3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

61 
 
göstərir.  Real  həyatda  induksiya  və  deduksiya  metodları-
nın birlikdə tətbiqi və qarşılıqlı əlaqədə təsiri daha səmə-
rəli nəticələr verir. 
Qrafik  təsvirlər  metodu.  İqtisadi,  hadisə  və  pro-
sesləri daha  yaxşı qavrayıb təsəvvür etmək üçün  müxtəlif 
cədvəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur. 
Məsələn, tələblə təklifin dəyişməsini, əmək haqqı ilə əha-
linin iqtisadi-sosial vəziyyətinin asılılığını, inflyasiya pro-
sesləri  ilə  əhalinin  məşğulluğu  arasındakı  əlaqəni,  ümumi 
daxili  məhsulun  (ÜDM)  artım  dinamikasını  qrafik  üsul-
larla aydınlaşdırmaq mümkündür. 
Riyazi  modelləşdirmə  metodu.  Bu  metod  iqtisadi 
prosesləri  riyazi  düsturlar,  tənliklər,  qeyri-bərabər  kəmiy-
yətlər  vasitəsilə  ifadə  etməyə  imkan  verir.  Məsələn,  hər 
hansı bir ölkədə tədavüldə nə qədər pulun lazım olduğunu, 
torpaq  sahəsinin  qiymətini,  həyat  səviyyəsi  indeksini, 
xarici  ticarət  əlaqələrinin  səmərəliliyini  məhz  bu  metodla 
hesablayırlar.  Riyazi  modelləşdirmə  metodu  ilə  aparılan 
hesablamalar,  iqtisadi  prosesləri  sadəcə  qeydə  almaqla 
kifayətlənməyib,  eyni  zamanda  həmin  hadisələrin  özünə-
məxsus xüsusiyyətlərini, habelə gələcək inkişaf meyllərini 
müəyyənləşdirməyə  imkan  verir.  Həmin  metod  vasitəsilə 
iqtisadi modellər yaradılır. 
Cəmiyyətdə  baş  verən  mürəkkəb  və  çoxcəhətli  iqti-
sadi  proseslərin  aydınlaşdırılaraq  təhlil  olunmasında,  ha-
belə  perspektiv  təsərrüfat  həyatı  məsələlərinin  həllində 
mühüm vasitə olan iqtisadi metodlar, konkret şəraitə görə 
tətbiq  olunduqda,  habelə  bir-biriylə  əlaqəli  öyrənildikdə, 
şübhəsiz daha faydalı nəticələr əldə edilir. 
Qlobal  və  milli  iqtisadiyyat  çərçivəsində  baş  verən 
ziddiyyətli  proseslərin  müxtəlif  metodlar  vasitəsilə  öyrə-


62 
 
nilməsi iqtisadi nəzəriyyənin metodologiyası adlanır. De-
məli  iqtisadi  nəzəriyyənin  metodologiyası  -  təsərrüfat  hə-
yatındakı  hadisələri  tədqiq  edən  metodlar  haqqında  elm-
dir.  Metodologiya  iqtisadi  proseslərin  öyrənilib  dərk  edil-
məsinə  ümumi  mövqe,  yaxud  vahid  fəlsəfi  yanaşma  zə-
mini ilə səciyyələnir. 
İqtisadi  nəzəriyyənin  ümumi  metodologiyasında  bir 
neçə əsas yanaşmanı, o cümlədən: subyektiv (idealist), po-
zitiv-empirik  (neopozitiv  empirik  və  skeptizm),  rasional, 
dialektik (materialist) baxışları göstərmək olar. 
Subyektiv  yanaşma,  iqtisadi  proseslərin  təhlilinin 
çıxış  nöqtəsi  kimi  subyekti  (“mən”,  homoekonomiks”) 
götürür  və  onun  fəaliyyətinin  (davranışının)  ətraf  mühitə 
münasibətini nəzərdə tutur. 
Pozitiv-empirik  yanaşma,  iqtisadi  hadisələrin  kon-
kret  nəticələrinin  öyrənilməsinə,  gələcəkdə  elmi-texniki 
nailiyyətlər əsasında yeni iqtisadi modellərin tətbiqinə üs-
tünlük verir. 
Rasional  yanaşma,  bütövlükdə  cəmiyyətin  iqtisadi 
sisteminin  inkişafının  hərtərəfli  qiymətləndirilməsini  irəli 
sürür. 
Dialektik yanaşma, iqtisadi prosesləri daimi hərəkət 
və dəyişmə halında götürərək, onların gələcək inkişaf meyl-
lərini araşdırır. 
c)  İqtisadi  nəzəriyyə  bir  elm  kimi  cəmiyyətin  təsər-
rüfat həyatında gedən prosesləri izləyib təhlil etmək və öz 
mülahizələrini bildirmək üçün həmişə iqtisadi kateqoriya-
lara, yaxud anlayışlara, terminlərə müraciət edir. 
İqtisadi kateqoriyalar, iqtisadi hadisələrin və təsərrü-
fat  həyatının  müxtəlif  proseslərinin  ən  mühüm  tərəflərini 
ifadə  edən  nəzəri  anlayışlardır.  Bu  anlayış  və  kateqoriya-


63 
 
lar,  iqtisad elminin ayrı-ayrı cəhətlərini ümumiləşdirilmiş 
şəkildə  ifadə  edən  simvollar,  rəmzlər  kimi  iqtisadi  nəzə-
riyyənin  əlifbası  rolunu  oynayır.  İqtisadi  kateqoriya  və 
anlayışları  öyrənib  dərk  etmədən,  onların  mahiyyətini  və 
təzahür  formalarını,  dəyişilmə  xüsusiyyətlərini  və  trans-
formasiya  gedişini  bilmədən,  təsərrüfat  həyatının  mürək-
kəb proseslərindən baş çıxarıb onları izah etmək mümkün 
deyildir. Müqayisə üçün qeyd etmək olar ki, bədii ədəbiy-
yatın  obrazları  müxtəlif  insanlardısa,  iqtisadi  nəzəriyyə 
elminin “obrazları və surətləri” məhz kateqoriyalardır. 
Məsələn, mülkiyyət, torpaq, bazar, əmtəə, pul, isteh-
sal, bölgü, mübadilə, istehlak, ticarət, kapital, əmək, gəlir, 
iş  qüvvəsi,  faiz,  bank,  renta,  dəyər,  qiymət,  əmək  haqqı, 
ümumi daxili məhsul, həyat səviyyəsi, kapitalist, sahibkar, 
istehsal xərcləri, kredit, investisiya, büdcə kəsiri, mənfəət, 
rəqabət,  tələb,  təklif,  inhisar  iqtisadi  kateqoriyalardır.  Bu 
iqtisadi  anlayışlar  vasitəsilə  həyatda  rastlaşdığımız  təsər-
rüfat problemləri aydınlaşdırılır. 

ç)  İqtisadi  nəzəriyyə  fənnini  öyrənmə  gedişində 
müxtəlif  iqtisadi  qanunların  adı  çəkilir  və  onların  mahiy-
yəti,  təzahür  formaları,  habelə  fəaliyyət  mexanizmi  təhlil 
edilir. 
İqtisadi qanunlar - cəmiyyət həyatının iqtisadi hadisə 
və  prosesləri  arasında  baş  verən,  daimi  təkrar  olunan,  sa-
bit,  möhkəm,  mahiyyəti  təşkil  edən  ən  mühüm  səbəb-
nəticə əlaqələrini ifadə edir. Başqa sözlə, iqtisadi qanunlar 
hadisələrin  və  proseslərin  əsl  mənasını,  məntiqi  ardıcıllı-
ğını,  onların  arasındakı  zəruri  daxili  asılılıq  əlaqələrini 
ifadə edir. 
İqtisadi  qanunlardan  tələb  və  təklif  qanununu, 
əmək  məhsuldarlığının  yüksəldilməsi  qanununu,  son 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə