3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə11/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   ...   6   7   8   9   10   11   12   13   14

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ey cavanlar! Sizdən hər kəsin qüdrəti (imkanı) varsa, ailə qursun. Çünki bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) tərki-dünyalıqla məşğul olmağın, ailə qurmağı tərk etməyin qarşısını almış və qadının ərə getməkdən imtina etməsini qadağan etmişdir.

14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cavan ikən ailə qursa, Şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.”

15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən, mütəal Allah onların əxlaqlarını yaxşılaşdırar, ruzilərini bol edər və abır-şərəflərini artırar.”

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah dərgahında İslamda nikahla abad olmunuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.”

17-İmam Sadiq (ə) buyurmuşdur: “Subaylarını evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.”

18-İmam Əli (ə) buyurmuşdur: “Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında, mütəal Allah onların arasında şəri nikah qərar versin deyə, vasitəçi olmaqdır.”

19-İmam Kazim (ə) buyurmuşdur: “Üç dəstə qiyamət günündə heç bir kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mömin qardaşını evləndirənlər, mömin qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mömin qardaşının sirrini faş etməyib gizli saxlayanlar.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs halal yolla ailə qurmağa çalışsa, mömin kişini evləndirib mömin qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər, bu yolda dediyi hər söz və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.”

21-İmam Sadiq (ə) buyurmuşdur: “Günahların ən pisi üçdür: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud təxirə salmaq) və işçinin haqqını ödəməmək.”

22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs iki möminin ailə qurmasına çalışaraq onları evləndirsə, Allah-taala əvəzində onu hər biri dürr və yaqutdan tikilmiş qəsrdə olan min Huril-eynlə evləndirər.”

23-İmam Kazim (ə) buyurmuşdur: “Sözsüz, qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, onların vəsiləri, mömin qulu azad edən möminlər, başqa möminin borcunu ödəyən mömin bəndə, mömin qadınla kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mömin qərar tapar.”

24-İmam Əli (ə) buyurmuşdur: “Qadının mehriyyəsini çox etməyin, çünki (bu iş) düşmənçiliyə səbəb olar.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.”

26-İmam Sadiq (ə) buyurmuşdur: “Allahın Rəsulu qiyməti otuz dirhəm olan bir zirehi mehriyyə qərar verib, Əli (ə) ilə Fatiməni evləndirdi.”

27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qadının mübarək (bərəkətli) olmaması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.”

28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.”

29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, hətta (mehriyyəsi) dəmir üzük olsa belə.”

30-İmam Sadiq (ə) buyurmuşdur: “Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc alıb qaytarmaq fikrində olmayanlar.”

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin.” O həzrətdən “əgər onun nəsəbi pis olsa, nə edək?” – deyə soruşduqda, Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: “Dini və gözəl əxlaqı olduğu halda, əsil-nəsəbinin məşhur olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.”

32-İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs sizə elçi gəlsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.”

33-Bir kişi imam Hüseyn (ə)-ın yanına gəlib dedi: “Mənim bir qızım var, onu neçə adama ərə versəm yaxşı olar?” Həzrət buyurdu: “Onu Allahdan qorxan (təqvalı olan) bir adama ərə ver, çünki həmin şəxs sənin qızını sevsə, əzizləyəcək, amma acığı gəlsə, əzab-əziyyət (zülm) etməyəcəkdir.”

34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qızını imansız və fasiq bir adama ərə versə, sözsüz, onunla qohumluq əlaqəsini kəsmişdir.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qadınla təkcə onun gözəlliyinə görə evlənmə; çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər. Həmçinin qadının mal-dövlətinə görə də onunla evlənmə; çünki bu iş onun tüğyan və itaətsizlik etməsinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qadınla, təkcə onun gözəllik və camalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət səbəbi edər.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qadının mal-dövlətinə görə onunla ailə qursa, Allah onu həmin mal-dövlətə həvalə edər; hər kəs qadının gözəlliyinə görə onunla evlənsə, o qadında xoşlamadığı və acığı gəldiyi şeyləri görəcəkdir; hər kəs qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqların hamısını onun üçün cəm edəcəkdir.”

38-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs qadınla təkcə mal-dövlətinə görə ailə qursa, mütəal Allah onu yalnız həmin mal-dövlətə həvalə edər. (Yəni çətin vaxtlarda Allahın lütf və mərhəmətindən binəsib qalar.)”

39-İmam Səccad (ə) buyurmuşdur: “Hər kəs Allah xatirinə və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla, təkcə onun malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkət onun vücudunda qoyulmuşdur.)”

1-Allah-taala buyurmuşdur: “Səbir etmək və namaz qılmaqla kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqası üçün ağırdır.”

2-İmam Baqir (ə) buyurmuşdur: “Qiyamət günü bəndədən soruşulacaq ilk əməl namazdır; əgər namaz qəbul olunsa, sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Namaz dinin sütunudur, onu bilə-bilə tərk edən şəxs dinini xarab etmişdir.”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs namazını zay etsə, Allah-taala onu (qiyamətdə) Qarun, Firon və Hamanla məhşur edər. Vay olsun namazı tərk edən şəxsə!”

5-Allah-taala buyurmuşdur: “(Möminlər) tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar (və ya cihad yolunda, elm öyrənmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirənlərdir. (Ya Mühəmməd!) Belə möminlərə müjdə ver.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah mənim gözümün nurunu namazda qərar vermişdir; yemək ac olan şəxs, su isə susuz şəxs üçün sevimli olduğu kimi, onu mənim nəzərimdə sevimli etmişdir. Ac olan şəxs yemək yeyərək doyur, susuz olan şəxs də su içərək sirab olur, lakin mən namazdan heç vaxt doymuram.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Namaz qılan şəxs namaza durub niyyət edəndə, “Həmd” və surəni oxuyanda, rüku və səcdəyə gedəndə, təşəhhüd və salam deyəndə bu namazla qabaqkı namazlar arasında gördüyü bütün günahları bağışlanar.”

8-Allah-taala buyurmuşdur: “(Günahlardan, küfrdən) təmizlənən kimsə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər namaz vaxtı bir mələk nida edib deyər: Ey Adəm övladları, namaza qalxın və (namaz vasitəsilə) öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu) söndürün!”

10-İmam Sadiq (ə) buyurmuşdur: “Namazı tərk edən şəxs İslamdan heç bir bəhrə görməz.”

11-İmam Sadiq (ə) buyurmuşdur: “Bil ki, namaz Allahın yer üzündə olan səddidir. Hər kəs namazından nə qədər bəhrələndiyini bilmək istəsə, baxıb görsün ki, namazı onu çirkin və pis işlərdən nə qədər saxlayır.”

12-Allah-taala buyurmuşdur: “Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Namazlarınızda (son dərəcə) diqqətli olun, çünki dini qəbul etdikdən sonra, İslamın əsası namazdır.”

14-İmam Əli (ə) buyurmuşdur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən götürməzdi.”

15-İmam Baqir (ə) buyurmuşdur: “Namaz qılan şəxs üzünü qibləyə tutanda tayı-bərabəri olmayan mərhəmətli Allah ona tərəf üz gətirər.”

16-İmam Sadiq (ə) buyurmuşdur: “Hər bir şeyin çöhrəsi vardır, dinin çöhrəsi də namazdır.”

17-Allah-taala buyurmuşdur: “İman gətirən, xeyirli işlər görən, namaz qılan və zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”

18-İmam Sadiq (ə) buyurmuşdur: “Allaha itaət etmək yer üzündə Ona xidmət etməkdir və Allaha olunan heç bir xidmət namazla bərabər ola bilməz.”

19-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa, onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzər. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.”

20-Qurani-kərimdə həzrət İbrahim (ə)-ın belə dediyi buyurulmuşdur: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbim! Duamı qəbul et.”

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Namazı yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kövsər hovuzuna) gələ bilməz.”

22-İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz. (Onlar şəfaətimizdən məhrum olarlar.)”

23-İmam Əli (ə) vəsiyyət etdi ki, üç əməl hacətlərin qəbul olunmasına səbəb olar: Soyuq havada kamil dəstəmaz almaq, gecə və gündüz namaz qılandan sonra intizar çəkmək və camaat namazı qılmaq üçün qədəm götürmək.

24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa, (bağışlanmış insanlardan olar), əks halda cəhənnəmə atılar.”

25-Həzrət Fatimeyi-Zəhra (ə) buyurmuşdur: “Allah namazı təkəbbür və qürurdan paklanmağınız, zəkatı nəfsinizin saflaşması və ruzinizin artması, orucu ixlasınızın möhkəmlənməsi üçün vacib etdi.”

26-Allah-taala buyurmuşdur: “(İsa Məsih (ə) dedi: Allah) mənə diri olana qədər namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”

27-İmam Sadiq (ə) buyurmuşdur: “Allah beş namazı (günün) ən gözəl saatlarında vacib etmişdir. Belə isə, vacibi namazlardan sonra dua edin!”

28-İmam Əli (ə) buyurmuşdur: “Allahın Rəsulu (s) nə şam yeməyini, nə də başqa bir əməli namazdan üstün tutmurdu; namaz vaxtı çatanda, artıq nə ailə-uşaq tanıyırdı, nə də dost.”

29-Allah-taala buyurmuşdur: “Namaz qıl, həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür.”

30-Aşura günü günorta çağı, Əbu Sümamə Seydavi namazın vaxtının çatmasını imam Hüseyn (ə)-a xatırlatdıqda, o həzrət onun barəsində ən gözəl dua edib buyurdu: “Allah səni namazı yad edənlərdən qərar versin!”

31-İmam Sadiq (ə) buyurmuşdur: “Bizim şiələrimizi namaz vaxtında imtahan edin: görün ki, vaxtında namaz qılmağa necə riayət edirlər.”

32-Allah-taala Qurani-kərimdə həzrət Loğman (ə)-ın öz oğluna nəsihətini belə bəyan edir: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən bu, vacibi əməllərdəndir.”

33-İmam Sadiq (ə) buyurmuşdur: “Namazın vaxtı çatanda, imam Səccad (ə)-ın bədəninin tükləri biz-biz olur, rəngi saralır və bədəni xurma ağacının quru budaqları kimi əsirdi.”

34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Üç əməli təxirə salmayın: Namazı, cənazəni götürməyi və dul qadını ərə verməyi.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Namazı əvvəl vaxtından təxirə salma; çünki bu iş, Allahı qəzəbləndirir.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Namazı elə halda qıl ki, sanki ömrünün axırıncı namazını qılırsan.”

37-Allah-taala buyurmuşdur: “Sən isə Rəbbini tərifləyib şükr et, səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol və ölənə qədər Rəbbinə ibadət et.”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Namazı kamil dəstəmaz almaqla əvvəl vaxtında qıl.”

39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “(Gündəlik) beş namazı riayət edən (vaxtında lazımınca qılan) şəxslərə, bu namazlar qiyamət günündə onun üçün nur və nicat vasitəsi olacaqdır.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Asimanın rəhmət qapıları dörd yerdə açılır və dualar qəbul olunur: 1-Allah yolunda cihad edənlərin görüşünə gedib onları görəndə. 2-Yağış yağanda. 3-Kəbəni görəndə. 4-Namaz vaxtı.”

1-Namaz behiştə gedənlərin tacıdır.

2-Namaz qeyb aləminə açılmış bir pəncərədir.

3-Namaz yerdən göy aləminə pərvaz etməkdir.

4-Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur.

5-Namaz dini abadlaşdırır.

6-Namaz xoşbəxtlik iksiridir.

7-Namaz insanı xilqətlə eyni ahəngdə edir.

8-Namaz yerlə göy arasında bir körpüdür.

9-Namaz Allahla dostluğu davam etdirməkdir.

10-Namaz möminin simasındakı iman cilvəsidir.

11-Namaz sonsuz ruzi verənə əl açmaqdır.

12-Namaz bütləri sındırmaq və İlahi eşq odunda yanmaqdır.

13-Namaz səma qapılarının yer üzündə yaşayanların üzünə açılmasıdır.

14-Namaz ən pak iman aynasıdır.

15-Namaz qəlbləri dirildən ətirdir (müşkdür).

16-Namaz günah müqabilində bir qalxandır.

17-Namaz günahlar zülmətində qəlbin işıqlanmasıdır.

18-Namaz nur okeanında üzməkdir.

19-Namaz canı duru və sərin bulaqdan sirab etməkdir.

20-Namaz bütün yaxşılıqlar xəzinəsi və eşq fəryadıdır.

21-Namaz çirkinliklərlə mübarizədir.

22-Namaz imanı təkmilləşdirən və insanın meracıdır.

23-Namaz Allaha eşqi izhar etməkdir.

24-Namaz pərhizkarların və ariflərin yoldaşıdır.

25-Namaz özünü yaddan çıxarıb, İlahi eşqə qovuşmaqdır.

26-Namaz doğruluğun başlanğıcıdır.

27-Namaz behiştin ətirli nəsimidir.

28-Namaz günahlardan tövbə edib, İlahi fitrətə qayıtmaqdır.

29-Namaz bəndəlik nurunun həyatın şərqindən və übudiyyətin Sina dağından saçmasıdır.

30-Namaz Allahla danışmaqdır.

31-Allah-taala “Nisa” surəsinin 103-cü ayəsində buyurur: “Namaz qılın, çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir.”

32-Namaz qılanda qünutu və səcdələri uzatmaq insanı cəhənnəm əzabından saxlayır.

33-Namaz İlahinin məhrəm yeri və varlıq kəbəsində qəlbin təvafıdır.

34-Namaz müsəlmanların əməli əhdləridir.

35-Namaz azadlığın yaşıl paltarı və Allaha doğru hicrət etməkdir.

36-Namaz Allahı yad etməyi qəlbdə dirildir.

37-Namaz qəlb əhlinin istəyi və Peyğəmbərin dostudur.

38-Namaz Şeytanla mübarizə edib, Allahla əhd-peyman bağlamaqdır.

39-Namaz məbudla ünsiyyətdə olmaq və ruhi yüksəlişdir.

40-Namaz dini abad edib, şeytanları zəlil etməkdir.

İmam Məhdi (ə)-ın zühurunun iki əlaməti vardır: a) Qəti əlamətlər. b) Qəti olmayan əlamətlər.

a) Qəti əlamətlər:

1-Dəccalın meydana çıxması: O məlun Allahlıq iddiası edəcəkdir. Onun gəlişindən sonra dünyada çoxlu qanlar töküləcək, fitnə-fəsad yaranacaqdır. Hədislərdən məlum olduğu kimi, onun gözünün biri silinmişdir və sol gözü alnının ortasındadır. O, çox böyük cüssəli və güclüdür, qəribə və qorxulu qiyafəsi vardır, sehrbazlıqda çox mahirdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminlərdən hər kəs Dəccalı görsə, öz ağız suyunu onun üzünə atıb, onun sehrini batil etmək üçün “Həmd” surəsini oxusun.” Nəhayət, Dəccal ilə imam Zaman (ə)-ın qoşunu arasında müharibə baş verər və o, ya imam Zaman (ə), ya da həzrət İsa ibn Məryəm (ə)-ın əli ilə öldürülər.

2-Süfyaninin qiyamı: Süfyani Məkkə ilə Şam arasında qiyam edəcəkdir. O, çirkin surətlidir, üzündə sızaq var, gözləri göy və Yezid ibn Müaviyənin övladlarındandır. O, beş böyük şəhəri və məntəqəni – Dəməşq, Həms, Fələstin, İordaniya və Qinnəsrini ələ keçirəcək və ətraf nahiyələrə ordu göndərəcəkdir. O, Mədinə və Bağdad şəhərlərində kütləvi qırğın törədəcək, Məkkəyə bir ordu göndərəcək və yol əsnasında imam Məhdi (ə)-ın ordusu onları məğlub və həlak edəcəklər.

Süfyaninin üç yüz min nəfərdən ibarət olan ordusu Allahın əmrilə Məkkə–Mədinə arasında yerə batacaqdır. Təkcə Bəşir və Nəzir adlı iki qardaş sağ qalacaq və bir mələk gəlib onların üzünü arxaya çevirəcəkdir. Bəşir Məkkəyə gəlib Süfyani ordusunun həlak olmasını İmama, Nəzir də Şama gedib bu xəbəri Süfyaniyə deyəcəkdir. Süfyani Şamda bu xəbəri eşitcək, Kufəyə doğru hərəkət edib, orada qətl və qarətlə məşğul olacaqdır. İmam Məhdi (ə)-ın Kufəyə daxil olması ilə Süfyani qaçacaqdır. O həzrətin ordusu onu təqib edib, Beytül-müqəddəsdəki Səxrə məscidinin yaxınlığında qətlə yetirəcəklər və onun murdar başını kəsib çirkin ruhunu cəhənnəmə göndərəcəklər.

3-Səmadan gələn bir səs: İmam Məhdi (ə) Məkkədə zühur edərkən səmadan belə bir səs eşidilər: “Ey məxluqlar, agah olun! Bu, Mühəmməd (s)-in övladı Məhdidir.” Dünyanın şərqindən qərbinədək bütün insanlar hər biri öz dilində bu səsi eşidib Məkkəyə üz tutar, o həzrətin hüzuruna gedərlər.

4-Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi: O, həzrət Peyğəmbər (s)-in nəslindəndir və Rükn ilə Məqam arasında şəhid olacaqdır.

5-Seyyid Həsəninin qiyamı: O, xoş üzlü bir cavandır ki, Deyləm və Qəzvin tərəfdən qiyam edib deyəcəkdir: “Sizdən kömək istəyən Peyğəmbər (s) övladının dadına çatın!” Çox güman ki, Seyyid Həsəni İmam Həsən (ə)-ın nəslindən və on iki imamçı şiədir O, din və haqq ardıcılı olub, batil bir iddia etməyəcəkdir. Onun danışığı və rəftarı həzrət Peyğəmbəri-Əkrəm (s)-in pak şəriətilə uyğun olacaq. Möminlərdən bir çoxu da zalımların zülmünü dəf etmək üçün ona kömək edəcəklər. O, Qəzvindən Kufəyədək olan əraziləri zülmkarlardan və kafirlərdən təmizləyəcək. Kufəyə daxil olduqda, İmam Məhdi (ə)-ın zühur etdiyini eşidər və ordusu ilə birlikdə Həzrətə beyət edərlər.

6-Ramazan ayının ortancıl günündə günəşin, axırında isə ayın tutulması.

b) Qəti olmayan əlamətlər:

7-Kufə məscidinin divarının uçulması.

8-Fərat çayından bir qol ayrılaraq Kufə şəhərinin kücələrinə axması.

9-Kufə şəhərinin darmadağın olunmasından sonra yenidən abadlaşması.

10-Nəcəf gölünün su ilə dolması.

11-Cüdey ulduzunun yaxınlığında quyruğu olan bir ulduzun görünməsi.

12-İmam Məhdi (ə)-ın zühurundan öncə qıtlığın baş verməsi.

13-Əksər şəhərlərdə zəlzələnin baş verməsi və taun xəstəliyinin yayılması.

14-Məscidlərin boş qalması.

15-Burasa məscidinin uçması.

16-Yer kürəsinin şərqindən od püskürərək üç, yaxud yeddi gün yer ilə göy arasında alovlanması.

17-Xorasandan qara bayraqlıların hərəkəti.

18-Rəcəb və Cəmadiyus-sani aylarında misli-bərabəri görünməmiş leysan yağışlarının yağması.

19-Şərqdən ay kimi işıq sacan, iki tərəfi bir-birindən ayrı və parıltısı göz qamaşdıran bir ulduzun çıxması.

20-Dünyanın fitnə-fəsadla dolması.

21-İnsanların namaz qılmaması və şəhvətə qurşanması.

22-cirkin işlərin yaxşı, yaxşı işlərin isə çirkin kimi qələmə verilməsi.

23-Düz danışanların yalan, yalan danışanların isə düz danışanlar kimi qəbul edilməsi.

24-Uşaqların (savadsızların) minbər üstündə əyləşməsi.

25-Fəqirlərin təhqir edilməsi.

26-Kişilərin kişilərlə və qadınların da qadınlarla cinsi əlaqədə olması.

27-Kişilərin özlərini qadınlara və qadınların kişilərə oxşatması.

28-Məscidlərin yəhudi məbədləri kimi qızılla bəzədilməsi.

29-Quranların zinət sayılması.

30-Kişilərin özlərini qızıl-gümüşlə bəzəməsi.

31-Dinə həqarət, dünyaya isə əzəmət gözü ilə baxmaq.

32-Təlaqın çoxalması.

33-Kənizlərin xanəndə olması, musiqi alətlərinin və qumar oyunlarının çoxalması.

34-Ticarət və riya məqsədilə həccə getmək.

35-Quranın və elmin Allahdan qeyrisinə xatir öyrənilməsi.

36-Zinadan olan övladların çoxalması.

37-Bəzi müharibələrin səmada baş verməsi.

38-Camaatın bir-birlərini körmədikləri halda, çox uzaq yerlərdən bir-birləri ilə söhbət etməsi.

39-Dünya elminin inkişafının son həddinə çatması və insanların səmalara səfər etməsi.

40-Uşaqların əzab-əziyyətə məruz qalması və qadınların rəhbərlik etməsi.

Həzrət İbrahim (ə)-ın möcüzəsi:

1-Allahın iznilə quşları diriltməsi.

2-Atəşin ona soyuq olması.

3-İti bıçağın həzrət İsmail (ə)-ın başını kəsməməsi və onun əvəzinə asimandan göndərilən bir qoyunun qurbanlıq edilməsi.

Həzrət Nuh (ə)-ın möcüzəsi:

4-Möminlərə nicat verən, kafirləri isə qərq edən gəmi.

Həzrət Hud (ə)-ın möcüzəsi:

5-Güclü külək nəticəsində Hud qövmünün həlak olması.

Həzrət Saleh (ə)-ın möcüzəsi:

6-Dağın içindən diri dəvənin çıxarılması.

Həzrət Lut (ə)-ın möcüzəsi:

7-Səmadan Lut qövmünün üstünə kiçik daşların tökülməsi.

Həzrət Musa (ə)-ın möcüzəsi:

8-Əsanın əjdəhaya çevrilməsi.

9-Əlini qoltuğundan çıxartdıqda, onun işıq saçması.

10-Fironçuların quraqlığa düçar olub, həlak olmaları.

11-Firon qövmünün əkin sahələrinin bəlaya tutulması.

12-Fironçuların Nil çayında qərq olması.

13-Fironçuların başlarında bitlərin əmələ gəlməsi.

14-Fironçuların qurbağa və ağcaqanadların bəlasına düçar olması.

15-Fironçuların qana düçar olması.

Həzrət Şüeyb (ə)-ın möcüzəsi:

16-Allah tərəfindən asimani bir səsin göndərilib, həzrət Şüeyb (ə)-ın qövmünü həlak etməsi.

Həzrət Yəqub (ə) və həzrət Yusif (ə)-ın möcüzəsi:

17-Canavarın dil açıb danışması. Belə ki, o, Allahın iznilə demişdi: “Peyğəmbərləri yemək (bizə) haramdır.”

18-Həzrət Yəqub (ə)-ın gözlərinin – oğlu həzrət Yusif (ə)-ın köynəyini gözlərinə sürtməklə – açılması.

19-Körpənin beşikdə danışması; o, dil açıb demişdi: “Əgər köynək qabaq tərəfdən cırılıbsa, Züleyxa; yox əgər arxa tərəfdən cırılıbsa, Yusif (ə) düz deyir.”

20-Kor qadının (Züleyxanın) gözlərinin Allahın iznilə açılıb, cavan olması.

Həzrət Süleyman (ə)-ın möcüzəsi:

21-Heyvanların və quşların dilini başa düşmək.

22-Quşların ona tabe olması.

23-cinin bir göz qırpımından da tez bir zamanda Bilqeysin taxtını gətirməsi.

24-Qızmış misi maye hala salması.

25-cinlərin ona tabe olması.

Həzrət İsa (ə)-ın möcüzəsi:

26-O həzrətin ata olmadan dünyaya gəlməsi.

27-Beşikdə ikən dil açıb danışması.

28-Palçıqdan bir quş surəti düzəldib, ona öz nəfəsini üfürməklə quşa çevirməsi.

29-Allahın izni ilə anadangəlmə kor və xora xəstəliyinə tutulanlara şəfa vermək.

30-Allahın iznilə ölüləri diriltmək.

31-Camaatın evlərində yedikləri şeylərdən xəbər vermək.

32-Öz qövmü üçün səmavi süfrə gətirmək.

Həzrət Peyğəmbəri-Əkrəm (s)-in möcüzəsi:

33-Qurani-kərim.

34-İmam Əli (ə)-ın əsr namazını qılması üçün günəşi geri qaytarması.

35-Ayı iki yerə bölmək (Şəqqül-qəmər).

İmam Əli (ə)-ın kəraməti:

36-Canavar və qazlarla söhbət etməsi və günəşin o həzrətə salam verməsi.

37-cinlərdən beyət alması.

38-Fərat çayındakı balıqların o həzrətə salam verməsi.

İmam Səccad (ə)-ın kəraməti:

39-Həcərül-əsvədin (qara daşın) o həzrətin imamətinə şəhadət və daşın, ağacın ona salam verməsi, onun əmrilə ağacın hərəkətə gəlməsi.

40-Ağacın qılınca çevrilməsi və kiçik daşların təsbih deməsi.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə