№3 Humanitar elmlər seriyası



Yüklə 45.02 Kb.

tarix11.07.2018
ölçüsü45.02 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

 



 

 

95 İLLİK ŞƏRƏFLİ YOL 

 

A.M.MƏHƏRRƏMOV 

Bakı Dövlət Universiteti 

 

 

 

 

Əziz həmkarlarım! 

Ümummilli  lider  Heydər  Əliyevin  «Azərbaycan  xalqının  milli  sərvəti» 

adlandırdığı,  mənəvi  böyüklüyümüzün  simvolu,  elm,  təhsil  və  mədəniyyəti-

mizin əzəmətli məbədi, şərqin ilk dünyəvi ali məktəblərindən biri, Azərbaycan 

Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə çətin və əzablı, eyni zamanda böyük 

inkişaf  yolu keçmiş Bakı Dövlət Universitetinin  95  yaşı tamam olur. 95 illik 

fəaliyyəti  dövründə  ilk  ali  təhsil  ocağı  kimi  Bakı  Dövlət  Universiteti  ölkə 

həyatının  bütün  sahələrinə  nüfuz  edərək  elm  və  təhsilin  inkişafı  sahəsində 

mədəni  keçmişimizin  öyrənilməsində,  habelə  milli  özünüdərkin  formalaşma-

sında  əvəzsiz  xidmətlər  göstərmişdir.  Bakı  Dövlət  Universitetinin  xalq  qarşı-

sındakı böyük xidmətlərini səciyyələndirən bir amili də qeyd etmək olar ki, bu 

 




illər  ərzində  onun  6  yubileyi  dövlət  səviyyəsində  qeyd  edilmişdir.  Fərəh-

ləndirici haldır ki, 10 illik yubiley istisna olmaqla, bu altı yubileydən dördü – 

50, 60, 75 və 80 illik yubileylər ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəh-

bərliyi  ilə  keçirilmişdir.  Bu,  ümummilli  liderimizin  böyüklüyü,  fenomenliyi, 

təhsilə  və  elmə  olan  münasibəti,  məzunu  olduğu  Bakı  Dövlət  Universitetinə 

qəlbən bağlılığı idi. Bakı Dövlət Universitetinə dövlət qayğısını fasiləsiz olaraq 

həyata  keçirən  ümummilli  liderin  layiqli  davamçısı,  möhtərəm  prezidentimiz 

cənab  İlham  Əliyevin  Bakı  Dövlət  Universitetinin  90  illik  yubileyinin  keçi-

rilməsi haqqında imzaladığı 24 aprel 2009-cu il tarixli sərəncam, 2008-ci ilin 

15  sentyabrında  Bakı  Dövlət  Universitetinin  yeni  korpusunun  açılış  məra-

simində  və  2  noyabr  2009-cu  ildə  Universitetin  90  illik  yubiley  tədbirində 

söylədiyi xoş sözlər, heç şübhəsiz, bizi elmdə və təhsildə daha yüksək uğurlar 

qazanmağa, yaradıcılıq axtarışlarını inamla davam etdirməyə istiqamətləndirir. 

Bakı Dövlət Universiteti  fəaliyyət göstərdiyi dövr ərzində  yüz əlli  minə 

yaxın  mütəxəssis,  o  cümlədən,  dünyanın  bir  çox  dövlətləri  –  Orta  Asiya  və 

Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika 

ölkələri üçün yüzlərlə yüksəkixtisaslı kadr hazırlamışdır. 

Hər  bir  ölkənin  iqtisadi,  mədəni  və  intellektual  səviyyəsinin  barometri 

hesab  edilən  milli  universitet  missiyasını  Respublikamızda  şərəflə  həyata  ke-

çirən Bakı Dövlət Universitetində 17 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat ins-

titutu, 4 elmi-

tədqiqat mərkəzi, 24 elmi-tədqiqat laboratoriyası, 3 milyona ya-

xın fonda malik fundamental kitabxana fəaliyyət göstərir.  

Dəyərli həmkarlarım! 

Ulu  öndərimiz  Heydər  Əliyevin  müəyyən  etdiyi  strateji  inkişaf  kursu 

sayəsində elmdə, təhsildə qazandığımız uğurlar göz qabağındadır. Bu uğurlar 

bütövlükdə  nəinki  müstəqil  Azərbaycanda,  habelə  ondan  xeyli  uzaqlarda  da 

görünür. Region 

ölkələri və ümumiyyətlə, MDB məkanında lider dövlətlərdən 

birinə çevrilən Azərbaycanın ilk ali məktəbi Bakı Dövlət Universiteti də eynilə 

öz kadrları ilə MDB məkanında və ondan kənarlarda aparıcı ali məktəblərdən 

birinə  çevrilmişdir.  Bu,  dövlətin  böyük  qayğısı  və  bizim  hamımızın  gərgin 

əməyinin nəticəsidir. 

On beş il bundan öncə Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə 

ümummilli  liderimiz  Heydər  Əliyevin  «…Bakı  Dövlət  Universiteti  indiyə 



qədər  olduğu  kimi,  Azərbaycan  ali  təhsilinin  önündə  gedir.  O,  Azərbay-

canda olan bütün universitetlərin, institutların və digər ali təhsil ocaqla-

rının  hamısına  örnəkdir,  gözəl  təcrübə  əldə  edibdir»  sözləri  bizim  qarşı-

mızda böyük öhdəliklər qoymuşdur. Bu illər ərzində biz Universitetdə elm və 

təhsilin daha da yüksək zirvələrə çatması üçün əlimizdən gələni əsirgəməmişik; 

bu  illər elmin, tədrisin, sosial rifahın tərəqqisi  illəri olmuşdur, BDU-da elmi-

tədqiqat institutları və laboratoriyalarının elmi istiqamətlərinin aktuallığı müəy-

yənləşdirilmiş,  maddi-texniki baza  xeyli gücləndirilmiş, aparılan tədqiqatların 

nəticələrinin  tətbiqi  həyata  keçirilmiş,  elmin  ən  aktual  problemləri  üzrə  yeni 

kafedralar, elmi-

tədqiqat institutu, mərkəz və laboratoriyalar açılmış, istedadlı 

 




gənc kadrlar elmi  işlərə cəlb edilmişdir. Bakı Dövlət Universitetinin 15 sent-

yabr 2008-

ci  ildə  yeni korpusunun açılış  mərasimində  Azərbaycan Prezidenti 

İlham Əliyev demişdir: «Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təh-



sil  ocağıdır.  Burada  çox  güclü  professor-müəllim  heyəti  vardır  və  bütün 

d

övrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində 

çox  böyük  işlər  görmüşdür.  Bu  gün  isə  universitet  inkişafının  yeni  mər-

hələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-

texniki bazası möhkəmlənir. Bir sözlə, bizim – Azərbaycanın yerləşdiyi bu 

bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır». 2 noyabr 2009-cu 

ildə  Universitetin  90  illik  yubiley  tədbirində  Azərbaycan  Prezidenti  İlham 

Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbay-

canda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm 

rol  oynamışdır.  Bu  rol  bu  gün  də davam  edir.  Çox  sevindirici  haldır  ki, 

Bakı  Dövlət  Universiteti  bütün  bu  illər  ərzində  Azərbaycanda  təhsil  sa-

həsində  öz  aparıcı  rolunu  qoruyub  saxlaya  bilmişdir  və  bu  gün  bu  rol 

daha  da  güclənir.  Bu  bir  daha  onu  göstərir  ki,  universitetin  çox  zəngin 

ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tə-

ləbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Bakı Dövlət Univer-

sitetinin  məzunları  öz  fəaliyyətləri  ilə  ölkəmizin  çiçəklənməsinə  dəyərli 

töhfələrini  vermişlər.”  Bir  sözlə,  universitetdə  tədris,  elm  və  sosial  sahədə 

böyük islahatlar həyata keçirilmişdir. 



Əziz həmkarlarım

Ötən illər ərzində Bakı Dövlət Universitetində dünya elminə nüfuz edən, 

özlərinin  elmi  məktəblərini  yaratmış  onlarla  dəyərli  alim  çalışmışdır.  Böyük 

şərəf  hissi  duyuruq  ki,  elmin  yüksək  zirvələrini  fəth  etmiş  kimyaçı  Yusif 

Məmmədəliyev, Murtuza Nağıyev, Əli Quliyev, Soltan Mehdiyev, riyaziyyatçı 

Za

hid Xəlilov, Azad Mirzəcanzadə, Məcid Rəsulov, Əşrəf Hüseynov, İbrahim 



İbrahimov,  Fərəməz Maqsudov,  fizik Həsən  Abdullayev,  bioloq Abdulla  Qa-

rayev,  Səttar  Əsədov,  Hüseyn  Həsənov,  Yusif  Əbdürrəhmanov,  Dəmir  Hacı-

yev,  geoloq  Mirəli  Qaşqay,  Musa  Əliyev,  Şəfayət  Mehdiyev,  Ədhəm  Şıxəli-

bəyli,  Faiq  Bağırzadə,  Xudu  Məmmədov,  coğrafiyaçı  Həsən  Əliyev,  Qasım 

Gül, Hadı Əliyev, Ənvər Şıxlinski, filoloq Məmməd Arif Dadaşzadə, Məmməd 

Ağa  Şirəliyev,  Həmid  Araslı,  Mir  Cəlal  Paşayev,  Bəxtiyar  Vahabzadə,  Cəfər 

Cəfərov, Məmməd Cəfər Cəfərov,  Cəfər Xəndan Hacıyev, Feyzulla Qasımza-

də, Məmməd Hüseyn Təhmasib, Kamal Talıbzadə, jurnalist Nəsir İmanquliyev, 

İsrafil Nəzərov, Rəşid Mahmudov, tarixçi İsmayıl Hüseynov, Əlisöhbət Sum-

batzadə, Ziya Bünyadov, Püstə xanım Əzizbəyova, İqrar Əliyev, Tofiq Köçərli

Zülfəli  İbrahimov,  Əlövsət  Quliyev,  Mahmud  İsmayılov,  Qaraş  Mədətov, 

hüquqşünas  Vahid  Qəhrəmanov,  Məmməd  Xələfov,  şərqşünas  Bəkir  Çoban-

zadə, Ələsgər Məmmədov, Rəhim Sultanov, Məmməd Mübariz Əlizadə, Aida 

İmanquliyeva,  Rüstəm  Əliyev,  filosof  Heydər  Hüseynov,  Mehbalı  Qasımov, 

Firudin Köçərli, iqtisadçı Həsən Dadaşov və adı çəkilməyən bir sıra görkəmli 

şəxsiyyətlər təkcə universitetin deyil, bütün xalqımızın fəxridirlər. 

 




Respublikamız üçün milli, həmçinin dünyanın digər dövlətləri üçün kadr-

ların  hazırlanmasında  əvəzsiz  xidmətləri  olan,    böyük  müəllim  və  alimlər  –

ömür

lərinin əsas hissəsini Universitet divarları arasında keçirmiş kimyaçı Mur-



tuza Əhmədli, Cəbrayıl Hüseynov, Cümşüd Zülfüqarlı, İsrafil Səttarzadə, Əli-

hüse


yn  Quliyev,  Şamil  Əhmədov,  riyaziyyatçı  Məmmədbəy  Əfəndiyev, 

Maqsud Cavadov, Qoşqar Əhmədov, Yusif Əmənzadə, Arif  Babayev, Yəhya 

Məmmədov,  fizik  Bəhram  Mirzəyev,  Lətif  İmanov,  Kəriş  Köçərli,  Qüdrət 

Axun


dov,  Yuhənnas  Seyidov,  Abdulla  Muxtarov,  Bəhram  Əsgərov,  bioloq  

Mirəli Axundov, Abdulla Ələkbərov, Abdulla Tağızadə, Vahid Hacıyev, Tofiq 

Məmmədov, geoloq Səttar Süleymanov, Əziz Əskərov, Qədir Sultanov, Sübhi 

Bəktaşi, Vasif Əliyev, Ələşrəf Məmmədov, coğrafiyaçı Əbdürrəhim Hacızadə, 

Əsgər Əyyubov, Muxtar Abduyev, Rizvan Piriyev, Şahvələd Xəlilov, Müseyib 

Müseyibov,  filoloq  Muxtar  Hüseynzadə,  Əli  Sultanlı,  Mikayıl  Rəfili,  Abbas 

Zamanov,  Hadı  Mirzəzadə,  Əlövsət  Abdullayev,  Fərhad  Zeynalov,  Firudin 

Hüseynov,  tarixçi  Ədhəm  Şahmalıyev,  Mehdi  İrəvanski,  Ruhulla  Orucov, 

Məlik  Orucov,  Səfiyar  Musayev,  Əliyar  Süleymanlı,  Tofiq  Vəliyev,  hüquq-

şünas Qasım Cəfərov, İsa Məmmədov, Tofiq Qafarov, Мялик Оруъов, Cəfər 

Mövsümov, şərqşünas Cahangir Qəhrəmanov, Həsən Mahmudov, Zakir Məm-

mədov, Böyükağa Hüseynov, Malik Mahmudov, jurnalist Həsən Şahgəldiyev, 

Rza Quliyev, Nurəddin Babayev, Famil Mehdi, Tofiq Rüstəmov, filosof Aslan 

Aslanov, Həsən Şirəliyev, Məmmədəli Zeynalov, iqtisadçı Teymur Vəliyev və 

onlarla  başqaları  bu  əziz  yubiley  günlərində  böyük  ehtiramla  bir  daha  xatır-

la

nır. 



Bu gün də elmimizin  sükanı etibarlı əllərdədir. Universitet tələbələrinin 

təlim-tərbiyəsi  ilə  1500-ə  yaxın  professor-müəllim  məşğul  olur  ki,  onlardan 

təxminən  200  nəfəri  dövlətin  ali  orden  və  medalları  ilə  təltif  edilmiş,  21-i 

AMEA-


nın  həqiqi  və  ya  müxbir üzvü, 41-i Əməkdar elm  xadimi, 5-i Dövlət 

mükafatı laureatı, 12-i Milli Məclisin deputatıdır; 300-ə yaxını elmlər doktoru, 

professor, 900-

dən artıq elmlər namizədi, dosentdir ki, öz vəzifələrini şərəf və 

ləyaqətlə yerinə yetirirlər. 

Şanlı ənənələri davam etdirmək, Azərbaycan elminin dünya elminə inteq-

rasiyasını  sürətləndirmək  üçün  hər  cür  maddi  və  intellektual  imkanlarımız 

vardır.  «Bakı  Universitetinin  Xəbərləri»  jurnalının  dörd  seriyasında  (fizika-

riyaziyyat, təbiət, humanitar, sosial-siyasi) işıq üzü görən və elmin ən müxtəlif 

sahələrini əhatə edən aktual məqalələr dediklərimin əyani sübutudur. 



Əziz həmkarlarım! 

Bu il biz doğma Universitetimizin 95 illik yubileyini qeyd etməklə həm də 

100 illik yubileyə start veririk. Bu gün 20 minədək tələbəsi olan Bakı Dövlət 

Universitetində  bakalavriat  səviyyəsində  60  ixtisas  üzrə  18.000,  magistratura 

səviyyəsində 200 ixtisaslaşma üzrə 1500, doktorantura səviyyəsində 70 ixtisas 

üzrə  700  nəfərdən  çox  kadr  hazırlanır.  Burada  1500  nəfərə  yaxın  professor-

müəllim heyəti çalışır ki, onların arasında dünya birliyinin yaxşı tanıdığı gör-

kəmli alimlər  vardır. Məhz bu elmi potensialın sayəsində BDU alimləri tərə-

 




findən dünyanın reytinqli jurnallarında sanballı məqalələr çap olunur, beynəl-

xalq  simpoziumlarda  məruzələr  edilir.  Bakı  Dövlət  Universiteti  dünyanın  60 

ölkəsinin  300-dən  çox  universiteti  ilə  əməkdaşlıq  haqqında  müqavilə  imza-

lamışdır.  Beynəlxalq  və  regional  səviyyədə  əməkdaşlıq  universitetin    inkişa-

fına,  beynəlxalq  reytinqinə  çox  böyük  təsir  göstərir.  Artıq  dörcüncü ildir ki, 

BDU 


“QS World University Rankings” reytinqinə görə dünyanın 150 min uni-

versiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Pers-

pektivlər  İnstitutu (URAP) tərəfindən  dünyanın  2000  ən  yaxşı  universitetinin 

siyahısına daxil edilib. Təsadüfi deyil ki, Bakı Dövlət Universiteti  kimya (na-

nomateriallar və nanotexnologiyalar) sahəsindəki nailiyyətlərinə görə “Elm və 

Texnologiya  sahəsində  2012-ci  ilin  İSESCO  mükafatı”na  layiq  görülüb.  Bu  

mükafat  hər  2  ildən  bir  biologiya,  kimya,  geologiya,  riyaziyyat  və  fizika 

sahəsində 56 iştirakçı ölkələrdən olan yalnız bir alimə verilir.  

Bakı Dövlət Universitetinin əməkdaşları, gənc tədqiqatçıları, doktorant və 

dissertantları  hər  il  dəyəri  5  milyon  ABŞ  dolları  həcmində  olan  90-a  qədər  

Beynəlxalq  və  regional  səviyyəli  qrant  layihələrinin  yerinə  yetirilməsində  iş-

tirak edirlər. Son illər universitet əməkdaşları tərəfindən, xüsusilə regional uni-

versitet  və  elmi  təşkilatların  iştirakı  ilə  müştərək  layihələrin  həyata  keçiril-

məsinə xüsusi diqqət yetirilir.  

Bakı  Dövlət  Universiteti  1991-ci  ildən  Avroasiya,  1996-cı  ildən  Xəzər-

yanı Ölkələr, 1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən Avropa, 2010-

cu ildən Qafqaz Universitetləri Assosiasiyalarının üzvüdür. 

Ölkədə  məqsədyönlü  siyasətin  aparılması,  gənclərin  elmə  marağının  il-

dən-ilə artması, beynəlxalq birlikdə elm və təhsil uğurları ilə daha əhəmiyyətli 

fuz sahibi olmağın həqiqətə çevrilməsi nəticəsində Bakı Dövlət Universite-



tinin daha böyük nailiyyətlərə imza atacağına inanıram. 

Siz


in hər birinizə uğurlar arzulayıram, 95 illik yubileyiniz mübarək!      

 



: Xeberler%20Jurnali -> Humanitar%20%20%202014%20%203
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar e
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə