3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 0,51 Mb.
səhifə3/7
tarix20.10.2017
ölçüsü0,51 Mb.
#6119
1   2   3   4   5   6   7

1.5. Torpaq örtüyünün tərkibi.

Yuxarıda qeyd edildiyi kimi olduqca zəngin və çoxsaylı iqlim, bitki və relyef şəraiti Lənkəran vilayətində özünəməxsus torpaq örtüyünün formalaşmasına səbəb olmuşdur [18]. Vilayət daxilində təsərrüfat əhəmiyyətli torpaq ehtiyyatlarının tiplər üzrə sahəsi və onların vilayətin torpaq balansında tutduğu yer şəkil 1.1 və cədvəl 1.5 –də verilmişdir.

Şəkil. 1.1 Lənkəran vilayətinin torpaq ehtiyatları:

1-Sarı dağ meşə; 2-Podzollu-sarı; 3-podzollu-sarı-qleyli; 4-qəhvəyi; 5-çəmən-qəhvəyi; 6-boz-qəhvəyi; 7-çəmən boz-qəhvəyi; 8-qonur-dağ meşə; 9-dağ-çəmən bozqır; 10-dağ şabalıdı; 11-çəmən-bataqlı; 12-bataqlı; 13-dəniz sahilli qumluqlar; 14-digər torpaqlar.

Cədvəldən göründüyü kimi vilayətin torpaq ehtiyyatları genetik tiplər üzrə qeyri-bərabər paylanmışdır. Ərazidə qonur dağ-meşə (17,2%), qəhvəyi (14,8), boz-qəhvəyi (14,1%) və sarı dağ meşə (13,4%) torpaqlardaha böyük çəkiyə malikdirlər. Bütövlükdə torpaq fondunun 59,5%-i və ya 378240 hektarı bu torpaqlarda cəmlənmişdir.

Cədvəl 1.5



Lənkəran vilayətinin torpaq ehtiyatları və onların əsas təyinatı.

Torpaqların adı



Sahəsi

Əsas təyinatı




ha %




Sarı dağ-meşə

85100 13,4

Meşə fondu, çay

Podzollu sarı

28980 4,56

Meşə fondu,sitrus, çay

Podzollu sarı qleyli

48510 7,63

Sitrus, çay, tərəvəz, çəltik

Qəhvəyi

94390 14,8

Meşə fondu, taxıl,üzüm, tərəvəz

Çəmən-qəhvəyi

10660 1,68

Taxıl,üzüm,tərəvəz

Boz-qəhvəyi

89370 14,1

Taxıl,üzüm,tərəvəz

Çəmən-boz-qəhvəyi

3580 0,57

Tərəvəz,taxıl.qış otlağı

Qonur-dağ-meşə

109380 17,2

Meşə fondu

Dağ-çəmən bozqır

10000 1,58

Taxıl,yay otlağı

Dağ-şabalıdı

31900 5,02

Taxıl,yay otlağı

Çəmən-bataqlı

31900 5,02

Tərəvəz, qış otlağı

Bataqlı

39050 6,14

Dövlət Torpaq Fondu

Dəniz sahili qumluqlar

36810 5,79

Dövlət Torpaq Fondu

Digər torpaqlar

16708 2,63

-

Cəmi

636338 100




Bir sıra əlverişli münbitlik göstəricilərlə yanaşı, Lənkəran vilayətində kənd təsərrüfatına yararlı torpaqların bir qismi eroziyaya, şorlaşmaya və şorakətləşmə proseslərinə məruz qalmışdır. Torpaq münbitliyinə çox kəskin təsir göstərən amil kimi eroziyanı yalnız şiddətli şorakətləşmə və ya şoranlaşma ilə müqayisə etmək mümkündür. Onun təsirindən torpağın əksər xassə və rejimləri əsaslı dəyişiklərə məruz qalır, torpağın kimyəvi, fiziki, su-fiziki göstəriciləri pisləşir [31].

Ən çox ziyan münbitliiyin ən əhəmiyyətli inteqral göstəricisi olan torpaq humusuna toxunur; onun miqdarı və torpaq profilindəki ehtiyatı azalır, tərkibi pisləşir. Eyni vaxtda digər qida elementlərinin azalması və torpağın bioloji fəallığının zəifləməsi də müşahidə edilir. Eroziyanın çox şiddətli formalarında torpağın üst qatının tədricən yuyulması, bəzən ana süxurdan ibarət olan alt horizontların səthə çıxması ilə torpaq öz təbii-tarixi fəaliyyətini başa vurur. Tədqiqatçılar torpaqları eroziya uğrama dərəcəsinə görə dörd qrupa bölürlər: zəif, orta, şiddətli, çox şiddətli. İnzibati rayonlar üzrə ( Masallı rayonu istisna olmaqla) aparılmış araşdırılmalar nəticəsində məlum olmuşdur ki, Lənkəran vilayətində kənd təsərrüfatına yararlı torpaqların 15,4%-i və ya 43261,3 hektarı bu və ya digər dərəcədə eroziyaya uğramışdır (şəkil 1.2).

Şəkil 1.2. Lənkəran vilayətində kənd təsərrüfatına yararlı torpaqların eroziyaya uğraması (%) : 1-uğramamış, 2- zəif uğramış, 3-orta uğramış, 4-şiddətli uğramış.

Eroziyaya məruz qalmış torpaqların sahəsinə görə Lerik rayonu daha böyük göstəriciyə malikdir (24467 ha). Vilayət üzrə eroziya prosesi ilə əhatə olunmuş torpaqların 56,6%-i bu rayonun payına düşür (cədvəl 2.2). Vilayətdə ən az göstərici Cəlilabad rayonundadır (3,52%). Bu Cəlilabad inzibati rayonu ərazisinin çox hissəsinin düzən sahələrdən ibarət olması ilə əlaqədardır. Kənd təsərrüfatı torpaqlarının eroziyaya uğrama dərəcəsinə görə də Lerik rayonu cədvəldə birinci yerdə durur. Rayonun bu kateqoriyadan olan torpaqlarının 36,3%-i və ya 24467 hektarı eroziyaya uğramışdır. Astara rayonunda bu göstərici 32,1% və ya 4528 ha, Yardımlıda 13,6% və ya 6141 ha, Lənkəranda 27,4% və 6603 ha, Cəlilabadda 1,58% və ya 1522,3 ha bərabərdir.

Cədvəl 1.6

Lənkəran vilayətində (inzibati rayonlar üzrə) kənd təsərrüfatına yararlı torpaqların eroziyaya uğraması (ha / %).


İnzibati

rayonlar


Kənd təsərrüfatına yararlı sahələrin cəmi

Eroziyaya


Eroziyaya uğrama dərəcəsi
uğramamış

Zəif uğramış

Orta uğramış

Şiddətli uğ-

ramış


Eroziyaya uğramış sahələrin cəmi

Vilayət üzrə %

Astara

14113

9585

67,9


1649

11,69


2498

17,70


381

2,71


4528

32,1


10,5

Yardımlı

45089

38948

86,4


2787

6,19


3109

6,90


245

0,6


6141

13,64


14,2

Lerik

67503

43036

63,8


8940

13,2


7945

11,8


7582

11,2


24467

36,25


56,6

Lənkəran

24066

17463

72,6


2866

11,91


3226

13,4


511

2,13


6603

27,4


15,27

Cəlilabad

96535

95012,7

98,4


1349

1,40


173,3

0,18


-

1522,3

1,58


3,52

Masallı

-

-

-

-

-

-

-

Cəmi

247306

237156,7

84,6


17591

6,28


16951,3

6,05


9585

67,9


43261,3

15,4


100

Eroziayadan sonra öz mənfi təsirinə görə Lənkəran vilayətində ikinci torpaq amili şoranlaşmadır. Şoranlaşmanın bitkinin məhsuldarlığına təsiri iki formada özünü göstərir: 1. duzluluq torpaq məhlulunda osmotik təzyiqi artırmaqla onun bitki tərəfindən mənimsənilməsinə və bitki daxilində hərəkətinə mane olur. Nəticədə bitkinin fizioloji prosesləri pozulur, onda zəiflik və soluxma əlamətləri yaranır. 2.bəzi duzlar (NaCl, CaCl2 və s.) zəhərli olub bitkinin məhvinə səbəb olur. Rütubətli, yarımrütubətli, həmçinin dağlıq relyefi olan ərazilərdə suda asan həll olan duzların torpaqdan toplanması, adətən, müşahidə olunmur. Bu torpaq profilinin yağıntıların təsiri altında duzlardan yuyulması, ərazinin təbii drenliyi ilə əlaqədardır.

Lənkəran vilayəti ərazinin çox hissəsi iqlim-relyef şəraitinə görə torpaqda duzəmələgəlmə prosesləri üçün əlverişsizdir [ 4]. Lakin vilayətin şimal və şimal-şərq hissəsində iqlim şəraitinin quraqlığı, yağıntıların orta illik miqdarının 300 mm-dən çox olmaması, həmçinin torpaq ehtiyyatlarının bir qisminin düzən ərazilərdə cəmlənməsi və intensiv suvarma torpaq profilində duzların toplanması üçün əlverişli şərait yaratmışdır. Bununla bağlı, vilayətin əkinə yararlı torpaqlarının 12,69%-i və ya 19503 ha bu və ya digər dərəcədə şorlaşmaya məruz qalmışdır (şəkil 1.3).

Şəkil 2.3. Lənkəran vilyətində kənd təsərrüfatına yararlı torpaqların

Şoranlaşması (%): 1-şoranlaşmamış, 2- zəif şoranlaşmış, 3-orta şoranlaşmış, 4-şiddətli şoranlaşmış, 5- şoranlar.

Şoranlaşmaya məruz qalmış torpaqların 79,71 %-i və ya 15546 ha-ı Cəlilabad, 18.15 %-i və ya 3539 hektarı Masallı, 2,15%-i və ya 418 ha Lənkəran rayonunun payına düşür. Qeyd etmək lazımdır ki, şoranların 100%-i və ya 2556 ha, şiddətli şoranlaşmaya məruz qalmış torpaqların 92,36%-i və ya 9816 ha da Cəlilabad ərazisindədir (cədvə l .7).

Araşdırmalar göstərir ki, Lənkəran vilayətində şoranlaşmaya məruz torpaqların 23,4%-i və ya 4558 ha bu və ya digər dərəcədə şorakətləşməyə məruz qalmışdır. Şorakətləşmiş torpaqlar əsasən Masallı rayonunun ərazisindədir.

Cədvəl1.7.

Lənkəran vilayətində (inzibati rayonlar üzrə) kənd təsərrüfatına

yararlı torpaqların şoranlaşması (ha / %).

İnzibati


rayonlar

Kənd təsərrüfatına yararlı sahələrin cəmi

Şorlaşmamış

Zəif


Orta


Şorlaşma dərəcəsi
Şiddətli

Şoram


Şorlaşmış sahələrin cəmi

Vilayət üzrə %

Masallı

33112


29573

89,32


2192

6,62


534

1,62


813

2,46


-

3539

10,69


18,15

Cəlilabad

96535

80989

83,9


1250

1,30


1924

2,00


9816

10,17


2556

2,65


15546

16,11


79,71

Lənkəran


24066

23648

98,27


172

0,72


246

1,03


-

-

418

1,75

2,15


Cəmi

153713


134210

87,32


36,4

3,00


2704

1,76


10629

6,92


2556

1,67


19503

12,69


100

1.6. Bitki örtüyünün tərkibi

Lənkəran vilayəti zəngin bitki örtüyü ilə səciyyələnir. Vilayətdə bitki örtüyünün spesifik növ tərkibi , o cümlədən , çoxlu sayda endemik və relikt bitkilərinin olmasıdır[ 13, 38 ]. Ərazidə meşə bitkiliyi əsas üstünlüyə malikdir. Lakin hazırda bu tip bitkilər yalnız dağlıq ərazilərdə qalmışdır.

Meşə bitkilərilə yanaşı vilayətdə başqa bitki növləri də geniş yayılmışdır. Bunların içəricində çəmən və bataqlıq, çəmən-bozqır və yarımsəhra, dağ-kserofil, dağ çəmən-bozqır bitkiləri daha böyük areala malikdir.

Ərazi daxilində bitki örtüyünün yayılmasında müəyyən qanunauyğunluq vardır. Bitki tiplərinin yayılmasına təsir göstərən ən böyük amil vilayətin iqlimidir. Digər amillər – müxtəlif yamacların meyilliyinin hidrotermik rejimi, ayrı-ayrı geomorfoloji rayonların yaşı və inkişaf tarixi və nəhayət torpaq örtüyü də bitki tiplərinin tərkibinə və yayılmasına öz təsirini göstərir.

Vilayətdə meşə bitkiliyi dağətəyi ovaliqda alçaq və orta dağliq ərazilərdə, dağətəyi yamaclarda yayilmişdir. Lakin vilayətdə üçüncü dövrün Hirkan tipli meşələri 600-700m hündürlüyə qədər müşahidə olunur.Qafqaz meşələri üçün səciyyəvi olan adi enliyarpaqlı meşələr 600-700m –dən 1200-1300 m yüksəkliyə kimi yayılmışdır. Hirkan tipli meşələr üçün dəmirağacı və şabalıdyarpaq palıd səciyyəvidir. Ağac bitkiləri altinda həmişə yaşıl kollarda bigəvər, pirkal, yemişan, heyva, əzgildən ibarət six pöhrəliklər formalaşmişdir. Bu meşələr ot bitkiləri ilə zəngindir.

Dağətəyi ərazilərdə güləbrişin,hirkan ənciri, Qafqaz xurması,dəmirağacı və azat meşələri səciyyəvidir.Rutubətli dərələrdə məxməri ağcaqayın inkişaf etmişdir.Şimal yamaclarda nadir hallarda fıstığa rast gəlinir.Çayların sahilində cökə, ürəkyarpaq qızılacağac və vələs yayılmışdır. Orta dağlıq qurşaqda 600-1300 m yüksəklikdə meşələrin hirkan xarakteri itir. Burada cənub yamaclarda şabalıdyarpaq palıd ,şimal yamaclarda fıstıq,qərb və şərq yamaclarda isə vələs-palıd və vələs-fıstıq tərkibli meşələr yayılmışdır.

Rütubətli dərələrdə və yuyulmuş yamaclarda məxməri ağcaqayın , qaraağac, Qafqaz xurması, ürəkyarpaq qızılağac, yunan qozundan ibarət meşəliklər formalaşmışdır.

Orta dağlığın 1000-2500 m yüksəkliyində bitki örtüyünün tərkibi kəskin dəyişir, meşə bitkilərini kserofil bitkilər qrupu əvəz edir. Buna səbəb havanın quraqlaşması və nisbətən soyuqlaşmasıdır. Bu qurşaqda traqakantgəvənli qruplaşmalar yayılmışdır.

Talışın dənizəbaxar yamaclarında və 2000-2500 m yüksəklikdə , zirvələrdə mezafil çəmən- bozqır bitkilər yayılmışdır.Lənkəran vilayətinin dənizsahili ovalıq və çökək əraziləri özünə məxsus bitki örtüyünə malikdir .

Lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində buranın təbii bitki örtüyü tamamilə dəyişdirilmişdir. Vaxtilə böyük əraziləri tutan bataqlıqlar qurudulmuşdur, onlarin yerində əkin sahələri və çoxillik əkmələr salınmışdır.



II Fəsil. Torpağın ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsasları

2.1. Torpaqların ekoloji qiymətləndirilməsinin elmi- nəzəri əsasları

Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodoloji əsasları XX əsrin 90-cı illərinin əvvəllərində ilk dəfə respublikamızda işlənilməyə başlanmışdır. Bu elmi istiqamətin yaranmasının tarixi zəruriyyəti bir neçə səbəb ilə bağlı idi.

Birinci səbəb,həmin əsrin 50-60-cı illərində torpaqşünaslıq elmində iki müstəqil elmi təlimin-“Torpaq ekologiyası”nəzəriyyəsinin və torpaqların müqayisəli qiymətləndirilməsinin ,yəni “Torpaqların bonitirovkasının”inkişafı və yüksəlişi ilə əlaqədar idi.Hər iki elmi istiqamət uzun illər paralel olaraq inkişaf etmişdir.Yalnız keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində bu təlimlərin qovşağında “torpaqların ekoloji qiymətləndirilməsi”anlayışının formalaşması üçün əlverişli elmi-nəzəri və metedoloji özül yaranır.

İkinci səbəb,bütün biosfer komponentləri kimi torpaqla bağlı bütün dünyada olduğu kimi respublikamızda da ekoloji problemlərin yaranması və XX əsrin ikinci yarısından etibarən bu problemlərin kəskinləşməsi idi.

“Torpaqların ekologiyası”nəzəriyyəsinin əsas müəllifi V.R.Volobuyev sayılsa da, bu elmi təlimin elmi-nəzəri əsasları V.V.Dokuçayevin [ 29 ] torpaqların genezisi,torpaqəmələgətirən amillər və təbii zonalar haqqında nəzəriyyəsi ilə bilavasitə bağlıdır. İlk dəfə V.V.Dokuçayev torpaqəmələgəlmədə mühit amillərinin-relyefin,iqlimin,ana süxurun,bitki və heyvanların rolunu göstərməklə torpağın “ekoloji varlıq” olmasını,yəni “biotik” və “abiotik” amillərin qarşılıqlı təsiri altında formalaşmasını aşkarlamışdır. Torpağın mühit (ekoloji) amillərinin təsiri altında formalaşması və bu amillərin dəyişkənliyinin torpağın morfogenetik və digər xüsusiyyətlərində özünü əks etdirməsi müəllifin Qafqaz ekspedisiyasından sonra torpaqların şaquli zonallıq qunununu aşkarlanması ilə bir daha təsdiq olunmuşdur.

Klassik torpaqşünaslığın ikinci banisi N.N.Sibirtsevin [39] işlədiyi torpaqların təsnifatı sistemi də bir çox cəhətlərinə görə “Torpağın ekologiyası”təliminin prinsiplərinə yaxın olmuşdur.İlk dəfə N.N.Sibirtsev torpaq tipinin ayrılması zamanı onun morfoloji,kimyəvi və fiziki xassə və tərkibləri ilə yanaşı,onun formalaşdığı təbii şərait amillərinin,o cümlədən relyef və iqlim göstəricilərinin daxil edilməsini təklif etmişdir.Qeyd edək ki,hər iki müəllifin araşdırmaları torpaqların müqayisəli qiymətləndirilməsi,yəni torpaqların bonitirovkası üçün də elmi-nəzəri və metodoloji əsas olmuşdur.Maraqlı cəhət odur ki,Poltava ekspedisiyası zamanı(ekspedisiyada məqsəd mərkəzi quberniya torpaqlarının bonitirovkası idi) V.V.Dokuçayev [29] torpaqların bonitirovkası zamanı torpağın həm təbii(relyef,iqlim və s.),həm də iqtisadi amillərinin nəzərə alınmasını vacib hesab etmişdir.

V.İ.Vernadskinin [28] “Biosfer təlimi”ndə də torpağın biosfer təbəqəsinin formalaşmasında rolu və ümumiyyətlə,torpağın ekoloji funksiyası haqqında dəyərli fikirlər vardır. İlk dəfə müəllif maddələrin kiçik bioloji dövranında torpağın xüsusi rolunu qeyd etmişdir. Torpağın “biokost”sistem olması,yəni canlı ilə cansız varlıqlar arasında xüsusi aralıq mövqedə durması fikri də ona məxsus olmuşdur. Digər tanınmiş tədqiqatçıların [ 26 ] araşdırmaları da torpaq ekologiyasının elmi-nəzəri əsaslarının formalaşmasında böyük rol oynamışdır.

Lakin “torpaq ekologiyası” terminin elmə gətirilməsi və bu təlimin elmi-nəzəri baxımdan əsaslandırılması və onun prinsiplərinin işlənməsi akademik V.R.Volobuyevə məxsusdur [ 23 ]. Müəllifin fikrincə,torpaqla onun formalaşdığı mühitin qanunauyğun nisbəti,onların qarşılıqlı əlaqəsi və bu əlaqələrin inkişafı,təkamülü torpaq ekologiyasının əsasını təşkil edir.İlk vaxtlar,yəni XX-ci əsrin 60-cı illərində V.R.Volobuyevin bu istiqamətdə apardığı tədqiqatlar bioekoloji yanaşmaların (orqanizm və onu əhatə edən mühit anlayışının) torpaqşünaslıq elminə gətirilməsi kimi dərk edilirdi.Yəni ümumi sxem belə idi-orqanizm və onu əhatə edən mühit və ya şərait ekologiya elminin predmetini təşkil etdiyi kimi,torpaq və onu əhatə edən mühit və ya şərait də “torpaq ekologiyası”nın predmetini təşkil edir.Lakin sonrakı illər bu istiqamətdə aparılan işlər dünyanın bir çox alimləri tərəfindən yüksək qiymətləndirildi.Onlardan bəziləri torpaqların ekologiyasını onların mühafizəsi probleminə bağlı şəkildə öyrənməyə çalışırdılar.

“Torpağın ekologiyası” təlimindən fərqli olaraq “torpaqların bonitirovkası”nın daha qədim tarixi vardır. Hələ eramızdan bir-neçə min il əvvəl qədim Misir, Mesapotamiya, Çin və Romada torpaqların qiymətləndirilməsi və torpaq kadastrı haqqında kifayət qədər təcrübə var idi. Orta əsrlər və sonrakı dövrlərdə Rusiya və Qərbi Avropa ölkələrində də torpaqların bonitirovkası daim təkmilləşmədə və inkişafda olmuşdur. Akademik S.S.Sobolyevin fikrincə XV,XVI,XVII əsrlərdə tərtib edilmiş “Yazı kitabları” adlanan dövlət sənədləri, orpaqların qeydiyyatını, onların kəmiyyət və keyfiyyət göstəricilərinin uçota alınmasını, münbitliyinin müqayisəli şəkildə qiymətləndirilməsini, yəni bonitirovkasını əhatə etməklə yüksək elmi səviyyədə tərtib edilmiş ilk torpaq-kadastr tədbiri idi.

XIX və XX əsrlərdə torpaqların bonitirovkası V.V.Dokuçayevin [29] genetik torpaqşünaslıq təlimi ilə çox sıx bağlı olmuşdur.Rus qara torpaqlarının tədqiqi 1881-ci ildə sona yetən sonra isə Poltava (1888-1894)quberniyalarında tədqiqat işlərini davam etdirirlər. Qabaqcıl Zemstvo tərəfindən təşkil edilmiş hər iki ekspedisiyanın qarşısında yalnız bir tələb qoyulmuşdu;vergilərin həcmini müəyyən etmək məqsədilə torpaqların keyfiyyətcə qiymətləndirilməsi. Ekspedisiya iştirakçıları qarşısında bu cür məhdud,praktiki əhəmiyyətli tapşırıqların qoyulmasına baxmayaraq V.V.Dokuçayev [29]onu geniş elmi-nəzəri əhəmiyyətli tədqiqatlara çevirdi. Əslində Nijneqorod və Poltava ekspedisiyaları ilk geniş miqyaslı,müasir metodlarla aparılmış torpaq qiymətləndirmə işləri idi. Bu tədqiqatlar zamanı təsərrüfatların təkcə torpağı deyil,onların iqtisadi şəraiti,əkinçiliyin səviyyəsi,kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da tədqiq edilirdi. Heç təsadüfi deyildir ki,ekspediyaçı da torpaqşünaslarla yanaşı, iqlimşünaslar, botaniklər, iqtisadçılar da iştirak edirdilər. V.V.Dokuçayevin[29] tədqiqatlarından sonra Azərbaycan da daxil olmaqla Rusiya imperiyası daxilin də uzun illər torpaqların qiymətləndirilməsi işlərinə böyük diqqət yetirilirdi. Bu ənənə sovet hakimiyyətinin ilk illərində də davam edirdi. Lakin 30-cu illərdə kənd təsərrüfatında kollektivləşmənin təsiri və bəzi sovet alimlərinin təzyiqi altında torpaqların bonitirovkası “öz əhəmiyyətini itirmiş”hissə kimi torpaq kadastrının tərkibindən çıxarıldı. Bu istiqamətdə tədqiqatların aparılması isə dayandırıldı. Yalnız 50-ci illərin ortalarında bu siyasətin yanlış olması dərk edildi ki,sonra torpaqların bonitirovkası elmi-nəzəri və praktiki əhəmiyyət kəsb etməyə başladı. 1958-ci ildə S.S.Sobolyevin torpaqların bonitirovkasının ilk metodiki tövsiyyəsinin hazırlanması ilə bu elmi istiqamət yenidən dirçəlməyə başladı. XX-ci əsrin 60-90-cı illərində keçmış Sovetlər İttifaqında torpaqların bonitirovkası sahəsində bir sıra tədqiqatçılar tərəfindən elmi-nəzəri və metodiki araşdırmalar aparılmışdı. Hazırda da bu sahədə araşdırmalar davam etdirilir.

Hazırda torpaqların bonitirovkası təkcə torpaqşünasları deyil,aqronomları, iqtisadçıları, yerquruluşçularını,coğrafiyaşünasları maraqlandıran vacib bir məsələdir.

Bu tədbir bütün tarixi dövrlərdə və əksər ölkələrdə müxtəlif yollarla həyata keçirilmişdir[12]. Hazırda torpaqların keyfiyyətcə qiymətləndirilməsi(bonitirovkası işləri dünyanın bir çox ölkələrində geniş tətbiq edilməkdədir. Bu problem respublikamızda da öyrənilir və tətbiq olunur. Torpaqların bonitirovkasının çox qədim tarixinin olmasına baxmayaraq, onun respublikamızda müasir metodlarla tədqiqi yalnız XX əsrin 60-cı illərindən başlanmışdır. Bu dövrdə Respublikamızda da torpaqların bonitirovkası sahəsində bir sıra dəyərli işlər görülmüşdür. Keçən əsrin 60-90-cı illərində və XXI əsrin əvvəllərində respublikamızda otlaq, üzüm, çay, əkin və meşə torpaqlarının bonitirovkasına dair metodiki tövsiyələr hazırlanmış, məqalə, tezis və monoqrafiyalar yazılmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Q.Ş.Məmmədov[ 8] respublikamızda torpaqların bonitirovkasının inkişafını dörd tarixi mərhələyə bölmüşdür: I mərhələ-1965-ci ilə kimi olan dövr, II- mərhələ-1966-1975 –ci illər ərzində olan dövr, III- mərhələ -1975-1991- ci illər ərzində olan dövr, IV-mərhələ 1991-ci ildən sonra, yəni müasir dövr. Torpaqların bonitirovkasının bu tarixi mərhələləri , bu dövrlərdə görülmüş ayrı-ayrı tədqiqat işləri haqqında elmi ədəbiyyatda kifayət qədər məlumat verildiyi üçün onların üzərində geniş dayanmağa ehtiyac yoxdur.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə