3 viki-muhitd? Reallasdirilan b?Zi informasiya muharib?Si texnologiyalarinin analizi



Yüklə 147,49 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü147,49 Kb.
#8362


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28  

 

18                                                                  www.jpis.az 



 

UOT 

004.351 

Ə

ləkbərova İ.Y.  

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

depart17@iit.ab.az 

VİKİ-MÜHİTDƏ REALLAŞDIRILAN BƏZİ İNFORMASİYA MÜHARİBƏSİ 

TEXNOLOGİYALARININ ANALİZİ 

Məqalədə  viki-mühitdə  reallaşdırılan  bəzi  informasiya  müharibələri  texnologiyaları 

araşdırılmış,  Vikipediyanın  əsas  problemləri  sayılan  vandalizm  və  redaktələr  müharibəsinin 

virtual  ensiklopediyaya  ziyanlı  təsirləri  analiz  edilmişdir.  Həmçinin  viki-  mühitdə  baş  verən 

informasiya qarşıdurmaları analiz edilmiş, onların təsnifatı aparılmışdır.  

Acar  sözlər:  viki-texnologiya,  informasiya  müharibəsi,  Vikipediya,  viki-səhifə,  viki-cəmiyyət, 

redaktələr müharibəsi, spam. 

Giriş 

Son  illər  İnternet  istifadəçilərinin  sayının  yüksək  sürətlə  artması  nəticəsində  qlobal 

şəbəkədə  yeni,  daha  mükəmməl  texnologiyaların  istifadəsi  genişlənmişdir.  İnternet 

istifadəçilərinin  sayının  artması  ilə  yanaşı  cəmiyyətin  siyasi  aktivliyi  və  narahatlığı  İnternet 

mühitində  informasiya  müharibələri  (İM)  texnologiyalarından  geniş  istifadəyə  səbəb  olmuş, 

virtual  aləmdə  informasiya  hücumları,  informasiya  qarşıdurmaları  kimi    münaqişə  formaları 

meydana  çıxmışdır.  İnformasiya-kommunikasiya  texnologiyalarının  (İKT)  təsiri  ilə  cəmiyyət 

inkişaf  etdikcə,  yeni  həyat  tərzi  formalaşdıqca,  informasiya  iqtisadiyyatı  genişləndikcə  bu 

mühitdə  İM  sosial  hadisə  kimi  mühüm  əhəmiyyət  kəsb  etməyə  başlamışdır.  İM  texnologiyaları 

bu gün dövlətlər və təşkilatlar səviyyəsində elmi-texniki, hərbi, siyasi, iqtisadi, sosial və mənəvi 

sahələrində nailiyyətlər əldə etmək üçün yüksək effektli vasitələrdən sayılır [1, 2].  

İM  texnologiyaları  konsepsiyasının  ilk  müəlliflərindən  sayılan  amerikalı  alim  Martin 

Libiki  “İnformasiya  müharibəsi  nədir?”  adlı  məqaləsində  onun  yeddi  formasını  göstərmişdir: 

komanda  nəzarət  (Command  and  control),  kəşfiyyat  müharibəsi  (Information  Based  Warfare), 

elektron müharibə (Electronic War),  psixoloji müharibə (Psychological War), haker müharibəsi 

(Hacker  War),  iqtisadi  informasiya  müharibəsi  (Economic  Info-Warfare)  və  kibermüharibə 

(Cyberwar) [3].  O, qeyd edir ki, psixoloji müharibə, haker müharibəsi və kibermüharibələr, ilk 

növbədə  İnternet  qlobal  şəbəkəsində  reallaşdırılır  və    bu  İM  texnologiyalarından  istifadə  qarşı 

tərəfin həyati əhəmiyyət kəsb edən sahələrini (maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və 

nəqliyyat) iflic etməklə yanaşı, insanların davranışlarını idarə etmək üçün əsas vasitədir. İnternet 

vasitəsilə həyata keçirilən informasiya-psixoloji təsir vətəndaşların mənəvi durumunu dəyişir və 

mədəniyyətlər müharibəsi kimi xarakterizə edilir [4].   

Qlobal  şəbəkədə  İM  texnologiyalarının  tətbiq  olunduğu  layihələrdən  biri  də  hər  gün 

milyonlarla  İnternet  istifadəçilərinin  toplandığı,  viki-texnologiya  əsasında  yaradılmış  və  “viki-

mühit”    (VM)  adlanan  layihədir.  “XXI  əsrin  texnologiyası”  adlanan  viki-texnologiya  İnternet 

istifadəçilərinin  veb-saytlarla  qarşılıqlı  əlaqəsini,  İnternetdən  çıxmadan  veb-səhifənin 

yaradılması,  strukturlaşdırılması və redaktə olunmasını nəzərdə tutur [5].  

Viki-texnologiya 

əsasında 

qurulan 


layihələrin 

ən 


nəhəngi 

Vikipediya 

azad 

ensiklopediyasıdır. Ən son məlumata görə, 22 milyondan artıq ensiklopedik məqaləyə malik olan 



Vikipediya  layihəsi  284  dildə  fəaliyyət  göstərir  və  hər  ay  400  milyondan  artıq  İnternet 

istifadəçisi bu veb-sayta müraciət edir. 2001-ci ilin yanvar ayında fəaliyyətə başlayan Vikipediya 

bu gün İnternetin ən populyar layihələrindən biri olmaqla ən çox müraciət olunan 5 sayt sırasına 

daxildir [6, 7, 8]. 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28 

 

 



       www.jpis.az                                                                      19 

 

Viki-mühit və informasiya müharibəsi texnologiyaları  

Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır və bu 

baxımdan,  hər  bir  dövlətin  milli-mənəvi  dəyərlərini  əks  etdirən  viki-səhifələrin  yaradılması  və 

qorunması  çox  əhəmiyyətlidir.  İnternet  mühitində  reallaşdırılan  İM-in  iştirakçıları  viki-

texnologiyanın  informasiya  təsirində,  təbliğat  və  dezinformasiyanın  yayılmasında  əhəmiyyətini 

yaxşı  dərk  edirlər  və  öz  fəaliyyətlərində  Vikipediya    layihələrindən  daha  aktiv  və  hərtərəfli 

şəkildə yararlanırlar [9].  

Viki-texnologiya  əsasında  qurulan  Vikipediya  virtual  ensiklopediyası  bir  axtarış  sistemi 

kimi  istifadəçilərin  sorğuları  əsasında  sürətli  informasiya  xidməti  göstərmək  məqsədi  daşıyır. 

Sistemə  daxil  edilən  məlumatlar  konkret  olmaqla,  yalnız  hər  hansı  obyekt  haqqında  qısa 

informasiya  verir.  Vikipediya  nəhəng  məlumat  bazası  kimi  hər  saniyə  yeni  informasiya  ilə 

zənginləşir.  Bu  şəbəkə  vasitəsilə  dünyanın  istənilən  nöqtəsində  yaşayan  insanlarla  virtual 

ünsiyyət  qurmaq,  müzakirələr  aparmaq,  tarixi  və  gündəlik  hadisələr  haqqında  məlumatlar  əldə 

etmək mümkündür [10]. 

Viki-texnologiyanın  veb-səhifələrin  birbaşa  veb-brauzerdən  yaradılması  və  redaktə 

olunması  üçün  nəzərdə  tutulması  İnternet  istifadəçilərini  cəlb  edərək  yeni  bir  sosial  mühit  – 

Vikipediyanın  yaranmasına  və  genişlənməsinə  səbəb  olmuşdur.  Viki-texnologiyanın  verdiyi 

imkanlar: 

 

veb-səhifələrdəki məlumatların veb-brauzerdən dəyişdirilmə imkanının olması və bütün 



versiyaların serverdə yadda saxlanılması; 

 

səhifələrdə edilən bütün dəyişikliklərin həmin anda brauzerdə görünməsi;  



 

hiperistinadların  generasiyasının  avtomatlaşdırılması  və  veb-səhifələr  arasında  onların 

aktuallığının dəstəklənməsi; 

 

veb-səhifələrin  yaradılmasında  HTML  dili  əvəzinə  ona  oxşar,  lakin  daha  sadə  dilin 



istifadə edilməsi; 

 

düzəlişlərin  tarixçəsinin  qeyd  edilməsi  –  viki-səhifələrin  yarandığı  andan  başlayaraq 



istənilən dəyişikliyə baxmaq və bərpa etmək imkanının olması; 

 

viki-səhifələrin  fərdi  istifadəçi  tərəfindən  və  ya  kollektiv  şəkildə  yaradıla  və  redaktə 



edilə bilməsi; 

 

viki-istifadəçilər arasında müzakirələrin mümkünlüyü; 



 

viki-səhifələr arasında semantik əlaqələrin mövcudluğu. 

Bu  imkanlar  viki-texnologiyanın  mahiyyətini  müəyyən  edir:  hər  hansı  biliyə  malik  olan 

istifadəçi  həmin  informasiyanı  veb-saytda  çap  etməklə  bu  biliyi  başqaları  ilə  bölüşür  və 

layihənin inkişafında müəyyən rol oynamış olur [11].  

Lakin  Vikipediya  layihələrinin  sürətli  inkişafı  informasiya  qarşıdurmasında  viki-

texnologiya  imkanlarından  daha  geniş  istifadə  etməyə,  İM-də  iştirak  edən  Vikipediya 

istifadəçilərinin  fəaliyyətində  dinamikliyin,  əhatəliliyin  və  mürəkkəbliliyin  artmasına  şərait 

yaradır.   

Vikipediya  genişləndikcə,  viki-istifadəçilərin  sayı  artdıqca  bu  virtual  ensiklopediyada  İM 

texnologiyalarının tətbiqi də intensivləşir. Nəzərə almaq lazımdır ki, viki-səhifələrə daxil edilən 

informasiya,  ilk  növbədə  viki-cəmiyyətin  əhval-ruhiyyəsini  göstərir.  Dünyada  cərəyan  edən 

bütün  proseslər,  tarix  boyu  millətlər,  dövlətlər  arasında  baş  verən  münaqişələr,  qarşıdurmalar 

Vikipediyada öz əksini tapır. Bütün bunlar “Vikipediya dünyanın nəbzidir” deməyə əsas verir. 

İnternet  mühitində  reallaşdırılan  İM-də  müxtəlif  veb-briqadalar  və  hakerlərlə  yanaşı, 

psixoloqlar,  siyasətçilər,  müəyyən  ideologiyanı  təbliğ  edən  insanlar  fasiləsiz  işləyirlər.  Onlar 

xüsusi  təşkil  edilmiş,  müəyyən  hədəflərə  yönəldilmiş,  viki-texnologiyanı  yaxşı  bilən 

peşəkarlardır  [12].  İctimai  rəyin  formalaşması  və  ya  dəyişdirilməsində,  dezinformasiyanın 

yayılmasında  Vikipediya  geniş  imkanlara  malikdir  və  İM  texnologiyalarının  universallığı, 

gizliliyi,  çoxvariantlılığı,  zaman  və  məkan  seçimi  ilə  əlaqədar  əlverişli  olması,  onları  həddən 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28  

 

20                                                                  www.jpis.az 



 

artıq  təhlükəli  edir.  Bu  xüsusiyyətlər  viki-mühitdə  İM-in  gizli  aparılmasına,  az  vəsait  sərf 

etməklə  yüksək nəticə əldə edilməsinə şərait yaradır.  

Viki-mühitdə  reallaşdırılan  İM  texnologiyaları  müxtəlif  yollarla  tətbiq  oluna  bilər  və 

burada  əsas  məqsəd  insanların  şüuruna  müəyyən  təsəvvürlərin,  davranışların  və  əxlaqi 

stereotiplərin  kütləvi  yönəldilməsi  və  yayılmasıdır.  Bu  gün  viki-texnologiya  əsasında  yaradılan 

layihələr  –  Viki-kitab,  Viki-lüğət,  Viki-anbar,  Viki-növlər,  Vikipediya,  həmçinin  bu  layihələrin 

müxtəlif  dil  bölmələri  İnternetdə  mühüm  xəbər,  informasiya,  bilik  mənbələrinə  çevrilmişlər. 

Lakin  bu  layihələrdə  də  Vikipediyada  olduğu  kimi,  informasiya  qarşıdurmalarına, 

dezinformasiyanın yayılması, informasiya ilə manipulyasiya hallarına rast gəlinir. 

Viki-mühitin  inkişafı,  ilk  növbədə  viki-istifadəçilər  arasında  əməkdaşlıq  nəticəsində 

mümkündür  və  bu  əməkdaşlıq  layihənin  genişlənməsi  ilə  yanaşı,  məqalələrin  keyfiyyətinə  də 

təsir  edir  [13].  Vikipediyada  istifadəçilər  arasında  əməkdaşlıq  xüsusi  növ  virtual  cəmiyyətin  – 

viki-cəmiyyətin  yaranmasına  səbəb  olmuşdur.  Vikipediyanın  əsasını  qoyanlardan  biri  -  Cimmi 

Uels  viki-mühitdəki  əməkdaşlığı  belə  izah  edir:  “Viki-istifadəçi  axşam  üç  cümlədən  ibarət 

məqalə  yaradır.  Daha  sonra  sehirli  bir  proses  baş  verir  –  məqaləni  yaradan  istifadəçi  yaratdığı 

məqalənin  səhər  mükəmməl,  ətraflı  və  maraqlı  bir  bilik  mənbəyinə  çevrildiyini  müşahidə  edir. 

Vikipediyada  məqalələrin  kollektiv  əməkdaşlıq  nəticəsində  inkişafı  istifadəçilərdə  yeni-yeni 

məqalələr yaratmaq həvəsi yaradır” [14].  

Sosial  şəbəkənin  imkanlarına  malik  olan  viki-cəmiyyətin  müxtəlif  siyasi  baxışlara  və 

ideologiyalara  malik  insanlardan  təşkil  olunması  VM-də  informasiya  qarşıdurmalarının 

genişlənməsinə  səbəb  olmuşdur.  Baş  verən  informasiya  qarşıdurmaları  isə  öz  növbəsində  VM-

dəki  əməkdaşlığa  zərbə  vurmaqla  layihənin  ümumi  inkişafını  ləngidir.    Bu  gün  İnternet 

istifadəçiləri virtual mühitdə milyonlarla veb-səhifələrə daxil edilmiş informasiya ilə qarşılaşırlar 

və  adi  ensiklopediyalardakı  kiçik  bir  qrup  mütəxəssislər  tərəfindən  daxil  edilən  və  yoxlanılan 

məlumatlar  onları  qane  etmir.  Müasir  cəmiyyət  İC-nin  tələblərinə  uyğun  olaraq  ensiklopedik 

veb-səhifələrdə hər an təzələnən, zamanla ayaqlaşan, daha keyfiyyətli, daha  çox sayda insanlar 

tərəfindən  yoxlanılan  və  genişləndirilən  informasiya  görmək  istəyir.  Bu  tələblər  isə  yalnız 

kollektiv  əməkdaşlıq  nəticəsində  yaranan,  hər  an  dəyişdirilmək  imkanına  malik  layihələrdə 

mümkündür. 

Nəzərə alsaq ki, ictimai  fikrin formalaşdırılması prosesində Vikipediya layihələri mühüm 

rol  oynayır,  o  zaman  İM  texnologiyalarının  viki-mühitdə  rolu  haqqında  müəyyən  təsəvvür  əldə 

etmək  olar.  İM  texnologiyalarından  biri  olan  informasiya-psixoloji  müharibəsində  müəyyən 

ideya  daşıyan  və  azlıq  təşkil  edənlərin  fikirlərini  çoxluğun  fikri  kimi  təqdim  etmək  ən  çox 

istifadə  olunan  təsir  metodlarındandır.  Viki-texnologiyanın  imkanları  viki-mühitdə  realizə 

olunan  İM  zamanı  bu  təsir  metodundan  geniş  istifadə  olunmasına  şərait  yaradır.  Viki-mühitdə 

psixoloji  müharibə  vasitələrindən  istifadə  mövcud  informasiyanın  məhvinə  və  ya  onun  digər 

informasiya  ilə  əvəz  edilməsinə  səbəb  olur.  Nəticədə  cəmiyyətin  marağı  ona  qarşı  İM  aparan 

tərəfin maraqlarına tabe etdirilir və ya uyğunlaşdırılır.  

Nəzərə  alsaq  ki,  İnternet  mühitində  axtarış  apararkən  brauzerdə  ilk  veb-səhifələr 

siyahısında Vikipediya səhifələri (viki-səhifələr) görünür və hər bir xalq, dövlət, hadisə, tanınmış 

şəxs  və  s.  haqqında  ilkin  informasiya  buradan  əldə  olunur,  o  zaman  bu  azad  ensiklopediyanın 

informasiya təsirində necə böyük rol oynadığını təsəvvür etmək olar [15]. İM texnologiyalarının 

viki-mühitdə tətbiqinin müxtəlif izahları var: 

 

İnternet  istifadəçiləri  qeydiyyatdan  keçmədən,  istədikləri  zaman,  istənilən  mövzuda 



viki-səhifələr yarada, redaktələr edə bilər; 

 

proqramlaşdırmanı  bilməyən,  öz  biliklərini  virtual  auditoriyaya  çatdırmaq  istəyən 



istifadəçilər istədikləri informasiyanı kütləviləşdirmək imkanına malikdirlər; 

 

müxtəlif  ölkələrdə  yaşayan,  müxtəlif  dinə  və  mədəniyyətlərə  malik  olan  insanların 



davranışlarını öyrənmək mümkündür;  

 

insanlara  müxtəlif  istiqamətlərdə  psixofizioloji  təsir  edən  materialları  viki-səhifələrə 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28 

 

 



       www.jpis.az                                                                      21 

 

yükləmək mümkündür; 



 

Vikipediya  eyni  ideologiyaya  malik  insanların  toplandığı,  informasiya  mübadiləsi,  

müzakirələr  aparmaq,  kollektiv  şəkildə  bilik  bazası  yaratmaq  üçün  çox  əlverişli  sosial 

şəbəkədir. 



Vikipediyanın əsas problemləri: vandalizm və redaktələr müharibəsi 

İnternetdə tez-tez yenilənən və müasir ensiklopediya resursu olan Vikipediyaya daxil olan 

hər  bir  istifadəçi  viki-texnologiyanın  dəstəklədiyi  proqram  təminatından  istifadə  edə  bilər. 

Məsələn,  viki-layihələrdə  hər  bir  məqalə,  fayl,  kitab  yalnız  ona  məxsus  “tarix”,  “redaktə”, 

“müzakirə”  səhifələrinə  malikdir.  Həmin  səhifələrdən  istifadə  etməklə  informasiyanı  redaktə 

etmək,  əvvəlki  redaktələrə  baxmaq  və  müqayisə  etmək,  mövzu  ilə  bağlı  müzakirələr  aparmaq 

mümkündür.  İnformasiya  üzərində  aparılan  bütün  dəyişikliklər  viki-layihələri  idarə  edən 

Wikimedia  Fondation  (WMF)  təşkilatının  verilənlər  bazasında  (VB)  saxlandığından  istənilən 

zaman silinmiş informasiyanı bərpa etmək, səhifələrin kimlər tərəfindən, nə zaman yaradıldığı və 

redaktə olunduğu haqqında məlumatlara baxmaq, viki-səhifələrin yaradılmasında kimlərin iştirak 

etdiyini  müəyyənləşdirmək,  informasiya  üzərindəki  dəyişiklikləri  müqayisə  etmək  mümkündür 

[16]. 

Vikipediyada  ensiklopedik  məqalələrin  yaradılması  prosesi  və  redaktəsi  qəbul  edilmiş 



müəyyən  qaydalar  üzrə  yerinə  yetirilir  və  administratorlar  tərəfindən  nəzarət  olunur.  Bu  virtual 

ensiklopediyada  işlərin  təşkili  daha  çox  açıq  proqram  təminatının  yaradılması  ilə  məşğul  olan 

proqramçıların  işlərinə  bənzəyir.  Aktiv  istifadəçilərin  bilik  səviyyəsi,  ensiklopedik  məqalələrin 

yaradılmasında  iş  təcrübəsi,  digər  istifadəçilərlə  münasibətdə  etik  qaydalara  nə  dərəcədə  əməl 

etmələri,  ən  əsası  isə,  fəaliyyətlərindəki  məqsəd  onların  qruplara  ayrılmasına  səbəb  olur. 

İstifadəçilərin  bir  qrupu  məlumatların  toplanması  və  məqalədə  yerləşdirilməsi  ilə,  digərləri 

həmin informasiyanın redaktəsi, strukturlaşdırılması ilə məşğul olur. Müəyyən qrup istifadəçilər 

isə koordinator funksiyasını yerinə yetirir və əsasən, digər viki-istifadəçilərdən hazır məlumatları 

qəbul edirlər. Vikipediyada daha bir qrupun məqsədi müxtəlif siyasi baxışların təbliği ilə məşğul 

olmaq,  məlumatların  daxil  edilməsi  ilə  bağlı  mübahisələr  yaratmaq,  fikirlərini  dəstəkləməyən, 

onlara qarşı çıxan istifadəçiləri virtual ensiklopediyadan uzaqlaşdırmaqdır. 

Viki-texnologiya  ilə  yaradılan  məqalələrdən  istifadə  hüququ  ilə  bağlı  məhdudiyyətlər 

yoxdur və hər kəs onlardan istifadə edə bilər (Read-write web). Viki-mühitdə hər kəs digər viki-

istifadəçinin yaratdığı səhifəni redaktə edə bilər: köhnə mətni yenisi ilə əvəz edə, lazımsız bildiyi 

informasiyanı  silə,  yeni  informasiya  daxil  edə  bilər.  Silinən,  dəyişdirilən  bütün  məlumatlar, 

həmçinin məqalə üzərində işləyən bütün istifadəçilər haqqında məlumatlar Vikimedia Fondunun 

verilənlər bazasında saxlanılır. “İstifadəçilər haqqında məlumat” dedikdə,  onların qeydiyyat adı 

və  ya  İnternet  Protokol  (İP)  ünvanı,  fəaliyyət  statistikası,  şəxsi  və  müzakirə  səhifələrindəki 

məlumatlar nəzərdə tutulur.  

Vandalizm.  Vikipediyanın  əsas  problemlərindən  biri  viki-səhifələrdəki  mətnin  tamamilə 

silinməsi və ya yalan, təhqiramiz, qərəzli informasiya ilə əvəz olunmasıdır ki, bu da viki-mühitdə 

“vandalizm”  adlandırılır.  Tədqiqatlar  göstərir  ki,  2011-ci  ildə  Vikipediyada  həyata  keçirilən 

əməliyyatların 23,2 %-i vandalizm xarakterlidir [17].  

Vandalizmə  viki-səhifələrdəki  mətnin  silinməsindən  başlayaraq,  səhifələrə  müxtəlif 

xarakterli  spamın,  dezinformasiyanın,  mənasız  məlumatların  daxil  edilməsinə  kimi  bütün 

fəaliyyət istiqamətləri daxildir. Vandalizmin qarşısını almaq üçün viki-mühitdə hər hansı ümumi 

bir  mexanizm  işlənməmişdir.  Lakin  Vikipediyanın  fəal  istifadəçiləri  bu  problemi  aşağıdakı 

yollarla həll etməyə çalışırlar: 

 

viki-cəmiyyət  tərəfindən  tanınmayan  yeni  istifadəçilərin  və  İP  adı  altında  fəaliyyət 



göstərən istifadəçilərin fəaliyyətinə nəzarət; 

 

redaktə edilən viki-səhifələrə nəzarət; 




İnformasiya 

 

22                                                                  



 

 

informasiyası  silinə



yaradılması. 

Şəkil 1. 2011-

Bütün  bu  tədbirlərin  h

vandalizm  halları  heç  də  az  deyil.

istifadəçinin etdiyi vandalizm tez bir zamanda a

istifadəçilərin bu cür fəaliyyətini

 

viki-səhifədə mətni d



mövcud olmayan mə

 

“müəllif  hüququ  pozulmu



video faylların silinm

 

viki-səhifənin sonunda göst



 

vandalizm fəaliyyəti göst

Vikipediyada vandalizml

imkanlarını  yaxşı  bilən  bu  istifad

kateqoriyasız,  Vikipediya  qaydalarına  uy

olan istifadəçiləri müəyyən ed



Redaktələr müharibəsi. 

malik,  fərqli  düşünən  viki-istifad

[17,  19].  Redaktələr  müharibə

istifadəçinin  və  ya  qrupun  viki

mexanizmindən aqressiv istifad

Redaktələr müharibəsi viki

edildikdə  və  ya  informasiya  silindikd

istifadəçi  bu  məlumatı  silir.  Birinci  istifad

istifadəçilər  pozulmuş  informas

istifadəçilər  də  cəlb  olunur,  mübahis

Vikipediyanın  bir  çox  layihəl

bilmir.  Bu  qaydaya  görə,  24  saat 

administrator tərəfindən heç bir x

Vikipediyada redaktələr müharib

ya  adının  dəyişdirilməsi  zamanı  da  ba

istifadəçilərin  davranışları  onların  m

marağa  və  ideoloji  baxışa  malik  olmaları  m

redaktələr  müharibəsi  viki-mühitd

İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28

                                                                  www.jpis.az 

ən  səhifələri  nəzarətdə  saxlayan  botların 

 

-ci il üçün Viki-istifadəçilərin fəaliyyətinin xarakteri [18].



rin  həyata  keçirilməsinə  baxmayaraq,  viki-mühit

az  deyil.  Problem  ondadır  ki,  əgər  Vikipediya 

çinin etdiyi vandalizm tez bir zamanda aşkarlanaraq onun qarşısı alınırsa, t

tini aşkar etmək çətin olur. Bu tip vandalizmə

tni dəyişdirərkən, yaxud qərəzli informasiya əlav

ənbəyə istinad; 

llif  hüququ  pozulmuşdur”  bəhanəsi  ilə  viki-səhifədəki  mə

faylların silinməsi; 

nin sonunda göstərilən kateqoriyanın dəyişdirilməsi və 

ti göstərən botların (proqram-robotların) yaradılması.

Vikipediyada vandalizmlə, əsasən təcrübəli istifadəçilər məşğul olurlar.  Layih

n  bu  istifadəçilər  xüsusi  səhifələrdən  istifadə

kateqoriyasız,  Vikipediya  qaydalarına  uyğun  gəlməyən  viki-səhifələri  və

n edə bilirlər.  



Viki-səhifələrin redaktəsində müxtəlif ideologiya v

istifadəçilərin  iştirakı  çox  zaman  redaktələr  müharib

əsi  -  mübahisəli  informasiyanın  səhifəyə  daxil  edilm

ya  qrupun  viki-texnologiyanın  imkanlarından,  ilk  növb

istifadəsidir.  

si viki-səhifəyə hər hansı mübahisəyə səbəb ola bil

ya  informasiya  silindikdə  baş  verir.  Redaktənin  düzgün  olmadı

lumatı  silir.  Birinci  istifadəçi  və  ya  onun  fəaliyyətini  d

ş  informasiyanı  yenidən  bərpa  edir.  Əksər  hallarda  bu  proses

lb  olunur,  mübahisələr  genişlənir,  informasiya  qarşıdurmaları  ba

lərində  istifadə  olunan  “3  redaktə”  qaydası  da 

24  saat  ərzində  bir  məqalədə  3  dəfə  eyni  redakt

n heç bir xəbərdarlıq olunmadan bloklanır.  

r müharibəsi viki-səhifələrin silinməsi, birləşdirilm

si  zamanı  da  baş  verə  bilər.  Redaktələr  müharib

şları  onların  məqsədlərini  büruzə  verir.  Belə  ki,  viki

şa  malik  olmaları  məqalələrin  məzmununa  da  təsir  edir

mühitdə  realizə  olunan  İM  texnologiyalarından 

28  

  (robot-proqramların) 



xarakteri [18]. 

mühitdə  nəzərdən  qaçan 

  fəlsəfəsindən  xəbərsiz 

şısı alınırsa, təcrübəli viki-

ə aşağıdakılar aiddir: 

lavə edərkən yalan və ya 

ətnin,  şəkil  və  audio-

 ya silinməsi; 

robotların) yaradılması. 

şğul olurlar. Layihənin texniki 

ə  etməklə  mənbəsiz, 

ə  vandalizmlə  məşğul 

ideologiya və siyasi baxışa 

r  müharibəsinə  səbəb  olur 

daxil  edilməsinə  çalışan 

texnologiyanın  imkanlarından,  ilk  növbədə,  redaktələr 

b ola biləcək məlumat daxil 

nin  düzgün  olmadığını  hesab  edən 

tini  dəstəkləyən  digər 

r  hallarda  bu  prosesə  digər 

şıdurmaları  baş  verir.  Hətta 

”  qaydası  da  İM-in  qarşısını  ala 

eyni  redaktəni  edən  istifadəçi 

şdirilməsi, bölünməsi və 

r  müharibəsində  iştirak  edən 

ki,  viki-istifadəçilərin  hansı 

sir  edir  [20].  Odur  ki, 

M  texnologiyalarından  istifadə  edilməklə 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28 

 

 



       www.jpis.az                                                                      23 

 

məqalədə  dezinformasiya,  qərəzli  məlumatın  yerləşdirilməsi  və  ya  hər  hansı  vacib  mətnin 



silinməsi,  fəal,  təcrübəli  istifadəçilərin  buradan  uzaqlaşdırılması  ilə  nəticələnə  bilər.  Redaktələr 

müharibəsi  zamanı  qərəzli  mövqe  göstərən,  yalan  informasiya  daxil  etməyə  çalışan 

istifadəçilərin  redaktələri  son  variant  kimi  saxlanılarsa,  bu  əksər  istifadəçilərdə  Vikipediyanın 

düzgün  məlumat  bazası  olması  haqqında  təsəvvürləri  şübhə  altına  almaqla,  onların  bu  virtual 

ensiklopediyaya  inamını  azaldır,  viki-istifadəçilər  arasında  gərginlik  yaratmaqla,  viki-

cəmiyyətdə narazılığa səbəb olur.  



Vikipediyada informasiya qarşıdurmalarının analizi 

Vikipediyanın  digər  sosial  şəbəkələrdən  və  layihələrdən  əsas  fərqli  cəhəti  ondan  ibarətdir 

ki,  burada  əməkdaşlıq  üçün  istifadəçiyə  müraciət  edərək  münasibət  qurmağa  ehtiyac  yoxdur. 

İstifadəçi  başqalarının  yaratdığı  viki-səhifələrdə  redaktələr  edirsə  və  ya  onun  yaratdığı  viki-

səhifələrdə digər viki-istifadəçilər düzəlişlər edirsə, artıq əməkdaşlığın yaranmasından danışmaq 

olar.  Lakin Vikipediyada əməkdaşlığın konfliktə  keçməsi ehtimalı da böyükdür.  İstifadəçi viki-

səhifədə başqasının etdiyi dəyişikliyi ləğv edirsə, artıq konfliktin yaranma ehtimalı vardır. Viki-

texnologiyanın  imkanları  viki-istifadəçilər  arasında  əməkdaşlığa  imkan  verdiyi  kimi, 

konfliktlərin yaranmasına da şərait yaradır [21].  

Vikipediyada  İM  texnologiyalarından  istifadə  konfliktlərin  yaranmasına,  Vikipediya 

layihələrinin  İnternet  mühitində  nüfuzunun  aşağı  düşməsinə  səbəb  olan  aşağıdakı 

əməliyyatlardır: 

 

dezinformasiyanın daxil edilməsi; 



 

mətnin silinməsi; 

 

şərəf və ləyaqətin alçaldılması; 



 

yalan və saxtalaşdırma; 

 

spam xarakterli məlumatların daxil edilməsi. 



Dezinformasiyanın  daxil  edilməsi.  Viki-mühitdə  istifadə  olunan  İM  texnologiyaları 

sırasında  dezinformasiyanın  daxil  edilməsi  informasiya  qarşıdurmalarının  yaranmasına  səbəb 

olur.  Dezinformasiya  -  hər  hansı  obyekt  və  ya  hadisə  haqqında  məqsədyönlü  şəkildə  səhv 

təsəvvürün  yaradılmasına  yönəlmiş  prosesdir.  Dezinformasiyanın  ötürülməsində  əsas  məqsəd 

qarşı tərəfi hər hansı fəaliyyətə  yönəltmək və  ya  əksinə, fəaliyyətinin qarşısını almaqdır.  Viki-

mühitdə dezinformasiya ilə bağlı məsələlərin həlli, əsasən iki hissəyə bölünür: 

1.

 

Dezinformasiya xarakterli ensiklopedik məqalələrin yaradılmasının qarşısının alınması; 



2.

 

Administrator  və    fəal  istifadəçilər  tərəfindən  yoxlanmış  mövcud  viki-səhifələrə 



dezinformasiya əlavə edilməsinin qarşısının alınması. 

Viki-səhifələrə dezinformasiya xarakterli məlumatların (mətn, şəkil, video-fayl və s.) daxil 

edilməsi Viki-mühitdə vandalizmin bir növü hesab edilir. Lakin dezinformasiya əvvəlcədən hər 

hansı  mötəbər  elmi  jurnalda,  kitabda  və  ya  tanınmış  KİV-də  nəşr  edilmişdirsə,  belə 

informasiyanın  viki-mühitdən  silinməsi  çətin  olur  və  müəyyən  problemlər  yaradır:  uzun 

müddətli mübahisələr, məlumatın dezinformasiya olduğunu sübut edən daha mötəbər mənbələrin 

təqdimatı,  məqalənin  qalıb-qalmaması  ilə  əlaqədar  səsvermənin  keçirilməsi  və  s.  Bütün  bu 

proseslər isə müəyyən vaxt tələb edir və əgər administratorlar bu vaxt ərzində dezinformasiyanın 

viki-səhifədə qalmasına üstünlük verirlərsə, bu halda, həmin dezinformasiya düzgün informasiya 

kimi  milyonlarla  İnternet  istifadəçisinə  təqdim  edilmiş  olur  və  ictimai  rəyin  dəyişdirilməsinə, 

yəni hər hansı problemə qarşı müəyyən münasibətin formalaşmasına xidmət edir.  

Mətnin və ya digər multimedia vasitələrinin silinməsi. Viki-səhifələrdə mətnin və ya digər 

multimedia  vasitələrinin  heç  bir  izahat  verilmədən,  müzakirə  aparılmadan  silinməsi  vandalizm 

hesab  edilir. Odur ki, təcrübəli istifadəçilər hər hansı mətni silmək istərkən, ilk növbədə bunun 

səbəbini  göstərir,  mətnin  silinməsində  narazı  olanlar  varsa  problemi  məqalənin  müzakirə 

səhifəsində  göstərərək  ümumi  razılığın  əldə  olunmasına  çalışırlar.  Vikipediyada  məqalə  və  ya 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28  

 

24                                                                  www.jpis.az 



 

məqalədəki  müəyyən  informasiya  aşağıda  göstərilən  hallardan  biri  müəyyən  olunarsa,  silinə 

bilər: 

 

informasiya  Vikipediya  prinsiplərinə  (neytrallıq,  müəllif  hüquqlarının  qorunması, 



mötəbər mənbələrə istinad və s.) uyğun deyilsə; 

 

informasiya (mətn, şəkil, video-fayl və s.) məqalənin məzmununa uyğun deyilsə; 



 

məlumat aktuallığını itiribsə və ya ensiklopedik xarakter daşımırsa. 

Mətnin  göstərilən  meyarlara  uyğun  gəlib-gəlməməsi  də  bəzən  müəyyən  mübahisələrə 

səbəb olur. Məsələn, hər hansı tanınmış alimin ensiklopedik şəxs olduğunu sübut etmək və onun 

haqqında  məqalə  yaratmaq  bəzən  müəyyən  informasiya  qarşıdurmalarına  gətirib  çıxarır, 

istifadəçilər  arasında  mübahisələr  yaradır.  Bu  problemin  həlli  də,  əsasən  səsvermə  nəticəsində 

həll  olunur  və  təəssüf  ki,  səsvermələr  və  müzakirələrdə  təqdim  edilən  dəlillərə  baxmayaraq, 

administratorlar tərəfindən səhv qərarların verilməsi ehtimalı vardır. 



Şə

rəf  və  ləyaqətin  alçaldılması.  Vikipediyada  şərəf  və  ləyaqətin  alçaldılmasına  (təhqirə) 

üstünlük verən istifadəçilər heç bir müzakirə aparılmadan bloklanırlar. Viki-istifadəçilər arasında 

baş verən informasiya qarşıdurmalarının qarşısını almaq məqsədi ilə aşağıda göstərilən fəaliyyət 

istiqamətləri  istifadəçilərə  qarşı  hücum  və  ya  onların  şəxsiyyətlərinin  alçaldılması  kimi  

qiymətləndirilir: 

 

istifadəçinin yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup, ixtisası ilə 



bağlı istehzalara yol vermək və təhqir etmək; 

 

sübut olmadan istifadəçini yalançılıqda günahlandırmaq; 



 

başqa  istifadəçilərin  ünvanına  təhqiredici  yazılar  yazmaq  və  ya  özünü  onlardan  üstün 

saymaq; 

 

bilərəkdən istifadəçinin adını təhrif etmək; 



 

istifadəçinin məqalə yaza bilmək qabiliyyətinin olmamasını yazmaq; 

 

istifadəçinin fiziki və əqli cəhətdən qüsurlu olmasını bildirmək və s. 



 

Şəkil 2. Fəaliyyət stajı bir ildən az olan ingilis dilli viki-istifadəçilərin  

2001-2010-cu illər üzrə statistikası [18]. 

İM-də iştirak edən təcrübəli istifadəçilər Vikipediyanın bu qaydalarını yaxşı bildiklərindən, 

özləri  heç  bir  zaman  əks  tərəfi  təhqir  etmirlər.  Lakin  müəyyən  psixoloji  üsullardan  istifadə 

etməklə  qarşı  tərəfi  təhqirə  sövq  edir,  psixoloji  gərginlik  yaradaraq  onların  Vikipediyadan 

uzaqlaşdırılmasına  çalışırlar.  Virtual  ensiklopediyada  işləmək  həvəsində  olan  yeni  istifadəçilər 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28 

 

 



       www.jpis.az                                                                      25 

 

müəyyən  ideyanı  təbliğ  edən  istifadəçilərin  nəzarətində  olan  məqalələrdə  dəyişikliklər  etməyə 



çalışdıqda  bu  cür  təzyiqlərə  məruz  qalırlar.  Nəticədə,  yeni  istifadəçilərin  viki-mühitdən 

uzaqlaşması  halları  kütləvi  hal  almaqdadır  ki,  bu  da  virtual  ensiklopediyanın  son  illərdə 

müşahidə  edilən  ən  ciddi  problemlərindəndir.  Məsələn,  analiz  nəticəsində  məlum  olmuşdur  ki, 

ingilis  dilindəki  Vikipediyada  1  ildən  az  staja  malik  olan  istifadəçilərin  sayı  2007-ci  ilin 

ortalarından  başlayaraq  azalmağa  başlamışdır    (Şəkil  2).  Buna  səbəb  isə,  əsasən  yeni 

istifadəçilərin  Vikipediya  qaydalarını  bilmədikləri  üçün  hər  hansı  ideyanı  təbliğ  edən  daha 

təcrübəli istifadəçilər tərəfindən psixoloji təzyiqə məruz qalmaları və tez-tez səhvlər etmələridir. 

Yalan  və  saxtalaşdırma.  Düzgün  olmayan,  hər  hansı  ideologiyanın    təbliğatını,  psixoloji 

təsiri özündə əks etdirən informasiyanı Vikipediyada saxlamaq üçün müxtəlif üsullardan istifadə 

edilir.  

Viki-səhifələrə  daxil  edilən  dezinformasiyanın  müəyyən  edilməsində  ən  əlverişli 

üsullardan  biri  səhifələrdə  yerləşdirilən  məlumatın  doğru  olub-olmadığını  sübut  etmək  üçün 

həmin  viki-səhifələrin  sonuna  əlavə  edilən  “Mənbə”  və  ya  “Xarici  keçidlər”,  “İstinadlar”, 

“Ədəbiyyat”  bölmələrində  yerləşdirilmiş  keçidlərin  yoxlanılmasıdır.  Bəzən  viki-səhifələrin 

sonunda saxta keçidlərin qoyulması hallarına rast gəlinir. Bu keçidlər mötəbər veb-saytlara, elmi 

jurnallara  və  elektron  kitablara  istinad  edə  bilər.  Vandalizmin  qarşısının  alınmasında  və 

vikimühitdə  tətbiq  edilən  İM  texnologiyalarının  aşkarlanmasında  həmin  bölmələrin  diqqətlə 

yoxlanması  problemin  həllində  ən  vacib  məsələlərdəndir.  Lakin  müəyyən  vaxt  və  bilik  tələb 

etdiyinə  görə  onların  yoxlanması  çox  zaman  səthi  aparılır.  Bu  isə  saxta  informasiyanın 

Vikipediyada yer almasına səbəb olur.   

Digər problem saxta kateqoriyalarla bağlıdır: Vikipediyada hər bir məqalənin sonunda bir 

və  ya  bir  neçə  kateqoriya  göstərilir  ki,  bu  da  həmin  məqalənin  hansı  mövzuya  aid  olduğunu 

bildirir  və  eyni  mövzuya  aid  olan  məqalələr  arasında  semantik  yaxınlığı  təmin  edir. 

Kateqoriyalar da məqalələr kimi istifadəçilər tərəfindən yaradılır və viki-səhifələrə daxil edilir.  

Viki-istifadəçilər  arasında  baş  verən  qarşıdurmaların  səbəblərindən  biri  kateqoriyaların 

daxil  edilməsi  və  dəyişdirilməsi  ilə  bağlıdır.  Kateqoriyaların  daxil  edilməsi  məqalələrin 

iyerarxiya üzrə avtomatik strukturlaşmasını, axtarışın tez və asan təşkilini təmin edir, məqalənin 

mövzusunun dəqiq müəyyən edilməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, hər bir kateqoriya 

alt  kateqoriyaya  malikdir,  eyni  zamanda,  həmin  kateqoriya  özü  də  daha  yuxarı  səviyyənin  alt 

kateqoriyasıdır.  Məqalədə  müəyyən  kateqoriyaların  dəyişdirilməsi  bəzən o  məqalənin  tamamilə 

başqa bir mövzuya aid olmasına və onun mənasının təhrif olunmasına səbəb ola bilər. Müəyyən 

sayda  məqalələr  eyni  kateqoriyaya  aid  edilirlərsə,  onların  adları  avtomatik  olaraq  əlifba  üzrə 

kateqoriya  səhifəsində  avtomatik  yığılır.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  məqaləyə  bilərəkdən 

səhv  kateqoriyanın  daxil  edilməsi  İM  texnologiyalarından  biri  olan  dezinformasiyanın  həyata 

keçirilməsi kimi qəbul edilir.  

Viki-istifadəçilər arasında baş verən mübahisələr zamanı da aşağıdakı saxtakarlıq hallarına 

rast gəlinir: 

 

müzakirələrdə başqalarına aid fikirlərin dəyişdirilməsi üçün qəsdən onların yazdıqlarına 



düzəlişlərin  edilməsi,  həmin  mətnlərin  silinməsi  və  ya  başqasının  adından  məlumatın 

yazılması; 

 

istifadəçinin  adının  bilərəkdən  dəyişdirilməsi  və  həmin  istifadəçinin  şəxsi  səhifəsinin 



surətinin  yaradılması,  onun  adından  müzakirələrdə  iştirak  edilməsi,  redaktələrin 

aparılması; 

 

Anonim və ya saxta ad altında müzakirələrdə iştirak. 



Digər problem müəyyən şəxsə və ya quruma hücum vasitəsi olaraq viki-mühitdən istifadə 

hallarıdır.  Bəzən  hər  hansı  tanınmış  alim,  dövlət  xadimi  və  ya  siyasətçiyə  qarşı  informasiya 

hücumu  təşkil  edilərkən  Vikipediyanın  imkanlarından  geniş  istifadə  edilir.  Əgər  virtual 

ensiklopediyada  o  şəxs  haqqında  məqalə  artıq  mövcuddursa  həmin  məqaləyə  qərəzli  və 

təhqiramiz məlumatlar daxil edilir, məqalə mövcud deyilsə, insanı nüfuzdan salmaq, ləkələmək 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28  

 

26                                                                  www.jpis.az 



 

məqsədi  daşıyan  məlumatlardan  ibarət  məqalələr  yaradılır.  Viki-mühitdə  bu  tip  informasiya 

hücumları yalnız şəxslərə qarşı deyil, dövlətə, şirkətə və ya partiyaya qarşı da tətbiq edilir. 

Spamlar.  Vikipediyada  “spam”  dedikdə,  ilk  növbədə,  viki-səhifələrə  daxil  edilən  qeyri-

ensiklopedik,  reklam  xarakterli  məlumatlar  nəzərdə  tutulur.  Bu  virtual  ensiklopediyaya  daxil 

edilən  spamlar  müxtəlif  olur:  reklam  funksiyasını  yerinə  yetirən  məqalələrdən  əlavə,  viki-

səhifələrə  daxil  edilən  spam  xarakterli  xarici  keçidlər  və  ya  hər  hansı  müəllifin,  şirkətin,  siyasi 

partiyanın, kitabın və s. adı. Viki-mühitdə spamı aşkar edən xarakterik cəhətlər: 

 

viki-səhifələrdə  göstərilən  hiperkeçidlər  müxtəlif  xidmətlər  təklif  edən  veb-saytlara 



yönəlmiş olur; 

 

hiperkeçidlərin başlıqları neytrallıqdan uzaq olur; 



 

müxtəlif reklam xarakterli məlumatların aktiv şəkildə viki-səhifələrə yerləşdirilməsi.  

Bəzən informasiya qarşıdurmasında iştirak edən  viki-istifadəçilər spam bəhanəsi ilə vacib 

mətnləri  silməklə  məşğul  olurlar.  Eyni  zamanda,  əksinə,  spam  xarakterli  məlumatlar  vacib 

məlumat kimi məqalələrə daxil edilir və onların silinməsi “redaktələr müharibəsinə” səbəb olur. 

Spamlarla əlaqədar informasiya qarşıdurmalarının qarşısını almaq üçün  Viki-mühitdə məqalədə 

spam  xarakterli  məlumatın  olmasını  bildirən  şablonlardan  istifadə  edilir.  Şablon  daxil  edilən 

məqalələr  administratorlar  tərəfindən  yoxlanılır  və  son  qərar  qəbul  olunur.  Lakin  bu  cür 

şablonların  da  daxil  edilməsi  müəyyən  konfliktlərə  gətirib  çıxarır.  Belə  ki,  məqalədə  spam 

xarakterli məlumatın olması əvvəlcədən sübut olunmalı və ya fəal istifadəçilərin razılığı ilə qəbul 

edilməlidir.  

Viki-mühitdə  reallaşdırılan  İM  texnologiyalarının  qarşısını  almaq  üçün  müəyyən  tədbirlər 

görülür, qaydalar tətbiq edilir. Məsələn, viki-layihələrdə qeyri-etik terminlər işlətmək, müzakirə 

zamanı  qarşı  tərəfi  təhqir  etmək,  alçaltmaq,  məhkəmə  və  ya  fiziki  cəza  ilə  hədələmək 

qadağandır.  Qaydaları  pozanların  İP  ünvanları  və  ya  istifadəçi  adları  müəyyən  müddətə,  bəzən 

isə  həmişəlik  bloklanır.  Mübahisəyə  səbəb  olan  məqalələr  isə  administratorlar  tərəfindən 

mühafizə  olunur.  Bu  o  deməkdir  ki,  məqalədə  informasiyanın  dəyişdirilməsi  və  ya  yeni 

informasiyanın  daxil  edilməsinə  qadağa  qoyulur.  Lakin  bunlara  baxmayaraq,  viki-mühitdə 

informasiya  qarşıdurmaları  nəinki  azalmır,  əksinə,  istifadəçilərin  sayı  çoxaldıqca,  Vikipediya 

dünyada populyarlaşdıqca, daha da artır.  



Nəticə 

İctimai  rəyin  formalaşması  və  ya  dəyişdirilməsində,  dezinformasiyanın  yayılmasında 

Vikipediya  geniş  imkanlara  malikdir.  Dünyanın  milyonlarla  kompyuterini  birləşdirən  qlobal 

İnternet  şəbəkəsinin  ən  nəhəng  layihəsi  olan  Vikipediya  özünün  forma  və  tərkibi  baxımından 

müxtəlif  xüsusiyyətli,  sərhəd  tanımayan  şəbəkə  resursları  ilə  cəmiyyətin  sosial  həyatının 

ayrılmaz hissəsinə çevrilmişdir.  

Məqalədə Vikipediyanın əsas problemləri olan vandalizm, redaktələr müharibəsini və viki-

istifadəçilər  arasında  baş  verən  konfliktləri  araşdırarkən  məlum  olur  ki,  viki-mühitdə  istənilən 

səhifənin  istifadəçilər  tərəfindən  on-layn  şəraitdə  redaktə  oluna  bilməsi,  səhifələrə  multimedia 

vasitələrinin  daxil  edilməsi  imkanının  verilməsi  virtual  ensiklopediyada  informasiya 

qarşıdurmaları ilə əlaqədar müxtəlif problemlər yaradır. 

Bu  problemləri  aradan  qaldırmaq  üçün  Vikipediyanın  ümumi  prinsipləri  olan  neytrallıq, 

müəllif  hüquqlarının,  etik  normaların  gözlənilməsi,  məqalələrin  sərbəst  redaktəsi,  və  s.  kimi 

qaydalar  heç  də  yetərli  deyil.  Viki-mühitdə  reallaşdırılan  İM  texnologiyalarının  qarşısının 

alınması üçün onların analizi aparılmalı, yaratdığı problemlər araşdırılmalıdır. 

Həmçinin  viki-mühitdə  reallaşdırılan  bəzi  informasiya  müharibəsi  texnologiyalarının 

analizi burada baş verən konflikt və vandalizm hallarının yaranma səbəblərini müəyyən etməklə, 

konfliktdə iştirak edən sosial şəbəkələri aşkar etməkdə mühüm rol oynaya bilər. 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28 

 

 



       www.jpis.az                                                                      27 

 

Ə



dəbiyyat 

1.

 



Zhang C., Yin J., Cai Z., Chen W., RRED: Robust RED Algorithm to Counter Low-rate 

Denial-of-Service Attacks // IEEE Communications Letters, vol. 14, 2010, pp. 489-49. 

2.

 

Павлютенкова  М.Ю.,  Информационная  война:  реальная  угроза  или  современный 



миф? // "Власть", М., 2001, с.19-23. 

3.

 



Libicki M., What is Information Warfare? // National Defense University,  ACIS,  1995, pр 3. 

4.

 



Белов  Е.Б.,  Лось  В.П.,  Мещеряков  Р.В.,  Шелупанов  А.А.  Основы  информационной 

безопасности. Учебное пособие для вузов, М.: Горячая линия - Телеком, 2006. - 544 с. 

5.

 

Stakic D., Wiki technology – origin, development and importance // Infotheca, Faculty of 



Mathematics, No. 1-2, Vol. X, Belgrade, 2009, pp. 61-69. 

6.

 



Əliquliyev R.M., Ələkbərova İ.Y. Vikipediya. Virtual ensiklopediya. Bakı: ”İnformasiya 

texnologiyaları” nəşriyyatı, 2010, 184 səh.  

7.

 

http://



 

www.meta.wikimedia.org/wiki/List_of_Wikipedias  

8.

 

http://



 

www.wikimediafoundation.org/wiki/FAQ/en 

9.

 

Sumi  R., Yasseri  T., Rung  A., Kornai  A., Kertész  J.,  Edit  wars  in  Wikipedia  /  Privacy, 



Security,  Risk  and  Trust  (PASSAT),  IEEE  Third  International  Conference  on  and  2011 

IEEE Third International Confernece on Social Computing (SocialCom), 9-11 Oct. 2011, 

pp. 724-727. 

10.


 

Buriol L.S.,  Castillo C.,  Donato D.,  Leonardi S.,  Millozzi S., Temporal Analysis of the 

Wikigraph // Web Intelligence (2006), Publisher: IEEE CS Press., pp. 45-51. 

11.


 

Алгулиев  Р.М.,    Алекперова    И.Я.,  Касумова  Р.Т.  Коллективное  знание    в  Интер-

нете  /  Шестая  международная  конференция  "Интернет-Образование-Наука-2008".  

Том 1, Винница, 2008, c. 5-7. 

12.

 

Ələkbərova  İ.Y.  İnformasiya  müharibəsi  texnologiyaları.  Ekspress-informasiya.  İnfor-



masiya cəmiyyəti seriyası, Bakı: ”İnformasiya texnologiyaları” nəşriyyatı, 2012, 108 s. 

13.


 

Kittur  A.,  Kraut  R.E.,  Harnessing  the  wisdom  of  crowds  in  Wikipedia:  quality  through 

coordination  / In  Proceedings  of  the  2008  ACM  conference  on  Computer  supported 

cooperative work, 2008, pp. 37-46. 

14.

 

Prasarnphanich  P.,    Wagner  C.  The  Role  of  Wiki  Technology  on  Altruism  in 



Collaborative  Knowledge    Creation    //   The    Journal    of    Computer    Information  

Systems,  Summer,  2009, pp. 33-41. 

15.

 

http://www.wikipediastudy.org 



16.

 

http://



 

www.dumps.wikimedia.org/backup-index.html 

17.

 

Shachaf  P.,  Hara  N.  Beyond vandalism: Wikipedia trolls  //  Journal of  Information  



Science,  36(3), 2010, pp. 357-370. 

18.


 

http://www.en.wikipedia.org/wiki/Wikipedia:Wikipedia_Signpost/2011-04-18/News_and_notes 

19.

 

http://www.en.wikipedia.org/wiki/Wikipedia:Edit_warring 



20.

 

Halavais  A.,  Lackaff  D.  An  Analysis  of  Topical  Coverage  of  Wikipedia  //  Journal  of 



Computer-Mediated Communication, Volume 13, Issue 2, 2008, pp. 429–440. 

21.


 

Blaschke  S.,  Stein  K.  Methods  and  Measures  for  the  Analysis  of  Corporate  Wikis:  A 

Case  Study  /  In: Proceedings  of  the  58th  Annual  Conference  of  the  International 

Communication Association ICA, May 22-26, Montréal, Canada, 2008, pp 1-24. 

 

 

 



 


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28  

 

28                                                                  www.jpis.az 



 

УДК

 004.351 

Алекперова

 Ирада Я. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

depart17@iit.ab.az 

Анализ

 некоторых технологий информационных войн, реализованный в вики-среде  

В  статье  исследованы  некоторые  технологии  информационных  войн,  реализованные  в 

вики-среде, рассмотрены вредные последствия вандализма и войны правок в виртуальной 

энциклопедии,  считающиеся  основными  проблемами  Википедии.  Кроме  того, 

проанализированы  и  произведены  классификации  информационных  противостояний  в 

вики-среде. 



Ключевые

  слова:  вики-технологии,  информационная  война,  Википедия,  вики-страницы, 

вики-общество, война правок, спам. 

 

Irada Y. Alakparova 

Institute of Information Technology ANAS, Baku, Azerbaijan 

depart17@iit.ab.az 

Analysis  of  some  of  the  technologies  of  information  warfare  implemented  in  the  wiki- 

environment 

The article investigates some of the technologies of information warfare, implemented in a wiki-

environment,  and  reviews  destructive  consequences  of  vandalism  and  editwar,  in  a  virtual 

encyclopedia,  that  are  considered  the  main  problems  of  Wikipedia.  In  addition,  it  analyzes  and 

classifies information confrontation in a wiki environment. 

Keywords: wiki technology, information 

warfare, Wikipedia, 

wiki-pages, 

wiki-community, 

editwar, spam. 

 

 



Yüklə 147,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə