№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

olub inkişaf etdiyini əsaslandıran dialektik materialist istiqamət. Fəlsəfə  və 

təbiətşünaslığın münasibətinin həqiqi olan sonuncu istiqamətinin düzgünlüyünü gör-

mək və mahiyyətini daha yaxşı başa düşmək üçün birtərəfli olan əvvəlki iki istiqaməti 

nəzərdən keçirmək lazımdır. Bu münasibətlə  təqdim etdiyimiz məqalədə  fəlsəfə  və 

təbiətşünaslığın münasibətinin naturfəlsəfi anlamını nəzərdən keçirib təhlil edəcəyik. 

Fəlsəfə və təbiətşünaslığın yaranması və inkişafı tarixinin öyrənilməsi göstərir 

ki, insan biliklərinin son dərəcə aşağı səviyyədə olduğu qədim dövrdə indi başa dü-

şüldüyü  şəkildə elmin, o cümlədən təbiət elmlərinin ayrı-ayrı konkret sahələri 

olmamışdır. Fəlsəfənin elmi biliyin, yeganə forması olduğu həmin dövrdə dünya 

haqqında bütün təbii-elmi təsəvvürləri də özündə ehtiva edən ümumi bir «elm»- 

naturfəlsəfə (yunanca «natural-təbiət» deməkdir) mövcud olmuşdur. Naturfəlsəfə 

daxilində fəlsəfə ilə təbii-elmi təsəvvürlər və sonralar onlar əsasında yaranıb inkişaf 

edən təbiət elmləri arasında fəaliyyət sahəsi aydın  şəkildə ayrılmamış, həmin bilik 

sahələrinin tədqiqat predmetləri hələ müəyyənləşməmişdi. Buna görə  də, təbiət 

haqqında biliklərin artıq müəyyən dərəcədə inkişaf etdiyi dövrdə yaşayan qədim 

yunan filosoflarının fəlsəfi baxışları  təbiət haqqındakı baxışları ilə çulğalaşmış  və 

onlar eyni zamanda təbiətşünas olmuşlar. 

Fəlsəfə  və elmin hələ ayrıca bilik sahələri kimi formalaşıb inkişaf etməyərək 

çulğalaşmış halda mövcud olduqları dövrdə naturfəlsəfə mahiyyətcə həm fəlsəfənin, 

həm də elmin ilk forması olmuş (11, 364), ilk filosoflar onun nümayəndələri kimi 

fəaliyyət göstərmişlər.  İdrakın inkişafının müəyyən pilləsində dünyagörüşü kimi 

meydana çıxan naturfəlsəfə bütövlükdə dünya, yəni ümumi haqqında bilik vermək 

əvəzinə  hələ kifayət qədər öyrənilməmiş  hər  şey haqqında konkret tədqiqatın 

nəticələrinə  əsaslanmayan ümumi bilik verməyə girişmiş, təbiəti onun bütövlüyü 

baxımından tədqiq etmək tələbatına cavab kimi meydana çıxmışdır. 

Məlumdur ki, bir elm kimi fəlsəfə və təbiətşünaslığın əsası qədim Yunanıstan-

da qoyulmuşdur. Lakin onlar boş yerdə  əmələ  gəlməmişdir. Qədim yunanların 

naturfəlsəfəsinin ilk əsasları kimi fəlsəfi və təbii-elmi təsəvvürlər Qədim Şərq ölkə-

lərində – Babilistanda, Misirdə, Çində, Hindistanda, İranda və Azərbaycanda yaranıb 

inkişaf etmişdir 

Qədim Misirdə yazının yaranması ilə hesab, həndəsə, astronomiya, təbabət 

elmlərinin  əsasları qoyulmuşdur. Qədim Misirlilər artıq kəsrləri bilir, hesab 

əməliyyatları aparmağı bacarırdılar. Qədim Babilistanda isə toplama, çıxma, vurma, 

bölmə, kub və kvadrat kökalma kimi riyazi əməliyyatlar, bəzi həndəsi fiqurlar 

üzərində hesablamalar, Ay-Günəş  təqvimi məlum idi. Bu ilk təsəvvürlər sonralar 

təbii-elmi biliklərin yaranması  və inkişafına müəyyən təsir göstərmişdir. Məsələn, 

yunan filosofu Fales Babilistanda ulduzları öyrənənlərin astronomik hesablamaları ilə 

tanışlıqdan sonra müasir hesablamalara görə, 28 may 585-ci ildə baş verən günəşin 

tam tutulmasını qabaqcadan xəbər vermişdi (16, 126). Qədim Azərbaycanda yaranan 

Zərdüştlüyün  əsas kitabı olan «Avesta»da əksliklərin mübarizəsi ideyası irəli 

sürülərək bildirilirdi ki, dünyada xeyir və  şər, zülmət və  işıq mövcuddur və onlar 

arasında  əbədi mübarizə gedir. Bu aydın göstərir ki, əksliklər, onların mübarizəsi 

haqqında ideya Heraklitdən xeyli əvvəl «Avesta»da söylənmişdir. 

Qədim Hindistanda bütün mövcudatın ilk əsasını tapmağa çalışan LokAyata və 

Çarvak təlimlərində  hər  şeyin  əsasında od, su, torpaq, hava kimi dörd ünsürün 

durduğu və ayrı-ayrı  şeylərin onların müxtəlif birləşmələri  əsasında yarandığı, 

sonradan məhv olaraq onlara parçalanması bildirilmirdi. Mahiyyətcə  həmin 

 

99




mövqedən çıxış edən Qədim Çin fəlsəfəsindəki Daosizm təlimində  həmin ünsürlərə 

hava əvəzinə ağac və metal da əlavə edilərək hər şeyin əsasında «dao»nun durduğu və 

maddi mövcudatın od, su, torpaq, ağac və metal kimi beş ünsürdən  əmələ  gəldiyi 

bildirilirdi. 

Hələ Qədim Şərq ölkələrində dünya, onun quruluşu haqqında söylənilən təbii-

elmi təsəvvürlər qədim yunan elminin və  fəlsəfəsinin yaranması  və inkişafında 

mühüm rol oynamışdır. 

Yuxarıda qeyd etdiyimiz kimi, insan biliklərinin yenicə yarandığı və son dərəcə 

aşağı  səviyyədə olduğu elmin, o cümlədən təbiət elmlərinin inkişaf etmiş, 

formalaşmış konkret sahələrinin və təbiət, onun ayrı-ayrı sahələri, müxtəlif hadisələri 

haqqında kifayət qədər faktik materialların, konkret biliklərin olmadığı qədim dövrdə 

naturfilosoflar bütün dünya binasını bütövlükdə  təsəvvür etməyə çalışırdılar. Bu, 

özünün ümumiləşmiş ifadəsini qədim yunan naturfəlsəfəsinin mühüm xarakteristikası 

olan kosmosentrizmdə tapmışdır. Qədim yunanlar Kainatı insanı  əhatə edən dünya, 

təbiət kimi anlayır, onlarda yaranan kosmos obrazına canlı varlıqlara xas olan 

keyfiyyətlər isnad edərək Kainata insanabənzər çox böyük orqanizm kimi baxırdılar. 

Qədim yunan fəlsəfəsində kosmosda insanı, insanda isə kosmosu görür, kosmosa bir 

növ makroinsan, insana isə mikrokosm kimi baxılırdı. Bu nöqteyi-nəzər insan və 

kosmosun qovuşması fikrinə gətirib çıxarırdı. Başqa sözlə, qədim yunan mütəfəkkir-

lərinin nizamlanmış və harmonik kosmos kimi təsəvvür etdikləri təbiət aləmi ilə insan 

aləmi arasında uçurum yoxdur və insan ümumi kosmik tamın bir hissəsi kimi çıxış 

edir (9, 59).     

Dünyaya kosmosentrizm mövqyeindən yanaşan qədim yunan naturfilosofları 

təbiəti öyrənərkən öz dövrlərinin bilik səviyyəsindən çıxış edərək onu hissələrinə 

ayırmayaraq dünyaya əlaqəli bütöv tam kimi baxırdılar. Bununla da onlar təbiət 

hadisələrinin bütün mənzərəsinin ümumi xarakterini düzgün tutsalar da mahiyyətcə 

düzgün olan belə baxış bilavasitə seyrin və  təbiətin fikrən nəzərdən keçirilməsinin 

nəticəsi idi. Təbiətin ümumi mənzərəsinin elmi anlaşılması üçün təbiət  əlaqələri və 

qarşılıqlı  təsirlərinin bilavasitə seyri kifayət deyildi, bütöv halında götürülən təbiət 

tam təşkil edən ayrı-ayrı predmet və hadisələri, onların qarşılıqlı  əlaqələrinin, tərəf-

lərinin dərki də  zəruri idi. Qədim dövr mütəfəkkirləri buna gəlib çatmamışdılar. 

F.Engelsin qeyd etdiyi kimi, yunanlarda təbiət, məhz hələ onu hissələrə ayırmaq, 

təhlil etmək dərəcəsinə çatmamış olduqlarına görə, ümumiyyətlə  hələ bir tam kimi 

götürülür. Təbiət hadisələrinin ümumi rabitəsi təfərrüatı ilə sübut edilmir: yunanların 

nəzərində bu rabitə bilavasitə seyretmə nəticəsidir. Bu, yunan fəlsəfəsinin nöqsanıdır 

və bu nöqsan üzündən o sonralar öz yerini, digər baxışları  tərk etməli olmuşdur (7, 

316). 

Qədim Yunanıstanda ilk naturfəlsəfi təlim e.ə. VI əsrdə o zaman mədəni 



mərkəz olan Milet şəhərində yaranmışdı. Həmin  şəhərin adı ilə  məşhurlaşan 

naturfəlsəfə məktəbinin bütün varlığın əsasında durmaqla onları əmələ gətirən və bir-

birilə bağlayan ümumini tapmağa çalışan nümayəndələrində belə fikir formAlaşmışdı 

ki, mövcud olan bütün predmetlərin hamısı  ən sadə, ilkin başlanğıclardan – 

ünsürlərdən  əmələ  gəlmişdir. Müxtəlif  şeylərin  əsasında durmaqla onları  əmələ 

gətirən bu substansiyanı onlar müxtəlif şeylərdə görürdülər. 

Qədim yunan naturfəlsəfəsinin  əsasını qoyan Milet məktəbinin banisi Fales 

(e.ə. 625-547) bütün mövcudatın əsasını suda görürdü. Onun fikrincə, hər şey sudan 

əmələ  gəlir və  məhv olaraq yenidən suya çevrilir. Yer kürəsini su okeanında üzən 

 

100




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə