30 октябрь 2013 BusinessTime



Yüklə 27,29 Kb.

tarix20.10.2017
ölçüsü27,29 Kb.


30

ОКТябрь 2013

   

BusinessTime

Andrologiyanın qarşısında duran 

əsas problemlərdən birincisi kişi son-

suzluğudur. Kişi sonsuzluğu bütün 

dünyada tibbi – sosial demoqrafik 

əhəmiyyətə malik prioritet məsələ-

dir. Mütəmadi intim əlaqə zamanı 

bir il müddətinə hamiləlik olmadıq-

da, sonsuzluq haqda düşünmək və 

ər-arvadın müayinəsinə başlamaq 

lazımdır. Əgər evliliyin ilk günlərin-

dən problemləri aşkar olarsa, təcili 

müayinə-müalicəyə başlanmalıdır. 

Sağlam ər-arvad cütlüyünün 30%-də 

hamiləlik ilk üç ayda, 60%-də yeddi 

ayda, 10%-də isə on bir və on ikinci 

aylarda baş verir. Ümumilikdə, ailə 

cütlüklərinin təxminən 25%-də 1 

il ərzində hamiləlik qeydə alınmır. 

Onlardan 15%-i sonsuzluğu müalicə 

etməyə cəhd edir, 5%-ə qədəri isə öv-

ladsız qalırlar. 

Orqanizmdə gedən müxtəlif 

patoloji proseslər daxili orqanlara, 

endokrin vəzilərə, MSS-ə mənfi tə-

sir göstərərək xayanın qıvrım kanal-

cıklarının interstisial hüceyrələrinin 

distrofik dəyişikliyinə gətirib çıxarır 

və spermatogenez prosesini pozur. 

Bununla yanaşı kişi cinsiyyət sistemi 

xəstəliklərinin, anadangəlmə inkişaf 

anomaliyalarının artması,ətraf mü-

hitin zərərli faktorlarının təsiri, cin-

siyyət kanalının spesifik və qeyri spe-

sifik infeksiyaları, mənşəyi məlum 

olmayan qidaların,müxtəlif dərman 

preparatlarının əhali tərəfindən geniş 

və nəzarətsiz istifadəsi və s. amillər 

kişi sonsuzluğuna gətirib çıxarır.

Etiologiyası və patogenezi

Kişi sonsuzluğunun məlum sə-

bəbləri arasında 50%-ni uroloji xəstə-

liklər təşkil edir. Ən çox rast gəlinəni 

varikosele – yəni toxum ciyəsinin 

venoz kələfinin salxımşəkilli geniş-

lənməsidir. Varikoselenin kişi son-

suzluğuna səbəb olması faktı çoxdan 

məlum olsa da, bu məsələdə aydın 

olmayan çoxsaylı məqamlar vardır. 

Xüsusilə də onu qeyd etmək lazım-

dır ki, varikosele ilə əlaqədar kişi 

sonsuzluğu zamanı spermatogenezin 

pozulma tezliyinin kifayət qədər yük-

sək (25-40%) olmasına baxmayaraq, 

spermatogenez prosesi pozulmamış 

kişilər arasında da ona çox (8-13%) 

təsadüf olunur. Güman olunduğu-

na görə varikosele nəticəsində sper-

matogenezin pozulmasının inkişafı 

üçün əlavə amillərin iştirakı vacibdir. 

Varikosele olan xəstələrdə fertilliyin 

pozulmasını törədən mexanizmlər də 

sona qədər öyrənilməmişdir və ha-

zırkı dövrdə xaya toxumalarının qan 

dövranının ləngiməsi, mikrosirkul-

yasiyanın pozulması və temperaturu-

nun dəyişməsinə daha çox əhəmiyyət 

verilir.

Kişi sonsuzluğunun inkişafında 

infeksion faktorların  rolu mübahisəli 

olaraq qalmaqdadır.Bruselloz mən-

şəli orxit-epididimiti, virus orxiti və 

vərəm epididimitinin sonsuzluğa gə-

tirib çıxarması faktı şübhə doğurmur. 

Bu gün Ureaplasma urealyticum, 

 

Chlamydia trachomatis və kişi cin-



siyyət sisteminin digər infeksion 

törədicilərinin fertilliyə mənfi təsiri 

birmənalı təsdiqlənmişdir.

Son vaxtlar kişi sonsuzluğunun 

daha bir mexanizmi – antispermal 

anticismin (ASA) əmələ gəlməsi öyrə-

nilməkdədir.ASA-in sonsuzluğa təsiri: 

1. Speraqlutinasiya 

2. Spermimmobilizasiya 

3.  Spermatoksik təsir mexaniz-

ması ilə əlaqədardır(izah olunur)



Kişi sonsuzluğuna proqnostik təsir 

edən amillər:

1. Sonsuzluğun müddəti

2. I-li və II-li olması

3. Eyakulyatın müayinəsinin nə-

ticələri


4. Xəstələrin yaş göstəriciləri və 

fertillik statusu



Diaqnostikası

Sonsuzluq diaqnozu: Xəstənin 

anamnezi, toxum mayasının müa-

yinəsi və digər müayimələrə əsasən 

qoyulur. Sonsuzluqdan əziyyət çəkən 

kişilərin müayinəsinin vacib mər-

hələsi spermoqrammanın öyrənilmə-

sidir. 


Spermanın müayinəsi üçün bir sıra 

şərtlərə riayət olunması tələb olunur :

•  Analizin verilməsindən əvvəl 3 - 7 

gün ərzində cinsi əlaqədən çəkin-

mə tələb olunur;

•  Alkoqol, dərman preparatları, 

hamam və ya saunalara getmək 

istisna olunmalıdır; 

•  Sperma masturbasiya yolu ilə əldə 

olunmalı və şüşə və ya plastmass-

dan olan stəkana yığılmalıdır. 

•  Analizi klinikada vermək lazımdır, 

burada həmin məqsədlər üçün 

xüsusi otaqlar olmalıdır. 

Müalicəsi

Kişi sonsuzluğunun müalicəsi –

cütlüklərin hövsələ və aydın məqsəd-

lərin olmasını tələb edən mürəkkəb 

və uzun müddətli prosesdir. 

Kişi sonsuzluğu – 

      problemin müasir vəziyyəti

Dr. Hüseynov Vaqif Aslan oğlu

Ukrayna TE Akademiyasının  

tibb elmlər namizədi.

Ukrayna Androloji Assosiasiyasının 

üzvü.

Androloq.Sonsuzluq üzrə  



mütəxəssis.

“Laçın “ tibb mərkəzinin androloqu.




BusinessTime

   


 

ОКТябрь  2013

Kişi sonsuzluğun müalicə sxemi xəstəliyin formasından, 

mərhələsindən, ilkin səbəblərindən, əvvəl aldığı müalicələrdən, 

eləcə də xəstələrin fərdi xüsusiyyətlərindən asılıdır. Yalnız həkim 

müşahidəsi altında kompleks və düzgün seçilmiş müalicə takti-

kası müsbət nəticəyə gətirib çıxara bilər.

Xroniki bakterial mənşəli (xlamidiya, qonoreya, trixomoniaz, 

urea-onikoplazmoz və s.) prostatitlərdən əmələ gəlmiş  ETS-lərin 

(ekskretor toksiki sonsuzluqların) 3 etaplı müalicəsi:

I etap: Sidik- cinsiyyət kanalının sanasiyası və iltihabi proses-

lərin aradan qaldırılması.

II etap: Hepatobiliar, endokrin, immunoloji proseslərin nor-

mallaşması.

III etap: Spermatogenezin stimulyasiyası.

Müalicənin nəticəsi 86,5% təşkil edir.(Hüseynov V.A.2004. Kiyev)

Xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxem-

lərində ümumi qaydalar mövcuddur. Bu qaydalar aşağıdakılardır:

1. Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növ-

bədə xəstədə sonsuzluğun səbəblərini, ağırlıq dərəcəsini, proq-

nozunu müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi 

üçün xüsusi müalicə sxemi hazırlamalıdır.



2. Müalicə hər bir halda kompleks şəkildə, etaplarla aparıl-

malıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları 

(xəstəliyin səbəbindən asılı olaraq), həm köməkçi preparatlar 

(vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.) 

daxil edilməli, həm də müalicə fizioterapevtik proseduraların 

köməyi ilə aparılmalıdır.



3. Müalicə kifayət qədər uzun müddət ərzində aparılmalıdır. 

Belə ki, spermatozoidlərin yetişməsi prosesi təxminən 65-90 

gün davam etdiyi üçün, müalicə kursuda təxminən bu rəqəmə 

yaxın müddət ərzində aparılmalıdır. Əks təqdirdə patoloji sper-

manın sağlam sperma ilə əvəz olunması baş tutmaya bilər.

4. Spermoqrammanın təkrar müayinəsi isə müalicə kursun-

dan təxminən 4-6 həftə sonra aparılmalıdır. Bu halda, spermo-

qramma göstəricilərinin əvvəlki spermaya deyil, yeni sağlamla-

şan spermaya aid olmasına əmin olmaq olar.



5. Müalicə  orta hesabla 6 aydan artıq davam etməli deyil: 

əgər aparılan bir-iki müalicə kursu nəticəsində lazımi effekt əldə 

edilməyibsə, sonrakı müalicə kursları, adətən, effektsiz olur. Bu 

halda həkim xəstəyə hər hansı bir müvafiq süni mayalanma üsu-

lunu təklif edə bilər.

6. Spermanın göstəriciləri yaxşılaşdığı halda isə, hamiləliyin 

baş tutması üçün çox gözləmək lazım deyil. Əfsuslar olsun ki, bir 

çox hallarda alınan müsbət nəticələr çox da davamlı olmur.

Onu da qeyd etmək lazımdır ki, son illərdə kişi sonsuzlu-

ğunun müalicəsində kombinasiya olunmuş dərman preparatla-

rından geniş istifadə olunur. Bu preparatlardan İtalya istehsalı 

olan 

"Gammafertil" bunların içərisində daha effektiv təsirə 

malikdir.Preparatın tərkibi spermatogeneze müsbət təsir edən 

(enerji, sərbəst radikalları birləşdirmək, antioksidant təsirə ma-

lik və daha vacib mikroelementləri gündəlik tələbatı dozasında) 

maddələrdən (L-Karnitin, L-arginin, Qlutation, Zn, Se, Vit.E) 

ibarətdir. Göstərilən preparatla müalicə və tədqiqat işləri davam 



edir.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə