3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə2/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   2   3   4   5   6   7   8   9   ...   14

d) Şəban ayında min dəfə “La ilahə illəllahu və la nəbudu illa iyyahu muxlisinə ləhud-dinə və lov kərihəl-muşrikun” demək.

s) Ramazan ayında “Cövşən-kəbir” duasını oxumaq.

18-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qiyamət günündə ümmətimdən on dəstə məndən ayrılar və müxtəlif surətlərə düşərlər:

a) Meymun surətində gələnlər söz gəzdirənlərdir.

b) Donuz surətində gələnlər haram mal yeyənlərdir.

v) Başı aşağı gələnlər sələmçilər, faiz yeyənlərdir.

q) Kor halda daxil olanlar, nahaq hökm vermiş zalım hakimlərdir.

d) Məhşərə kar gələnlər xudpəsəndlər və özünü sevənlərdir.

s) Dilini dişləyib, ağzından çirk axanlar əməlsiz alimlərdir.

h) Məhşərə əl-ayağı kəsilmiş vəziyyətdə gələnlər qonşuya əzab-əziyyət verənlərdir.

x) Murdardan da iyrənc olanlar zina edənlər, harama, şəhvətə və (haram) ləzzətə qurşananlardır.

ç) Oddan olan budaqlara bağlananlar dünyada padşahlara, ağalara sirr və xəbər aparıb xalqı incidənlərdir.

f) Alovdan paltar geyinənlər təkəbbür edənlərdir.

19-Axirət mənzillərindən biri də qiyamət günündə əməllərin ölçüldüyü gündür: Belə ki, qiyamət başlananda hər kəsin əməlləri ölçülər, yaxşı və ya pis işlərinin miqdarı məlum olar. Əməli yüngül olanlar zərər çəkənlər, yaxşı əməli çox və ağır olanlar isə nicat tapanlardır.

20-Yaxşı əməlin çox və ağır olmasına səbəb olan əməllər:

a) Salavat demək: İmam Baqir (ə) və imam Sadiq (ə) buyurmuşdur: “(Qiyamət günü) əməllər ölçüləndə salavatdan ağır bir əməl olmaz.” Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: “Mənə salavat göndərmək qiyamətdə yaxşı əməllərin çəkisini artırar.”

b) Yaxşı əxlaqlı olmaq.

21-Axirətin mənzillərindən biri də qiyamətdə hesab verməkdir: Allah-taala Qurani-kərimdə buyurur: “Camaatın hesab verəcəyi vaxt yaxınlaşdı, lakin onlar qəflətdədir və onun haqqında heç də fikirləşmirlər.”

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “(Qiyamətdə) dörd məsələ haqqında soruşular: 1-Ömür. 2-Cavanlıq. 3-Var-dövlətin haradan qazanılması. 4-Var-dövlətin harada xərclənməsi.”

İmam Baqir (ə) da buyurmuşdur: “Qiyamət günündə insandan soruşulan ilk əməl namazdır.”

22-Axirət mənzillərindən biri də əməl dəftərinin verilməsidir: Qurani-kərimdə də bu barədə söz açılmışdır. Belə ki, “Zilzal” surəsinin 6-cı ayəsində buyurulur: “O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar.”

İmam Sadiq (ə) buyurmuşdur: “Möminin əməl dəftəri sağ əlinə veriləcək və hesabı asan olacaq. Başqalarının əməl dəftəri isə sol əlinə veriləcək və onlar ağır hesab verənlərdir.”

İmam Sadiq (ə) yenə buyurmuşdur: “Qiyamət başlananda camaatın əməl dəftəri onlara verilər və onlara deyilər ki, oxu... Sonra onlar deyərlər: Vay olsun bizə! Gördüyümüz böyük və kiçik əməllərin hamısı burada yazılmışdır!”

23-Axirət mənzillərindən biri də cəhənnəmin üzərindən çəkilən Sirat körpüsüdür: Oradan keçə bilməyən şəxs behiştə daxil olmaz. Bu körpü tükdən nazik, qılıncdan iti və oddan hərarətlidir. Dünyada doğru yolda olan, həqiqət və din yolundan sapmayanlar bu körpüdən sağ-salamat və ildırım sürəti ilə ötüb keçəcəklər. Bəziləri çətinliklə keçib nicat tapacaqlar. Bəziləri sürətli atlar kimi, bəziləri dizi-dizi (iməkləyərək) Siratı adlayacaq, bəziləri də bu körpüdən keçərkən cəhənnəmə düşəcəklər. Bir sözlə, camaat dünyada din yolunu necə getmişlərsə, Siratı da elə keçəcəklər.

24-Əllamə Məclisi özünün “Həqqul-yəqin” kitabında yazır: Bizim əqidəmizə görə, Sirat körpüsünün hər bir dolamasında insandan Allahın əmr və qadağan etdiyi məsələlərdən soruşulacaq. Əgər həmin məsələ barəsində səhlənkarlıq etmişdirsə, o dolamada min il saxlanılar və ondan həmin məsələ ilə əlaqədar Allahın haqqı tələb olunar. Əgər ona cavab verə bilsə, Allahın rəhmətinə şamil olub, nicat tapar və başqa bir dolamaya çatar. Beləliklə, Sirat körpüsünün hər bir dayanacağında sorğu-sual olunan halda, onu ötüb keçər.

25-Sirat körpüsündən sağ-salamat keçməyə səbəb olan əməllər:

a) Qohumluq əlaqələrini möhkəmlətmək.

b) Əmanətə sadiq qalmaq.

v) Rəcəb ayının ilk onuncu gecəsində (işa namazından sonra) iyirmi rükət namaz qılmaq.

q) Rəcəb ayında altı gün oruc tutmaq.

d) Şəban ayının 29-cu gecəsində on rükət namaz qılmaq və hər rükətində “Həmd” surəsindən sonra bir dəfə “Təkasur”, on dəfə “Nas”, “Fələq” və “İxlas” surələrini oxumaq.

s) İmam Rza (ə)-ı ziyarət etmək.

26-İmam Sadiq (ə) buyurmuşdur: “Günlərin birində Cəbrail qəzəbli və qaş-qabaqlı halda həzrət Peyğəmbər (s)-in yanına gəldi. Peyğəmbər (s) buyurdu: “Nə üçün bu gün belə qəzəblisən?” Cəbrail dedi: “Mələklər cəhənnəm odunu ağartmaq üçün min il, qızartmaq üçün min il, qaraltmaq üçün də min il üfürdülər. İndi də onun odu qaradır. Əgər ondan bir damla dünya sularına düşsə, bütün dünya camaatı onun pis qoxusundan ölərlər.” Bundan sonra həm Peyğəmbər (s), həm də Cəbrail ağlamağa başladılar. Bu zaman Allah-taala bir mələk göndərib buyurdu: “Mən sizi bu əzabdan amanda saxladım.”

27-İmam Əli (ə) buyurmuşdur: “Dünyanın sonuncu günü çatanda, insan öz var-dövlətinə xitab edərək deyər: “Sənə qarşı paxıllıq etdim, indi mənə nə kimi köməklər edə bilərsən?” Cavab verib deyər: “Məndən yalnız öz kəfənini götürə bilərsən.” Sonra üzünü övladlarına tutub deyər: “And olsun Allaha! Mən sizi çox sevirəm, bu gün mənə yardım edə bilərsinizmi?” Cavab verib deyərlər: “Biz səni yalnız dəfn edə bilərik.” Ondan sonra öz əməllərinə deyər: “And olsun Allaha, Mən səni çox istəyirdim, özün buna şahidsən. İndi mənə yardım edə bilərsənmi?” Əməl cavab verib deyər: “Mən qəbirdə və hesab gününə qədər səninlə birgəyəm, sonra bizi Allaha tapşırarlar.” Əgər Allahın xoşuna gəlsə, gözəl surətli, xoş ətirli və qəşəng paltar geyinmiş bir şəxs onun yanına gəlib, behiştə müjdə verər. Əgər vacibi əməlləri bilə-bilə tərk edib günahkarlardan, yaxud kafirlərdən olsa, Allahın qəzəbinə səbəb olar və qorxunc surətli, pis qoxulu bir şəxs gəlib, onun cəhənnəmə gedəcəyini xəbər verər.”

28-İnsanın ruhu bədənindən çıxdıqda, can vermənin çətinliyi qurtarar, (qəbrə qoyulmazdan öncə) bir neçə saat rahatlıq və aramlıq hiss edər. Sonra onun gözündən pərdələr götürülər və özünü cənazəsinin üstündə durduğunu, qohum-əqrəbanın isə cənazəsinin ətrafına toplaşıb ağladığını görər və deyər: “Mən artıq sağalmışam, ölməmişəm.” Lakin onun sözünə qulaq asan bir kəs olmaz, sanki heç kəs onu görmür, o isə öz bəsirət gözü ilə dəfn mərasimində iştirak edənlərin müxtəlif surətlərə düşdüyünü – bəzilərini insan, bəzilərini də vəhşi heyvanlar surətində – görüb qorxar. Cənazəni qəbrə yaxınlaşdırdıqda, onu qorxu bürüyər. (Buna görə də cənazənin bir dəfəyə deyil, üç dəfəyə qəbrə qoyulması müstəhəbdir.)

29-Cənazəni qəbrə qoyanda, onun qorxusu daha da çoxalar, bütün bədəni əsməyə başlayar və camaatdan yardım diləyər, lakin heç kəs ona yardım etməz, hər kəs öz işi ilə məşğul olar: biri ağlayar, biri qəbrin üstünə torpaq tökər və s. Qəflətən bir neçə nəfər gəlib onunla söhbət etməyə başlayar. O, onların kim olduğunu soruşmaq istədikdə, gözdən itərlər. Bundan sonra qəbrin üstünün örtüldüyünü və qaranlıq qəbirdə tək-tənha qaldığını hiss edər, camaatın, xüsusilə əhl-əyalının vəfasız olduğunu fikirləşib qəmgin olar və qorxulu və kimsəsiz halda, ümidini Allaha bağlayıb, cənazəsinin üstündə əyləşər.

30-Bu zaman Nəkir və Münkir adlı qorxunc surətli, ağızlarından və burunlarından alov püskürən iki mələk gələr, cənazəni sorğu-suala tutub deyərlər: “Rəbbin kim idi? Peyğəmbərin kim idi? İmamın kim idi? Hansı dində idin? Qiblən haradır?...” Onların surətinin qara olduğu, dodaqlarının dəvə dodağına oxşadığı, əllərində oddan şişlər olduğu üçün, meyyit qorxduğu, taqəti olmadığı halda, cavab verməyə başlayar. Həqiqi əqidəsi olanlar əqidələrini deyib Allahın təkliyinə, həzrət Mühəmməd (s)-in risalətinə və məsum imamların imamətinə şəhadət və digər suallara da düzgün cavab verər. Buna görə də mələklər onunla ədəblə və ehtiramla rəftar edərlər. Əks halda isə, dili tutular və bu zaman mələklər onun qəbrini odla doldurarlar.

31-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin üçün (qəbrin yuxarı tərəfindən) bir qapı açılar, öz yerini behiştdə görər və o qapıdan heç vaxt görmədiyi xoş surətli iki şəxs daxil olar. Bu zaman mömin şəxs deyər: “Ey Allahın bəndəsi! İndiyə qədər səndən də gözəl bir şəxs görməmişəm!” Cavab verib deyər: “Mən sənin doğru əqidən və yaxşı əməlinəm.”

32-Həzrət Süleyman (ə) qəbiristanda ölmüş bir şəxslə danışırdı. Ölən şəxs söhbət əsnasında dedi: “Ey Süleyman! Allahın yanında üç əməli böyük gördüm: “Soyuq gecələrdə namaz qılmağı. 2-İsti günlərdə oruc tutmağı. 3-Sol əlin xəbəri olmadığı halda, sağ əllə sədəqə verməyi.”

33-Həzrət Peyğəmbər (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: “Meraca getdiyim gecə ümmətimdən bir dəstə qadın görüb ağladım. Başlarının tükünü naməhrəm kişilərdən örtməyən qadınlar saçlarından, dilləri ilə ərinə əziyyət verənlər dillərindən və ərinin icazəsi olmadan evdən çıxanlar ayaqlarından asılmışdılar. Özlərini yad (naməhrəm) kişilər üçün zinətləndirənlər bədənlərinin ətini yeyirdilər. Özünü və paltarlarını pak etməyən, heyz və cənabət quslu verməyən və namazı yüngül sayanların ayaqlarını əllərinə bağlamışdılar. Zinadan övlad dünyaya gətirib, onu yalandan öz ərinə nisbət verənlər kor və kar idilər. Özlərini naməhrəm kişilərə göstərənlər bədəninin ətini maqqaçla qoparırdılar. Söz gəzdirən və yalan danışan qadınların başları donuz, bədənləri isə ulaq şəklində idi. Xanəndəliklə məşğul olan qadınlar it surətində idilər. Vay olsun öz ərini qəzəbləndirən qadına! Xoş olsun öz ərini razı salan qadına!”

34-İmam Baqir (ə) buyurmuşdur: “Qəbir, axirət mənzillərindən biridir. Əgər ondan nicat tapsan, ondan sonra asan olar, əks təqdirdə, daha şiddətli və çətin olar... Bu barədə qəbrə daxil olmamışdan öncə fikirləşmək lazımdır.”

35-“Hədisi-qüdsi”də buyurulur: “Ölümünə yəqin edən şəxs (qəh-qəhə ilə) gülməz. Allahın hər bir şeydən xəbərdar olmasını bilən şəxs necə günah edir? Qəbirdə tək-tənha qalıb hesab verəcəyini bilən şəxs başqası ilə necə ünsiyyət yaradır?! (İnasan) yalnız Allah və saleh əməllərlə ünsiyyətdə olmalı, onların yardımçı və nəzarətçi olması haqqında fikirləşməlidir.”

36-İmam Sadiq (ə) buyurmuşdur: “Möminlərin ruhları behiştin saraylarında yaşayır, onun təamlarından yeyir və şərablarından içərlər.”

37-Allah-taala Qurani-kərimdə bir neçə xüsusiyyətə malik olanlardan başqa, digər insanların zərərdə olduğunu açıqlamışdır. Həmin xüsusiyyətlər bunlardır: 1-İman. 2-Saleh əməl. 3-İnsanların bir-birlərinə kömək etməsi. 4-Haqq əqidələrə yiyələnmək. 5-İbadətdə və günah qarşısında səbir etmək.

38-Mötəbər hədislərdə buyurulur: “Bizim şiələrə deyin ki, sizin çətinliyiniz məhz bu dünyadadır. Canınız boğazınıza çatdığı vaxt, rahatlığınızın başlanğıcıdır.” İmam Sadiq (ə) buyurmuşdur: “Can verən halında möminə behiştdəki yeri göstərilər və ölüm mələyi ona deyər: “Ey Allahın dostu! Mən sənə qarşı ata-anandan da mehribanam, gözünü ac və on dörd məsuma bax.” Başqa bir hədisdə buyurulur: “Mələklərin ona göz işlədikcə behişt müjdəsi verməsini görər.”

39-İmam Səccad (ə) buyurmuşdur: Həzrət Peyğəmbər (s) Əli (ə)-a buyurdu: “Ya Əli! Sənin şiələrinin yeddi xüsusiyyəti vardır: 1-Asan can vermək. 2-Qəbirdə ünsiyyətdə olmaq. 3-Qəbrinin nurlu olması. 4-Qiyamət günündə amanda qalmaq. 5-Yaxşı əməllərinin ağır olması. 6-Sirat körpüsündən (sağ-salamat) keçmək. 7-Behiştə daxil olmaq.”

40-Ölüm məhv və puç olmaq deyil, həyatın dəyişməsidir; həqiqətdə yeni bir həyatdır.

1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxsin dəfn mərasimində iştirak etməyi. 2-Xəstənin görüşünə getməyi. 3-Asqıran şəxsə afiyət (sağlam ol) deməyi. 4-Məzluma kömək etməyi. 5-Salam verməyi. 6-Dəvəti qəbul etməyi. 7-And içənin xahişini yerinə yetirməyi.

2-Allah-taala yeddi dəstə adama Öz ərşinin sayəsində yer verər: 1-Ədalətli rəhbərə. 2-İbadət edən cavana. 3-Məsciddən çıxıb, sonradan məscidə qayıtmaq fikrində olan şəxsə. 4-İbadətə görə başqaları ilə dostluq edən şəxsə. 5-Xəlvətdə (günahların qorxusundan) ağlayan şəxsə. 6-Gizli şəkildə sədəqə verən şəxsə. 7-Gözəl bir qadının zinaya dəvətini qəbul etməyən şəxsə.

3-Əbuzər deyir: Peyğəmbər (s) mənə yeddi vəsiyyət etdi: 1-Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm. 2-(Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm. 3-Məzlumları sevəm və onlara kömək edəm. 4-Acı olsa da belə, həmişə haqq söz deyəm. 5-Məndən üz çevirsələr də belə, qohumlarımla əlaqələrimi kəsməyəm. 6-Allahın əmr etdiyi işi görməkdə başqasının məzəmmət və danlağından qorxmayam. 7-Behişt xəzinələrindən sayılan “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini tərk etməyəm.

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a buyurdu: “Ya Əli! Hər kəsdə yeddi xislət olsa, imanın həqiqətinə nail olmuş və behişt qapıları onun üzünə açılmışdır: 1-Əhval-ruhiyyə ilə dəstəmaz almaq. 2-Namazı yaxşı qılmaq. 3-Malın zəkatını vermək. 4-Qəzəb odunu söndürmək. 5-Dili bağlamaq (yəni az danışmaq). 6-Günahdan tövbə etmək. 7-Peyğəmbər xanədanına qarşı xeyirxahlıq etmək.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah və mən yeddi qrupu lənətləmişik: 1-Allahın kitabına hər hansı bir sözü əlavə edəni. 2-Qəza və qədəri təkzib edəni. 3-Mənim sünnəmin əksinə çıxanı. 4-Mənim itrətimlə (Əhli-beytimlə) müxalifət edəni. 5-Hökuməti zorla ələ keçirib, Allahın əziz bəndələrini xar və bədbəxt edəni. 6-Müsəlmanların ümumi mallarını öz mənfəətinə xərcləyəni. 7-Allahın halalını haram və haramını halal edəni.”

6-Yəhudilərdən bir qrupu Peyğəmbər (s)-dən soruşdular: “Allahın sənə və ümmətinə əta etdiyi yeddi xislət hansılardır?” O həzrət buyurdu: 1-“Həmd” surəsi. 2-Azan. 3-Məsciddə və cümə günündə camaat namazı qılmaq. 4-Meyyit namazı. 5-Gündəlik namazın üçünü ucadan qılmaq. 6-Xəstə və səfərdə olduqda ibadətin yüngülləşməsi. 7-Ümmətimin günahkarlarına şəfaət etmək.”

7-Əbdürrəhman ibn Kəsir imam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Ən böyük günahlar yeddidir: 1-Allah-taalaya şərik qoşmaq. 2-Allahın öldürülməsini haram etdiyi şəxsləri öldürmək. 3-Yetimin malını yemək (mənimsəmək). 4-Ata-ana ilə pis rəftar etmək (onlara aq olmaq). 5-İffətli və pak qadınlara töhmət vurmaq. 6-Müharibədən (cihaddan) qaçmaq. 7-Bizim haqqımızı inkar etmək.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məni və mənim Əhli-beytimi sevmək yeddi yerdə fayda verər: 1-Ölüm vaxtı. 2-Qəbirdə. 3-(Qiyamətdə) diriləndə. 4-Əməl dəftərini alanda. 5-Hesab günündə. 6-Əməllər ölçüləndə. 7-Sirat körpüsündən keçəndə.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a buyurdu: “Sən yeddi səbəbə görə başqalarından üstünsən: 1-Hamıdan əvvəl iman gətirmisən. 2-Əhd-peymana hamıdan artıq vəfalısan. 3-Allahın işində (göstərişlərini yerinə yetirməkdə) dözümlüsən. 4-Malı bölməkdə hamıdan ədalətlisən. 5-Vəzifə başında əyləşənlərdən ədalətlisən. 6-Qəzavət işlərinə (hökm etməkdə) hamıdan çox agahsan. 7-Allahın yanında hörmətlisən.”

10-Allah-taala bir ümmətə qəzəblənərkən hələ ağır əzab nazil etmədiyi zaman o ümməti günaha mürtəkib olduqlarına görə yeddi bəlaya düçar edər. Əsbəğ ibn Nəbatə deyir: Əli (ə) buyurdu: Həzrət Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: “Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təravətli və bol olmaz, suları artmaz, yağış yağmaz, onlara zülmkar şəxslər rəhbərlik edər.”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Cəbrail gəlib dedi: Allah buyurur: Mənimlə sənin ümmətin arasında yeddi müqavilə vardır: 1-Əgər Mənə itaət etsələr, günahkar olsalar da belə, itaətlərini qəbul edərəm. 2-Bir daha günah etməməkləri üçün tövbə etsələr, onları anadan təzə doğulan körpə kimi pak-pakizə dünyadan apararam. 3-Əgər yeddi bədən üzvlərindən (dil, qulaq, göz, əl, ayaq, qarın və cinsiyyət üzvü) biri saleh əməl etsə, digərləri isə günah iş görsə, qalan altı üzvü o bir üzvə görə bağışlayaram. 4-Əgər bir şəxs günah edib, günahları bağışlayan tək Allahın varlığına inansa, onu bağışlayaram. 5-cirkin işlərini tərk etmək üçün, onları müxtəlif xəstəliklərə düçar edərəm. 6-Onlara yayda istilik, qışda isə soyuqluq göndərərəm ki, axirətin soyuqluq və istiliyinə dözsünlər. 7-Aylara və günlərə savab təyin edərəm ki, həmin aylarda və günlərdə ibadət etsələr, günahlarını bağışlayıb, çoxlu savab verərəm.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yeddi evə rəhmət nazil olmaz: 1-Qadın boşanan evə. 2-Ərinə itaət etməyən qadın olan evə. 3-Kişinin əmanətinə xəyanət olunan evə. 4-Zəkatı verilməyən mal olan evə. 5-Ölən şəxsin vəsiyyətinə əməl olunmayan evə. 6-Şərab içilən evə. 7-Ərinin malından oğurlayan qadın olan evə.”

13-İmam Sadiq (ə) buyurmuşdur: “Yeddi dəstə adam öz əməllərini batil edər: 1-Çoxlu elm sahibi olub məşhur olmayan (öz elmini başqalarına öyrətməyən) səbirli şəxs. 2-Öz hikmətini ləyaqəti olmayanların ixtiyarında qoyan hikmət sahibi. 3-Hiyləgər və xain şəxslərə inanan şəxs. 4-(Ürəyində) rəhmi olmayıb qəzəblənən hörmətli şəxs. 5-Övladının sirrini gizli saxlamayıb faş edən ana. 6-Dostlarını danlamağa və məzəmmət etməyə tələsən şəxs. 7-Dostu ilə həmişə mübahisə edən şəxs.”

14-İmam Əli (ə) buyurmuşdur: “İslamın yeddi sütunu vardır: 1-Dözümün əsası olan ağıl. 2-Abırlı olmaq və düz danışmaq. 3-Düzgün və diqqətlə Quran oxumaq. 4-Allah yolunda dostluq və düşmənçilik etmək. 5-Həzrət Mühəmməd (s)-in Əhli-beytinin haqqını və vilayətini tanımaq. 6-Qardaşların özlərini və haqlarını himayə etmək. 7-Xalq ilə yaxşı qonşuluq.”

15-Yeddi əməl ölümdən sonra insana fayda verər: 1-Ağac əkmək. 2-Quyu qazıb su çıxarmaq. 3-Suyun cari olması üçün arx düzəltmək. 4-Məscid tikmək. 5-Quranı (üzündən köçürüb) yazmaq. 6-Yadigar olaraq elm qoymaq. 7-Ata-anasının bağışlanmasını diləyən saleh övlad qoyub getmək.

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yeddi yerdə danışmaq məkruhdur (bəyənilmir): 1-Cənazənin ardınca gedəndə. 2-Qəbiristanda. 3-Xəstənin başı üstündə. 4-Elm Məclisində. 5-Məsciddə. 6-Müsibət halında. 7-Cima (cinsi əlaqə) vaxtı.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli, Cəbrail Adəm övladına olan yeddi gözəl xüsusiyyətə görə insan zümrəsindən olmağı arzu edərdi: 1-Camaat namazı qılmağı. 2-Alimlərlə oturub-durmağı. 3-İki nəfəri barışdırmağı. 4-Yetimi əzizləyib nəvaziş etməyi. 5-Xəstələrə baş çəkməyi. 6-Dəfn mərasimində iştirak etməyi. 7-Həcc mərasimində susuzlara su verməyi.”

18-İsmail ibn Əbi Ziyad imam Sadiq (ə)-dan, o da atası imam Baqir (ə)-dan belə nəql etmişdir: “Yeddi nəfər (səfərdə olduqları halda) namazı qəsr qılmamalıdır: 1-Zəkat yığmaq üçün səfərə gedən məmur. 2-Sənətinin tələbinə görə səfər edən hakim. 3-Ticarət məqsədilə (həmişə) bu bazardan başqa bir bazara səfər edən tacir. 4-Çoban. 5-Su tapmaq üçün səhralıqda gəzən şəxs. 6-İstirahət məqsədilə ova gedən şəxs. 7-Camaatın yolunu kəsən quldur.”

19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala bizim vücudumuzda yeddi xüsusiyyət qərar vermişdir: 1-Gözəllik. 2-Fəsahət (gözəl danışıq). 3-Şücaət. 4-Alicənablıq. 5-Elm. 6-Qadınlara məhəbbət. 7-Helm.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimdən yeddi əməl sahibi qiyamətdə peyğəmbərlər, şəhidlər, övliyalar və saleh bəndələrlə birgə gələr: 1-Bir şəxsi (xərcini verib) həccə göndərən. 2-Yardım istəyənə kömək edən. 3-Bir yetimi böyüdüb başa çatdıran. 4-Azğın şəxsi hidayət edən. 5-Acı doyuzduran. 6-Susuz şəxsə su verən. 7-Qızmar gündə oruc tutan.”

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah tərəfindən mənə belə vəhy gəldi: “Ey Əhməd! Yeddi sifətə malik olan şəxs abid sayıla bilər: 1-Onu günahdan saxlayacaq təqvası olan şəxs. 2-Yersiz və boş sözlər danışmayan. 3-Ağlamaq gətirən qorxu. 4-Xəlvətdə həya edib, Məndən xəcalət çəkən. 5-Ehtiyacını ödəyəcək yeməklə qənaətlənən. 6-Dünya ilə düşmən olan (ona məftun olmayan). 7-Saleh şəxsləri sevən şəxs.”

22-Allah-taala yaratdığı yeddi asimana and içmişdir.

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs könüllü olaraq və xalis niyyətlə öz malının zəkatını versə, ona yeddi asimanda yeddi ad verilər: Birinci asimanda “səxavətli”, ikinci asimanda “bəxşiş” edən, üçüncü asimanda “hökmdar”, dördüncü asimanda “xoş əxlaqlı”, beşinci asimanda “əta edən”, altıncı asimanda “bərəkətli” və yeddinci asimanda isə “bağışlanmış şəxs” adı verilər.”

24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs zəkat verməsə, yeddi asimanda ona yeddi təhqiramiz ad verilər: Birinci asimanda “paxıl”, ikinci asimanda “alçaq”, üçüncü asimanda “simic və xəsis”, dördüncü asimanda “qəzəb olunmuş”, beşinci asimanda “eybəcər sifətli”, altıncı asimanda “bərəkətsiz” və yeddinci asimanda isə “namazı qaytarılıb üzünə vurulan” şəxs.”

25-Süfyan ibn Əbi Leyla deyir: Rum padşahı imam Həsən (ə)-dan anası olmadan dünyaya gələn yeddi varlıq haqqında soruşduqda, Həzrət buyurdu: “Adəm, Həvva, İbrahim (ə)-ın qoçu, Saleh (ə)-ın dəvəsi, (Adəmi aldadan) behiştdəki ilan, (Habil və Qabilin hekayəsində) Allah-taalanın yeri qazmaq (və meyyiti dəfn etmək) üçün göndərdiyi qarğa və Allahın lənətlədiyi İblis.”

26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Cəbrail mənə yeddi şeyi tövsiyə etmişdir: 1-Qadınlar haqqında o qədər tövsiyə etdi ki, onları boşamağın haram olduğunu güman etdim. 2-Qullar haqqında o qədər tövsiyə etdi ki, onların öz-özünə azad olmaqları ilə əlaqədar müəyyən vaxt təyin edəcəyini güman etdim. 3-Qonşu barəsində o qədər tövsiyə etdi ki, onların da vərəsələrdən sayılıb irs aparacaqlarını təsəvvür etdim. 4-Misvak vurmağı o qədər tövsiyə etdi ki, onun vacib olduğunu güman etdim. 5-Camaat namazına o qədər təkid etdi ki, Allah dərgahında yalnız camaat namazının qəbul olunacağını təsəvvür etdim. 6-Zikr demək haqqında elə tövsiyələr etdi ki, zikr demədən danışılan söhbətin heç bir faydası olmadığını güman etdim. 7-Gecə namazı barəsində o qədər tövsiyə etdi ki, güman etdim ki, gecəni oyaq qalıb yatmamaq lazımdır.”

27-İmam Əli (ə) buyurmuşdur: “Yeddi xassiyyətə malik olan şəxs mömindir: “1-Halal mal qazanan şəxs. 2-Əxlaqı yaxşı olan şəxs. 3-Qəlbi təmiz olan şəxs. 4-Çoxlu bəxşiş edən şəxs. 5-Az danışan şəxs. 6-Camaatın onun əlindən amanda qaldığı şəxs. 7-Başqaları ilə insafla davranan şəxs.”

28-İmam Əli (ə) buyurmuşdur: “1-Əgər yoldaş istəyirsənsə, Allahı özünə yoldaş seç. 2-Dünya istəyirsənsə, ondan ibrət dərsi al. 3-Dost istəyirsənsə, (yaxşı) əməl sahibləri ilə dost ol. 4-Kəsb və ticarət istəyirsənsə, ibadət et. 5-Ürək yoldaşı istəyirsənsə, Quran oxu. 6-Nəsihət eşitmək istəyirsənsə, ölümü yad et. 7-Əgər ölüm kifayət etməsə, cəhənnəm odu kifayət edər.”

29-İmam Əli (ə) buyurmuşdur: “1-Günahsız nemət səmadan ağırdır. 2-Haqq yerdən geniş və əhatəlidir. 3-Dənizdən də ehtiyacsız, qane olan kişinin qəlbidir. 4-Münafiqin qəlbi daşdan möhkəmdir. 5-Zülmkar padşah atəşdən də hərarətlidir. 6-Paxıla möhtac olmaq buzdan da soyuqdur. 7-Zəhərdən də acı səbirdir.”

30-İmam Əli (ə) buyurmuşdur: “Elm yeddi səbəbə görə mal-dövlətdən üstündür: 1-Elm peyğəmbərlərin mirası, mal-dövlət isə fironlar mirasıdır. 2-Elmi başqasına verməklə azalmaz, mal-dövləti isə başqasına verməklə azalar. 3-Mal-dövlət qorucuya ehtiyaclıdır, elm isə öz sahibini qoruqçusudur. 4-Elm kəfənə daxil olur, mal-dövlət isə (qəbirdən çölə) qalır. 5-Mal-dövlət həm mömin, həm də kafir üçün, elm isə yalnız mömin üçün hasil olur. 6-Bütün insanlar din işlərində alimə möhtac olur, mal-dövlət sahibinə isə möhtac olmurlar. 7-Elm Sirat körpüsündə yardımçıdır, mal-dövlət isə (Sirat körpüsündən) keçməyə mane olur.”

31-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin sizin üzərinizdə yeddi haqqı vardır: 1-İnsanın özünə istədiyini onun üçün də istəmək. 2-Onun hacətlərini yerinə yetirməkdə əlindən gələni əsirgəməmək. 3-Bədən (əl, ayaq və s.) üzvləri ilə ona kömək etmək. 4-Onun eyblərini örtmək. 5-Sən tox, o isə ac olmasın. 6-Onun işlərinə kömək etmək. 7-Xəstə olanda görüşünə getmək və dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmək.”

32-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala İslamı yeddi hissəyə bölmüşdür: 1-Səbr. 2-Düz danışmaq. 3-Yəqin. 4-Ümid. 5-Vəfa. 6-Elm. 7-Helm.”

33-Salman Farsi demişdir: “Paxıl yeddi bəlaya düçar olar: 1-Ölər və mal-dövləti vərəsələrinə qismət olar. 2-Zülmkar şəxs onun mal-dövlətini əlindən alar. 3-Xeyirsiz bir şeyə aşiq olub, bütün mal-dövlətini ona çatmaq üçün xərc edər. 4-Ev tikmək fikrinə düşdükdə, mal-dövlətini dağıdar. 5-Boğulmaq, odda yanmaq və oğurluğa ittiham olunmaq kimi bədbəxtliyə düçar olar. 6-Əlacsız xəstəliyə tutular və mal-dövlətini onun yolunda xərcləyər. 7-Pulunu gizlədər, lakin harada gizlətdiyini unudar.”


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə