№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

geniş  tətbiqi, riyazi dəqiqliyi alimlərdə belə inam doğurur ki, təbiətdə  hər  şey 

Q.Qaliley və İ.Nyuton tərəfindən formulə edilən mexanika qanunları üzrə baş verir. 

Dünyaya klassik mexanikanın gözü ilə baxan bu mənzərədə  təbiətin, habelə 

cəmiyyətin bütün hadisələri kütləli cisimlər arasında mexanikanın qanunları  və 

prinsipləri əsasında təsir göstərən itələmə və cəzbetmə qüvvələri ilə izah olunurdu. Bu 

mənzərəyə görə, dünya bir-birindən asılı olmayan maddə, «mütləq məkan» və 

«mütləq zaman» kimi üç mahiyyətdən ibarətdir. Həmin mənzərənin əsasında materiya 

haqqında hələ qədim fəlsəfədə irəli sürülən atomist təsəvvürlər və materiya, hərəkət, 

məkan-zaman, səbəbiyyət və qanunauyğunluğun metafizik-materialist anlaşılması 

durur. Klassik mexanikaya əsaslanan bu dünya mənzərəsi XIX əsrin ortalarınadək 

davam etmiş və o dövr naturfəlsəfəsinin təbii-elmi əsası olmuşdur.  

Qeyd etmək lazımdır ki, XVII əsr təbiətşünaslığı yalnız kosmologiya və 

mexanikanın nailiyyətlərilə  məhdudlaşmırdı. Həmin dövrdə bir elm kimi kimyanın 

əsasları da qoyulurdu. İngilis fiziki Robert Boyl (1627-1691) kimya ilə  də  məşğul 

olur və bir çox kimyəvi təcrübələr qoyaraq həqiqi təbiəti onun üçün naməlum qalan 

hidrogeni alıb təsvir edən ilk alimlərdən olmuşdur. 1661-ci ildə çapdan çıxan «Skep-

tik kimyaçı» kitabında o, antik naturfilosofların dörd ünsür (od, su, torpaq, hava) 

haqqında iddialarını  rədd etmiş, kimyaya tətbiqən korpuskulyar nəzəriyyənin 

əsaslarını şərh etmiş, korpuskula daha sadə elementlərə bölünməyən ən kiçik element, 

başqa sözlə, maddənin keyfiyyətcə bölünməsinin həddi kimi tərif vermişdi. Kimyəvi 

element anlayışının ilk elmi şərhini verib elementin kimyəvi analitik tərifini təklif 

etmiş olan R.Boyl xalis şəkildə ayrı-ayrı maddələri ayırmağı, onların tərkibini, fiziki-

kimyəvi xassələrini müəyyənləşdirməyi kimyanın vəzifəsi saymışdır. Kimyanı 

müstəqil elmə çevirməyin başlanğıcını qoyan R.Boyl qeyd etmişdir ki, o, kimya ilə 

onun özü naminə  məlum olmaqdan daha çox naturfəlsəfə naminə  məşğul olur və 

onun məqsədi kimyaçılarla mexanistik filosoflar arasında qarşılıqlı anlaşmaya nail 

olmaqdır (9, 91). 

 Dünyanın ümumi, bütöv mənzərəsini vermək cəhdi kimi meydana çıxan və 

təbiət elmlərinin yaranması  və inkişafı ilə  şərtlənən naturfəlsəfə uzun müddət 

təbiətşünaslıqda və  fəlsəfədə hökm sürən metafizik metodla bağlı olmuşdur. Bu da 

xeyli dərəcədə təbiət elmlərinin vəziyyəti və inkişaf xüsusiyyətlərindən irəli gəlmiş-

dir. Belə ki, hətta, XVIII əsrin sonlarınadək təbiət elmlərindən ancaq mexanika, 

riyaziyyat, astronomiya formalaşmış elm kimi mövcud idi. Kimya, biologiya, 

geologiya ancaq qərarlaşma halında idi. Konkret təbiət elmlərinin kifayət qədər 

inkişaf etmədiyi, təbiətşünaslığın başlıca olaraq faktlar toplamaqla məşğul olduğu, 

predmet və hadisələr, onların hissələri arasındakı  əlaqələri görmədiyi və onları 

açmadığı dövrdə «elmlər elmi» kimi qələmə verilən naturfəlsəfə  təbiət elmlərinin 

yeganə düzgün fəlsəfəsi kimi çıxış edirdi. Halbuki təbiətin predmet və hadisələrini 

öyrənmək üçün onları  tərkib hissələrinə ayırıb hər birini öyrənmək bundan sonra 

həmin hissələrin qarşılıqlı əlaqəsini açmaqla bütövü öyrənmək lazım idi. 

Lakin təbiətin öyrənilməsinin ilk pilləsində  zəruri olan analitik tədqiqat 

metodunu birtərəfli tətbiq etməklə kifayətlənərək ayrılıqda öyrənilən hissələrin 

sintezinə  gəlib çıxmırdılar. Bu səbəbdən də bütövü tərkib hissələrinə ayırıb onları 

bütövün yerdə qalan hissələrindən ayrılıqda öyrənməkdə tədqiqatçılar o qədər uzağa 

gedirdilər ki, həmin hissələrin bütövün yerdə qalan hissələrilə  əlaqəsini görmür və 

onlara elə  gəlir ki, predmet və hadisələr, onların hissələri öyrənildikləri kimi, 

ayrılıqda, bir-birlərindən təcrid olunmuş halda mövcuddurlar. 

 

109




Göründüyü kimi, təbiətin öyrənilməsinin ilk çağlarında tətbiq olunan analitik 

tədqiqat metodu zəruri idi, çünki o, idrak prosesini sadələşdirir və asanlaşdırırdı. 

Lakin o, predmet və hadisələri birtərəfli öyrənən metafizik metodun yaranmasına 

gətirib çıxartdı. Bu münasibətlə F.Engels yazmışdır: «Təbiəti onun ayrı-ayrı hissələ-

rinə parçalamaq, təbiətin müxtəlif proseslərini və təbiətdəki şeyləri müəyyən siniflərə 

bölmək, üzvi cisimlərin daxili quruluşunu onların müxtəlif analitik formalarına görə 

tədqiq etmək – bunların hamısı son dörd əsrdə təbiətşünaslığın inkişafındakı nəhəng 

müvəffəqiyyətlər üçün əsas şərt idi. Lakin həmin tədqiqat üsulundan bizə belə bir adət 

də qalmışdır ki, təbiətdəki  şeylər və proseslər bir-birindən ayrılıqda, aralarındakı 

böyük ümumi rabitədən kənarda tədqiq edilir və buna görə  də  hərəkətdə deyil

hərəkətsiz halda, əhəmiyyətli dərəcədə  dəyişilən bir şey kimi deyil, əbədi olaraq 

dəyişilməyən bir şey kimi, canlı deyil, cansız kimi tədqiq edilir (7, 21)». 

İdrakın müəyyən pilləsində  zəruri olaraq yaranan, dünyaya, ilk olaraq təbiətə 

metafizikcəsinə yanaşma çərçivəsində təbiətşünas alimlər təbiətin bir çox predmet və 

hadisələrini öyrənmək, onları qruplaşdırıb təsnif etmişlər. Bunu metafizikcəsinə 

düşünən məşhur  İsveç təbiətşünası Karl Linneyin (1707-1778) simasında aydın 

görmək olar. Özünün zəngin müşahidələri  əsasında o, bitki və heyvanat aləminin 

təsnifatını vermişdir. Bu zaman o, təbii-elmi idrakda hakim olan metafizik təfəkkür 

üsulundan kənara çıxmayaraq bitki və heyvan növlərini quruluşlarının mürəkkəb-

ləşməsi qaydasında düzsə də bu mürəkkəbləşmədə onların inkişafını görməyərək bitki 

və heyvan növlərinin qətiyyən dəyişmədiyini bildirirdi: «Yaradıcı  nə  qədər növ 

yaratmışdırsa bir o qədər də növ vardır». O zaman belə baxış müəyyən dərəcədə 

özünə haqq qazanırdı. Belə ki, ayrı-ayrı bitki və heyvan növlərini öyrənib təsnif 

etmədən üzvi təbiətin təkamülü ideyasını  əsaslandırmaq olmazdı. Həmin ideyanın 

Ç.Darvin tərəfindən  əsaslandırılması üçün K.Linneyin işlərinin də müəyyən 

əhəmiyyəti olmuşdur. 

Qeyd edək ki, gerçəkliyin müxtəlif elmlər tərəfindən öyrənilən sahələri 

arasındakı əlaqələrin hələ  məlum olmadığı, aralıq hərəkət formalarını öyrənən fiziki 

kimya, biofizika, biokimya və s. kimi elmlərin hələ yaranmadığı dövrdə dünyanın 

bütöv mənzərəsini verməyə çalışan naturfəlsəfə bu zaman hadisələrin hələ  məlum 

olmayan əlaqələrini xəyali, fantastik rabitələrlə, çatışmayan faktları uydurma faktlarla 

əvəz edirdi. 

Predmet və hadisələrə təcrid olunmuş, donuq, daxili ziddiyyətlərdən məhrum

keyfiyyətcə  dəyişməz halda baxmaqla dialektikaya əks metod kimi yaranan və 

təbiətşünaslıqdan fəlsəfəyə keçirilməsi F.Bekonun adı ilə bağlı olan metafizik metod 

kimlərinsə  təbiətşünaslığa sırıdığı, daxil etdiyi bir şey olmayıb təbiətşünaslığın 

özünün inkişaf xüsusiyyətləri ilə  əlaqədar olaraq təbii surətdə yaranmışdır. Onu 

təbiətşünaslıqdan fəlsəfəyə keçirən görkəmli ingilis filosofu F.Bekon (1561-1626) 

yeni dövrdə ingilis materializminin banisi olmaqla fəlsəfi fikrin inkişafına qiymətli 

hədiyyələr vermiş, tarixə empirizmin, induktiv tədqiqat metodunun, müasir 

eksperimental elmin banisi kimi daxil olmuşdur. 

Təbiəti öyrənməkdən çəkindirən orta əsrlər sxolastikasının əksinə olaraq, insan-

ları  təbiətə üz tutaraq onu təcrübi surətdə öyrənməyə çağıran F.Bekon Aristotelin 

deduktiv idrak metoduna qarşı daha səmərəli saydığı  təbiətin eksperimetal surətdə 

təhlil edilib öyrənilməsinə  əsaslanan induktiv metodu yeganə  həqiqi idrak metodu 

kimi irəli sürmüşdü. Bu zaman birtərəfliliyə yol verən F.Bekon nəzərə almamışdı ki, 

həqiqi elmi idrakı həyata keçirmək üçün həmin metodlar vəhdətdə tətbiq edilməlidir. 

 

110




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə