№3 Humanitar elmlər seriyası



Yüklə 237,78 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü237,78 Kb.
#52379


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 

 

 

 



UOT 94 (479.24) 

 

AZƏRBAYCANIN BÖYÜK ELM XADİMİ NƏSİRƏDDİN TUSİ 

 

B.N.QUL

İYEV  

Bakı Dövlət Universiteti 

bayramqulusoy@yahoo.com 

 

Bu m

əqalədə  böyük elm xadimi N.Tusinin həyatı  və  elmi irsi tədqiq  edilmişdir.  Elmi 

f

əaliyyətini həm Hülakü dövlətindən öncə, həm də  bu dövlətin  hökmranlığı  zamanı  davam 

etdir

ən Nəsirəddin Tusinin həm ictimai elmlərə,  həm də  dəqiq elmlərə  aid 76-dan çox əsəri 

vardır.  O,  ilk dəfə  olaraq triqonometriyanı  astronomiyadan  ayırmış  və  sinus-tangens qa-

nunlarını  kəşf  etmişdir.  Fəza  triqonometriyasında  düzgün  üçbucaqlının  6  fərqli vəziyyəti 

siyahısını  ilk  dəfə  tədqiqat obyektinə  çevirən də  N.Tusidir. Həm gözəl pedaqoq, həm də 

t

əcrübəli həkim olan N.Tusi eyni zamanda dövlət işlərində yaxından iştirak edirdi.  

 

Açar sözlər: N.Tusi, Marağa, “Əxlaqi-Nasiri”, “Zic Elxani” 

 

XIII – XIV 



əsrlər Azərbaycan tarixinin olduqca ziddiyyətli bir dövrü idi. 

Bu zaman k

əsiyində  Azərbaycan  əraziləri həm kütləvi  dağıntılara  məruz 

qalmış,  həm də  bununla paralel olaraq orta əsrlərdə  elm  öz  inkişafının  ən 

yüks

ək səviyyəsinə çatmışdır.  



Az

ərbaycanın  görkəmli  oğlu  Nəsirəddin Tusi məhz bu dövrdə  yaşayıb 

yaratmış  alimlərimizdən biridir. Nəsirəddin Tusi 1201-ci ildə  Tus  şəhərində 

anadan 


olmuşdur. N.Tusi  ilk təhsilini atasından alsa da, sonradan Bəhmənyar 

v

ə İbn Sina məktəblərindən olan alimlərdən yararlanaraq görkəmli alim səviy-



y

əsinə  yüksəlmişdir.  O,  İslamı  dərindən mənimsəmiş,  Quran,  hədis və  fiqh 

elml

ərini öyrənmişdir.  Görkəmli elm xadimimiz eyni zamanda riyaziyyat, 



fizika, kimya, tibb, h

əndəsə və astronomiya elmlərini də gözəl bilirdi. N.Tusi 

1235-ci ild

ə dünyaca məşhur “Əxlaqi Nasiri” əsərini yazmışdır (2). O, bu əsə-

rinin yazıb bitirdiyi il Əlamut qalasına salındı. N.Tusi 20 ildən artıq bu qalada 

əsir olaraq yaşadı və bir çox əsərini bu şəraitdə yazdı (12, 8-9). Hülakü dövləti 

yaranandan sonra N.Tusi Hülakü xan t

ərəfindən azad edildi və  onun məslə-

h

ətçisi, ardınca da Abaqa xanın zamanında isə baş vəziri olmuşdur (1). Hülakü 



xan ona böyük hörm

ət qoymuş və hərbi səfərləri zamanı onun məsləhətlərindən 

yararlanmışdır (3, 27-28).  

 

157 




N

əsirəddin Tusi eyni zamanda məşhur  təbib idi. Fəzlullah Rəşidəddin 

özünü “Camü üt-T

əvarix”  əsərində  Hülakü  xanın  Tus  şəhərinə  yürüşündən 

b

əhs edərkən N. Tusinin və  onun  iki  oğlunun  həkim  olduğunu  qeyd  edir  (3, 



31). Ümumiyy

ətlə bu tarixçi N.Tusi haqqında həmişə hörmətlə danışır və onu 

öz 

əsərində  “Xoca  əd-Dünya”, yəni  “dünyanın  müəllimi”  adlandırır.  Hətta, 



Hülakü xa

n  Bağdada  hücum  etdiyi  zaman  N.Tusini  yanına  çağırır  və  ona 

“Sonra n

ə  baş  verəcək?” deyə  sual verir. N.Tusinin  cavabı  isə  olduqca 

müdrikdir. O, “Sonra x

əlifə Hülakü xan olacaq” deyə cavab verir (3, 39). Bur-

dan aydın görünür ki, Hülakü xan Bağdada gedib-getməmək haqqında tərəddüd 

etdiyi zaman N.Tusinin  fikirl

ərinə  önəm  vermişdir.  Eyni  zamanda  o  Hülakü 

xanın ordusunun tərkibində səfərlərə qatılırdı (3, 40). İlk əvvəllər Hülakü xan 

x

əlifənin müharibəsiz təslim olmasını istəyir. Bunun üçün də Nəsirəddin Tusini 



s

əfir kimi göndərir (3, 41-42). N.Tusinin məsləhətçi kimi Hülakü xana nə qədər 

yaxın  olduğunu  və  Hülakü  xanın  onun  məsləhətlərindən nə  qədər  sıx  yarar-

landığını  «Camü  üt-Təvarix”  əsərindəki  ərəbcə  yazılmış  məktubdan  aydın 

görm

ək mümkündür.  Bağdadda olan N.Tusi Hülakü xana məktubunda çəkin-



m

ədən əgər gəlib buraları tutmazsa, ayıbla qarşılaşacağını deyə bilir (3, 46).  

Elxani hökmdarları zamanında böyük alimimiz dövlət işləri ilə yaxından 

iştirak  etmiş,  eyni  zamanda  elmin  müxtəlif sahələrinə  dair möhtəşəm  əsərlər 

yaz

mışdır. Hətta böyük alimimizin xahişi ilə Hülakü xan 1259-cu ildə Marağa 



şəhərində yüksək bir təpə üzərində rəsədxana tikdirir (11, 117). Sonrakı illərdə 

Marağa  rəsədxanası  böyük  elm  ocağına  çevrilir  və  elmin bir çox sahələri in-

kişaf edir.  

N.Tusi  Hülakü  xanın  vəfatından  təsirlənmiş  və  onun ölümü səbəbi ilə 

m

ərsiyə yazmışdır. Bu şeir parçasında həmçinin, Hülakü xanın vəfatı tarixi də 



əks olunmuşdur (3, 63). Hülakü xandan sonra hakimiyyətə gələn Abaqa xanın 

zamanında N.Tusi baş vəzir kimi bir sıra dövlət işlərində iştirak edir. O, öz nü-

fuzundan istifad

ə edərək bir çox əmiri və elm adamını ölümdən xilas edir. 678-

ci il Zilhicc

ə ayının 17-də (19.04.1274) haqqın dərgahına qovuşan (3,  90) də-

y

ərli alimimizin qəbri üzərində  “Elm ölkəsinin  şahı”  sözləri  yazılmışdır  (2, 



109).  

N.Tusinin ictimai, siyasi v

ə  pedaqoji  baxışları.  Yuxarıda  qeyd  olun-

duğu kimi N.Tusi böyük alim olmaqla bərabər ictimai xadim idi. Dövlət işləri 

il

ə  yaxından  tanış  olan  N.Tusinin özünəməxsus və  maraqlı  ictimai-siyasi 



baxışları olmuşdur. Bu onun “Əxlaqi Nasiri” əsərində öz əksini tapır (5).  

N.Tusinin ictimai fikirl

əri  tam  olaraq  İslam  dini  yönündən  formalaş-

mışdır. O insanın formalaşmasında tərbiyənin önəmini vurğulayır (5, 56-59) və 

bununla b

ərabər  əxlaqın  formalaşmasında  və  mövcud  olmasında  xasiyyətin 

birm

ənalı təsirinin olduğunu da açıq formada ifadə edir (5, 81-85). O, eyni za-



manda n

əfsi qüvvələrin təsnifatını verir və digər qüvvələrdən fərqini izah edir 

(5, 50-52).  

N.Tusi üçün 

əxlaq önəmli yerdə dayanır. Hətta əxlaqın saflaşdırılması sə-

n

ətini  ən  şərəfli sənət hesab edir (5, 85). Bütün bu məqamlarda  sufi  düşün-



 

158 



c

ələrinin var olduğunu açıq - aşkar görmək mümkündür. Çünki N.Tusi əxlaqda 

z

ədələnmələri nəfsi xəstəlik hesab edir və onun müalicəsi yollarını göstərir (5, 



129-139).  

Dövl


ətin əsas dayağı olan ailə  haqqında da N.Tusinin vacib və zamanı-

mızda da öz əhəmiyyətini saxlayan araşdırmaları mövcuddur. “Əxlaqi Nasiri” 

əsərinin II məqaləsi tamamilə bu mövzuya həsr edilmişdir. Bu  məqalədə ailə 

büdc


əsinin tənzimlənməsindən, övlad tərbiyəsinə, evin ən mühüm ehtiyacların 

t

əsnifatından xidmətçilərin idarə edilməsinə qədər bir çox məsələlər öz əksini 



tapıb (5, 155-181). Onun ölkənin idarə edilməsi ilə bağlı fikirləri xüsusi maraq 

doğurur və onun siyasəti dərindən bildiyini və səbəbsiz yerə vəzifə tutmadığını 

göst

ərir. “Əxlaqi Nasiri” əsərinin III məqaləsində bu haqda geniş  məlumatlar 



vardır.  N.Tusi  Aristotelə  istinadən siyasəti  dörd  qrupa  ayırır:  ölkə  siyasəti, 

q

ələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti (5, 189). O, dövlətin daha 



bir 

əsası olan icmaları iki qrupa ayırır: fəzilə icmaları və qeyri-fəzilə icmaları. 

Onların  özlərinin də  ayrı-ayrılıqda  altqrupları  vardır  (5,  213-216).  O,  şah 

siyas


ətini iki qrupa bölür:  Fəzilə  siyasət  –  bu siyasətin məqsədi  xalqı  kamil-

l

əşdirmək, nəticəsi isə səadətə çatdırmaqdır. Naqis siyasət – buna zorakılıq da 



deyilir. Bunun m

əqsədi  xalqı qul  halına salmaq, nəticəsi isə  bədbəxtlikdir (5, 

225). Bu 

əsərdə dövlətin idarə edilməsində bu kimi çoxlu dəyərli məlumatlar 

vardır.  

N.Tusi bütün bu üstünlükl

əri ilə  yanaşı  böyük  pedaqoq  idi.  Onun  pe-

daqoji bilikl

əri “Adabül Mütəəlliminin” adlı  əsərində cəmləşmişdir. N.Tusiyə 

görə  tələbə  müəllimi  seçməlidir,  nəyin  ki,  müəllim  tələbəni.  Eyni  zamanda, 

zərurət olmadıqca müəllim tələbəyə yaxın oturmamalı və onların arasında bir 

kaman məsafəsi qədər məsafə olmalıdır. Elm öyrənən tələbənin mənəvi əxlaqı 

yüksək  olmalı  və  həmçinin  tələbə  çalışqan  və  ciddi  olmalıdır  (7,  12-13). O, 

dərsə cümə axşamı günü başlamağı zəruri hesab edir. Dərsə başlamanın vacib 

şərt olduğunu  vurğulayan  N.Tusi  onu  da  qeyd  edir  ki,  dərs  tələbənin  düşün-

cəsinə yaxın olsun. Onun digər bir fikrinə görə elmi öyrənməkdə sual-cavab və 

müzakirə  vacibdir  (7,  14-15).  Dərsin  müddəti  haqqında  o,  yazır:  “Oxuyub 

öyrənmə dövrü beşikdən qəbirə qədərdir. Elm öyrənmək üçün ən uyğun vaxt 

dan  yeri  sökülən  zaman  və  iki  axşam  namazı  arasıdır.”    O,  həmçinin  elm 

öyrənmə yaşının gənclik illərinin başlanğıcında effektli olduğunu da vurğulayır 

(7, 17). N.Tusi bu əsərində  yaddaşı  və  yaddaşsızlığı götürən amillər, təhsildə 

dindarlığın rolu, tələbə ilə şəfqətli davranma və s. kimi mövzuları da əhatə edir.  



N.Tusinin dini-f

əlsəfi görüşləri. Hələ uşaqlıq zamanından Quranı öyrən-

m

əyə başlayan N.Tusi öz dinini mükəmməl bilirdi. Demək olar ki, bütün əsər-



l

ərində din ünsürü və dinin təsiri hiss olunmaqdadır. Lakin o, sırf dinə aid bir 

sıra əsərlər yazmışdır. Bu əsərlərin çoxu Qurani-Kərimin və Hədislərin şərhin-

d

ən ibarətdir (6; 8). Bütün bunlara rəğmən onun özünün də maraqlı elmi-dini 



n

əticələr çıxardığını  müşahidə etmək mümkündür. Görkəmli alimimizin “Öv-

safül Əşraf” əsəri sırf akademik dini araşdırılmalara həsr olunmuşdur. Bu əsər-

də dinə aid  bir sıra  məsələlər – niyyət, sidq, tövbə,  ixlas, səbir, şükür,  iradə, 

 

159 



təvəkkül,  vəhdət  və  s  olduqca  dərininə,  Quran  və  hədisləri  əsas  qaynaq  gös-

tərərək və öz fikirlərini də əlavə edərək tədqiq etmişdir (8). 

Nəsirəddin Tusinin “Təzkirə”si  onun dini-fəlsəfi görüşlərini tam olaraq 

görməyə  imkan verən ən əsas qaynaqdır (6). O, başlanğıcı  ilk  yaradılış, sonu 

isə o yaradılışa qayıtmaq kimi izah edir. N.Tusinin digər bir fikrinə görə insan-

lar 


Allahdan öncə var olmadıqları üçün var olduqdan sonra da Allaha qayıtma-

lıdırlar (6, 20). İnsanın hər iki dünyada dərəcələri mövcuddur. Allahın imtaha-

nından  keçənlər  ən  yüksək  dərəcəni  əldə  edirlər.  Ona  görə  yaradılmış  olan 

aləmlər  iki  cürdür.  Qeyb  aləmi  və  şəhadət  aləmi  (6,  24).  Bundan  başqa  bu 

əsərdə  qiyamətin  baş  verdiyi  zaman  görüləcək  hadisələr,  hesab  günü,  axirət 

zamanı  baş  verəcək  hadisələr,  Cənnətin  mükafatları  və  Cəhənnəmin  sonsuz 

əzabları təfərrüatlı şəkildə izah olunur.  

Nəsirəddin Tusi həm də Azərbaycanın ən məşhur filosoflarından biridir. 

İbn əl-İbri Nəsirəddin Tusini böyük filosof adlandıraraq onun farsca yazılmış 

“Etika” əsərini tərifləyir (10, 43).  N.Tusinin “Etika” yəni “Əxlaqi Nasiri” əsəri 

il

ə yanaşı “Əsas əl-İqtibas”, “Qismət-e mövcudat və əqsam-e an” və digər fəl-



s

əfəyə aid əsərləri vardır. Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Nəsirəddin 

Tusi f

əlsəfəsində vəhdət təşkil edir. O, varlıq məsələsinin əsasında təbiətşünas-



lığın dayandığını  vurğulayır. Bir sıra alimlər N.Tusini İbn Sinanın davamçısı 

olaraq göst

ərirlər. İdrak nəzəriyyəsinə gəlincə N.Tusi bu yöndə duyğuların və 

ağılın  rolunu  eyni  dərəcədə  qiymətləndirir. Onun fikrincə,  insan  çox  şey 

öyr

ənib, çox elmə yiyələndikcə onun idrak qabiliyyəti də yüksəlir (10, 42). 



Marağa rəsədxanası. N.Tusinin elmi fəaliyyətləri. Marağa rəsədxanası 

orta 


əsrlərdə  dünyanın  üç  ən  böyük  elm  ocaqlarından  biri  idi.  Burada  elmin 

müxt


əlif sahələri məşhur alimlər tərəfindən tədqiq olunurdu.  

Marağa  rəsədxanasının  təsis edilməsi tarixçi Fəzlullah Rəşidəddinin 

“Camü üt-T

əvarix” əsərində  xüsusi  bir  yarımbaşlıqda  öz  əksini  tapmaqdadır. 

Əsərdə bu rəsədxananın ulduzların  müşahidəsi üçün  inşa etdirilməsinə xüsusi 

s

ərəncam  verildiyi  vurğulanır.  O,  rəsədxananın  qurulacağı  şəhəri  –  Marağa 



şəhərini, rəsədxananın yerləşəcəyi yeri özü seçir. Hülakü xan N.Tusinin təbiət 

elml


ərini dərindən bildiyini müşahidə etmişdi və ona görə də o, rəsədxananın 

tikilm


əsinə xüsusi maraq göstərirdi. Marağa rəsədxanasının tikilişində N.Tusi 

il

ə  bərabər 4 alim də  iştirak  etmişdir.  Bunlar  Muayyidəddin  Ərzi,  Fəxrəddin 



Marağayi, Fəxrəddin Əxlati və Nəcməddin Qəzvini idi (3, 49-50). Rəsədxana 

əsas və  yardımçı  hissələrə  ayrılan  16  binadan  ibarət  idi.  Burda  müşahidə  və 

t

əcrübələrin  aparıldığı  binalarla  bərabər mədrəsə, kitabxana da fəaliyyət gös-



t

ərirdi. Binalardan yeddisi dairəvi şəkildə idi. Rəsədxananın mərkəzində daxili 

qüll

ə  yerləşirdi.  Qüllənin daxili diametri 22 metr idi. Kompleksə  daxil olan 



kitabxananın sahəsi 330 kvadrat metr idi (12, 11). Rəsədxana 137x347 m

2

  yer 



tuturdu. R

əsədxanada  bir  sıra  cihaz  və  avadanlıqlar,  böyük  divar  kvadratı, 

qlobus, fırlanan kvadrat və s. saxlanılırdı (1, 335).  

N

əsirəddin Tusi planetlərin hərəkətinə  dair çox dəqiq cədvəllər  hazır-



lamışdır. Bu cədvəllər onun “Zic Elxani” adlı əsərində əks olunmaqdadır. Dörd 

 

160 




cildd

ən ibarət olan bu kitab planetlərin mövqelərinin  hesablanması üçün cəd-

v

əllərdən və  ulduzların  adından  ibarətdir. Onun bu əsəri 1652-ci ildə  Lon-



donda, 1711-ci ild

ə  Oksfordda nəşr  olundu  (2,  337).  Astronomiyadakı  elmi 

uğurları  və  dərininə  araşdırmaları  sayəsində  N.Tusi Klavdi Ptolemey və  Ni-

kolay Kopernik arasında ən parlaq və dünyaca məşhur alim hesab olunur. Onun 

astronomiyaya dair 

əsərləri XVII əsrin  sonlarına  qədər  öz  aktuallığını  saxla-

mışdır və hələ də zamanımız üçün aktualdır.  

N.Tusi “Qoşa çevrələr təzkirəsi” əsərində “Tusi çevrələri” adı ilə bilinən 

h

əndəsi üsul kəşf etdi. Bu qaydaya görə iki dairəvi hərəkətin cəmindən bir xətti 



h

ərəkət alınır. Bu dairəvi hərəkətlər isə birinin diametri digərinin diametrindən 

iki d

əfə kiçik olan iki fırlanan çevrə yaradır. Çevrələrin bu cür fırlanması kiçik 



çevr

ənin diametrindəki bir nöqtənin böyük çevrənin diametri boyunca irəli və 

geri x

ətti hərəkətinə  səbəb olur. O, demək olar ki,  bütün planetlərin təqribi 



ölçüsünün hesablanmasında Ptolemeyin üsulunu məhz bu üsulla əvəz etmişdir 

(13, 39). Lakin o,  sad

əcə  Merkuri planetinin ölçülərini hesablaya bilmədi. 

N.Tusi  Süd  Yolunu  sıx  və  silsilə  formasında  mərkəzləşmiş  xırda  ulduzlar 

yığınından ibarət qalaktika adlandırır (14). Onun “Dörd tərəfli haqqında” trak-

tatında fəza triqonometriyasında danışılır. O, triqonometriyanı astronomiyadan 

ayıran və müstəqil elm kimi tədqiq edən ilk alimdir  (2, 337). O, həmçinin fəza 

triqonometriyasını geniş formada təkmilləşdirmişdir. Fəza triqonometriyasında 

düzgün  üçbucaqlının  6  fərqli vəziyyəti  siyahısını  ilk  dəfə  tədqiqat obyektinə 

çevir


ən də N.Tusidir. O, bu sahədə Yunan riyaziyyatçısı İsgəndəriyyəli Mele-

nu

sun  araşdırmalarından  yararlanmışdır.  O,  həmçinin, fəza  triqonometriyası 



üçün sinus v

ə tangens qanunlarını da kəşf etmişdir (15).  

N

əsirəddin  Tusinin  fizikaya  aid  çox  maraqlı  araşdırmaları  vardır.  Buna 



misal olaraq “İşıq şüasının qayıtması və sınması”, “İsti və soyuq haqqında” və 

“Göy qurşağı haqqında” əsərlərini göstərmək olar. Eyni zamanda Hülakü xanın 

ist

əyi ilə yazılmış “Cavahirnamə” əsəri öz dövrünün unikal araşdırmalarından 



biridir. Bu 

əsərdə  minerallar, kristallar və  qiymətli  daşlar,  onların  xüsusiy-

y

ətləri, həmçinin saxta və orijinal daşın bir-birindən fərqləndirmə üsulları əks 



olunmaqdadır.  O,  bu  əsərdə  mirvarinin 9 növünü, yaqutun və  almazın  4  nö-

vünü, zümrüdün is

ə 12 növünü göstərmişdir (9).  

N

əsirəddin Tusi elmin demək olar ki,  bütün sahələrini  araşdıran  və  bu 



sah

ələrə dair unikal əsərlər yazan dünyanın azsaylı alimlərindən biridir. Onun 

irsi  haqqında  cild-cild ensiklopediyalar  da  yazılsa  yenə  də  bitməz. Bu məqa-

l

ədə isə onun həyatı, siyasi fəaliyyəti və elmi irsi ümumi formada tədqiqat ob-



yektin

ə  çevrildi. N.Tusi irsi daha çox təbliğ  olunmalı  və  gənc nəslə  çatdı-

rılmalıdır.  

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan  tarixi  (ən  qədim  zamanlardan  –  XXI  əsrin  ilk  onilliklərinədək)  /  dos. 

M.Q.Abdullayevin elmi redaktorluğu ilə. Bakı: BDU, 2014, 380 s. 

2.

 

Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər) / prof. S. S. Əliyarlının redaktəsi 



ilə. Bakı: Çıraq, 2009, 872 s. 

 

161 




3.

 

Рашид ад-Дин Фазлаллах. Сборник летописей. Том 3. М.-Л. АН СССР. 1946, 316 c.  



4.

 

Daniz R. The scientist Passed Ahead of Centuries –  Nasiraddin Tusi. Baku:  “MM-S”, 



2013, 296 p.  

5.

 



Tusi Nəsirəddin. Əxlaqi Nasiri. Bakı: Lider, 2005, 280 s 

6.

 



Tusi Nəsirəddin. Təzkirə. Bakı, 2002, 71 s.  

7.

 



Tusi Nəsirəddin. Adabül Mütəəlliminin. Bakı: Nurlan, 2002, 25 s.  

8.

 



Tusi Nəsirəddin. Övsafül Əşraf. Bakı, 2010, 91 s.  

9.

 



Tusi Nəsirəddin. Tənsuqnameyi Elxani (Cavahirnamə). Bakı: Elm, 1984, 31 s. 

10.


 

Məmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı: Azərnəşr, 1986, 65 s. 

11.

 

Qasımov X. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı: Aspoliqraf, 2008, 448 s. 



12.

 

Рзаев А. Насирэддин Туси. Баку: Элм, 1863, 71 с.  



13.

 

Craig G. Fraser. The cosmos: a historical perspective. Greenwood: Greenwood Publishing 



Group, 2006, 179 p.  39 

14.


 

Ragep, Jamil. Nasir al-Din Tusi’s Memoir on Astronomy. (Edition, Translation, Com-

mentary and Introduction) / Sources in the History of Mathematics and Physical Sciences. 

2 vols. New York: Springer-Verlag, 1993, p 128 – 130.  

15.

 

Историко-Математические  исследования.  Выпуск  15.  Под  ред.  Г.Ф.Рыбкина  и 



А.П.Юшкевича. М.: МФЛ, 1963, с 431 – 445.   

 

НАСИРАДДИН ТУСИ, ВЕЛИКИЙ ДЕЯТЕЛЬ НАУКИ АЗЕРБАЙДЖАНА 



 

Б.Н.ГУЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье исследованы жизнь и наследие выдающегося ученого, врача и политиче-

ского деятеля Н.Туси. Его исследования были опубликованы в США, России и Азербай-

джане. Кроме того, некоторые из работ Туси ("Адабу-л муаллимун", "Овсафул  Ашраф", 

Джавахирнаме"  и  т.д.)  стали  объектом  исследования  впервые.  Статья  состоит 



из 

подзаголовков: 



Жизнь 

Н.Туси, 


общественно-

политические  и  педагогические  мысли  Н.Туси,  религиозные,  философские  взгляды  и 

научная деятельность Н.Туси.  

 

Ключевые слова:, Н.Туси, Марагa, "Ахлаг-и-Насири", "Зидж Эльхани" 

 

NASIRADDIN TUSI, THE GREAT SCIENTIFIC FIGURE OF AZERBAIJAN 

 

B.N.GULIYEV 

 

SUMMARY 

 

The article studies the life and heritage of the prominent scientist, doctor and political 

figure  N.Tusi.  The  researches  were published in  the United States,  Russia  and Azerbaijan 

and the scientist’ works are referred to in this article. Also, the author is the first to research 

some of the works by N.Tusi ("Adabul Muta`alliminin", "Ovsaful Ashraf", "Javahirname" 

etc.).  The article  consists of  four  subtitles:  Nasiraddin Tusi's life, N.Tusi’s social, political 

and pedagogical thoughts, N.Tusi’s religious - philosophical views and N.Tusi’s scientific ac-

tivity. 


 

Key words: N.Tusi, Maragheh, "Akhlaq-i-Nasiri", "Zij-

i İlkhani" 



 

162 

Yüklə 237,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə