№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

ayrı sahələri ilə məşğul olur: buna görə də bütün mövcud olanla, özlüyündə varlıqla 

məşğul olan fəlsəfə ilə tutuşdurulmazdır. Fəlsəfə ilə ümumi riyaziyyat tutuşduru-

landır; zira ümumi riyaziyyatın hər şeyə münasibəti vardır (16, 309). Aristotelə görə, 

metafizika və riyaziyyat fizikadan bununla da fərqlənir ki, fizika hərəkətli predmetləri 

öyrəndiyi halda onlar hərəkətsiz mahiyyətləri öyrənirlər.   

Aristotelin naturfəlsəfi baxışları içərisində onun sonrakı bir neçə  əsr  ərzində 

dünya anlamına böyük təsir göstərmiş kosmoloji baxışları mühüm yer tutur. Həmin 

baxışların mərkəzində duran geosentrizmə görə, Yer kürə şəklində olub hərəkətsizdir 

və Kainatın mərkəzində durur. O, dünyanı tərkibinə və quruluşuna görə bir-birindən 

fərqlənən Yer və Göy aləminə ayıraraq bildirirdi ki, Yer məlum dörd ünsürdən – od, 

su, torpaq və havadan, Göy aləmi isə beşinci ünsür olan efirdən ibarətdir. Göy 

aləminin  ən mükəmməl cisimləri xalis efirdən ibarət olub Yerdən çox uzaqlarda 

yerləşən hərəkətsiz ulduzlardır. Onlar kənardan verilən «ilkin təkan» sayəsində 

hərəkət edirlər. 

Aristotelin naturfəlsəfi baxışları içərisində mühüm yer tutan və sonralar 

Ptolemey tərəfindən riyazi cəhətdən formulə edilib əsaslandırılan geosentrizm 

Kopernik tərəfindən heliosentrik nəzəriyyənin irəli sürülməsinədək kosmologiyada 

hakim olmuş  və orta əsr mütəfəkkirlərinin dünyagörüşünə  əhəmiyyətli təsir 

göstərmişdir. Orta əsrlərdə  təbiətşünaslıq Ptolemey naturfəlsəfəsinin  əsasını  təşkil 

edən geosentrizmin təsiri altında inkişaf etmişdir. 

Orta  əsrlərin sonlarına doğru, xüsusilə intibah dövründən etibarən Avropada 

burjua münasibətlərinin inkişafı, cəmiyyətin məhsuldar qüvvələrinin inkişaf 

etdirilməsi tələbatı dünyaya yeni baxışların formalaşmasını, elmin, birinci növbədə 

təbiətşünaslığın inkişafını  zəruri edirdi. F.Engelsin qeyd etdiyi kimi, istehsalın, 

məhsuldar qüvvələrin inkişafında maraqlı olan burjuaziyanın bundan ötrü zəruri olan 

elmə ehtiyacı vardı  və bu ehtiyacını  təmin etmək üçün o, elmi, birinci növbədə 

təbiətşünaslığı inkişaf etdirdi. 

XV  əsrin ikinci yarısından etibarən  əsl təbiətşünaslıq formalaşmağa başlayır. 

Təbiət haqqında yeni-yeni məlumatlar toplanır, bu zəmində eksperimental təbiət-

şünaslığın meydana gəlməsi ilə təbiətşünaslıqda nəzərə çarpacaq irəliləyiş hiss olunur. 

Antik dövrün naturfəlsəfəsinə  əsaslanan intibah dövrünün təbiət fəlsəfəsi təcrübəni, 

eksperimenti ön plana çəkir, elmlərin riyaziləşdirilməsi prinsipini irəli sürür, riyazi-

eksperimental təbiətşünaslığın təşəkkülü üçün zəmin yaranır. 

Təbiətin öyrənilməsi gedişində  tədricən onun müxtəlif sahələrinə, hadisə  və 

proseslərinə dair çoxlu məlumatlar toplanır. Nəticədə toplanmış faktlarla o vaxtadək 

təbii-elmi baxışları da özündə ehtiva edən mövcud ümumi fəlsəfi baxışlar arasında 

müəyyən ziddiyyət yaranır. Bir tərəfdən, həmin ziddiyyətin həll olunması  zərurəti, 

digər tərəfdən isə məhsuldar qüvvələri inkişaf etdirmək tələbatı ayrı-ayrı konkret bilik 

sahələrinin müstəqil elm kimi formalaşması ilə nəticələnir. Bu vaxtdan etibarən təbiət 

elmlərinin hələ  əvvəllər başlanan, intibah dövründə  məntiqi cəhətdən artıq hazırlan-

mış olan elmlərin diferensiasiyası prosesi – fəlsəfənin «hökmranlığından» xilas 

olması və müstəqil elmlər kimi inkişafı, xüsusi elmlərin bir-birinin ardınca fəlsəfədən 

qopub ayrılması başlayır və bu proses getdikcə daha da sürətlənir. 

Mövcud biliklərin inkişafında başlanan diferensiasiya prosesi fəlsəfə  və 

təbiətşünaslığın münasibətində yeni mərhələ olmaqla həm müstəqillik qazanaraq öz 

tədqiqatlarında dərinləşmək imkanı qazanan təbiət elmlərinin, həm də öz predmetinə 

daxil olmayan və buna görə, də  həll edə bilməyəcəyi məsələlərdən xilas olan 

 

105




fəlsəfənin özü üçün mütərəqqi hadisə idi. Məsələnin mahiyyətini anlamayanlar üçün 

bu hal ilk baxışdan fəlsəfənin nüfuzuna zərbə, onun predmetinin, problemlər 

dairəsinin daralması, «elmlər elmi» olmaq kimi yüksək titulundan məhrum edilməsi, 

çarlıq taxtından salınması kimi qarşılana bilər.  Əslində isə bu proses ziddiyyətli, 

dialektik xarakter daşıyırdı: bir tərəfdən, ayrı-ayrı təbiət elmlərinin predmetinə daxil 

olan bir çox xüsusi məsələlərin fəlsəfənin «hökmranlığından» azad olaraq onun 

tədqiqat sahəsindən çıxması ilə  fəlsəfənin predmeti, onun həll etməli olduğu 

problemlər dairəsi açıq-aşkar daralır, digər tərəfdən isə öz problemlər dairəsi 

ontologiya, idrak nəzəriyyəsi, metodologiya, konkret elmlərin fəlsəfi problemlərinin 

inkişafı ilə  əlaqədar olaraq genişlənir. Fəlsəfə artıq həqiqi mənada onun predmetinə 

daxil olmayan xüsusi, konkret elmi problemlərlə  məşğul olmaqdan xilas olaraq 

özünün məxsusi problemlərinin həllində  dərinləşmək imkanı qazanır. Bu hal həm 

fəlsəfə, həm də xüsusi təbiət (eynilə də ictimai) elmlərinin inkişafı üçün mütərəqqi və 

əhəmiyyətli oldu. Bunun sayəsində  həm ayrı-ayrı  təbiət elmlərinin tədqiqat sahəsi, 

həm də ümumi dünyagörüşü olmaq etibarilə  fəlsəfənin predmeti müəyyənləşir: 

xüsusi, konkret elmlər obyektiv aləmin müəyyən tərəflərini, aspektlərini, xüsusi və 

ümumi qanunlarını öyrənməli, fəlsəfə isə  həmin elmlərin verdiklərinə  əsaslanmaqla 

bütövlükdə dünyanın ümumi mənzərəsini, ümumi dünyagörüşü verməlidir. 

Təbiətşünaslıqla fəlsəfənin, idrak predmetləri və buna müvafiq olaraq yerinə 

yetirməli olduqları  vəzifələrin qeyd etdiyimiz kimi ayrılması heç də onların bir-

birindən təcrid olunması demək deyildir. Müxtəlif cəhətdən də olsa eyni bir obyekti 

(təbiəti) öyrənmələri bu iki bilik sahəsinin dialektik vəhdətini və  qırılmaz qarşılıqlı 

əlaqəsini tələb edir. Çünki onlardan heç biri qarşıya çıxan dünyagörüşü xarakterli 

məsələləri ayrılıqda həll edə bilməz; onları yalnız təbiət elmləri ilə  fəlsəfənin 

qarşılıqlı əlaqəsi əsasında müvəffəqiyyətlə həll etmək olar.        

 Naturfəlsəfənin və dünyaya metafizik baxışların hakim olduğu dövrdə fəlsəfə 

özünün bu birləşdirici, sintezləşdirici rolunu bütövlükdə layiqincə yerinə yetirirdi. 

F.Engelsin yazdığı kimi, «O zamankı  fəlsəfənin  ən böyük xidmətinin bundan ibarət 

olduğunu etiraf etmək lazımdır ki, bu dövrdəki təbii-elmi biliklərin məhdud 

vəziyyətdə olduğuna baxmayaraq yoldan azmamış, Spinozadan başlamış böyük 

fransız materialistlərinə qədər bu fəlsəfə dünyanı onun özü ilə izah etməyə var qüvvə 

ilə çalışmış, bunun ətraflı surətdə  tədqiq olunmasını isə  gələcək təbiətşünaslığın 

öhdəsinə buraxmışdır» (8,9). Fəlsəfə  və  təbiətşünaslığın münasibətinin o dövr üçün 

səciyyəvi olan naturfəlsəfi anlaşılması biliklərin inkişafının o vaxtkı obyektiv 

vəziyyətinə uyğun idi. İş bundadır ki, idrakın inkişafı yolunda yaranan yeni şəraitdə 

fəlsəfə  əvvəllər olduğundan prinsipcə başqa funksiyanı yerinə yetirirdi. Elmlərin 

geniş diferensiasiyası şəraitində fəlsəfə həqiqətən də naturfəlsəfə funksiyasını yerinə 

yetirirdi. Belə ki, ənənəvi bilik sisteminin bir-birilə az əlaqədar olan xüsusi elmlərə 

parçalandığı dövrdə onları bir-birilə bağlayan və dünyanın müəyyən ümumi 

mənzərəsini verən xüsusi elmə ehtiyacı vardı; belə elm kimi o zaman naturfəlsəfə 

çıxış edirdi.  

Aydındır ki, fəlsəfədən ayrılaraq müstəqil inkişaf yoluna düşmüş  təbiət 

elmlərinin inkişafı üçün təbiətin müxtəlif predmet və hadisələri haqqında faktları 

toplamaqla təbii-elmi bilikləri zənginləşdirmək lazımdı. Lakin təbiətşünaslığın 

inkişafı üçün belə biliklərin sadəcə  kəmiyyətcə toplanması kifayət deyildi. Empirik 

təbiətşünaslığın hər bir ayrıca tədqiqat sahəsində topladığı bu faktları  təhlil etmək, 

qruplaşdırmaq, öz daxili əlaqələrinə uyğun olaraq sistemləşdirmək lazımdı. Bu, 

 

106




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə