3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 0,51 Mb.
səhifə1/7
tarix20.10.2017
ölçüsü0,51 Mb.
  1   2   3   4   5   6   7


M Ü N D Ə R İ C A T

Giriş.......................................................................................................... 3

Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati................ 7

1.1. Vilayətin coğrafi mövqeyi, relyefi və geoloji quruluşu............. 7

1.2. İqlimi və aqroiqlim ehtiyatları.................................................... 8

1.3.Torpaqəmələgəlmə şəratinin qısa səciyyəsi ............................... 11

1.4.Hidroloji xüsusiyyətləri............................................................... 27

1.5. Torpaq örtüyünün tərkibi......................................................... 29

1.6. Bitki örtüyünün tərkibi.............................................................. 36

Fəsil II. Torpaqların ekoloji qiymətləndirilməsinin elmi- nəzəri

və metodoloji əsasları........................................................................ 38

2.1 Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri əsasları.... 38

2.2. Torpaqların ekoloji qiymətləndirilməsinin metodoloji cəhətləri... 41

2.3. Torpaqarın ekoloji qiymətləndirilməsi............................................. 43

Fəsil III Lənkəran vilayəti torpaqlarının ekoloji monitorinqi...52

3.1. Hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji

monitorinqin təşkilinin elmi-nəzəri əsasları...................................... 52

3.2. Lənkəran vilayəti torpaqlarının ekoloji monitorinqi..................... 58

Nəticə........................................................................................................... 74

Ədəbiyyat...................................................................................................... 77

Giriş

Mövzunun aktuallığı. Respublikamızda kənd təsərrüfatının inkişafı üçün böyük iqtisadi potensiala malik regionlardan biri Lənkəran təbii-iqtisadi vilayətidir.

Araşdırmalar göstərir ki, son onilliklərdə vilayətdə insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar təbii ekosistemlərə, o cümlədən torpaq örtüyünə antropogen təsirlər getdikcə daha geniş miqyas almağa başlamışdır.Vaxtilə ərazinin 60-65%-ni əhatə edən meşələr hazırda azalaraq 25-30%-ə düşmüş, ovalığı örtən palıd tərkibli kserofil və hirkan tipli meşələr tamamilə məhv edilmişdir. Bu tip meşələr hazırda yalnız dağlıq və dağətayi ərazilərdə qalmışdır.Ərazidə kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması ovalığın bəzi yerlərində qrunt sularının səthə qalxmasına və torpaqların fiziki, su-fiziki və digər xassələrərini pisləşdirməklə onların deqradasiyasına səbəb olmuşdur. Ağır texnikanın, gübrə və meliorantların tətbiqi və maili yamaclarda yerləşmiş plantasiyaların suvarılması dağətəyi sahələrdə torpaqların münbitlik xassələrini, o cümlədən struktur tərkibini pisləşdirmiş əkin və əkinaltı qatların kipliyini artıraraq eroziyaya qarşı müqavimətini zəiflətmişdir.Digər tərəfdən ərazinin özünəməxsus təbii-ekoloji şəraiti fonunda olduqca əlverişsiz demoqrafik göstəriciləri, əhalinin yüksək sıxlığı və yaşayış məntəqələrinin daim genişlənməsi həm ekoloji şəraitə,həm də torpaq münasibətlərinə bilavasitə və dolayısı ilə təsir göstərməkdədir.

Lənkaran fiziki-coğrafi vilayəti respublika üzrə əhalinin torpaqla ən az təmin olunduğu regionlardan biridir. Bu isə ekoloji problemlərlə yanaşı, sosial-iqtisadi gərginlik üçündə zəmin yaradır.

Bu da ərazidə təsərrüfat kompleksinin təkmilləşdirilməsinə,ayrı-ayrı sahələrin, xüsusəndə kənd təsərrüfatının inkişafına diqqətin azaldılmasını tələb edir. Bu baxımdan vilayətin torpaq fondundan səmərəli istifadə problem,onun ayrı-ayrı təyinatlar üzrə düzgün bölüşdürülməsi,kənd təsərrüfatı torpaqlarının hüquqi mühafizəsi yeni ictimai-iqtisadi şəraitlərdən irəli gələrək aktuallaşmışdır.Ona görədə Lənkəran fiziki-coğrafi vilayətində kənd təsərrüfatının yüksək inkişaf tempini saxlamaqla “insan-təbiət” münasibətlərinin optimallaşdırılması,təbii ekosistemlərin, həmçinin kənd təsərrüfatı istifadəsində olan torpaqların qorunması,münbitliyin artırılması düzgün strategiyanın seçilməsini tələb edir.Belə bir strategiya torpaqların ekoloji qiymətləndirilməsinə,münbitlik göstəriciləri əsasında aqroekoloji(ekoloji) modellərin qurulmasına və torpaq monitorinqi məlumatlarına istinad edilən elmi- nəzəri konsepsiya əsasında qurula bilər.



Tədqiqatın məqsəd və vəzifələri. İşin əsas məqsədi Lənkəran vilayəti hüdudlarında təbii və kənd təsərrüfatı istifadəsində olan torpaq qruplarını və landşaft komplekslərini qiymətləndirmək, torpaq monitorinqi əsasında iri çay hövzələri daxilində torpaqların ekoloji durumunu araşdırmaq və ayrı-ayrı tarixi mərhələlərdə aparılmış tədqiqat materiallarının müqayisəli təhlili(monitorinqi) əsasında torpağın münbitlik göstəricilərinin coxillik dinamikasını öyrənmək və torpaqların ekologiyasında təbii və antropogen səbəblərdən yaranmış tendensiyaları müəyyən etməkdir.

Tədqiqatın bu məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələr irəli sürülmüş və əsasən yerinə yetirilmişdir:

- vilayətin müasir ekoloji şəraitini tədqiq etməklə torpaq örtüyünə antropogen amillərin çoxillik təsirini səciyyələndirmək;

- yeni ictimai-iqtisadi şəraitdə torpaqlarla bağlı yaranmış ekoloji problemləri təhlil etmək.

- Çay, taxıl, üzüm və tərəvəzaltı torpaqların aqroekolojı əsasla, həmçinin torpaq-iqlim düsturlarından istifadə etməklə onun qiymətləndirilməsini aparmaq;

-landşaft komplekslərini müqayisəli şəkildə qimətləndirmək;

-Vilayətin iri ay hövzələrində ayri-ayri tarixi mərhələlərdə aparılmış torpaq tədqiqat materiallarının müqayisəli təhlili (motironqi) əsasında torpağın münbitlikgöstəriçılərinin çox illilik dinamikası öyrənmək və torpaqların ekologiyasında təbii və antropogen səbəblərdən yaranmış tendensiyaları müəyyənləşdirmək



Tədqiqatın obyekti. Tədqiqat obyekti kimi Lənkaran vilayətinin kənd təsərifatına yararlı 124567 ha sahəsi, əsasən çay, sitrus, üzüm, taxıl, tərəvəzaltı torpaqlar götürülmüşdür.Ümümüləşdirilmiş tədqiqat obyekti 636338 hektar əhatə etmişdir.

Tədqiqatın informasiya bazası və işlənmə metodları. Torpaqların ekoloji qiymətləndirilməsinin elmi- nəzəri və metodoloji əsasları bir sıra xarici və yerli tədqiqatçıların elmi -tədqiqat işlərində əsaslandırılmış və prinsipləri işlənmişdir. Tədqiqat işində indiyədək mövcud olan və monoqrafiyalarda öz əksini tapan metodoloqiyadan istifadə edilmişdir.

Lənkəran vlayətinin landşaft, torpaq, iqlim və relyefinə dair tədqiqat materialları , tədqiq edilən ərazinin torpaq ( eroziya , şorlaşma və s. ) və təbii şərati haqqında digər tədqiqat materialları toplanmış və təhlil edilmişdir. Eynilə 50-60 –cı və 70-90 cı illər ərzində müxtəlif müəlliflərin tədqiqatları həmin yanaşma ilə təhlil edilmişdir.



Tədqiqatın elmi yeniliyi. Elmi yeniliklər Lənkaran vilayəti üçün kənd təsərufatı bitkilərinin ekolojı tələbinə uyğun qiymət meyarları və təshih əmsalları seçilmiş və torpaqlarını aqroekoloji qiymətləndirilməsi aparılmışdır.

İşin təcrübi əhəmiyyəti. Lənkaran vilayəti torpaqlarının aqroekoloji əsasda qiymətləndirilməsinin təklif olunmuş sistemi qiymətlədirmə işlərinin obyektivliyini artırır.Torpaqların ekoloji qiymət şkalaları və ayrı-ayrı kənd təssufatı bitkilərinin aqroekoloji modelləri torpaq fondundan səmərəli istifadə olunmasına,münbitliyin qorunmasına və artırılmasına xidmət edir.İri çay hövzələri daxilində mühbitlik göstəricilərinin dinamikası üzərində aparılmış müşahidələrin (monitorinqin) nəticələri vilayətin ekologi problemlərinin həllində istifadə oluna bilər.

İşin strukturu. Dissertasiya işi giriş , 3 fəsil, 15 cədvəl, 3 şəkil, yerli və xarici mənbələrdən ibarət ədəbiyyat siyahısı daxil olmaqla səhifədən ibarətdir.

I fəsil. Lənkəran vilayətinin fiziki-coğrafi şəraiti

1.1. Coğrafi mövqeyi, relyefi və geoloji quruluşu.

Lənkəran fiziki-coğrafi vilayəti Azərbaycan Respublikası daxilində mövcud olan təbii- coğrafi vilayətdən biridir. Vilayətin ərazisi şimaldan Kür-Araz ovalığı, şərq və cənub- şərqdən Xəzər dənizi, qərb və cənub-qərbdən İran İslam Respublikası ilə həmsərhəddir. İnzibati baxımdan Lənkəran,Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı inzibati rayonlarını əhatə etməklə vilayətin ümumi sahəsi 636338 hektar olub, respublika ərazisinin 7,36 % -ni təşkil edir.

Lənkəran vilayəti respublikada mühüm kənd təsərrüfatı məhsullarının istehsal olunduğu regionlardan biri hesab olunur. Burada respublikada istehsal olunan çayın 85%-i, tərəvəzin 59%-i sitrusun 100%-i cəmlənmişdir. Əlverişli coğrafi mövqeyi, iqlim-relyef şəraiti, həmçinin mənzərəli dağ landşaft kompleksləri və xəzərsahili qumluqlar burada turizmin inkişafı üçün böyük imkanlar yaradır.

Relyef torpaqəmələgəlmə proseslərində bilavasitə iştirak edir. Onun təsiri altında ərazidə yağıntıların və temperaturun hündürlükdən asılı olaraq dəyişkənliyi baş verir. Relyefin meyilliyi eroziya proseslərinin intensivliyi şərtləndirir. Relyef bitki özlüyünün tərkibinə və sığlığına təsir göstərir. Lənkəran vilayəti relyef və geoloji quruluşuna görə iki hissəyə çevrilir: dağlıq və ovalıq ərazilər. Ərazinin üçdə iki hissəsi dağlardan, üçdə biri ovalıqdan ibarətdir. Vilayətin dağ sistemləri şimal-qərb və cənub-şərq istiqamətlərində uzanaraq, üç qarışıq silsilədən ibarətdir. Talış dağ silsiləsinə doğru yananı istiqamətlənmiş Peştəsər və Alaşar-Burovar silsilələri isə alçaq hündürlükləri ilə seçilir. Silsilələr arasında 1500-1700 m hündürlükdə Diabar və Deman çökəklikləri yerləşmişdir.

Ş.F. Mehdiyevə [36] görə Lənkəran dağ sistemi tektonik baxımdan iri antiklinoridən ibarətdir. Digər silsilələr – Peştəsər və Alaşar-Burovar isə cənub və şimal antiklinorilərinə uyğun olaraq yerləşmişdir.

Dağ silsilələrindən fərqli olaraq Lənkəran ovalığının geoloji tarixi cavandır. Bu ərazi müasir və qədim dördüncü dövr süxurları altında qalmış üçüncü dövrün çöküntülərindən ibarətdir. Vilayətin şimalında Lənkəran ovalığı Kür-Araz ovalığına qovuşur.

Lənkəran ovalığı daxilində də relyef xüsusiyyətlərinə görə iki fərqli rayon ayırmaq mümkündür: birinci rayon, dəniz səviyyəsindən 0-50 m, yüksəlikdə yerləşmiş “sıfırıncı” terras adlanan qədim Xəzərin fəaliyyəti nəticəsində formalaşmış beşinci abrazion-akkumlyativ terras, ikinci rayon “0” hipsometrik yüksəklikdən başlayaraq, dəniz səviyyəsindən 28 m aşağıya qədər olan terras. V.R. Volobuyev [19] ikinci rayonda üç terrasın olduğunu qeyd edir: dördüncü terras 0-15 m, üçüncü terras 15-22 m, ikinci terras 22-24 m .

Bəzi tədqiqatçılar [25] dağ və ovalıq ərazilərinin sərhəddində “dağ ətəyi qursaq” deyilən ərazinin olduğunu qeyd edirlər. Vilayətin qərbində onun yuxarı sərhəddi 500-600 m yüksəklikdən, şərqində isə 50 m-dən keçir. Dağətəyi qurşaqda relyef formalaşdıran amil kimi eroziya prosesləri özünü daha qabarıq şəklidə göstərir [20, 32].



1.2 .İqlimi və aqroiqlim ehtiyatları.

Torpaqəmələgəlmə proseslərində ərazinin iqlim şəraitinin və ayrı-ayrı iqlim ünsürlərinin – yağıntıların, buxarlanma və istiliyin ərazinin bir sıra özünəməxsus cəhətləri ilə şərtlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının bilavasitə Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enməsi Xəzərin üzərindən gətirilən su buxarının kondensasiyası üçün əlverişli şərait yaratmışdır. Qış mövsümündə soyuq və yayda əksinə, isti temperatur şəraitlə seçilən İran dağlıq yaylasının quru kəskin kontinental tipi Talış ilə Peştəsər silsilələri arasındakı zolağın iqliminə təsir göstərmiş, onun quraqlaşmasına səbəb olmuşdur. Nəticədə vilayətin cənubunda yağıntıların anomal paylanmasına 500-700 m-lik yüksəkliyə qədərki ərazidə artması, sonrakı hündürlükdə azalması baş vermişdir. Ə.Ə. Mədətzadənin [30] fikrincə, bu anomaliyaya səbəb İran dağlıq yaylasının quru iqlim şəraitinin təsiri ilə yanaşı, yüksəklikdən asılı olaraq kondensasiyanın kəskin aşağı düşməsidir. Lənkəran vilayətinin şimal və şimal-şərq qurtaracağının iqlim şəraiti də Kür – Araz ovalığının yarımsəhra iqliminin təsiri altında quraqlaşmaya məruz qalmışdır. Müasir tədqiqatçılar [41,42], Lənkəranın iqlimini subtropik iqlimin aralıq dənizi tipinə aid edirlər.

Ə. Əyyubov [ 43,44] Lənkəran vilayəti daxilində iqlim şəraitinə görə bir-birindən fərqli 6 aqroiqlim rayonu olmasını göstərmişdir: Cəlilabad-Qızılağac,Masallı, Lənkəran-Astara, Burovar-Siakar, Lerik-Yardımlı, Diman-Qıryurdu.

Vilayətin Şimalında yerləşmiş Cəlilabad-Qızılağac aqroiqlim rayonunun iqlim şəraiti istilik və rütubətin paylanmasına görə quraq olan Muğan düzənliyinə oxşardır. Burada əsas kənd təsərrüfatı istiqamətli taxılçılıq, üzümçülükdür. Cənuba doğru illik yağıntıların miqdarı tədricən artaraq izafi nəmlik şəraiti ilə səciyyələnən Lənkəran-Astara aqroiqlim rayonuna keçir. Cəlilabad-Qızılağac aqroiqlim rayonunun şimalında yağıntıların miqdarı 300 mm, cənubunda 450mm-ə qədərdir. Bu göstərici Masallı rayonunun şimalında 450-500 mm, cənubda 700mm, Lənkəran-Astara rayonun şimalında 700-900 mm, cənubda 1300 mm, Burovar-Siakar və Lerik-Yardımlı aqroiqlim rayonlarında 600-800 və 1400 mm arasında dəyişir. Temperatur cəminin 10° -dən yuxarı olduğu şəraitdə bu göstərici Cəlilabad-Qızılağac iqlim rayonunda 150-300 mm, Lənkəran-Astarada 765-850 mm-dir. Yağıntılar və buxarlanma şəraitinə uyğun olaraq ərazinin nəmlik göstəricisi (Md) 0,15 (Cəlilabad-Qızılağac) – 0,45 (Lənkəran-Astara) arasında tərəddüd edir (cədvəl 1.1). Burovar-Siakar aqroiqlim rayonunda yağıntılarının nisbətən aşağı göstəricisinə (600-800 mm) baxmayaraq, istilik (∑ t ˃ 10° - 2600-3800 °) və buxarlanmanın azlığı nəmlənmə göstəricisini yüksək etmişdir (Md ˃ 0,45).

Cədvəl 1.1.

Aqroiqlim rayonlarının səciyyəsi



Aqroiqlim rayonları

Nəmlik göstəricisi, (Md) il ərzində

Aprel-sentyabr dövründə yağıntıların miqdarı

İstiliklə təminolma ∑t˃10°

Ehtiyat- qalıq temperaturların cəmi ∑t˃10°

Günəş radiasiyasının cəmi kkal/ sm2

Şaxtasız günlərin sayı

Qar örtüyü-nün

qalınlığı, sm



Cəlilabad-Qızılağac

0,15-0,25

110-170

˃4000

˃2000

130-135

250-280

˃10

Masallı

0,25-0,45

170-290

4000-4500

2000-2600

120-130

240-280

7-10

Lənkəran-Astara

˃0,45

290-590

3800-4500

1800-2600

120-125

260-320

10-35

Burovar-Siakar

˃0,45

290-430

2600-3800

600-1800

125-130

240-260

15-40

Lerik-Yardımlı

0,15-0,25

200-300

2500-3800

500-1800

125-135

200-260

20-40

Diman-Qızyurdu

0,20-0,25

140-200

˂2500

˂500

135-145

˂200

20-30

İlin soyuq dövründə buludluğun çoxalması vilayətin işıq ehtiyyatlarına da öz təsirini göstərmişdir. Lənkəran-Astara aqroiqlim rayonunda cəm radiasiyanın miqdarı Kür-Araz ovalığı ilə müqayisədə 10-15 kkal/sm2 azdır.

Şaxtasız günlərin sayı ərazidən asılı olaraq 160-320 gün arasında dəyişir. 10°-dən yuxarı temperaturların cəmi vilayətin düzən ərazilərində 4000°-dən çoxdur.

Bu, istilik şətatinə daha çox tələbkar olan bitkilərin, çay,sitrus,feyxua , dəfnə, çəltik və digərlərinin becərilməsi üçün əlverişli şərait yaratmışdır. Bununla belə bu bitkilərin Lənkəran – Astara, Masallı və Burovar-Siakar rayonlarında geniş yayılması qrunt suyunun səthə yaxınlığı, qış fəslində temperaturların bəzən aşağı düşməsi , izafi turşuluq və digər səbəblərdən məhdudlaşmışdır.

Lənkəran-Astara rayonunda mütləg minimum temperaturların qərbi Gürcustanın subtropikləri ilə müqayisədə 2-30 aşağı olması subtropik bitkilərin qışlama şəraitini pisləşdirir ki, bu da sitrusçuluğun coğrafiyasını məhdudlaşdöran amillərdən hesab olunur.

Talışın dağlıq əraziləri özünəməxsus agroiqlim şəraitilə seçilir və Lənkəran vilayətinin digər regionlarından quraqlığı ilə fərglənir. Burada nəmlik göstəricisinin (Md) illik ölçüsü meşə qurşağının yuxarı sərhədlərində 0,45- ə bərabədirsə, 1500 m-dən yüksəkdə bu ölçü 0,25-0,35- ə enir. Ərazidə 10-dan yuxarı temperaturların cəmi də dağlıq rayonlarda aşağı düşərək 2000-3800 arasında tərəddud edir.

Vilayətin şimalında iqlim şəraiti tərəvəz, üzüm, taxıl və bir sıra digər bitkilərin yetişdirilməsi üçün əlverişlidir



1.3. Torpaqəmələgəlmə şəratinin qısa səciyyəsi

Torpaq əmələgəlmə prosesində ana suxurların kimyəvi tərkibini və fiziki xassələrinin böyük əhəmiyyəti vardır.

Torpaqəmələgəlmələrin suxur öz mineraloji, mexaniki, kimyəvi və fiziki xüsusiyyətlərini bilavasitə torpağa keçirməklə onun münbitlik xassələrinin formalaşmasında bilavasitə iştirak edir. O qida elementləri ilə nə qədər zəngin olarsa, torpaqda o qədər münbik olacaq və əksinə ana suxur öz tərkibinə görə nə qədər kasıb olarsa, torpağın keyfiyyəti də aşağı olacaqdır. Ana suxurun sıxlığı, məsaməliyi, istilik və sukeçirmə qabiliyyəti torpağın da bu xüsusiyyətini müəyyən edir. Lənkaran vilayətinda torpaqəmələgətirən suxurlar öz mənşəyinə görə 2 qrupa bölünür: vulkanogen və çökmə suxurlar. Vulkanogen suxurlarda öz növbəsində intuziv effuziv, vulkan qalıglı, tuflu-çökmə hissələrə ayrılırlar. Bu suxurlarının hamısı mənşəyindən asılı olmayaraq villayətdəki torpaqəmələgəlmə proseslərində iştirak edirlər.

Intuziv və effuziv suxurlar alüminium və dəmir tərkibdə olub, qələvi reaksiyaya malikdir. Onlar əsasən vilayətdəki dağrın cənub-qərbində yayılmışdır. Bu suxurlar pirit, teşenit, norit, qabrro və qabrro diorit minerallarla təmsil olunmuşlar.

Tufogen çökmə və çəkmə suxurlar paleosen, eosen və miosen çöküntülərinin vacib elementləridir. Bu suxurlar zəif kipləşmiş qumsal, alevrolit, qillişist və mergel qatlarından ibarətdir.

Vilayətin dağlıq ərazilərində qulkanogen, tuflu-çökmə və çökmə suxurların parçalanmış qalıgları sialitli çökmə asınma qabığı əmələ gətirmişdir ki, onunda qalınlığı 0,5-1,5 m arasında tərəddüd edir.

Orta dağlıq qurşağın rütubətli mülayim-soyuq və mülayim isti şəraitində tipik sialətli çökmə aşınma qabığı yayılmışdır. Bu tip aşınma məhsulları üzərində dağ-çəmən bozqır və qonur dağ meşə torpaqları formalaşmışdır.

Vilayədəki dağların dağ ətəyi və alçaq dağlıq 10 qurşağının şimal hissəsində yarımrütubətli subtropik iqlim şəraitində dağ qəhvəyi inkişaf etmişdir.

Rütubətli subtropik iqlimi olan ərazilərdə ( dağların cənub yamacında) isə sarı dağ-meşə və dağ-meşə torpaqları ilə kompleksdə olan qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.

Lənkəran vilayətinin ayrı-yrı əraziləri, ekoloji səciyyəsindən göründüyü kimi, təbii şəraitinə görə bir birindən fərqlənir. Vilayət daxilində rütubətli , yarımrütubətli və quru iqlim şəraitlərinin olması, demək olar ki, eyni temperatur rejimində yağıntıların həm cənubdan şimala həm də yüksəklik artdıqca azalması, digər tərəfdən yağıntıların subtropik iqlimi Aralıq dənizi tipinə uyğun olaraq mövsümi dəyişkənliyi, həmçinin, relyefi , geoloji quruluşu və ana süxurlar. Bitki örtüyü və digər amillər ərazidə torpaq əmələgəlmə prosesslərinin müxtəlifliyin şərtləndirən səbəblərdir. Torpaq əmələgəlmə şəraitində formalaşdıran başqa amillər də vardır ki, onları nəzərə almamaq mümkün deyildir. Bu vilayət ərazisinin buzlaşma prosesslərinə məruz qalmaması və Hirkan tipli meşələrin öz təbii tarixi strukturunu saxlaması, Xəzər dənizi sahillərinin dövrü dinamikası, qlobal iqlim dəyişmələri, və onun Azərbaycanda törətdiyi fəsadlar vilayətin şimal ərazilərinin aridləşməsi, düzən və dağətəyi ərazilərdə vaxtilə çox böyük massivlər yaratmışdır meşə örtüyü son 100-150 ildə insanın təsərrüfat fəaliyyəti nəticəsində tamamilə məhv edilmişdir. Vilayətdə torpaq əmələgəlmə prosessini şərtlərindən başlıca amil iqlim şəraiti olduğu üçün torpaqların formalaşmasının 4 əsas bioiqlim tipinin ayırmaq mümkündür [ 25 ]:

A.Rütubətli subtropik meşələr

B.Kserofil-subtropik meşələr və bozqırlar

C.Rütubətli subboreal meşələr

D.Subboreal bozqırlar

Bu bioiqlim tipləri daxilində hidrometrik şəraitinə, aşınma prosesslərinin istiqamətinə və üzvi maddələrin çevrilməsinə görə oxşar torpaq qrupları yayılmışdır. Bu toqpaqların toqpazəmələgəlmə şəraitinə görə R.V.Kovalyov [25] aşağıdaki qruplara bölür:

1.Sarı torpaqlar

2.Qəhvəyi torpaqlar

3.Qonur torpaqlar

4.Bozqırlar

Müəllif torpaqların relyefdə tutduğu mövqeyinə görə də torpaqəmələgəlmə proseslərinin aşağıdakı sıralarının olduğunu göstərmişdir: avtomorf, avtomorf-hidromorf, hidromorf.

Lənkəran vilayətində avtomorf torpaqlara aşınma məhsullarının və ya torpaqəmələgəlmə prosesləri nəticəsində törəmiş maddələrin kənardan daxil olmadığı dağ və dağətəyi ərazilərin torpaqları aid edilir. Hidromorf torpaqlar Lənkəran ovalığının depressiya ərazilərində yayılmışdır. Onların formalaşmasında kənardan daxil olmuş aşınma məhsulları və dağ torpaqəmələgəlmə proseslərinin törəmələri fəal iştirak etmişdir. Avtomorf –hidromorf torpaqlar isə bu qruplar arasında aralıq mövqeydə durur.

Bu sıraların Lənkəran vilayətində konkret təzahürü kimi ərazidə geniş yayılmış torpaq tiplərini göstərə bilərik. Torpaq tipi anlayışı elmə ilk dəfə V.V.Dokuçayev [ 29] tərəfindən daxil edilsə də, o sonralar bir sıra tədqiqatçılar tərəfindən dəqiqləşdirilmişdir [33]. Hazırda tip anlayışı torpaqların genetik təsnifatında əsas vahid kimi maddələrin çevrilmə və hərəkətinə görə oxşar və mənşəyi bir olan geniş yayılmış torpaq qruplarını birləşdirir.

Lənkəran vilayətində bioiqlim şəraitlərindən asılı olaraq aşağıdakı torpaq tipləri yayılmışdır:rütubətli subtropik meşələrin sarı, podzollu-sarı, sarı-qleyli; subtropik kserofil meşələrin və bozqırların qəhvəyi ,çəmən-qəhvəyi, boz-qəhvəyi,çəmən-boz qəhvəyi torpaq tipləri; subboreal rütubətli meşələrin qonur dağ meşə torpağı; subboreal bozqırların dağ çəmən-bozqır və dağ sabalıdı torpaqlar.

Lənkəran vılayətinin ovalıq ərazilərindəki çəmən-bataqlı və bataqlı torpaqlar azonal olub,çökək ərazilərdə qrunt sularının səthə yaxın olduğu və ya səth sularının vaxtaşırı örtük əmələ gətirdiyi ərazilərdə ləkələr şəklində müşahidə olunur.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə