99
Natural təsərrüfat - tarixən insanların bir cəmiyyət
kimi yaşamağa başladıqları dövrün ilk təsərrüfat forma-
sıdır. Bu cür tipli təsərrüfatda istehsal olunan məhsullar,
bilavasitə həmin məhsulları istehsal edənlərin özlərinin və
ailələrinin ehtiyaclarına gedirdi. Ona
görə də bəzən natural
təsərrüfatı ev, ailə, qapalı təsərrüfat da adlandırırlar. Natu-
ral təsərrüfatın əsasını əkinçilik, maldarlıq və ev sənayesi
(sənətkarlıq məhsulları xalça-palaz hazırlanması, bəzək
şeyləri, corab, tikiş məmulatları təşkil etmişdi.
Natural təsərrüfat, müəyyən istisnalarla, bazar üçün
məhsullar istehsal etmədiyindən, burada tələblə - təklif,
yaxud istehsalla-istehlak üst-üstə düşürdü.
Bu təsərrüfat formasında işlədilən alət və müxtəlif
təyinatlı avadanlıqlar son dərəcə sadə-bəsit olmuş, həmin
alətlərin əksəriyyəti, istehsalçıların özləri tərəfindən hazır-
lanmışdı.
Natural təsərrüfat formasına - ibtidai icma cəmiyyə-
tində, quldarlıq quruluşunda, feodalizmdə geniş miqyasda
rast gəlinir. Doğrudur, həmin quruluşlarda istehsalçılar öz
hazırladıqları müxtəlif məhsulları bəzən dəyişmiş, bəzən
də satmışlar. Lakin o mühitdə, onlar müxtəlif ehtiyaclarını
məhz özləri təmin etməyə çalışmışlar.
Müasir şəraitdə də Afrika, Asiya, Latın Amerikası-
nın geridə qalmış ölkələrində, ucqar yerlərdə, uzaq adalar-
da natural təsərrüfat forması qalıqlarına rast gəlinir.
İlk təsərrüfat təşkili tipi (forması) olan natural iqtisa-
diyyat (təsərrüfat), ibtidai insanların və cəmiyyətin həya-
tında, şübhəsiz çox böyük rol oynamışdır. İnsanlar natural
təsərrüfat şəraitində min illər boyu yaşamış və fəaliyyət
göstərmişlər.
Lakin cəmiyyətdə tədricən baş vermiş kəmiyyət və