№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

Çünki F.Engelsin düzgün olaraq qeyd etdiyi kimi, «İnduksiya ilə deduksiya sintez və 

analiz kimi bir-birilə  zəruri surətdə  əlaqədardır. Bunlardan birini o birinin hesabına 

birtərəfli olaraq tərifləyib göylərə qaldırmaq  əvəzinə, hər birini öz yerində  tətbiq 

etməyə çalışmaq lazımdır; buna isə yalnız o halda nail olmaq mümkündür ki, onların 

bir-birilə əlaqəsi, onların bir-birini tamamladığı nəzərdən qaçırılmasın» (8, 199). 

Bekondan sonra naturfəlsəfənin inkişafında yeni dövr filosoflarından xüsusilə 

riyaziyyatın inkişafında mühüm rol oynayan, analitik həndəsənin yaradıcısı, elm 

tarixinə öz adı ilə daxil olan üç ölçülü (OX, OU, OZ) Koordinat sistemini irəli sürən, 

riyaziyyata dəyişən kəmiyyətləri daxil edən, Günəş sisteminin təbii yolla yaranması 

və inkişafı haqqında kosmoqonik hipotezanı irəli sürən R.Dekartın (1596-1650) da 

müəyyən rolu olmuşdur. 

Yeni dövrdə F.Bekonun müasiri Tomas Hobbsun (1558-1679) da naturfəlsəfə-

nin inkişafında müəyyən xidməti olmuşdur. Riyaziyyat və mexanikanın naturfəl-

səfədən ayrılaraq müstəqil elmlər kimi inkişafa başladığı XVII əsrdə T.Hobbs təbiət 

elmlərinin nailiyyətlərini fəlsəfi cəhətdən ümumiləşdirməyə girişdi. Mexanikanın 

daha artıq inkişaf edərək geniş tətbiq tapdığı şəraitdə bütün təbiət hadisələrini onunla 

izah etməyə çalışan Hobbs mexaniki təsəvvürlərin təsiri altında cəmiyyəti də 

hissələrinin qarşılıqlı təsirdə olduğu mexaniki aqreqat kimi başa düşmüş, metafizikanı 

təbiətşünaslıqdan fəlsəfəyə keçirənlərdən biri olmuşdur. Həmin mexanisizm mövqe-

yindən çıxış edən Dekart heyvanı maşın saydığı kimi, XVIII əsr fransız 

materialistlərindən olan Lametri (1709-1751) «İnsan maşındır» əsərində insanı maşın 

saymış, heyvanla insan arasındakı  fərqi yalnız onların beyinlərinin həcmində  və 

strukturunda görmüşdü. 

Naturfəlsəfənin inkişafında XVIII əsrin ikinci – XIX əsrin birinci yarısında 

fəaliyyət göstərmiş klassik alman fəlsəfəsinin nümayəndələrinin də xüsusi rolu ol-

muşdu. O dövrdə təbiət elmlərinin inkişafı metafizik metodun məhdudluğunu aşkara 

çıxarmaqla onların məzmununa və inkişaf məntiqinə uyğun gələn dialektik baxışların 

işlənməsinə, təbiətşünaslığın dialektləşməsinə başlanğıc vermişdi. Təbiət elmlərinin 

kortəbii surətdə dialektikləşməsi prosesinin başlanması  təbiətşünaslığın inkişafında 

üçüncü inqilabın məğzini təşkil edirdi ki, onun da əsasını klassik alman fəlsəfəsinin 

banisi İmmanuil Kant (1724-1804) qoymuşdu. O, özünün 1755-ci ildə çap olunmuş 

«Ümumi təbii tarix və göy nəzəriyyəsi»  əsərində Günəş sisteminin təbii yolla ilkin 

qaz – toz dumanlıqlarından əmələ gəlməsi fərziyyəsini irəli sürməklə hərəkət, dəyiş-

mə və inkişafın səbəbi və mənbəyini kənardan verilən «təkanda» görən metafizikaya 

ilk sarsıdıcı  zərbə vurdu. Kantın elm tarixində  ən böyük xidməti olan Günəş 

sisteminin təkamülü haqqındakı bu fərziyyəsi sonralar fransız astronomu, fizik və 

riyaziyyatçısı P.Laplas (1749-1827) tərəfindən də yenidən işlənilərək riyazi cəhətdən 

əsaslandırılmış və elm tarixinə Kant-Laplas fərziyyəsi adı ilə daxil olmuşdur. 

Yeni dövr naturfəlsəfəsinin inkişafında klassik alman fəlsəfəsinin digər 

nümayəndəsi Şellinqin (1775-1854) də müəyyən rolu olmuşdur. Obyektiv idealizmin 

görkəmli nümayəndələrindən olan Şellinq təbiət elmlərinin nisbətən yüksək inkişaf 

səviyyəsində təbiət hadisələrinə dialektikcəsinə yanaşılmasının zəruriliyini bildirmiş

insanın təkamülün məhsulu olub təbiətin inkişafının ən yüksək pilləsində yarandığını 

söyləmiş, qütbilik prinsipi əsasında elektrik və maqnit hadisələrinin  əlaqəsini onu 

müəyyənləşdirən Ersted və Faradey kimi fiziklərdən xeyli əvvəl qeyd etmiş, təbiətin 

öyrənilməsində fəlsəfə və təbiət elmlərinin əlaqəsinin zəruriliyini açıb göstərmişdi. O, 

həmçinin M.P.Lankdan xeyli əvvəl işığın ikili – korpuskulyar dalğa təbiətini duymuş 

 

111




və onların hər ikisini vahid bir nəzəriyyədə birləşdirməyi təklif etmişdi. 

Naturfəlsəfənin metafizik təsəvvürlərdən təmizlənməsi və dialektikləşməsində 

idealist mövqedən də olsa dialektikanı qanunların, kateqoriyalar və prinsiplərin 

sistemi kimi ilk dəfə mükəmməl işləyən klassik alman fəlsəfəsinin  ən görkəmli 

nümayəndəsi Hegelin çox böyük rolu olmuşdur. Geniş dünyagörüşünə malik olan 

Hegel (1770-1831) naturfəlsəfə mövqeyindən «elmlər elmi» saydığı öz fəlsəfəsini 

insan idrakının bütün sahələrini əhatə edən bitkin, mütləq həqiqətin dərk olunub başa 

çatdığı sistem kimi qələmə verərək digər bilik sahələri kimi təbiət elmlərini də fəlsəfi 

baxışlar içərisində  əritməklə onları müstəqil inkişafdan məhrum etməyə çalışır, 

bununla da öz dialektikasında sonsuz saydığı inkişaf prosesinə metafizik fəlsəfə 

sistemində son qoyurdu.  

Bütün bilik sahələrini əhatə edəcək fəlsəfə sistemi yaratmaq niyyətini reallaş-

dırmaq məqsədilə yazdığı üç cildlik «Fəlsəfi biliklərin ensiklopediyası» əsərinin 2-ci 

cildini « Təbiət fəlsəfəsi»nə (4) həsr etmişdir. Burada müasiri olduğu təbii-elmi 

biliklərə  əsaslanmaqla təbiəti inkişafda olan bütöv tam halında təsvir etmək və 

metafizik təfəkkür üsulunun hakim olduğu təbiətşünaslığa ona adekvat olan dialektika 

ideyalarını gətirmək vəzifəsini öz qarşısına qoyur. Həmin cilddə bir-birilə bağlı olan 

təbii-elmi biliyin əlaqələndirilməsinin zəruriliyini göstərən Hegel təbiət elmlərinin 

sistemli təhlilini vermiş, mövcud fundamental təbii-elmi ideyaları  təhlil edib 

ümumiləşdirmiş, ümumi inkişaf ideyasını «ideyanın başqa varlıq forması» saydığı 

təbiətə  də  tətbiq etmişdir. O, təbiətin sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru 

yüksələn inkişaf səviyyələrini müəyyənləşdirmiş və onların hər birinə aid olan təbii-

elmi bilikləri səciyyələndirib təhlil etmişdir. Buna uyğun olaraq Hegel «Təbiət 

fəlsəfəsi»ni «Mexanika», «Fizika» və «Üzvi fizika» bölmələri üzrə qruplaşdırıb hər 

birini ayrıca nəzərdən keçirib təhlil etmişdir. 

Ümumən olduğu kimi təbiət hadisələrinə  də dialektikcəsinə yanaşan Hegel 

təbiətşünaslıqda da dialektik təfəkkür üsuluna keçilməsinin, təbii-elmi idrakda 

dialektikaya istinad etmək, onun prinsip və kateqoriyalarını bacarıqla tətbiq etmək 

lüzumunu əsaslandırmışdır. 

Naturfəlsəfənin mexaniki təbiətşünaslıqla bağlı olduğu və  nəzərdən keçirdiyi-

miz birinci mərhələdə mexanika, fizika və astronomiya sahəsində böyük nailiyyətlər 

əldə edilmişdi. XIX əsrin  əvvəllərindən dialektik inkişaf ideyası  təbiətşünaslığın 

müxtəlif sahələrinə, birinci növbədə geologiya və biologiyaya geniş yayılmışdı. 

Həmin dövrdə geologiya və biologiyada Yer üzərində baş verən inkişafı müxtəlif cür 

izah edən fəlakətlər və təkamülçülük konsepsiyaları arasında kəskin mübarizə gedirdi.    

Yerin geoloji qatlarını öyrənən geologiyanın ayrı-ayrı bitki və heyvan qalıq-

larının aşkara çıxarılmasına əsaslanan Jorj Küvye (1769-1832) kataklizmlər (fəlakət-

lər) konsepsiyasını irəli sürərək bildirirdi ki, Yerin ayrı-ayrı geoloji dövrlərində 

naməlum səbəblərdən baş verən kataklizmlər nəticəsində tamamilə məhv olmuş bitki 

və heyvan növləri hətta, ali canlılar da daxil olmaqla heç bir təkamül keçirmədən 

birdən-birə yaranmışdır. 

Küvye və tərəfdarlarının irəli sürdükləri fəlakətlər konsepsiyasına qarşı özünün 

təkamül təlimini irəli sürən Jan Batist Lamark (1744-1829) 1809-cu ildə çapdan çıxan 

«Zoologiyanın fəlsəfəsi»  əsərində üzvi aləmin dəyişilən  ətraf aləmin təsiri altında 

təkamülə uğradığını və bu prosesdə yeni-yeni növlərin əmələ gəldiyini bildirmişdi. 

Təkamül təliminin təşəkkülündə və təsdiq olunmasında əhəmiyyətli rolu ingilis 

təbiətşünası Çarlz Lyayelin (1797-1875) üç cildlik «Geologiyanın  əsasları»  əsəri 

 

112




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə