№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

gətirirlər. Empedokl «Təbiət haqqında» poemasında heyvanat aləminin yaranması 

prosesini 4 dövrə bölürdü: birinci dövrdə (elementlərdən) orqanizmin ayrı-ayrı 

hissələri formalaşır – əvvəlcə çoxlu başlar, alınsız gözlər, çiyinsiz qollar yaranır. 

İkinci dövrdə iki üzlü (sifətli) və iki döşlü varlıq, insan başlı öküz, öküz başlı insan 

meydana gəlir. Üçüncü dövrdə hər iki cinsi birləşdirən canlı varlıq yaranır. Axırıncı – 

dördüncü mərhələdə  nəhayət, müxtəlif cinsdən olan heyvanlar meydana gəlir (10, 

229). Empedoklun bu baxışlarında təbii seçmə haqqında o qədər də aydın olmayan 

gümana rast gəlinir, yalnız daha çox uyğunlaşanlar yaşayırlar. 

Empedoklunun daha maraqlı ideyası  işığın çox böyük də olsa sonlu sürətlə 

yayılması gümanıdır. Bu məsələdə o, hətta, işığın yayılma sürətini sonsuz sayan 

Aristoteldən qabağa getmişdir. Bizim işıq sürətini qavramamağımızın səbəbi də onun 

sürətinin çox böyük olmasıdır. Müasir elm işığın boşluqda saniyədə 300 min kilometr 

sürətlə yayıldığını müəyyən etmişdir. 

Yunan filosofu Anaksaqora (e.ə. 500-428) görə bütün şeyləri  əmələ  gətirən 

elementlər sonsuz miqdardadır. Onun fikrincə,  şeylərin toxumları – «homeomeri-

yalar» ilkin başlanğıc deyildir. İlkin olan həmin elementlər deyil, maddənin bütün 

növləridir. Empedokl kimi Anaksaqor da plyuralistdir, lakin onda 4 deyil, daha çox 

başlanğıc vardır. Aristotel deyir ki, Anaksaqorda «başlanğıc qeyri-məhduddur». Həm 

də başlanğıclar  əmələ  gətirdikləri  şeylərdən, məsələn, torpaq – qızıldan, su qandan, 

yaxud süddən ilkin başlanğıc deyildir. Odun, suyun, qızılın, ağacın  ən kiçicik, 

görünməz, fövqəlhissi hissəcikləri olan həmin «homeomeriyaların» hər bir növü 

əmələ  gətirdikləri müvafiq növün bütün keyfiyyətlərini saxlayırlar. Qanın toxumları 

qanın, dəmirin toxumları  dəmirin bütün keyfiyyətlərinə malikdir. Anaksaqorda 

materiya rolunu oynayan homeomeriyalar passivdir və ilkin xaos öz gücünə kosmosa 

inkişaf edə bilməz. Bundan ötrü xüsusi fəal başlanğıc lazımdır. Belə başlanğıc 

Anaksaqorda kosmosu ibtidai xaos halından çıxaran ağıl – dünyanı hərəkətə gətirən 

və dərk edən «Nus» idi (16, 175). 

Qədim yunan naturfəlsəfəsində dünyanı onun əsasında durub müxtəlif  şeyləri 

əmələ gətirən, duyğu ilə qavranılan konkret ünsürlərdə görən ilk fəlsəfi təsəvvürlər o 

dövr üçün mükəmməl təlim olan atomizmlə  əvəz olunur. Əsası Levkipp tərəfindən 

qoyulan və elm tarixinə onun ikinci nümayəndəsi Demokritin (e.ə. 460-370) adı ilə 

daxil olan atomizm təliminə görə obyektiv surətdə mövcud olan dünya ən kiçicik, 

bölünməz hissəciklər olan atom və onların hərəkət etdikləri boşluqdan ibarətdir. 

K.Marksın ifadəsincə, yunanlar içərisində empirik təbiətşünas və ilk ensiklopedik 

zəka olan Demokritə görə, atom bölünməz, tamamilə sıx, nüfuzedilməz, özünün çox 

kiçikliyi üzündən duyğularla qavranılmayan, əbədi, dəyişməz, özü-özünün eyni olan 

hissəcikdir. Atom bu daxili mahiyyətdən başqa xarici xassələrə, birinci növbədə 

müəyyən formaya malikdir. Atomistlərə görə, atomlar qarmaqşəkilli, kürəvi, girintili, 

çıxıntılı  və s. olur. Atomlar formalarından başqa böyüklüyünə, düzülüşünə  və 

vəziyyətlərinə görə də fərqlənirlər.  

Xarici formadan, nizamdan, vəziyyət və böyüklükdən başqa onlar boşluqda 

hərəkətliliyə də malikdirlər. Hərəkət - atomların, eynilə də onların əmələ gətirdikləri 

real aləmin mühüm xassəsidir. Boşluqda cisimlərin eyni sürətlə  hərəkət etdiyini 

bilmədiyindən Demokrit elə düşünürdü ki, ağır atomlar yüngüllərinə nisbətən daha 

sürətlə  hərəkət edərək qarşıdakı atomlara çatıb onlarla toqquşur, onların müxtəlif 

birləşmələri müxtəlif şeyləri əmələ gətirir. Atomlar əbədi və dəyişməz, onların əmələ 

gətirdiyi şeylər isə dəyişkən və keçicidir. Determinist olan Demokritə görə atomların 

 

103




hərəkəti dəmir zərurətlə  şərtlənmişdir və burada heç bir təsadüf mövcud deyildir. 

Demokritin fatalizmə aparıb çıxaran bu çatışmazlığını atomların hərəkətində obyektiv 

təsadüfün də olduğunu qəbul edən Epikur (e.ə. 342-271) aradan qaldırmışdı. Demok-

rit həyatın yaranmasından bəhs edərək bu məsələdə Anaksimandr və Empedoklun 

ardınca canlının təbiət qanunu üzrə cansızdan yarandığını söyləyir. 

Demokrit naturfəlsəfəsinin Kainatın quruluşu haqqında təlimi də müəyyən 

maraq təşkil edir. Həmin təlimə görə, yalnız bizi bilavasitə  əhatə edən predmetlər 

deyil, sonsuz Kainatda mövcud olan saysız-hesabsız dünyalar da atomlardan təşkil 

olunmuşlar. Həm də həmin dünyalar birdəfəlik verilmiş, dəyişməz olmayıb yaranıb və 

məhv olaraq vaxtilə  əmələ  gəldikləri atomlara parçalanırlar. Həmin dünyalardan 

bəziləri hələ  təşəkkül tapmaqda, bəziləri çiçəklənməkdə, üçüncüləri isə artıq 

dağılmaqdadır. 

Qədim yunan naturfəlsəfəsinin inkişafında o dövrün ən görkəmli alimlərindən 

və filosoflarından biri kimi K.Marksın qədim dövrün «ən ensiklopedik zəkası» 

adlandırdığı Aristotelin özünəməxsus yeri vardır. Fəlsəfə tarixinə obyektiv idealizmin 

görkəmli nümayəndəsi kimi daxil olan Platonun sevimli şagirdi Aristotelin (e.ə. 384-

322) maraq dairəsinə fəlsəfənin müxtəlif sahələrilə yanaşı təbii elmi biliyin riyaziy-

yat, fizika, astronomiya, biologiya sahələri də daxil idi. Bu sahələr üzrə onun 

«Fizika», «Səma haqqında», «Yaranma və  məhvolma», «Meteorologiya» və başqa 

əsərləri məlumdur. Bütövlükdə təbiət haqqında elm olan fizikanın bir hissəsini təşkil 

edən biologiya bir növ öz başlanğıcını Aristotelin «Heyvanların tarixi», «Heyvanların 

hissələri haqqında», «Heyvanların hərəkəti haqqında», «Heyvanların mənşəyi 

haqqında» adlı əsərlərindən alır. Buna görə onu hətta, biologiya elminin banisi hesab 

edirlər. Təbiət elmləri içərisində ən böyük uğuru canlı təbiətin öyrənilməsində qazan-

mışdı. O, həyatı özünü təminetmə, habelə sərbəst böyümə və dağılma kimi müəyyən 

etmiş, bir neçə yüz heyvanın adını çəkmiş, onlardan bir çoxunun dəqiq və müfəssəl 

təsvirini vermişdir. 

Elm sahəsində Aristotelin, şübhəsiz, xidməti qədim dünyada əldə olunmuş 

bilikləri toplamaq və sistemləşdirmək səyi olmuşdur. Biliyin müxtəlif sahələri barədə 

öz təsəvvürləri  əsasında çıxış edərək o, ilk dəfə elmlərin təsnifatını verməyə  cəhd 

etmişdir. Aristotelə görə, idrakın özü naminə aparılan nəzəri, insanın davranışı üçün 

rəhbər ideyalar verən praktiki (əməli) və idrakın hansısa gözəl olanın əldə edilməsi 

üçün həyata keçirildiyi yaradıcı elmlər fərqləndirilməlidir. 

Nəzəri elmləri də Aristotel üç hissəyə – «birinci fəlsəfə»yə, riyaziyyat və 

fizikaya ayırırdı. O, duyğu orqanlarına müyəssər olmayan və yalnız mücərrəd şəkildə 

öyrənilən bütün mövcudatın hansısa ali başlanğıcına həsr olunmuş «birinci fəlsəfəni» 

təbiət aləmini öyrənən elmlərdən ayıraraq yerdə qalan elmlərə qarşı qoyurdu. 

Riyaziyyatın sərəncamında cisimlərin abstraksiyada götürülən miqdar və  məkan 

xassələridir. Fizika isə təbiətdəki cisimlərin müxtəlif hallarını öyrənir (19, 66). 

Aristotel sonralar «Metafizika» adlandırılan «birinci fəlsəfənin» predmetini 

müəyyənləşdirərək göstərirdi ki, bu – təbiət olmayıb fövqəltəbii, fövqəlhissi 

olanlardır. Digər elm sahələri ilə yanaşı riyaziyyat elminin problemləri ilə  məşğul 

olan Aristotel bildirirdi ki, fəlsəfə bütövlükdə təbiəti, digər elmlər isə onun ayrı-ayrı 

tərəflərini öyrənirlər. Aristotel fəlsəfə ilə yanaşı xüsusi elm kimi riyaziyyatın da 

predmetini aydınlaşdırmağa, onu fəlsəfənin predmetindən fərqləndirməyə çalışırdı. 

Həm də bu zaman o, ümumi riyaziyyatı  və xüsusi riyaziyyatı, həndəsəni və 

astronomiyanı bir-birindən ayıraraq bildirirdi ki, xüsusi riyazi fənnlər varlığın ayrı-

 

104




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə