313 Tarix və onun problemləri



Yüklə 376,87 Kb.
Pdf görüntüsü
tarix04.08.2018
ölçüsü376,87 Kb.
#60899


Mənbəşünaslıq, Tarixşünaslıq

                                                              313 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



QƏNBƏR KƏRƏMI 

AMEA A.A.Bakıxanov adına 

Tarix İnstitutunun doktorantı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

ZƏNCAN XANLIĞINDA ICTIMAI HƏYAT,  

SOSIAL-IQTISADI VƏ SIYASI MÜNASIBƏTLƏR 

(XARICI MÜƏLLIFLƏRIN ƏSASINDA) 

 

Açar sözlər: Zəncan, Zülfüqar xan, məscid, bazar, büllur sütunlar 

Ключевые слова: Зенджан, Зульфугар хан, мечет, базар, фарфоровые колонны 

Key words: Zandjan, Zulfuqar khan, mosque, a market, krystal columns 

 

Azərbaycanın  XVIII  əsrin  ikinci  yarısı  -  XIX  əsrin  əvvəllərində  mövcud  olmuş  xırda 

dövlətlərindən - xanlıqlardan ən az öyrəniləni Zəncan xanlığıdır. Bunu nəzərə alaraq biz qar-

şımıza həmin xanlıqdakı ictimai həyat, sosial-iqtisadi münasibətlər haqqında məlumat verməyi 

məqsəd qoyduq. 

Zəncan  xanlığının  əhalisi  əsasən  şiə  məzhəb  idi.  Zəncan  şəhərində  Seyid  İbrahim  adı 

ilə  bağlı  bir  imamzada  vardır.  Deyilənə  görə  o  imam  Museyi-Kazımın  övladlarından  biri  ol-

muşdur.  I  Şah  Abbas  Səfəvi zamanında o imamzadədə bir  günbəz tikilmişdi  ki, bu da oraya 

girişdə  çətinlik  yaratmışdır.  İcrud  şəhristanlığında  Tuğ  Qalası  (Qəleyi-tuğ)  adlı  bir  kənd  var 

idi.  Çox  böyük  ehtimala  görə  bura  Zülfüqar  xanın  əcdadlarının  məskəni  olmuşdu.  Çünki 

sonralar o öz ailəsində Böyük Zülfüqar adı ilə məhşurlaşmışdır. Zülfüqar xan Əfşar yüksək sə-

viyyəli bir əmir idi. Kərim xan Azərbaycan səfərindən qayıdan zaman qabiliyyət və istedadına 

görə Xəmsə (beş` yolun arasında yerləşdiyinə görə belə adlanırdı-Q.K.) və Zəncanın hakimli-

yini  ona  tapşırdı.  O,  bu  mülkdə  tam  istiqlaliyyət  əldə  edib  camaatın  hörmətini  qazandı  [2, 

s.65-71]. 

 Zülfüqar  döyüşlərdə  qələbə  çalıb  Xəmsəyə  (Zəncan  bölgəsinin  səfəvilər  zamanından 

pəhləvi zamanına qədər adı belə idi-Q.K.) çatdıqdan sonra imamzadə Seyid İbrahimin şərafətli 

türbəsini  qızıl  günbəzlə  çox  gözəl  bir  tərzdə  nizama  saldı  [1,  s.50].  Xanın  fərmanına  əsasən 

şəhər  məscidinin  minarələrindən  müəzzimin  səsi  eşidilən  kimi  xırda  alverçilər  bazar  və 

dükanları  tərk  edib  məscidin  sitayiş  üçün  ayrılan  yerinə  toplaşmalı  idilər  [1,  s.51].  Zülfüqar 

xan seyidlərə çox böyük ehtiram bəsləyirdi. O, bütün seyidlərə, ələvi, nəbivi, rzavi olmasından 

asılı  olmayaraq  ehtiram  göstərirdi.  Xan  bir  gün  atını  minib  şəhəri  dolaşarkən  bütün  rzavi 

seyidlərin başçısı olan Seyid Mənsur bin Məhəmmədlə qarşılaşdıqda, atdan düşüb, onun etiraz 

etməsinə baxmayaraq, seyidi başdan ayağa öpmüşdü [1, s.53].  

Şəhərdə bazarın olması Əmtəə dövriyyəsinin olmasını göstərən bir əlamətdir [3, 1369, 

s.66].  Zəncan  da  bu  şəkildə  formalaşan  şəhərlərdəndir.  Əslində  qədim  bazar  və  çoxlu  sayda 

karvansaraların tikilməsi Ağa Məhəmməd xanın hicri 1205-ci ildə (miladi-1791-ci il) verdiyi 

göstəriş  əsasında  Abdulla  xan  Usanlı  tərəfindən  həyata  keçirilmiş  və  bu  iş  1213-cü  ildə 

(miladi-1799-cu il) Fətəli şah zamanı sona çatdırılmışdır [1, s.79]. 

Bazar taxıl anbarı, əşya istehsal edən sexlər, ticarət mərkəzləri, ictimai hadisələrin for-

malaşması,  bank,  dini  qayda-qanular  ümumilikdə  bütün  cəmiyyətintəlim  və  tərbiyə  mərkəzi 

hesab olunurdu [4, s.112-114]. Əvvəldə qeyd edildiyi kimi, Zəncana gələn əksər səyahətçilər 

ilk növbədə onun bazarını da seyr etmişlər.  



314                                                         

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Boqdanov  1909-cu  ildə  nəşr  etdirdiyi  kitabında  Zəncanın  adını  Azərbaycan  şəhərləri 



arasında  çəkir  [5,  s.21].  1812-1813-cü  illərdə  Azərbaycan  və  İranı  səyahət  etmiş  fransız 

səyyahı Druvil Zəncan haqqında yazırdı ki, bu Kazmet vilayətindən mərkəzi olan iri şəhərdir 

və  Zəncançayın  sahilində  yerləşir.  O,  çox  qədimdir.  Qeyri-münbit  və  daşlıq  düzənlikdə 

yerləşir.  Bir  neçə  dəfə,  xüsusən  Teymurləng  tərəfindən  dağıdılmışdır,  ancaq  həmişə  xaraba-

lıqlardan yüksəlmişdir. Onun əhalisi çoxdur [6, s.9]. 

Boqdanov  XIX  əsrin  ortalarında  Zəncanın  20  min  əhalisi  olduğunu  yazır.  Həmin 

dövrdə  şəhərin  böyük  əhəmiyyətə  malik  olmadığını,  ancaq  münbit  vadidə  yerləşdiyini  və 

sağlam  havası  ilə  fərqləndiyini  yazır.  Zəncan  şəhəri  eyni  adlı  çayın  sahilində  düzənlikdə 

yerləşir və təpələrlə əhatə olunmuşdu. Şəhər kiçik bürcləri olan gildən hörülmüş divarla əhatə 

olunmuşdu.  Şəhərin  qərb  tərəfində  böyük  qəbiristanlıq  vardı.  Orada  iki  imamzadənin  mavi 

günbəzləri  yüksəlirdi.  1850-ci  ildə  babilərə  qarşı  mübarizə  aparan  şah  qoşunları  şəhəri 

mühasirəyə  alaraq  qanlı  döyüşdən  sonra  ora  soxulmuş  və  şəhəri  dağıtmışdılar.  Şəhərin  bir 

hissəsi müdafiəçiləri tərəfindən, digər hissəsi isə qaliblər tərəfindən dağıdılmışdı [5, s. 21]. 

1834-1835-ci  illərdə  Azərbaycan  və  İranda  olmuş  baron  Fyodr  Korf  Sultaniyyə 

haqqında  yazırdı  ki,  bu  yer  məşhur  məscidin  xarabalıqları  ilə  diqqəti  çəkir.  Hündürlüyü  və 

böyüklüyü ilə bu məscid İranın bütün binalarından hündürdür və Avropanın ən böyük binaları 

ilə  müqayisə  oluna  bilər.  Böyük  ölçülü  gümbəz  12  minarə  ilə  əhatə  olunmuşdur,  onlardan 

yalnız  üçü  tam  salamatdır,  digərləri  bu  və  ya  digər  dərəcədə  dağılıb  [7,  s.189].Korf  həmin 

məscidin  inşası  haqqında  eşitdiyi  bir  rəvayəti  verir.  XV  əsrdə  ölcayto  monqol  xanı  -  sultan 

məhəmməd Xudabəndə -çox mömin hökmdar həzrət Əlinin nəşlərini Kərbəladan gətirib daha 

layiqli  yerdə  dəfn  etmək  qərarına  glir.  Bu  məqsədlə  də  Sultaniyyədə  böyük  məscidin 

tikilməsini əmr edir. Ancaq məscidin tikintisi başa çatanda Xudabəndə yuxusunda Əlini görür. 

Əli onun qəbrinə toxunmamağı əmr edir, niyyətinə görə Xudabəndəyə təşəkkür edir və bildirir 

ki, onun üçün inşa etdirdiyi böyük məscid Xudabəndənin öz qəbri olacaqdır. Çünki o, bir ildən 

sonra öləcəkdir. Dindar bir adam olan Xudabəndə onun üçün söylənilən taledən qorxmamış, 

ancaq  müqəddəs  Əli  üçün  nəzərdə  tutulmuş  yerdə  dəfn  olunmasını  istəməmişdir,  məscidlə 

yanaşı kiçik bir bina inşa etdirmiş və orada dəfn olunmuşdur [7, s.189-190]. 

1812-1813-cü illərdə Sultaniyyədə olmuş fransız səyyahı Q.Druvil yazırdı ki, Zəncanda 

üç  böyük  məscid  vardır,  onlar  bir-birlərindən  elə  aralıda  yerləşirlər  ki,  bu  şəhərin  çox  geniş 

əraziyə malik olduğunu göstərir [6, s.57]. 

Boqdanovun  yazdığına  görə  Sultaniyyə  şəhəri  monqolların  hakimiyyəti  dövründə 

salınmış, Qəzvindən Zəncana gedən yolda sonuncudan beş fərsəx məsafədə yerləşirdi. Şəhər 

Ilxan  Olcaytu  Məhəmməd  Xudabəndə  (1304-1316)  tərəfindən  salınmışdı.  Olcaytu  sultan  bu 

şəhərdəki məsciddə dəfn olunmuşdur. Əslində şəhərin əsası hələ əvvəl Olcaytunun atası İlxan 

Arqun tərəfindən qoyulmuşdu [5, s.16]. 

Boqdanovun  yazdığına  görə  şəhər  sürətlə  inkişaf  etmiş,  ancaq  tezliklə  də  tənəzzülə 

uğramışdır. XVI əsrin sonunda şəhər artıq əvvəlki əhəmiyyətini itirmişdi. XIX əsrin otuzuncu 

illərində Fətəli şah bu şəhərə diqqət yetirmiş və onun əvvəlki əzəmətini bərpa etmək qərarına 

gəlmişdir.  Qəsr  və  saray  inşa  olunmuşdu.  O  zaman  Sultaniyyə  sakinlərinin  sayı  cəmi  2  min 

nəfər idi [5, s.16-17]. 

Boqdanov  yazır  ki,  Olcaytu  Xudabəndənin  inşa  etdirdiyi  böyük  məscidin  130  funt 

hündürlüyündə  günbəzi  vardı.  Məscidin  üç  qapısı  vardı,  onlardan  yalnız  ikisi  açılırdı. 

Məscidin divarları  və tavanında Qurandan kəlamlar boya ilə həkk olunmuşdu. Məscidin arxa 

tərəfində  mehrabın  arxasında  elxanın  qəbri  yerləşirdi.  Qəbir  yoğun  polad  çubuqlarla  əhatə 

olunmuşdu [5, s.17]. 



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                              315 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

Boqdanov  yazır  ki,  kiçik,  yaxudxarici  məscid  bir  qədər  kiçikdir  və  gümbəzinin  hün-



dürlüyü 12 futa çatır. Məscid səkkizguşəli formada inşa olunmuşdu. Baş qapı şərq tərəfdə idi. 

Məscidin  daxili  Quran  surələri  ilə  bəzədilmişdi.  Boqdanovun  yazdığına  görə  məscidə  bitişik 

düzbucaqlı bir bina inşa olunmuşdu, burada I Şah İsmayıl dəfn olunmuşdu [5, s.17]. 

Rus nəqqaşı Aleksis Saltıkovun hicri şəmsi 1254-(1838-ci) ildə Zəncan şəhəri haqqında 

yazdıqları  çox  maraqlıdır.  Onun  yazdıqlarına  görə,  Zəncanı  çirkli  və  mənzərəsiz  kiçik  bir 

şəhər hesab etdiyi halda gözlərinin qarşısında son dərəcə abad bir şəhər görünürdü. O yazır: 

Əvvəlcə  bazarın  bir  hissəsini  atla  keçdik.  Sonra  getdikcə  qısalan  və  daralan  qapılardan 

keçərək qədim bir qəsrin xərabələrini mənə göstərdilər. Məni nökərlərlə dolu olan bir bağdan 

keçirdilər.  Orada  nizamsız  şəkildə  tikilmiş  bir  neçə  bina  var  idi.  Digər  tikililərə  nisbətən  az 

dağılmış binalar ehtimal ki, şəhər hakiminin evi, yaxud oturduğu yer olmuşdur.  

Saltıkovu  əyri-üyrü  pilləkənlarla  yuxarı  çıxarıb,  onun  dediyinə  görə,  “eşitmədiyi  belə 

bir  gözəllik  və  əzəmətə  malik”  imarətə  gətirdilər.  Saltıkovonu  qəbul  edən  şəhər  hakiminin 

qonaqpərvərliyini bütün təfsilatı ilə təsvir etmişdir: 

Büllur  sütunlar  vasitəsilə  saxlanılan  şahnişinlər  (şahın  oturduğu  yer)  bu  mənzilin 

ətrafında idi. Onun divar və tavanında parlaq qızıl işləmələrlə qarışıq minlərlə ayinlər, güllər, 

ov səhnələri, bir qədər incə mövzulardan bəhs edən işıqla nəqş əsərləri görünürdü. Su ilə dolu 

böyük bir hovuz bu gözəl binanın mərkəzində yerləşirdi. Bina səkkiz guşə şəklində idi. Onun 

ətrafında tamaşaxananı xatırladan yerlər, sadə tikililər  var idi ki, nökərlər orada yaşayırdılar. 

Bu  imarət  kürsülü  tikilmişdi.  Ancaq  birinci  mərtəbədə  hər  biri  məxsusi  şəkildə  zinətləndiril-

miş və bir-biri ilə gözəllikdə rəqabət aparan bütün otaqlar bir-birindən şüşə qapılar və ağ pər-

dələrlə ayrılırdı. Heç zaman Zəncan hakiminin mənə məhəbbətlə göstərdiyi qonaqpərvərlikdən 

yüksəyini  görməmişəm.  Bizim  süfrəmiz  bir  qədər  əfsanəni  xatırladan  meyvə  və  şirniyyatla 

doldu.  Mənim  üçün  qızıldan  hazırlanmış  əla  qəlyan  gətirdilər.  Hakim  bir  kəlmə  də  danışma-

dan mənim qarşımda oturdu. Nəhayət, məni ağ pərdələri tamamilə çəkilmiş gözəl şahnişinlərə 

aparmayıb oradan getdi. Cəld bir hərəkətlə tələsik pərdəni geriyə çəkdim ki, aşağı mərtəbəni 

sərinləşdirən  hovuzun  mənzərəsini,  eləcə  də  günəş  şüalarının  minlərlə  güzgülərlə  bəzədilmiş 

rəngli  şüşə  şəbəkələrə  və  heyrətamiz  nəqş  əsərlərinə  düşdükcə  yaratdığı  mənzərəni  seyr  et-

məkdən  məhrum  olmayım.  Şam  yeməyi  zamanı  bizə  verilən  növbənöv  plovları,  xuruşları 

balıqları,  kababları  və  qatığı  təsvir  etmək  mümkün  deyildir.  Süfrə  şərbət,  mürəbbə,  içməli 

sular,  narlar,  ləzzətli  yemişlərlə  dolu  idi.  Bizim  üçün  heç  nəyi  əsirgəməmişlər.  Çoxlu  sayda 

böyük-böyük  sinilər  qapıdan  deyil,  pəncərədən  içəri  ötürülürdü,  çünki  onları  qapıdan  içəri 

gətirərkən kifayət qədər uzun bir məsafə yaranırdı. Beləliklə, bu gözəl şərqli günü başa çatdı 

[8, s.39]. 

Tanınmış fransız siyasətçi Kent Doserisi də 1839-cu ildə Herat müharibəsindən sonra 

İrana  səfər  edib  “İran  1839-1840-ci  illərdə”  adlı  səfərnaməsini  yazmışdır:  “Balaca  vilayət” 

mərkəzi olan Zəncanın 6000 nəfər əhalisi var. Buranın əhalisi dalaşqan və müharibəyə meylli-

dir. Buna görə də şəhərin ətrafında yaşayan insanlar həmişə narahatlıq keçirir və qorxu altında 

yaşayırlar.  Biz  bunu  öz  təcrübəsində  görmüşük:  Bizə  xidmət  edən  nökərlərdən  biri  əllərində 

uzun bıçaqları olan quldurların hücumuna məruz qaldı. Az qalmışdı ki, onu qətlə yetirsinlər ... 

[9, s.41]. 

Beləliklə,  bir  sıra  xarici  müəlliflərin  əsərlərində  Zəncan  xanlığı  haqqında  olan  məlu-

matların öyrənilməsi  göstərir  ki, birincisi, Zəncanda çoxlu tarixi tikililər var idi; ikincisi, şə-

hərdə ticarət inkişaf etmişdi; üçüncüsü, Zəncan şəhərinin əhalisi o qədər də çox deyildi. 

 

 



316                                                         

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

İstifadə olunmuş ədəbiyyat 



 

1.

 



Darül-ürfan. Xəmse. Məhəmməd Haşim Asif. Nəşr pinar. Zəncan. 1387. 87 s. 

2.

 



Rzaqulu xan Hidayət. Rovzətüs səfa-ye Naseri. c. IX, Tehran, İqbal, 1368, 435 s. 

3.

 



Maks Vebr. Şəhər zamanın keçidində. Tərcüməsi Şiva Kavyanındır. Tehran, 1369. 

4.

 



Yervand Abrahimyan. İranın siyasi cəmiyyətşünaslığı haqqında məqalələr. Səhilə 

Turabi Farsaninin tərcüməsi. Tehran, Şiraz nəşriyyatı. I çapı, 1376-cı il (h.ş 

5.

 

Boqdanov L.F. Persiə v qeoqrafiçeskom, reliqioznom, bıtovom, torqovo-



promışlennom i administrativnom otnoşenii. SPB., 1909. 

6.

 



Q.Druvil. Səfəri dər İran. Mütərcim Mənüçöhr Etiman Müqəddəm. Capu dovvom. 

Enteşarate Şəbaviz 1365 (h.ş). 

7.

 

Korf. F. Vospominaniə o Persii 1834-1835 barona Feodora Korfa. SPb., 1838, 294s. 



8.

 

Aleksis Soltikov.Müsafirət be İran. Mütərcim Möhsün Səfa. Tehran. Bonqah 



tərcome və nəşri. 

9.

 



Kent Doserisi. Tərcümə Ehsan İşraqi. Tehran, nəşr soxən 1390, 335 s. 

 

Г.КАРАМИ 

 

СОЦИАЛЬНАЯ ЖИЗНЬ, СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКИЕ И 

ПОЛИТИЧЕСКИЕ ОТНОШЕНИЯ В ЗЕНДЖАНСКОМ ХАНСТВЕ 

 

В  статье,  впервые  в  историографии  объектом  исследования  является  совсем 



неизученная  история  Азербайджанского  Зенджанского  ханства.  В  частности  изучена 

социальная жизнь, социально-экономические и политические отношения в ханстве. 



 

GHANBAR KARAMI 

 

THE SOCIAL-ECONOMY AND POLITICAL CONSIDERATION 

OF ZANDJAN KHANATE 

 

Historian  object  of  the  search  which  wasn’t  learned  before  is  historical  relation  of 



Azerbaijan Zandjan Khanate, given in this article first time. First of all has been learnt social 

life, social-economical and political reactions of the khanate. 



 

 

Rəyçilər: t.ü.f.d. İ.Məmmədova, t.e.d.S.A.Məmmədov 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Azərbaycanın yeni tarixi” şöbəsinin 7 

fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№02). 

Yüklə 376,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə