30 Pul artımı və inflyasiya



Yüklə 440 b.
tarix04.11.2017
ölçüsü440 b.
#8291


30


Pulun mənası

  • Pul insanların digər insanlardan müntəzəm olaraq əmtəə və xidmətlər satın almaq üçün istifadə etdikləri vasitələr qrupudur.



İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ

  • İnflyasiya qiymətlərin ümumi səviyyəsində artım deməkdir.

  • Hiperinflyasiya fövqəladə yüksək inflyasiya səviyyəsidir.



İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ

  • İnflyasiya: Tarixi aspektlər

    • 60 ildən çoxdur ki, qiymətlər ildə orta hesabla 5% yüksəlmişdir.
    • Deflyasiya orta qiymət səviyyəsinin azalmasıdır və ABŞ-da XIX əsrdə baş vermişdir.
    • Hiperinflyasiya məsələn, 1920-ci illərin Almaniyasında olduğu kimi çox yüksək inflyasiya səviyyəsini ifadə edir.


İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ

  • İnflyasiya: Tarixi aspektlər

    • 1970-ci illərdə qiymətlər ildə 7 faiz artmışdır.
    • 1990-cı illərdə qiymətlər ildə orta hesabla 2 faiz artmışdır.


İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ

  • Pulun miqdarı nəzəriyyəsi qiymət səviyyəsinin və inflyasiya dərəcəsinin uzunmüddətli faktorlarını izah etmək üçün istifadə edilir.

  • İnflyasiya ümumilikdə iqtisadiyyatla bağlı fenomendir və ilk olaraq və əsasən iqtisadiyyatın mübadilə vasitəsinin dəyəri ilə əlaqədardır.

  • Nə vaxt qiymətlərin ümumi səviyyəsi yüksəlir, onda pulun dəyəri də aşağı düşür.



Pul təklifi, Pul tələbi və Monetar tarazlıq

  • Pul təklifi Federal Ehtiyatlar Sistemi tərəfindən nəzarət olunan siyasi dəyişəndir.

    • Açıq bazar əməliyyatları kimi alətlər vasitəsilə Federal Ehtiyatlar Sistemi pulun təklif həcminə birbaşa nəzarət edir.


Pul təklifi, Pul tələbi və Monetar tarazlıq

  • Pul tələbinin faiz dərəcələri və iqtisadiyyatda qiymətlərin orta səviyyəsi kimi müxtəlif determinantları vardır.



Pul təklifi, Pul tələbi və Monetar tarazlıq

  • Əhali pulu ona görə əlində saxlayır ki, o mübafilə vasitəsidir.

    • Əhali əmtəə və xidmətlərin qiymətlərindən asılı olaraq əlində pul saxlayır.


Pul təklifi, Pul tələbi və Monetar tarazlıq

  • Uzunmüddətli dövrdə ümumi qiymət səviyyəsi pul təklifi ilə pula olan tələbin bir-birinə bərabər olduğu səviyyəyə uyğunlaşır.



Qrafik 1: Pul təklifi, pul tələbi və tarazlıq qiymət səviyyəsi



Qrafik 2: Monetar inyeksiyanın təsirləri



İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ

  • Pulun miqdarı nəzəriyyəsi

    • Qiymət səviyyəsinin necə müəyyən edildiyi və zaman keçdikcə onun nə üçün dəyişdiyi pulun miqdar nəzəriyyəsi vasitəsilə açıqlanır.
      • İqtisadiyyatda pulun mövcud olan miqdarı pulun dəyərini müəyyən edir.
      • İnflyasiyanın ilkin səbəbi pulun miqdarındakı artımdır.


Klassik Dixotomiya və Monetar Neytrallıq

  • Nominal dəyişənlər monetar vahidlərlə ölçülən dəyişənlər.

  • Real dəyişənlər fiziki vahidlərlə ölçülən dəyişənlər.



Klassik Dixotomiya və Monetar Neytrallıq

  • Deyvid Hyum və digərlərinə görə, real iqtisadi dəyişənlər pul təklifində baş verən dəyişikliklər ilə dəyişmir.

    • Klassik dixotomiyaya görə real və nominal dəyişənlərə müxtəlif müxtəlif güclər təsir göstərir.
  • Pul təklifindəki dəyişikliklər nominal dəyişənlərə təsir göstərir, ancaq real dəyişənlərə göstərmir.



Klassik Dixotomiya və Monetar Neytrallıq

  • Monetar neytrallıq monetar dəyişikliklərin real dəyişənlər üçün əsas olmamasını ifadə edir.



Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi

  • Pulun dövriyyə sürəti bir vahid pulun iqtisadiyyatda dövr edərək bir cibdən digərinə hansı tezliklə hərəkət etdiyini göstərir.



Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi

  • V = (P  Y)/M

    • Burada: V = pulun dövriyyə sürəti
      • P = qiymət səviyyəsi
      • Y = istehsalın həcmi
      • M = pulun miqdarı


Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi

  • Tənliyin aşağıdakı kimi yazılışı Miqdar Tənliyini verir:

  • M  V = P  Y



Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi

  • Miqdar tənliyi məhsul istehsalının nominal dəyərinin (P Y) pulun miqdarına (M) nisbətidir.



Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi

  • Miqdar tənliyi iqtisadiyyatdakı pulun miqdarındakı artımın üç digər dəyişəndən birində öz əksini tapmalıdır:

    • qiymət səviyyəsi qalxmalı,
    • istehsal həcmi artmalı və ya
    • pulun dövriyyə sürəti azalmalıdır.


Qrafik 3: Nominal ÜDM, Pulun Miqdarı və Pulun Dövriyyə Sürəti



Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi

  • Tarazlıq Qiymət Səviyyəsi, İnflyasiya Dərəcəsi və Pulun Miqdar Nəzəriyyəsi

    • Pulun dövriyyə sürəti zaman keçdikcə sabit qalır.
    • Dövriyyə sürəti sabit olduğu üçün, mərkəzi bank pulun miqdarını (M) dəyişdikdə, istehsalın nominal dəyəri də bu dəyişikliyə mütənasib dəyişir (P  Y).
    • Pul neytral olduğundan məhsul istehsalına təsir göstərmir.


NÜMUNƏVİ HADİSƏ: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər

  • Hiperinflyasiya hər ay 50 faizdən çox olan inflyasiyadır.

  • Hiperinflyasiya dövlətin xərclərini qarşılamaq üçün hədsiz pul çap etdiyi bəzi ölkələrdə baş verir.



Qrafik 4: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər



Qrafik 4: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər



İnflyasiya vergisi

  • Dövlət pul çap etməklə gəlirlərini artırdıqda, inflyasiya vergisi tətbiq etmiş olur.

  • İnflyasiya vergisi pulu olan hər kəsin ödədiyi vergidir.

  • Dövlət institutlarının dövlət xərclərini azaltmaq kimi fiskal islahatları inflyasiyanı dayandırır.



Fişer Effekti

  • Fişer effekti nominal faiz dərəcəsinin inflyasiya dərəcəsinə birə-bir uyğunlaşmasıdır.

  • Fişer effektinə görə inflyasiya dərəcəsi yüksəldiyi zaman nominal faiz dərəcəsi də həmin miqdarda yüksəlir.

  • Real faiz dərəcəsi isə eyni qalır.



Qrafik 5: Nominal Faiz Dərəcəsi və İnflyasiya Dərəcəsi



İNFLYASİYANIN ZƏRƏRLƏRİ

  • Alıcılıq qabiliyyətini aşağı salır?

    • İnflyasiya insanların real alıcılıq qabiliyyətini azaltmır.


İNFLYASİYANIN ZƏRƏRLƏRİ

  • Ayaqqabı altlığı xərcləri

  • Menyu xərcləri

  • Nisbi qiymət təhrifləri

  • Vergi təhrifləri

  • Çaşqınlıq və narahatlıq

  • Sərvətlərin ədalətsiz təkrar bölgüsü



Ayaqqabı altlığı xərcləri

  • Ayaqqabı altlığı xərcləri inflyasiyanın insanları daha az pul saxlamağa sövq etdikdə israf olunan resurslardır.

  • İnflyasiya pulun real dəyərini azaldır, bununla da insanlar əllərindəki nağd pulu minimumlaşdırmağa çalışırlar.



Ayaqqabı altlığı xərcləri

  • Əldə nağd pulu azaltmaq və ya az saxlamaq, sizi tez-tez banka getməyə və pulunuzu faiz gətirən hesablarınızdan çəkməyə məcbur edəcəkdir.

  • Əldə daha az pul saxlamağın həqiqi zərəri sizin sərf etdiyiniz vaxt və narahatlıqdır.

  • Həmçinin, banka əlavə gedib-gəlmək sizin məhsuldar fəaliyyətlərinizə sərf etdiyiniz zamanı azaldır.



Menyu xərcləri

  • Menyu xərcləri dəyişkən qiymətlər səbəbindən yaranan xərclərdir.

  • İnflyasiyalı vaxtlarda qiymət listlərini və digər elan olunan qiymətləri yeniləmək zərurəti ortaya çıxır.

  • Bu digər məhsuldar fəaliyyətləri məhdudlaşdıran resurs istehlakı prossesidir.



Nisbi qiymət təhrifi və sərvətlərin səmərəsiz şəkildə bölüşdürülməsi

  • İnflyasiya nisbi qiymətləri təhrif edir.

  • İstehlakçı qərarları təhrif olunur və bazarlar resursları ən yaxşı şəkildə bölüşdürə bilmirlər.



İnflyasiyanın səbəb olduğu vergi təhrifi

  • İnflyasiya kapital gəlirlərinin həcmini şişirdir və bu tipli gəlirlər üzərində vergi yükünü artırır.

  • Belə bir şəraitdə proqressiv vergi sistemi olan ölkələrdə kapital gəlirləri daha ağır vergiyə cəlb olunur.



İnflyasiyanın səbəb olduğu vergi təhrifi

  • Nominal faiz dərəcəsinin bir hissəsinin, sadəcə olaraq, inflyasiyanı kompensasiya etməsinə baxmayaraq, gəlir vergisi əmanətlərdən əldə olunan nominal faizi gəlir kimi qəbul edir.

  • Vergidən sonra qalan real faiz dərəcəsi azalır və əmanət toplamaq stimulu zəifləyir.



Cədvəl 1: İnflyasiya əmanətlər üzərinə düşən vergi yükünü necə artırır



Çaşqınlıq və narahatlıq

  • Federal Ehtiyatlar Sistemi (Mərkəzi Bank) pul təklifini artırdıqda və inflyasiya yaratdıqda hesablaşma vahidinin dəyərini azaldır.

  • İnflyasiya pul vahidinin müxtəlif vaxtlarda müxtəlif dəyərdə olmasına səbəb olur.

  • Buna görə inflyasiya şəraitində zaman keçdikcə real gəlirləri, xərcləri və mənfəətləri müqayisə etmək çox çətin olur.



Gözlənilməz inflyasiyanın xüsusi zərəri: sərvətlərin ədalətsiz təkrar bölgüsü

  • Gözlənilməz inflyasiya, sərvətləri əhali arasında nə xidmət, nə də ehtiyaca aidiyyəti olmayan şəkildə təkrar bölüşdürür.

  • Bu təkrar bölgülərin baş verməsinin səbəbi iqtisadyyatdakı bir çox borcların hesablaşma vahidi olan pul ilə təsbit olunmasıdır.



Xülasə

  • İqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi pul təklifi ilə pula olan tələbi tarazlaşdıracaq şəkildə dəyişir.

  • Mərkəzi bank pul təklifini artırdıqda, qiymət səviyyəsinin artmasına səbəb olur.

  • Pul təklifinin həcmindəki davamlı artım davamlı inflyasiyaya səbəb olur.



Xülasə

  • Monetar neytrallıq prinsipinə görə pulun miqdarındakı dəyişikliklər real dəyişənlərə deyil, nominal dəyişənlərə təsir edir.

  • Dövlət öz xərclərinin bir hissəsini sadəcə olaraq pul çap etməklə ödəyə bilər.

  • Dövlətlər bu “inflyasiya vergisindən” çox istifadə etdikdə, bu hiperinflyasiya ilə nəticələnir.



Xülasə

  • Fişer effektinə görə, inflyasiya dərəcəsi artdıqda nominal faiz dərəcəsi də eyni qədər artır, real faiz dərəcəsi isə dəyişməz qalır.

  • Əksər insanlar inflyasiyanın onların aldıqları şeylərin dəyərini artırmaqla, onları kasıblaşdırdığını hesab edirlər.

  • Lakin bu fikir yalnışdır, çünkü inflyasiya nominal gəlirləri də artırır.



Xülasə

  • İqtisadçılar inflyasiyanın altı zərərini müəyyən etmişlər:

    • Azalan pul ehtiyatları ilə bağlı ayaqqabı altlığı xərcləri,
    • Qiymətlərin tez-tez dəyişdirilməsi ilə bağlı menyu xərcləri,
    • Nisbi qiymətlərin dəyişkənliyinin artması,
    • Vergi məcəlləsinin indeksləşdirilməməsi səbəbindən vergi öhdəliklərində nəzərdə tutulmayan dəyişikliklər,
    • Hesablaşma vahidinin dəyişməsi ilə bağlı çaşqınlıq və narahatlıq,
    • Sərvətlərin debitorlarla kreditorlar arasında ədalətsiz təkrar bölüşdürülməsi.


Yüklə 440 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə