-cı il 

  

 

 



Qazax Rayonlararası Ruhi Xəstəxanasının  

Baş həkiminə 

 

 

Gəncə  şəhəri  Kəpəz  Rayon  Məhkəməsinin  2(043)-  1046/2016  saylı,  05  fevral 



2016-cı  il  tarixli  qətnaməsinin  surəti  xəstəxanada  yerləşdirilmiş  Yusifova  Sevinc  Sabir 

qızına müvafiq qəbzə imza etdirməklə, təqdim edilməsi üçün Sizə göndərilir. 

Müvafiq  qəbz  Yusifova  Sevinc  Sabir  qızı  tərəfindən  imzalandıqdan  sonra 

məhkəməyə göndərilməsi xahiş olunur. 

 

 

Qoşma: qətnamənin surəti və qəbz 



 

 

 

 

Hakim                                                         

  Afiq Hüseynzadə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

14

 



 

 

QƏBZ 



 

 

Mən,  Yusifova  Sevinc  Sabir  qızı  verirəm  bu  qəbzi  ondan  ötrü  ki,  həqiqətən  də 



Gəncə  şəhəri  Kəpəz  Rayon  Məhkəməsinin  2(043)-1046/2016  saylı,  05  fevral  2016-cı  il 

tarixli qətnaməsinin surətini aldım.   

 

İmza:                                          Yusifova Sevinc 



 

                                                                                    “____” “___________” 

2016-cı il 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə