№3 Humanitar elmlər seriyası



Yüklə 85,62 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü85,62 Kb.
#51067


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

 



TARİX 

 

 



UOT 94/479.24 

 

İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN SONRAKI DÖVRDƏ 



REPRESSİYALARIN YENİ DALĞASI.  

HEYDƏR HÜSEYNOV HAQQINDA HƏQİQƏTLƏR 

 

İ.X.ZEYNALOV, X.R.SƏFƏROVA  



Bakı Dövlət Universiteti  

Zeynalo

İbrahim@hotmail.com 

 

Elmi  məqalədə  İkinci  dünya  miiharibəsindən  sonrakı  dövrdə və  50-ci illərdə  totalilar 

rejimin  inzibati  amirlik  idarəçiliyinin  daha  da  gücləndiyi,  Stalinin  şəxsiyyətinə  pərəstişin 

art

dığı  bir  şəraitdə  Azərbaycanın  sosial-siyasi  həyatında  mövcud  vəziyyət,  repressiyaların 

yenidən  başlanması  məsələləri  nəzərdən  keçirilir.  Burada  əsas  diqqət  M.C.Bağırov  və  onun 

əlaltılarının əli ilə xalqımızın görkəmli hökumət, elm, mədəniyyət xadimlərinin təqib edilməsi, 

çoxunun məhv edilməsi ilə bağlı məsələlərə nəzər yetirilir, Heydər Hüseynovla əlaqədar baş 

verən hadisələrin öyrənilməsinə yönəldilir. 

 

Açar sözl



ər: şəxsiyyətə pərəstiş, totalitar rejim, inzibati amirlik, Dövlət Təhlükəsizlik 

Nazirliyi, “hakim mill

ət”, Azərb. KP MK, plenum, marksizm-leninizm, Üİ K(b) P MK, Marks-

Engels-Lenin 

İnstitutu ( MELİ), “Ticarət evi”, Azərb. SSR XDİK, büro iclası, vitse-prezident, 

Stalin 


mükafatı, SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası, repressiya, SSRİ Nazirlər Soveti. 

 

İkinci dünya müharibəsindən sonrakı dövrdə Azərbaycanın ictimai-siyasi 

həyatında çox ziddiyyətli və mürəkkəb vəziyyət qalmaqda idi. 

Stalinin 

şəxsiyyətinə daha da güclənən pərəstiş, onun əlaltılarının dövlət-

çili


yə, demokratiyaya, humanizmə, insanların hüquq bərabərliyinə zidd fəaliy-

yətləri və özünü Stalinə ən yaxın adam, rəhbər kimi göstərən avantürist Beri-

yanın cinayətkar hərəkətləri, həmçinin müharibədən sonrakı dövrdə həyata ke-

çirilmiş bir sıra tədbirlər – 1949-cu ilin aprelində milis orqanlarında siyasi ida-

rələrin  yaradılması,  həmin  ilin  avqustunda  respublikaların  paytaxtlarında,  о 

cüm


lədən Bakıda  milisə  xüsusi  hüquqların  verilməsi, oktyabrın 13-də  milisin 

SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin tabeliyinə keçirilməsi və digər tədbirlər 

 

44 



SSRİ-də  və  müttəfiq  respublikalarda  totalitar rejimin daha da güclənməsinin 

əsas təzahürlərindən idi. 

Totalitar  rejimin  sərtləşməsinin  təzahürlərindən  biri  də  elm,  ədəbiyyat, 

incəsənət və tarix üzərində “Hakim millət” ideologiyasının başlıca şüara çev-

rilməsi idi. Şəxsiyyətə pərəstişin, totalitar rejimin ən ağır nəticələri humanitar 

və bir sıra təbiət elmləri üzərində, xüsusilə də tarix elmində özünü daha bariz 

göstərirdi. 

1949-


cu ildə H.N.Hüseynovun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfı 

fıkir tarixindən” adlı əsəri nəşr olunmuş və o, əsərində Şeyx Şamil hərəkatını 

çari

zmin  müstəmləkəçilik siyasətinə qarşı  milli  azadlıq  hərəkatı kimi qiymət-



ləndirmişdi. 

Bu ideya M.C.Bağırovu möhkəmcə qəzəbləndirmişdi. O, H.Hüseynovun 

əsərinə cavab olaraq “Müridizm və Şamilin hərəkatının xarakteri haqqında mə-

sələyə  dair’'  adlı  məqalə  çap  etdirdi  və  Heydər  Hüseynovu  ingilis  casusu 

adlandırdı.  M.C.Bagırov  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi 

və  Bakı  Komitəsinin  (Azərbaycan  KP  MK  və  BK)  birgə  plenumunda (1953, 

12-

13  iyul)  ziyankarlıqda,  qüsurlu  rəhbərlik  metodlarında,  kadrlara qeyri-ob-



yektiv münasibətdə və digər qeyri-insani, qeyri-humanist əməllərində təqsirkar 

bilinib,  on 

minlərlə Azərbaycan vətəndaşının, yüzlərlə görkəmli ictimai-siyasi 

və  dövlət  xadimlərinin,  mədəniyyət  işçilərinin  qanunsuz  olaraq  məhv  edil-

məsində  günahkar  hesab  edilib,  bu  kimi  cinayətkar  əməllərinə  görə  tutduğu 

vəzifədən  uzaqlaşdırdı.  O,  bir  müddət  Kuybışev  Neft  Birliyinin  rəis  müavini 

vəzifəsində  işlədi.  Bir  qədər  sonra  Bakıda  SSRİ  Ali  Məhkəməsinin  hərbi 

kollegiyası tərəfındən  mühakimə edilib, 1956-cı  il  aprel ayında xalq düşməni 

elan edilib 

ölüm  cəzasına-güllələnməyə  məhkum  olundu.  Onun  mühakimə 

olunduğu məhkəmə iclaslarının materiallarında M.C.Bağırov Azərbaycan Xalq 

Cüm


huriyyətinin  dövründə  Quba  qəzasının  komissarı  Əli  bəyin  müavini 

olmaqla, onunla birlik

də Quba şəhərində erməni əhalisinə divan tutulmasında 

iştirakda  təqsirləndirilmiş,  Lavrenti  Beriyaya  dair  sənədləri  gizlətməkdə  və 

ləğv etməkdə ittiham olunmuşdur. Onu da qeyd edək ki, M.C.Bağırov bütöv-

lükdə totalitar sovet rejiminin yetişdirdiyi tipik icraçı bolşevik rəhbər idi. 

Məhz bu tipik bolşevik rəhbərin  və onun əlaltıları olan Markaryanların, 

Qriqoryanların,  Yemelyanovların,  Sumbatov-Toporidzelərin,  Atakişiyevlərin 

əli ilə Azərbaycan xalqının ən qabaqcıl, nüfuzlu şəxsiyyətlərinə, görkəmli elm, 

mədəniyyət,  dövlət  xadimlərinə  qarşı  repressiyalar  heyata  keçirilmişdir. 

Repressiya  qurbanlarından  biri  də  istedadlı  filosof,  görkəmli  alim  və  ictimai 

xadim, akademik Heydər Nəcəf oğlu Hüseynov idi. 

Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprel ayında Yerevan (İrəvan ş.) 

şəhərində  anadan  olmuşdu.  O,  1944-cü  ildə  fəlsəfə  elmi  üzrə  elmlər  doktoru 

alimlik 

dərəcəsi almaqla, həmin  ildə də professor vəzifəsinə  irəli çəkilmişdir. 

1945-

ci  ildə  isə  SSRİ  Dövlət  mükafatına  layiq  görülmüşdür.  H.Hüseynov 



1931-

ci  ildə  Azərbaycan  Dövlət  Universitetini  (indiki  BDU)  bitirmiş,  1931-

1933-

cü  illərdə  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutunun aspirantura-



 

45 



sında oxumuş və çox maraqlı elmi araşdırmalar aparmışdır. Həmçinin, о, 1936-

1940-


ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya 

və Lüğətlər İnstitutunun direktoru, 1939-1945-ci illərdə SSRİ EA Azərbaycan 

fılialının  sədr  müavini,  1945-1950-ci  illərdə  isə  Azərb.  SSR  EA-nın  vitse-

prezi


denti və həmin illərdə həm də Azərbaycan KP MK yanında Partiya Tarixi 

İnstitunun direktoru vəzifələrində çalışmışdır. 

H.Hüseynov  həm  də,  S.M.Kirov  adına  ADU-nun  (indiki  BDU)  fəlsəfə 

kafedrasının müdiri vəzifəsində işləmişdir. 

H.Hüseynovun elmi-

tədqiqat  fəaliyyəti  olduqca  çoxşaxəli  və  zəngin 

olmuşdur. Onun fəaliyyəti fəlsəfə elminin görkəmli klassiklərinin irsinin öyrə-

nilməsində və təbliğində, Azərbaycan ictimai fıkrinin, ədəbiyyatının, tarixinin 

tədqidi  sahəsində, klassiklərin əsərlərinin tərcümə və nəşrinin təşkilində daha 

səmərəli olmuşdur və ona böyük uğurlar gətirmişdir. H.Hüseynovun elmi ya-

radıcılığında  fəlsəfi  problemlərin  araşdırılması  və  tədqiqi,  İkinci  dünya mü-

haribəsi  mövzusu olduqca  mühüm  yer tutmuşdur. Onun II Dünya  müharibəsi 

dövründə “Faşizmin məhvi labüddür”, “Faşizmin irq nəzəriyyəsi ”(1941-1942), 

“Faşist  cəlladlarının  fəlsəfəsi”(1941),  “Faşizm  elmin  düşmənidir” (1941),“ 

Ə.Şıxlinski” (1944-1945) və b. elmi-kütləvi kitab və  məqalələri çap olunmuş 

və  bu  əsərlər  H.Hüseynova  böyük  şöhrət  qazandırmışdır.  Onun  Bəhmənyar, 

N

.Gəncəvi, M.Füzuli, A.Bakıxanov, M.Kazım bəу, M.F.Axundzadə, H.Zərdabi 



və b. haqqında tədqiqatları Azərbaycan ictimai-fəlsəfi elminə böyük töhfə idi. 

Onun 


“XIX  əsr  Azərbaycanda  ictimai  və  fəlsəfı  fıkir  tarixindən”  (1949)  əsə-

rində  Azərbaycan  xalqının  fəlsəfi  və  ictimai-siyasi  fıkrinin  əsas  inkişaf  mər-

hələləri müəyyənləşdirilmişdir. Bu əsərdə H.Hüseynov çox böyük yaradıcılıqla 

M.Ş.Vazehin, A.A.Bakıxanovun, M.F.Axundzadənin, H.Zərdabinin və digərlə-

rinin dün

ya görüşlərini səciyyələndirmişdir. Eyni zamanda onun ədəbiyyatşu-

nas

lığa  dair  əhəmiyyətli  əsərləri  də  olmuşdur.  H.Hüseynovun  Azərbaycan 



dilində dialektik və tarixi materializmə dair yazdığı əsərləri uzun illər Azərbay-

can ali məktəblərində tələbələrin istifadə etdiyi əsas dərsliklərdən olmuşdur. O, 

həmçinin ADU-nun tarix fakultəsinin nəzdində ilk fəlsəfə şöbəsinin təşkilatçısı 

idi.  H.Hüseynov  həm  də  Azərb.  SSR  Ali  Sovetinin  (2-ci  çağırış)  deputatı 

olmuşdur. 

Arxiv  sənədlərinin  araşdırılması  və  bir  sıra  yeni  sənədlərin  üzə  çıxarıl-

ması əsasında deyə bilərik ki, partiya  sıralarında  olduğu  müddətdə o, heç bir 

partiyaya zidd hərəkətlərə yol verməmiş, üzərinə düşən partiya və hökumət və-

zifələrini  dövrün  tələblərinə  uyğun  şəkildə  intizamla  yerinə  yetirmişdir.  Elmi 

tədqiqat və elmi yaradıcılıq sahəsində böyük uğurlar əldə etmişdir. Klassiklərin 

əsərlərini  Azərbaycan dilinə tərcümə  etmişdir (7,  1). Heydər Nəcəf oğlu Hü-

seynovla  bağlı  1949-1950-ci  illərdə  irəli  sürülən  ittihamlar  haqqında  arxiv 

materiallarını olduğu kimi təqdim edirik. 

Arxiv materi

allarında (Azərbaycan Respublikası  Prezidentinin İşlər İda-

rəsi  Siyasi  Sənədlər  Arxivi:  Fond  l,  siyahı  43,  iş  №76)  göstərilir  ki,  ÜK(b)P 

MK  yanında  MELİ-nin  (Marks-Engels-Lenin  İnstitutu)  Azərbaycan  filialının 

 

46 




direktoru  – 

Heydər  Hüseynov  partiya  sıralarına  daxil  olarkən  öz  tərcümeyi-

halında qohumları haqqında dəqiq məlumat verməmişdir (6, 1). Guya sonradan 

məlum olmuşdur ki, H.Hüseynovun atası – Hüseynov Nəcəf iri ticarətçi, böyük 

manufaktura sahibi olub. O, öz böyük oğlu Yusiflə birlikdə Yerəvan şəhərində 

“Ticarət  evi”,  mehmanxana,  iki  böyük  meyvə  bağına  sahib  olmuşdur. H.Hü-

seynovun  iki  böyük  qardaşı  Əkbər  və  Yaqub  inqilabdan  əvvəl  və  Azərbay-

canda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  da,  1920-1921-ci  illərdə  Bakı 

şəhərində qənd və unun topdan satışı ilə məşğul olan ticarət mərkəzinə malik 

olublar (6, 

2). Heydər Hüseynovun hər iki qardaşı Türkiyənin vətəndaşlığında 

ol

muşlar, Əkbər Hüseynov 1930-cu ildə Türkiyəyə getmiş və sonra XX əsrin 



50-

ci  illərində  Tehranda  yaşamışdır.  Digər  qardaşı  –  Yaqub Hüseynov  isə 

Bakıda yaşamış, 1937-ci ilədək Türkiyə paspotru daşımışdır. 

Azərb.KP MK-nın 1949-cu il 2 fevral tarixli büro iclasında qeyd edilir ki, 

hələ kiçik yaşlarında olanda Heydər Hüseynov valideynlərindən ayrılaraq Ba-

kıya gəlmiş, bir çox dostlarının dediyi kimi, o, Bakı şəhərində öz əməyi hesa-

bına  yaşamışdır.  Lakin  buna  baxmayaraq  o,  partiyaya  daxil  olarkən  guya  öz 

yaxınlarının keçmişini, onların partiyaya zidd hərəkətlərini gizlətmişdir. Lakin 

Azərb. KP MK-nın 1954-cü il 18 may tarixli büro iclasında qeyd edilmişdir ki, 

H.Hüseynov partiyaya 

daxil olarkən heç də qohumları ilə bağlı faktları gizlət-

məmişdir. Bunun əksinə olaraq, Azərb. KP MK-nın 1950-ci il 18 mart tarixli 

büro  iclasında  qeyd  edilmişdir  ki,  Böyük  Vətən  müharibəsi  illərində  Heydər 

Hüseynovun 

xaricdən məktub alması və bunu partiyadan gizlətməsi haqqında 

Azərb. KP MK-ya məlumat daxil olmuşdur. Mərkəzi Komitənin Büro iclasında 

bu  məsələ  müzakirə  edilərkən  H.Hüseynov  xaricdən  məktub  alması  faktını 

təksib  etmiş  və  partiyanı  aldatmaq  yolunu  tutmuşdur.  Həmçinin  büroda  qeyd 

edilir  ki,  Heydər  Hüseynov  partiyaya daxil  olarkən  öz  sosial  vəziyyətini,  xa-

ricdə qohumlarının olduğunu da gizlətmişdir. 

Azərb.KP MK-nın bürosu qeyd etmişdir ki, H.Hüseynov arvadının atası 

Abdullayev Süleymanın 1937-ci ildə Azərb. SSR XDİK-nin orqanları tərəfın-

dən əks-inqilabi fəaliyyətinə görə həbs olunması barədə məlumat verməmişdir 

(8, 


268). Azərb. KP MK-nın bürosu qeyd edir ki, H.Hüseynov ÜK(b)P MK ya-

nında MELİ-nin Azərbaycan filialının direktoru olmaqla siyasi cinayətlərə yol 

vermişdir. O, Bakı  bolşevik təşkilatının tarixi  ilə bağlı  materiallarla  işləməyə 

şübhəli şəxsləri cəlb edib və daşnak Avakyana arxivdə işləməyə şərait yaradıb. 

Avakyan 

isə  sonra  antisovet  fəaliyyətinə  görə  dövlət  təhlükəsizlik  orqanları 

tərəfındən  həbs  edilmişdir  (8,  2).  Bu  faktlar  Azərb.  KP  MK  tərəfindən  aşkar 

edilən  zaman  Hüseynov  özünü  qeyri-səmimi  aparmış,  özünü təmizliyə  çıxar-

mağa,  məsuliyyəti  başqa  şəxslərin  üzərinə  atmağa  çalışmışdır.  Bu  faktlarla 

bağlı Azərb. KP MK-nın 1949-cu ilin fevralında keçirilmiş büro iclasında mə-

sələ  müzakirə  edilmiş  və  ona  ciddi  xəbərdarlıq  olunmuşdur.  H.Hüseynov  isə 

Azərb.  KP  MK-ya  öz  səhvlərini  düzəldəcəyinə  söz  versə  də,  ona  əməl 

etməmişdir (8, 3). 

 

47 




Azərb. KP MK-nın 18 mart 1950-ci il tarixli büro iclasında qeyd edilir ki, 

H.Hüseynov  Azərb.  KP  MK-nın  1949-cu il fevral  tarixli  iclasının  qərarından 

heç bir nəticə çıxarmamış  və özünün partiyaya zidd fəaliyyətini davam etdir-

mişdir. 


Həmin tarixli büro iclasında daha sonra qeyd edilmişdir ki, ÜK(b) P MK 

yanında  MELİ-in  Azərbaycan  fılialının  direktoru  və  Azərb.SSR  Elmlər  Aka-

demiyasının  ictimai  elmlər  şöbəsinin  rəhbəri  olaraq  H.Hüseynov  öz  vəzi-

fəsindən istifadə edərək antibolşevik məzmunlu, qeyri-elmi xarakterli, mürtəce 

baxışları əks etdirən əsərlərin nəşrinə şərait yaratmış, 1949-cu ildə “dini və an-

ti

sovet”  xarakter  daşıyan,  marksist,  bolşevik  ideyalarına  zidd  mövqedən  yaz-



dığı  “XIX  əsr  Azərbaycanda  ictimai  və  fəlsəfı  fıkir  tarixindən”  adlı  əsəri  ilə 

özünün  partiyaya zidd 

hərəkətlərini  davam  etdirmişdir.  Azərb. KP MK-nın 

büro iclasında göstərilir ki, Hüseynov bu əsərdə kobud siyasi və nəzəri səhvlərə 

yol vermiş və burjua mövqeyində durmuşdur. Həmçinin o, müridizmə düzgün 

siyasi  qiymət  verməmiş,  müridizmi  mütərəqqi  milli  azadlıq  hərəkatı  kimi 

səciyyələndirərkən  pantürkistlərin,  panislamistlərin  və  sovet  xalqına  düşmən 

olan digər mürtəce xarakterli şəxslərin fikirlərini təkrar etmişdir. 

Büro  iclasında  qeyd  edilmişdir  ki,  Hüseynovun  müridizmə  verdiyi qiy-

mət müasir pantürkistlərin, panislamistlərin, ingilis-amerikan imperialistlərinin 

müdafıə etdiyi türk mürtəcelərinin əlində əsas fakt kimi istifadə olunur. 

Hüseynov Azərbaycanda ictimai və fəlsəfı fıkirlərin araşdırılmasını tarixi 

şəraitdən kənarda axtarmışdır, tarixi şəraitin rolunu qiymətləndirməmiş,  ideo-

log


iya sahəsində sinfı mübarizənin rolunu marksist nöqteyi-nəzərdən izah edə 

bilməmiş, məsələlərin izahına idealist, millətçilik baxımından yanaşmışdır. Bü-

ro

nun iclasında о da qeyd edilir ki, H.Hüseynovun kitabı ideoloji sahədə par-



tiyanın qarşısında duran aktual problemlərlə bağlı yazılmamışdır. Hüseynov öz 

kitabında islamın mürtəce rolunu açıqlamır, müasir idealist, mistik fəlsəfi cərə-

yanları tənqid etmir və təslimçi mövqe tutur. Əksinə o, kitab nəşr olunduqdan 

sonra onu təbliğ edir, kitabın geniş dairələrdə, dostları, tanışları arasında yayıl-

masına, təriflənməsinə çalışırdı. 

MK-


nın bürosunda xüsusi olaraq vurğulanmışdır ki, Hüseynov Azərb.KP 

MK-


nın təbliğat şöbəsinin, respublika və SSRİ Elmlər Akademiyasının Fəlsəfə 

İnstitutunun  bir  qrup  elmi  işçilərinin  onun  kitabı  ilə  bağlı  tənqidi  fıkirlərinə 

əhəmiyyət  verməmişdir.  O,  bu  kitabında  olan  “nöqsanlar”,  mürtəce  fıkirlər" 

haqqında  izahat  verməmiş,  heç  büronun  iclasına  da  gəlməmiş  və  özünü  xəs-

təliyə vurmuşdur. Azərb. KP MK-nın bürosunda qeyd edilmişdir ki, kitab haq-

qında  tənqidi  rəyin  mövcud  olduğu  və  bunun  Azərb.  KP  MK-ya  məlum 

olduğunu bilə-bilə Hüseynov yenə də, belə bir rəyin olduğunu təkzib etmişdir. 

Həmçinin o, bu tənqidi qeydlərdən, ona olan iradlardan nəticə çıxarmaq və bu 

yoldan çəkinmək, nöqsanlarını, səhvlərini və partiyaya zidd hərəkətlərini etiraf 

etmək əvəzinə, öz hərəkətlərində çaşaraq və məsuliyyətdən qaçaraq özünə sui-

qəsd - intihar etmişdir. Büroda qeyd edilmişdir ki, bütün bunlar sübut edir ki, 

H.Hüseynov  yanlış  yolla  partiya  sıralarına  daxil  olmuş,  O,  partiyaya daxil 

 

48 



olmaqla,  bundan  öz  maraqlarını,  məqsədlərini  həyata  keçirmək  üçün  istifadə 

etmişdir. Sonda Azərb. KP MK-ın 18 mart 1950-ci il tarixli büro iclası qərara 

almışdır: 

1. 1938-


ci ildən ÜK(b)P-nin üzvü (partiya bileti № 1471660), Hüseynov 

Heydər  Nəcəf  oğlu  partiyaya  zidd  hərəkərlərinə,  qeyri-ciddiliyinə  və  partiya 

qarşısında ikiüzlülüyünə görə partiya sıralarından kənarlaşdırılsın. 

2. Hüseynov ÜK(b)P MK yanında MELİ-nin Azərbaycan fılialının direk-

to

ru və Azərbaycan Elmlər Akademiyasımn vitse-prezidenti vəzifəsindən uzaq-



laşdırılsın. Bu qərarın təsdiqi ÜK(b) P MK-dan xahiş edilsin. 

3.  H.Hüseynovun  kitabına  verilmiş  Stalin  mükafatının  geri  alınması  ilə 

bağlı  ÜK(b)  P  MK-ya  məktub  hazırlanması  Həsənov,  Malyutin, Kirsanov və 

Zevin yoldaşlara tapşırılsın. 

 

Azərbaycan K(b) P 



İmza: 

MK-katibi 

İ.V.Stalinin  ölümündən  (1953-cü il 5 mart)  sonra N.S.Xruşşov Sov. İKP 

MK katibi kimi nəzarət etdiyi partiya aparatının və ali hərbi rəhbərlərin köməyi 

ilə siyasi rəqiblərinə - L.P.Beriyaya, Q.M.Malenkova və digər rəqiblərinə qalib 

gələrək Sovet dövlətinə rəhbərliyi ələ keçirdi. N.S.Xruşşov 1953-cü ilin sentya-

brında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK) 

birinci katibi seçildi. SSRİ-də siyasi rəhbərliyin dəyişməsi milli respublikalarda, 

о cümlədən Azərbaycanda rəhbərliyin dəyişməsinə səbəb oldu. 

M.C.Bağırov cinayətkar əməllərinə görə 1953-cü ildə tutduğu vəzifədən 

uzaqlaşdırıldı və sonra Bakıda SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərə-

fındən ölüm cəzasına-güllələnməyə məhkum edildi (9, 1). Olkədə vəziyyət də-

yişdi. Günahsız repressiyanın qurbanları olmuş görkəmli partiya, hökumət, elm 

və mədəniyyət xadimlərinə bəraət verildi. 

Azərb.SSR  Elmlər  Akademiyasının  1956-cı  il  15  may tarixli iclasında 

Heydər  Nəcəf  oğlu  Hüseynovla  bağlı  məsələ  müzakirə  edilmişdir.  Həmin 

müza

kirənin materiallarını təqdim edirik. 



M.C.Bağırovun  respublikanın  təsərrüfat  və  mədəni  quruculuq sahəsin-

dəki anormal və qüsurlu rəhbərliyinin nəticəsi olaraq 1950-ci ildə Azərbaycan 

S

SR Elmlər Akademiyasının vitse-prezidenti, Akademiyanın həqiqi üzvü, fəl-



səfə  elmləri  doktoru,  professor  Heydər  Hüseynov  da  ləkələnmiş,  ona  böhtan 

atılmış, o da bu haqsızlıqlara dözməyərək öz həyatına son qoymuşdur. İclasda 

qeyd edilmişdir ki, Heydər Hüseynov Azərbaycan fəlsəfə tarixi sahəsində çox 

gör


kəmli  mütəxəssis  olmuşdur.  O,  Azərbaycan  ictimai-siyasi  və  fəlsəfı  fıkir 

tarixinə, xüsusilə dialektik və tarixi materializm məsələlərinə dair çoxlu sayda 

mo

noqrafıya və məqalələrin müəllifıdir. 1945-ci ildə Azərbaycan SSR Elmlər 



Akademiyasının  təsis  edilməsi  ilə  bağlı  onun  tərkibi  müəyyən  edilən  zaman 

professor 

Heydər  Hüseynov  akademik  və  Azərbaycan  SSR  Elmlər  Akade-

miyasının vitse-prezidenti təsdiq edilmişdir (11, 1). Azərb. SSR EA-nın iclasın-

da qeyd edilir 

ki, H.Hüseynov uzun müddət Azərbaycan SSR Elmlər Akademi-

yasının ictimai elmlər şöbəsinə rəhbərlik etmiş, Sov. İKP MK yanında Marks-

 

49 




Engels-Lenin 

İnstitutunun  Azərbaycan  filialının  direktoru, S.M.Kirov adına 

Azərbaycan  Dövlət  Universitetinin (indiki  Bakı  Dövlət  Universiteti)  fəlsəfə 

kafedrasının  müdiri  vəzifəsində  çalışmışdır.  О,  Azərbaycan  xalqının  və  onun 

mədəniyyətinin,  tarixinin  öyrənilməsi  sahəsində  geniş,  sanballı  elmi  tədqiqat 

işləri  aparmış,  marksizm-lenizm  klassiklərinin  əsərlərini  Azərbaycan  dilinə 

tərcümə  etmiş,  elmi  kadrların  yetişdirilməsində  çox  böyük  rol  oynamışdır. 

Elmi kadrların  hazırlanmasında  yaxından  iştirak etməklə, professor  H.Hüsey-

nov  böyük  elmi  irs  qoyub  getmişdir.  Bu  irsin  bərpası,  öyrənilməsi  və  təbliği 

böyük elmi, siyas

i və praktiki, tərbiyəvi əhəmiyyətə malikdir. 

Professor 

H.Hüseynov ölümündən bir qədər əvvəl, məlum olduğu kimi, 

bütün  tutduğu  vəzifələrdən  uzaqlaşdırılmış,  Elmlər  Akademiyasının  həqiqi 

üzvlüyündən azad edilmiş, partiya sıralarından kənarlaşdırılmışdır. 

Həmçinin  ittifaq hökumətindən-SSRİ Nazirlər Soveti  yanında ədəbiyyat 

və mədəniyyət sahəsində Stalin mükafatı üzrə komitəsindən professor H.N.Hü-

sey


novun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fıkir tarixindən” adlı əsəri-

nə görə aldığı Stalin mükafatından məhrum edilməsi haqqında qərara yenidən 

baxılmasını xahiş edirik  

 

Azərbaycan SSR EA 



Prezidenti: 

M.M.Əliyev (14, 261). 

 

ƏDƏBİYYAT 

1.

 



Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 2005, 528 s. 

2.

 



Az

ərbaycan Respublikası 1991-2001. Bakı: Azərnəşr, 2001, 360 s. 

3.

 

Zeynalov İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Bakı: Azərnəşr, 



2004, 326 s. 

4.

 



Az

ərbaycan tarixi, VII с. Bakı: Elm, 2003, 676 s. 

5.

 

H



əsənli C. Azərbaycanda Milli Məsələ: siyasi  rəhbərlik və  ziyalılar  1954-1959.  Bakı: 

Adilo


ğlu, 2008, 544 s. 

6.

 



“Xalq q

əzeti”, 1994, 5 oktyabr 

7.

 

Zeynalov  İ.X.  Şimali  Azərbaycan ikinci dünya müharibəsindən  sonrakı  dövrdə  (1946-



1960-

cı illərdə). Azərbaycan tarixi. ХIХ-ХХI əsrin əvvəli Ali məktəblər üçün mühazirələr 

kursu. Bakı: BDU, 2010, 544 s. 

8.

 



Azorba

ycan Sovet Ensklopediyası. 10 cilddə, X c., Bakı:1987 

9.

 

Az



ərbaycan Respublikası Prezidentinin işlər idarəsi siyasi sənədlər Arxivi, Fond 1, siyahı 

43, iş 76, vərəq 276 (ARPİİSSA, F.l, Siy.43, iş 76, v.276). 

10.

 

ARPİİSSA , F.l. Siy.43, iş 76,v. 269,270



11.

 

M.C. Bağırovun Məhkəməsi



12.

 

Az



ərb. SSR Elmlər Akademiyasının  15  may  1956-cı  il tarixli iclası.  ARPİİSSA,  F.l, 

Siy.43, iş.76,v.260-261 

13.

 

ARPİİSSA,F.l, Siy.46, iş.88. 



14.

 

ARPİİSSA, F.l, Siy.42, iş.79. 



15.

 

ARPİİSSA, F.l, Siy.46, iş.78. 



16.

 

ARPİİSSA, F.l, Siy.40, iş.l60. 



17.

 

ARPİİSSA, F.l, Siy.45, iş.71. 



 

 

50 




НОВАЯ ВОЛНА РЕПРЕССИИ В ПОСЛЕВОЕННЫЕ ГОДЫ. 

ПРАВДА О  ГЕЙДАРЕ ГУСЕЙНОВЕ 

 

И.Х.ЗЕЙНАЛОВ, Х.Р.САФАРОВА  

 

РЕЗЮМЕ 

 

В статье рассматривается обострение общественно-политической ситуации в рес-



публике послевоенные 1946-1956 годы, бесчинства М.Д.Багирова и его подручников в 

условиях  усиления  командно-административного  режима  и  культа  личности  И.В.Ста-

лина. 

В статье также изучается новая волна репрессии против представителей интелли-



генции, государственных деятелей, деятелей культуры и науки как один из показателей 

обострения тоталитарного режима в республике. 

В статье главное внимание  уделяется на рассмотрение  доклада М.Д.Багирова на 

заседании политического бюро АКП (б) от 18 марта 1950 года, сильно была критикована 

и  оклеймена  книга  известного  азербайджанского  философа,  академика  Гейдара  Гусей-

нова “Из истории общественной философской мысли в Азербайджане в ХIХ веке», рас-

сматриваются принятые резолюции. 

В статье также рассматривается новое политическое сложившиеся в республике 

после смерти И.В.Сталина, смена в руководстве республики и реабилитация Г.Гусейно-

ва в 1956 году.  



 

Ключевые слова: ЦК Аз.КП, пленум, съезд, Гейдар Гусейнов, философ, тотали-

тарный режим, реабилитация 

 

 

A FRESH WAVE OF REPRESSION IN POST-WAR YEARS. 



THE TRUTH ABOUT HEYDAR HUSEYNOV 

 

I.Kh.ZEYNALOV, Kh.R.SAFAROVA 

 

SUMMARY 

 

The article studies aggravation of social-political situation in the republic in the postwar 



1946  –  1956 years,  atrocities by M.D.Baghirov and his hand assistants in the conditions  of 

command administrative regime and cult of I.V.Stalin’s personality.   



 

Key words: Central Committee  of Az. CP, congress, phylosophy, Heydar Huseynov, 

totalitarian regime, rehabilitation



 

 

 



 

51 

Yüklə 85,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə