229 Tarix və onun problemləri, №3 2013



Yüklə 121,33 Kb.
Pdf görüntüsü
tarix04.12.2017
ölçüsü121,33 Kb.
#13854


Müasir dövr                                                                       229 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



VÜQAR RƏHIMZADƏ 

siyasi elmlər üzrə fəlsəfə doktoru 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

MƏTBUATIN AZAD FƏALIYYƏTINƏ SIYASI-HÜQUQI TƏMINAT 

 

Açar sözlər: dövlət, söz, mətbuat, azad fəaliyyət, siyasi-hüquqi təminat, liberalizm, 

informasiya 



Ключевые слова: государство, слово, печать, свободные политические и правовые 

гарантии, либерализм, информация 



Keywords: state, wordpress, freepolitical and legal guarantees, liberalism, information 

 

Azərbaycan  Respublikasında  söz,  fikir,  məlumat,  o  cümlədən  mətbuat  azadlığının, 



plüralizmin  inkişaf  etdirilməsi  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyəti  quruculuğunun  əsas 

vəzifələrindən  biridir.  Dövlətin  informasiya  və  mətbuat  siyasəti  Azərbaycan  Respublika-

sının Konstitusiyasında əks olunmuş söz, fikir və məlumat azadlığının, vətəndaşların infor-

masiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Kütləvi infor-

masiya  vasitələrinin  inkişafına  və  mətbuata  dövlət  dəstəyi  cəmiyyətdə  söz  azadlığını,  in-

sanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitə-

lərinin  və  mətbuatın  müstəqilliyini  təmin  etmək  məqsədilə  dövlət  tərəfindən  müəyyən 

olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu əks etdirir.  

Müstəqillik illərində əldə edilmiş nailiyyətlər Azərbaycanda demokratik təsisatların 

inkişafına  mühüm  töhfə  vermişdir.  KİV-in  sərbəst  fəaliyyətinin  təmin  edilməsi  üçün 

qanunvericilik bazası tam təkmilləşdirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. 

1999-cu  ildə  qəbul  edilmiş  “KİV  haqqında”  qanun,  2005-ci  ildə  qəbul  edilmiş  “İnfor-

masiya əldə etmək haqqında” qanun və digər qanunlar KİV-in hərtərəfli inkişafına təminat 

yaratmışdır.  KİV-in  kəmiyyətinə  görə,  bu  gün  Azərbaycan  MDB  ölkələri  arasında  lider 

mövqelərdən birini tutur. 

Demokratik  inkişaf  yoluna  keçən  ölkələrdə  qərarlaşan  münasibətlər  sistemi  üçün 

plüralizm,  tolerantlıq,  liberalizm,  azad  düşüncə  və  s.  kimi  dəyərlərin  bütün  anlamlarda 

kəsişmə  nöqtəsi  insan  amilidir.  Baxış  tərzindən  asılı  olmayaraq,  hər  bir  təhlilçi  bu  kimi 

ümumqəbul  olunmuş  keyfiyyətlərin  açıqlanmasında  insan  fenomeni  ilə  qarşılaşır.  Bunun 

da obyektiv əsası var və ondan ibarətdir ki, ictimai münasibətlərin subyekti özünün tələbat-

ları,  mənafeləri  və  digər  özəl  xüsusiyyətləri  ilə  çıxış  edən  insandır.  İnsan  sivilizasiyanın 

bütün mərhələlərində təbiətlə, daha sonra ictimai quruluşlarının ziddiyyətləri ilə, insanlar-

arası  münasibətlərin  paradoksları  ilə,  dövlətlərarası  münaqişələrdən  irəli  gələn  qarşıdur-

malar ilə, nəhayət, elm və texnikanın inkişafının nəticələri ilə toqquşmuşdur. Hər bir halda 

isə pozulan insan haqları və bu haqların məcmusu olan insan ləyaqətinin aşağılanması olur. 

Tarixən  dinamik  şəkildə  dəyişən  situasiyaların  xarakterindən  asılı  olaraq, insan  haqlarının 

reallaşması və təsbiti mexanizmləri, formaları çeşidli olması ilə xarakterikdir. İnsan cəmiy-

yətin  inkişafının  hər  bir  mərhələsində  fərqli  istehsal  münasibətləri,  sosial  tənzimləyici, 

hüquqi-normativ,  mənəvi-mədəni  kimi  məhdudlaşdırıcı  normalar  ilə  üz-üzə  qalmışdır.  Bu 

normalar  əksər  hallarda  cəmiyyətin  imkanlı  təbəqələrinin  mənafelərinə  çevrilmişdir  ki, 

nəticə olaraq insan hüquqsuzluğu presedenti yaranmışdır. Əvvəlki mərhələdə epizodik olan 

bu hal sonrakı tarixi epoxalarda mahiyyət xarakteri almışdır.  




230                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Məlumdur ki, Azərbaycan müstəqillik  əldə etdikdən sonra özünün müstəqil Konsti-



tusiyasını yaratdı. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə yaradılmış bu Kons-

titusiyanın memarı ulu öndər Heydər Əliyev olmuşdur. Konstitusiyanın xalqa verdiyi çox 

ciddi azadlıq hüquqlarından biri mətbuatla, söz, fikir azadlığı ilə bağlıdır. Konstitusiyanın 

47-ci  maddəsinin  I  bəndində  deyilir:  “Hər  kəsin  fikir  və  söz  azadlığı  vardır”  (1,  575). 

Azərbaycan vətəndaşına verilən bu hüquq, əsasən, KİV vasitəsilə həyata keçirilir. Ona gö-

rə də Azərbaycan Konstitusiyasının qeyd etdiyimiz müddəasının II bəndində deyilir: “Küt-

ləvi  informasiya  vasitələrinin  azadlığına  təminat  verilir.  KİV-də,  o  cümlədən  mətbuatda 

dövlət  senzurası  qadağandır”  (1,  575).  Konstitusiyanın  bu  təminatı  ölkədə  “KİV  haqqın-

da”,  “Məlumat  azadlığı  haqqında”,  “İnformasiya,  informasiyalaşdırma  və  informasiyanın 

mühafizəsi  haqqında”,  “Müəlliflik  hüququ  haqqında”,  “Rabitə  haqqında”,  “Dövlət  sirri 

haqqında”,  “Televiziya  və  radio  verilişləri  haqqında”,  “İctimai  teleradio  haqqında”  və  s. 

qanunların meydana gəlməsinə səbəb olmuşdur. Bütün bunlarla bərabər, ulu öndər Heydər 

Əliyev  “Azərbaycan  Respublikasında  söz,  fikir  və  məlumat  azadlığının  təmin  edilməsi 

sahəsində  əlavə  tədbirlər  haqqında”,  “Kütləvi  informasiya  vasitələrinə  dövlət  qayğısının 

artırılması  haqqında”  fərmanlar  imzalamışdır.  Bütün  bunlar  ölkədə  söz  və  mətbuat 

azadlığına dövlətin verdiyi təminatdır. 

 

Müasir  mərhələdə  Azərbaycanda  KİV-lə  bağlı  qanunlar  Avropa  standartlarına  cavab 



verir. Hazırda KİV biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca 

daşıyıcısıdır. KİV bir sıra əhəmiyyətli funksıyalar həyata keçirir. Bu funksiyalar aşağıdakı-

lardır:  vətəndaşların  məlumatlandırılması,  təhsil,  sosiallaşma,  nəzarət,  inteqrasiya,  səfər-

bəretmə və s.  

KİV-in  hər  hansı  istiqamətdə  baş  verən  dəyişikliklərə  xidmət  vasitəsi  kimi  çıxış 

etməsi  son  nəticədə  konkret  ictimai-tarixi  şəraitlə  şərtlənən  vəzifə  və  tələblərdən  irəli 

gəlir.  KİV  məhz  dəyişikliklərə  imkan  yaradan  vasitə  və  əlavə  kimi  səciyyələnir.  Vətən-

daşların  siyasi  cəhətdən  məlumatlanmağa  daxilı  tələbatı  ilə  KİV-in  fəaliyyətinin  ahəng-

darlığı  mühüm  sosial  məna  kəsb  edir.  KİV  ictimai  şüurun  inkişafına  faydalı  və  yaradıcı 

təsir  göstərir,  fəal  düşünən  ləyaqətli  insan  şəxsiyyətinin  tərbiyələndirilməsində  özünə-

məxsus rol oynayır. 

Azərbaycanda  söz  və  mətbuat  azadlığının  təmin  olunması,  dövlət  orqanları  ilə 

kütləvi  informasiya  vasitələri  arasında  münasibətlərin  nizamlanması  funksiyasını  yerinə 

yetirən,  2003-cü  il  martın  15-də  jurnalistlərin  birinci  qurultayında  yaradılan  Mətbuat 

Şurası (MŞ) fəaliyyət göstərir. MŞ dövlət strukturları, qəzet və jurnalların redaksiyaları və 

jurnalist  təşkilatları  tərəfindən  təsis  edilmişdir.  Məqsəd  jurnalist  standartlarına  uyğun 

olaraq,  Azərbaycan  mətbuatının  keyfiyyətinin  və  onun  elan  olunmuş  azadlığının, 

cəmiyyətin  informasiya  əldə  etmək  hüququnun  qorunması,  jurnalistlərin  peşə  etikası  Ko-

deksinin  tələblərinə  əməl  etməsinə  ictimai  nəzarətin  həyata  keçirilməsi,  KİV-in  fəaliyyət 

sahələrində  baş  verən  münaqişələrin  məhkəməyə  qədər  həll  variantlarının  araşdırılması, 

mətbuatın  davranışı  ilə  əlaqədar  verilmiş  şikayətlərin  qəbulu,  araşdırılması  və  bununla 

bağlı  qərarların  çıxarılması  və  s.  məsələlərdən  ibarətdir.  MŞ-nın  yaradılması  Azərbaycan 

mətbuatında yeni bir mərhələnin başlanğıcını qoydu.  

Bütün dünyada olduğu kimi, Azərbaycanda da KİV sahəsində müəyyən problemlər 

mövcuddur.  Bu  problemlərin  aradan  qaldırılması  məqsədilə  mühüm  işlər  həyata  keçirilir. 

Son  illərə  diqqət  yetirək.  Prezident  İlham  Əliyevin  2008-ci  il  31  iyul  tarixli  Sərəncamı  ilə 

"Azərbaycan  Respublikasında  kütləvi  informasiya  vasitələrinin  inkişafına  dövlət  dəstəyi 

Konsepsiyası" təsdiqləndi.  Sənədin təsdiqlənməsi ilə  milli  mətbuatın problemlərinin həllində 




Müasir dövr                                                                       231 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

keyfiyyətcə  yeni  mərhələnin  başlanğıcı  qoyuldu.  Dövlət  orqanları  ilə  kütləvi  informasiya 



vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi 

müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda 

mətbuatın  rolunun  gücləndirilməsi  məqsədilə  təsdiqlənən  bu  sənəddə  qeyd  edildiyi  kimi, 

dövlətin  informasiya  siyasətinin  başlıca  vəzifələrindən  biri  kütləvi  informasiya  vasitələrinin 

fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, 

iqtisadi,  təşkilati  və  texnoloji  tədbirlərin  müəyyən  edilməsidir.  Konsepsiyaya  uyğun  olaraq 

ölkə Prezidentinin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti 

Yanında  Kütləvi  İnformasiya  Vasitələrinin  İnkişafına  Dövlət  Dəstəyi  Fondu  (KİVİDDF) 

yaradıldı.  Məqsəd  müstəqil  mətbuatın  inkişafını  təmin  etmək,  mətbuatın  maddi-texniki  baz-

asını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Lakin ötən 2010-

cu il mətbuat tarixində daha mühüm hadisələrlə yadda qaldı. Növbəti "Azərbaycan milli mət-

buatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının 

kütləvi  informasiya  vasitələrinə  birdəfəlik  maliyyə  yardımının  göstərilməsi  haqqında", 

"Mətbuat  işçilərinin  sosial  müdafiəsinin  gücləndirilməsi  tədbirləri  haqqında",  həmçinin  milli 

mətbuatın inkişafındakı xidmətlərinə görə, 100-ə yaxın jurnalistin fəxri adlarla təltif olunması 

haqqında  sərəncamlar  bu  qayğının  davamlılığını  təsdiqləyir  və  qələm  sahibləri  üçün  böyük 

mənəvi  dividentdir.  Onların  peşələrinə  belə  diqqətli  yanaşması  şübhəsiz  ki,  gələcək 

fəaliyyətlərinə  müsbət  təsir  göstərir.  Jurnalistlərin  mənzil  problemlərinin  həlli  ilə  bağlı 

imzalanmış Sərəncam isə xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ayrılmış 5 milyon manat 

məbləğində  vəsait  mətbuat  tarixində  müsbət  mənada  böyük  bir  hadisə  idi.  Mətbuata  dövlət 

tərəfindən  qayğının  bu  səviyyədə  olduğu  halda,  onun  dəyərləndirilməsi  vacib  məqamlardan-

dır.  Bu  mənada,  2010-cu  ildə  "RUH"  Azərbaycan  Jurnalistləri  Müdafiə  Komitəsinin  "Jurna-

listlərin  dostu"  mükafatı  ilə  bağlı  keçirdiyi  sorğunun  nəticələri  jurnalist  ictimaiyyətinin  ob-

yektiv yanaşma tərzinin təsdiqi baxımından müstəsna səciyyə daşıdı. Keçirilən sorğunun  nə-

ticələrinə uyğun olaraq Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" nominasiyasının qalibi 

olması tamamilə təbii hal idi və hər bir sağlam düşüncəli jurnalistin ürəyindən olan bir istək 

idi.  Hüquqi  dövləti  azad  mətbuatsız  təsəvvür  etmək  mümkün  deyil.  Azərbaycanda  yüzlərlə 

mətbuat orqanı fəaliyyət  göstərir. Yüzdən çox həftəlik, 40-a yaxın gündəlik qəzet nəşr edilir, 

təxminən 10 ümumrespublika telekanalı fəaliyyət göstərir. Azərbaycanda internetin yayılması 

çox sürətlə gedir və əlbəttə ki, bu dövlət siyasəti olmasaydı, proses sürətlə getməzdi."  

KİV-lərin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu 

prosesində  onların  mühüm  rolunu  nəzərə  almaqla,  fikir,  söz  və  mətbuat  azadlığını  inkişaf 

etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmil-

ləşdirmək,  informasiya  sektorunda  yeni  informasiya,  kommunikasiya  texnologiyalarının 

tətbiqini  stimullaşdırmaq,  cəmiyyət  və  KİV  arasında  səmərəli  əməkdaşlığı  gücləndirmək 

və  sairdir.  Fondun  əsas  vəzifəsi  söz  və  məlumat  azadlığının  təmin  edilməsini,  KİV-lərin 

inkişaf  etdirilməsi  üçün  nəzərdə  tutulmuş  müddəaların  həyata  keçirilməsini,  habelə  KİV-

lərin  proqram,  layihə  və  digər  tədbirlərini  maliyyələşdirməkdən  ibarətdir.  2009-cu  ildə 

Fond üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən 1,3 milyon manat vəsait ayrıl-

mışdır.  2010-cu  ilin  büdcəsində  bu  vəsait  2 milyon  manata  kimi  artırılmış,  2011-2013-cü 

illərdə də artırılmış və gələcəkdə də bu vəsaitin davamlı şəkildə artırılması nəzərdə tutulur.  

«Azərbaycan  Respublikasında  Kütləvi  İnformasiya  Vasitələrinin  inkişafına  Dövlət 

Dəstəyi  Konsepsiyası»nın  qəbulunda  əsas  məqsəd  vətəndaş  cəmiyyəti  quruculuğu 

prosesində  fikir,  söz,  mətbuat  azadlığının  inkişafını,  KİV-lərin  müstəqilliyini  təmin 

etməkdir.  Azərbaycan  Respublikasının  Prezidenti  Yanında  KİV-lərin  inkişafına  Dövlət 



232                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Dəstəyi  Fondunun  yaradılması  demokratiyanın  əsas  tələbləri  olan  mətbuatın  müstəqil-



liyinin təminatına, maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqəti artırır. 

AR-nın Konstitusiyasında beynəlxalq hüquq sənədlərindən fərqli olaraq, fikir azadlığı, 

vicdan  və  din  azadlığı  ilə  deyil,  söz  azadlığı  ilə  bir  maddədə  verilmişdir.  Söz  azadlığı  isə 

beynəlxalq hüquqi sənədlərdə ayrıca maddədə təsbit edilib. Konvensiyanın mətnini hazırlayan 

mütəxəssislər  hər  kəsin  öz  fikrində  qalmaq  hüququnu  belə  fikri  ifadə  etmək  hüququndan 

fərqləndirmişlər. Onların fikrinə görə həmin hüquqlar müxtəlif xarakter daşıyır. Belə ki, "əgər 

öz  fikrinə  malik  olmaq  azadlığı  (fikir  azadlığı)  hər  kəsin  həyatının  mənəvi  tərəfinə  aiddirsə, 

həmin  fikirləri  ifadə  etmək  azadlığı  isə  (söz  azadlığı)  hər  kəsin  həyatının  içtimai  tərəfinə 

aiddir".  Milli  qanunvericilikdə  isə  bu,  yəqin  ki,  fikir  azadlığını  söz  azadlığına  daha  yaxın 

olduğu qənaətinə gəldiklərinə görə, onları bir maddədə əhatə etmişlər.  

Konvensiyanın 10-cu Maddəsinin təminatı altına düşən hüquqlar Konstitusiyanın 47 və 

50-ci  Maddələrində  təsbit  edilmişdir.  Söz  azadlığı  47-ci  maddənin  1-ci  hissəsində,  mətbuat 

azadlığı  50-ci  Maddənin  2-ci  hissəsində,  məlumat  almaq  və  yaymaq  hüququ  isə  50-ci 

Maddənin 1-ci hissəsində verilmişdir. Konstitusiya eyni zamanda irqi, milli, dini, sosial ədavət 

və  düşmənçilik  oyadan  təşviqat  və  təbliрatı  qadağan  edir  (47-ci  Maddənin  3-cü  hissəsi). 

Konstitusiya  ilə  kütləvi  informasiya  vasitələrində,  o  cümlədən,  mətbuatda  dövlət  senzurası 

qadağan edilmişdir (50-ci Maddənin 2-ci hissəsi). Bu məsələlər söz azadlığının əhatə dairəsi 

haqqında  aydın  təsəvvür  yaradır.  Bununla  yanaşı  ayrı-ayrı  elementlərin  təhlili  zamanı 

Məhkəmə təcrübəsinə istinad etmək zəruri hesab edilməlidir.  

Ölkəmizdə  mətbuat  azadlığı  və  informasiya  əldə  etmək  hüquqları  ilə  bağlı  milli 

qanunvericiliyimiz  Avropa  Konvensiyasına  uyğunlaşdırılmışdır.  2009-cu  ildə  Konstitusi-

yaya referendum yolu ilə yeni əlavələr və dəyişikliklər edildi. Bu dəyişikliklərin bir hissəsi 

mətbuat azadlığı ilə bağlıdır.  

Məlumat  azadlığı  qarşı  tərəfin  də  hüquqlarına  hörmətlə  yanaşılmasını  tələb  edir. 

Məsələn,  Konstitusiyanın  50-ci  maddəsinin  3-cü  bəndinə  əsasən,  hər  kəsin  kütləvi 

informasiya  vasitələrində  dərc  edilən  və  onun  hüquqlarını  pozan  və  ya  mənafelərinə  xələl 

gətirən  məlumatı  təkzib  etmək  və  ya  ona  cavab  vermək  hüququna  təminat  verilir.  “Məlu-

mat  azadlığı  haqqında”  qanunun  1-ci  maddəsinə  görə,  hər  kəsin  istədiyi  məlumatı  qanuni 

yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. 5-ci maddədə isə 

məlumat  azadlığının  həyata  keçirilməsinin  əsas  prinsipləri  müəyyən  edilmişdir.  Bu 

prinsiplər  məlumat  azadlığının  təmin  edilməsi;  məlumatın  açıqlığı  və  onun  mübadisinin 

azadlığı;  məlumatın  obyektivliyi,  tamlığı  və  həqiqiliyi;  məlumatın  axtarılması,  əldə  edil-

məsi, istifadə olunması, yayılması və qorunmasının qanuniliyi və sairdir.  

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci mad-

dəsi məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq 

cəmiyyətin  və  demokratik  hüquqi  dövlətin  prinsipləri  əsasında  təmin  edilməsinin  hüquqi 

əsaslarını  müəyyənləşdirir,  eləcə  də  ictimai  vəzifələrin  yerinə  yetirilməsinə  vətəndaşlar 

tərəfindən nəzarət olunmasına şərait yaradır. “Kütləvi informasiya vasitələri haqqında” Qa-

nunun ilk maddəsində isə deyilir: “Azərbaycan Respublikasında kütləvi informasiya azad-

dır.  Kütləvi  informasiya  azadlığı  vətəndaşların  qanuni  yolla  informasiya  axtarmaq,  əldə 

etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat 

verilməsinə əsaslanır. Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, on-

lardan  istifadə,  onların  idarə  olunması,  kütləvi  informasiyanın  axtarılması,  əldə  edilməsi, 

hazırlanması,  ötürülməsi,  istehsalı  və  yayımı  Azərbaycan  Respublikasının  kütləvi  infor-




Müasir dövr                                                                       233 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

masiya  vasitələri  haqqında  qanunvericiliyində  nəzərdə  tutulan  hallardan  başqa,  məhdud-



laşdırıla bilməz.  

Konstitusiyanın 32-ci maddəsinə edilən əlavəyə görə, qanunla müəyyən edilmiş hallar 

istisna olmaqla heç kəs video çəkilişinə, səz yazısına və digər bu cür hərəkətlərə məruz qoyula 

bilməz . Hüquqi baxımdan bu əlavə, yəni icazə almadan video, foto səkiliş işinə məhdudiyyət 

qoyulması konstitusiyanın 32-ci maddəsində təsbit olunmuş, yəni əvvəlki ikinci bənddə təsdiq 

olunmuş  şəxsi  və  ailə  həyatına  hörmət  edilməsi  hüququnun  beynəlxalq  səviyyədə  tanınmış 

məzmunundan  irəli  gəldiyi  ilə  izah  olunur.  Əsas  Qanuna  edilən  bu  dəyişiklik  müvafiq  qa-

nunlarda da (“Mətbuat azadlığı haqqında”, “Qanuni əməliyyat-axtarış fəaliyyəti haqqında” 

və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”) öz əksini tapdı.  

AR  Prezidenti  Administrasiyasının  rəhbəri,  akademik  R.Mehdiyevin  ictimaiyyət 

tərəfindən böyük rəğbətlə qarşılanan «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr» 

məqaləsində  Azərbaycan  mətbuatının  keçdiyi  inkişaf  yolu,  qarşıda  duran  vəzifələr, 

mövcud  problemlərin  həlli  yolları  təhlil  edilir.  Belə  bir  fikir  önə  çəkilir  ki,  ictimai  fikrə 

təsir  imkanları  geniş  olan  kütləvi  informasiya  vasitələri  ana  dilinin  inkişafı,  milli  adət-

ənənələrimizin qorunub saxlanılması, ictimai şüurun və beynəlxalq aləmdə ölkə haqqında 

təsəvvürün formalaşması istiqamətində səylərini daha da artırmalıdır (2, 2). 

Avropa Şurası qarşısında götürülmüş öhdəliyə uyğun olaraq, 2005-ci ilin 29 avqust 

tarixində  Azərbaycanda  ictimai  televiziyanın  fəaliyyətə  başlamasını  da  müstəqil  dövləti-

mizin  söz  və  mətbuat  azadlığı,  plüralizm  ənənələrinin  inkişafı  istiqamətində  qazandığı  ən 

mühüm  nailiyyətlərdən  biri  kimi  xüsusi  vurğulamalıyıq.  Bütün  demokratik  cəmiyyətlərdə 

ictimai  televiziya  və  radionun  mövcudluğu  demokratiyanın  inkişaf  səviyyəsinin  zəruri 

meyarı  kimi  qəbul  olunur.  Avropanın  həm  Qərb,  həm  də  sosialist  düşərgəsindən  çıxmış 

ölkələrində  ictimai  televiziya  fəaliyyət  göstərir.  İctimai  yayımın  əsas  məqsədi  cəmiyyətin 

bütün  sosial  təbəqələrinin  mənafeyini  obyektiv,  tarazlı  və  qərəzsiz  əks  etdirmək,  habelə 

müxtəlif  sahələrdə  maarifləndirmə  aparmaqdır.  Məlumdur  ki,  özəl  televiziyaların  konkret 

məqsədi  müəyyən  kommersiya  fəaliyyətini  genişləndirmək  və  gəlir  əldə  etməkdir.  Dövlət 

televiziyasının məqsədi isə dövlətin qərarlarını, siyasətini təbliğ etmək, dövlət orqanlarının 

fəaliyyətini  işıqlandırmaqdır.  Cəmiyyətə  isə  elə  bir  yayım  forması  lazımdır  ki,  orada  tam 

neytral,  liberal,  siyasi  oriyentasiyadan  azad  verilişlər  nümayiş  olunsun.  İctimai  televiziya 

da məhz belə KİV olmaqla, ictimai fikir və düşüncəni özündə əks etdirir.  

Ümumiyyətlə, televiziya plüralizmin tətbiqinə daha çox imkan yaradan bir vasitədir. 

Bu  da,  əsasən,  informasiya  ilə  yerinə  yetirilir.  Elə  ona  görədir  ki,  “televiziyanın  ictimai 

funksiyaları arasında informasiyanın önə çıxmasının bu vasitənin məlumatlandırma işində 

böyük  yeri”  (3,  13)  olduğunu  bütün  nəzəriyyəçilər  qəbul  edir.  Bu  funksiyanı  ictimai 

teleradio daha müstəqil həyata keçirir. Avropa Şurası ictimai teleradionun mahiyyətini izah 

edərək göstərir ki: 

“Bu televiziya cəmiyyət üçün nəzərdə tutulur; bu televiziyanı cəmiyyət maliyyələş-

dirir; bu televiziyaya cəmiyyət nəzarət edir” (4, 109). 

Aydındır ki, “demokratik dəyərləri yalnız müstəqil, azad jurnalistika formalaşdırır”. 

Azad jurnalistika sistemində ictimai teleradio ilkin yer tutur. “Son illərdə davamlı inqilabi 

sıçrayış  prosesi  yaşayan  televiziya  sistemində”ictimai  televiziyanın  əvəzsiz  rolu  onun 

müstəqilliyi ilə də izah edilir.  

İstər  dövlətin  media  siyasəti,  istər  Azərbaycan  Respublikası  Prezidenti  Yanında 

KİVİDDF-nin,  istərsə  də  Azərbaycan  MŞ-nin  fəaliyyəti  daha  ciddi  uğurlara  imza 

atılacağından xəbər verir. Mövcud istiqamətdə həyata keçirilən kompleks fəaliyyət daha tutarlı 



234                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

nəticələr  əldə  etməyə  imkan  verəcək.  Ölkəmizin  sürətlə  inkişaf  etdiyi,  cəmiyyət  həyatının 



bütün sahələrinin yeniləşdiyi  müasir dövrdə  kütləvi informasiya  vasitələrinin qarşısında yeni 

vəzifələr dayanır. Azərbaycan  mətbuatı da  bu vəzifələri dövlətin yüksək səviyyədə diqqət  və 

qayğısı  nəticəsində  ardıcıl  olaraq  yerinə  yetirir.  Mətbuatın  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi prioritet məsələlərdəndir. 2010-

2011-ci  illərdə  Kütləvi  İnformasiya  Vasitələrinə  Dövlət  Dəstəyi  Fondu  aparıcı  KİV-lərə 

maliyyə  yardımları  ayırdı.  Şübhəsiz  ki,  bu,  media  orqanlarının  fəaliyyətinə  çox  müsbət  təsir 

göstərdi.  Reallaşdırılan  tədbirlərin  növbəti  illərdə  də  davam  etdirilməsi  mövcud  nəticənin 

qazanılmasına kömək edəcək, bunun üçün münbit zəmin formalaşdıracaq. 

Kütləvi  informasiya  vasitələri  hakimiyyət  strukturları  ilə  bilavasitə  bağlıdır  və  bunlar 

bir-birilə qarşılıqlı əlaqə kəsb edir. KİV siyasətin ayrılmaz tərkib hissəsidir. İctimai fəaliyyətin 

digər növləri ilə müqayisədə siyasət xüsusi məlumat mübadiləsi vasitələrinə daha çox ehtiyac 

duyur.  Belə  ki,  iqtisadiyyat  bazar  tənzimləməsi  zəminində  adamların  qarşılıqlı  fəaliyyətinin 

bilavasitə formaları əsasında fəaliyyət göstərə bilir. Siyasət isə ünsiyyətin dolayı formaları və 

hakimiyyət,  daşıyıcıları  arasında  xüsusi  əlaqə  vasitələri  olmadan  mümkün  deyildir.  Bu  hər 

şeydən  əvvəl,  siyasətın  təbiəti  ilə  bağlıdır.  Adamların  ixtisaslaşdırılmış  ünsiyyət  formaları 

qrup məqsədlərinin və mənafelərinin reallaşdırılması baxımdan zəruridir. 

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyəti narahat edən problemlərin 

çevik diskussiya, polemika və müzakirələr yolu ilə həllində İctimai Televiziyanın rolu bö-

yükdür. İctimai Televiziyanın proqramları cəmiyyətin bütün üzvlərinin istiqamətlənməsinə 

xidmət  edir,  onların  sosial  birliyinə  şərait  yaradır,  bütün  fərdlərin,  qrupların  və  icmaların 

inteqrasiyasına  təkan  verir.  İctimai  Televiziya  qərəzsiz  və  müstəqil  informasiya  yayımını 

təmin  edir.  Cəmiyyətdə  özünü  göstərən  etnik  və  mədəni  müxtəliflik  məqamları  ilə  bağlı 

qarşılıqlı  anlaşma  və  tolerantlığa  nail  olmaq  məqsədilə  çeşidli  fəlsəfi  ideyaların  və  dini 

etiqadların  əks  etdirilməsinə  çalışır.  İctimai  Televiziyanın  proqramları  müxtəlif  milli  və 

Avropa  mədəni  dəyərlərinin  qavranılmasına və  qiymətləndirilməsinə  kömək  göstərir. Par-

lament  seçkiləri  ərəfəsində  yeni  müstəqil  elektron  kütləvi  informasiya  vasitəsinin  fəaliy-

yətə başlaması ölkədə siyasi plüralizmin dərinləşdirilməsi prosesinə xidmət etməklə yana-

şı, insanların seçim imkanlarını da genişləndirdi. Adətən, seçkilərlə bağlı siyasi ehtirasların 

qızışması  mətbuata  müəyyən  problemlər  yaratsa  da,  2005-ci  ilin  parlament  seçkiləri 

kampaniyası  dövründə  Azərbaycanda  nəşr  olunan  kütləvi  informasiya  vasitələri  hansısa 

ciddi  əngəllərlə  üzləşmədilər.  Əksinə,  respublikada  söz  və  mətbuat  azadlığının  yüksək 

səviyyədə  təmin  olunması  mətbuata  kampaniyanı  əvvəldən  axıradək  izləməyə,  uğurlarla 

yanaşı,  nöqsan  və  çatışmazlıqları  da  göstərməyə  imkan  yaratdı.  Azərbaycan  Prezidenti 

cənab İlham Əliyevin seçkilərlə bağlı imzaladığı 11 may və 25 oktyabr tarixli sərəncamları 

kütləvi  informasiya  vasitələrinin  fəaliyyətinə  münbit  zəmin  formalaşdırdı.  Seçkiqabağı 

təşviqat  kampaniyasının  yaratdığı  imkandan  yararlanan  nüfuzlu  qəzet  və  televiziyalar 

reklam  hüququ  ilə  deputatlığa  namizədlərin  çıxışlarına  geniş  yer  verdilər  –  bu,  onların 

maddi  vəziyyətinə  də  müsbət  təsir  göstərdi. Bir  sözlə,  parlament  seçkiləri  kampaniyası  öz 

demokratikliyi ilə ölkədə söz və mətbuat azadlığının inkişafına da mühüm töhfə oldu. 

Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyev  ölkədə  azad  sözün,  mətbuatın  qarantı 

kimi çıxış edir və bunu əməli işi ilə təsdiqləyir. Cənab İlham Əliyev hər zaman bildirir ki, 

siyasi  əqidəsindən  və  baxışlarından  asılı  olmayaraq  hər  bir  jurnalist  və  mətbuat  işçisinin 

hüquqları  dövlət  tərəfindən  qorunur.  Bütün  bu  və  digər  problemlərə  rəğmən,  Azərbaycan 

mətbuatının perspektivi ilə bağlı düşüncələr yetərincə ürəkaçan mənzərə yaradır.  




Müasir dövr                                                                       235 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Son 10 ildə həyata keçirilən islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və 



mətbuat  azadlığı  sahəsindəki  mövcud  vəziyyət  qabaqcıl  demokratik  ölkələrlə  müqayisə 

edilə  bilər.  Respublikada  mətbu  nəşrlərin  sərbəst  fəaliyyətinə,  jurnalistlərin  öz  iradələrini 

azad  ifadə  etməsinə  bütün  hüquqi  imkanlar  yaradılıb.  2003-cü  ildə  xalqın  iradəsi  ilə 

prezident  seçilərək  səlahiyyətlərinin  icrasına  başlayan  cənab  İlham  Əliyev  respublikada 

söz  və  mətbuat  azadlığını  demokratiyanın  fundamental  prinsipi  kimi  qəbul  edir.  Dövlət 

başçısı  milli  mətbuatın qabaqcıl  dövlətlərin mütərəqqi  ənənələrinə  əsaslanmaqla, eyni  za-

manda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. 2005-ci 

ildə  Azərbaycan  Prezidentinin  milli  mətbuatın  yaranmasının  130-cu  ildönümünün  qeyd 

olunması  ilə  bağlı  xüsusi  fərman  imzalaması  da  bunun  əyani  ifadəsi  oldu.  Bu,  eyni 

zamanda,  ölkədə  söz  və  mətbuat  azadlığına  dövlət  başçısı  səviyyəsində  verilən  yüksək 

təminat  idi.  2005-ci  il  21  iyul  tarixində  “Azərbaycan  mətbuat  işçilərinin  təltif  edilməsi 

haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Küt-

ləvi  informasiya  vasitələrinə  maliyyə  yardımı  göstərilməsi  haqqında”  sərəncamlar  imza-

layan cənab İlham Əliyev jurnalistlərin əməyinə yüksək qiymət verdiyini, onlara arxa, da-

yaq  olduğunu  əməli  şəkildə  sübuta  yetirdi.  Bu  sərəncamlar  əsasında  milli  mətbuatın  ilk 

qaranquşu olan “Əkinçi” qəzetinin 130 illik yubileyi respublikanın bütün bölgələrində yük-

sək  səviyyədə  qeyd  olundu,  jurnalistlər  mükafatlandırıldı,  onlara  fəxri  adlar,  habelə  Pre-

zident  təqaüdləri  verildi.  20-yə  yaxın  qəzetə  dövlət  büdcəsindən  pul  vəsaiti  ayrılması  da 

ölkə başçısının mətbuata bayram sovqatı oldu. İyulun 21-də “Gülüstan” sarayında keçirilən 

təntənəli  mərasimdə  çıxış  edən  Prezident  İlham  Əliyev  Azərbaycanda  söz  və  mətbuat 

azadlığının  inkişafında  maraqlı  olduğunu,  bunun  üçün  üzərinə  düşən  bütün  vəzifələri 

həyata keçirəcəyini növbəti dəfə bəyan etdi. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan və 

2001-ci  ildə  müəyyən  dövrə  qədər  dondurulan  borclarının  dövlət  büdcəsindən  ödənməsi 

barədə  Azərbaycan  Prezidentinin  2006-cı  ilin  əvvəlində  imzaladığı  sərəncam  da  dövlət 

rəhbərinin  milli  mətbuatın,  mətbuat  azadlığının  inkişafı  ilə  bağlı  öz  bəyanatlarına  sadiq-

liyinin daha bir göstəricisidir. 

Beləliklə, etiraf olunmalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbər-

liyi ilə aparılan hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesi-

nin ayrılmaz tərkib hissələrindən biri də məhz bu sahədə liberallığın maksimum təmin edil-

məsindən ibarətdir. Təsadüfi deyil ki, söz və mətbuat azadlığı AR qanunlarında fundamen-

tal insan hüquqları sırasında təsbitlənib. 15 oktyabr 2003-cü ildə İlham Əliyevin Prezident 

seçilməsi  ilə  ölkə  həyatının  bütün  sahələrində  olduğu  kimi,  söz  və  mətbuat  azadlığı  sa-

həsində  də  geniş  perspektivlər  açılıb.  Mətbuatın  demokratik  keyfiyyətləri  daha  qabarıq 

şəkildə özünü büruzə verir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi, 

demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş 

cəmiyyətinin  formalaşması,  insanların  azad,  sərbəst  yaşaması,  qanunun  aliliyinin  təmin 

edilməsi  üçün  ən  yüksək  tələblərə  cavab  verən  normativ-hüquqi  baza  yaradılmaqdadır. 

Azərbaycanda  Qərb  standartlarına  cavab  verən  KİV-nin  mövcudluğu  bu  reallığın  nəticəsi 

olaraq qiymətləndirilə bilər.  

«Mən  bu  fikirdəyəm  ki,  ölkəmizin  davamlı  və  uzunmüddətli  inkişafı,  bütün  digər 

cəhətlərlə yanaşı, ilk növbədə, demokratiyanın inkişaf səviyyəsindən və hər bir vətəndaşın 

hüquq və azadlıqlarının təmin edilməsindən asılıdır» söyləyən Prezident İlham Əliyev öl-

kədə  insan  hüquqlarının,  söz,  mətbuat,  vicdan  azadlığının  qorunmasına  xüsusi  diqqət  və 

qayğı ilə yanaşır. Son illər ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərinin de-

mokratiyanın  tələblərinə  tam  uyğun  gəldiyi  beynəlxalq  aləmdə  təqdir  olunur.  Seçki  prak-



236                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

tikasının təkmilləşdirilməsinə dair sərəncamları ilə siyasi kampaniyalar zamanı obyektivli-



yin,  şəffaflığın  təminatına  nəzarəti  gücləndirən  Prezident  İlham  Əliyevin  qətiyyətinin 

nəticəsi  olaraq  «exit-poll»  təcrübəsi  Azərbaycanda  ilk  dəfə  tətbiq  olundu.  Xalqın  ümumi 

rəyinin  ifadəsi  olan  səsvermənin  nəticələrinin  «exit-poll»un  nəticələri  ilə  eynilik  təşkil 

etməsini  demokratiyanın  təntənəsi  adlandıran  beynəlxalq  müşahidəçilər  Azərbaycan 

təcrübəsini digər dövlətlər üçün nümunə göstərirlər. Seçkilərin şəffaflığının təmin edilməsi 

məqsədilə barmağın rəngsiz mürəkkəbə boyanması, seçki məntəqələrində veb-kameraların 

quraşdırılması  da  təqdir  olunur.  Bu  fikir  xüsusi  vurğulanır  ki,  Azərbaycan  demokratik 

seçki  keçirməyə  qadirdir.  Seçki  Məcəlləsində  mütəmadi  olaraq  yeniliklərin  öz  əksini  tap-

ması  üçün  əlavə  və  dəyişikliklərin  edilməsi,  seçki  praktikasının  təkmilləşdirilməsinə  dair 

sərəncamların  imzalanması  buna  bariz  nümunə  kimi  göstərilir.  Sonuncu  keçirilən  bələ-

diyyə seçkiləri ölkəmizin demokratik inkişaf yolunda növbəti addımı kimi dəyərləndirildi.  

Sonuncu  referendumda  Konstitusiyaya  edilən  əlavə  və  dəyişikliklərin  böyük  əksə-

riyyəti  insan  hüquq  və  azadlıqlarının  qorunmasına  xidmət  edir.  Bu  dəyişikliklərə  əsasən, 

insan hüquqlarının qorunmasının yeni mexanizmləri müəyyənləşdirilir.  

Cənab  İlham  Əliyevin  demokratik  dəyərlərin  inkişafı  istiqamətindəki  böyük  dəyər 

kəsb  edən  fəaliyyəti  haqqında  tarix  elmləri  doktoru,  professor  Əli  Həsənovun  fikirləri  də 

çox maraqlıdır: “Azərbaycanda demokratiyanın inkişafı əsas insan hüquq və azadlıqlarının 

qorunması,  siyasi  plüralizmin,  söz  və  ifadə  azadlığının  təmin  olunması  Prezident  kimi 

cənab  İlham  Əliyevin  faəliyyətində  mühüm  yer  tutur.  Onun  dövlət  başçısı  kimi  fəaliy-

yətinin  üç  ili  müddətində  bu  sahədə  qəbul  edilmiş  qərarlar  özünün  ardıcıllığı  ilə,  yeniliyi 

və  cəsarətliliyi  ilə  seçilir.  Prezident  demokratiyanı  birinci  növbədə  iqtisadi  azadlıq, 

mülkiyyət toxunulmazlığı, məhkəmələrin müstəqilliyi kimi qəbul edir...” (5, 71-72).  

Demokratik prinsiplər, plüralist dəyərlər donuq, eyni vəziyyətdə qalan anlayışlar 

olmayıb daim təkmilləşməyə, yeniliyə meyilli olurlar. Odur ki, Azərbaycanda qərarlaşan 

demokratik dəyərlər tədricən təkmilləşərək yeni keyfiyyətdə təzahür edir. Əsas cəhət isə, 

demokratik dəyərlərin təşəkkülü və təkmilləşməsi üçün kifayət qədər əlverişli mühitin 

yaradılmalıdır.Beləliklə, demokratik dövlət quruculuğu ölkədə demokratik dəyərlərin geniş 

tətbiq olunmasını tələb edir. 

Müasir  dövr  informasiya-kommunikasiya  texnologiyalarının  inkişafı  ilə  əlamətdar-

dır. Avropaya inteqrasiya siyasəti həyata keçirən Azərbaycan dünyanın ən qabaqcıl ölkələ-

rinin  bu  və  ya  digər  sahələrdə  əldə  etdiyi  təcrübəni  öyrənməyə,  onu  tətbiq  etməyə  çalışır. 

Prezident  İlham  Əliyev  müxtəlif  beynəlxalq  təşkilatlara  üzvlüyə  daxil  olmanın  məcburi 

deyil, könüllü olduğunu və bunun səbəbini Azərbaycanda olan meyarların dünyanın ən qa-

baqcıl  ölkələrinin  meyarlarına  uyğunlaşa  bilməsi  ilə  izah  edir.  Azərbaycanın  2001-ci  il 

yanvarın  17-də  demokratik  prinsiplərin  inkişafı  ilə  məşğul  olan  Avropa  Şurasına  tam-

hüquqlu  üzv  qəbul  olunması  bir  daha  Azərbaycan  dövlətinin  sivil  dəyərlərə  hörmətlə 

yanaşmasını, bunu sözdə deyil, əməli işdə sübut etməsini təsdiqləyir. 

Bütünlükdə  İlham  Əliyevin  davam  edən  prezidentliyi  müddətində  mətbuatın  azad 

fəaliyyətinə  siyasi-hüquqi  təminatı  təhlil  edərkən  belə  qənaətə  gəlmək  olur  ki,  dövlətin 

informasiya  siyasətinin  həyata  keçirilməsində  əsas  məqsədinə  ilk  növbədə  KİV-lərin  və 

İnternetin əhalini, sosial institutları və dövləti obyektiv məlumatlandırma funksiyasını effektiv 

yerinə  yetirə  bilən;  tərbiyəvi  və  maarifləndirici  proqramları  reallaşdıran;  ictimai-siyasi 

qüvvələr  üçün  inteqrasiya  və  səfərbərlik  olan;  dövlət  hakimiyyətinin  fəaliyyətinə  effektiv 

nəzarət  məsələsini  yerinə  yetirən  hüquqi,  siyasi,  iqtisadi,  mədəni  və  texnoloji  institutların 

yaradılması aiddir.  



Müasir dövr                                                                       237 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Söz  azadlığı  və  informasiya  hüquq  siyasətində  milli  maraqlar  arasında  harmoniya 



axtarışı  müxtəlif  texnologiyaların  və  müasir  media  söz  azadlığının  hüquqi  tənzimlənməsinə 

səmərəli yanaşmanın institusional təhlilini nəzərdə tutur. 



 

ƏDƏBİYYAT 

 

1.

 



Mətbuat qanunvericiliyi və təcrübə. Bakı: Hüquq maarifçiliyi cəmiyyəti, 

2001, 684 s. 

2.

 

Mehdiyev R. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr 



“Azərbaycan” qəzeti, 1 oktyabr, 2009 

3.

 



Əliyev Ə. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Bakı: Azərbaycan 

Hüquqşünaslar Assosiasiyası, 2009, 490 s.  

4.

 

Mehdiyev R. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi / red.: İ. Vəliyev, K. 



Muxtarov. Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001, 276 s. 

5.

 



İlham Əliyev. İqtibaslar və təhlil / Elmi redaktor və ön sözün müəllifi fəlsəfə 

elmləri doktoru, prof. R.Mehdiyev. Bakı: “Azərbaycan”, 2006, 328 s. 



 

 

ВУГАР РАГИМЗАДЕ 

Доктор философии по политическим наукам 

 

ПОЛИТИКО-ПРАВОВОЕ ОБЕСПЕЧЕНИЕ 

СВОБОДНОЙ ДЕЯТЕЛЬНОСТИ ПРЕССЫ 

 

В статье указывается что, информационная политика государства направлена на 



последовательное  и  полное  обеспечение  свободы  слова,  мысли  и  информации,  права 

граждан на получение информации, отраженных в Конституции Азербайджанской Рес-

публики.Анализируя политико-правовое обеспечение свободной деятельности прессы в 

современный  период  можно  прийти  к  такому  заключению,  что  к  основным  целям  в 

осуществлении  информационной  политики  государства  в  первую  очередь  относится 

создание  юридических,  политических,  экономических,  культурных  и  технологических 

институтов, способных эффективно выполнить функцию СМИ и Интернета объективно 

информироватьнаселение,  социальные  институты  и  государство;  реализующих 

воспитательные и просветительские программы; являющихся интеграцией и мобилиза-

цией  для  общественно-политических  сил;  выполняющих  вопросы  эффективного 

контроля за деятельностью государственной власти. 

 

VUGAR RAHIMZADE 

Ph.D. on Political Sciences 

 

POLITICAL AND LEGAL SECURITY OF THE FREE PRESS 

 

The article points out that the information policy of state aimed at ensuring consistent 

and  complete  freedom  of  speech,  thought  and  information,  the  right  citizens  to  obtain 

information,  as  reflected  in  the  Constitution  of  the  Republic  of  Azerbaijan.  Analyzing  the 

political  and  legal  security  of  a  free  press  in  the  modern  period  can  come  to  the  conclusion 



238                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

that the main objectives in the implementation of the national policy in the first place are the 



creation  of  legal,  political,  economic,  cultural  and  technological  institutions  that  can 

effectively  perform  the  function  of  the  mass  media  and  the  Internet  objectively  inform  the 

population, social institutions and the State; implement educational and awareness programs; 

to beintegrated and mobilized for social and political forces; to perform effective control over 

the activities of the government. 

 

Rəyçilər: s.e.d.G.İbrahimova, , t.e.d.A.C.İsgəndərov 



Bakı Dövlət Universiteti “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının 

25.04.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07). 

Yüklə 121,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə