306 Mənbəşünaslıq, Tarixşünaslıq Tarix və onun problemləri



Yüklə 88,97 Kb.
Pdf görüntüsü
tarix09.03.2018
ölçüsü88,97 Kb.
#31017


306                                                       

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



TAHIR CƏFIYEV 

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

ÇALDIRAN MEYDAN SAVAŞINDAN SONRAKI HƏRBİ-SİYASİ, 

DİPLOMATİK VƏZİYYƏT XOCA SƏDƏDDİN ƏFƏNDİNİN 

«TACÜT-TƏVARİX» ƏSƏRİNDƏ 

 

Açar sözlər: Çaldıran döyüşü, I Şah İsmayıl, I Sultan Səlim, Qansu Quri, Bığlı Məhəmməd 

paşa, Qara xan Ustaclu, Səfəvilər, Məmlüklər, Osmanlı imperiyası, Azərbaycan, Təbriz, Bay-

burd, Kəmax qalası, Trabzon, Diyarbəkir, Amasiya, Sivas, Mardin, Amid, Kərkük, Dədə Qar-

ğın düzü, qızılbaşlar 



Ключевые слова: Чалдранская битва, Шах Исмаил I, Султан Селим I, Кансу Кури, 

Быглы Мехмет паша, Кара хан Устаджлы, Сефевиды, Мамлюки, Османская империя, 

Азербайджан, Байбурт, Кемахский крепость, Трабзон, Дийарбекр, Амасия, Сивас, Мар-

дин, Амид, Керкюк, Деде Каргынская равнина, кызылбаши 



Key words: Chaldiran Battle, Shah Ismail I, Sultan Selim I,Gansu Gury, Bighli Mahhammad 

pasha, Gara khan Ustaclu, Sefevids, Mamluks, Ottoman empire, Azerbaijan, Tebriz, Bayburd, 

Kamakh tower, Trabzon, Diyarbekir, Amasia, Sivas, Mardin, Amid, Kerkuk, Dede Garghin 

plain, ghizilbashs 



 

XVI əsr Osmanlı tarixləri arasında əzəmətli yer tutan əsərlərdən biri Xoca Sədəddin Əfən-

dinin «Tacüt-təvarix» adlı əsəridir. Zamanının görkəmli dövlət xadimi olmuş Xoca Sədəddin 

Osmanlı imperiyasının xarici siyasətində mühüm rol oynayan şəxslərdən olmuşdur. Onun ata 

və babasının Səfəvi sarayında çalışmaları, Çaldıran meydan savaşına (23 avqust 1514) şahid-

lik  etmələri  də  Azərbaycan  tarixinə  dair  qiymətli  materialların  osmanli  tarixçisinin  əsərində 

yer almasına səbəb olmuşdur. Müəllifin Çaldıran döyüşündən sonra Azərbaycan Qızılbaş-Sə-

fəvi  imperiyası  ilə  Osmanlı  imperiyası  arasında  olan  münasibətlərə  geniş  yer  verməsi  əsərdə 

həmin dövr tariximizə dair qiymətli məlumatları qoruyub saxlayır. Bu məlumatlar dövrün dol-

ğun mənzərəsinin yaradlmasına xidmət edir. 

H.920-ci  il  Rəcəb  ayının  3-də  (24  avqust  1514)  Sultan  Səlim  Çaldıranda  Divan  çağırıb 

gələcək işlərini bildirərək fəthnamələr (mətndə – bəşarətnamələr) yazılmasını əmr etdi. Qərara 

uyğun olaraq Divan vəzirlərindən Duqin oğlu Əhməd Paşanı dəftərdar Piri Çələbi sekbenba-

şını beş yüz yeniçəri ilə Təbrizə göndərdi. Hərbi qüvvədən əlavə «Bayanduri sultanları zamanı 

uzun  müddət  divanda  mövqeyi  olmuş»  İdris  Bidlisi  yerli  əyanlarla  tanışlığı  olduğu  üçüno, 

«aman xəbəri» ilə Təbrizə göndərildi(1, c.II,279, 2, c.IV,218,219). 

Rəcəb ayının 25-də (15 sentyabr 1514)«doqquz gündən artıq Təbrizdə qalmayan» Sultan 

Səlim şəhəri tərk etdi (1, c.II, 282,283;2, c.IV, 223, 224). Ərzaq və ehtiyatın hazırlanmaması, 

həmçinin  ölkədəki  qıtlıq  və  bahalıq  Sultan  Səlimi  Azərbaycanı  tərk  etməyə  vadar  etmişdi. 

Sultanın  Şah  İsmayılı  təqib  etmək  fikri  olsa  da  reallıq  nəzərə  alınmış  və  sultan  vəzirlərin 

məsləhəti  ilə  geri  dönmək  qərarını  qəbul  etmişdi  (1,  c.II,281;2,  c.IV,221;  3,  c.II,  158/163). 

Təbrizin Osmanlı qoşunu tərəfindən tərk olunması Şah İsmayılın strateji qələbəsi idi (4, 40,41; 

5,  241).  Sultan  Səlim  burada  qalmağın  mümkün  olmaması  üzündən  tutduğu  torpaqları  Səfə-

vilərə verdi (6, c.II, 110). Osmanlı sultanı qışı əcəm sultanlarının qışlağı Qarabağ vilayətində 

qışlamaq fikri ilə yola çıxmışdı. Təbrizi tərk edərkən o, mindən çox ev alim və sənətkar İstan-



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                            307 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

bula  köçürdü  (1,  c.II,  282;  2,  c.IV,223).  Sultan  Səlim  Qaqızman  və  Qarabağ  istiqamətində 



hərəkət  etməyi  əmr  etdi.  Mərənddən  keçib  Araz  çayına  çatdıqda  yeniçərilər  qiyam  edərək 

Sultanı yolundan döndərdilər.  Sultan onun otağının  gülləyə tutulması faktını Xocanın babası 

Hafiz Məhəmməd  İsfahaniyə danışmış və demişdi: «Bu hərəkət yeniçərilərin ittifaqı var ikən 

divanın  nifaqı  ilə  olmuşdur»  (1,  c.II,260;  2,  c.IV,  194).  Ordu  və  divanın  qəzəbindən  qorxan 

Sultan  Səlim  Naxçıvan  (2  şaban  (22  sentyabr))  –  Rəvan  qəsəbəsi  (8  şaban  (28  sentyabr))  – 

Talin (11 şaban (1 oktyabr))  – Çin ağılı (1 ramazan (19oktyabr)) marşrutu üzrə geri qayıtdı. 

Buradan  Bayburda  gələn  sultan  Sınur  adlı  kənddə  Trabzonun,  Qarahisarın,  Canikin  də  daxil 

olacağı,  yeni  yaratdığı  Bayburd  və  Ərzincan  əyalətini  Bığlı  Məhəmməd  paşaya  verdi. 

Şəvvalın 6-da (25 noyabr) Sultan Amasyaya gəldi (1, c.II, 283, 284; 2, c.IV,224, 226). 

Sultan  Səlimin Təbrizi tərk etməsindən sonra Şah  İsmayıl İraqdan Azərbaycana gəldi (1, 

c.II,  288,305;  2,  c.IV,  230,252;  (Dərgzindən)  -  7,  70).  Təbrizə  gələn  şah  osmanlılarla  əmək-

daşlıq  etmiş  şəxsləri  cəzalandırmaq  istəyir.  Lakin  vəzirləri:  «Xalqı  əzmək  dövlətin  əsasını 

xarab  və  Azərbaycan  torpağınıxarabaya  çevirməkdir»  -deyəməsləhət  verərək  onu  bu  fikirdən 

çəkindirirlər(1, c.II,305; 2, c.IV, 252). 

Təbrizdəngeri  qayıdarkən  Sultan  SəlimHikməddin  İdris  Bidlisini  Mərənddən  ayırıb 

Diyarbəkr  tərəfə«kürd  bəylərinin  könlünü  almağa»  göndərdi  (1,  c.II,  288;  2,  c.IV,231).  Şah 

İsmayıl öz növbəsində Diyarbəkr üzərində nəzarəti saxlamaq üçün vilayət hakimliyinə Ustaclu 

Məhəmməd  xanın  qardaşı  Qara  xanı  təyin  etdi.  Ruha  hakimi  Durmuş  bəy  də  həmin  istiqa-

mətdə  göndərildi.  Mardin,  Həsənkeyf,  Xarput  və  Ərğənədə  olan  şah  qüvvələri  də  Qara  xana 

kömək  etməli  idilər.  Beş  min  qızılbaş  Çəpəkçur  yolundan  Amidin  mühasirəsinə  yönəldi  (1, 

c.II,  305;  2,  c.IV,252).  Amid  əyyanları  Sultan  Səlim  hələ  Təbrizdə  olarkən  Ustaclu  Məhəm-

məd xanın adamlarını öldürüb ona tabelik bildirmişdilər (1, c.II, 304; 2, c.IV, 251). Beləliklə, 

Kiçik  Asiyanın  cənub  -  şərqi  qızılbaşlarla  osmanlılar  arasında  müharibə  meydanına  çevrildi. 

Osmanlı sultanı burada qızılbaşlardan narazı olan kürd əmirlərindən istifadə edə bildi. 

Xoca Əfəndi sultan Amasyada olarkən  Şah  İsmayılın Təbrizdən Mir Abdulvahab, Sahib 

əl-Havinəslindən Qazi İshaqı (o, «Qazi paşa» adı ilə məşhur idi), Mövlana Şükrullah Muğani, 

Heydəriyyə  xəlifələrindən  Həmzə  Xəlifə  adlı  bəyi,  seyyid  və  alimlərdən  ibarət  böyük  bir 

elçiliklə, «təzərrö» (üzr  məktubu) ilə  göndərdiyini yazır. Sülhüçün  gəlmiş bu elçiliyin təklifi 

qəbul  edilmədi.  SeyyidAbdulvahabla  Qazi  paşa  İstanbul  boğazında  olanYenihisarda, 

yoldaşları isə Dimitoqa qalasında həbs edildilər (1, c.II, 288; 2, c.IV, 230). Şah İsmayıl ikinci 

dəfə  də  sultandan  sülh  istədi.  H.921-ci  ilin  şəvval  ayının  3-də  (8  noyabr  1515)  Kəmaləddin 

Hüseyn  bəy  və  Bəhram  ağanın  elçiliyini  «sarsılmaz  hakimiyyət  qazanmış  Şah  İsmayıldan» 

gətirdiyi məktubdada sülh istəyi və Seyyid Abdulvahabın şəxsində birinci elçiliyin taleyindən 

narahatlıq  ifadə  olunurdu.  (bax:  8,  c.I,  413,414;  9,  238;  10,  184-190;  11,  102,103;  12,  165). 

H.921-ci  şəvvalın  15-də  (20  noyabr  1515)  Sultan  Səlim  Diyarbəkrdə  olan  İdris  Bidlisiyə 

yazdığı  məktubunda  Şah  İsmayıl  tərəfindən  Hüseyn  bəy  və  Bəhram  ağadan  ibarət  elçiliyin 

gəldiyini  bildirmişdi.  Sultan  sülh  təklifi  ilə  gəlmiş  bu  elçiləri  də  Dimitoqa,  elçiliyin  digər 

üzvlərini isə Kilidəl-Axir qalasında həbs etdiyini yazır (1, c.II, 323; 2, c.IV, 272; 10 noyabr (5 

şəvval)-12,  166).  Deməli,  sülh  təklifləri  Osmanlı  sultanı  tərəfindən  hər  dəfə  rədd  edilmiş və 

dövlətlər arasında müharibə davam etmişdir. 

Amidin  mühasirəsi zamanı qalanın təslim olmaması üçün  Sultan  Səlim  İgid Əhməd adlı 

əslən amidli olan birisini İdris Bidlisinin müraciətindən sonra ora göndərdi. Sultan həmçinin 

qaladakılara növbəti ildə (1516 – T.C.) «Əcəm diyarına hərbi yürüş edəcəyi barədə xəbərlər 

göndərməklə» onları qızılbaşlara qarşı mübarizəyə ruhlandırdı. Şah İsmayıl da kürd əmirlərin-

dən  istifadə  etməyi  qərara  aldı.  Ərcişvə  Adilcəvaz  hakimi  olmuş  Pajuki  tayfasından  Xalidin 



308                                                       

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

oğlu Bidlis  və Xiznə əmiri Kürd bəyi Amidə köməyə  göndərdi. İdris Bidlisi Sarı su üstündə 



gələn qüvvəni qarşılayıb onları köməyə getməyi qoymadı (1, c.II, 306, 307, 309; 2, c.IV, 254, 

255,257).  Amasyaya  gedən  sultanın  qüvvələri  Bayburd  və  Ərzincanı  tutmuşdular.  Lakin  Kə-

max  qalasında  olan  qızılbaşlar  müvəffəqiyyətlə  bu  qalalara  basqın  edirdilər.  Cavab  olaraq 

Qurban  bayramı  günü  (24  fevral  1515)  Osmanlı  qüvvələrinin  Kəmaxa  uğurlu  yürüşündən 

sonra  qalanın  alınmasının  mümkün  olduğunu  görən  Sultan  Səlim  Trabzon  hakimi  Bığlı  Mə-

həmmədə qalanı almaq əmrini verdi. O, özü isə bu məqsədlə h.921-ciil rəbiül-əvvəl ayının 5-

də  (19  aprel  1515)  Amasyadan  çıxdı.  Rəbiül-axır  ayının  5-də  (19  may  1515)  Kəmax  qalası 

süqut  etdi  (1,  c.II,  289-291;  2,  c.IV,  231-234;  9,  261;  13,  v.86;  12,  90;  7,  73,74;  3,  c.II, 

159/164). Bu zaman osmanlı əlaltısına çevrilmiş İdris Bidlisi sultana onu Azərbaycana yürüş 

etməyə təhrik edən məktublar göndərirdi. Kəmaxla Əlbistan arasında olan Səlim cavab yaza-

raq Zülqədər bəyliyi üzərinə getdiyini və Əcəm səfərinin bundan asılı olduğunu ona bildirir. 

Bığlı Məhəmməd paşa və beş sancaqbəyini (bir sancaqbəyi min atlı çıxarırdı) Amidə yardıma 

göndərdi. İdris Bidlisi Məhəmməd Paşanın başçılıq etdiyi və Ərciş – Adilcəvaz yolundan gə-

lən  ordunu  «Diyarbəkri  Qara  xandan  qurtarmaq  üçün»  İsmasək  yolundan  o  tərəfə  yönəltdi. 

Amasya və Sivas bəyi Şadi bəy vəbeş sancaqbəyi də onlara qoşuldu. Gələn qüvvənin çoxluğu 

üzündən  Qara  xan  Mardinə  çəkildi.  H  921-ci  il  şəban  ayının  əvvəlində  (10  sentyabr1515) 

Amid osmanlıların əlinə keçdi (1, c.II, 305-310; 2, c.IV, 255 - 258; 14, 37). Təqib olunan Qara 

xan  Mardini  tərk  edib  Sincər  düzünə  gedir.  Lakin  osmanlı  qüvvələrinin  geri  çəkilməsi  ona 

yenidən qala üzərində nəzarəti bərpa etməyə imkan verdi (1, c.II, 311-313; 2, c.IV, 258-261).  

1516-cı  ilin  baharında  Sultan  Səlim  qızılbaşlılarla  olan  cəbhəyə  yeni  qüvvələr  göndərdi. 

Amidə  gedən Xərput və Ərcəni qalalarından keçən təhlükəsiz yolu almaq bu qüvvənin qarşı-

sına məqsəd qoyulur. Qaraman bəylərbəyi Xosrov paşa qarşısına qoyulan vəzifəni yerinə yeti-

rir. «Bu əsnadaŞah İsmayıl Həmədan hakimi Yegan bəy, İraqda Kəlhar və Kərad hakimi olan 

Çuqa Sultanı, 600 qorçusunu Sinə dərbəndi və Kərkük yolundan Bağdada göndərir ki, Bağdad 

hakimi  Qıyğur  Sultan  ilə  Mardinə  Qara  xana  köməyə  getsinlər»  (1,  c.II,  314;  2,  c.IV,  262). 

Kürd bəyləri mühüm keçid məntəqələri olan dərbəndləri tutaraq Azərbaycandan gələn yolları 

bağladılar. Bu qüvvələrlə döyüşən qızılbaşlar  dövrə  vurub Mardinə  gəlmək  məcburiyyətində 

qaldılar.  Kürd  əsgərlərinin  Amidə  gedən  yolunu  kəsmək  üçün  bu  qüvvələr  Mardinlə  Həsən-

keyf  arasında  olan  Kərx  qalasına  gəldilər  və  bir  ay  burada  qaldılar.  Xosrov  paşa  gözləmə 

mövqeyi  tutdu.  Bığlı  Məhəmməd  paşa  hücum  etmək  qərarına  gəldi.  Qızılbaşlar  tərəfindən 

aldadılaraq tələyə salınan osmanlı qüvvələri ağır itki  verdilər (1, c.II, 313-316; 2, c.IV, 261-

265). Sultan Bığlı Məhəmməd paşaya yeni qüvvələr göndərdi. Qara xan onların gəlişindən xə-

bər  tutduqdan  sonra  Birəcik  tərəfə  gedib  vuruşa  hazırlaşmağa  başladı.  Qoçhisar  yaxınlığında 

Dədə  Qarğın  düzündəiki  tərəf  qarşılaşdı  (1,  c.II,  314;  2,  c.IV,  265).  Şah  İsmayıldan  qorçu 

gəldi  və  qızılbaşlara  kömək  gələnədək  gözləməyi  bildirdi.  Lakin  Qara  xan  yanında  olan Qu-

durmuş  Sultanın  məsləhəti  ilə  düşmənə  gözlənilməz  zərbə  vurmağı  qərara  aldı  (7,  76). 

Çaldıran vuruşmasını xatırladan bu döyüşdə də cinahlardan hücum planı tətbiq olundu. Lakin 

min yeniçəri tüfəngçisinin olduğu osmanlı qüvvələri yenə də qələbə çaldılar. Qızılbaş qüvvə-

ləriiki üç fərsəxlikdə olan (12-18 km) Mardin qalasına çəkildilər. Qara xan bu döyüşdə tüfəng 

möhrəsindən aldığı yaradan öldü (1, c.II, 317-319; 2, c.IV, 265-267; 15, 28). 16 iyun 1515-cı 

ildə  (4  cümadə  əl-əvvəl  h.921)  Üsküdarda  Bığlı  Məhəmməd  paşanın  qasidi  Kamaxın  süqutu 

barədə  qələbə  xəbərini  sultana  çatdırdı  (1,  c.II,  329;  2,  c.IV,  279).  Mardin  qalası  Qara  xanın 

qardaşı Süleyman bəyin başçılığı iləbir ilə qədər Osmanlı ordusunun mühasirəsinə dözdü (1, 

c.II, 319, 320;2, c.IV, 268, 269). 7 aprel 1517-ci ildə Mardin osmanlılar tərfindən fəth olundu 

(12,  109).  Bunun  ardınca  Həsənkeyf,  Savər,  Urfa,  Mosul,  Sincar,  Telafər,  Ərğani,  Sivrək, 



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                            309 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

Birəcik qalaları tutuldu. Urmi, Eşni, Ərbil, Çemişgəzək və Ərəbgir osmanlılara keçdi (1, c.II, 



320, 321;2, c.IV, 269, 270). Bu xəbərlər Sultan Səlimə Hicaz səfəri zamanı (1517-ci ilin yayı) 

çatdırıldı (1, c.II, 372; 2, c.IV, 333).  

Müharibə təkcə hərbi əməliyyatları əhatə etmirdi. Osmanlı hücumu Şah İsmayılı Misirlə 

ittifaq axtamağa məcbur etdi. Şah İsmayılın Qansu Quridən (1501-1516) Sultan Səlimi sülhə 

razı salmasını xahiş etməsi Xocanın nəzmlə yazdığı hissədən məlum olur. Şah İsmayılın Misir 

sultanına olan məktubunu ifadə edən parçada Sultan Səlimin yeni yürüşə başlayacağı təqdirdə 

nəinki  Şərqə,  həm  də  Şama  ziyan  dəyəcəyi  barədə  xəbərdarlığa  rast  gəlirik.  Misir  sultanına 

ittifaq  təklif  olunur.  Şah  İsmayılın  Misir  sultanını  ittifaqa  cəlb  etməsi  də  buradan  aydın  olur. 

Qansu  Quri  əhd-peyman  bildirən  məktub  (misaqnamə)  vasitəsilə  Osmanlı  qoşunu  Qeysəridə 

olarkən  Sultan  Səlimə  Əcəm  ölkəsinə  getməməyi  məsləhət  bildi  (1,  c.II,  326,  327;  2,  c.IV, 

276,  277).  Qansu  Quri  həmin  məktubunda  Sultan  Səlimi  müharibə  apararsa  Uzun  Həsənin 

Əbu  Səidə  etdiyini  onun  başına  gətiriləcəyi  barədə  xəbərdarlıq  edir,  hücumun  istiqamətini 

Rodos  adasındakı  xristianlara  yönəltməyi  məsləhət  görür  (8,  c.I,  423,  424;  9,  238;  11,  103). 

Təbii ki, Qansu Qurinin Osmanlı – Səfəvi münasibətlərinə qarışması təsadüfi deyildi. H.921-ci 

il  rəbiül-əvvəl  ayının  29-da  (13  may1515)  Əlaüddövlə  Zülqədər  Osmanlı  ordusu  ilə  döyüşdə 

həlak  oldu,  Sultan  Səlim  Zülqədər  bəyliyinə  son  qoydu,  Misir  sultanını  «qorxutmaq  və 

hürkütmək  üçün»  Əlaüddövlənin  başını  və  öz  Fəthnaməsini  Qansu  Quriyə  göndərdi  (1,  c.II, 

293;2, c.IV,239; 9,261). 

 Şah  İsmayıla  kömək  etdiyi  üçün  Sultan  Səlim  məmlüklərlə  müharibəni  qanuni  sayan 

fitvanın verilməsinə nail oldu (16,60). 

 Osmanlı sultanı 1516-cı il hərbi  kampaniyasını Misirə qarşı yönəltdi. 24 avqust 1516-cı 

ildə  Mərc  Dabikdə  Qansu  Qurini  məğlubiyyətə  uğradaraq  Məmlük  dövlətinə  son  qoydu  (17, 

107;  3,  c.II,  160/161;  18,  173).  Beləliklə,  o,  Şah  İsmayılı  Misir  dövləti  kimi  müttəfiqdən 

məhrum etdi. 

Misir  kampaniyasını  başa  vurub  geri  qayıdan  Sultan  Səlimin  əsas  məqsədinin  «İran  və 

Turan  məmləkətləri»ni  tutmaq  olduğunu  Şah  İsmayıl  da  bildi.  1518-ci  ilin  fevral  ayında 

Sultan Səlim səfərdən qayıdarkən ona Şah İsmayıl tərəfindən təbrik məktubu (təhniyyətnamə) 

göndərildi. Xoca Şah İsmayılın bu məktubundada sülh istədiyini bildirir. Lakin Sultan Səlim 

yenə də əvvəlki kimi hərəkət edərək elçiləri həbs edib İstanbula göndərir (1, c.II, 380; 2, c.IV, 

342, 343).  

XVI  -  XVII  əsrlərin  Osmanlı-Səfəvi  müharibələrinin  səbəblərindən  biri  də  tranzit  ticarət 

yolları  uğrunda  mübarizə  idi  (19,  14).  Avropa  ilə  ədviyyat  ticarətinin  mühüm  nöqtələri 

İskəndəriyyə  və  Beyrut  limanlarını  nəzarətə  alan  Osmanlı  dövləti  dəniz  quldurluğu  üzündən 

Aralıq  dəniz  ilə  ticarət  aparmırdı.  Bu  yalnız  1522-ci  ildə  Rodos  adası  alındıqdan  sonra 

mümkün oldu (20, 191). Sultan Səlim Kiçik Asiyanın cənub-şərqini tutmaqla  mühüm ticarət 

yollarına nəzarəti öz əlinə aldı. Təbriz - Hələb və Təbriz - İznik ticarət yolunun mühüm hissəsi 

hərbi əməliyyatlar zonasında idi (19, 20-21). Bu zaman o, «Əcəm diyarında mədən və xəracın 

olmadığını,  əksər  gəlirin  bacdan  olduğunu  nəzərə  alıb,  hətta,  Ərəb  yolundan  Əcəmə  gediş-

gəlişi dayandırmaq üçün Ərəb diyarına ticarəti belə dayandırmışdı» (1, c.II, 271, 272; 2, c.IV, 

215).  Sultan  Səlimin  ticarətə  qadağa  qoymasını  Oruc  bəy  Bayat  da  təsdiq  edir  (21,  72/116). 

Onun  ticarətə,  silaha  yasağı  tətbiq  etməsi  gələcəkdə  də  böyük  planlar  olduğundan  xəbər 

verirdi  (24,  57).  Şah  İsmayıl  sultana  ikinci  məktubunda  «karvanların  və  yolçuların  gediş-

gəlişinə icazə veriləcəyinə» ümid etdiyini bildirirdi (8, c.I, 414; 9, 238; 10, 187). Sultan Misiri 

fəth  etdikdən  sonra  tacirlərə  Misirdə  ticarət  etməyə  icazə  verdi  (1,  c.II,  272;  2,  c.IV,  215). 

Sultan  Səlim  geniş  işğallar  aparmağı  planlaşdırırdı.  Bu  məqsədlə  o,  Əcəmə  (Azərbaycana  - 



310                                                       

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

T.C.)  üç  illik  səfər  ehtiyatının  hazırlanması  üçün  Divana  tapşırıq  vermişdi  (1,  c.II,  324;  2, 



c.IV, 273). Misirdən qayıdan Osmanlı sultanı ordunun üzücü səfərdən qayıtmasını nəzərə alıb 

bu səfərini növbəti ilə planlaşdırmışdı (1, c.II, 380, 381; 2, c.IV, 343). 1519-cu ildə artıq yeni 

müharibə  təhlükəsi  gerçəkləşməkdə  idi.  Venesiya  Respublikasının  Nikosiyada  canişini  olan 

Alvikos  dArmer  iyulun  7-də  Hələbdən  aldığı  xəbər  barədə  öz  respublikasına  məlumat  verib 

Böyük Türkün Sufi üzərinə hücuma hazırlaşdığını yazırdı (11, 105; 22, 151).  

Növbəti hücum qarşısında qızılbaşlar Anadolunu yenidən qiyam yerinə çevirdilər. Qızıl-

başlar bu zaman Osmanlı şahzadəsi Muradın adından istifadə etdilər. Qaramanı «babası Bayə-

ziddən qalmış qanuni mülk» (21, 72/116) sayan Sultan Murad hələ 1512-ci ildə Nur Əli xəli-

fənin Ruma yürüşü zamanı qızılbaşlara qoşulmuş və Toqatın alınmasına kömək etmişdi (bax: 

23,  111-112).  Sultan  Səlimin  tələblərinə  baxmayaraq  o,  Şah  İsmayılın  yanında  qalmış,  hətta 

Çaldıranda  şahın  qərargahıqda  olmuşdu  (21,  73/117).  Şah  İsmayıl  tərəfindən  Farsa  hakim 

təyin  olunan  Murad  həmin  vilayətə  gedərkən  yolda  ölmüşdü  (23,  191).  Şah  İsmayılın  Sultan 

Səlimin  Şah  İsmayılın  yanında  olan  qardaşı  oğlu  kimi  təqdim  olunan  Düzmə  Murad 

Amasyada peyda oldu. Osmanlı dövləti yenidən daxili çaxnaşma ilə üz-üzə qoyuldu (1, c.II, 

388;  2,  c.IV,  351).  Bu  hadisəni  «fitnəyə  bəhanə  istəmək»  kimi  qiymətləndirən  Sultan  Səlim 

1520-ci  ildə  vəfat  etdi.  Nəinki,  Azərbaycan  və  Türkiyə  tarixini,  həm  də  dünyanın  tale  yüklü 

dövrünün «Tacüt-təvarix»də təsviri bununla da bitir.  

«Tacüt-təvarix»in Çaldıran döyüşündən (23 avqust 1514) sonra Anadoluda aparılan hərbi 

əməliyyatlar  barədə  məlumatları  və  İdris  Bidlisinin  Diyarbəkrdə  kürd  əmirləri  arasındakı 

fəaliyyətini  təsvir  edərkən  hadisələrin  ardıcıllığı  müəllif  tərəfindən  ciddiliklə  gözlənilməmiş, 

hadisə tarixlərinin qeyd olunmaması onlar arasında ardıcıllığı izləmədə çətinlik törədir. Lakin 

bütün  bunlara  baxmayaraq  «Tacüt-təvrix»  Səfəvi-Osmanlı  müharibəsinin  aparıldığı  Şərqi 

Anadoludakı hərbi əməliyyatlar haqqında ətraflı məlumatlar verən bir əsərdir. 

XVl  əsrin  əvvəlinin  etno-geosiyasi  mənzərəsinin  təsviri  Xoca  Sədəddin  Əfəndinin 

«Tacüt-təvarix»  adlı  əsərində  öz  əksini  tapır.  İki  yüz  illik  Səfəvi  –  Osmanlı  müharibələriin 

başlanğıcını  qoymuş  bu  dövr  hadisələrinə  nəzər  bəlalarımızın  kökünü  təkcə  Avropadan  uza-

nan  fəsad  əlində  axtarmamağa  sövq  edir.  Etnosiyasi,  geosiyasivə  iqtisadi  amillərin  daha  də-

rindən  öyrənilməsi  cəmiyyətin  tarixi  inkişafının  qaranlıq  nöqtələrini  daha  dərindən  öyrən-

məyə, dünyanın inkişafında yer və rolumuzu daha dəqiq müəyyən etməyə imkan verə bilər. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 



 

1.

 سرُو ِرظاو ًيمُمع فراعم ،



اﭘ

جات ُبشا يذىتراظو كيىهترضحاش

ﻳﺦ راَتها

جات


ﺧﻮﺍﺟﻪﺳﻌﺪﺍﻟﺪﻳﻦﺍﻓﻨﺪﻯ 

اخعبط ّواسذهج كواُىع تغلاب باتك واو خيراُتنا

ًو

،رذشموُناعبط ەدرمعء



ًوس

١٢۸۰


،

٥۸٢


ص 

 

2. 



Hoca Satettin Efendi.Tac üt-tevarih / yalınlaştıran I.Parmaksızoğlu. c. IV, İstanbul: Milli 

Egetim basım evi, 1979, 407 s. 

3. 

Шарафхан бин Шамсаддин Бидлиси Шарафнаме / Перевод, предсловие, 



примечания и приложения Е.И.Васильевой. т.II, Москва, Наука,1976, 350 с. 

4. 


РахманиА.А.“Тарихи алам ара-и Аббаси” как источник по истории Азербайджана. 

Баку: Изд-ва АН Аз.ССР, 1960, 192 с. 

5. 

Петрушевский И.П.Азербайджана в ХVI-ХVII вв. / Сборник статей по истории 



Азербайджана. Баку: Изд-во АН Аз.ССР, 1949, с.225 – 297 

6. 


Akşin Sina.Türkiye tarihi: Osmanlı devleti. c.ll, Istanbul: Doğan Ofset, 1989, 356 s. 

7. 


Ahsan ut tevarih / translated by Ch.Seddon, Critical editions on unprinted and original 

works of Oriental literature, edited by competent scholors and published by oriental 




Mənbəşünaslıq, Tarixşünaslıq

                                                            311 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

Inistitute.Baroda: Printed by P. Knightat the Baptist Mission Press, 1934, 302 p. 



8. .

رﻔ 


َ

ذ

 نَ



لاسنا ﺕاعشومﻙب

ط

هي



،

ج

١



 ،لُبواتسا ،

١٢٧٤،٢٦٢


ص

 

9.



ُِﻔط ميعمسا ياشيياُو هيسحناذبع 

(

 



یهيظﻔت ی اٍتشاد داياب يارمٌ یخيرات ﺕ ابتاكم َ داىسا

)

 ،نارٍت ،



 ًىاﺧﭙاﭼ

 اراشتوا


ّسمش ِرجٌ ،نارا گٌرف دايىب ﺕ

١٣٤


،

۴١۹


 

10.  Vilayəti  Ə.Ə.Şah  İsmayıl  Səfəvi  dövründə  İranın  xarici  əlaqələr  tarixi.  Bakı:  əl-Hoda, 

1998, 421 s. 

11.  Fərzəlibəyli Ş.F.Azərbaycan və Osmanlı imperiyası (XV - XVl əsrlər). Bakı: Elm, 1995, 

198 s. 

12.  Haydar Çelebi Ruznamesi. Ankara: Kervan kitapçılık A.Ş., 1960, 221 s. 



13.

اشو 


یﭼىاشى خيراتيذاﺯهاﺿمر یﭼو

،

 خيرات



،كهمناَ ايبوا ضظق

/M.Füzuli  adına  Əlyazmalar  inistitutu, 

728/ 2301. 

14.  SolakzadəM.Tarix / Tərcümə edən Z.M.Bünyadov. Bakı:Elm, 1992, 84 s. 

15.  Qızılbaşlar tarixi / Tərcümə və şərhlər M.Ə.Məmmədinindir. Bakı: Azərbaycan, 1993, 

48 s. 


16.  Бартольд В.В.Халиф и Султан. Сочинения, т.VI, Москва: Наука, 1966,с.17 – 78 

(784 с.) 

17.  Gelibollu Mustafa Ali.Halet ül Kahire min’l-adati’z-zahire / Sadelehtiren: Orhan Şaik 

Gökyay. Ankara: Başbakanlık basım evi, 1984, 164 s. 

18.  Семенова Л.А.Салах ад-дин и мамлюки в Египте. Москва: Наука, 1966, 173+22 с. 

19.  ПапазянВ.А.Торговые магистрали Табриз-Алеппо и Табриз - Смирна в системе 

торговых отношений Сефевидского государства с Западом: Автореферат на соискание 

кандидата исторических наук. Тбилиси, 1986, 24с. 

20.  Орешкова С.Ф. Из истории посреднической торговли в Османской империи в 

конце XV – начале ХVI в. / Товарно-денежные отношения на Ближнем и Среднем 

Востоке в эпоху средневековье, Бартольдовские чтения, 1976, Москва: Наука, 1979, 

с.187-194 

21.  Книга Орудж бека Байата Дон Жуана Персидского / Перевод с английского, 

введение и комминтарий д.и.н.Октая Эфендиева, к.и.н.Акифа Фарзалиева. Баку: Язычы, 

1988, 216 с. 

22.  Махмудов Я.М.Взаимоотношения государств Ак-коюнлу и Сефевидов с 

Европейскими странами (II половина XV - XVII вв.). Баку: Изд-во БГУ, 1991, 264 с. 

23.  Эфендиев О.А. Образование Азербайджанского государства Сефевидовв начале 

XVI века.Баку: Изд-во АН Аз.ССР, 1961,208 с. 

24.  Erendil M.Tarihde Türk-İran ilişkileri. Ankara: Gnkur basımevi, 1976,157s.  

 

Т.Р.ДЖАФИЕВ 

Научный сотрудник Института Истории имени А.Бакиханова НАНА 

 

ВОЕННО-ПОЛИТИЧЕСКОЕ И ДИПЛОМАТИЧЕСКОЕ ПОЛОЖЕНИЕ ПОСЛЕ 



ЧАЛДЫРАНСКОЙ БИТВЫ В ИСТОРИЧЕСКОМ СОЧИНЕНИЕ «ТАДЖ УТ – 

ТЕВАРИХ» ХОДЖА САДЕДДИНА ЭФЕНДИ 

 

 



В  публикуемой  статье  рассматривается военные  действия  и  дипломатические  от-

ношения  между  Азербайджанским  государством  Сефевидов  и  Османской  империей. 

События  происходившие  в  начале  XVI  века  Азербайджане,  Восточной  Анатолии  и 

Ближнем  Востоке  анализируется  на  основании  данных  источника.  На  основе  мате-




312                                                       

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

риалов труда «Тадж ут – Теварих» анализируется дипломатические действия государств 



–  Египетских  Мамлюков,  Азербайджанского  государства  Сефевидов  и  Османской 

империи. 



 

T.R.JAFIYEV 

The research assistant of Institute of History named after A.Bakikhanov, ANAS 

 

MILITARY–POLITICAL AND DIPLOMATIC STATUS AFTER 



CHALDIRANFIGHT IN HISTORY ACCORDING TO “TAJ UT-TEVARIKH” 

WRITTEN BY KHODJA SADEDDIN EFENDI 

 

 



Military  operations  and  diplomatic  relations  between  Azerbaijan  Sefevids  state  and 

Ottoman  empire  have  been  considered  in  this  article.  Events  occuring  in  Azerbaijan,  East 

Anatolia and the Near East at the beginning of XVI centuries have been analyzed on the basis 

of  the  source  data.  Diplomatic  relations  among  the  states-Egypt  Mamluks,  Azerbaijan 

Sefevids state and Ottoman empire have been investigated on the basis of materials of “Taj ut-

Tevarikh”. 



 

 

Rəyçilər: t.ü.f.d. T.Nəcəfli, t.e.d.Q.Ə.Əliyev 

 

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbə-

sinin 10.09.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №05). 

Yüklə 88,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə