№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

təbiətşünaslığın inkişafında təkamül dəyişmələrinin hazırladığı dönüş,  əsaslı 

keyfiyyət dəyişmələri dövrünə gətirib çıxarır. Belə keyfiyyət dəyişmələri isə inkişafın 

inqilab formasıdır. Elmdəki belə keçid dövrləri elmi inqilablar adlanır. Elmdə baş 

verən belə inqilablar, bir qayda olaraq, qısa müddətli hadisə olmayıb elmi biliklərdə 

köklü dəyişmələrlə səciyyələnən müəyyən mərhələdir. Görkəmli fransız fiziki Lui de 

Broylun qeyd etdiyi kimi, elmdəki inqilab dövrləri «həmişə biliklərimizin mütərəqqi 

inkişafındakı  həlledici mərhələləri səciyyələndirir» (2,9). Müasir təbiətşünaslığın 

uzun sürən təşəkkülü prosesi XVI-XVII əsrlərdə baş verən və dünyanın qədim dövr 

və orta əsrlərdəkilərlə müqayisədə prinsipial surətdə yeni anlamını yaradan iki qlobal 

elmi inqilablardan başlamışdır. 

Təbiətşünaslığın inkişafında baş verən ilk elmi inqilab heliosentrik sistemin 

yaradıcısı olan polyak astronomu Nikolay Kopernikin (1473-1543) adı ilə bağlıdır. 

Özünün ölümü ərəfəsində çapdan çıxan «Göy sferalarının dövranı haqqında» adlı 

əsərində Kopernik Yeri Kainatın mərkəzi sayan Apistotel-Ptoloemeyin geosentrik 

sisteminə qarşı  çıxaraq göstərdi ki, Yer heç də dünyanın mərkəzi olmayıb, Günəş 

sisteminə daxildir, həmin sistemin mərkəzi isə Günəşdir. Kopernik təlimi Aristotel 

ideyalarına  əsaslanaraq Yeri və onun üzərində yaşayan insanı dünyanın mərkəzinə 

qoyan, müvəqqəti, fani, keçici saydıqları Yer materiyasını dəyişməz və əbədi sayılan 

səma cisimlərinə qarşı qoyan dini təlimə ciddi zərbə idi. Buna görə də katolik kilsəsi 

Kopernik təlimini süngü ucunda qarşılayaraq onun tərəfdarlarını  təqibə başladı. Bu 

təqib üzündən həmin kitabı yalnız uzun müddətdən sonra çap etdirən Kopernik onun 

nüsxəsini yalnız öldüyü gün almışdı. Kilsə Kopernikin kitabını 1616-cı ildə qadağan 

olunmuş kitablar siyahısına saldı  və yalnız 1835-ci ildə  həmin qadağa götürüldü. 

Həmin kitabın təbiət haqqında o zaman mövcud olan təsəvvürlərə göstərdiyi ciddi 

təsiri qeyd edərək F.Engels yazmışdır: «… təbiətin tədqiqinin müstəqilliyini bildirən 

inqilabi bir hadisə Kopernikin ölməz əsərinin nəşr olunmasından ibarət idi; Kopernik 

bu əsərində, təbiət məsələlərində kilsə nüfuzuna qorxa-qorxa və necə deyərlər, ancaq 

ölüm yatağında ikən, meydan oxumuşdu. Təbiətşünaslığın teologiyadan azad olması 

tarixi bu zamandan başlayır» (8, 6). 

Kopernik təliminin mühüm nöqsanı ona qədər mövcud olan dünya binasının 

sonlu olması fikrini qəbul etməsi idi. Onun bu səhvi Kopernik təliminin qızgın və fəal 

tərəfdarı olub öz əqidəsi üstündə 1600-cü ildə diri-diri tonqalda yandırılan italyan 

mütəfəkkiri C.Bruno (1548-1600) tərəfindən aradan qaldırıldı. O, ümumiyyətlə 

Kainatın mərkəzi olması ideyasını rədd edərək göstərdi ki, Kainat sonsuzdur və onda 

sonsuz miqdarda sistemlər mövcuddur. Yerin də daxil olduğu bizim Günəş sistemi 

onlardan biridir. Onun fikrincə, hətta, üzərində canlıların,  şüurlu varlıqların 

məskunlaşdığı Yer Kainatda yeganə deyildir. 

C. Brunonun faciəli ölümündən sonra başlanan yeni dövrdə XVII əsr xüsusi rol 

oynamışdır. Məhz həmin  əsrdə Q.Qaliley, İ.Kepler,  İ.Nyutonun adı ilə bağlı olan 

klassik mexanika və eksperimental təbiətşünaslıq yaranmış, onun nailiyyətlərinə 

əsaslanan dünyanın mexaniki mənzərəsi formalaşmışdı. 

Yeni dövrün ən görkəmli təbiətşünaslarından olan Q.Qalileyin (1564-1642) 

yaradıcılığı ilə mexaniki təbiətşünaslığın  əsası qoyulur. A.Eynşteyn və L.İnfeldin 

qeyd etdikləri kimi, «özünün mürəkkəbliyi üzündən min il ərzində  həll edilməmiş 

qalan  ən fundamental problem – hərəkət problemidir» (6,41). Məlum olduğu kimi, 

Q.Qalileyə  qədər hərəkət haqqında Aristotelin işlədiyi belə müddəa hamı  tərəfindən 

qəbul olunmuşdu: cisim yalnız ona xaricdən təsir edildikdə  hərəkət edir və  həmin 

 

107




təsir kəsildikdə dayanır. Qaliley bizim gündəlik təcrübəmizlə uzlaşsa da bu prinsipin 

səhv olduğunu göstərərək onun əvəzinə inersiya prinsipini irəli sürdü. Həmin prinsipə 

görə, cismə hər hansı xarici təsir olanadək o, özünün əvvəlki həpəkət, yaxud sükunət 

halını saxlayır. Qalileyin bu kəşfini yüksək qiymətləndirərək A.Eynşteyn və L. İnfeld 

yazmışdılar: «Qalileyin etdiyi kəşf və onun tərəfindən elmi tədqiqat metodlarının 

tətbiqi insan fikri tarixində  ən mühüm nailiyyətlərdən biridir və o, fizikanın həqiqi 

başlanğıcını qeyd edir. Bu kəşf bizə öyrədir ki, bilavasitə müşahidəyə  əsaslanan 

intuitiv metodlara həmişə etibar etmək olmaz, çünki onlar bəzən yalan iz ilə aparır» 

(6, 42). 

Eksperimental – riyazi təbiətşünaslığın  əsasını qoyan Qalileyə görə, həqiqi 

bilik təbiəti müşahidə, təcrübə yolu və riyaziyyatın köməyilə  əldə edilə bilər. O, 

fizikaya eksperimenti gətirmiş, riyazi düsturları daxil etməklə fizikanın riyaziləşdi-

rilməsinin  əsasını qoymuşdu. O, bildirirdi ki, təbiətə sualı riyazi dildə vermək la-

zımdır. Astronom-alim kimi Qalileyin fəaliyyətində  ən başlıca olanı onun Ptolemey 

və Kopernik tərəfindən irəli sürülən iki dünya sisteminə  həsr etdiyi «Dialoqlar» 

əsərində Kopernikin heliosentrik sisteminin düzgünlüyünü əsaslandırması və müdafiə 

etməsidir. O, özünün quraşdırdığı görmə borusu (ilk teleskop) ilə apardığı 

müşahidələrlə müəyyənləşdirdi ki, Günəşin səthi heç də Ptolemey sisteminə deyildiyi 

kimi təmiz olmayıb vaxtaşırı artıb-azalan ləkələrə malikdir. Ayın səthi də sferik, 

hamar olmayıb girintili-çıxıntılı, dərəli-təpəlidir. Keçən əsrin ortalarında Lunoxodun 

və amerikan astronavtlarının Ay səthindən verdikləri görüntülər bunun həqiqiliyinin 

əyani sübutu oldu.  

Təbiətşünaslığın inkişafında ikinci inqilab İ.Nyutonun (1643-1727) adı ilə 

bağlıdır. Klassik mexanikanın yaradılması üzrə Qalileyin işini davam etdirən və başa 

çatdıran Nyuton mexanika elminin əsasında duran hərəkətin əsas qanunlarını formulə 

etmiş, bu sahədə onun dahiliyini göstərməklə dünya şöhrəti qazandıran ümumdünya 

cazibə qanununu kəşf etmişdir. Həmin qanun dünyanın maddi vəhdətini sübut edərək 

müəyyənləşdirdi ki, bütün cisimlər özlərinin və olduqları mühitin xassələrindən asılı 

olmayaraq kütlələri ilə düz, aralarındakı  məsafənin kvadratı ilə  tərs mütənasiblik 

nisbətində bir-birlərini cəzb edirlər. 

Təbiətşünaslığın inkişafında yeni dövr açan və onun inkişafına çox böyük təsir 

göstərən həmin qanunun kəşfi bir çox tanınmış dünya alimləri tərəfindən yüksək qiy-

mətləndirilmişdir. Məsələn, görkəmli ingilis alimi Con Bernal yazmışdır: «Nyutonun 

yaratdığı cazibə  nəzəriyyəsi və onun astronomiyaya hədiyyəsi dünyanın Aristotel 

mənzərəsinin Kopernik tərəfindən başlanan dəyişdirilməsində sonuncu mərhələdir. 

Zira ilk təkanverici, yaxud allahın əmri ilə mələklər tərəfindən idarə olunan sferalar 

haqqındakı təsəvvürü Nyuton müvəffəqiyyətlə sadə təbiət qanunu əsasında fəaliyyət 

göstərən mexanizm haqqında təsəvvürlə əvəz etdi» (1, 267).  

1687-ci ildə  İ.Nyutonun naturfəlsəfi baxışlarının daha aydın ifadə olunduğu 

«Natural fəlsəfənin riyazi başlanğıcları» əsəri çapdan çıxdı. Akad. S.İ.Vavilov təbii-

elmi fikrin inkişafında həmin əsərin əhəmiyyətini yüksək qiymətləndirərək yazmışdır: 

«Təbiətşünaslıq tarixində Nyutonun «başlanğıclar»ının meydana çıxmasından böyük 

hadisə olmamışdır. Səbəb ondadır ki, həmin kitab bütün əvvəlki min illər  ərzində 

materiyanın ən sadə hərəkət formaları haqqında təlimdə görülmüş bütün işlərə yekun 

vurdu» (3, 117). Klassik mexanikanın yaradılması üzrə Qalileyin işini davam etdirən 

və başa çatdıran Nyutonun klassik mexanikası əsasında təşəkkül tapan dünyanın yeni 

klassik mexaniki mənzərəsi yaranıb inkişaf etməyə başlayır. Mexanikanın praktikada 

 

108




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə