3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati


Torpaqların ekoloji qiymətləndirilməsinin metodoloji cəhətləri



Yüklə 0,51 Mb.
səhifə4/7
tarix20.10.2017
ölçüsü0,51 Mb.
#6119
1   2   3   4   5   6   7

2.2. Torpaqların ekoloji qiymətləndirilməsinin metodoloji cəhətləri

Torpaq örtüyü biosferin vacib komponenti və müstəqil təbiət cismi kimi torpaqəmələgətirən abiotik( relyef,iqlim, ana suxur), biotik ( bitki örtüyü və heyvanlar) və antropogen amillərin təsiri nəticəsində formalaşmışdır. Torpaq və onu formalaşdıran amillərin bu cür qarşılıqlı əlaqədə qiymətləndirilməsi, qeyd edildiyi kimi, Q.Ş.Məmmədovun [7] fikrincə, torpaqların ekoloji qiymətləndirilməsinin predmetini təşkil edir.

Bütün elmi araşdırmalarda olduğu kimi, torpaqların ekoloji qiymətləndirilməsini də emprik məlumatların toplanması, onun işlənilməsi və sistemləşdirilməsi prinsipinə əsaslanır. Lənkəran vilayəti torpaqlarının ekoloji qiymətləndirilməsinin ümumi sxemi Q.S.Məmmədovun[ 7] təklif etdiyi metodiki yanaşma əsasında aparılmışdır. Tədqiqatların ardıcıllığının ümumi sxemi aşağıdakı kimidir:

1. Lənkəran vilayəti torpaqları münbitliyinə və ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən ekoloji amillərin aşkara çıxarılması və səciyyələndirilməsi ;

2. Torpaqların sabit diaqnostik əlamətlərinin və dəyişkən göstəricilərinin qiymət meyarları və təshih əmsalları kimi seçilməsi, riyazi-statistik təhlili və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı ilə korelyativ əlaqəsinin tapılması;

3. Çay, üzüm, tərəvəz, taxılaltı və bu bitkilər üçün yararlı hesab edilən digər torpaqlarınkun aqroekoloji əsasda bonitirovkasının aparılması, əsas bonitet şkalalarının qurulması, torpaq yarımtiplərinin əsas bonitet ballarının müəyyən edilməsi, torpaq-iqlim düsturlarının və təshih əmsallarının tətbiqi ilə torpaq növmüxtəlifliklərinin yekun bonitet ballarının tapılması, torpaqların aqroistehsalat qruplaşdırılmasının aparılması və torpaqların müqayisəli dəyərlilik əmsalının tapılması;

4. Lənkəran vilayəti torpaqlarının bonitet və aqroistehsalat qruplaşdırılması kartoqramlarının tərtibi;

5. Çay, üzüm, tərəvəz, taxıl, bitkilərinin formalaşdığı mühitə olan ekoloji tələbini nəzərə almaqla torpaqların ayrı-ayrı əlamətlərinin təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalalarının hazırlanması;

Tədqiqatların aparılma ardıcıllığından göründüyü kimi, torpaqların ekoloji qiymətləndirilməsi sistemi onların müqayisəli qiymətləndirilməsini, yəni bonıtirovkasını da əhatə etməklə bütövlükdə torpağın ekoloji şəraitinin kompleks qiyətləndirilməsi kimi çıxış edir. Məhz bu cür yanaşma Q.Ş.Məmmədovun[ 7 ] fikrincə, torpaqların ekoloji qiymətləndirilməsinin metodoloji əsasını təşkil edir. Digər tərəfdən, məlum olduğu kimi torpaqəmələgətirən amillərin hər cür dəyişkənliyinə həssaslıq göstərir. Bu da ayrı-ayrı torpaq və torpaq zonası üzrə ekoloji şəraitin qiymətləndirilməsinin mümkünlüyü ideyasının əsasını təşkil edir.

Hər bir obyektin elmi –nəzəri və metodoloji cəhətləri ilə yanaşı, onun öyrənilməsi üsullarının, metodikasının düzgün seçilməsinin də əhəmiyyəti böyükdür.



2.3.Lənkaran vilayətinin torpaqlarinin ekoloji qiymətləndirilməsi.

Pedosfer ,yəni torpaq örtüyü vasitəsilə Yerin digər geosferləri atmosfer,hidrosfer ,litosfer və biosfer həm öz aralarinda,həm də hər biri ariliqda torpaq örtüyü ilə daim maddə və enerji mübadiləsi apardiğı üçün torpaq örtüyünü bəzən yerin “dərisi” də adlandırırlar. V.İ.Vernadskiy torpağın yuxarıda adı çəkilən Yer təbəqələrinin təsiri nəticəsində əmələ gəlməsini nəzələ alaraq, onu Yerin “nəcibpas qatı“ adlandırmışidır. Biomembran canlı varlıqlardan ötrü nə qədər əhəmiyyətlidirsə , torpaq örtüyü də biosfer üçün bir o qədər əhəmiyyətlidir.

Akademik V.A.Kovdaya görə [ 26 ] torpaq təbqəsi və ya pedosfer özü inkişaf etmək ,öz-özünü nizamlamaq qabiliyyətinə malik olan, canlı orqanizmlərinin mövcudluğunu və yenidən bərpasını təmin edən ümumdünya bioenergetik və biokimyəvi sistemdir.Müəllif torpaq örtüyünün aşağıdakı əsas funksiyalarını ayırmışdir:bioekoloji (torpaq canlı varlıqların yerləşdiyi və fəaliyyətdə olduğu yerdir); bioenergetik (humus və digər üzvi maddələrdə günəş enerjisinin toplanaraq bioloji kütləyə çevrilmə sahəsi); azotun fiksiyası və zülaləmələgətirmə funksiyasi;əsas kimyəvi elementlərin qlobal biogeokimyəvi dövriyyəsində aktiv agentlərin funksiyası ; alt kristal süxurlari xirda fraksiyalara çevirmə funksiyası (aşınma); hidroloji funksiya (geosferlər arasında aktiv su mübadiləsi sahəsi); meteoloji funksiya (atmosferin tərkib və rejiminin formalaşmasına aktiv təsir göstərənsahə ).

Bir çox ekoloji problemlər torpaq örtüyü ilə bağlı olur. Torpaq örtüyünün çirklənməsi digər geosferlərə də öz təsirini göstərir. Bunu nəzərə alaraq ,qeyd edildiyi kimi torpaqların ekoloji qiymətləndirilməsi həm nəzəri ,həm də praktiki əhəmiyyət kəsb edir. Əvvəlki bölmədə qeyd edildiyi kimi Q.Ş.Məmmədovun [ 7 ] konsepsiyasına görə ,torpaqların ayrı-ayrı xassələrinin torpaqların ekoloji qiymətinə təsiri təkcə təshih əmsalları cədvəlləri vasitəsi ilə deyil,həm də torpaqların keyfiyyətinin bu və ya digər əlamətinin təzahür dərəcəsinə görə bölündüyü xüsusi kiçik şkalalarda verilə bilər. Q.Ş.Məmmədov [ 7 ] Azərbaycan torpaqlarının ayrı-ayrı əlamətlərinin təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalalarını qurarkən həm öz tədqiqat materiallarından,həm də bir sıra tədqiqatçıların şorlaşmaya, şorakətləşməyə,torpaqların struktur-aqreqat tərkibinə, həmçinin iqlim göstəricilərinə [ 44] dair şkalalarından istifadə etmişdir.

Bu konsepsiya əsaslanaraq, Lənkaran viləyətində çay, üzüm , taxıl bitkilərinin ekoloji tələblərinə uyğun olaraq, torpaq əlamətlərinin təzahür dərəcəsinin qiymətləndirmə şkalaları hazırlanmaşdır. Bu sistemin əvvəlki işlərdən bir sıra fərqli cəhətləri vardır; istər Q.Ş.Məmmədovun tədqiqatlarında, istərsə də əvvəlki tədqiqatlarda müəlliflər torpaq və ya mühüd əlamətlərinin təzahür dərəcəsini qiymətləndirərkən,qeyd edildiyi kimi, keyfiyyəti ifadə edən anlayışlardan(“yüksək”,“aşağı”, “pis”,”yaxşı”və s.) istifadə etmişlər. Yalnız bəzi tədqiqatlarda [44] müəlliflər torpaq və ya mühid əlamətlərinin təzahür dərəcəsini balla ifadə etməyə çalışmışlar; Ə.Əyyubov[ 44 ] ərazilərin bioiqlim potensialını səciyyələndirərkən onları qradasiyaya uyğun olaraq 7(<0.8,0.8-1.2,1.2-1.6,1.6-2.2,2.2-2.8,2.8-3.4,>3.4)qrupa bölür və bu qrupları təzahür dərəcəsinə görə həm anlayışlardan (çox aşağı, aşağı,orta,nisbətən yaxşı, yaxşı,çox yaxşı,ən yaxşı),həm də bonitet ballarından (24,24-35,35-47,47-65,65-82,82-100,100) istifadə etməklə qiymətləndirilmişdir. Müəllifin həmin şkalasından bu tədqiqatlarda da istifadə olunmuşdur (cədvəl 2.1)[ 9 ].

Cədvəl 2.1

Lənkəran vilayətində torpaq əlamətlərinin təzahür dərəcəsinə çay,üzüm, taxıl və tərəvəzin ekoloji tələbinə uyğunluğunun qiymətləndirilməsi


Quru qalığının miqdarına görə

Bitkilər

1


çay

üzüm

taxıl

Tərəvəz

2

3

4

5





Ph dərəcəsinə görə

<3.0

40

-

-

-

3.0-3.5

70

-

-

<20

3.5-4,0

80

-

<20

30

4.0-4.5

100

-

30

40

4.5-5.0

100

<20

40

50

5.0-5.5

100

30

60

60

5.5-6.0

100

50

80

80

6.0-6.5

90

70

100

90

6.5-7.0

80

90

100

100

7.0-7.5

70

100

100

90

7.5-8.0

50

100

100

80

8.0-8.5

<20

100

100

60

8.5-9.0

-

90

90

<40

9.0-9.5

-

60

60

-

9.5-10.0

-

50

30

-

>10.0

-

<20

<20

-

Şorlaşma dərəcəsinə görə

< 0.10 şorlaşmamış

100

100

100

100

0.10-0.25 çox zəif şorlaşmış

60

80

90

90

0.25-0.50 zəif şorlaşmış

50

80

80

70

0.50-1.0 orta şorlaşmış

20

60

60

50

1.0-2.0 şiddətli şorlaşmış

<20

40

20

<20

2.0-3.0 çox şiddətli şorlaşmış

-

<20

<20

-

>3.00 şoranlar

-

-

-

-

Suyadavamlı aqreqatların miqdarına görə



>80

100

100

100

100

70-80

100

100

100

100

60-70

90

90

90

90

50-60

90

90

80

70

40-50

80

70

60

50

30-40

70

60

50

40

20-30

50

50

40

<20

<20

<40

<40

<30

-



Torpağın sıxlığına görə

<1,15

<90

<90

<95

<90

1,15-1,20

100

100

100

100

1,20-1,25

100

100

100

90

1,25-1,30

100

100

100

80

1,30-1,35

90

90

100

70

1,35-1,40

80

85

90

50

1,40-1,45

65

70

80

30

1,45-1,50

40

50

60

<20

>1,50

0

0

0

-



Ərazinin hündürlüyünə (m) görə

>3000

-

-

-

-

2400-3000

-

-

<30

<20

2000-2400

-

<30

50

40

1000-2000

<20

40

80

50

500-1000

50

70

90

70

200-500

80

90

100

90

<28-200

100

100

100

100

Yağıntlara görə

˂200

-

˂ 50

˂ 30

˂ 30

200-300

˂ 20

90

80

70

300-500

40

100

100

90

500-700

70

90

100

100

700-1200

100

70

90

90

˃1200

100

˂30

˂50

˂50



Md göstəricisinə görə

˃0.45

100

˂ 50

˂60

˂ 50

0.35-0.45

90

80

100

90

0.25-0.35

60

100

100

100

0.15-0.25

30

90

100

90

0.15-0.10

˂0.10

70

80

70

˂0.10

-

˂20

˂40

˂ 40

T ˃10° görə

˂2000

˂ 30

˂ 50

˂ 70

˂60

2000-3000

60

80

95

80

3000-4000

95

95

100

90

4000-5000

100

100

95

100

˃5000

100

90

˂70

90

Bioiqlim potensialına ( BİP) görə



BİP ( Əyyubova görə, 1975)

Bonitet balı

1

2

˂0.8

24

0.8-1.2

24-35

1.2-1.6

35-47

1.6-2.2

47-65

2.2-2.8

65-82

2.8-3.4

82-100

˃3.4

˃100

Cədvəllərdən göründüyü kimi, çay, üzüm,tərəvəz və taxılın ekoloji tələbinə uyğun olaraq torpaq ( həmçinin mühit) əlamətlərinin təzahür dərəcəsini balla ifadə etməkdən ötrü seçilmiş amillər iki qrupa bölünmüşdür :

1. Mühit amilləri- ərazinin hündürlüyü, yağıntılar, Md göstəricisi , ∑T ˃10°, bioiqlim potensialı ;

2. Torpaq amilləri – pH, şorlaşma , suyadavamlı aqreqatların (˃0.25 mm) miqdarı Lənkəran vilayəti torpaqlarının ayrı-ayrı əlamətlərinin təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalaları vilayət torpaqlarının ekoloji şəraitinin qiymətləndirilməsində , ekoloji qiymətləndirmə şkalasının tərtibində istifadə olunmuşdur. Torpaqların ekoloji şəraitinin qiymətləndirilməsi şkalası qurularkən çay,taxıl və üzüm altında daha geniş istifadə olunan sarı dağ meşə (meşəaltından çıxmış), sarı podzollu, sarı podzollu qleyli, yuyulmuş dağ-qəhvəyi, karbonatlı dağ-qəhvəyi,bərkimiş yuyulmuş qəhvəyi, yuyulmuş çəmən-qəhvəyi, tünd boz-qəhvəyi torpaqlar götürülmüşdür.

Torpaqların ekoloji qiyməti hesablanarkən torpağın ekoloji şəraiti haqqında üç qrup məlumatdan istifadə olunmuşdur:

1. Torpaq və onun münbitliyinin formalaşdığı mühit amilləri (torpağın yayıldığı ərazinin hündürlüyü , yağıntıların miqdarı . Md rütubətlənmə əmsalı göstəricisi ∑T >10; bioiqlim potensialı-BİP ) haqqında məlumat:

2. Torpaqların qiymət meyarları (humus, azot, fosfor, kaliumŞ udulmuş əsasların cəmi) əsasında tapılmış boniet balları. Bu meyar vilayət torpaqlarının əsas bonitet şkalalrından götürülmüşdür. Şkalaya daxil edilmiş , sarı bağ meşə, sarı podzollu qleyləşmiş torpaqlar üçün bu torpaq qrupları üzrə , yuyulmuş dağ qəhvəyi, karbonatlı dağ qəhvəyi, bərkimiş yuyulmuş qəhvəyi, yuyulmuş çəmən-qəhvəyi, tünd boz-qəhvəyi torpaqlar üçün yarımtiplər üzrə verilmişdir.

3. Torpaqların bonitirovkası zamanı meyar və ya təshih əmsalları kimi götürülməmiş əlamət və xassələrinin (pH, suya davamlı aqreqatların miqdarı, sıxlıq) təzahir dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalalarında balla ifadə olunmuş göstəricilər. Konkret torpağın ekoloji qiyməti tapılarkən bizim tərəfimizdən irəli sürülmüş aşağıdakı düsturdan istifadə olunmuşdur:

Eb=

Burada Eb-konkret götürülmüş torpağın ekoloji bonitet balı, m1+m1+m3+mn..- qiymətləndirmədə iştirak edən mühit amillərinin (hündürlük, yağıntıların miqdarı , Md, ∑t˃10°, BİP) balla ifadə olunmuş göstəricisi: Bb- torpağın qiymət meyarları (humus,azot,kalium,fosfor,UƏS və s.) əsasında tapılmış bonitet balı: t1+t2+t3+tn...- qiymətləndirmədə iştirak edən torpaq amillərinin (pH, suyadavamlı aqreqatlar, sıxlıq) balla ifadə olunmuş göstəricisi: Sn – ekoloji qiymət meyarlarının sayı.

Hər 3 qrup göstəricidən istifadə etməklə Lənkəran vilayətinin əsasən çay, üzüm və taxılaltı torpaqlarının bu bitkilərin tələbinə uyğun ekoloji qiyməti tapılmış və bunun əsasında ekoloji qiymət şkalası qurulmuşdur. Torpaqların ekoloji qiymətləndirilməsi ilə bağlı irəli sürülmüş yeni yanaşma üsulu, yuxarıda qeyd edildiyi kimi , əvvəlki tədqiqat işləri ilə ümumi nəzəri əsasa malik olsa da , bir sıra cəhətlərinə cəhətlərinə görə əvvəlkilərdən fərqlənir. Cədvəllərdəndə göründüyü kimi , vilayət daxilində yayılmış torpaqlar istər əlamətlərin təzahür dərəcəsinə görə, istərsə də özlərinin yekun ekoloji balını taparkən əvvəlki işlərdən fərqli olaraq anlayışlar (yüksək,orta,yaxşı və s.) səviyyəsini aşaraq, konkret rəqəmlərlə ifadə olunmuşdur. Bu rəqəmlər , yəni torpaqların ekoloji bonitet balı düstur vasitəsilə tapılmışdır. Təklif edilən bu yanaşma qaydası metodiki baxımdan da bir sıra özünə məxsus cəhətlərə malikdir:

I. Torpaqların nisbi müqayisəli qiymətləndirici prinsipinə əsaslanan torpaqların bonitrovkası nəticəsində əldə edilmiş bonitet ballarından fərqli olaraq, torpaqların ekoloji qiymət göstəricisi, torpaqların təzahür dərəcəsini əks etdirən şkalalar əsasında tapılır. Burada yalnız bir göstərici “torpaqların meyarlar əsasında tapılmış bonitet balı” Lənkaran vilayəti torpaqlarının çay, üzüm və taxıl üçün tərtib edilmiş əsas şkalalarından əsas şkalalarından götürüldüyü üçün müqayisəli qiymətləndirmə prinsipinə əsaslanmışdır.

II. Şkalada torpaqların iki iyerarxik səviyyəsi, torpaq qrupları (sarı dağ-meşə, sarı podzollu, sarı podzollu qleyli torpaqlar) və yarımtiplər (yuyulmuş dağ qəhvəyi, tipik dağ qəhvəyi, karbonatlı dağ qəhvəyi, bərkimiş yuyulmuş qəhvəyi, yuyulmuş çəmən qəhvəyi, tünd boz-qəhvəyi) üçün ekoloji qiymət göstəricisinin tapılması bu yanaşmanın universallığını göstərir.

Geniş informasiyanın olduğu şəraitdə torpaqların ekoloji qiymətləndirilməsinin yeni yanaşmasını daha aşağı iyerarxik səviyyələr üçün həyata keçirmək mümkündür.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə