321 Tarix və onun problemləri



Yüklə 60,53 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü60,53 Kb.
#48802


Mənbəşünaslıq, Tarixşünaslıq

                                                            321 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



RƏHIM QURBANOV 

Azərbaycan DövlətMədəniyyət və İncəsənət Universitetinin 

“Sosial – Siyasi elmlər” kafedrası, tarix üzrə fəlsəfə doktoru 

E-mail:TarixVeOnunProblemleri@gmail.com 

 

AZƏRBAYCAN TARIXŞÜNASLIĞI MÜASIR DÖVRDƏ 

 

Açar sözlər: Demokratiya, Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Ziya Bünyadov, 

Tarixşünaslıq, Qarabağ 



Ключевые слова: Демократия, Акдемия наук, Бакинский Государственный Университи-

тет, Зия Бунятов, Историяведение, Карабах 



Keywords: Demokracy, Azerbaycan national Academi of Sciences, Baku State University, 

Ziya Bünyadov, Historiography, Karabaqh 

 

XX  əsrin  80-ci  illərin  ikinci  yarısında  sovet  cəmiyyətində  baş  vermiş  dəyişikliklər 



Azərbaycan  tarixşünaslığına  da  öz  təsirini  göstərmişdir.  Demokratiya  və  aşkarlıq  şəraitində 

tarixi  tədqiqatların  aktuallığı  artır.  Azərbaycan  tarixşünaslığında  sovet  hakimiyyəti  illərində 

qadağa qoyulmuş mövzuların tədqiqinə başlanıldı. 

Azərbaycanın  qədim  və  orta  əsrlər  tarixinə  aid  yeni  tədqiqatlar  meydana  çıxır.  Azər-

baycan  xalqının  etnogenezi  məsələsi  və  bu  sahədə  diskussiyalar  genişləndi.  Xalqımızın  orta 

əsrlər  tarixinə  aid  yeni  tədqiqatlar  meydana  çıxır.  Bu  sahədə  akademik  Ziya  Bünyadovun 

“Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyası daha aktualdır. Bu monoqrafiya Azərbaycan 

tarixşünaslığı üçün böyük bir töhfə idi. Kitab ilk dəfə 1965-ci ildə rus dilində Azərbaycan SSR 

Elmlər  Akademiyası  nəşriyyatı  tərəfindən  çap  olunmuşdur.  Azərbaycan  dilində  olan  mətn 

1970-ci ildə nəşr olunmalı idi.Lakin naməlum səbəblər üzündən bu alınmır. Nəhayət 1989-ci 

ildə “Azərbaycan VII-IX əsrlərdə” kitabı Azərbaycan dilində nəşr olunur. Kitabda Azərbayca-

nın ərəblər tərəfindən istila edilməsi dövrü ilk dəfə tədqiq olunur.Onun siyasi və sosial-iqtisadi 

vəziyyəti,  yerli  hakimiyyətin  Ərəb  xilafətinə  münasibəti,  istilaçılara  qarşı  xalqın  azadlıq 

mübarizəsi  nəzərdən  keçirilir.  İnzibati  bölgü,  vergi  sistemi,  kənd  təsərrüfatının  inkişafı  və  s. 

haqqında  məlumat  verilir.  Ərəb  işğalçıları  ilə  mübarizə  aparmış  Babək  və  onun  silahdaşları 

haqqında ərəb mənbələrindən götürülmüş materiallar kitabda böyük maraq doğurur. 

XX əsrin əvvəllərində milli-azadlıq hərəkatı tarixi,inqilabi-demokratik hərəkatdan bəhs 

edən  tarixi  mövzuda  əsərlər  meydana  çıxır.  Azərbaycan  tarixşünaslığını  bəzəyən,  Cənubi 

Azərbaycanda  inqilabi,  sosial-demokrat  hərəkatını  özündə  əks  etdirən  müəllifi  Nəriman 

Həsənov olan və 1986-cı ildə çapdan çıxmış “Oyanmış Təbriz və Səttarxan”monoqrafiyasıdır. 

Kitabda Azərbaycan xalqının qəhrəman oğlu, İran inqilabının rəhbərlərindən biri Sərdare milli 

Səttarxanbaşda  olmaqla  Cənubi  Azərbaycanda  1905-1911-ci  illərdəki  inqilabi-demokratik 

hərəkatdan,  əncumanların,  silahlı  mücahid-fədai  dəstələrinin,  sosial-demokrat  təşkilatlarının 

yaranması  və  onların  fəaliyyətindən,  1907-1909-cu  illərdə  Təbrizdə  silahlı  üsyandan,  Səttar-

xan başda olmaqla Cənubi Azərbaycanda inqilabi hökumətinyaranmasından, onun həyata ke-

çirdiyi sosial-iqtisadi və inzibati tədbirlərdən, 1905-1911-ci illər İran inqilabı dövründə Azər-

baycanın və azərbaycanlıların çox mühüm aparıcı mütərəqqi rolundan danışılır. 

1980-ci  illərin  sonu  1990-cı  illərdən  başlayaraq  Azərbaycan  Xalq  Cümhuriyyəti  tari-

xinin  saxtalaşdırılmasına  qarşı  yeni-yeni  tədqiqatlar,  araşdırmalar  aparılır.  Sovet  dövründə 

nəşr olunmamış, mühacirətdə yazılmış və nəşr olunmuş AXC tarixşünaslığına aid  əsərlər çap 




322                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

edilir və həmin dövrün tarixinə aid əsərlər meydana çıxır. Belə tarixi mövzuda yazılmış, tarix-



şünaslıqda  mühüm  yer  tutan  əsərlərin  müəlliflərinə  misal  olraq  Nəsib  Nəsibzadə,  Bəxtiyar 

Nəcəfov, Nasiman Yaqublu, Cəmil Həsənov, Ziya Bünyadov, Aydın Balayev, Arif Mansurov 

və başqalarını göstərə bilərik. 

XX  əsrin  80-ci  illərin  ikinci  yarısı  1990-cı  illərin  əvvəllərində  Azərbaycanda  milli-

azdlıq  hərəkatının  gücləndiyi  bir  dövrdə  rus  imperialistlərinə  arxalanan  erməni  millətciləri 

Azərbayacana  qarşı  torpaq  iddiaları  ilə  çıxış  edərək  Qarabağ  məsələsini  ortaya  atdılar.  Bu 

mənada sovet dövrü illərində uzun müddət nəşr olunmayan Qarabağla əlaqədarhələ XIX əsrdə 

yazılmış  əsərlər,  qeydlər,  araşdırmalar  və  digər  sənədlər  yenidən  nəşr  edilərək  Qarabağ 

həqiqətləri xalqa çatdırılır. 1989-cu ildə tarixçi Nazim Axudovun “Qarabağ salnamələri” adlı 

kitabı nəşr olunur. Bu Azərbaycan tarixşünaslığında Qarabağ tarixinin öyrənilməsində mühüm 

rol oynadı. XIX əsrdə XX əsrin əvvəllərində ümumən Qarabağ, xüsusən Qarabağ xanlığı haq-

qında Mirzə Adıgözəlbəy, Mirzə Camal, Mir Mehdi Xəzani, Mirzə Yusif Qarabaği, Əhməd-

bəy  Cavanşir  və  b.  Müəlliflər  salnamələr  əsasında  Qarabağın  keçmişinə  dair  əsərlər  yarat-

mışlar. Nazim Axundov öz kitabında- xüsusi bir bölmədə Qarabağ xanlarının iqtisadi, ictimai 

və mədəni həyatından bəhs etmişdir. 

1989-cu ildə tarixçilər Akif Fərzəliyev və Nazim Axundovun müəllifi olduqları “Qara-

bağnamələr”  adlı  kitabın  birinci  cildi,  1991-ci  ildə  isə  həmin  kitabın  ikinci  cildi  “Yazıçı” 

nəşriyyatı tərəfindən nəşr olunur. Hər iki cildə XIX-XX əsrlərdə müxtəlif müəlliflər tərəfindən 

qələmə  alınmış  Qarabağ  tarixinə  aid  tarixi  əsər,  məqalə  və  araşdırmalar  toplanıb  nəşr  olun-

muşdur. 


1989-cu  ildə  Süleyman  Əlyarlı  və  Yaqub  Mahmudovun  müəllifliyi  ilə  “Azərbaycan 

tarixi üzrə qaynaqlar” adlı kitab nəşr olunmuşdur. Kitab ən qədim zamanlardan XIX əsrin 70-

ci  illərinə  qədərki  dövrü  əhatə  edən  çox  mühüm  sənədlər  və  təsviri  yönümlü  mətnlərdən 

seçmələr daxil edilmişdir. Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrası tərəfindən 

hazırlanmış  bu  kitab  tarixşünaslıq  baxımından  yazılmış  ilkin  dolğun  əsərlərdən  biridir. 

Həmçinin  bu  kitab  respublika  ali  məktəblərində  tarixçi  kadrların  hazırlanması  sahəsində 

qarşıya  qoyulan  vəziflərin  yerinə  yetirilməsi  sahəsində  atılmış  ilk  addımlardan  biridir. 

Tarixşünaslıqla  əlaqədar  kitabda  verilmiş  qaynaqlar  Quldarlıq  və  IV  –  XVIII  əsrləri  əhatə 

edən  feodalizm  quruluşu  tarixini,  nəhayət  Azərbaycanın  Rusiya  tərəfindən  işğalından  sonra 

feodalizmin  tənəzzül  etdiyi  və  kapitalist  münasibətlərin  yarandığı  dövrü  əhatə  edir.  Kitab 

ABU nəşriyyati tərəfindən buraxılmışdır. 

1990-ci  illərin  əvvələrində  Azərbaycan  tarixçiləri  tarixşünaslıq  sahəsində  bir  sıra 

açılmamış  qaranlıq  sahifələri  açaraq  xalqa  çatdırırlar.  Onlar  tarixi  faktlara  əsaslanan  rus 

çarizmi tərəfindən Azərbaycanın işğalına dairyeni-yeni kitablar nəşr edirlər. Belə kitablardan 

biri  tarixçilər  Firudin  Əsədov  və  Sevil  Kərimova  tərəfindən  qələmə  alınmış  “Çarizmi 

Azərbaycana  gətirənlər”  adlı  kitabdır.  Tarixşünaslıq  baxımından  çox  gərəkli  olan  bu  kitab 

1993-cü  ildə  “Gənclik”  nəşriyyatı  tərəfindən  buraxılmışdır.  Kitabda  Azərbaycanda 

müstəmləkəçilik siyasətinin həyata keçirilməsində xüsusi rol oynamış ayrı-ayrı rus və erməni 

zabitlərinin  fəaliyyəti  haqqında  məqalələr  toplanmışdır.  Müəlliflər,  çarizmi  Azərbaycana 

gətirən  bu  zabitlərin  simasında  Qafqazın,  o  cümlədən  Azərbaycanın  ruslar  tərəfindən  işğal 

olunmasını  tarixi  faktlar  əsasında  işıqlandırmışlar.  Çarizmi  Azərbaycana  gətirənlər  arasında 

erməni  millətindən  olan  şəxslər  xüsusi  rol  oynamışlar.  Müəlliflər  həmin  kitabda  çarizmə 

xidmət  edən  və  öz  məkrli  siyasətlərini  həyata  keçirməyə  çalışan  erməni  zabitlərinin,  keşişlə-

rinin  əsl  simalarını  oxuculara  olduğu  kimi  açıb  göstərməyi  hələ  keçən  əsrdən  başlayaraq 




Mənbəşünaslıq, Tarixşünaslıq

                                                            323 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

xalqımızın torpağına göz dikən xain millətin öz məqsədləri uğrunda necə mübarizə apardığını 



tarixi faktlar əsasıda işıqlandırmağı öz qarşılarına başlıca məqsəd qoymuşlar. 

1993-cü ildə “Azərnəşr” tərəfindən müəllifi akademik Z.Bünyadovun olduğu “Qırmızı 

terror”  adlı  kitabı  çap  edilir.  Bu  kitab  XX  əsrin  30-cu  illərinin  repressiyaların  qurbanlarına 

həsr olunmuşdur. Kitab XX əsr 30-cu illərin tarixşünaslığına həsr olunmuş sanballı əsərlərdən 

biridir.  Görkəmli  tarxçi-alim,  Sovet  İttifaqı  Qəhrəmanı  Z.Bunyadov  tərəfindən  kitabda 

Y.V.Çəmənzəminli,  B.Çobanzadə,  A.Şərifzadə,  Hənəfi  Zeynallı,  Məmməd  Cuvarlinski, 

T.Şahbazi  və  b.  yaradıcı  ziyalıların  saxta  dəlillər  əsasında  məhkum  olduğu  inandırıcı  sürətdə 

açılıb göstərilir. 

1992-ci  ildə  görkəmli  tarixçi  Cahangir  Zeynaloğlu  tərəfindən  yazılmış,  1924-cü  ildə 

İstanbulda  nəşr  olunmuş  “Müxtəsər  Azərbaycan  tatixi”  adlı  kitab  çapdan  çıxır.  68-ci  ildən 

sonra Azərbaycan dilində nəşr olunmuş bu  kitabtarixşünaslığımız üçün bir töhfə idi. Kitabda 

Azərbaycanın  ta  qədimdən  1920-ci  ilə  qədər  olan  tarixi  əsk  olunmuşdur.  İstanbulda 

mühacirətdə  olan  müəllif  Cahangir  Zeynaloğlu  1920-ci  illərdə  yazırdı:  “...tariximizi  bilmək, 

şanlı  keçmişimizi  öyrənməkvə  istiqbal  üçün  də  hazırlanmaq  özümüzə  bir  borcdur.  Biz  azəri 

milləti  kimsəyə  təcavüz  niyyəti  bəsləmirik,  gözəl  cümhuriyyətimizin  istiqbalını  və  milli 

varlığımızı mühafizədən başqa bir amalımız yoxdur, yegane məqsədimiz budur. Bunun üçün 

çalışmaq,  qüvvətli  olmaq  və  bu  sürətlə  Avropa  siyasi  təşkilatlarına  daxil  olaraq  Avropa 

ideyalarını qazanmaq biz azərilərə bir vəzifə olmalıdır.Əks təqdirdə, istiqlaliyyətimiz qeyb və 

qoca bir millət məhvə məhkum olur. Bax bunu hər türk bilməli və anlamalıdır.”  

1993-cü  ildə  “Azərbaycan”  nəşriyyatı  tərəfindən  Məmmədhəsən  Vəliyev(Baharlı)  in 

müəllifi olduğu “Azərbaycan” (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk) kitabı nəşr olunur. 

Bu  kitab  (rus  dilində)  1921-ci  ildə  Bakıda  nəşr  olunmuşdur.  Bu  qiymətli  əsər  illər  boyu 

arxivlərdə  istifadəsiz  qalmış,  onunla  heç  kəs  maraqlanmamışdır.  Tarixşünaslıq  baxımından 

qiymətli  olan  bu  kitabda  Azərbaycanın  tarixi,etnoqrafiyası,  təbiəti  və  iqtisadiyyatı  haqqında 

məlumat  verilir.  Eyni  zamanda  torpaq  mülkiyyətindən  və  kənd  təəsrrüfatı  sahələrindən, 

torpağımızın yeraltı, yerüstü təbii sərvətlərindən geniş bəhs olunur. 

1993-cü  ildə  “Azərnəşr”  tərəfindən  tanınmış  tarixçı-alim  Fəridə  Məmmədovanın 

“Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası” monoqrafiyası çap edilir. Bu kitab Azərbay-

can  tarixşünaslığında  1990-cı  illərdə  yazılmış  ən  sanballı  əsərlərdən  biridir.  Təqdim  olunan 

əsərin  əsas  məqsədi  e.ə.  III  əsrdən  başlamış  eramızın  VIII  yüzilliyinədək  böyük  bir  dövrdə 

Albaniyanın atrixi və mədəniyyəti ilə bağlı problemləri öyrənib tədqiq etməkdir. Bunlar tarixi 

coğrafiya, siyasi quruluş, siyasi tarix, ideologiya, mədəniyyət problemləridir. Monoqrafiyanın 

məqsədi alban dövlətinin meydana gəlməsi və inkişafının mühüm anlarını bərpa etmək, onun 

hansı  əsrə  qədər  yaşadığını  müəyyənləşdirmək,  qabaqcıl  ictimai  quruluşa-  yəni  erkən 

formalaşmış  feodal  münasibətlərə  malik  olan  bu  dövlətin  süqutunu  və  alban  etnosunun  yer 

üzündən yox olmasının səbəblərini aşkara çıxarmaqdır.  

1992-ci  ildə  “Azərnəşr”  Hüsyn  Baykaranın  “Azərbaycan  isitqlal  mübarizəsi  tarixi” 

kitabını  nəşr  edir.  AXCnin  süqutundan  sonra  Türkiyəyə  mühacirət  etmiş  Hüseyn  Baykara 

Azərbaycanın istiqlal tarixində mühüm rol oynamışdır. Müstəqil milli Azərbaycan dölətindən 

bəhs  edən  bu  kitab  ilk  dəfə  1975-ci  ildə  İstanbulda  Türk  dilində  nəşr  olunmuşdur.  Əsərdə 

Azərbaycanın  Rusiya  tərəfindən  işğalı,  yeni  yaranan  dövlətin  başına  gələn  müsibətlər,  Sovet 

hökumətinin “alman casusu” olduğu S.Şamuyanın nə üçün Bakıya gəldiyi erməni və bolşevik-

lərin törətdikləri qırğın, türklərin hərbi yardımı və s. bizə  məlum olmayan sənədlər öz əksini 

tapmışdır.  Kitabda  həmçinin  Azərbaycan  mühacirətində  olan  ziyalılar  haqqında  da  geniş 

məlumat vermişdir.  



324                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

1992-ci ildə hələ 1936-cı ildə Türkiyədə ərsəyə gəlmiş, müəllifi Azərbaycan istiqlal hə-



rəkatının görkəmli xadimləlrindən biri olmuş Mirzə Bala Məmmədzadənin “Mili Azərbaycan 

hərəkatı”  adlı  kitabı  Bakı  “Nicat”  nəşriyyatında  nəşr  olunur.  Kitabda  1911-ci  ildə  yaradılmış 

Azərbaycan  milli  istiqlalının  önündə  gedən  “Müsavat”partiyasının  Rusiyada  olmuş  fevral 

inqilabından  sonra  1917-ci  ildə  Gəncədə  təşkil  olunan  “Türk-Əcəmi  Mərkəziyyət  Partiyası” 

həmin ilin aprelində “Müsavat” partiyasına birləşdikdən sonra güclənən milli-azadlıq hərəka-

tından  və  bu  hərəkatın  nəticəsi  olan  AXCnin  yaranması,  onun  fəaliyyəti,  sonrakı  acı  taleyi, 

mühacir  Azərbaycan  ziyalılarının  Türkiyə  və  dünyanın  bir  çox  ölkələrində  milli-azadlıq 

ideyelarını davam etdirməsi və s. haqqında bəhs olunur. 

1990-cı  illərin  əvvəllərində  milli-azadlıq  hərəkatının  genişləndiyi  bir  dövrdə  Azərbay-

can  istiqlaliyyat  mübarizəsində  mühüm  yer  tutan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  keçdiyi 

tarixi  yoldan  bəhs  edən  mühacir  ziyalıların  əsərləri  nəşr  olunmağa  başlayır.  Belə  əsərlərdən 

biri də Məmməd Əmin Rəsulzadə tərəfindən yazılmış “Azərbaycan Cümhuriyyəti” adlı kitabı-

dır. Azərbaycan xalqına təqdim olunan bu kitabda tariximizin ağ səhifələri- 1918 -1920 ci illər 

dövrün  ictimai-  siyasi  hadisələrin  fonunda  işıqlandırılmış,  Azərbaycan  xalqının  AXC-dən 

əvvəlki  və  sonrakı  taleyi,  güzəranı  yığcam  şəkildə  əks  etdirilmişdir.  Təsadüfi  deyildir  ki, 

1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən “Kitab bayramı”nda yenicə təşkil olunmuş 

“Azərbaycan Cümhuriyyəti” Atatürk mükafatına layiq görülmüşdür. Kitabın ayrı-ayrı fəsilləri 

və ya konkret məsələlərə münasibət işıqlandırılmışdır. Sovetlər dövrünün 70 ili ərzində kitabın 

müəllifi  Məmməd Əmin  Rəsulzadənin taleyi  və onun  “Azərbaycan Cümhuriyyəti” adlı əsəri 

Azərbaycan xalqında və onun keçmiş istiqlal tarixi haqqında xoş əhval yaradır. 

 

Ədəbiyyat: 

 

1.

 



Bakıxanov A. “Gülüstani-irəm”, Bakı, 2001 

2.

 



Azərbaycan tarixi, Bakı 1996 

3.

 



Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989 

4.

 



İsgəndərov A. 1918-ci ilin mart qırğınının tarixşünaslığı. Bakı, 1997 

5.

 



Mustafazadə T. Qarabağ xanlığı. Bakı, 2010 

6.

 



Muxtarova Ə. Türk xalqları tarixi. Bakı, 2007 

7.

 



Əfəndiyev O. Azərabycan Səfəvilər dövləti. Bakı, 1993 

 

РАХИМ КУРБАНОВ 

Азербайджанский Государственный 

Университитет Кулътуры и Исскуства 

 

АЗЕРБАЙДЖАНСКАЯ ИСТОРИОГРАФИЯ СОВРЕМЕННОЙ ЭПОХИ 

 

Перемены происходившие в ССР в 80-х годах ХХ века в свою очере повлияли на 

Азербайджанскую  историографию.  В  начале  1990-х  годах  Азербайджанские  историо-

графы  открыли  народу  ещѐ  неизвестные  им  страницы.  В  1993  году  под  редакцией 

«Азернэшр»  была  опубликована  книга  З.Бунъятова  под  названием  «Красный  террор». 

Эта книга одно из самых увесистых книг посвящѐнных историографию 30-х годов ХХ 

века.  

В  1993  году  под  предводительством  учѐного  историографа  Фариды  Мамедовой 



была  опубликована  монография  «Политическая  и  географическая  история  Азербай-


Mənbəşünaslıq, Tarixşünaslıq

                                                            325 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

джана».  Эта  книга  была  самой  лучшей  историографической  книгой  написанной  1990-



ых годах. 

Под  редакцией  «Азернэшр»  в  90-ых  годах  ХХ  века  была  опубликована  книга 

Гусейна  Байкары  под  названием  «Борьба  за  независимость  Азербайджана»  в  которой 

обсуждается  Национальная  независимость  Азербайджана.  Впервые  эта  книга  была 

опубликована на тюркском языке 1975 году в Стамбуле. 

 

RAHIM KHORBANOV 

Azerbaycan StateUniversity of Cultureand arts 

 

AZERBAIJAN HISTORIOGRAPHY OF MODERN AGE 

 

Changes happening in 80

th 

years of the XX century in the Soviet Union are affected the 



Azerbaijan historiography. At the beginning of 1990

th

 years Azerbaijan historians discovered 



still  unknowns  pages  for  people.  In  1993  edited  by  “Azerneshr”  was  published  the  book 

written  by  Z.Bunyadov  “Red  Terror”.  This  book  one  of  the  heaviest  book  devoted  to  the 

historiography of 30

th

 years XX century. 



In  1993  year  under  the  leadership  by  academic  historian  Farida  Mammedova,  was 

published  monography  which  called  “Political  and  geographic  history  of  Azerbaijan”.  This 

book was the best book devoted to the historiography of 1990

th

 years. 



In  90

th

  years  of  XX  century  “Azerneshr”  published  the  book  written  by  Huseyn 



Baykara called “The struggle for the independence of Azerbaijan”. For the first time this book 

was published Into Turkish language in Istanbul in 1975. 



 

Rəyçilər: f.e.d. Ə.Tağıyev, t.e.d.A.C.İsgəndərov 

Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin  “Sosial  -  Siyasi  elmlər” 

kafedrasının 18 sentyabr 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür 

(pr. №01). 

Yüklə 60,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə