24 iyul 2016-cı il, bazar 7



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#53073


24 iyul 2016-cı il, bazar

7

 

ˆ

Mənsub olduğu xalqın,  müxtəlif nəsildən olan 



insanların  intellektual  səviyyəsinin daha da yüksəlməsi naminə  

yorulmadan, səylə  çalışanlar əbədiyaşarlıq hüququ qazanırlar. 

Fəlsəfə üzrə elmlər  doktoru,  professor,  akademik, nəğməkar 

şair kimi  sayılıb-seçilən Aslan Məhəmməd  oğlu Aslanov da belə 

ziyalılardandır. 

Aslan Aslanov 1926-cı il avqus-

tun 20-də Ağstafa şəhərində anadan 

olmuşdur.  Hələ uşaqlıq, yeniyetməlik 

illərindən daha çox oxuyub-öyrənmək 

səyi ilə çalışaraq şəhərdəki  dəmir yolu 

orta məktəbini yüksək  təhsil  göstəriciləri  

ilə  başa vurur. Bax elə bu  qabiliyyətinə 

görə də onun məzunu olduğu məktəbdə  

müəllim  kimi fəaliyyət göstərməsini  

məqsədəmüvafiq sayırlar. Bu böyük  

etimad öz yerində, lakin gənc Aslanın 

qəlbi ali təhsil almaq, həyatda fəal ictimai  

mövqe tutmaq arzusu ilə döyünürdü. 

1942-ci ildə Azərbaycan Dövlət Uni-

versitetinin fizika-riyaziyyat fakültəsinə 

qəbul olunanda və 1945-ci ildən tarix 

fakültəsinin fəlsəfə şöbəsində təhsilini  

uğurla davam  etdirəndə də müqəddəs bir 

arzu-amalla  yaşayır, oxuyub-öyrənməyi, 

insanlara daha çox gərək olan  elm-sənət 

sahəsində  çalışmağı həyatının əsas 

mənasını  sayırdı. Ölkənin ən möhtəşəm 

ali təhsil  ocağı  olan  universitetin fəlsəfə  

kafedrasında müəllim kimi pedaqoji 

fəaliyyətə  başlayanda belə bir ideya  

inamını əsas götürdü: gənclərdə, habelə 

müxtəlif nəsildən olan insanlarda etik-

estetik  mədəniyyətin inkişafı  problemi 

xüsusi tədqiqat obyektinə  çevrilməlidir. 

Sosial inkişafa, tərəqqiyə zəmin 

yaradan doğma  universitetin fəlsəfə  ix-

tisası üzrə  aspiranturasında təhsil alanda 

da,  sonralar  namizədlik və  doktorluq  

dissertasiyalarını uğurla müdafiə edəndə 

də tam əminliklə belə qənaətə gəldi 

ki,  respublikamızda fəlsəfə  elminin 

əsas  sahələrindən sayılan etika-esteti-

ka üzrə  maarifçilik işlərinə daha çox 

diqqət  yetirmək  lazımdır. 1961-ci ildə  

Azərbaycan Dövlət Universitetində  

estetika və etika  kafedrasının yaradıl-

ması  da onun müntəzəm, məqsədyönlü  

fəaliyyətinin səmərəli nəticəsi kimi  

dəyərləndirilməlidir.  Təsadüfi deyildir 

ki, o, 1961-ci ildən 1980-ci ilədək bu 

kafedraya  milli təəssübkeşlik hissi ilə 

rəhbərlik etmiş, gənc elmi kadrların  

hazırlanması işinə  əhəmiyyətli təsir 

göstərmişdir. 

Aslan müəllimin  yaradıcılıq  bioqra-

fiyası ilə tanış olarkən onun mahir elm-

təhsil təşkilatçısı kimi   fəaliyyəti daha 

çox nəzərə çarpır. O, 1944-1950-ci illərdə 

Azərbaycan Dövlət Universitetində 

komsomol komitəsinin katibi, iki dəfə 

universitetin partiya komitəsinin katibi 

(1963-1966; 1975-1977),  estetika və 

etika kafedrasının müdiri (1961-1980) 

Azərbaycan Dövlət İncəsənət  İnsti-

tutunun  rektoru (1977-1987), habelə 

Azərbaycan Elmlər Akademiyası tarix, 

fəlsəfə və hüquq bölməsinin  akademik 

katibi (1987-1989), Fəlsəfə və Hüquq  

İnstitutunun direktoru vəzifələrində 

çalışarkən pedaqoji fəaliyyətini, estetika 

uzrə tədqiqatlarını bir an belə dayandır-

mamış, diqqətəlayiq uğurlar qazanmışdır.

Ötən əsrin 70-80-ci illərində res-

publikamızda, keçmiş SSRİ- də, habelə 

dünyanın bir sıra ölkələrində görkəmli 

estetik alim kimi tanınması onun gərgin 

yaradıcılıq axtarışlarının, fundamental 

tədqiqatlarının nəticəsi idi.

İsveçrədə, İngiltərədə Almaniya-

da, Rumıniyada, Çexoslovakiyada və 

s. ölkələrdə estetika problemləri üzrə 

keçirilən Beynəlxalq elmi konqreslərdə, 

simpoziumlarda etdiyi məruzə və çıxışlar 

akademik A.Aslanovun şöhrətini daha 

da artırmışdı. O, SSRİ-də və dünyanın 

bir sıra ölkələrindəki həmkarları arasında 

böyük nüfuza malik idi.

Şərq və Qərb estetikasını, xüsusilə 

Qədim yunan, Qədim Roma, Orta əsr 

Avropa, Orta əsr Şərq estetikasının əsl 

mahiyyətini, başlıca xüsusiyyətlərini 

məharətlə tədqiq etmişdir. O, eyni zaman-

da, Qədim yunan estetikasının korifeyləri 

Demokrit, Heraklit, Sokrat, Aristotelin 

estetik görüşlərini məharətlə araşdırmış, 

təhlil etmiş, həmişə öz dəyərini saxlayan 

fikir və mülahizələri nəzərə çatdırmışdır.

Görkəmli alman filosofu və estetiki 

Hegelin başlıca konsepsiyalarının əsl 

mahiyyətini Azərbaycan oxucularına, 

gənc tədqiqatçılara çatdırmaq sahəsində 

də Aslan müəllimin böyük əməyi olmuş-

dur.

İntibah dövrünün estetikası da 



görkəmli alimin tədqiqat obyektində 

xüsusi yer tutmaqla, bu elm üçün çox ma-

raqlı olan məsələləri aşkara çıxarmışdır.

Akademik A.Aslanov milli və 

bəşəri dəyərləri bir-birilə çox məharətlə 

əlaqələndirir, bunların ümumtərbiyə-

tərəqqi prosesində mühüm rol oynadığını 

ağılabatan, inandırıcı müddəalarla sübuta 

yetirirdi. O, keçmiş SSRİ-də və dün-

yanın bir sıra inkişaf etmiş ölkələrində 

keçirilən beynəlxalq elmi məclislərdə 

əsas diqqəti dönə-dönə ona yönəldirdi 

ki, hər bir xalqın estetik mədəniyyəti, 

estetik fikirləri artırılıb-əskildilmədən 

daha konkret şəkildə göstərilməli, şərh 

olunmalıdır. O, Azərbaycan estetika-

sını-estetik fikirlərini çox zaman Şərq 

xalqlarının estetik fikirləri adı ilə nəzərə 

çatdırmağı ziyanlı sayırdı. Eyni zamanda, 

Azərbaycanda estetik fikrin yalnız bədii 

əsərlərdə öz əksini, təcəssümünü tap-

ması haqqındakı mülahizələrin birtərəfli 

olmasını göstərirdi. Faktlara, əldə olan 

mənbələrə istinad edərək deyirdi ki, 

estetik fikir Nizami, Xaqani, Füzuli, 

Nəsimi kimi dahi şairlərin bədii əsərləri 

ilə yanaşı, müxtəlif fəlsəfi, poetik trak-

tatlarda, risalələrdə öz əksini tapmışdır. 

Tədqiqatlar Azərbaycanda estetik fikrin 

xronoloji cəhətdən XII əsrdən başlanması 

haqqında mülahizələrin də yanlış olduğu-

nu göstərir. Aşkar edilən yeni mənbələr 

Azərbaycanda estetik, ədəbi-tənqidi fikir 

tarixinin hələlik VII əsrə qədər qabaqlara 

çəkməyə imkan verir.

Aslan müəllim bu konsepsiyanı ömrü-

nün son illərində rəhbərlik etdiyi Fəlsəfə 

və Hüquq İnstitutunun elmi məclislərində 

də dönə- dönə gənc alimlərin nəzərinə 

çatdırır, bu istiqamətdə tədqiqatları 

dərinləşdirməyi zəruri sayırdı.

Bütün yaradıcılığı boyu maraqlı 

fikirləri, orijinal deyimləri ilə esteti-

ka aləmini zənginləşdirməyə çalışan 

alimin "İncəsənət və tərbiyə" adlı ilk 

fundamental əsəri (elmi redaktoru, 

akademik, fəlsəfə elmləri doktoru, 

professor Fuad Qasımzadədir) 1967-

ci ildə "Gənclik" nəşriyyatı tərəfindən 

çap olunmuşdur. "İncəsənət və tərbiyə 

probleminin tarixinə dair", "Gözəllik və 

incəsənətin idraki-tərbiyəvi əhəmiyyəti", 

"İncəsənətdə mənəvi gözəlliyin 

təcəssümü və onun ictimai tərbiyədə 

rolu", "İncəsənət və onun xalq həyatına 

təsiri" bölmələrinin hər birində çox böyük 

elmi-nəzəri mahiyyət kəsb edən fikirlər, 

başlıca müddəalar heyrət və heyranlıq 

yaradan bir tərzdə irəli sürülmüşdür.

A.Aslanov uzun illər müxtəlif janrlı 

sənət əsərlərinin--faktiki materialların 

təhlili əsasında başa gətirdiyi həmin 

monoqrafiyanın "İncəsənət və tərbiyə 

probleminin tarixinə dair" bölməsində ya-

zır: "...Sənət yenə də... qəlbləri fəth edir, 

insanları öz əzəmətli səsi ilə xeyirxahlığa, 

xoşbəxtliyə, mənəvi amallar uğrunda 

mübarizəyə, rəşadətə səsləyir.

Sənət bahadırının qüvvət, güc və 

müzzəmliyi ilə yanaşı xüsusi bir şövqü, 

başqa mühüm bir üstünlüyü də vardır. 

Bu da onun gözəlliklə, insan qəlbi ilə 

gözəllik qanunları əsasında rəftarıdır. 

Özünün ahəngi, məlahətli səsi və sözü, 

plastik qaməti, mütərəqqi ideya məzmunu 

ilə sənət insanının hisslərini bir anda ələ 

almaq, insan ruhunun ən dərin guşələrinə 

nüfuz etmək, onu ehtizaza gətirmək, 

insana öz qüvvəsini anlatmaq, insanı 

ucaltmaq, yüksəltmək kimi bir qüdrətə 

malikdir".

Respublikamızın  ali təhsil ocaqları 

üçün zəruri sayılan, Azərbaycan SSR  

Ali və Orta İxtisas  Təhsili Nazirliyi 

tərəfindən  1979-cu ildə təsdiq edilərək 

"Maarif"  nəşriyyatında  çap olunan  

"Marksist-leninçi estetikanın əsasları" 

dərs vəsaiti  də  akademik A. Aslanovun  

təşəbbüsü, rəhbərliyi  sahəsində  araya-

ərsəyə  gəlmişdir. Onu da  qeyd edək ki, o 

dövr üçün çox zəruri olan, ali və orta  ix-

tisas  məktəblərində çalışan müəllimlərin, 

təhsil alan tələbələrin  ehtiyacını ödəmək  

baxımından mühüm əhəmiyyət kəsb edən 

bu dəyərli vəsait də Aslan  müəllimin 

rəhbərlik etdiyi  estetika və etika  kafed-

rası  əməkdaşlarının yaradıcılıq  axtarış-

ları sayəsində mümkün olmuşdur. 

Estetik fikrin tarixi  inkişaf  qanu-

nauyğunluqlarının Şərq estetikası isə 

Qərb estetikasının qarşılıqlı əlaqədar  

kontekstində   işıqlandırılmasına həsr 

olunan "Estetika aləmində" əsəri aka-

demik Aslan Aslanovun  fundamental 

tədqiqatlarının çox dəyərli nəticəsi kimi  

qiymətləndirilir.

Əlbəttə, estetik aləmin, sənətin 

sehrinə düşən bu nəcib qəlb, həssas zövq 

sahibi onun bilavasitə yaradıcılarından 

birinə çevrilməyə bilməzdi. Əlinə qələm 

aldığı vaxtdan şeir də yazırdı. O ən 

ülvi, ən vacib mətləbləri, Azərbaycan 

təbiətinin əsrarəngiz gözəlliyini şeirlə, 

nəğmələrlə tərənnüm etməyi, müxtəlif 

qəbildən olan insanlara çatdırmağı vacib 

sayırdı:


Aslan Aslanov təbiətən lirik şair idi. 

Bunu hələ  keçən əsrin 50-60-cı illərində 

nəşr olunan şeir kitablarından da görmək 

olur. "Səni düşünürəm" (şeirlər və mah-

nılar, Bakı, 1958), "Qızlar və bənövşələr" 

(şeirlər və poemalar, Bakı, 1961) hələ 

o zaman sənətsevərlərin diqqətini cəlb 

etmişdi.


Aslan müəllim şairliklə estetikliyi 

qoşa qanad kimi xüsusi bir ahəngdə, 

vəhdətdə davam etdirirdi. Nəğməkar 

şair kimi ad çıxarması ilə fərəhlənirdi. 

Təsadüfi deyildir ki, "Yazıçı" 

nəşriyyatının 1985-ci ildə çap etdiyi 

şeirlər kitabını da "Nəğməli günlərim" 

adlandırmışdı. 

A.Aslanovun poeziyasında 

Azərbaycan təbiətinin gözəllikləri

ülvilikləri xüsusi bir ahəngdarlıqla 

tərənnüm olunur. Təbiət mənzərələri, 

insanın təbiətə estetik münasibəti ən incə, 

kövrək hisslərlə nəzərə çatdırılır.

Doğma Azərbaycanın zəngin 

təbiəti ilə yanaşı, ictimai-siyasi həyatı 

da Aslan müəllimin poeziyasından 

yan keçməmişdir. Erməni faşistlərinin 

1988-ci ildən başladığı elanolunmamış 

müharibə şair qəlbini dilə gətirmiş, dərin 

vətənpərvərlik ruhu ilə aşılanan mübariz 

misralarını yaratmışdır:



Qarabağım uca dağdır əyilməz!

Dost köynəyi yad əyninə geyilməz!

Köhnə yurda təzə adlar qoyulmaz!

Bu gün biz hamımız qarabağlıyıq,

Bu torpağa, bu diyara bağlıyıq!..

Əsirlikdə qalan torpaqlarımızın, 

şəhid kəndlərimizin, şəhərlərimizin taleyi 

Aslan müəllimi ciddi narahat edirdi. O da 

xalqımızın digər mütərəqqi ziyalıları kimi 

Şuşa həsrətinə dözə bilmirdi. Bu hisslər, 

bu həyəcanlar "Hardasan, igid oğlan" 

nəğmə mətninin yazılmasına səbəb ol-

muşdu. O, sənət dostu, bəstəkar Süley-

man Ələsgərovla bu nəğmənin üzərində 

işləmiş igid əsgərlərimizi qələbəyə 

ruhlandıran bir sənət incisi yaratmışdır:



Hardasan, ey igid, şanlı qəhrəman? 

Sədləri uçurub yıxacaq oğlan!

Şuşa qalasına cumub ilk dəfə, 

Üçrəngli bayrağı taxacaq oğlan!

İnanırıq ki, Aslan müəllimin arzuları 

çin olacaq, elmi-bədii əsərlərində irəli 

sürdüyü mənəvi-estetik ideallar müstəqil 

Azərbaycanımızın tərəqqisi naminə 

fəaliyyət göstərən nəsillərin tərbiyəsində 

mühüm rol oynayacaq. 

İyirmi ildən çoxdur ki, Aslan 

müəllimin bu gözəl, istəkli Vətən oğlu-

nun, Azərbaycan təbiətinin gözəlliklərini, 

ülviliklərini tərənnüm edən nəğməkar 

şairin, görkəmli estetik alimin səsini eşit-

mir, mehriban nurani çöhrəsini görmürük. 

Ancaq hər an xatırlayırıq Aslan müəllimi. 

Elə dünyaya gəldiyi Ağstafada, Qazax 

elində, həyatının, yaradıcılığının böyük 

bir dövrü ilə bağlı olan Bakı Dövlət 

Universitetində, Azərbaycan Dövlət 

Mədəniyyət və İncəsənət Universitetində, 

Respublika Elmlər Akademiyasında da 

dərin hörmət və ehtiramla xatırlayırlar 

Aslan müəllimi.

Elinə-obasına, xalqına can-başla, 

təmənnasız xidməti həyat – yaşamaq 

idealına çevirənlər, bax beləcə ürəklərdə, 

xoş, ülvi xatirələrdə yaşayırlar. Elə yaşa-

yırlar ki, öləndən sonra unudulmurlar.

Azərbaycan Respublikası Elmlər 

Akademiyasının həqiqi üzvü, ictimai 

elmlər üzrə akademik katibi, fəlsəfə 

elmləri doktoru, professor, Əməkdar elm 

xadimi, SSRİ-nin ali təhsil əlaçısı, SSRİ 

və Azərbaycan Yazıçıları ittifaqlarının 

üzvu və s. elmi və fəxri adlara alın təri, 

çəkdiyi zəhmətin sayəsində nail olan 

Aslan müəllimin özünəməxsus təbiəti var 

idi. Sadəliyi, istiqanlılığı, elsevərliyi ilə 

diqqəti cəlb edirdi. Zəruri hallarda, lazım 

gələn məqamda təsirli, orijinal söz demək 

bacarığı ilə seçilirdi Aslan müəllim. 

Bu gözəl insani keyfiyyətləri özünün 

parlaq şəxsi nümunəsi ilə rəhbəri olduğu 

aspirant, dissertant və doktorantlara da 

aşılayırdı akademik Aslan Aslanov.

Bu il avqust  ayının 20-də elinə-

obasına  qəlbən bağlı olan fədakar alim, 

ən başlıcası mahir estetik, nəğməkar şair 

kimi elm-təhsil, mədəniyyət aləmində 

fəxri yer tutan akademik Aslan Aslano-

vun 90 yaşı tamam olur. Bu günlərdə 

yubiley ərəfəsində 69 il ömür yaşayan, 

dərin  vətənpərvərlik hissi ilə yazıb-yara-

dan və elm-təhsil quruculuğu sahəsində  

fədakarlıqla çalışan alimin ömür yoluna 

işıq tutmaq hər birimizin vətəndaşlıq 

borcu kimi  dəyərləndirilməlidir. İnanırıq 

ki, ustadın yetirmələri, habelə  vaxtilə  

möhtəşəm elm-təhsil ocaqlarında çiyin-

çiyinə çalışdığı həmkarları müxtəlif xa-

rakterli anım, yubiley təbbirlərində  Aslan 

müəllimin  adına layiq çıxışları, habelə 

mətbuatda dərc  etdirdikləri yazıları ilə 

onun ruhunu şad edəcəklər.

 

VİDADİ XƏLİLOV, 



pedaqogika üzrə elmlər doktoru, 

professor, Rusiya Pedaqoji və 

Sosial Elmlər Akademiyasının həqiqi 

üzvü, Azərbaycan Respublikasının 

Əməkdar müəllimi

 

ˆ

Hərdən mənə elə  gəlir ki, 



“Böyük dayaq” filmində hadisələrin 

cərəyan etdiyi kənddə böyümüşəm. Bu 

kəndin adamlarında da,  təbiətində  

də  bir  doğmalıq var. Mən də kənddə 

doğulmuşam, kolxozun, təsərrüfatın, 

torpağın nə demək olduğunu yaxşı 

bilirəm. Sevirdim bu filmi. Dəfələrlə ona 

tamaşa etmişəm və hər dəfə  qəlbimə, 

ruhuma yaxın  epizodlarla rastlaşmışam. 

Elə indi də  bu  filmə tamaşa edəndə  

ruhum təzələnir, uşaqlığımın  və 

gəncliyimin  xoş anları  gözlərim 

qarşısında  canlanır. Demək istəyirəm ki, 

haqqında söz açdığım  kinorejissor Həbib 

İsmayılov  filmindəki hadisələri  o qədər  

ustalıqla ümumiləşdirə bilib ki, bu kənd  

hamımız  üçün, kəndi sevən, onun havası ilə yaşayan 

bütün insanlar üçün doğmalaşıb.

Mən Həbib İsmayılovu 

görməmişdim, onun adı ilə 

ancaq, filmlərin titrlərində 

rastlaşmışdım. Deyilənə  

görə,  Həbib İsmayılovu təkcə 

sənətinə   görə yox,  yüksək 

insani keyfiyyətlərinə  görə də 

sevir və hörmət bəsləyirdilər.

Həbib Ələkbər oğlu İsma-

yılov  Naxçıvanda  doğulmuş-

du. Burada orta təhsil almış, 

sonra isə təhsilini Azərbaycan 

Dövlət Teatr İnstitutunda (İn-

diki Mədəniyyət  və İncəsənət 

Universiteti)   davam etdir-

mişdi. Moskva Dövlət Teatr 

Sənəti İnstitutunda isə aktyor-

luq və  rejissorluq sənətinə 

yiyələnmişdi. 1936-cı ildə  

Gəncə  Teatrında   əmək 

fəaliyyətinə başlayan  rejissor  

bu teatrın bədii rəhbəri olmuş-

du. Burada onun  quruluşunda   

Azərbaycan klassiklərindən 

M.F. Axundovun “Lənkəran 

xanının vəziri”, C. 

Məmmədquluzadənin 

“Ölülər”, C.Cabbarlının  

“1905-ci ildə”  pyesləri tama-

şaya  qoyulmuşdu. Sonralar  

Mahaçqala və Bakı  teatrla-

rında   bədii rəhbər, rejissor 

və baş  rejissor  vəzifələrində  

çalışmışdı.

Həbib  İsmayılov  Musi-

qili Komediya Teatrının ilk  

bədii rəhbəri olmuş, bura-

da  Z.Hacıbəyovun  “Aşıq 

Qərib” operasına (1939), 

B.Aleksandrovun “Molinov-

kada toy”,  S.Rüstəmovun 

“Beş manatlıq gəlin”(1940) 

musiqili komediyasına  quru-

luş  vermişdir.

Bu görkəmli  rejissorun  

kinematoqrafda da  bir  sıra  

uğurlu  işləri olmuşdur. Onun 

lentə aldığı sənədli  filmlərdə 

ölkəmizin  real həyat faktları  

öz  dolğun əksini tapmışdır. 

“Naxçıvan”, “Pambıqçılıqda 

qabaqcıl metodların tətbiqi”, 

“Cəfər Cabbarlı”,   “SSRİ-

nin himni “, “Torpaq və onun 

münbitliyi” və digər  filmlər  

ekran həlli baxımından  çox 

maraqlıdır. O, Dağıstan 

Muxtar  Respublikasının 25  

illik yubileyi ilə bağlı  sənədli  

film çəkmişdir.

İllər ötdükcə  Həbib 

İsmayılov bədii kinoda da  

özünü  sınamaq  qərarına  

gəlmişdi. Bu  elə bir  dövr 

idi ki,  Azərbaycan kinosu   

müharibədən sonra  tədricən  

dirçəlməyə başlamışdı.  

1958-ci ildə   o, Anna  Yan ilə  

birgə yazdığı ssenari əsasında 

ilk bədii   filmini - “Ögey  

ana”nı çəkdi. Ailə-məişət 

mövzusunda  çəkilmiş  bu  

film kino  tariximizin  dəyərli  

nümunələrindən biri olmaqla   

60 ilə yaxındır ki, ekranları-

mızda sevilə-sevilə baxılır. 

Bu filmdə  hər şey  gözəldir: 

aktyor seçimi də, natura  

çəkilişləri də, musiqi də. Ba-

laca İsmayıl  rolunun ifaçısı  

Ceyhun Mirzəyevin oyunu isə 

əsl mənada  şedevrdir. Həbib 

İsmayılovun ən böyük  uğur-

larından biri də məhz  balaca  

Ceyhunu  “kəşf” etməsi idi.  

Dilarə rolunun ifaçısı Nəcibə 

Məlikova  öz oyunu ilə  filmə  

xüsusi  bir ovqat gətirmişdir.   

Ələsgər Ələkbərov, Nəsibə 

Zeynalova, Fateh Fətullayev , 

Həqiqət Rzayeva  kimi tanın-

mış aktyorlarla yanaşı Əzizə 

Məmmədova, Hacı Murad 

kimi  gənclərin də   filmin 

uğurlu alınmasında  mühüm 

əməkləri olmuşdur.

Rejissor “Böyük dayaq”  

filminə 1962-ci ildə ekran  

həyatı  vermişdir. Əvvəldə  

qeyd etdiyimiz kimi,  “Bö-

yük dayaq”,  hər şeydən 

əvvəl, yüksək  səmimiyyətlə   

çəkilmiş  filmdir. Xalq 

yazıçısı Mirzə İbrahimovun 

eyniadlı  romanı əsasında 

ekranlaşdırdığı  bu  filmdə  

Həbib İsmayılov  sanki 

hadisələrin ortasındadır. 

O, hər  şeyi müşahidə edir, 

özü  seyriçi kimi qalmır və 

müəllif ideyalarından  doğan 

həqiqətləri  qəhrəmanların  

dili ilə  tamaşaçıya  çatdırır. 

O, ikinci  dəfə idi ki, Ələsgər 

Ələkbərovu  öz filmində 

çəkirdi. Rüstəm kişi  böyük 

aktyorun ifasında   olduq-

ca  maraqlı  və yaddaqalan 

obrazdır. Filmdə Rüstəm kişi  

gözəl ailə başçısı,  səriştəli 

təsərrüfat  rəhbəridi. Ancaq  

rejissor onu ideallaşdırmır. O, 

səhvlər buraxır, ətrafındakı 

dələduzlara inanır, nəticədə 

isə arxadan zərbə alır.

Filmdə  bir ana  obrazı da 

var. Səkinə rolu  ekranlarda  

gördüyümüz  ana rollarından   

bir sıra  xüsusiyyətləri ilə  

fərqlənir. O, təkcə övladları-

nı  ürəkdən sevən ana deyil,  

gözəl həyat yoldaşı, mehriban 

qayınanadır. Aktrisa  Leyla 

Rzayevanın bu rolu o qədər 

səmimi, o qədər təbiidir ki, 

onun kinoda  oynadığını 

təsəvvür etmək belə çətindir. 

Yenə  qayıdıram  əvvəlki  

fikirlərimin üzərinə. Bu  

film  kənddə  yaşamış, 

onun  gözəlliklərini  dadmış,  

problemlərindən  xəbərdar 

olan hər  kəs  üçün  əziz və 

doğmadır.Amma  filmdə kənd  

həyatı əsas  süjet olsa da,  

buradakı  insan xarakterləri, 

münaqişələr,  zəngin 

konfliktlər  onu daha baxımlı 

etmişdir.

Həbib İsmayılov  

Azərbaycan kinosunda 

məhsuldar  işləməsə  də, 

kino  tariximiz üçün  çox 

dəyərli  filmlər  yaratmış-

dır. Onun əməyi yüksək 

qiymətləndirilmş, Əməkdar 

incəsənət xadimi fəxri adına  

layiq  görülmüşdür.

Mənalı  yaradıcı həyat 

yolu keçmiş  rejissor Həbib 

İsmayılov 31 dekabr 1966-cı 

ildə vəfat edib.Onun  xatirəsi   

xalqımızın qəlbində filmləri 

kimi əbədi yaşayacaq.

M.MÜKƏRRƏMOĞLU, 

“Xalq qəzeti”

Neft yataqlarında yeni istehsalat obyektləri tikilir

 

ˆ

SOCAR-ın “Azneft” İstehsalat Birliyi 



tərəfindən neft və qaz hasilatının sabit şəkildə 

davam etdirilməsi istiqamətində mühüm işlər 

görülür. Hazırda yeni neft və qaz quyularının 

qazılması üçün perspektivli sahələrin 

genişləndirilməsi və əlavə istehsalat sahələrinin 

tikintisi üzrə işlər planlı şəkildə həyata keçirilir.

Birliyin istismar et-

diyi yataqlar arasında 

öz zənginliyi ilə seçilən 

“Günəşli” yatağında da bu 

istiqamətdə mühüm işlər 

görülür. Hazırda 28 May” 

adına Neft və Qazçıxarma 

İdarəsinin istismar etdiyi 

“Günəşli” yatağının dayaz 

sulu hissəsində yerləşən 14 

saylı dərin dəniz özülündə 

növbəti iki quyunun qazıl-

ması üzrə yenidənqurma 

işləri davam etdirilir. Yaxın 

günlərdə quyu şaxtaları 

quraşdırılacaq. Bununla 

yanaşı, adıçəkilən yataqda 

yenicə istismara verilmiş 7 

saylı dərin dəniz özülündə 

ikinci qazma qurğusunun 

avadanlıqlarının quraşdırıl-

ması işlərinə başlanılmışdır. 

Xatırladaq ki, yeni özüldə 20 

quyunun qazılması nəzərdə 

tutulur. Yeni  avadanlığın 

quraşdırılması isə bu işləri 

daha da sürətləndirəcək. 

Dünyada ilk dəfə açıq 

dənizdə neftçıxarmanın əsası 

qoyulmuş “Neft Daşları” yata-

ğında da bu baxımdan mühüm 

tədbirlər həyata keçirilir. Neft 

Daşları Neft və Qazçıxarma 

İdarəsinin istismar etdiyi 

yataqdakı 2585 saylı özüldən 

növbəti 8 quyunun qazılma-

sı üçün maneçilik törədən 

mövcud texnoloji xətlərin və 

avadanlıqların köçürülməsi 

və yenidən qurulması işləri 

davam etdirilir. 

N.Nərimanov adına Neft 

və Qazçıxarma İdarəsinin 2 

saylı qazma məntəqəsinin 

tikintisi işləri çərçivəsində isə 

4 ədəd dayaq bloku və digər 

metal konstruksiyalar (aralıq 

seksiyaları, yanalma meydan-

çaları və s.) tikinti nöqtəsinə 

nəql olunmuşdur. Növbəti 

mərhələdə isə daha iki ədəd 

dayaq blokunun nəqli plan-

laşdırılır. Xatırladaq ki, bütün 

bu işlərin sifarişçisi  “Azneft” 

İstehsalat Birliyidir.

Birliyin sifarişi ilə 

neft-qaz infrastrukturu-

nun təkmilləşdirilməsi 

istiqamətində tikinti-quraşdır-

ma işləri davam etdirilir.

M. YAQUBZADƏ, 

“Xalq qəzeti”

Akademik Aslan Aslanov  – 90

Həbib İsmayılov-110

Görkəmli alim, pedaqoq, şair

O, həyatda olduğu qədər 

sənətdə də səmimi idi

Şamaxıda şəhidlərin medalları 

valideynlərinə təqdim edildi

 

ˆ

Şamaxıda Azərbaycan Respublikası 



Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin 

birgə təşkilatçılığı ilə iyulun 23-də "Milli 

ordumuz – milli qürurumuzdur" devizi altında 

vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə 

Müdafiə Nazirliyinin rəsmiləri, rayon rəhbərləri, 

veteranlar, şəhid ailələri, rayon ictimaiyyətinin 

nümayəndələri iştirak etmişlər.

İlk öncə Azərbaycanın 

müstəqilliyi və ərazi bütövlüyü 

uğrunda şəhid olanların xatirəsi 

bir dəqiqəlik sükutla yad edil-

mişdir.


Tədbiri giriş sözü ilə açan 

rayon icra hakimiyyətinin 

başçısı Asif Ağayev çıxı-

şında Azərbaycan Silahlı 

Qüvvələrinin yaranması 

tarixindən, ulu öndər Heydər 

Əliyevin ordu quruculuğunda 

müstəsna xidmətlərindən və 

bu siyasətin Prezident, Ali 

Baş Komandan cənab İlham 

Əliyev tərəfindən uğurla davam 

etdirilməsindən bəhs etmişdir. 

Vurğulanmışdır ki, bu gün 

Azərbaycan Silahlı Qüvvələri 

qarşısına qoyulan hər hansı dö-

yüş tapşırığını yerinə yetirməyə 

tam hazır və qadirdir. 

RİH başçısı aprel 

döyüşlərində ordumuzun 

şanlı qələbəsindən bəhs 

edərək bu döyüşlərin bir 

daha Azərbaycan dövlətinin 

qüdrətini, Azərbaycan ordu-

sunun gücünü, xalqımızın 

həmrəyliyini, ölkə rəhbərliyinin 

qətiyyətini göstərdiyini vur-

ğulamışdır. Qeyd olunmuşdur 

ki, Azərbaycan əsgəri aprel 

döyüşləri zamanı qazandığı 

uğur və qələbələrlə xalqımı-

za zəfər sevinci yaşatmışdır. 

Həmin döyüşlərdə respub-

likanın digər bölgələrinin 

gəncləri, oğulları kimi şamaxılı 

vətənpərvər igidlər də şəxsi 

rəşadət və şücaət göstərmişlər. 

Onlardan üç nəfəri şəhidlik 

zirvəsinə ucalmışdır.

Tədbirdə çıxış edən Müdafiə 

Nazirliyinin zabiti, Prezidentin 

təqaüdçüsü, polkovnik Abdul-

la Qurbani şəhidlik zirvəsinə 

ucalan gənclərin təltifləri barədə 

məlumat verərək bildirmişdir 

ki, Şamaxı rayonunun Çuxur-

yurd kəndindən olan manqa 

komandiri Kaçayev Samir 

Ziyətdin oğlu Azərbaycan 

Respublikasının Prezidenti 

cənab İlham Əliyevin sərəncamı 

ilə "İgidliyə görə" medalı ilə, 

rayonun Göylər kəndindən olan 

əsgər Səmədov Elşən Səlim 

oğlu və Şamaxı şəhərindən olan 

Zəkərəyev Nazim Nadir oğlu 

"Hərbi xidmətdə fərqlənməyə 

görə" 3-cü dərəcəli medalla 

təltif olunmuşlar.

Medallar tədbir iştirak-

çılarının alqışları altında 

şəhidlərin valideynlərinə 

təqdim edilmişdir.



İlqar HƏSƏNOV, 

"Xalq qəzeti"nin 

bölgə müxbiri

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə