30 dekabr 2014-cü il



Yüklə 48,24 Kb.
tarix21.10.2017
ölçüsü48,24 Kb.
#6338


İqlim Dəyişikliyi Risklərinin Böyük Qafqaz Regionunda Zəif Dağ İcmaları Tərəfindən Su və Daşqın İdarəçiliyinə İnteqrə Edilməsi – Azərbaycan

Tapşırığun Yekun Nəticəsi # 8
Torpaq sürüşməsi, sel və əlaqədar xəritələr

e:\geologicalmapofdamiraparanchay.jpg

BMTİP-nin Azərbaycandakı Nümayəndəliyinə təqdim olunmuşdur
30 dekabr 2014-cü il
Beynəlxalq Ekspert

fəlsəfə elmləri doktoru P.E. Hans M. Evoldsen tərəfindən hazırlanmışdır
İqlim Dəyişikliyi Risklərinin Böyük Qafqaz Regionunda Zəif Dağ İcmaları Tərəfindən Su və Daşqın İdarəçiliyinə İnteqrə Edilməsi – Azərbaycan

Müqavilə nəticəsi # 8.

Torpaq sürüşməsi, sel və əlaqədar xəritələr


  1. Giriş

Bu hesabatda Azərbaycanın pilot rayon kimi seçilən Qəbələ rayonunda aşağıdakı təhlükə və risk hadisələrininin baş verdiyi əraziləri əks etdirən xəritələrin hazırlanmasının nəticələri təqdim olunur. Bura aşağıdakı xəritələr aiddir:

1-ci Xəritə. Qəbələ Pilot Ərazisinin Geomorfik Zona Xəritəsi.

2-ci Xəritə. Qəbələ Pilot Ərazisinin / Böyük Qafqaz Dağlarının Topoqrafik Ərazi Xəritəsi.

3-cü Xəritə. Tipik Səth Geoloji Xəritəsi - Talaçay Hövzəsi.

4-cü Xəritə. Sel və Suxur Qırıntılarının Axın Təhlükə Xəritəsi – Qəbələ Pilot Rayonu.

5-ci Xəritə. Qəbələ Pilot Ərazisinin / Böyük Qafqaz Dağlarının Yamac Meylilik Xəritəsi.

6-cı Xəritə. Qəbələ Pilot Ərazisinin / Böyük Qafqaz Dağlarının Alt Suxur Qatının Geoloji

Xəritəsi.


Bu xəritələrdə layihə üzrə, xüsusən də aşağıdakılara dair hazırlanmış digər Hesabatlarda təsvir edilən ərazilər və zonalar əks olunur:

1-ci Yekun Nəticə. Torpaq Sürüşməsi və Çay Geomorfologiyası.

2-ci Yekun Nəticə. Tuyrançay Hövzəsinin Geomorfoloji Tədqiqi.

4-cü Yekun Nəticə. Torpaq Sürüşməsi və Sel Təhlükə Zonaları – Tuyrançay Hövzəsi.

11-ci Yekun Nəticə.Torpaq Sürüşməsi və Sel Risk Qiymətləndirmə Bələdçisi



  1. Xəritələrin işlənib hazırlanma metodologiyası / xəritələrin işlənib hazırlanması üzərində məhdudiyyətlər

Geomorfoloji xəritələrin işlənib hazırlanması, habelə torpaq sürüşmələrindən, sel və suxur qırıntılarının axınlarından təhlükə altında olan zonaların müəyyənləşdirilməsi və əks etdirilməsi və Qəbələ Pilot ərazisi kimi rayonun oxşar risk əsasında qiymətləndirmələri adətən aşağıdakı komponentlərdən istifadə olunaraq aparılır:


  1. Müvafiq torpaq sürüşməsi, sel və ya digər təhlükə zonalarının təsvir edildiyi 1:25,000 və ya 1:50,000 miqyaslı əsas xəritələr

  2. Əsas tədqiqatçı üçün əlçatan olmaqla, əvvəlki tamamlanmış geoloji, geomorfoloji, müəyyənləşdirilmiş torpaq sürüşməsi və sellə bağlı tədqiqatların nəticələri

  3. Araşdırılan ərazidə əsas su axınları ilə yanaşı əvvəlki torpaq sürüşmələri, sel hadisələri və çoküntü / eroziyaya məruz qalan əraziələrə dair dərc edilmiş və ya dərc edilməmiş məruzələr;

  4. Gələcəkdə təhlükəli zonaların müəyyənləşdirilməsi üçün istifadə edilməli olan nisbi 1:50,000 – 1:100,000 miqyaslarda havadan fotoçəkilişlər və ya peyk vasitəsilə çəkilən təsvirlər

Qəbələ Pilot Rayonunda, yuxarıda sadalanan əsas komponentlərlə bağlı aşağıdakılardan istifadə olunmuşdur:




  1. 1:50,000 miqyasda əsas xəritələr mövcud olmuşdur, lakin, bunlar, yalnız topoqrafik təsvirlər və mədəni xüsusiyyətlərlə məhdudlaşdırılmışdı

  2. 1:50,000 miqyasda geoloji əsas xəritələr Qəbələ Pilot Ərazisinin yalnız alp və subalp zonaları üçün mövcud olmuşdur

  3. Əsas tədqiqatçı tərəfindən 1:250,000 miqyasda topoqrafik xəritənin şərhindən başqa Pilot Ərazinin geomorfologiyasının nəşr olunan heç bir xəritəsi olmamışdır.

  4. Qəbələ Pilot Rayonu üçün torpaq sürüşməsi və sel / suxur qırıntılarının axın xəritələri mövcud olmamışdır.

  5. Turançay və Kişçay Pilot Rayonlar üçün mövcud olduğu bəlli olsa da, Qəbələ Pilot Ərazisi üçün 1:50,000 miqyasda səthin geoloji xəritəsi (alluvial çöküntülər və axınlar) olmamışdır.

  6. Dimiranparançay çayı və onun qollarının ilkin çay vadilərinin təfsilatlı çay yatağı təsvirləri mövcud olmamışdır və mövcud topoqrafik informasiya onların inkişafı üçün əlverişli miqyasda olmamışdır.

  7. Milli təhlükəsizlik səbəblərindən havadan fotoçəkilişlər olmamışdır və süni peyk vasitəsilə Qəbələ Pilot Rayonunun təsviri bulud örtüyü və aşağı keyfiyyət səbəbindən xeyli tutqun olmuşdur.

  8. Torpaq sürüşməsi hadisələrinin və ya sel / suxur qırıntılarının axınlarının xronologiyasının verildiyi cədvəllər olmamışdır.

  9. Tələb olunan təfsilatlı geoloji, geomorfik, torpaq sürüşməsi və sel / suxur qırıntılarına dair informasiyanın toplanması büdcədə və müqavilənin əhatə dairəsində nəzərdə tutulmamışdır, yalnız müəyyən ərazilərdə məhdud tədqiqatlar tamamlana bilmişdir.

Əvvəllər yüksək keyfiyyətli və müvafiq miqyasda informasiyanın olmaması Qəbələ Pilot Ərazisinin geomorfik əyalətlərinin, çay geomorfologiyası və torpaq sürüşməsi və sel / suxur qırıntılarının axın riskinin olduğu ərazilərin uyğun miqyasda və yüksək keyfiyyətli xəritələrinin hazırlanmasını məhdudlaşdırmışdır.


Mövcud şərtləri nəzərə alaraq, bu hesabatda toplanan bir sıra “indikativ xəritələrin” işlənib hazırlanması üçün aşağıdakı metodologiyadan istifadə olunmuşdur:
Regionda torpaq sürüşməsi və sel / suxur qırıntılarının axınlarının müəyyənləşdirilməsinə və xəritələşdirilməsinə yanaşma
GİS təhlillərindən və sahəvi müşahidələrin şərhindən istifadə edərək:

  • Yamac dikliyinin xəritəsi (ümumiyyətlə, xəritənin miqyasına və topoqrafiyaya uyğun ünsürlərlə, 10 dərəcə, 10 dərəcədən 80 dərəcəyə qədər artımla işlənib hazırlanmışdır)

  • Topoqrafiya və hər hansı tədqiq edilmiş və ya şərh edilmiş sel və ya torpaq sürüşməsi zonalarının təsvirləri işlənib hazırlanmışdır.

  • Əsas çay şəbəkələri və tədqiq edilmiş və ya şərh edilmiş sel / suxur qırıntılarının axın zonalarının təsvirləri işlənib hazırlanmışdır.

Bunlar, sonradan yamac və torpaq / qayalıqların qeyri-stabil olduğu zonalar və sellərin və suxur qırıntılarının axın zonaları baxımından şərh olunan bəzi əsas informasiya xəritələrini təmin etdi.


Bundan əlavə, aşağıdakılardan istifadə olunaraq, torpaq sürüşməsi və sel / suxur qırıntılarının axın təhlükəsi olan ərazilərin müəyyənləşdirilməsinə cəhd göstərilmişdir:
Torpaq sürüşmələri:

  • Yamacların geomorfik təsvirlərindən və ya yamaclarda çapıqlardan, yamacların enişlərində sürüşmə zonalarına dair dəlillərdən, çayların axının qarşısının bağlanmasından və sairədən aydın şəkildə bəlli olan torpaq sürüşmələrinə məruz qalan ərazilər s.

  • Torpaq sürüşməsi hadisələrinin xronologiyası (virtual olaraq pilot ərazidə olmayan)

  • Torpaq sürüşmələrinə qarşı həssas olan əraziləri müəyyənləşdirmək üçün yuxarıda göstərilən xəritələrin və süni peyk vasitəsilə çəkilən təsvirlərin nəzərdən keçirilməsi

Sellər və suxur qırıntılarının axınları



  • Qısa sahəvi tədqiqatlar zamanı nəzərdən keçirilən çay və axınlarda çay çöküntülərinin geomorfik təsvirindən aydın şəkildə bəlli olan sel və ya suxur qırıntılarının axın əraziləri

  • Sel və / və ya suxur qırıntılarının axını hadisələrinin xronologiyası (virtual olaraq mövcud olmayan)




  1. Xəritələrlə bağlı məhdudiyyətlər

Bu hesabatda təqdim olunan xəritələr “indikativ” xəritələr hesab edilməlidir, belə ki, onlarda müvafiq informasiya ilə nə etməyin mümkün olduğu və dəqiq miqyaslar göstərilir. Xəritələr aşağıdakılar əsasında tərtib oluna bilər:

  1. təfsilatlı şəkildə yerüstü və havadan çəkilişlər, və ya;

  2. əsas tədqiqatçının interpolyasiyası və təcrübəsi ilə daha da genişləndirilməklə, ayrı-ayrı zonalarda məhdud yerüstü çəkilişlər, və ya;

  3. digər tədqiqatçılar tərəfindən əvvəllər toplanmış informasiyanı bir yerə toplamaqla, habelə əvvəllər toplanmış informasiya ilə əlaqədar məhdud yoxlama araşdırmaların aparılması ilə.

Burada təqdim edilən xəritələr ən çox metodun nəticəsidir (2). Geomorfik zonaların, torpaq sürüşməsi riski olan ərazilərin və sel / suxur qırıntıları axınlarının hüdudları ayrı-ayrı ərazilərdə məhdud yerüstü çəkilişlərə və sonra oxşar zonaların ola biləcəyi yerlərin interpolyasiyası və hesablanmasına əsaslanır.Təfsilatlı risk qiymətləndirməsi və təhlükəli zonaların hüdudlarının müəyyənləşdirilməsi üçün əlavə yerüstü araşdırmalar və xəritə üzərinə köçürmə işi tamamlanmalıdır.




  1. Xəritə təsvirlər

  1. Dimiranparançay Hövzəsinin Geoloji Xəritəsi

Dimiranparançay Çay Hövzəsinin geoloji xəritəsi ilk olaraq Sovet dövründə rus geoloqları tərəfindən işlənib hazırlanmışdır və əsas tədqiqatçı üçün mövcud olmuşdur. Təəssüf ki, hətta təsvirlərin köçürülməsi ilə bağlı çoxsaylı müraciətlərdən sonra (illər, litologiya və struktur), köçürmə nəzərdə tutulmamışdır. Buna görə də geoloji formasiyaların xüsusiyyətləri digər mənbələrdən, habelə formasiyaların geomorfik / topoqrafik təsvirlərindən hesablanmalı olmuşdur. Qaya (dağ suxuru) növlərinin ümumi ardıcıllığı aşağıda verilir:
Yüksək Alp Zonası : Yur dövrünə (200 milyon il) aid, kifayət qədər möhkəm, dik qayalıq və ya nahamar / sərt əraziyə çevrilən vulkanik mənşəli və bərk metamorfik qayalar. Torpaq sürüşmələri əsasən qaya parçalarının düşməsi və qaya buz parçaları ilə müşayiət olunur. Axınlar çox sıldırımlı yerlərdən tökülür, axın / yuma sürətlidir

Subalp Zona : Orta Yur dövrünə aid, möhkəm, dik yamac topoqrafiyasına malik vulkanik mənşəli və bərk qayalar. Nadir hallarda yaylaya çevrilmə, dik axınlar, sürətli axın / yuma, torpaq sürüşmələri ən dik yamaclarda olur.

Dağətəyi Zona : Miosen dövrünə aid metamorfik və çöküntü

formasiyaları. Ümumən dairəvi forma alan yamaclar, orta dik axınlar. Səciyyəvi olaraq, axınlar səbəbindən yarıq yerlərdə kiçik torpaq sürüşmələri ilə, axınlar boyu suxur qırıntılarının çöküntü kütləsindən əmələ gələn yamac. Formasiyalar iri torpaq sürüşmələrinin əmələ gəlməsinə tab gətirmək üçün kifayət qədər möhkəmdir.

Çöküntü kütləsinin sovrulduğu

zona : Əsasən alt suxur qatının üzərinə yığılan çöküntü kütlələri. Çay və axınlarla sürətli enerji itkisinə məruz qalan zona, hansı ki, bu, xeyli həcmdə çöküntü kütləsinin sovrulması ilə nəticələnir. Dağətəyindən sovrulma yerlərinə keçidə ən yaxın ərazilərdə aşkar olunan iri şəkildə xırdalanmış çöküntülər (suxur qırıntılarının axınları).

Zərif şəkildə xırdalanmış

çöküntü kütləsi: Çöküntü kütləsinin sovrulduğu zonadan aşağı doğru az enerjili axınlarla vaxt keçdikcə yığılan zərif şəkildə xırdalanmış çöküntü kütləsinin dərin zonası (500 – 700 metrə qədər).


Çöküntü kütləsinin sovrulduğu və zərif şəkildə xırdalanmış çöküntü zonaları, səciyyəvi olaraq, yalnız səthi çöküntülərin göstərildiyi 1:50,000 miqyasda xəritə üzərinə köçürülür. Bu, sel və suxur qırıntılarının axın təhlükəsinin qiymətləndirilməsi üçün çox uyğundur, belə ki, onlarda hazırki və ya əvvəlki sel və suxur qırıntıları çöküntülərinin əmələ gəldiyi zonalar əks olunur.
Sonrakı inkişaf üçün tövsiyələr : Geoloji xəritələrin tərtib olunması

Böyük Qafqaz dağlarında iqlim dəyişikliyinə uyğunlaşma baxımından iqlim dəyişikliyinin regional səviyyədə ilkin təsirlərinin aşağıdakı kimi olacağı proqnozlaşdırılır:



  • Intensive yağıntı hadisələrindən daşqınların daha tez-tez baş verməsi

  • Süzülmə dövrlərinin daha qısa olması səbəbindən, yeraltı suların toplanmasında potensial azalma

  • İllik orta temperaturların daha yüksək olması səbəbindən suvarma üçün sulara daha böyük ehtiyac

Təhlükəli zonaların hüdudlarının müəyyənləşdirilməsinə və yeraltı suların idarə olunmasına yardım etmək məqsədilə, Qəbələ Pilot Ərazisi üçün geoloji xəritə proqramına aşağıdakılar daxil edilə bilərdi:



  • Sel və suxur qırıntılarının axın təhlükəsi olan ərazilərin müəyyənləşdirilməsinə yardım etmək üçün səthdə çöküntü kütləsinin toplandığı düzən zonaların xəritələşdirilməsi

  • Yeraltı suların toplanması üçün uyğun olmaqla, iri şəkildə xırdalanmış çöküntü kütləsi zonalarının xəritələşdirilməsi

  • Susaxlayan qatlar və yeraltı su hasilatının hüdudlarının müəyyənləşdirilməsinə yardım etmək üçün çöküntü kütləsi və zərif xırdalanmış çöküntü ərazilərinin alt suxur qatının geologiyasının xəritələşdirilməsi (bu, geofiziki tədqiqatlar və yeraltı su quyularına dair məlumatlar toplamaqla edilə bilərdi)




  1. Qəbələ Pilot Ərazisinin Geomorfik Zona Xəritəsi

Qəbələ Pilot Ərazisinin geomorfik xəritəsi əsasən Böyük Qafqaz Dağları regionunun Ümumi Hava Naviqasiya Sxeminin 1:250,000 miqyasda şərhindən ibarətdir. Bu xəritədə sahənin ilk 5 geomorfik rayonunda və onun ön sovrulma ərazilərində topoqrafik və geomorfik səth təsvirləri göstərilir. Təsvirdəki rayonlar aşağıdakılardır:

Alp zonası : 2500 - 4000 metr

Subalp zonası : 1500 - 2500 metr

Dağətəyi zona : 600 - 1500 metr

Çöküntü kütləsinin sovrulduğu zona : 350 - 600 metr

Zərif xırdalanmış çöküntünün sovrulmaları : 250 - 350 metr


Xəritə aşağıdakıların olmasına və ya əmələ gəlməsinə dair ümumi təhlil üçün faydalıdır:

  • Alp zonası

    • Qaya parçalarının düşməsi və qaya buzlaqlar

    • Yüksək intensiv yağıntı hadisələrininin hesablanması üçün su qovşağı hövzələri

    • Ərimədən sonra qar uçqunu axınının hesablanması üçün su qovşağı hövzələri

  • Subalp zonası

    • Çayların axınını qapaya bilən torpaq və aşınmış qaya torpaq sürüşmələri,

    • Yüksək intensiv yağıntı hadisələri üçün axın / yuyulma zonaları

  • Dağətəyi zona

    • Yüksək intensiv yağıntı hadisələri üçün axın / yuyulma zonaları

    • Sel və suxur qırıntıları axınının çöküntüləri üçün mənşə zonalar

  • Çöküntü kütləsinin sovrulduğu zona

    • Sel və suxur qırıntılarının axın təhlükəsi olan zonalar

    • Yeraltı suların yığıması üçün potensial yığılma zonaları

  • Zərif xırdalanmış çöküntünün sovrulması




  1. Dimiranparançay Çay Hövzəsində MeylliliyinTəhlil Xəritəsi

Dimiranparançay Çay Hövzəsi və yanaşı suayrıcıları üçün meylliliyin təhlil xəritəsi işlənib hazırlanmışdır və bura 10 dərəcə meyllilik artımlarda hövzələr üçün meylliliyin dikliyi təhlil olunur. Əvvəllər digər oxşar rayonlarda və hər hansı oxşar qaya növləri ilə meylliliyin təhlili aşağıdakıları göstərmişdir:

  1. Vulkanik mənşəli və möhkəm metamorfik qayalar 60 dərəcədən yuxarı meyllilik bucaqlarının yaranmasına meylli olur. Vaxt keçdikcə bu zonalarda qaya sürüşmələri, suxur qırıntılarının meylliliyi artır və bitki örtüyü məhdud olur.

  2. Nisbətən az aşınmış metamorfik qaya növləri və az aşınmış çöküntü qaya növləri 40 – 60 dərəcə arasında meyllilik bucaqlarının yaranmasına meylli olur. Torpaq sürüşmələri arta bilər və aşınmış axın yolu orta kəskin meylliliyə malik olur.

  3. Yüngül aşınmış metamorfik və çöküntü qaya növləri ümumən 20 və 40 dərəcələr arasında meyllilik bucaqları yaradır. Meyllilik bucaqları 30 dərəcəni keçdikdə, torpaq sürüşmələri əmələ gələr bilər. Əgər alt suxur qatı yüksək dərəcədə aşılanırsa, xüsusən də torpağa hopduqda 15 - 20 dərəcələrdən böyük meyllilik bucaqlarında torpaq sürüşmələri əmələ gələ bilər.




  1. Qəbələ Pilot Ərazisində torpaq sürüşməsi və sel təhlükəsinin olduğu ərazilər

Qəbələ Pilot Ərazisinin torpaq sürüşməsi və sel təhlükəsinin olduğu ərazilərinin xəritəsi 2014-cü ilin oktyabr ayında tamamlanan məhdud yerüstü tədqiqatlar və təhlükəli zonaları yaxın çöküntü kütləsinin sovrulduğu və dağətəyi ərazilərə doğru genişləndirmək üçün bu yerüstü tədqiqatların şərhi əsasında tərtib olunmuşdur. Əsas təhlükəli zonalar dağətəyinə yaxın çöküntü kütləsinin sovrulduğu yerlərdə sel və suxur qırıntılarının axın əraziləridir. Son vaxtlarda sel və suxur qırıntıları axının baş verdiyi ərazilər xəritədə göstərilir, eyni zamanda tarixən və tarixdən qabaqkı belə ərazilər indi ağaclarla və kolluqlarla örtülmüş ərazilərdə əvvəlki sel və suxur qırıntılarının axınlarından əmələ gələn çöküntülərin müşahidəsi əsasında ümumiləşdirilmişdir. Xəritələşdirmə 1:500,000 miqyasda topoqrafik xəritələrdən tərtib olunmuş əsas topoqrafik xəritə əsasında aparılmışdır, hazırki təhlükəli ərazi xəritəsinin miqyası təxminən 1:100,000-dür.
Hazırki və əvvəlki sel və suxur qırıntılarının axın ərazilərini əks etdirən xəritələrdən əsasən sel və suxur qırıntılarının təkrarlanan axınlarından gələcəkdə təhlükəli olacaq əraziləri müəyyənləşdirmək üçün istifadə olunur. Xüsusilə də gələcəkdə iqlim baxımından dəyişə bilən şərtlər altında, dağlıq ərazilərdəki suayrıcılarında qısa müddətli, lakin daha intensiv yağıntı müddətləri proqnozlaşdırıldığı təqdirdə, daşqınların və sel və iri suxur qırıntılarının çökməsi dövrəsinin eyni ərazilərdə davam edəcəyini gözləmək olar.
Gələcəkdə təfsilatlı xəritələr üçün tövsiyə

Əgər yerli əhaliyə və infrastruktura qarşı təhlükə bir qədər də dəqiqləşdirilməli olarsa, hazırki və əvvəlki çöküntü kütləsinin sovrulduğu ərazilərin daha təfsilatlı xəritələşdirilməsi aparılmalıdır. Bunlar gələcəkdə axınların baş verə biləcəyi ərazilərin hüdudlarını müəyyənləşdirəcəkdir. Axınlar üçün gözlənilən təkrarlanma müddətini müəyyənləşdirərkən paralel olaraq sellərin təkrarlanmasını müəyyənləşdirən proqram da çox dəyərli ola bilər. Mövcud çöküntülərin tərkibində karbon materiallarının qeydə alınması və davam etmə vaxtları iri axınların təkrarlanması ilə bağlı dəyərli informasiyanı təmin edə bilər.




  1. Suxur qırıntılarının axını və sel təhlükəsi olan ərazilərin nümunə (model) xəritəsi:1,50,000 miqyasda

Turayçay çöküntü kütləsinin sovrulduğu hissə üçün suxur qırıntılarının axını və sellərin paylanması üzrə nümunə (model) xəritə 1:50,000 miqyasda işlənib hazırlanmışdır. Bu, topoqrafik təsvirlər və xəritədə göstərilən formasiyaların nisbi yaşları əsasında izahlı xəritədir. Bu, yalnız nümayiş etdirmə üçün nəzərdə tutulur, belə ki, heç bir sahədə çöküntü kütləsinin toplanması hallarının yoxlanması aparılmamışdır.

c:\users\user\pictures\caylar monitorinq2\8) zaqatala\talaçay çayı foto\6.jpg
1-ci Şəkil. Tipik Çöküntü Kütləsinin Sovrulduğu Zona – Arxada Dağətəyi Geomorfik Zona

c:\users\user\pictures\caylar monitorinq2\4) qebele\28.jpg
2-ci Şəkil. Qarışıq Sel / Suxur Qırıntılarının Axın Zonası – Uzaq Arxada Subalp Zona

c:\users\user\pictures\caylar monitorinq2\1) shamaxı\pirsaatçay\11.jpg

3-cü Şəkil. Çöküntü Kütləsinin Sovrulduğu Geomorfik Zonada Əvvəlki Dövrlərdə Sel / Çöküntü Kütləsinin Sovrulması



c:\users\user\pictures\2014-09-08\045.jpg
4-cü Şəkil. Tipik Dağətəyi Geomorfik Zona – Arxada Çay Yatağında Çöküntülər

c:\users\user\pictures\2014-09-08\030.jpg
5-ci Şəkil. Hazırda Meşə Olan Ərazidə Əvvəlki Dövrlərdə Baş Vermiş Sel / Suxur Qırıntılarının Axını
c:\users\user\pictures\2014-09-08\069.jpg

6-cı Şəkil. Zəif və Aşınmış Alt Suxur Qatında Aktiv Torpaq Sürüşməsi Zonası



c:\users\user\pictures\2014-09-08\066.jpg

7-ci Şəkil. Aktiv Torpaq Sürüşməsi Zonası – Ağsu Çayında Yol Keçidi


c:\users\user\pictures\2014-09-08\047.jpg
8-ci Şəkil. Qaraçay Çayında Tarixən Baş Vermiş Sel – Körpüdə 2 Metr Qalınlıqda Palçıq Axını
c:\users\user\pictures\2014-09-08\059.jpg
9-cu Şəkil. Kəskin Eroziya ilə Yamacın Yarğana Çevrilməsi Səbəbindən Çay Yatağında Tipik Torpaq Sürüşməsi

H. Ewoldsen Text Descriptions of Generated Maps – Gabala Pilot Area 30 December 2014

Yüklə 48,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə