№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

adaya bənzədən Fales antik dövrün riyaziyyat və astronomiya tarixində müəyyən iz 

buraxmış ilk alimlərindən biri olmuşdur. O, ilin 365 gündən ibarət olduğunu 

söyləyərək onun otuzgünlük 12 aya bölündüyünü müəyyən etməklə  təqvim irəli 

sürmüşdür. 

Milet məktəbinin ikinci görkəmli nümayəndəsi Falesin şagirdi Anaksimandr 

(e.ə. 611-546) öz müəllimindən, eləcə  də  qədim hind və Çin filosoflarından fərqli 

olaraq bütün mövcud olanların ilk əsasını duyğu ilə qavranılan konkret ünsürlərdə 

(od, su, torpaq, hava, metal və ağacda) deyil, əbədi, sonsuz, qeyri-məhdud və qeyri-

müəyyən maddi varlıqda-«apeyron»da görürdü. Bununla da o, idrak tarixində fəlsəfi 

kateqoriya olmaq etibarilə materiya anlayışının işlənməsi yolunda ilk addım atmışdı. 

Anaksimandr Avropa elmində ilk dəfə olaraq dünyanın umumi kosmoloji mənzərəsini 

verməyə cəhd etmişdir. 

Milet məktəbinin digər nümayəndəsi Anaksimandrın  şagirdi və ardıcılı 

Anaksimen (e.ə. 585-524) təbiət elmlərindən əsasən astronomiya və meteorologiya ilə 

məşğul olmuşdur. O, mövcudatın  əsasını hüdudsuz olan havada görürdü. Onun 

fikrincə, hava seyrəkləşərək  əvvəlcə od, sonra efir və qatılaşaraq külək, bulud, su, 

torpaq və daş olur. Anaksimen burada kəmiyyət dəyişmələrinin keyfiyyət 

dəyişmələrinə keçməsi kimi dialektik ideyaya yaxınlaşmışdı (16, 132). Göründüyü 

kimi, eyni zamanda təbiətşünas kimi çıxış edən ilk yunan naturfilosofları dünyanı 

onun özündən izah edərək bütün mövcudatın  əsasını konkret maddi başlanğıcdan 

çıxarırdılar. Həmin filosofları  nəzərdə tutaraq Aristotel «Metafizika» əsərində 

yazmışdı ki, onlar «… Ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət 

olduğu, ilk dəfə  əmələ  gəldiyi və sonda məhv olaraq çevrildiyi şeyi… hər  şeyin 

başlanğıcı saymışlar» (13, 184). 

Antik yunan fəlsəfəsinin ilk görkəmli dialektiki olan Efesli Heraklit (e.ə. 544-

483) də eyni zamanda təbiətşünas idi. Özünün naturfəlsəfi baxışlarını «Təbiət 

haqqında» adlı  əsərində  şərh edən Heraklit mövcudatın ilk əsasını  əbədi hərəkətdə, 

dəyişmə  və çevrilmədə olan fəal atəşdə (odda) görürdü. Bu, özünün aydın ifadəsini 

onun aşağıdakı sözlərində tapmışdır: «Bir vahid olan bu dünya heç bir allah və heç bir 

insan tərəfindən yaradılmamışdır, lakin o, tam ölçüdə alovlanan və tam ölçüdə sönən 

əbədi canlı od olmuşdur, oddur və od olaraq qalacaqdır» (16, 135). Hər  şeyin 

substansional-genetik başlanğıcını odda görən Heraklit onu qızıla, şeyləri isə əmtəəyə 

bənzədirdi: «Qızıl əmtəələrə və əmtəələr qızıla mübadilə olunduğu kimi, hər şey oda 

və od da hər şeyə mübadilə olunur» (16, 134). 

Heraklitin «Loqos» haqqında təlimi də çox maraqlıdır. Antik naturfəlsəfə üçün 

səciyyəvi olan «ölçü» ideyası Heraklit tərəfindən Loqos (söz, fikir, qanun deməkdir) 

anlayışında ümumiləşdirilmişdir. Nizam və ölçü prinsipi olan Loqos dünya binasının 

obyektiv dialektik qanunudur. Heraklitə görə, mövcud olan hər  şey mütləq dəyiş-

mədə, əbədi axın halındadır: «hər şey axır («panta rei»)». Onun fikrincə, axar bir çaya 

iki dəfə düşmək olmaz. Mövcud olan bütün şeylər  əksliklərə bölünür və onlar 

arasında daim mübarizə gedir ki, həmin mübarizə də hər cür yaranmanın və inkişafın 

mənbəyi və  səbəbidir: mübarizə – hər  şeyin atası  və  hər  şey üzərində hökmdardır, 

mübarizə ümumidir və  hər şey mübarizə sayəsində  və  zərurət üzündən doğulur (16, 

136). Sadəlövh materialist olan Heraklitin hər  şeyi axma, dəyişmə halında götürən 

kortəbii dialektik baxışı F.Engelsin qeyd etdiyi kimi «… bütün hadisələr mənzərə-

sinin ümumi xarakterini düzgün qavrasa da, həmin mənzərəni təşkil edən təfərrüatı 

izah etmək üçün hələ kifayət deyildir  biz isə, nə  qədər ki, bu təfərrüatı bilmirik, 

 

101




ümumi mənzərə  də bizə aydın deyildi» (7, 21). Həmin təfərrüatların məlum olması 

üçün onları müəyyənləşdirməyə imkan verən kifayət qədər material toplanmalı idi. O 

dövr naturfilosofları isə  təbiəti tərkib hissələrinə ayırıb sonuncuları ayrılıqda 

öyrənməyərək ümumi mənzərəni aydınlaşdırmaqla kifayətləndiklərindən lazım olan 

həmin materialları toplamaq diqqətdən kənarda qalmışdı. Hər şeyə əbədi hərəkətdə və 

dəyişmədə baxan Heraklit dayanıqlıqla dəyişkənliyin vəhdətindən ibarət olan hərəkət-

də dayanıqlığı görməyərək, ancaq dəyişkənliyi qəbul edib onu mütləqləşdirirdi. 

Qədim yunan naturfəlsəfəsində öz dövrü üçün riyaziyyat və astronomiyanın 

inkişafında Pifaqor və pifaqorçuların xüsusi rolu olmuşdur. Onların riyaziyyat və 

xüsusilə  həndəsə sahəsindəki işləri sonralar həmin elmlərin inkişafına təsir 

göstərmişdir. Öz astronomik baxışlarında Yerin kürə  şəklində olması  və öz oxu 

ətrafında fırlanması fikrini söyləyən Pifaqor (təxminən e.ə. 580-500) özünün 

kosmoloji baxışlarında geosentrist olub, Ptolemeydən 5 əsrdən də çox əvvəl Yerin 

Kainatın mərkəzi olduğu fikrini söyləmişdir. Pifaqorun naturfəlsəfi dünya anlamının 

mühüm fərqləndirici cəhəti  ədədlər haqqında təlimi inkişaf etdirməsi və Kainatın 

əsasını  ədədlərdə görməsi idi. Məlumdur ki, obyektləri kəmiyyət və keyfiyyət 

müəyyənliklərinin vəhdətində götürüb öyrənən digər elmlərdən fərqli olaraq 

riyaziyyat öyrəndiyi obyektlərin keyfiyyət müəyyənliklərindən sərfnəzər edərək 

onların hamısı üçün ümumi olan kəmiyyət münasibətlərini, miqdar nisbətlərini 

öyrənir. Kəmiyyət isə bir qayda olaraq, ədədlərlə (rəqəmlərlə) ifadə olunur. Görünür, 

buradan da Pifaqor ədədlərin mütləqləşdirilməsinə – ədədlər mistikasına gəlib çıxaraq 

ədədləri bütün mövcudatın əsası saymışdır.  

Qədim yunan naturfəlsəfəsinin inkişafında Eley məktəbi nümayəndələrinin

xüsusilə Zenonun böyük xidmətləri olmuşdur. Zenonun (e.ə. 490-430) dünyaya 

münasibəti öz ifadəsini onun məşhur aporiyalarında tapmışdır. Mövcud olan hər şeyin 

daimi hərəkətdə olması haqqında Heraklit fikrinin əksinə olaraq, öz aporiyaları 

(xüsusilə «Dixotomiya», «Axilles və  tısbağa», «Uçan ox» aporiyaları) vasitəsilə 

Zenon hərəkətin mövcud olmaması haqqında müddəasını əsaslandırmağa çalışırdı. Bu 

aporiyaları ilə o, sübut etməyə çalışırdı ki, hərəkəti qəbul etmək ziddiyyətə  gətirib 

çıxarır. Zenon hərəkətin tərəflərindən birini – dəyişkənliyi, fasiləsizliyi əsas götürən 

Heraklitin  əksinə olaraq dayanıqlığı, fasiləliyi  əsas götürərək mütləqləşdirir, 

dəyişkənliyi, fasiləsizliyi rədd edirdi. Onun fikrincə, hər şeyin başlanğıcı olan varlıq 

tək və  hərəkətsizdir. Həqiqətin açarını ziddiyyətlərdə görən Zenon dialektik 

düşüncələr və mübahisə, etiraz etmək vasitəsilə rəqibi çətin vəziyyətə salmaq sənəti 

olan subyektiv dialektikanı irəli sürüb inkişaf etdirmişdir. Bu da Zenonu dialektikanın 

ixtiraçısı adlandırması üçün Aristotelə əsas vermişdir (16, 155). 

Yunan naturfəlsəfəsində Anaksaqor və Empedoklun da özünəməxsus yeri 

vardır. Dünya binasının  əsasında məlum dörd ünsürün durduğunu söyləyən, 

Empedoklun (e.ə. 483-423) təlimi çarvaklardan başlayan hind və Miletlilərin, 

Heraklitin naturfəlsəfəsinin yekunu kimi çıxış etmişdir. O, «şeylərin dörd kökü» 

adlandırdığı həmin ünsürləri əbədi sayır və bildirirdi ki, şeylərin bu «kökləri» ölmür, 

ona görə ki, əks təqdirdə onların niyə mövcud olduqları aydın olmazdı. Bioloji 

problematika ilə daha çox maraqlanan Empedokl üzvi məqsədəuyğunluq məsələsini 

qoyub onu materialistcəsinə həll etməyə cəhd etmişdi. O, bütün canlı orqanizmlərin 

deyil, ayrı-ayrı orqanların yaranmasından danışır və tam və hissədən hansının əvvəl 

yaranması  məsələsini qoyurdu. Onun fikrincə,  əvvəlcə bütöv canlıların ayrı-ayrı 

orqanları yaranır, sonra onlar müxtəlif  şəkildə birləşərək müxtəlif canlıları  əmələ 

 

102




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə